Etiket arxivi: Elman Eldaroğlu təbrik edir

Elman Eldaroğlu yazır

Belə adamlar çox az olur

O, həftənin 5-ci günü, yəni cümə günü dünyaya gəlib. Min dörd yüz ildir ki, müsəlman aləmində cümə günü əziz və mübarək bir gün kimi qeyd edilir. Bu günün fəzilətləri çox böyükdür. Bütün bəşəriyyətin atası Adəm peyğəmbər də cümə günü yaradılıb, cümə günü cənnətdən yerə endirilib, cümə günü tövbəsi qəbul edilib və cümə günü də vəfat edib. Deyilənlərə görə, qiyamət günü də cümə günü qopacaq. Bir də cümə günün içində cəmi bir saat zaman var ki, hər hansı bir müsəlman həmin saatda Allahdan nə diləsə, Allah onu arzusuna çatdırar…

Ümumiyyətlə, cümə günü doğulanlar xüsusi adamlar olurlar. Onlar sevib-sevilmək üçün yaranıblar. Həyatdan zövq almaq, doğmalarına gözəl anlar bəxş etmək bu insanların missiyasıdır. İstənilən vəziyyətdə optimist və şəndirlər. Xarici görünüşcə də cəlbedicidirlər. Ailəni, rahat evi, uşaqları çox sevirlər. Onların sayəsində həm olduqları evin, həm də işlədikləri yerin bərəkəti artır…

Bəli, bu gün cəmiyyətimizin çatışmayan cəhətlərindən biri də odur ki, paxıllıq, xəbislik, nankorluq baş alıb gedir. Sanki insanlar bir-birini ruhlandırmağı, xoş söz deməyi yadırğayıblar. Əksəriyyət kimdəsə şahidi olduğu müsbət xüsusiyyətlərdən danışıb təbliğ etmək istəmir. Bunun üçün ya ortada hansısa maraq olmalıdır və ya da ki, təmənna. Amma nə yaxşı ki, az da olsa ürəyigeniş, mərd insanlar var. Onlar tanıdı-tanımadı yaxşıya yaxşı deməyi bacarırlar. Bu isə yaxşılıqların artmasına təkan verir…

Xülasə, bu gün sizə 1982-ci il, aprel ayının 23-də Gədəbəy rayonunun Əli-İsmayıl kəndində dünyaya gələn Pərvanə Bayramqızından danışmaq istəyirəm. Gəlin əvvəlcə onun ömür yoluna işıq tutaq. Pərvanə xanım orta məkətəbi bitirdikdən sonra, 2000-ci ildə ailəliklə Bakıya köçüblər. Sonra filologiya və kitabxanaçılıq ixtisası üzrə təhsilə yiyələnib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında çalışır…

Deyir ki:- “”Kitabxanaçı” deyəndə kitab alıb-vermək işindən başqa ağlına heç nə gəlməyənlər üçün kitabxana işinin elmi-nəzəri biliklərindən mühazirə deyib, onları bu sahədən xəbərdar etmək çətin məsələdir. Dinləməzlər. Amma həmin bilgilər, peşənin məsuliyyəti, maraqlı tərəfləri poeziyaya gətirilsə yaxşı təbliğat vasitəsi olar. Bu bir təşəbbüsdür, dəyərləndirib yazan olsa, mütaliə, kitabxana işinə müsbət təsir göstərər…”

Peşəsinin vurğunudur, mütaliə etməyi, daha çox öyrənməyi xoşlayır. Amma yuxarıda qeyd etdiyim kimi, bir şözəl şakəri də var:- Yazmaq, yazmaq, yenə də yazmaq. Odur ki, saysız-hesabsız publisist yazılar yazıb. Bu yazılarda həm gündəmlə, həm cəmiyyətin ictimai-sosial həyatıyla və həm də yaradıcı insanlarla bağlı fikirlərini mətnlərə çevirib. İndiyədək esselər, resenziyalar, ana dili məsələsi ilə bağlı tanınmış ziyalılardan aldığı müsahibələrdən ibarət altı kitabı çap olunub…

“Məncə, yaxşı danışana, ağzından dürr tökülənə, maraqlı söhbət edənə qulaq asan olmur, hətta sözünü kəsib özləri danışırlar. Mənasız məişət söhbəti adamları daha çox cəlb edir. Qonşunun yaşayış tərzindən, qohum-əqrəbasının pisliyindən danışanı, çoxu həvəslə dinləyir. Belələrini söhbətcil adlandırılır. Onların “dinləyici auditoriyaları” üstünlük təşkil edir. Nəylərinə gərəkdir, sənin sağlam mənəviyyatından, zəngin təfəkküründən bəhs edən mövzuların. Qərəzsiz danışırsansa, obyektiv fikirləşirsənsə, özünü tanımadan kiminsə sözü ilə kimisə asıb-kəsmirsənsə maraqsız adam təsiri bağışlayırsan.”- söyləyir.

Uşaq yaşlarından yazıb-yaradır. Amma ilk dəfə 2003-cü ildə “Mən də övladıyam Azərbaycanın” şeiri ilə tanınmağa başlayıb. “Qəlbimin istəkləri” adlı birinci kitabının nəşr tarixi isə 2008-ci ilə təsadüf edir. Vətən, yurd, el-oba sevgisini, müharibənin fəlakətlərini, fərdi yaşantılarını, sevginin paklığını, ayrılıq əzablarını əks etdirən mətnlərlə zəngin “Yaza bilməyən yazıçı adlı kinci kitabından sonra, pandemiya dövrünün ağrı-acıları, maddi çətinlikləri, sərbəstlik məhdudiyyəti, ölümü, ayrılıqları, ana dilinin qorunması, cəmiyyətin problemləri, sosial şəbəkələrin faydalı-zərərli tərəfləri haqqında geniş yazıların toplaşdığı “Karantin zədəsi” kitabı isə onun üçüncü kitabıdır. “Bir də gördüm…” adlı dördüncü kitabını atasının xatirəsinə həsr edib. Sonradan ərsəyə gətirdiyi bədii-publisist yazıları əhatə edən “Asan çətinliklər”in ardınca, yalnız hekayələrin sıralandığı “Siz harda yaşayırsınız?” kitabını da oxucuların ixtiyarına verib. “Asan çətinliklər” kitabı naşir Əli Aslani tərəfindən əski əlifbaya çevrilərək, 2025-ci ilin yanvar ayında İranın Miandoab şəhərində “Tərz” nəşriyyatında da çap olunub…

Deyir ki:- “Nadanların yanında dan görünmək üçün gərək onların tayı olasan, yoxsa təklənirsən. Adamın yaxşı insanlara canı yanır, duyğularına, xoş hisslərinə heyfi gəlir. Onların ali keyfiyyətlərini dəyərləndirmək əvəzinə, ya paxıllığını çəkirlər, ya da ruhən öldürməyə çalışırlar. Ətraf doludur bu cür “qatillərlə”.”

Cəmiyyətdə raslaşdığı problemlər- nadanlıq, bir-birinə hörmətsizlik, xəbislik hissləri onu çox narahat edir. Düşünür ki, bunun qarşısını yalnız marifləndirməklə almaq olar…

“Tez-tez qarşılaşdığım məqamdır- hansı qadın kollektivində oluramsa, mənə ağzımı açıb bir kəlmə deməyə imkan vermirlər. Ya hamı eyni vaxtda danışıb xor yaradır, ya da hər kəs özü danışır, özünə maraqlı olan mövzunu ortaya atır. Mən də günahkarcasına onlara baxıram. Özümü danlayıram: necə maraqsız adamam… bu qadınların güldüyü söhbətlərə niyə gülməyim gəlmir? Niyə mən də başqalarının yaşayış tərzi ilə maraqlanmıram? Niyə bunlar özgəni müzakirə edəndə mən “İnsanı öldürmək” hekayəsindən danışmaq istəyirəm? Niyə cəmiyyətin problemlərini özümlə o başa-bu başa daşıyıram? Kimə lazımdır axı? Əcəb olur mənə. Yaxşısı başını aşağı salıb yazmaqdır.”- söyləyir.

