Zaur Ustac – “Ağ adam” kitabı – PDF:

Zaur Ustac – “Ağ adam” kitabı PDF: Ag-adam.pdf

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

90 yaşlı “Azərbaycan müəllimi” qəzeti

Azərbaycan müəllimi” qəzeti

“Azərbaycan müəllimi” qəzetinin fəaliyyətə başlamasından 90 il ötür.

Bu gün, sentyabrın 2-si tarixi “Azərbaycan müəllimi” qəzetinin fəaliyyətə başlamasından 90 il ötür.

“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan Ibrahimov başda olmaqla hər bir əməkdaşını yubiley münasibəti ilə ayrı-ayrılıqda təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzu edirik!

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İlahə Səfərzadə – Mübhəm tənhalıq

Mübhəm tənhalıq

(Hekayə)

 Hər gün səhər olduğu kimi bu gün də Günəş öncə başını azca çıxardaraq ətrafı oğrun nəzərlərlə süzdükdən sonra bütün möhtəşəmliyi ilə cahanı aydınladıb nura qərq etmək üçün səmanın fövqünə qalxmaqda idi. Yay boyu mütəmadi olaraq hər gün ən uzağı saat altıda oyanır, öncə Günəşin doğmasını seyr edir, sonra elmi işi yazmaq üçün eyvandakı masamın arxasında əyləşirəm. Uzun müddətdir, tək yaşayıram. Səbəbi insanlardan qaçmağımdır. İki il davam edən uğursuz ailə həyatından sonra özümü toplamağım üçün çox uzun zaman lazım olmuşdu. İndi o hissləri yenidən yaşamağa da qorxuram, düzü. Övladım da yoxdur. Buna kədərləndiyimi desəm, yalan olar. Hərdən düşünürəm ki, xoşbəxt uşaqlıq dövrü bəxş edə bilməyəcəyin övladı dünyaya gətirib onu da bu həyatın dərd-sərinə ortaq eləmək hansı xudbinliyin əlamətidi? Tək qalmaq qorxusununmu? Yoxsa “hər kəsdə var, məndə də olsun” düşüncəsininmi? Ya da, bəlkə, Tanrının qadınlara bəxş etdiyi ana olmağa həvəs instinktininmi? Bunun səbəbləri haqqında çox düşünmüşdüm boş vaxtlarımda. Yaxşı ki, indi beynimi elmi işdən başqa nəyəsə məşğul eləməyə vaxtım qalmır. “Təklik zirvədəkilərə məxsusdur” – deyib arada özümə naftalin ətri gələn köhnəlmiş zarafatlar eləməkdən də qalmıram. Tez-tez mənə elə gəlir ki, şəhər bom-boşdur. Burada uzun zamandır heç kim yaşamır. Bəlkə də, mövcuddurlar, amma yaşamırlar. Ola bilsin ki, Diogen də ona görə insanlardan qaçıb təkliyi və bir çəlləkdə yaşamağı üstün tutmuşdu. Çəllək ha! Özümə gülməyim gəlir. Görürsünüz də, adam uzun müddət tək qalanda belə fəlsəfi fikirlər istehsal eləməyə başlayır. Çəllək! Yox bir! Olmaya sən də özünü Diogen sayıb evinin bu tək eyvanını da çəllək hesab edirsən? Bax beləcə, tez-tez özümlə mənasız zarafatlar edib gülürük. Bəlkə də, dəli olmuşuq. Nə isə!

Səhər saat altıdır. Şəhər hələ yatır. Bir azdan Günəşin qalxması ilə bərabər isti adamları təngnəfəs etməsinə baxmayaraq küçədə maşın və adamların izdihamı başlayacaq. İndi isə səhərin erkən çağı olduğu üçün küçədə çox az, demək olar ki, bir neçə adam gözə dəyir. Beş-altı yaşlarında bir qız anasının əlindən tutub onun addımlarını balaca ayaqlarına uyğunlaşdırmaq üçün yeyin hərəkətlərlə getməkdədir. Qəfildən anasının əlini buraxıb Günəşə tərəf baxdı.

-Salam, Günəş, -deyərək üzündə şən gülümsəmə ilə onu salamladı.

Anası hövsələsiz halda:

-Tez gəl, gecikirik, -deyə onu çağırdı.

Qız Günəşə əl edib becid hərəkətlə qabaqda gedən anasına çatıb onun əlindən tutdu.

Uşağın davranışı mənə həm məzəli göründü, bir qədər də düşündürdü. Hərgah yay fəsli başlayandan hər gün lap erkən çağlarda qalxıb binanın eyvanında Günəşin necə çıxmasını izləyirəm. Amma bir dəfə də onunla salamlaşmamışam. Birdən bir qədər uca səslə “Salam, Günəş” deyə gülümsəyirəm. Mənə elə gəldi ki, Günəş də mənə gülümsədi.

