Vətənimin uca dağlar qoynunda, Onuşaqlı bir ailə yaşardı. Çəkərdi qayğısın, nazın onun da, Təhsilli görmək, eşqiylə yaşardı. Zəhmətkeş ataydı, adı Ehtiram, Ailəcanlı Ana, çağrılır Nigar. Evə bircə tikə girməzdi haram, Sənətkar atanın hər işi pərgar. Övladların xoşbəxt görmək arzusu, Yaşadar, amalı həyat sevinci. Bol idi, ailənin nemət, ruzisi. Övladın uğuru, onun sevinci, Bitirir övladlar, təhsili bir-bir. Hərə bir sahədə başlayır işə. Ehtiram Nigarla olaraq əlbir, Toy-düyün eşqiylə girişir işə. Atanın-ananın məqsədi birdir, Əli iş tutana toy-düyün etsin. Hər gün yaradana edərək şükür, Təki Ata-ana arzuya yetsin. Hər oğlu evlənib, qızı köçdükcə, Çırpınır ürəyi, gözü dolurdu. Oğlanlar ev tikib, evə köçdükcə, Qəlbən rahatlanıb, xoşbəxt olurdu. Övladlar ocaqdan uçduqca bir-bir, Yeni bir ocaqda yuva qururdu. Nəvələr doğulub, artdıqca bir-bir, Sanırdı Ehtiram, şərəf-qürurdu. Artıq hər oğulun ayrı ocağı, Hərə öz evində, yaşayır rahat. Gör neçə ocaqda yanır çırağı? Qızlar ər evində xoşbəxtdir, xoşbəxt. Bir axşam qərara gəlir Ehtiram, Hər ay bir övladın evinə getsin: ” Öladlarım üçün çox nigaranam, Hər oğlum, hər qızım murada yetsin!” Böyük oğlugilə gedir Nigarla, Oğlugil sevinclə çıxır yoluna. Onlar qarşılanır, bax hay-harayla, Nəvələr hey keçir, sağı-soluna. Dincəldi Azərin evində o gün, Çox tez isinişdi, nəvələr ona. Gülüb-əyləndilər onlar bütün gün, “Oğlum çox xoşbəxtdir!”- düşünür Ata. Oğlum gəncliyimi gətirir yada, İnsan bircə dəfə gəlir həyata. Övladlarla nəfəs aldıqca Ata, Sanır ondan xoşbəx yoxdur dünyada. Nəvələr qatırlar nənənin başın, Ata üzün tutur, bu an oğluna: “Qonşulardan varmı, dostun-yoldaşın?” Sorub, nəzər saldı, Ata oğluna. Azər gülümsəyib, verdi cavabı: “-Açıq sor, ay ata, nədir marağın? Hər bir məsləhətin mənə bəhs edər. Qapıbir qonşumuz hər axşamçağı, Məni nərd atmağa dəvət eləyir. Şirin söhbət edib, çay da içirik, Çayı qəndsiz içər, mürəbbə ilə. Hər bir kəlməmizi ölçüb-biçirik, Vaxtın ötdüyünü duymuruq belə”. -“Evin arxasında ağsaqqal qonşun? Qonşuluq edirmi? Gedib-gəlirsiz? Qonşun çox yaşlıdır, cavandır yaşın, Sevinci paylaşıb, dərdi bölürsüz?” -“Bəli! Ay ata, o, gözəl insandır, Yaşı çox deyildi, dərdi böyükdür. Qohuma-qonşuya candan yanandı, Xəstə bir oğlu var, Ataya yükdür. Onun müalicəsi, dava-dərmanı, Təkcə bu atanın boynuna düşür. Maaşı bitəndə təkcə gümanı, borc üçün qohuma- qonşuya düşür. Bir necə dəfə də üz tutub mənə, Utana-utana borc pul istəyib. Pulu verdiyimdə o dönə-dönə, Dua elədikcə, üzü tərləyib”. Diqqətlə dinləyib oğlunu Ata: “Aldığı borcunu tezmi, qaytarıb?” -“Belələri tək-tək gəlir həyata, Söz verdiyi vaxtdan öncə qaytarıb”. -Oğlum, beləsiylə qonşuluq elə, İmkanın olduqca əl də tutarsan. “Qonşu, nə lazımdır? Soruşma belə, Qonşu şad olarsa, rahat yatarsan. Sağdakı qonşun, bəs, necədir, oğul? Qonşuylasevincin-qəmin bölürmü?” -“Xoşbəxtdir!-görən kəs eləyər ağıl, Kitab oxumasa, rahat olurmu? Hər bazar axşamı görüşürük biz, Qonşu söhbət açır, oxuduğundan. Onun söhbətlərin çox sevirik biz, Qonşular razıdır, qonşuluğundan”. -“Ay oğul, soldakı qonşun necədir? Nə işlə məşğuldur, xoş güzəranı?” -“Oturuşu-duruşu lap gülməçədir. Hər sözü-söhbəti qaraldır qanı”. -“Niyə? Nə söyləyir? Nədir istəyi?” -“Mühasib işləyir, vardır hörməti, Varlanıb, seçilmək onun istəyi. Azacıq olsaydı, kaş, mərifəti, Olmazdı qonşudan torpaq istəyi”. -“Necə? Qonşun səndən torpaq istəyib?” -“Mənə deyir, çoxdur, sənin torpağın, Yarısını məndən, pay da istəyib. Niyyətin biləntək mən bu axmağın, Salam-kəlamın da kəsmişəm tamam”. Qonşunun istəyi çəkdi marağın, Oğluna məsləhət verdi Ehtiram: “Qapıbir qonşunla vaxtı xoş keçir, Hər gün nərd oynayıb, çay da içərsiz. Oğlu xəstə olan, bilsən, nə çəkir, Hərdənbir xəstəyə baş da çəkərsiz. Borc üçün nə zaman dil açsa, sənə, Əlüstü verərsən, heç düşünmədən. Kitabsevər ilə dostluq et, yenə, Görüşərkən qonşun hər oxuduğundan, Nağıl eləyəndə dinlə səbirlə. Qonşu qonşusuna dəstək olduğun, Göstərər əməldə, həm də səbirlə. Amma başabəla, tamahkar qonşun, Bitməyəcək səndən sərvət istəyi. Ay oğul,fikirləş, yaxşıca düşün, Qonşu Qonşu olar, öz dəstəyiylə. Özün savadlısan, az olsa, yaşın, Kimsə xoşbəxt olmaz, var istəyilə. Əzəldən dünyanın işi belədir, Tamahkar insanın heç gözü doymaz! Tamahkar insanlar başabəladır, Dünyanı versən də, ac gözü doymaz! Ata nəsihəti ağlına batdı, Önündə diz çöküb, öpdü əlindən. Amalın söhbəti, ta sona çatdı, Təki xeyir-dua alsın elindən. Elə ki, oxucum, könlünə yatdı, Sənin də xoş sözlər çıxsın dilindən.