Oxucu qıtlığından gileylənir. Gənclərdə kitablar haqqında gözəl təsəvvür formalaşdırmaq, gələcək nəslin mədəni yetişməsi üçün gücümüzü toplayıb yaxşı işlər uğrunda çalışmağı təklif edir. Onun bu təklifinə gülməyi tutanları, mənasız iş sayanları “laqeyd vətəndaşın millətə zərəri” maddəsi ilə mənəvi məsuliyyətə cəlb olunmasını istəyir.
Qəlbi təmiz adamdır. Heç kimə pis nəsə arzulamır. Həyat enerjisi yüksəkdir. Çox məsələlərdə təfərrüatlı və diqqətlidir. Əsas xüsusiyyətləri isə ağıllı, mərd və müdrük olmasıdır. Onu çox bəyənirlər, elə buna görə də ətrafındakı qadınların bəziləri onu qısqanır, paxılığını çəkirlər…

Deyir ki:- “Ürəyimdə, beynimdə nə varsa, dilimə də onu gətirirəm. Bildiyim təkcə obyektivlik və ədalətdir. Günahım olarsa, üzr istəyər, olmazsa adamların pis üzündən sarsılaram. Xoşuma gəlməyən simadan uzaq dursam da özünü ustalıqla gizləyən hiyləgərlərə inanıram. Əgər gözümün qabağındakı saxtakar, hiyləgər özünü saf kimi tanıtmağı bacarıbsa, həqiqətən saf olana da yaxınlaşmağa adam tərəddüd edir.
Neynəyim dodağısözlü, qeybətcil, paxıl, təfəkkürü mətbəxdən o yana inkişaf etməyən qadınlarla sözüm tutmur…”

Duyğularını tam şəkildə hiss etməyi sevir. Olduqca qayğıkeşdir, mehriban xarakterlidir. Etibarlılığı və mülayim təbiəti ilə fərqlənir. Tez qərar verməyi, onu qısa müddətdə həyata keçirməyi bacarır. İnadkar, xarizmatik xanımdır. Bəzən sərt, bəzən isə həssas olur. Duyğusal olduğundan romantik, sakit və ciddi adamları bəyənir. Ümumiyyətlə, insanları tanımaqda çətinlik çəkmir…

“Yaxşı insanlar onlara dəyər verən, yaxşı insanların yanında dəyərlidir. Bir qanmaz, yaxud paxıl əsl insanın layiq olduğu münasibəti ona göstərməz. Xainin gözündə yaxşı insan yaxşı kimi yox, maneə kimi görünər. Paxıl adam insanlığı dəyərləndirə bilməz. Ona gic kimi baxar. Yazıq yaxşı adam yenə günahı özündə axtarır. Hər şey “zər palan”(zəfəran) məsəlidir.”- söyləyir.

Üstün xüsusiyyətlərindən biri də odur ki, o, həmişə qürurludur və sabit bir şəkildə həyatda necə davam edəcəyini yaxşı bilir. Gözəlliklərdən maksimum həzz almaq istəyi bütün varlığına hakim kəsilib. Necə deyərlər, həyatın gözəlliklərini çox sevir. Və gözəl görünən hər şeyə dəyər verməyi bacarır…

…Bilirəm, onun haqqında söhbətim çox uzandı. Yəqin ki, aranızda yorulanlar da oldu. Üzürxahlıq edib söhbətimi burada yekunlaşdırıram. Pərvanə xanımı isə, yeni yaşı münasibətilə təbrik edir, möhkəm can sağlığı, səadət arzulayıram…

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə

Hörmətlə,  Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu təbrik edir

Poeziyamızın AĞ SƏSİ

Bu dəfə sizə Qulu müəllimdən danışmaq istəyirəm. Yox, yox, tələsməyin, professor Qulu Məhərrəmlini deyil, əməkdar jurnalist Qulu Zeynalovu nəzərdə tuturam. Onu həm də şair Qulu Ağsəs kimi tanıyırlar. Söhbətim maraqlı olsun deyə, araşdırarkən qarşıma çıxan müxtəlif müsahibələrindən nümunələr də gətirməyə çalışacağam. Həm ədəbi jurnalın baş redaktoru, həm bir şair və həm də bir insan kimi onun haqqnda söyləyəcəyim fikirlərin obyektiv olacağına ümid edirəm…

Deyir ki:- “Əsil şeir odur ki, onu başqa dillərə çevirmək mümükündür. Əgər mən şeiri doğma dilin üstündə yox, dilin qırağında yaradıramsa, o batdı getdi. Bunu bir dəmiryolu kimi təsəvvür etmək olar. Dil özü bir dəmir yoludu. Biz şeirləri bu “relsin” üstünə qoyanda yol nə qədər uzanırsa, şeir də o qədər gedəcək. Əgər şeiri kənara qoymuşuqsa, onlar yanlarından ötən şeirlərə əl eləməklə məşğul olacaqlar. Bu gün Azərbaycanda baxıb əl olunası yüzlərlə, minlərlə “poetik” nümünələr yaranır. Onları həqiqətən də əsil şeirdən ayırmaq çox çətindir…”

1969-cu ildə Ağdamda dünyaya gəlib. İlk şeirini doqquz yaşında yazıb. Amma on bir yaşından mətbuatda çap olunmağa başlayıb. Daha dəqiqi, ilk dəfə Lenin haqqında yazdığı şeir “Azərbaycan pioneri” jurnalında çap olunub. Böyük ədəbiyyata isə 1990-cı ildə “Ulduz” jurnalında çap olunan şeirləri ilə təşrif buyurub. İndiyədək şeirləri türk, rus, özbək, gürcü, ukrayna, polyak dillərinə tərcümə edilib. Bir neçə kitabın müəllifidir. 2015-ci ildə “Azərbaycanın əməkdar jurnalisti” fəxri adına layiq görülüb. On ildən çoxdur ki, “Ulduz” jurnalının baş redaktorudur…

“Bu gün dünya ədəbiyyatında siyasiləşmə motivlərini hiss etməmək mümkün deyil. Dünya ədəbiyyatı adı ilə bukmeyker kontorları səviyyəsində təbliğatı aparılan, çox asanlıqla bestsellerə çevrilən əsərlər hardansa idarə olunur. Xüsusilə son illərin ədəbiyyat sahəsində verilən “Nobel” mükafatıları birmənalı olaraq siyasi yük daşıyır. Yəni hansısa ölkənin tutduğu mövqeyə görə bu mükafatlar təqdim olunur. Məsələn, insan haqları uğrunda mübarizəyə görə, “Nobel” mükafatı verilimiş azərbaycanlı Şirin İbadiyə bu mükafatın verilməsi İrana olan antipatiyadan irəli gəlir. O qadın “Nobel” mükafatınını əsasnaməsində nəzərdə tutulan heç bir bəndə uyğun gəlmir. Sadəcə, İrandakı insan haqları ilə bağlı problemləri qabartmaq və bununla da beynəlxalq təzyiq göstərmək üçün bu adı İbadiyə veriblər. Mən həmişə demişəm ki, Orxan Pamuka verilən “Nobel” mükafatı ermənilərin və kürdlərin hesabınadır. Pamuk Türkiyədə erməni soyqırımının olduğunu və kürdlərin huquqlarınn pozulması ilə bağlı fikirləri dəstəkləyirdi. Bu dünyanın xoşuna gəldi. Odur ki, ədəbiyyata basqıların olması faktdır. Bilirsinizmi, əvvələr dünyanı ədəbiyyat idarə edirdi, indi isə siyasət idarə edir. Əslində siyasət özü də sözdür. Sanki siyasi söz ədəbi sözdən intiqam alır…”- söyləyir.