Bir aydan çoxdur ki, bu təkliyimin içinə başqa bir təklik də əlavə olunub. Kiminləsə tanış olmağım fikri ağlınıza gəldisə, təbii ki, o deyil. Mən öz təkliyimlə dostam və ona xəyanət eləmək niyyətində deyiləm. Çünki uzun müddət sənə həmdəm olanı sevməsən də ona bağlanırsan. Mən qonşudakı qadını nəzərdə tuturdum. Hər gün onun eyvanına baxıram. Qəribədir, uzun zamandır, o mənzildə heç kim yaşamırdı. İndi isə səhv eləmirəmsə, bir aydan çoxdur ki, orada hər gün orta yaşlı, dolu bədənli, bəstəboy bir qadın görürəm. O, hərdən gözündə eynəklə bir müddət noutbukda nələrisə yazır. Sonra yenidən eynəyi çıxarıb əlini çənəsinin altına dayaq edib uzun müddət səmaya baxır. O, çox nadir hallarda aşağıdakı adamları, maşınları, yəni, qaynayıb-qarışan həyatı seyr edir. Hətta bəzən iki avtomobildəki adam bir-birinə yol vermək üstündə dava edirlər, ya da bir neçə qadın nəyəsə görə qışqıra-qışqıra danışırlar, səsləri aləmə yayılır. Qonşu qadın həmin anlarda belə bir saniyəlik də olsa, başını aşağı salıb küçədə baş verənlərə baxmır. Ola bilsin, o, kardı, səsləri eşitmir. Amma hər halda, bu az ehtimaldır. O daha çox bütün dünyaya laqeyidləşmiş kimi görünür. Səmada hərdənbir görünən təyyarələrin arxasınca onların silueti yoxa çıxıb göy qübbəsi ilə bir bütün təşkil edənə qədər gözlərini zilləyib ümidlə baxır. Sanki kimsə təyyarənin pəncərəsindən baxıb ona güləcəkmiş kimi gözlərində bir neçə anlıq ümid işartıları yanır. Təyyarənin görüntüsü öləziyib yoxa çıxandan sonra qadının üzünə yenə həmin mübhəm kədər yüklənir. Doğrusu, gözlərim qadının bütün üz cizgilərini sezəcək qədər yaxşı görmür, bunları yalnız onun qımıldamalarından hiss edirəm. Eyvanın divarına yapışdırılmış bir heykəl kimi uzun müddət hərəkətsiz qaldıqdan sonra onun ən cüzi tərpənişlərinin, reaksiyalarının nəyə olduğunu anlamaq elə də çətin olmur. Nədənsə qəlbimdən gələn bir hisslə qadını bir az daha yaxından tanımaq arzusu dolur içimə. Bu mənim yazıçı marağımdanmı irəli gəlir, yoxsa insani hisslərdimi qərar verə bilmirəm. Hər halda, əsas məsələ odur ki, bax elə indicə bu dəqiqə eyvandan yataq otağına keçib əynimə qonşuya getmək üçün daha münasib paltar geyinirəm. Bu xasiyyətimi sevimmi, yoxsa tənqid edimmi, heç bilmirəm. Uşaqlıqdan beləyəm. Ağlıma gələn ilk fikri reallaşdırmağa çalışıram. Daha bunun sonrası haqqında düşünmürəm. Etdiyi hərəkətlərin nəticələrini hesab-kitab edib sonra qərar verən adamlara həsəd aparmışam həmişə. Mən isə elə hey ağlımın əksinə hərəkət edib qəlbimin dediyini etməkdə israrçı olmuşam. Bax, indi mənə deyən lazımdır ki, axı təxminən bir aydır ki, müşahidə etdiyin bu qadını yaxından tanımaq sənin nəyinə gərəkdir? Durub da öz eyvanında. Adama deməzlərmi, sən kimsən ki, mənim həyatımla bağlı sual verməyə, məni daha yaxından tanımağa gəlmisən?

Təbii ki, özümə etdiyim bu töhmətlərin heç faydası olmadı. Artıq onların binasının giriş qapısından içəridəyəm. Bəlkə, marketdən nəsə bir şirniyyat filan alardım? Deyim ki, mən sizin qonşunuzam. Yəqin, buralarda heç kimi tanımırsınız. Tanış olmağa gəlmişəm. Qadın da deyə ki, lap yaxşı, şirniyyat sevmirəm, tanış olmaqla da aram yoxdu. Təklik daha gözəldir. Xoş getdiniz…

Heç nə almadım. Artıq qapının zəngini çalmışam. Mən evdən çıxanda qadın eyvanda oturmuşdu. Bəlkə də, oraya səs getmir. Ola bilsin ki, qapını ümumiyyətlə heç kimə açmır. Ya da ola bilsin ki… Düşüncələrim burada yarımçıq qalır.

-Salam, -qadın qapını açıb üzündə mənim təsəvvür elədiyim həmin o anlaşılmaz ifadə ilə gözlərini mənə dikmişdi. Nə deyəcəyimi bilmirəm. Ey Tanrı, yardım elə, marağımın güdazına gedirəm.

-Salam, necəsiz? Mən sizin qonşunuzam. İçəri girmək olar? –deyib qadının məni qapıdan qovmağını gözləyirəm. İlahi, görəsən, dünya yaranandan bəri qarşısındakına ikinci belə mənasız sual verən olub?