“Mən sevdalar diyarında Olub ulu şah yaşadım! Bir kimsəyə əyilmədim, Ömrüm boyu şax yaşadım!
Az dodaqdan söz çəkmədim, Az ocaqdan köz çəkmədim, Gözəllərdən göz çəkmədim, Edib yüz günah yaşadım.
Yarı yalan, yarı doğru, Hey can atdım yara doğru. Ürəyimdə nisgil, ağrı, Dodağımda ah yaşadım.
Danışanda sözüm güldü, Nəfəsinlə közüm güldü, Həmişə bir gözüm güldü, – Gah ağladım, gah yaşadım…
Qonaq çağır yar, odana! Alovlanım yar oduna! Ömrüm boyu Yaradana Aparıb pənah yaşadım…”
Şair Rafiq Yusifoğlu 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində dünyaya gəlib. 1966-cı ildə orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. 1966-1970-ci illərdə təhsilini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirib. Sonra bir müddət Sumqayıt şəhərində müəllim işləyib. Eyni zamanda Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. “Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifələrində çalışıb. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur. Şairin uşaq ədəbiyyatının inkişafında xüsusi fəaliyyəti var. 2007-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülüb. Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir. Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlayan şair, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış edir. Son illər bədii tərcümə ilə də məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə edib. Bununla yanaşı öz əsərləri də bir sıra dillərə tərcümə olunub, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib və dəfələrlə nümayiş etdirilib. Bu gün, yanvarın 2-də Rafiq Yusifoğlunun 75 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram.
Bu gün Polad Həşimovun anadan olduğu gündür. Məqamı ucadır:
Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü… CAN AY ANA…
(Polad Həşimovun Anasına)
Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var…
** * Can ay Ana, bu baxışda nələr yox?!m Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da…
** * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular… Bu baxışda min vaizin xütbəsi, Al don geymiş qürub da var, dan da var…
** * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox….
** * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var…
** * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox…
** * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. – Bakı.
Freyd şüuraltını kəşf edəndə bizə insan şüurunun o qədər də vacib olmadığını, əsl determinantın şüuraltı olduğunu söylədi. Nitsşe, insanın ehtiraslı bir varlıq olması fikrini işlədi. Marks iqtisadi qanunların insanın davranışını müəyyən etməsi fikrini irəli sürdü. Bu üç ideya insanın rasional varlıq olması fikrini zəiflətməyə başladı. Lakin bu üç ideyadan xeyli əvvəl Dostoyevski artıq rasional insan ideyasını təkzib etməyə başlamışdı.
“Hər şeyi çox başa düşmək bir xəstəlikdir; gerçək, tam mənası ilə bir xəstəlikdir.” Dostoyevski yazır.
Dostoyevski, insan təbiətini və psixologiyasını dərindən araşdıran yazıçı olaraq, rasional insan anlayışını öz əsərlərində çox təsirli şəkildə tənqid etmişdir. O, insanın yalnız ağlın deyil, eyni zamanda ehtirasların, instinktlərin və irrasional motivlərin idarəsində olduğunu göstərməyə çalışmışdır. Onun əsərlərində qəhrəmanlar tez-tez özlərini başa düşülməsi çətin, ziddiyyətli və qeyri-müntəzəm davranışlarla ifadə edirlər.Dostoyevski “hər şeyi çox başa düşmək bir xəstəlikdir” fikri ilə insanda sonsuz analizin və şüurun sərhədlərinin insan xoşbəxtliyinə zərbə vurduğunu iddia edir. O, bəzən insanın ağıl və məntiq çərçivələrindən çıxaraq daha dərin bir ruhani və ya emosional təcrübə yaşadığını göstərir. Dostoyevskinin bu fikirləri, Freyd, Nitsşe və Marksın irəli sürdüyü fikirlərlə yanaşı, insan təbiətinin təkcə rasional perspektivdən anlaşılmayacağını vurğulayan böyük bir nəzəriyyəvi bazanın tərkib hissəsidir. Bu dörd şəxsiyyətin birləşmiş təsiri, insanın yalnız məntiqli, məqsədəuyğun və rasional davranan bir varlıq olmadığını, əksinə, daha mürəkkəb və ziddiyyətli olduğunu dərk etməyimizə kömək edir. Dostoyevski rasional insan ideyasını yalnız tənqid etməklə