Mülahizələri güclüdür, ədəbiyyatın belə siyasiləşməsindən çox narahatdır. Amma ümidlərini itirmir…

Deyir ki:- “Bir dəfə belə bir status yazmışdım: “Allah, sən təksən, yoxsa səni təkləyiblər?” Bu gün Allah “təklənib”. Ateizm dəb halına çevrilib. Mən Allahı çox istəyirəm və bizim münasibətimiz qorxu üzərində qurulmayıb. İndi elə dövrdür ki, evdə həyat yoldaşına, işdə müdirinə səsini qaldıra bilməyənlər başlayırlar Allaha “ilişməyə”. Mən istəməzdim ki, insanlar Allahdan qorxsun. O, bizi yaradıbsa, sevib yaradıb. Qorxu özünümüdafiə deməkdir. İnsan itirəcəyi nəsə olanda qorxmağa başlayır. Əgər sənin xəzinən olsa, onun başında ilan kimi yatacaqsan ki, qoruyasan. Amma daxılında bir qara qəpiyin də yoxdursa, onu qorumağa da ehtiyac qalmır. Qorxu da şübhədən yaranır. İnsanın içində həmişə hər şeyə qarşı şübhə olmalıdır. Məsələn, mən İsa Hüseynovun oxucusuyam, İsa Muğannanın yox. Amma yenə də İsa Muğanna kimi yazdığı əsərləri tam şəkildə inkar etmirəm. Məndən bunun səbəbini soruşanda cavab verirəm ki, sabah vəziyyət dəyişə bilər. Həyatda hər şey mümkündür. Mən heç nəyin altından birmənalı şəkildə qol çəkə bilmərəm. Amma bir şeydən adım kimi əminəm. Bir gün “ASAN” Xidmətin qarşısında azərbaycanlılar Marsa bilet almaq üçün dayanacaqlar, amma yenə də növbə mədəniyyəti olmadan…”

Bu söylədikləri onun bir ədəbiyyatçı, baş redaktor kimi düşüncələridir. İndi də sizə onun poeziyasından nümunə təqdim etmək istəyirəm. Adsız şeirlərindən birində yazır:

“Bu dünyada
heç kəsə demədim…
O dünyada soruşsalar:
sən kimsən?
-gözümü yumub,
ağzımı açacam!
Deyəcəm ki:
altındakı skamyada
bir yol özü oturmayan
yorğun ağacam…”

Ümumiyyətlə, onun şeirlərini oxuduqca ənənəvi şərq poeziyası ilə qərb poeziyasının sintezinin şahidi olursan. Bu şeirlərdə həm ənənəvi poeziyaya məxsus lirika, bədii bənzətmə, qafiyələnmə də var, eyni zamanda qərb poeziyasındakı kimi, bütün qəliblərdən kənar sərbəstlik də. Belə poeziya nümunələrinin oxucuları gələcəkdə daha çox olacaqlar. Bir də ki, bü cür şeirləri xarici dillərə çevirmək də asandır. Bu isə əcnəbi oxucuların da poetik zövqünü oxşaması deməkdir…

O ki qaldı onun şəxsi keyfiyyətlərinə, öncə onu deyim ki, hər gələn yeni günə həvəslə və səbirsizliklə başlayır. Sanki enerji və maqnit dinamosudur. Xarizmatikdir və liderlik bacarığı ilə doludur. Heç vaxt naməlum olanı araşdırmaqdan qorxmur. Demək olar ki, impulsiv, inadkar və iradəli insandır. Daxili gücü o qədər çoxdur ki, hər hansı bir problemi dəf etməyə qadirdir. Süstlükdən zəhləsi gedir, ləng hərəkəti xoşlamır. Onunla rəqabətə girmək ağılsızlıqdır. Bu baş verərsə mübarizədən qalib çıxan, o olacaq…

Nə isə, düşnürəm ki, Qulu Ağsəs haqqında az da olsa sizə məlumat verə bildim. Bu gün- aprelin 20-si onun doğum günüdür, 57 yaşı tamam olur. Onu yeni yaşı münasibətilə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…

Hörmətlə,  Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu – Arzuları çin olsun!

Arzuları çin olsun!

Parlaq zəkalı, dərin ağıllı, məqsədyönlü və zəhmətkeş insandır. Fəaliyyətdə olanda özünü hamıdan xoşbəxt hesab edir. Hər hansı bir iş haqqında azacıq fikirləşən kimi, dərhal ona girişir. Çox qabiliyyətlidir və səliqə-səmanı gözləyir. Onun qəlbi ruh coşqunluğu ilə doludur. Bəzən onu təəccübləndirir ki, niyə başqaları onun qavradığı kimi qavramağı bacarmırlar. O, həyatı varlığı ilə dərindən hiss edir və məhz buna görə də həmişə ayaq üstə qalmağı və daima nəiləsə məşğul olmağı xoşlayır. Onun kifayət qədər həyat enerjisi var, odur ki, kiçik problemləri tez dəf edir. Başqa sözlə, çətinliklər yarananda o, cani-dildən hərəkət etməyə səy göstərir və məqsədinə nail olana qədər gərgin işləməkdə davam edir…

Müsahibələrinin birində deyir ki:- “Bilirsiniz, bəlkə də bu gün mənim də məşğul olduğum ədəbiyyatşünaslıq və ədəbi tənqid kimlər üçünsə dar və məhdud bir sahə kimi görünür. Ancaq nəzərə alanda ki, milli ədəbi fikir tarixində məhz ədəbiyyatşünaslıq və tənqidlə xalqın qəlbində özünə abidə ucaldan maarifçilər, elm adamları çox olub. Sözsüz ki, Firidun bəy Köçərli, Əmin Abid, Hənəfi Zeynallı, Əli Nazim, Salman Mümtaz, Həmid Araslı, Əli Sultanlı, Abbas Zamanov, Feyzulla Qasımzadə, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Yaşar Qarayev kimi alimlər bu sahədə fundamental tədqiqatlar aparıblar. Yəni bu işin mahiyyətində həm də maarifçilik var. Təsadüfi deyil ki, bolşeviklərin işğal zamanı ilk güllələdiyi şəxslərdən biri Firidun bəy Köçərli olub. Bir çox ədəbiyyatşünaslar- Əli Nazim, Əmin Abid, Salman Mümtaz, Bəkir Çobanzadə və başqaları repressiya olunublar. Mən də onların bu müqəddəs yolunu davam etdirərək xalqa xidmət yolunu seçmişəm…”

Ədəbiyyatçılar arasında onu yaxşı tanıyırlar. O, XX əsr Azərbaycan ədəbiyyatı tarixinə həsr edilən xeyli fundamental elmi araşdırmaların, o cümlədən bakalavr və magistrlər üçün nəzərdə tutulan 3 cilidlik dərsliyin müəllifidir…

Söhbət Bədirxan Balaca oğlu Əhmədovdan gedir. O, 20 aprel 1955-ci ildə Gürcüstan Respublikasının qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Az-Gəyliyən kəndində dünyaya gəlib. 1973-cü ildə orta məktəbi bitirərək indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin filologiya fakültəsinə daxil olub və oranı 1977-ci ildə oranı başa vurub. 1977-1982-ci illərdə Sabirabad rayonunun Abdulabad kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda qiyabi aspiranturaya qəbul olunub. 1982-ci ildə təyinat müddəti başa çatdıqdan sonra Bakıya gələrək Azərbaycan Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda “Sabit Rəhmanın satirası” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 1990-ci ildən “Vətən səsi”, “Cümhuriyyət”, “Azərbaycan ordusu” qəzetlərində şöbə müdiri, baş redaktor müavini işləyib. 1993-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib. Müdafiə Nazirliyinin “Azərbaycan ordusu” qəzetində baş redaktor müavini işləyib. Silahlı Qüvvələrdən ehtiyata çıxandan sonra, 1999-cu ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışır. Aparıcı elmi işçi, baş elmi işçi, elmi katib vəzifələrində işləyib. 2005-ci ildə “Azərbaycan satirasının inkişaf problemləri (1920-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. 2011-ci ildə isə professor elmi adına layiq görülüb. Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Asiya xalqları ədəbiyyatı şöbəsinə rəhbərlik edir…

“Deyim ki, müxtəlif dövrlərdə Bakı Slavyan Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Türkiyədə Kars Kafkas Universiteti və Xəzər Universitetində otuz ilə yaxın mühazirələr oxumuşam. Gördüyüm bu olub ki, müstəqillik dövründə proqramların, metodik vəsaitlərin, dərsliklərin və dərs vəsaitlərinin nəşri, demək olar, yaddan çıxıb. Bu isə tələbə və magistrantların əvvəlki ideoloji prinsiplərlə yazılmış vəsaitlərdən istifadə etməsinə şərait yaradır. Ya da internet, vikipediya məlumatlarından istifadə etməklə kifayətlənirlər ki, bu da təhsil sistemimizə böyük bir zərbədir. Bunu hiss edərkən XX əsrin ədəbiyyat tarixini yazmağa başladım. Əvvəlcə 2009-cu ildə ədəbiyyat tarixinin proqramını tutdum və yeni dövrləşdirmə irəli sürdüm. Sonra da bu dövrləşdirməyə uyğun yüz ilin ədəbiyyatını sistemləşdirib tələbələrin ixtiyarına verdim…”- söyləyir.