-Buyurun, əlbəttə, – qadın mübhəm tənhalığının üzünə çökdürdüyü məhzun ifadə ilə heç uyuşmayan istiqanlılıqla məni içəri dəvət edir.

Birbaşa salona keçdik. Orada divan, önündə balaca jurnal masası və bir də kitablar yığılmış maraqlı dizaynı olan rəfdən başqa demək olar ki, heç nə yoxuydu. İndi künc divanının hərəmiz bir başında oturub sanki belə də olmalı imiş kimi bir-birimizə baxırıq. Yəqin ki, qadın aramızdakı sükutu pozub axır ki, ona nəsə deməyimi, gəlişimin əsas səbəbini bilmək istəyir.

-Bilirsiniz, mən sizinlə üzbəüz binada yaşayıram. –deyə sözə başladım, səmimi olmaq həmişə ən yaxşı seçimdir. Al-əlvan bəzənmiş üstü bəzək altı təzək cümlələrə ehtiyac görmürəm. –bəlkə, səfeh olduğumu düşünə bilərsiniz. Deyə bilərsiniz ki, bu dövrdə kimdi ki, kimisə yaxından tanımaq üçün qapısını döyən? Yenə kənd olsa, başadüşülən olardı. Orada hamı bir-birinə daha çox can yandırır. Ancaq şəhərdə kim kimədir ki? Deyəsən, bura yeni köçmüsünüz, əvvəllər sizi heç görməmişdim bu mənzilin eyvanında. Və mənə birdən maraqlı gəldi. Xahiş edirəm, elə bilməyin ki, dəliyəm, mən sadəcə yazıçıyam. Ancaq biz yazıçılar da bir növ dəli sayıla bilərik. Ona görə də bu mənasız marağımı üzrlü sayın, -deyib yenə şit zarafat etdim.

-Yox, niyə, ola bilər də. –qadının nəzakət xətrinə üzünə qondurduğu süni gülümsəmə müşayiəti ilə verdiyi bu etinasız cavabı məni daha da pərt edir. Qovsa, daha yaxşı idi. – əslində, doğru təxmin etmisiniz, tək yaşayıram. –qadın başını aşağı dikərək yenidən danışmağa başlayanda ürəyim yerinə gəldi. Döşəməyə o qədər diqqətlə baxırdı ki, elə bil, deyəcəkləri orada yazılmışdı və oxumağa çalışırdı. –təxminən, on ildir ki, tək yaşayıram. Əvvəllər işə gedib-gəlirdim. Böyük bir şirkətin mətn redaktoru işləyirdim. Orada da heç kimlə qaynayıb-qarışmazdım. Adamlardan qaçıram çox vaxt. Heç kimlə söhbət eləməyi sevmirdim. İş yoldaşlarımla olan ünsiyyətim ancaq işlə bağlı suallara çox qısa və konkret cavablar verməkdən ibarət olurdu. Sonra daha cavan kadrlar işə gəlməyə başladı. Onların təcrübəsi az olsa da həyat enerjisi, işə həvəsi, özlərini təsdiqləmək üçün hər gün daha yaradıcı ideyalar irəli sürməyi rəhbərliyi daha çox cəlb edirdi. Mən bunu anladığım üçün onların məni ixtisara salmağını gözləmədən üzüsulu özüm ərizə yazıb çıxmaq qərarına gəldim. İndi sərbəst olaraq redaktor kimi işləyirəm. Əvvəldən işlərimə bələd olan adamlar ehtiyac olduqca mənə mətnlər göndərir, onlarla məşğul oluram, geriyə qalan zamanı da yola verirəm gedir, -qadın gözlərini döşəmədən qaldırıb mənə baxaraq yenidən gülümsədi, amma bu gülümsəmənin içində dərin bir təəssüf oxudum. –siz də tək yaşayırsınız? Ailəniz haradadır? –heç gözləmədiyim halda o da mənə şəxsi həyatımla bağlı suallar verdi.

-Bəli, mən də tənhayam. Ailəm yoxdu. İllər öncə evli idim, sonra ayrıldıq. Uşağım da yoxdur. –mən gülümsədim. İndi fikir verdim ki, mən bu cümlələri təəssüf hissi ilə deyil, beləsi daha yaxşı olubmuş kimi öz təkliyindən qürur duyan adam ədası ilə dedim.

-Həə, -deyərək qadın yalançı təsəlli sözləri tapmağa çalışmaq üçün vurnuxub bir müddət bilmədi nə desin.

-Həyatda hər şey yaxşılığa doğrudur. Belə olubsa, deməli, xeyirlisi bu imiş. –mən belə deyərək onu pis vəziyyətdə qalmaqdan xilas elədim.