kifayətlənməmiş, həm də bunun əksini – insanın irrasional və paradoksal təbiətini ortaya qoymuşdur. Onun fikrincə, insan hər zaman ağıl və məntiqə tabe olmayan qərarlar verə bilər. Məsələn, “Yeraltından Qeydlər” əsərində qəhrəman açıq şəkildə bildirir ki, insanlar təkcə faydalı və ağlabatan olanı seçmir, bəzən yalnız iradələrini sübut etmək üçün zərərli və irrasional davranışlar sərgiləyir. Bu, insanın azadlıq istəyinin, hətta bu azadlığın özünə zərər verəcəyi hallarda belə üstün gəldiyini göstərir. Dostoyevski əsərlərində insanın davranışlarını idarə edən dərin, gizli motivlərə işarə edir. Dostoyevski öz əsərlərində göstərir ki, insan təbiəti yalnız məntiq və şüurla izah edilə bilməz. Məsələn, “Yeraltından Qeydlər” əsərindəki qəhrəman sübut edir ki, hətta insanın xoşbəxtlik axtarışı belə irrasional davranışla müşayiət edilə bilər. Bu yanaşma, insanın özünü şüuraltı impulslarının və mənəvi ziddiyyətlərin əsiri kimi tanıması ilə daha da mənalı olur. Bu, Freydin şüuraltının insanın əsas determinantı olması fikrinə bənzəyir. Həm Dostoyevski, həm də Freyd insanda ziddiyyətli istəklərin və impulsların mövcudluğunu vurğulayır. Nitsşe insanın ehtiraslarla idarə olunduğunu söyləyərkən Dostoyevskinin qəhrəmanları bunu təcrübə edirlər. Onlar yalnız məntiqi mühakimələrlə deyil, daxili ehtiras və instinktlərlə hərəkət edirlər. Nitsşenin “dəyərlərin yenidən qiymətləndirilməsi” düşüncəsi də Dostoyevskinin insanın mənəvi dəyərlərə yanaşmasında gördüyü paradoksallığı əks etdirir.Dostoyevski göstərir ki, insan hər zaman ağıl və məntiq üzərində qurulmuş qərarlar vermir; bəzən onun seçimləri gözəllik, sənət və daxili harmoniya axtarışından qaynaqlanır. Bu, Nietzsche’nin sənət vasitəsilə insanın irrasional tərəflərini ifadə etməsi fikri ilə uyğunluq təşkil edir. Dostoyevski üçün gözəllik həm xilaskar, həm də dağıdıcı gücə malikdir. Bu paradoks, insan təcrübəsinin irrasional, lakin dərin anlamlarını açır. Lakin Dostoyevski, xüsusilə “Cinayət və Cəza” əsərində göstərir ki, insan yalnız iqtisadi ehtiyaclara görə deyil, mənəvi və mənəvi təzyiqlərə görə də hərəkət edə bilər. Raskolnikov kimi bir obrazın iqtisadi yoxsulluğu onun hərəkətlərinə təsir etsə də, əslində, onun daxili münaqişəsi və ideoloji motivləri daha çox rol oynayır. Dostoyevski, insanın yalnız sosial və maddi şərtlərin deyil, eyni zamanda günahkarlıq hissi və mənəvi məsuliyyətin təsiri altında olduğunu göstərir. Bu, xüsusilə Raskolnikov obrazında müşahidə edilir. Günah və vicdanın təsiri ilə insan bəzən öz ağlını və məntiqini inkar edərək daxili harmoniya axtarışına yönəlir. Müasir psixologiyada bu, özünütəhlil və daxili münaqişələr şəklində araşdırılır. Dostoyevski azadlıq anlayışını irrasionallıqla əlaqələndirirdi. O, insanın bəzən öz zərərinə olan qərarlar verməkdə azad olduğunu vurğulayırdı. Bu, müasir ekzistensialist düşüncələrdə əksini tapır. Sartre və Kamyu kimi filosoflar da insanın azadlıq içində mənasızlıq və paradoksal seçimlərlə üzləşdiyini müdafiə edirlər. Dostoyevskinin qəhrəmanları, xüsusən də “Karamazov qardaşları” əsərində, azadlığın mənəvi və sosial məsuliyyətlə necə qarşıdurmada olduğunu təcəssüm etdirir.Dostoyevski “Cinlər” əsərində kütlə psixologiyasını, ideologiyaların insan davranışına təsirini və fərdiliyin itirilməsini incələyir. O, kollektiv ideyaların fərdi məntiqi necə boğa biləcəyini göstərir. Marks insanın davranışlarını iqtisadi və maddi şərtlərlə izah edir. Bu, Marksın iqtisadi determinizmindən fərqli olaraq, ideoloji manipulyasiyaların və kollektiv ehtirasların fərd üzərindəki təsirini ön plana çıxarır. Bu fikirlər sonradan Hannah Arendt və Carl Jung kimi nəzəriyyəçilərin kollektiv və fərdi psixologiya üzərindəki işlərində öz əksini tapmışdır. Dostoyevskinin fikirlərinin bu üç ideyadan əvvəl gəlməsi onun bir növ qabaqcıl olduğunu və insan psixikasını anlamaqda bənzərsiz dərinlik göstərdiyini sübut edir. O, rasional insan anlayışını təkcə zəiflətdi, həm də insanın irrasional təbiətini, daxili azadlıq istəyini və mənəvi mübarizəsini açıq şəkildə təsvir edərək onu daha mürəkkəb və zəngin bir fenomen kimi təqdim etdi.