O, həmçinin 2001-ci ildən Bakı Slavyan Universitetində Azərbaycan ədəbiyyatı tarixi, Müasir ədəbi proses, Yeni dövr Azərbaycan ədəbiyyatı, Azərbaycan mətbuatı tarixi, Jurnalistikanın nəzəri əsasları və praktik yaradıcılığından mühazirələr oxuyur. Aynur Qəzənfərqızı adlı bir tələbsi onun Türkiyə mətbuatında işıq üzü görən məqalələrdən birini öz Facebook səhifəsində paylaşaraq yazır: “Canım hocamın Türklüyün üçlü formulu haqqında yazılarına Türkiyə də biganə qalmır və öz qəzetlərində bu yazılara yer verirlər. Qürurverici bir mənzərədir. Daim var olun, yazın, yaradın, gözəl insan!..”

…Özünü fəal vəziyyətdə daha yaxşı hiss etdiyinə görə imkan düşən kimi yeni bir işə başlayır. Çox götür-qoy etməyi, ən yaxşı üsulu tapmağı vaxt itkisi hesab edərək dərhal işə girişməyə üstünlük verir. Öz qabiliyyətinə o qədər əmindir ki, uğursuzluq barədə heç zaman düşünmür və müəyyən dərəcədə rrıəhz buna görə də çox vaxt müvəffəqiyyət qazanır. Şəxsi problemlərinin üzərinə elə bir enerji və qətiyyətlə atılır ki, onların çoxu sadəcə olaraq heç olur. Onu yalnız hal-hazırda baş verənlər maraqlandırır və əgər nə isə diqqətini cəlb edirsə, keçmiş haqqında bütün fikirləri yoxa çıxır. O, çox ağıllı və realist adamdır, hansısa bir uzaq gələcək üçün işləmir və nə vaxtsa bugünkü xidmətlərinin mükafatlandırılması barədə düşünmür…

Deyir ki:- “Yüz əlli ilə yaxındır ki, Azərbaycan ədəbiyyatı sistemli şəkildə tədqiq olunur. Buna baxmayaraq, ədəbiyyatımızın elə problemləri, istiqamətləri var ki, araşdırılmasını gözləyir. Üstəlik, sovet dövründə araşdırılan bir çox problemlər, ədəbi hadisələr və şəxsiyyətlərin yaradıcılığı ideoloji mövqedən tədqiq olunduğundan yenidən araşdırılmanı zəruri edir. Maarifçi realizm, romantizm və onun hüdudları, mərhələləri, tənqidi realizm istilahları, onun nümayəndələri yenidən tədqiq olunmalı, ideoloji, siyasi yanaşmalardan azad olunmalıdır. Təəssüf ki, magistrant və doktorantlara mövzular verilərkən bunlar nəzərə alınmır. Bundan başqa, aparılan araşdırmalarda nəzəri kontekst, bədii mətnlə işləmək olduqca zəifdir. Nəzəri yanaşmaların zəifliyi həm də universitetlərdə ədəbiyyat nəzəriyyəsi fənninin getdikcə sıradan çıxmasından irəli gəlir. Bu gün təhsildə yeni yanaşmalara keçmək zəruriyyəti yaranıb…”

…Bilirəm, indiki adamların, sonu bilinməyən mənasız serialları xüsusi diqqətlə izləsələr də, kiminsə haqqında uzun-uzadı söhbətlərə qulaq asmağa səbirləri çatmır. Gərək, qısa şəkildə qəhrəmanının obrazını yaratmağı bacarasan. Odur ki, professor Bədirxan Əhmədova həsr etdiyim bu söhbəti uzatmıram, burada yekunlaşdırmaq istəyirəm. Məqsəd, Bədirxan müəllimi yeni yaşı münasibətilə təbrik etməkdir- Arzuları çın olsun!..

Hörmətlə,  Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu təbrik edir

Öz oxucuları olan yazıçı

Orta məktəbdə oxuyanda riyaziyyatla maraqlansa da, günlərin birində Lev Tolstoyun “Sergi ata” əsərini oxuyur. Və bu əsər onu özünə valeh edir. Çox düşünüb daşınandan sonra qərara gəlir ki, yazmağa başlasın. Yazır, amma hiss edir ki, onda nəsə çatmır. Anlayır ki, mütaliəsi zəifdir, çox əsər oxumalıdır, dünya yazarlarını dərindən mütaliə etməlidir…

Haqqında söhbət açmaq istədiyim yazıçı İlham Əziz 1972-ci il aprelin 16-da Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. 1979–1989-cu illərdə Salyan rayonu Noxudlu kənd məktəbində orta təhsilə yiyələnib. 1987–1989-cu illərdə Moskva Dövlət Universitetinin qiyabi Riyaziyyat məktəbində oxuyub. 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub. Bir müddət Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsində çalışıb. 1997-ci ildə isə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsinin “Büdcədənkənar fondlar” şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bir il sonra öz ərizəsi ilə vəzifəsindən azad edilib. Həmin ildən şəxsi bizneslə məşğuldur. Hazırda “Karizma Tradiq” şirkətinin direktorudur. Eyni zamanda 2017-ci ildə ”İlham Əziz” imzası ilə ədəbi fəaliyyətə başlayıb. Dövri mətbuatda hekayə, resenziya, publisistik yazıları ilə çıxış edir. Bir neçə kitabın müəllifidir…

Deyir ki:- “Cavan yaşından Maliyyə Nazirliyində mühüm vəzifə tuturdum, istefa verib şəxsi biznesimi qurmağa başladım. Çünki dövr, zaman dəyişmişdi, kapitalizm münasibətləri formalaşırdı. Kapitalizmin isə məlumdur ki, sərt qayda-qanunları var, sovet dövrünə öyrəşmiş insanlar üçün yeni qaydalara uyğunlaşmaq çətindir. Bəziləri hələ də düşünür ki, şair və yazıçıları dövlət dolandırmalıdır. Sovet hökuməti yazı-pozu adamlarından, ümumiyyətlə yaradıcı insanlardan təbliğat aparatının ruporu kimi istifadə edirdi və təbii ki, onların dolanışığı üçün də ciddi addımlar atırdı, diqqət göstərirdi. Kapitalizmdə münasibətlər sözsüz ki, fərqlidir, rupora ehtiyac qalmır. Təbii ki, bugünkü mövqeyimdən razıyam, hekayələrim oxunur, ədəbi aləmdə müzakirə və tənqid edilir. Bu gün ədəbiyyat aləmində seçilmək, Saday Budaqlı, Mahir N.Qarayev, Etimad Başkeçid, Salam Sarvan, Fəxri Uğurlu, Şərif Ağayar, Varis, Mübariz Örən kimi ciddi imzaların çiynindən boylanmaq, onların ədəbiyyat süfrəsində yer tutmaq asan məsələ deyil, çünki orda çox sıxlıqdır. Ədəbi prosesi yaxından izləyənlər yəqin ki, dediklərimi təsdiqləyər. Bir məsələni də deyim ki, bizim ədəbi mühit çox ədalətlidir, 45 yaşında yazmağa başlayan İlham Əzizi qəbul edibsə, deməli, istənilən istedad qəbul oluna bilər. Yetər ki, ortada gözəl mətn olsun…”