-Əlbəttə, -deyə qadın məmnun ifadə ilə dediklərimi təsdiqlədi. Sonra yenidən üzünə yenə həmin kədər qondu. –yəqin ki, hər şey yaxşılığa doğru olur. Amma bəzən… –qadın duruxub fikirlərini hansı sözlərlə ifadə edəcəyini düşündü, -bəzən elə hadisələr olur ki, biz onlarda nə qədər yaxşılıq payı axtarsaq da tapa bilmirik. Mənim övladlarım var. Daha doğrusu, biri artıq yoxdur, o biri var. O isə… Həyat yoldaşımla bir-birimizi sevib evlənmişdik. Uzun müddət övladımız olmamışdı. Sonra biz mənim bacımın üçüncü oğlunu övladlığa götürdük. Mən onu lap doğulandan götürdüm ki, ana kimi məni bilsin. Onun üç yaşı olanda bir möcüzə oldu və mən də hamilə qaldım. İkinci oğlumuz dünyaya gəldi. O anadan olduqdan bir müddət sonra həyat yoldaşımı maşın qəzasında itirdik. –qadın bunu deyərkən bir az duruxdu. Bu itkinin təsirindən doğub artıq korşalmış iztirab hissi onu göz yaşı ilə müşaiyət etməsin deyə dodağını dişlədi, sonra yenidən davam etdi, -mən oğlanlarımı çətinliklə böyüdürdüm. Hətta bir neçə dəfə bacım uşaqları böyütməkdə çətinlik çəkdiyimi görüb öz oğlunu geri götürmək istəyirdi. Mənsə bundan inciyib daha da məyus olurdum. Yoldaşımın vəfatı mənə ağır təsir eləmişdi. Sarsıntıdan kimi günahlandıracağımı bilmirdim. Doğma oğlum atasına çox oxşayır. İçimə doğmuş xudbin hisslərin təsiri ilə atasının ölümündə onu günahkar bilməyə başladım. Eləbil, Tanrı mənim uşaq üçün yalvarışlarımı eşidib oğlumu verdi, amma yoldaşımı aldı. Gündən-günə oğluma qarşı daha çox qəzəb yaranırdı içimdə. Bunu böyük qardaşına həmişə yaxşı davranıb onu hər fürsətdə sancmağımla da bəlli edirdim. –bunları deyərkən qadın ağlamırdı, amma balaca bir yaş dənəsinin kipriyindən necə qopub yanağına düşərək orada yoxa çıxdığını görə bildim, – sonra orta məktəbi bitirib hər ikisi universitetə qəbul oldu. Böyük oğlum ali təhsilini yekunlaşdıranda əsgərliyə getdi. Və… –qadın bir neçə dəqiqə səssizcə döşəməyə baxdı. Mən ürəyimdə özümü tənbehləyirdim. Axı başqalarının yaralarını tərpətməyə, onlara keçmişi xatırlatmağa nə ehtiyac var? Necə də pis insanam!

-Əgər sizə çətindirsə, qalanı danışmaya bilərsiniz, -deyə çox quru cümlə ilə guya onu ovutmağa çalışdım.

-Narahat olmayın, adam hərdən bölüşməyə də ehtiyac duyur, -deyə o davam etdi. –müharibə bizim əlimizdən çox sevdiklərimizi aldı. Elə deyil? –deyib mənə baxdı. Mən nə deyəcəyimi bilmədiyim üçün susdum. O isə davam etdi, –Hə, elədi. Doğrudur, adamlar bəzən bədbəxt hadisələr nəticəsində də dünyadan vaxtsız köçə bilir, biz buna “uğursuz tale” deyirik, amma gərək müharibə insanların taleyi olmasın. Ondan sonra mənim kiçik oğlumu görməyə heç gözüm qalmadı. Hər fürsətdə onu acılayır, bütün əsəbimi ondan çıxır, başıma gələn bütün fəlakətləri onun ayağına yazır, ailəyə bədbəxtlik gətirdiyini düşünürdüm. Bəlkə də, dəli olmuşdum. Oğlum Bakıda universiteti bitirdikdən sonra Amerikada təhsilini davam etdirmək üçün vətəni tərk elədi. Sonralar məktubunda yazmışdı ki, orada yaxşı bir işdə çalışır, hətta evlənib. Nömrəmi bilməsə də “facebook” hesabımdan mənə tez-tez yazaraq nəyəsə ehtiyacım olub-olmadığını soruşur. Heç bir mesajını cavablamasam da o daim yazır. Əslində, onun üçün çox darıxmışam. Başıma gələn fəlakətlərdə günahsız uşağı müqəssir bildiyim üçün özümə nifrət eləmək istəyirəm. Amma cavab da yaza bilmirəm. Sanki hansısa gözəgörünməz bir qüvvə mənim artıq onu oğul bilməyə haqqımın olmadığını deyir. Neçə dəfə yazsam da göndərə bilməyib silmişəm. Daha haqqım çatmır özümü ona ana bilim. Mən çox pis insanam. Hələ sağ olsun ki, məni sayıb yazır, axtarır, maraqlanır. Onun da bir oğlu var, yəni mənim nəvəm –qadın bunu deyərkən gülümsədi, -çox şirin uşaqdı, şəkillərini görmək istəyirsiniz? –qadın sanki yüz illin rəfiqəsiyikmiş kimi cəld hərəkətlə noutbukda “facebook” hesabını açıb oğlunun profilinə daxil oldu. Burada uşağın fərqli məzəli fotoları var idi: yemək yeyərkən üzünə makaronlar yapışmış halda, hovuzda çimərkən, çəmənlikdə yıxılmış və başqa fərqli situasiyalarda.