Yaradıcılıq – bu yalnızca ilham deyil, həm də zövq-şadlıq, şirin bir əzabdır. Yaradıcılıq əhli isə əslində, təmiz könüllü insanlardır. Onlar hər bir sətirdə, hər bir sözündə yaxşılıq və sevgi tərifləyərək insanı, könlü ucaldırlar. Əslində, həqiqi yaradıcının belə olması gərəkdir, deyə düşünürəm. Yaradıcılıq öz varlığı ilə insanı insanilik dəyərlərinə doğru aparmalı və ona fərqli bir baxış bucağı qazandırmalıdır. Düşünürəm ki, yaradıcılıq azadlığı, xüsusilə qadın yaradıcılıqları üçün kişilərə nisbətən daha çox maneələrə rast gələ bilər. Çünki onlar yalnız yaradıcılıq fəaliyyətini deyil, həm də ailə və ev-ev işlərinin qayğılarını da yerinə yetirmək məcburiyyətindədirlər. Kişilər də özlərinin şirin qayğıları ilə çiynində böyük məsuliyyət daşısalar-da, qadın yaradıcılıqları özlərinə məxsus vəzifələrin mərkəzini dərinliklə hiss edirlər. Amma bütün bunlara baxmayaraq, ailə və yaradıcılıq fəaliyyətini bir yerdə uğurla davam etdirən qadın şairlər və yazıçılar həqiqətən də heyrətamiz yüksək şəxsiyyətlərdir. Namangan ədəbiyyat mühitində də öz sözünə və yerinə sahib olan qadın yaradıcılardan çoxdur. Onlar arasında Labər Rustamova xüsusi diqqətə layiqdir. Onların ədəbiyyatda yüksək mövqeyi, bəlkə də, özünün səmimiliyi, düzgünlüyü və təvazökarlığı ilə fərqlənir. Təqdirin daşlarına gül ataraq, dişlərini sıxaraq, acılarla da səbrlə gülərək baxmaq, bir əlində ailə qayğılarını, digər əlində isə qələmi tutub, hər ikisini də uğurla aparmaq hər kəsin bacaracağı bir şey deyil. Labər Rustamovanın bu qabiliyyəti və cəsarəti onların yaradıcılığını dərinliyi və incəliyi ilə uyğunlaşdırır. Bugün, belə bir dəyərli qadın – çoxşaxəli yaradıcılığa sahib Namanganın Labər ədəbəsi Labər Rustamovanın doğum günü. Onlar ədəbiyyatda mütləq əhəmiyyətli iz buraxmış, öz sözünü bərqərar etmiş bir yazıçıdır. Sadəcə ədəbiyyata öz töhfəsini verməklə qalmayıb, həm də insanlar qəlbində düzgün, səmimi və ilham verici bir şəxsiyyət olaraq yer tutmuşdur. Onların hər bir yaradıcılıq əsəri yüksək sənət nümunəsi olaraq, qəlblərə işıq saçır. Goethe demişdir: “Kim öz dövrünün yaxşı vətəndaşıdırsa, o, gələcək nəslə də həmkar olmağa haqqı vardır.” Labər Rustamova məhz bu yüksək ideyanı fəaliyyətində həyata keçirərək, özünün ədəbi irsini gələcək nəslə çatdırır. Onların həyatı və yaradıcılığı bizlər üçün ilham və nümunə mənbəyidir. Bugün, məhz belə bənzərsiz bir yazıçı, bənzərsiz bir şəxs – Labər Rustamovanın doğum günüdür. Doğum gününüz mübarək olsun! Əsərləriniz vətənimizin ədəbiyyatını daha da zənginləşdirməyə, insanların qəlblərini oyatmağa xidmət etsin. Sizə bir daha xoşbəxtlik, sülh və yüksək ilham arzulayır, yaradıcılığınızın çoxlu qəlblərdə fərqli bir işıq saçmasını və parlaq izini buraxmasını diləyirəm!
Cahangir NAMAZOV “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Adətən yeni ilin ilk günündə baş qarışıq olur, kimisi qonaq gedir, kimisinə qonaq gəlir, kimisi də dünənin yorğunluğunu çıxarmağa çalışır. Necə deyərlər, bayram əhval-ruhiyyəsi hələ də davam edir…
Şair, publisist Əbülfət Mədətoğlu da 1959-cu iliin yanvar ayının 1-də dünyaya gəlib. Qarabağlıdır, Xocəvənd rayonunun Tuğ kəndində böyüyüb boya-başa çatıb. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnib. Eyni zamanda Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Elə o vaxtdan da müxtəlif mətbu orqanlarında çalışıb. Hazırda Yenisəs. Az saytının baş redaktorudur.. Ötən müddət ərzində bir sıra ədəbi mükafatlarla yanaşı, “Əməkdar Jurnalist” fəxri adına da layiq görülüb…
Köhnə kişilərə xas olan təmkinlə ad günündən başlayaraq ilin son gününədək sonsuz ümidlərlə addımlayır. Hər yeni ilin gəlişi ilə bir yaş böyüyür, bir yaş da ucalır. Onun bir şair kimi yaratdıqlarından danışmaq fikrim yoxdur, çünki dövri mətbuatda bu barədə mütəxəsislərin kifayət qədər təhlili və şərhi var. Mən onun bir publisist, bir insan kimi fəaliyyətindən söhbət açmaq istəyirəm…
Deyir ki,- “Əlifbanı tanıyandan mütaliəni sevmişəm. Bizim kənd kitabxanamız çox zəngin olub. Kəndimiz işğal olunanadək evimizdə özümün də böyük kitabxanam var idi. Və kənddə bunu hamı bilirdi. Mən onların təqribən 3 min nüsxəsini kənddən çıxara bildim. Bu gün də Masazırdakı evimdə ayrıca bir kitabxanam var. Bu mənada mütaliə mənim işimə həmişə kömək olub. Həm qəzetdə, həm poeziyada. Ad çəkmədən deyim ki, dövri mətbuatda, o cümlədən sosial şəbəkələrdə yayımlanan şeir nümunələrinin hamısını oxumağa çalışıram. Ruhuma doğma olan şairlərimizin bir çoxunun kitabları masamın üstündədi. Tez-tez onlara üz tuturam. Allah dünyasını dəyişənlərə rəhmət etsin, yaşayanlara ömür versin!..”