Çox sadə adamdır. Heç vaxt yekaxanalıq edib özünü təkəbbürlü göstərmir. Mülayim rəftarı ilə seçilir. Hansı sözü harada işlətməyi yaxşı bilir. Dəqiqliyi xoşlayır, bəlkə də bu onun riyazi vərdişlərindən irəli gəlir…

“Hesab edirəm ki, dövlət quruculuğunun əsas elementlərindən biri sayılan milli burjuaziya formalaşmalıdır. Gəlin açıq danışaq, bu gün Azərbaycanda necədir? Biznes mühitində ayrı-ayrı siyasi adamlar ciddi şəkildə iştirak edirlər. Adətən belə hallar yeni qurulan dövlətlərdə olur, zaman keçdikcə inanıram ki, Azərbaycan da oturuşmuş ölkələr kimi siyasi adamlar biznes mühitindən çəkiləcək, həmin yeri milli burjuaziya nümayəndələri, orta təbəqəni təmsil edən iş adamları tutacaq. Düşüncə sahiblərinin pul qazanmaq vaxtı gəlib çatacaq. Adi bir misalla fikrimi izah etməyə çalışım, bütün Qafqazda ən böyük ticarət mərkəzi sayılan “Binə” ticarət mərkəzində elə bir dövr olub ki, adını düz-əməlli yazmağı bacarmayan, vurma cədvəlini bilməyən adamlar Çindən, İrandan mal gətirərək yaxşı pullar qazanıblar, çünki o vaxt nə gətirirdinsə satılırdı. Amma indi bazarı öyrənmədən, marketinq işlərini bilmədən, gömrük, vergi ilə bağlı qanunvericiliyindən xəbərdar olmadan pul qazana bilməzsən…”- söyləyir.

AYB-yə üzv olmaq onun uşaqlıq istəyi olub. Oradakı simaları Azərbaycan ədəbiyyatının lokomotivləri hesab etdiyindən, AYB-ni bir qurum kimi dəyərləndirir. Düşünür ki, bu gün dövlət ədəbiyyat siyasətini bu təşkilat üzərindən aparır. Və nəvaxsa bu sahədə də islahatlar olacağına inanır…

Deyir ki:- “Mənim haqqımda bəzən deyirlər, mətnləri poetikdir, şeirə də oxşayır. Mətn üzərində bütün tənqidləri qəbul edə bilirəm, təki münasibətlər şəxsi müstəviyə keçməsin. Dostoyevskini yazıçı kimi qəbul etməyən o qədər yazıçı adı çəkə bilərəm ki… Amma düşünürəm, yazıçını peşəkar tənqidçi təhlil etməlidir. Yazıçıya “bunu belə yox, elə yaz”, -demək əxlaqsızlıqdı. Yazıçı haqqında onun həmkarı yox, peşəkar ədəbi tənqidçi irad bildirsə daha yaxşı olar. Cavanşir Yusifli, Elnarə Akimova, Maral Yaqubova kimi peşəkarlar heç bir maddi gəlir güdmədən ədəbi prosesi yaxından izləyir, fikir bildirir, gənclərin yaradıcılığını təhlil edirlər. Mən öz mətnlərimə, Azərbaycan dilinə, hər bir cümləyə qarşı çox həssas və tələbkaram. Təsəvvür edək ki, ev tikirik və biz hökmən daşdan, qumdan, sementdən istifadə etməliyik. Sudan ev tikəsi deyilik ki? Bədii mətni də tikilən binaya bənzətsək söz, cümlə, ümumiyyətlə, dil ona lazım olan vacib materiallardır…”

Hekayələrinin bəzilərinin qəhrəmanları Rusiyada yaşayan soydaşlarımızdır. Bir müddət Rusiyada yaşadığı üçün, görünür oradakı soydaşlarımızın üzləşdikləri problemləri yaxından izləmək imkanı olub. Və orada yaşayan azərbaycanlıların taleyi onu həddindən çox narahat edir. “Rusiyada yaşayan, vətənə gəlib ev tikən, qardaşına toy edən, bacısını gəlin köçürənlər göz qabağındadır. Lakin orda səfil həyatı yaşayan, ömrü məhv olan, faciələr içində çırpınan soydaşlarımız da var. Dolanışıq üçün, çörək qazanmaq ardınca Rusiyaya üz tutan nə qədər insanın sevgisi yarımçıq qalıb. Biz onların taleyini hələ ədəbiyyata doğru-düzgün gətirə bilməmişik.”- söyləyir.

Həmişəki kimi hazırda da növbəti roman üzərində işləyir, başa çatdırası bir neçə hekayəsi də var. Düşünür ki, hər gün neçə saat yazmaqla, planlı şəkildə işləməklə deyil, əsas odur ki, ortaya roman qoyursansa həmin əsər hadisəyə çevrilsin. Hekayələrdən sonra roman yazmağı da yaradıcılığın növbəti mərhələsi hesab etmir. Onun fikrincə, hekayə çox ciddi janrdır. Azərbaycan ədəbiyyatının gələcəyinə ümidlidir. Deyir ki;- “Qələbə qazanmış xalqın yenə də Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahiləri yetirəcəyinə inanıram…”

Bəli, çağdaş Azərbaycan nəsrinin sıralarında bu gün çox sıxlıqdır. Yazıçı İlham Əziz bu sıxlıqda özü kimi görünən ən yaxşılardan biridir. Daha doğrusu, çağdaş Azərbaycan yazıçılarının “Qızıl onluğunda” onun da adı var. O ki qaldı “Nobel mükafatı”na inşəallah nəsibi olar…

Aprelin 16-sı İlham Əzizin növbəti ad günüdür, 54 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

Professor Məryəm Əlizadə

Elman Eldaroğlunun yazıları

Oxu>Anar Ələkbərov haqqında

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu təbrik edir

Ürəkləri fəth edən Məryəm xanım

Bu dəfə sizə aprelin 14-də növbəti yaşını qeyd edəcək teatr tənqidçisi, teatrşünas, sənətşünaslıq elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının professoru Məryəm Əlizadə haqqında söhbət açmaq istəyirəm. Bu məqsədlə araşdırma aparıb, xeyli məlumat da toplamışam. Məryəm xanım müsahibələrinin birində söyləyib:

“Doqquzuncu sinifdə oxuyurdum. Qəfildən televizorda bir söhbət diqqətimi cəlb elədi. Bir kişi özünün Vatikan səfərindən danışırdı. O elə heyranlıqla, elə aludəliklə danışırdı ki, mənə elə gəldi ki, sanki o adam əlimdən tutub, məni də həmin yerləri gəzdirdi. Sonra gördüm ki, titrlərdə yazılıb: Cəfər Cəfərov – teatrşünas. Həmin dövrdə ailəvi, uşaqlarla birlikdə tamaşalara getmək ziyalılığın göstəricisi idi. Hər şənbə-bazar insanlar teatra gedirdilər. Bu, mədəni həyatın bir tələbi idi. Bizim ailə də belə ailələrdən biri idi. Teatrı nə qədər sevsəm də, teatrşünaslığın nə olduğu barədə heç bir təsəvvürüm yox idi. Böyük qardaşım, professor Əbdül Əlizadədən Cəfər Cəfərovun kim olduğunu soruşdum. Dedi ki, o çox böyük şəxsiyyətdir. Və onunla maraqlandığımı görüb, mənə onun kitablarını, teatrşünaslıq barədə materiallar tapıb gətirdi. İndi də içimdə ona qarşı böyük bir minnətdarlıq hissi var ki, o məni bu dünya ilə tanış elədi. Doqquzuncu sinfi bitirəndə mən artıq bilirdim ki, teatrşünas olacağam. Amma atamla anam həkim olmağımı istəyirdilər. Qardaşım mənə arxa oldu: dedi ki, onun həvəsi teatrşünaslığadı, qoyun bu işin dalınca getsin. Orta məktəbi qızıl medalla bitirdim. İstədiyim universitetə imtahan vermədən gedib oxuya bilərdim. Əlimdə tibb, hüquq kimi fakültələrdə oxumaq imkanı vardı. Mənsə ancaq teatrşünas olmaq istəyirdim. Beləliklə, 1968-ci ildə Teatr İnstitutuna qəbul olundum.”