-Çox şirindi, Tanrı qorusun. –mən şəkillərdən gözümü çəkmədən dedim.

-Çox sağ olun. –deyib sonra birdən xatırlayıbmış kimi –ay, üzrlü sayın heç sizə çay təklif etməmişəm bayaqdan. –deyərək cavab gözləmədən mətbəxə yüyürdü. Adını belə bilmədiyim qadının “facebook” hesabı qarşımda açıq qalmışdı. Profilinə baxıb öyrəndim: Səma Əlizadə.

Mesaj bölməsi ekranda açıq qalıb. Oğlundan gəlmiş çoxlu mesajlar var. Bunun yanlış olduğunu bilsəm də əlim dinc durmur və qeyri-iradi oğlunun yazdığı mesajlar bölməsinə girib qadının profilindən ona yazdım: Sizin üçün çox darıxıram…

Mesajı göndərib-göndərməyəcəyimə tərəddüd etməyə vaxt yox idi. Ona görə də birbaşa “göndər” etdim. Və göndərilmiş mesajı sildim. Vəssalam! Bəzən sevdiklərimizə qovuşmaq bu qədər rahatdır. Həyatı qəlizləşdirməyə nə ehtiyac var?

-Heç sizdən çay yoxsa kofe xoşladığınızı soruşmadan birbaşa çay gətirdim. Ümid edirəm, narazı qalmazsınız, mən çayı yaxşı dəmlədiyimi düşünürəm, kofeylə isə aram yoxdu –deyə çayı və şirniyyatı balaca jurnal masasının üstünə qoydu. –bayaqdan danışıb dostlaşırıq, amma heç adlarımızı da bilmirik. Mən Səmayam. Sizinlə ünsiyyətə şad oldum. Bilirsiniz, qəribədir, ünsiyyətsevən olmasam da sizə hər şeyi danışmağım gəldi birdən. Eləbil, sizi mənə Tanrı göndərdi. Bax beləcə Tanrının qəribə işləri olur arada, -deyərək qadın gülümsəyən gözlərini tavana dikdi. Sanki Tanrı orada oturmuşdu.

-Mən də Zərifə. Mənə də xoş oldu tanış olmaq. Artıq gedim, yenə gələrəm, qonşuyuq onsuz, yol yaxındı, -deyərək çaydan bir qurtum alıb durdum.

-Tez-tez gəlin, -qadın gülümsədi və məni yola saldı.

Mən artıq öz binamızın qapısından girirəm və düşünürəm ki, necə tez-tez gedə bilərəm? Mən dostlaşmağı və ünsiyyət qurmağı sevmirəm axı. Bu da sadəcə bir maraq idi, tanımaq ehtiyacımı təmin etdim, bundan sonrakı ünsiyyət mənə zövq verən deyildi, yəqin ki. Mənzilə girib yenidən əzəli məkanım olan eyvana çıxdım və beynimi başqa düşüncələrdən arındırmağa çalışıb yenidən elmi işimlə bağlı kitabı oxumağa başladım.

Bir müddət sonra yenidən qonşu binaya baxıram. Qadın eyvanda yenə həmin yerdə oturmuşdu. İndi o, bir qədər daha doğma görünürdü. Üstəlik, bir az da sevincliymiş kimi gəldi. O, harada yaşadığımı bilmirdi. Çünki mən səkkizinci mərtəbədə, o isə qarşı binadakı dördüncüdə qalır. Yəqin ki, onu izləyənin məhz mən olduğumu anlamış deyildi. Oğlunun ona verdiyi cavabı, yəqin ki, heç vaxt öyrənə bilməyəcəm. Heç olmasa, adımı səhv deməsəm, bəlkə, tapardı məni. Eh, bu da bir gün idi, yaşadım… Günəş isə üfüqdə son qalan şüalarını da yığışdırıb binaların arasında itib-batırdı…

Müəllif: İlahə Səfərzadə

İlahə Səfərzadənin yazıları


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nəcəfi Elxan haqqında kitab

SERİYA: YUSİFCANLI ŞƏHİDLƏRİ

ZAUR USTAC – “NƏCƏFİ ELXAN” (PDF):

Zaur Ustac – “Elxan Nəcəfi” (PDF)

ELXAN NECEFİ. Download

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xalq yazıçısı, ədəbiyyatşünas – alim, professor Əzizə Cəfərzadə – Foto.

Azərbaycan Respublikasının Xalq yazıçısı, ədəbiyyatşünas – alim, professor Əzizə Cəfərzadə (1921 – 2003).

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Навруза Баҳритдиновна – Салом куз

Салом куз, севгилим, руҳим лаззати,
Наҳотки васлингга етдим мен ростдан!
Интиқиб зор кутдим, соғинч-ҳасратда,
Кўз ёшим яширди ёмғир бехосдан…

Музда ҳис-туйғусиз титраб бойчечак,
Баҳордан бебаҳра ўтгани армон,
Мен умрим куз фасли остонасидан,
Сокин қалбинг сари ошиқдим шу он!