Adətən biz “səxavətlidir” ifadəsini xeyriyyə işlərinə maddi vəsait ayıranlara şamil edirik, amma insanları xoş sözlə sevindirmək, kiməsə dəyər vermək özü də səxavət nümunəsidir. Əbülfət Mədətoğlu bu baxımdan böyük ürəkli adamdır. Əsərlərini təhlil edərək, o qədər müəllifə səxavət göstərib ki, say-hesabını bəlkə də çoxdan itirib…
“Mən ədəbi gəncliyi daim izləyirəm, onlarla səmimi münasibətim var. Rəhbərlik etdiyim “Yenisəs. Az” saytında ədəbi gəncliyə kifayət qədər yer ayrılıb və mən sevinirəm ki, bu gənclərin hansısa bir yazısının oxucularına təqdim olunmasında kiçik də olsa xidmətim olur. Mən Aysel Əlizadənin, Seymur Baycanın, Xuraman Hüseynzadənin, Elnur Aslanbəylinin, Qan Turalının, Aqşinin, Kənan Hacının, Cəlil Cavanşirinn, İradə Aytelin, Kəramət Böyükçölün, Həyat Şəminin, Nuranə Nurun, Zəka Vilayətoğlunun və digərlərinin yazılarını, bütövlükdə isə mətbuatda işıq üzü görən hər bir yazını oxumağa, izləməyə çalışıram.”- söyləyir.
Çox çətinliklərlə üz-üzə gəlib, həyatı boyu heç nəyi asanlıqla əldə etməyib. Nə qazanıbsa, necə deyərlər, dişlə, dırnaqla, ağır zəhmətlə əldə edib. Dünyanın ən yüngül işi sandığından heç kimə məsləhət verməyi xoşlamır. Ona görə də həmin o yüngül işi hər kəsin öz ixtiyarına buraxır. Düşünür ki, kim necə bacarırsa, hansı yolu seçibsə o yolla xalqımıza, ədəbiyyatımıza xidmət etməlidir…
Deyir ki,- “Həyatda elə yaşamlar var ki, onu sözlə ifadə etmək mümkün deyil. Lap elə qaçqınlığı götürək. Qaçqın olmayana bütün ürəyini də, bütün maddi sərvətini də bağışlasan belə, onun içində qırılıb çiliklənən, ölən, yaddaşında ağrı-acı guşəsi kimi qalan nəsnələri nə dəyişə bilməzsən, nə də unutdura bilməzsən. Göstərilən qayğı sadəcə diqqətdi. Yaşamağa ipucudu. Bu mənada 30 il ancaq xəyal etdiyin, ancaq yuxuda gördüyün kəndinə, evinə qayıtmaq bu gündən keçmişə dönüş deməkdir. Aradakı 30 il isə itirilən, əlindən zorla alınan ömürdü. Ona görə mən kəndimə səfər edəndə filmlərdəki kimi yuxuda keçmişə getmiş kimi oldum və o keçmiş mənə çox acıları təkrar yaşatdı. Çünki kəndimin yalnız coğrafi mənzərəsi yadımda qalmışdı. Mənim uşaqlığımın da, gəncliyimin də izləri, xatirələri güllələnmişdi. Evimin yerində qaratikan bitmişdi. Mənimlə orda danışan ancaq kədər idi, ağrı-acı idi. Çünki qarşılayanlar onlar idi məni…”
Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. Əvvəlcə qəzet və jurnallara yazılar ünvanlayıb. Haqsızlıqlar, biganəliklərlə çox qarşılaşsa da həyatda ona dəstək verən, əlindən tutan, yol göstərən insanlar da olub. Onları böyük minnətdarlıq hissi ilə xatırlayır. Yazıçılardan Əlisəfa Məmmədovun, Əlfi Qasımovun, şairlərdən- xalq şairi Bəxtiyar Vahabzadənin, Çingiz Əlioğlunun, Sabir Rüstəmxanlının, Nüsrət Kəsəmənlinin, Abbas Abdullanın, Məmməd İsmayılın, Vaqif Nəsib Sarıhüseyn oğlunun, Zülfüqar Şahsevənlinin, Vaqif İbrahimin və digərlərinin zamanında xeyir-dua verdiyini dilə gətirir. Məhz həmin xeyirxahların tələbkar qayğısı onu bugünkü yazarlara qaygı, diqqət göstərməyə yönəldib. Xüsusilə maraqlı, istedadlı, dəstəyə ehtiyacı olan gənclər onun üçün çox önəmlidir…
“Əlimdən tutublar, mən də təbii ki, gücüm daxilində əldən tutmağa çalışıram. Hər gün yazmaq, hər gün hay-küy salmaq və yaxud özünü hansısa qrupda təbliğ etmək mənə görə istedadın göstəricisi sayıla bilməz. Ad çəkmədən deyə bilərəm, elə gənclərimiz var ki, başını salıb aşağı heç bir qruplaşmaya qoşulmadan sözün fəhləliyini edir, özünə yol açmağa çalışırlar. Amma bəziləri də öz aralarında “işbirliyi” yaradır, bir-birini gündəmə daşımaqla məşğuldular. Çox istərdim ki, Allahın verdiyi istedadı böyük SÖZün xidmətində görək həmişə…”- söyləyir.
Qələm adamlarının qruplaşmasından çox narahatdır. İstəyir ki, ciddi əsərlərin sayı çoxalsın və azərbaycanlı müəlliflərin əsərləri ümumbəşəri əhəmiyyət daşısın. Yazarlarımz dünyada tanınsınlar. Necə deyərlər, “Nobel” mükafatının ayağı Azərbaycana da açılsın…
Bəli, yanvarın 1-də haqqında söhbət açdığım şair, publisist, əməkdar jurnalist Əbülfət Mədətoğlunun növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram. Çox yaşasın!
Mənim Vətənim paytaxtı Bakı, mərkəzi şəhərləri Gəncə, Naxçıvan, Lənkəran, Bərdə, Şəki, Sumqayıt, Mingəçevir, Şirvan olan, başı min illər boyu müsibətlər çəkmiş Azərbaycandır.
Dilim Azərbaycan dilidir.
Milliyyətim Azərbaycandır.
Üçrəngli bayrağım möhtəşəmdir.
Gerbim əvəzsizdir.
Himnim ana laylası kimi həzindir, məlhəmdir, eyni zamanda bir qəhrəman nərəsidir, sərvaxtlığa çağırışdır.