Şair, jurnalist, publisist, tərcüməçi Günel Mövlud onun haqqında yazır:- “Universitetdə oxuduğum illərdə Məryəm xanım mənim müəllimim olub. O qədər nəzakətli qadın idi ki, ondan ötrü ürəyimiz gedirdi. İkinci kursdan sonra Məryəm xanımın evində tez-tez qalırdım. Məryəm xanım bilirdi ki, Sumqayıtdan gəlirəm, hər gün çox yolpulum çıxır, ailəmin də imkanı yoxdur. Buna görə, hər bəhanə ilə məni yanında saxlayırdı. Mən onlarda qalarkən bir neçə dəfə evinə qonaq gəldi. Yüksək vəzifədə olan adamlardı, bəlkə etik olmaz deyə, dəqiqləşdirmirəm. Məryəm xanım bu adamlara elə qulluq edir, elə nəzakətlə danışırdı ki, ürəyimdə düşünürdüm, yəqin onlardan çəkinir. Bir gün Məryəm xanım evini dəyişdi. Əşyalarını təzə köçdüyü evə daşımaq üçün fəhlələr tutmuşdu. Adamlar hər şeyi daşıyandan sonra Məryəm xanım onlardan oturmalarını xahiş etdi. Fəhlələrin hamısına, cavan-cavan uşaqlara “siz” deyə müraciət edirdi. Onlara çay süzdü, çaylarına öz əli ilə limon sıxdı. Qalxıb, harasa gedəndə, ya telefonuna zəng gələndə fəhlələrdən üzr istəyirdi. Müqayisə apardım və Məryəm xanımın evinə gələn vəzifəli adamlarla danışığı və bu fəhlə uşaqlarla davranışı arasında zərrəcə fərq tapmadım. Onda anladım ki, başqasına qarşı nəzakətli, hörmət dolu olmaq insanın başqalarına qoyduğundan daha çox, özünə qoyduğu qiymət, dəyərdi…”

Məryəm Əlizadə 1950-ci ildə Bakı şəhərində fəhlə ailəsində anadan olub. Burada 31 saylı orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və kino şöbəsində baş laborant kimi başlayıb. Sonra bir müddət Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik edib. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda, Teatr tarixi kafedrasında müəllim, baş müəllim, dosent və professor vəziflərində çalışıb. 2005-2015-ci illərdə Teatrşünaslıq kafedrasına iki dəfə ard-arda müdir seçilib. 2015-2020-ci illərdə isə Elm və yaradıcılıq işləri üzrə həmin universitetin prorektoru olub. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının professorudur…

“Mən instituta girəndə qəfildən mənə elə gəldi ki, mən mədəniyyət okeanına düşmüşəm. Həmin dövrdə kimlər yox idi orada? Rza Təhmasib, Turan Cavid, Mehdi Məmmədov, Tofiq Kazımov, Cəfər Cəfərov, bir sözlə, hərəsi bir dünya olan dahilər dərs deyirdi. Bu adamlarla təmas məni daxilən çox zənginləşdirdi, formalaşdırdı. Mən o vaxta qədər azərbaycandilli məktəbdə oxumuşdum. Məktəbdə müəllimlə şagird arasında az qala uçurum vardı. institutda isə pedaqoqla tələbə arasında elə bir azadlıq gördüm ki, mən ilk dəfə münasibətlərdə azadlıq nədi, bunu anladım. O böyük insanlar tələbələri özlərinə elə yaxın buraxırdılar, onlara münasibətlərdə elə azad olmağı öyrədirdilər ki, mən heyran qalırdım. Mən dördüncü kursda oxuyanda bizə Cəfər Cəfərov dərs deməyə başladı. Həmin vaxt başa düşdüm ki, mən hələ nə qədər ibtidai qatda imişəm. Onunla bir saatlıq söhbət, bir kitabı oxumağa bərabər idi. O bizə azad düşünməyi, sözünü azad deməyi, fikirlərini azad ifadə eləməyi öyrətdi. O bizə öyrətdi ki, insan ilk növbədə subyektiv düşünməyi bacarmalıdır. Mühakimələrini ələməli, sonda obyektiv qərara gəlməlidir. Nəhayət, o bizə sevməyi öyrətdi. Deyirdi ki, siz müəllifi, aktyorları sevmədən yaza bilməzsiniz. Onlara heyran olmaq lazımdı. Tənqid edəndə belə, bu tənqidin kökündə sevgi durursa, sizi anlayacaqlar. Cəfər müəllimin o vaxt içimə atdığı o sevgi toxumu bu gün də artmaqda davam eləyir. Mən bu gün də tələbələrimə öyrədirəm ki, teatrşünas teatr barədə hökmlər verən adam deyil. O teatra, aktyora, dramaturqa, rejissora xidmət edən mütəxəsisdir.”- söyləyir.

Ədəbi fəaliyyətə 1972-ci ildən “Qobustan” toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlayıb, bundan sonra dövri mətbuatda teatr tənqidinə və teatrşünaslığa dair məqalələrlə müntəzəm çıxış edib. “Əhməd Ağdamski” və “Həbib bəy Mahmudbəyov” elmi-ədəbi oçerkləri “Unudulmaz səhnə ustaları” kitabında dərc olunub…

Deyir ki:- “Sovet dövrü ziyalıların maddi təminatı vardı. Normal maaş, vaxtlı-vaxtında ev, elmi dərəcələrə görə maaş artımı və s.. Keçid dövründə qəfildən ziyalıların vəziyyəti elə oldu ki, biz hansısa ölkəyə gedəndə maaşımızın miqdarını deməyə utanırdıq. Təsəvvür edin ki, bizim indiki pulla yeddi manat maaş aldığımız vaxtlar olub. Həmin vaxtlar məni bir neçə dəfə Türkiyəyə işləməyə dəvət ediblər. Amma getmədim- çünki o cüzi maaşla bərabər indi bizim azadlığımız da var idi. Az maaş ala bilərdik, amma artıq müstəqil ölkənin ziyalıları idik. İndisə artıq mədəniyyət, incəsənət adamlarına qayğı var. hər şey müqayisəyə gəlməz dərəcədə yaxşılaşıb. Və biz o ağır illərdə belə azadlığımızın qədrini bilmişiksə, deməli problemlərin qat-qat azaldığı bu dövrdə də bilirik…”

2023-cü ildə qardaş Türkiyədə baş verən məlum zəlzələnin nəticələrindən həyacanlanaraq, qəflətən insult keçirib. Necə deyərlər, şükür Allaha ki, sağlamlığı bərpa olunub, fəaliyyətini davam etdirir…

Bəli, yüksək mədəniyyəti, mehriban davranışı, kübarlığı, eləcə də elmi, işıqlı zəkası ilə onu tanıyanların qəlbində yuva qurmağı bacaran professor Məryəm xanım Əlizadənin aprelin 14-də növbəti yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, can sağlığı, ağrı-acısız günlər, xoş əhval-ruhiyyə arzulayıram.
Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

Professor Məryəm Əlizadə

Elman Eldaroğlunun yazıları

Oxu>Anar Ələkbərov haqqında

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu – Prezidentin köməkçisi

Prezidentin köməkçisi

Öncə onun astroloji xəritəsinə nəzər yetirək. O, 1977-ci ilin aprel ayının 13-də, həftənin 3-cü günü dünyaya gəlib. Ulduzların dediyinə görə, aprel ayının 10-dan 20-sinədək doğulanlar yeniliklər axtaran, səxavətli, açıq fikirli, comərd və özünə inamlı insanlar olurlar. Əgər bu insanların dünyaya gəlişi həftənin 3-cü gününə düşürsə, üstəgəl həmin insanların mənəviyyatı zəngin, maraq və əyləncə əhatəsi isə geniş olur. Belə insanlar bütün ömürləri boyu öyrənməyə can atır, əzimkarlığı ilə seçilirlər. Sadə və mehriban olurlar, özlərini nümayiş etdirməyi xoşlamırlar. Onlar uşaqlıqdan arzular qurur, həyatını planlaşdırır, konkret peşə seçir və sonra da məqsədlərinə doğru inamla gedirlər…