Куз – сен ёлғизлигим юзидай маъсум,
Кел ишқ, онг-шуурим қалбга йўл очар!
Ийманиб қарайсан сокин табассум,
Сенинг кулгучингда жозиба сочар!

Оташнафас қуёш заррин нурини,
Булутлар ортига беркитди ғамгин…
Сен мендан яширма туйғуларингни,
Завқ-у шавққа тўлиб тараннум этгин!

Куз – руҳим лаззати, хотиржам қалбим,
Кел бирга оташин суҳбат қурамиз!
Хазонрезги боғда хаёл суриб жим,
“Телба ошиқ” номли китоб ёзамиз!!!

Салом куз, севгилим, руҳим лаззати,
Сукунатга чўмиб, бахтни туямиз!

2024.09.01. Ангрен.


YAZAR: НАВРУЗА БАХРИТДИНОВНА

БОЗОРОВА НАВРУЗА БАҲРИТДИНОВНА

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kənan Hacı – Köz

KÖZ

Ömrümdən bir ovuc kül qalmışdı,
külün altında
iynə ucu boyda köz işarırdı,
mən var gücümlə o külü üfürdüm,
aylarla, illərlə…
külək arxamca sovurmuşdu külü,
itmişdi ayaq izlərim,
tüstüdən kor olmuşdu gözlərim…
bir səs qulağıma pıçıldayırdı:
döz, döz, döz,
insafa gəlmirdi köz…
nəfəsim kəsilincə üfürdüm közü,
bir gün…
böyüdü, alışdı gözü,
köz-köz olmuş yaralarım qaysaq bağladı,
sevincdən ocağın küncündə
oturub doyunca ağladım…
sonra sən gəldin, gülüm…

09.08.24

Müəllif: Kənan HACI

KƏNAN HACININ YAZILARI

SADIQ QARAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yusteyn Qorder “Sofinin Dünyası”