Böyük əksəriyyət tərəfindən qəbul edilən hər iki lider – Məmmədəmin Rəsulzadə və Heydər Əliyev də bu böyük və qədim tarixə malik olan milliyyətin adının məhz Azərbaycan olduğunu vurğulamışlar. Əsas qanunumuz olan Konstitusiyada da belə yazılıb. Konstitusiya isə alimlərin araşdırması, parlamentarilərin layihəsi əsasında hazırlanıb, ümummilli səsvermə nəticəsində qəbul olunub.
Mənim vətənimdə çoxsaylı etniklər və kiçik xalqlar yaşayır. Azərbaycan hamımızın vətənidir. Bizim gücümüz Azərbaycanı özümüzə hamılıqla doğma sayaraq hədsiz sevməyimizdədir. Bu sevgini heç kim, heç bir qüvvə qəlbimizdən çıxara bilməz.
Azərbaycan altı min illik tarixə malik qədim bir millətdir. Əcdadı Azərbaycan olan bir çox xalqlar inkişaf edərək millətə çevrilmiş özlərinə dövlət (ustad Şirməmməd Hüseynova rəğmən) qurmuşlar. Azərbaycanlar onları da özlərinə doğma sayır, mədəni əlaqələrini daim inkişaf etdirirlər.
Bu gün coğrafi bölgülərə görə Dərbənd, Təbriz, Borçalı, Kərkük və bölgələr başqa dövlətlərin tərkibindədirlər. Texniki vasitələr hesabına onlarla yaradılmış mədəni əlaqələr də öz doğmalığını büruzə verir. Eyni zamanda dünyanın müxtəlif bölgəsinə səpələnmiş həmvətənlərimiz doğma yurdda yaşayan qohumları, dostları ilə həmişə əlaqə saxlayırlar.
Əziz Azərbaycan və Azərbaycanlılar! Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni – 2025-ci ilin gəlməsi münasibətilə səmimi qəlbdən təbrik edir, doğmam kimi bağrıma basır, sülh şəraitində xoş və firavan həyat, işlərinizdə uğur və nailiyyətlər arzulayıram.
Zaur Ustac, “Qərbin bağrında Şərq çiçəyi” (Müasir türk yazarı Karalina Laurent Turuncun söz dünyası), “Xalq qəzeti”, 17 aprel 2024-cü il, say: 76 (30480), s.10.
Cığırımız Yol oldu! – Zaur Ustac, “Olaylar” qəzeti, 19-25 aprel 2024-cü il, say: 13 (4992), s.16.
Zaur Ustac, “Santavik Əhməd” (hekayədən bir parça), “Xəzan” jurnalı, Mart – aprel – 2024, say: 03 (57), s.122-125.
Vaqif İsaqoğlu, “Sevgi dolu şeirlər”in işığında (Zaur Ustac yaradıcılığına bir nəzər), “Olaylar” qəzeti, 25-31 oktyabr 2024-cü il, say: 37 (5013), s.22.
Təranə Dəmir, “Səmimiyyətdən yoğrulan şeirlər” (Zaur Ustac yaradıcılığı haqqında), “Xəzan” jurnalı, sentyabr – oktyabr – 2024, say: 07 (61), s.64-65.
Zaur Ustac, “Hər səngər məbəddi, pirdi hər əsgər” (şeirlər), “Xəzan” jurnalı, sentyabr – oktyabr – 2024, say: 07 (61), s.66-69.
Vaqif İsaqoğlu, “Sevgi dolu şeirlər”in işığı, “525-ci qəzet”, 31 oktyabr 2024-cü il, say: 200 (6488), s.14.
Zaur Ustac, “Ermənistanın dəhşətli ekosid siyasəti haqqında yeni nəşr”, “525-ci qəzet”, 6 dekabr 2024-cü il, say: 224 (6512), s.13.
Əli Rza Xələfli, “Zaur Ustac – 50” (Adı ağl tacı, sözü gül tacı), “Kredo” qəzeti, 19 dekabr 2024-cü il, say: 75-76 (1253-1254), s.1-4.
Zaur Ustac, “Bayraq bizim bayrağımız” (şeirlər), “Kredo” qəzeti, 19 dekabr 2024-cü il, say: 75-76 (1253-1254), s.3.
Cahangir Namazov (Özbəkistan), “Milli dəyərləri qoruyan şair” (Zaur Ustac haqqında), “Həftə içi” qəzeti, 19-25 dekabr 2024-cü il, say: 47 (3560), s.7.
Cahangir Namazov (Özbəkistan), “Milli dəyərləri qoruyan şair” (Zaur Ustac haqqında), “Olaylar” qəzeti, 20-26 dekabr 2024-cü il, say: 45 (5021), s.17.
Vaqif İsaqoğlu, “Sevgi dolu şeirlər”in işığında (Zaur Ustac yaradıcılığına bir nəzər), “Xəzan” jurnalı, dekabr 2024 / 9 / 63, s.2-3.
Zaur Ustac, “Bəlkə də payızı biz uydurmuşuq?!” (şeirlər), “Xəzan” jurnalı, dekabr 2024 / 9 / 63, s.4-5.
“Xəzan” jurnalının redaksiya heyəti, “Zaur Ustac – 50” (təbriknamə), dekabr 2024 / 9 / 63, s.6.
*Davamı 2025-ci il siyahısında.
Xarici mətbuatda – 2024
Türkiyə. “Manşet – fethiye” qəzeti, 03 aralık 2024, salı, Yıl 4, Sayı: 172, s.6. “gönlümde biriken sözüm var benim”, Zaur Ustac – şair – Bakü – Azerbaycan.
Özbəkistan. “Маърифат ва ёшлар” qəzeti, 7 декабрь 2024 йил шанба № 24 (72), s. 3. Qardoshlar ijodidan – Zaur Ustac, Kezdim, Bu oqshom…
Antologiyalar – 2024
“Tənha çiçək tez solar”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2024-cü il, 336 səh. Zaur Ustac s. 320-324.