…Orta təhsilini başa vurduqdan sonra Qərb Universitetinə qəbul olunub. 1998-ci ildə oranın Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə isə həmin universitetdə Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2004-cü ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışıb. 2012-ci ildən isə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib. 2014-cü ildə Azərbaycan Avtomobil Federasiyasının prezidenti seçilib. 2017-ci ildə ölkəmizin I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub. 2019-cu ildən Azərbaycan Respublikasının Prezidentinin köməkçisidir. Xidmətləri bir sıra orden və medallarla yanaşı “Şöhrət” ordeninə layiq görülüb…

Müsahibələrinin birində deyir ki:- “Düşünürəm ki, hər bir insanda müəyyən vərdişlər, nəyəsə maraq və həvəs artıq uşaqlıqdan formalaşır. Məndə də avtomobillərə maraq hələ yeniyetməlik dövründən var idi. Düzdür, həmin dövrdə bu, sadəcə bir uşaqlıq, yeniyetməlik həvəsi idi. Amma illər keçdikcə bu maraq daha da artaraq professional bağlılığa çevrildi. Doğrudur, uşaqlıqda hərbçi olmaq, həmişə vətənə xidmət etmək istəyirdim. Hərbi xidmət keçərkən, ordu sıralarında qulluq edərkən bu arzuma qismən də olsa çatdım. Bu gün isə vətənə xidməti hazırkı fəaliyyətimlə davam etdirməyə çalışıram…”

Ümumiyyətlə cazibədar və cəlbedici insandır. Fəlsəfi təbiətinə görə yetkin və müdrikdir. Ona edilən yaxşılığı heç vaxt unutmur. Olduğu mühitdə etibar və hörmət qazanmağı bacarır. Gözəl təşkilatçı, nöqsansız icraçıdır. Sakit, təvazökar, diqqətli və idealistdir. Hadisələri və situasiyaları yaxşı qavradığı üçün düzgün istiqaməti tez seçir. Boş sözlərə, faydasız insanlara və cəfəng mövzulara nifrət edir. Maraqlı və məzmulu insanlarla ünsiyyətdə olmağı xoşlayır. Fərqli baxışlara açıq olduğundan özünə inamı böyükdür…

…Avtomobil idarə etməyi çox sevir. Sükan arxasında olanda demək olar ki, həm də istirahət edir. Bəlkə də bu səbəbdəndir ki, o, Azərbaycan Avtomobil Federasiyasına rəhbər seçilib. İdmana da marağı çox böyükdür, mütamadi məşğul olmağa çalışır…

“Hər zaman klassik avtomobillərə üstünlük vermişəm. Ümumiyyətlə, tarixi elementlərə, tarixi məna daşıyan əşyalara həmişə marağım olub. Fransanın Müluz şəhərinin Avtomobil Muzeyi, Almaniyanın “Classic Remise” muzeyinin və Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə 2015-ci ilin fevral ayında Azərbaycanda ilk dəfə klassik avtomobillərin sərgisi baş tutdu. O vaxtdan ötən müddət ərzində çoxlu sayda ziyarətçilər, xarici qonaqlar, ölkəmizdə səfərdə olan dövlət başçıları və digər rəsmi nümayəndə heyətləri bu sərgiyə böyük maraq göstəriblər. Burada istehsal illəri üzrə avtomobil dizaynının təkamülünü görmək mümkündür. Onu da qeyd edim ki, bu günədək Heydər Əliyev Mərkəzində müxtəlif mövzularda sərgilər açılıb, amma məhz avtomobil sərgisini yaş və digər kateqoriyalardan asılı olmayaraq, bütün insanları birləşdirən sərgi hesab etmək olar…”- söyləyir.

…Güclü intuisiyası var. Qarşılaşdığı problemləri müxtəlif aspektlərdən qiymətləndirə bilir. Çox düşünür, amma az danışmağa üstünlük verir. Ümumiyyətlə, o, düşünmədən heç vaxt nəsə söyləmir. Məqsədə çatmaq üçün ağıl və təmkinlə hərəkət etməyi, daim diqqətli olmağı bacarır. Uğur qazanana qədər yorulmadan mübarizəsini davam edirməyi xoşlayır…

Deyir ki:- “Ölkəmizdə idmanın bütün sahələri üzrə cənab Prezidentin birbaşa dəstəyi və qayğısı mövcuddur. Çoxsaylı idman yarışları keçirilir, ölkəmiz müxtəlif beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir. Dövlət tərəfindən aparılan idman siyasəti nəticəsində idmançılarımız bu yarışlarda böyük nailiyyətlər qazanır. O cümlədən Azərbaycan Avtomobil Federasiyasının fəaliyyəti, ölkəmizdə avtomobil idmanının inkişafı birbaşa Azərbaycan Prezidentinin nəzarətindədir…”

…Yaraşıqlı görkəmi, nurlu çöhrəsi var. Ətrafa güc və müsbət enerji yaymağı bacarır. Onun ən mühüm xüsusiyyəti isə fitri intuisiyasıdır və intuisiyasında heç vaxt yanılmır. Qəribədir ki, gələcəkdə baş verəcək hər hansı bir hadisəni qabaqcadan görə bilmək kimi fövqəltəbii qabiliyyətə malikdir. Belə insan heç vaxt pis və ya orta səviyyədə ola bilməz. O, həmişə ən yüksək nəticələr əldə etmək uğrunda çalışır…

Ölkəmizin tanınan politoloqlarından biri onun haqqında söyləyir: ““Onun fəaliyyəti barədə müxtəlif mənbələrdən məlumatlıyam. O, peşəkar idarəedicidir və bütün verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirir. Eyni zamanda özü də təşəbbüskardır. Müxtəlif təşəbbüslərlə çıxış edib, onları yüksək səviyyədə reallaşdırmağa çalışır. Mehriban xanım birinci vitse-prezident təyin edilən zaman da proqnozum belə idi ki, o, özünə yeni komanda yığacaq. Bu komandada isə bizim öyrəşdiyimiz insanlar olmayacaq. Bildirmişdim ki, komandanın üzvləri Nazirlər Kabinetindəki yaşlı insanlar deyil, ideyalı, xaricdə təhsil alan gənclər olacaqlar. Çünki islahatları, neqativ hallarla mübarizəni gücləndirmək lazım idi. Düşünürəm ki, onun da yeni komandada yer alması müsbət haldır…”
…Şəxsi həyatına münasibəti unikaldır. Qayda-qanunu, nizam-intizama riayət etməyi xoşlayır. Hətta emosional vəziyyətdə belə standartların üstündə olmağa çalışır. Və həmişə ətrafındakı insanları heyran etməyi bacarır. Münasibətlərində mümkün qədər diqqətli olmağa çalışır. Qarşısındakı insana ehtiram göstərdiyi qədər, qarşıdakı insandan da eyni diqqəti gözləyir. Nikbin adamdır, şən olmağı və musiqi dinləməyi sevir. Bir sözlə, o, kifayət qədər yüksək enerjisi olan, həyat eşqi ilə dolu insandır…

Bəli, söhbət Anar Sahib oğlu Ələkbərovdan gedir. Atası nazir müavini olsa da, bunun onun vəzifə yüksəlişinə heç bir aidiyyəti olmayıb. Anar Ələkbərov o məmur övladlarındandır ki, davranışı, ədəb ərkanı, savadı, bacarığı, işgüzarlığı və əzmkarlığı ilə hər zaman nümunə olub və qazandığı uğurları özü qazanıb. Anar Ələkbərovu yaxından tanıyan adamlar bildirir ki, o, idarəetməni dərindən bilən, kreativ təşəbbüslər irəli sürən və bütün verilən tapşırıqları yüksək səviyyədə peşəkarlıqla yerinə yetirməyi bacaran insandır. Dövlətə, dövlətçiliyə sədaqətinə isə söz ola bilməz…

…Aprelin 13-ü Anar Ələkbərovun 49 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