Yusteyn Qorder “Sofinin Dünyası”
“Sofinin Dünyası” bədii və fəlsəfənin unikal qarışığıdır, oxuculara gənc qız Sofi Amundsenin gözü ilə Qərb fəlsəfi fikrinə hərtərəfli baxış təqdim edir. İlk dəfə 1991-ci ildə nəşr olunan bu roman mürəkkəb fəlsəfi fikirləri əlçatan və əyləncəli şəkildə təqdim etmək bacarığına görə əhəmiyyətli əsərə çevrilib. “Sofinin Dünyası”, Sofinin fundamental fəlsəfi suallar doğuran sirli məktublar alması ilə başlayır: “Sən kimsən?” və “Dünya haradan gəlir?” Bu suallar Sofini tərbiyəçisi Alberto Knoksun rəhbərlik etdiyi intellektual kəşf səyahətinə çıxarır. Əsərin mərkəzindəki kəşf mövzusu – həm şəxsi, həm də fəlsəfidir.Sofi qədim yunanlardan tutmuş müasir mütəfəkkirlərə qədər müxtəlif filosoflar haqqında məlumat aldıqca, oxucu da fəlsəfi fikrin təkamülünü araşdıraraq paralel səyahətə çıxır. Qorder qədim Yunanıstandan müasir dövrlərə qədər əsas fəlsəfi cərəyanları və mütəfəkkirləri tanıtmaq üçün Sofinin səyahətindən səmərəli istifadə edir. Sokrat, Platon və Dekart kimi personajlar Sofi onların fəlsəfəyə verdiyi töhfələri öyrəndikcə canlanır. Bu tarixi çərçivə təkcə fəlsəfi fikirləri kontekstləşdirmir, həm də onların reallıq, etika və varlıq anlayışımızı necə formalaşdırdığını göstərməklə, onların zamana uyğunluğunu göstərir. Məsələn, Sofinin ekzistensializmlə qarşılaşması və Kierkegaard və Nietzsche kimi filosofların əsərləri vasitəsilə oxucular tez-tez xaotik dünyada azadlıq, seçim və məna axtarışı mövzularını araşdırırlar. Bu kəşfiyyat oxucuları öz inancları və dəyərləri üzərində düşünməyə həvəsləndirir, fəlsəfə ilə şəxsi kimlik arasındakı dinamik əlaqəni vurğulayır. “Sofinin dünyası”nda araşdırılan əsas mövzulardan biri reallıq və varlığın təbiətidir. Qorder oxucuları müxtəlif fəlsəfi fikirlərlə tanış edir, məsələn, Platonun mağara alleqoriyasını, Dekartın məşhur “Mən düşünürəm, deməli, varam” ifadəsi, Kantın noumenal dünya anlayışı. Bu fəlsəfi anlayışlar vasitəsilə oxucular reallıq anlayışlarını şübhə altına almağa və varlığın özünün mahiyyətini nəzərdən keçirməyə təşviq olunurlar. Bu introspeksiya Sofinin müxtəlif filosoflarla görüşləri vasitəsilə qnoseologiyaya – biliyin öyrənilməsinə təşviq edir. Məsələn, Sokrat metodu bilik əldə etmək üçün bir vasitə kimi sorğu-sualın və dialoqun vacibliyini vurğulayır. Sofi Platonun “Mağara” alleqoriyasını öyrəndikcə oxuculara dərk edilən reallıq ilə ondan kənarda olan həqiqət arasındakı fərqi düşünməyə çağırılır. Bu mövzu informasiyanın həddən artıq yüklənməsinin çox vaxt həqiqi anlayışı gizlətdiyi müasir cəmiyyətdə rezonans doğurur. Romanda diqqət çəkən başqa bir mövzu həyatın mənası və məqsədi axtarışıdır. Sofi fəlsəfənin mürəkkəb dünyasında səyahət edərkən həyatın mənası, Tanrının varlığı və əxlaqın təbiəti ilə bağlı ekzistensial suallarla boğuşur. Alberto Knoks ilə apardığı müzakirələr və öz fəlsəfi sorğuları vasitəsilə Sofi bu fundamental suallara dair fərqli fəlsəfi perspektivləri araşdırır. “Səbəb” Qorderin fəlsəfi çərçivəsində əsas rol oynayır. Əsər boyunca Sofi tənqidi və müstəqil düşünməyə təşviq olunur. Bu, rasional düşüncəni dünyanı dərk etmək və cəmiyyəti təkmilləşdirmək vasitəsi kimi qeyd edən maarifçilik ideallarına uyğun gəlir. Səbəbi vurğulayaraq, Qorder, müəyyən edilmiş normaları passiv şəkildə qəbul etməkdənsə, oxucuları öz fikirlərini formalaşdırmağa təşviq edərək, intellektual güclənmənin tərəfdarıdır.
“Sofinin dünyası”nın mərkəzi mövzularından biri, fərdin azadlığını və həyatda öz mənalarını yaratmaq məsuliyyətini vurğulayan fəlsəfi hərəkat olan ekzistensializm ideyasıdır. Sofinin əsrarəngiz filosof Alberto Knoks ilə görüşləri vasitəsilə oxucular Soren Kierkegaard və Jan-Pol Sartr kimi ekzistensialist mütəfəkkirlərin əsərləri ilə tanış olurlar. Romanda digər mühüm mövzu gerçəkliyin və biliyin təbiətidir. Sofi fəlsəfə dünyasına daha da dərinləşdikcə, o, öz varlığının təbiətini və qavrayışlarının doğruluğunu şübhə altına almağa başlayır. Düşüncə təcrübələri və fəlsəfi dialoqlar vasitəsilə Qorder oxucuları insan biliklərinin məhdudiyyətlərini və alternativ reallıqların mümkünlüyünü nəzərdən keçirməyə sövq edir. Roman həmçinin utilitarizm, deontologiya və fəzilət etikası ideyalarını tədqiq edərək, etika və əxlaq anlayışını araşdırır. Sofi fəlsəfi tədqiqatlarında təqdim olunan etik dilemmaları düşünərkən, o, öz inancları və dəyərləri ilə üzləşməyə məcbur olur və bu, onu doğru və yanlış haqqında daha incə bir anlayış inkişaf etdirməyə aparır.