“Yağışlı bir gün idi…”, (hekayələr toplusu) Bakı, “TEAS” Press Nəşriyyat evi, 2024-cü il, 436 səh. Zaur Ustac s. 185-192.
“Könül nəğmələri”, (ədəbi toplu) Bakı, “Borçalı”, 2024-cü il, 560 səh. Zaur Ustac s. 306-318.
“Hara gedir bu dünya”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2024-cü il, 368 səh. Zaur Ustac s. 347-353.
“Analı, Atalı dünyam”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2024-cü il, 384 səh. Zaur Ustac s. 366-371.
“Xəyallar dünyası”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2024-cü il, 400 səh. Zaur Ustac s. 382-385.
“Ömür dastanının boyları”, (İbrahim Yusifoğlu – 70) Bakı, “Şirvannəşr”, 2024-cü il, 436 səh. Zaur Ustac s. 233-237.
“Zirvəyə gedən yollar”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2024-cü il, 384 səh. Zaur Ustac s. 370-373.
Müəllif əsərləri – 2024
1.Zaur Ustac, “Sevgi dolu şeirlər”, Bakı, “Adiloğlu” nəşriyyatı, 2024-cü il, 130 səh. (I, II, III nəşrlər)
Tərtibçilik – 2024
1.Zaur Ustac, “Ağ adam” (Rəşad Məcidin anadan olmasının 60 illiyi münasibətilə), Bakı, “Ustac.Az” ” nəşrləri, 2024-cü il, 100 səh. “Yazarlar dərnəyi” XXXV – KİTAB.
2.Zaur Ustac, “Hürriyyət elçisi” (Şəhidi-şühəda Nəcəfi Elxanın əziz xatirəsinə), Bakı, “Ustac.Az” nəşrləri, 2024-cü il, 40 səh. “Yazarlar dərnəyi” XXXVI – KİTAB.
Redaktorluq – 2024
1.“Damcı izi…”, (şeirlər) Təvəkkül Goruslu. Bakı, “Adiloğlu” nəşriyyatı, 2024-cü il, 160 səh.
2.“Qarabağda və Şərqi Zəngəzurda Ermənistann ekosid, urbisid və kultursid siyasəti” (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nümunəsində) Ayətxan Ziyad İsgəndərov. Bakı, “El” kitab çapı mərkəzi, 2024-cü il, 68 səh.
Ön söz – 2024
1.“Üç qardaş”, (şeirlər) Məmməd Mərzili. Bakı, “Adiloğlu” nəşriyyatı, 2024-cü il, 236 səh.
Layihələr – 2024
1.“Top 100 in Azerbaijan” (şair kimi), Bakı, 2024-cü il.
Mükafatlar – 2024
1.“Ziyadar” mükafatı, “Yazarlar” jurnalının Yaradıcılıq Komissiyası tərəfindən, Rəşad Məcid haqqında olan “Ağ adam” kitabına görə (№ 171 – 14.11.2024 elan olunub), Bakı, 2024-cü il.
2.“İlin yazarı”, “Mücrü” nəşriyyatı tərəfindən (24.12.2024 elan olunub), Bakı, 2024-cü il.
Vətənimizin qüdrətinin artmasına öz töhfəmizi verək!
Azərbaycan həqiqətlərinin yorulmadan təbliği, Azərbaycan reallıqlarını olduğu kimi təqdim etmək hər bir vətəndaşımızın namus və şərəf işidir. İnsanlığa xas olan ən vacib xüsusiyyətlər dövlətə, dövlətçiliyə xidmət, Vətəninə, dilinə, dininə olan sevgi və xidmətlər, xalqının bəşəriyyətə bəxş etdiyi qiymətli dəyərlərin təbliği, dünya azərbaycanlılarının birliyinin yaranması və qorunması üçün yorulmadan çalışmaq vacibdir. “Vətənimizin qüdrətinin artması naminə hər birimiz əsgər olmalıyıq”- istiqamətində aparılan işlərin nəticələri sevindiricidir. Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını düşmən tapdağından təmizlənməsinə imza atmışlar! Allahın qüdrəti, Zamanın diqtəsi: Azərbaycan dövlətinin Zəfər yürüşü, Qayıdışın başlanmasının nəticəsidir Qələbə! Dünyanın Azərbaycan maraqları, heyranlığı, dilə gətirdiyi: -Azərbaycanın öz torpaqlarının işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti! Xalqın, dövlətin, Silahlı Qüvvələrin birliyi! Vətən sevgisi! İgid oğulların göstərdikləri rəşadətlərlə Qürurlanırıq! Azərbaycanın hər bir vətəndaşı səfərbərdir! Müstəqil dövlətimizin müdafiəsi, qorunması dünyanın hər çür var-dövlətindən, nemətindən qiymətlidir! Məkrli düşmən hiyləsinə qalib gəlmək üçün bir olub yumruq olmaq zamanın diqtəsi və tələbidir! Unutmayaq: Verilənin dəyərini, qiymətini vaxtında bilmək gərəkdir! Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətənin sevən Vətən oğulları. Onlar Azərbaycan xalqının 30 illik Vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq. Cözün aydın Azərbaycan Dünyası! Xoşbəxt Xalqıq, Birliyimiz Qələbəmiz oldu! Torpağında Şəhid yatan Qarabağımız var! Allahın Qüdrəti yar oldu bizə! Gözlərimizdə sevinc yaşları!.
Vətəni Sevmək İmandandır!Vətəndən öncə heç nə yoxdur! Hamılıqla məsuliyyət daşıyırıq! Bir olaq güclü olaq, ədalətli olaq! Vətən hamının dünyaya göz açdığı, torpaqinda uyuduğu məkandır! Vətənini, dilini, dinini sevəsən, sevmək azdır, həm də onu sevdirəsən! Olum-ölüm məqamında edilən səhvi Allah heç bir bəndəsinə bağışlamaz! Qəlbimizdə olan ambisiyaları öldürək, Vətənimizin, dövlətimizin, dövlətçiliyimizin qorunması üçün bir olaq!
Hər zaman düşünək:- Vətən bizim üçün hər şeydir. Biz Vətən üçün nə etmişik! “Vətən anadır” – kəlməsi eşidə-eşidə böyüyürük. Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir. Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Hər bir insan üçün əvəz olunmaz məkandır onun Vətəni. Olan Vətən sevgisi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir.Qarabağ uğrunda şəhid olan generalımız Polad Haşımovun, yüksək rütbəli zabit və əsgərlərimizin, mülki vətandaşlarımızın, nigaran ruhlarımızın rahat olmas üçün bizim Qarabağ torpağını düşmən tapdağından azad etməyimiz ola bilərdi. Şükür bu baş verdi. Qarabağda Vətənin azadlığı uğrunda əbədiyyətə qovuşmuş şəhidlərin məzarı başında hörmətlə dayanıb, sevinc göz yaşları içində: -Gözünüz aydın Vətən oğullarl, biz yurdumuzu yağılardan azad etdik sözünü deyə bildik! Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın mill və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürurvericidir. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağıtək isti və doğmadır. Deməyək Vətən bizim üçün nə edib, deyək ki, biz Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.
Gözün aydın Azərbaycan Dünyası! Yolumuz Haqq yoludur! Bir yumruquq, Birliyimiz Əbədi! Sözümüzün var kəsəri! Dünya nizamına imza atırlq! Azərbaycan Türkiyə modeli yaradırıq! Azərbaycan Sərq ilə Qərb arasında Qapıdır! Dünya üçün Böyük İpək Yoludur! Üzüyünün Qaşı, Başimizın Tacı Qarabağ! Qürurumuz Dövlətimiz, Millətimiz, Ordumuz!Tarix yazan Ali Baş Komandanımız! Şəhidlər Ölməz, Vətən Bölünməz! Qarabağda dalğalanan Bayraq, Bir daha enməz!
Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılmasında imzası olan Vətən övladlarına mənəvi dəstək olmaq əsas qayəmizdir.Tarixi torpaqlarımızın düşmən tapdağından təmizlənməsində əldə etdiyimiz uğurlar Allahın qüdrəti, zamanın diqtəsdir. Dünyanın Azərbaycan maraqları , heyranlıqla dilə gətirilən:-Azərbaycannın öz torpaqlarını işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti!Vətən müharibəsinin 44 günə başa catmısı üçün Xalqımızın birliyi, igid oğullarimizin göstərdikləri rəşadətlər Qürurvericidir!
Yurd yerinin həsrətinə son verildi! Xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etmək xoşbəxtlikdir. Vətənə, Xalqa, Dövlətə, Dövlətçiliyə hörmət və məhəbbətlə xidmət yolu keçən, fəaliyyətinin yeni səhifəsi Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılması birliyimizin təntənəsidir. Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasında imzası olan oğullarımızla yanaşı Dünya Azərbaycanlıları xaricdə aksiyalar keçirmiş, döyüş bölgəsinə maddi, mənəvi dəstək göstərilmişlər. Azərbaycandan kənarda yaşayan şəhid ailələrinə mənəvi və maddi dəstək göstərmiş soydaşlarımız vardır.
Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları! Günahsız Körpələrimiz! Gəncəmiz, Bərdəmiz,Tərtərimiz! Bütöv Azərbaycan gözlərin aydın Bayrağımız Şusada Dalğalanır! Şuşa Azərbaycanın ürəyidir! .Xilaskar Azərbaycan ordusunun qanı ilə, canı ilə Şuşanı 30 ildən sonra azad etməsi bizim üçün:
-Qeyrətimizin, namusumuzun üzərindən ləkənin götürülməsi, sınmış ruhumuzun qaytarlması, Şəhidlərimizin ruhunun şad olması, Xocalının qısası, mənfur düşmənə verdiyimiz tarixi dərsdir! Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq!Qarabağın azad olunmasında şəhid olmuş Vətən oğullarımız , Qazilərimiz cəmiyyətin həssas üzvü olmaqla diqqət, qayğı, hörmət və ehtirama layiqdirlər. Gərəkdi onların səsi vaxtında eşidilsin, problemləri dərhal həll olunsun. Buna gücümüz yetər!
Vətənə, Xalqa, Dövlətə, Dövlətçiliyə hörmət və məhəbbətlə xidmət yolu keçən, fəaliyyətlərinin yeni səhifəsində Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılmasında imzası olan Vətən övladlarına mənəvi dəstək olmaq əsas qayəmizdir! Vətən müharibəsində ömrünü, sağlamlığını xalqına, Dövlətinə, dövlətçiliyin möhkəmləndirilməsndə həsr etmiş, böyük zəhmətlər bahasına əldə olunan uğurlara imza atmış oğulların ömür yolu gənclər üçün öyrənilməli nümünədir!
Dünyada yaşayan bütün azərbaycanlılar bu gün qüdrətli, Qalib,müstəqil Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edirlər! Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Dünyada yaşayan bütün azərbaycanlıların dünya xəritəsində Azərbaycan kimi dövləti var, öz sözünü deyir, deyəcək, uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir. Dünyamızı qorumaq, İnsanığın qorunsası üçün bir olaq birləşək! Türk xalqları arasında birlik və dostluğun gücləndirilməsi birgə əməkdaşlıq, dəyərlərin qorunması və təbliği, Vətənə və İnsana sevgi! Yaradanın yaradıqlarını sevməklə qorumağanın yolu: İlahi eşqidən, mənəviyyatdan ,halal və düz yolda olmaqdadır! Yeni Era Türk erasıdır.Türk dünyasının uğurlarına dəstək olmaq, dünyada sülhün, əmin amanlığın qorunmasına töhfə vermək üçün daha səylə çalışmaq gərəkdir.
Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi. . 1991-ci ilin 16 dekbrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.
Əziz Vətən Övladları: Həmrəylik günü hər bir azərbaycanlı üçün birlik!