Romanın quruluşu, dünyanın əsas mahiyyəti ilə maraqlanan Fales kimi Sokratdan əvvəlki mütəfəkkirlərdən başlayaraq, Sokrat, Platon, Aristotel və digərlərinin ideyaları ilə hərəkət edən Qərb fəlsəfəsinin tərəqqisini əks etdirir. Qorder hər bir filosofun əsas fikirlərini ümumiləşdirmək və izah etmək üçün Sofinin təhsilindən səmərəli şəkildə istifadə edir və onları hətta fəlsəfədən çox az biliyə malik olan oxucular üçün də başa düşülən edir. Əsərin fəlsəfi məzmunu sadəcə hekayənin fonunu deyil, hekayənin mahiyyətini təşkil edir. Roman, Sofinin həyatı, aldığı fəlsəfi dərslərlə iç-içə olan roman şəklində fəlsəfə tarixi kimi fəaliyyət göstərir. Qorder fəlsəfəni mücərrəd və ya sırf akademik mövzu kimi deyil, dünya və özümüzü dərk etməyimizə birbaşa təsir edən həyati və dinamik bir sahə kimi təqdim edir. Məsələn, Sofinin ekzistensialist ideyalarla məşğul olması onu şəxsi və ekzistensial kəşfiyyat vasitəsi kimi romanın fəlsəfə mövzusunu əks etdirərək öz varlığını və reallığını şübhə altına alır. Qorder, fəlsəfi sorğunun insanın dünyadaki yerini daha dərindən dərk etməyə necə gətirib çıxara biləcəyini göstərmək üçün Sofinin inkişaf edən şüurundan istifadə edir. Sofinin sirli fəlsəfə müəllimi Alberto Knoks fəlsəfi ideyaların labirintində bələdçi kimi xidmət edir. Onun romandakı rolu tələbənin həyatın sirlərini, suallarını oyandırmağa kömək edən mentor kimi filosofun klassik obrazını xatırladır. Alberto vasitəsilə müəllif fəlsəfəni dialoq, müəllim və tələbə arasında həqiqətin ortaq axtarışına çevrilmək üçün sadəcə bilik ötürülməsindən kənara çıxan söhbət kimi təsvir edir. Albertonun təlimləri metafizika, etika, epistemologiya və elm fəlsəfəsi də daxil olmaqla geniş fəlsəfi mövzuları əhatə edir. Qorderin bu mürəkkəb fikirləri aydın və cəlbedici dərslərə çevirmək bacarığı romanın ən güclü tərəflərindən biridir. Roman fəlsəfəni Alberto obrazı vasitəsilə təqdim etməklə fəlsəfi ənənədə tədrisin və mentorluğun əhəmiyyətini vurğulayır.
“Sofinin Dünyası”nın ən maraqlı tərəflərindən biri onun metafantastika ölçüsüdür. Sofi fəlsəfəni daha dərindən öyrəndikcə, o, təkcə fəlsəfəni öyrənmədiyini, həm də daha böyük bir fəlsəfi tapmacanın bir parçası olduğunu dərk etməyə başlayır. Roman fantastika ilə reallıq arasındakı sərhədləri bulandırır, Sofini və oxucunu varlığın təbiətini, azad iradəsini, yaşadıqları dünyanın reallığını şübhə altına alır. Bu metafantastik bükülmə fəlsəfi fikirlərin, xüsusən də ekzistensializm və postmodernizmə aid olanların praktiki təsviri kimi xidmət edir. Sofi və oxucunu öz dünyasının uydurma mahiyyətindən xəbərdar etməklə, Qorder onları həqiqətin, qavrayışın və şüurun təbiəti haqqında fəlsəfi mübahisələri əks etdirərək reallığın özünün təbiəti üzərində düşünməyə dəvət edir. Əsər metafizik sualları araşdırmaqdan əlavə, etika və əxlaq sahəsinə də dərindən girir. Sofi Kant, Nitsşe və Kierkegaard kimi mütəfəkkirlərlə qarşılaşdıqda, o, insan davranışının mürəkkəbliyi, xeyirlə şərin təbiəti ilə üzləşməyə məcbur olur. Bu görüşlər vasitəsilə müəllif oxucuları öz etik inanclarını və onların üzərində qurulduğu təməlləri nəzərdən keçirməyə çağırır. Romandakı personajların seçimlərini və hərəkətlərini tədqiq etməklə oxucular gündəlik həyatda yaranan əxlaqi dilemmalar və onların öz qərarlarını rəhbər tutan prinsiplər haqqında tənqidi düşünməyə sövq edilir.
“Sofi Dünyası”nın ən maraqlı cəhətlərindən biri Qorderin meta-povest yanaşmasıdır.Sofi fəlsəfəni öyrəndikcə, o, həm də öz povestinin təbəqələrini açır və hekayələrin təbiəti haqqında düşüncələrə yol açır. Nağılçı ilə hekayə arasında hansı əlaqə var? Hekayələr reallıq anlayışımızı necə formalaşdırır? Bu kəşfiyyat fəlsəfənin insan hekayəsi və məna yaratma təcrübəsi ilə mahiyyətcə necə bağlı olduğunu vurğulamağa xidmət edir.
Sonda qeyd edək ki, “Sofinin dünyası” oxuculara fəlsəfə dünyasına unikal və əlçatan giriş təqdim edən əlamətdar bir romandır. Maraqlı hekayə və düşündürücü mövzuları vasitəsilə müəllifin işi insan varlığının mürəkkəbliklərində sual vermənin, araşdırmağın və məna axtarmağın vacibliyini güclü xatırlatma rolunu oynayır. ‘Sofinin Dünyası” bir romandan daha çox şeydir; bu, maarifləndirici bir vasitədir və cəlbedici povestə bükülmüş fəlsəfi kəşfdir. Qorder, fəlsəfəni oxucuları dünya və dünyadakı yerləri haqqında dərindən düşünməyə çağıran bir hekayənin içərisinə daxil etməklə, fəlsəfəni əlçatan, cəlbedici etməyə nail olur. Sofinin səyahəti ilə yazıçı göstərir ki, fəlsəfə sadəcə öyrənilməli bir mövzu deyil, həm də həyat tərzidir, reallıq haqqında qavrayışımızı formalaşdıran davamlı dərketmə axtarışıdır. Bu mənada əsər fəlsəfənin davamlı aktuallığının, əsrlər boyu olduğu kimi heyranlıq və araşdırmaları ilhamlandırmaq gücünün sübutudur.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – “NƏCƏFİ ELXAN” PDF KİTAB

SERİYA: YUSİFCANLI ŞƏHİDLƏRİ

ZAUR USTAC – “NƏCƏFİ ELXAN” (PDF):

Zaur Ustac – “Elxan Nəcəfi” (PDF)

ELXAN NECEFİDownload

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Dağlar

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"