Oxu>Anar Ələkbərov haqqında

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Xanım İsmayılqızı – 70

Xanımlar xanımı Xanım xanım

Xanım İsmayılqızı – 70

Məshəti Gəncəvidən üzü bəri Azərbaycan ədəbiyyatında gözəl poeziya nümunələri yaradan şair qadınlar az olmayıb. Onların unudulanları da var, yadda qalanları da.
Bu gün də sələflərinin yolunu davam etdirən şair xanımlarımız az deyil. İnanıram ki, əlahəzrət ZAMAN onların arasından kimlərisə seçib, yaradıcıqlarını əsrlər boyu yaşadacaq. Güman edirəm ki, həmin xanımlardan biri də şair, bəstəkar Xanım İsmayılqızı olacaq…

İdealist xanımdır, daxilində lider ruhu yaşayır. Güclüdür, həm də xarakterik fiziki xüsusiyyətlərə sahibdir. Çox şən və enerjilidir. Cəsarətli qərarlar verməyə qadirdir. Düşmən kimi qəbul etdiklərinə qarşı çox amansız, dostlara qarşı mərhəmətlidir. Necə deyərlər, verəcəyi hər bir qərara keçdiyi ömür yolu, topladığı təcrübə çox təsir edir…

…Bakı şəhərində dünyaya gəlib. Ömrünün böyük bir hissəsini nəşriyyat sahəsində çalışıb…
İnadkar insandır, dürüstlüyü və səmimiyyəti ilə fərqlənir. Həqiqəti qorumağa əhəmiyyət verir. Məntiq onun üçün emosionallıqdan daha vacibdir. Son dərəcə etibarlı, nəcib xanımdır. Bütün bunlarla yanaşı həyat onun üçün də asan olmayıb…

Əlahəzrət SÖZün qüdrətindən istifadə edib yazır ki:

“Hərdən gözə batan şüalarımı,
Yayın günəşinə oxşadan olub.
İçimdə bir uşaq yaşayır sanki,
Ruhumu hər yaşda oxşayan olub.

Hərdən mənə yazın özü deyiblər,
Hisslərin gül-çiçək açan vaxtında.
Ulduzlar ayağım altda sərilib,
Sevgi qanadında uçan vaxtımda.

Hərdən mənə payız deyən də olub,
Duyğumda hər rəngdə yarpağım da var.
Saçlarım bəyazla dolsa da belə,
Ürəkdə eşq adlı otağım da var.

Hərdən süzə bilib soyuq baxışla,
Deyənlər də olub mənə ki, qışam.
Yanaqlarım solğun olsa da belə,
Ürəkdə sevginin yurdu olmuşam.

Dünən yaz idimsə, bu gün payızam,
Sabah qış olacaq yəqin ki, dadım.
Bütün fəsillər də əynimdə olsa,
Mənim bir adım var – Sevimli Qadın.”

Onun parlaq poeziya nümunələri çoxdur. Mən sizə cəmi birini- “Sevimli qadın” adlı şeirini təqdim edə bildim. Gözəldir, deyilmi?..

Bəli, aprelin 10-u şəhərlər şəhəri Bakımızda, xanımlar xanımı Xanım xanımın 70 yaşı tamam olur. Onu bir oxucusu kimi yubileyi münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

SEYRAN SƏXAVƏİN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu gün “Təzadlar” qəzetinin 33 yaşı tamam olur

Bu gün “Təzadlar” qəzetinin 33 yaşı tamam olur

…Hər bir yaradılan nəyinsə arxasında insan ideyası, eləcə də iradə və inadı dayanır. Məsələn, “Kalaşnikov” avtomatının istehsalında minlərlə adam iştirak etsə də, onun yaradılması rus konstruktoru Mixail Kalaşnikova məxsusdur. “Təzadlar” qəzetinin də öz yaradıcısı var. Bu gün otuz iki yaşını qeyd etdiyimiz “Təzadlar”ın kollektivinə göz aydınlığı versəm də, ən böyük təbrik onun yaradıcısına-təsisçisinə düşür. Odur ki, bu gözəl gündə sizə “Təzadlar” qəzetinin, o cümlədən “Tezadlar. Az” saytının rəhbəri yazıçı, publisist, jurnalist Asif Mərzili haqqında danışmaq istəyirəm…

Deyir ki:- “Səhv etmirəmsə, 2010-cu ildə Milli Mətbuat gününə iki gün qalmış gördük ki, işi-gücü nəşriyyatın koridorlarında söhbət etmək olanlara MŞ və KİVDF-dən dəvətnamələr verilib, bizə zəng edən yoxdur. Süleyman Osmanoğlu, mən və Rövşən Kəbirli danışdıq, zəng etdik MŞ-a, Rəhim Hüseynzadə ilə danışdıq. Dedi ki, bizlik deyil, aparatdan siyahını veriblər və s. Zəng etdik KİVDF-yə, yenə də eyni cavab. Süleyman bəy dedi ki, həmin gün birbaşa gedək “Gülüstan” Sarayına, qoy bizi tədbirə buraxmasınlar. Mən etiraz etdim, dedim, qoy bayram eləsinlər, Allah bu haqsızlığı və vicdansızlığı bağışlamaz… Amma Süleyman bəy təkid etdi, bizlərə olan bu münasibətdən çox pərt idi. 22 iyulda getdik “Gülüstan” sarayına. Gəlib-keçən “jurnalist”lərin kimliklərini seyr etdik, 70 faizini tanımadıq, çünki peşəkar, az-çox yazı-pozusu olanları sifətindən tanıyırdıq. Hətta nazirliklərdən, qohum-əqrabalardan da rastımıza çıxanlar oldu, irəli duran Süleyman bəyi buraxmadılar. Halbuki həmkarımız sayılanlar içəri maneəsiz keçirdilər, amma biri demədi ki, axı bu insanlar mətbuatımızda yetərinncə adı və imzası olanlardır. Nə isə… Dedim, Süleyman bəy, gedək nəşriyyata. O, kənara çəkilib “Gülüstan” Sarayının qarşısındakı daş pilləkanın üstündə oturdu, üzünü tutub bir ağlamaq elədi ki… Bu səhnəni sözlə ifadə etmək çox çətindir…
Səhəri gün Süleyman bəyin sorağı xəstəxanadan gəldi. Ona edilən haqsızlığın xəstəliyini tapmışdı, bir neçə ay sonra dünyasını dəyişdi. Ey milli mətbuatımıza iddialılar, özünü peşəkar sayanlar, yuxarı başda görənlər, biz bunları yaşaya-yaşaya gəlmişik, adını yaza bilməyənlər “Əməkdar jurnalist” oldu, “Tərəqqi” medalı aldı, “Şöhrət”ləndi, mənzil aldı”…

Onu qınamağa dəyməz, bu kəlmələr xidmətinə dəyər verilməyən bir insanın harayını, giley-güzarını özündə ehtiva edir. Axı müqayisə edəndə, indiyədək müxtəlif mükafatlara layiq görülən bir çox jurnalistdən istedadına və xidmətlərinə görə geri qalmır…

Ömrünün böyük bir hissəsi mətbuatla bağlıdır. O vaxtki Nеft Kimya Sənayеsi Nazirliyinin “Böyük kimya uğrunda” çoxtirajlı qəzetinə baş redaktor təyin olunanda cəmi iyirmi doqquz yaşı var idi. Özünəməxsus yazı tərzi, üslubu ilə fərqləndiyinə və istedadlı qələm adamı olduğuna görə, onun 1982-1988-ci illərdə Azərbaycan Dövlət Tеlеviziya və Radiо Vеrilişləri Kоmitəsində ştatdankənar əməkdaş kimi fəaliyyətinə şərait yaradılıb.
1990-cı ildən Azərbaycan Nazirlər Sovetinin orqanı olan “Respublika” qəzetində müxbir kimi çalışsa da, bir il sonra Milli Məclisin indiki “Azərbaycan” qəzeti redaksiyasında parlament müxbiri vəzifəsinə təyin olunub. 1992-ci ildə “Ədalət” qəzetinin baş redaktorunun birinci müavini işləyib, 1993-cü ildən isə “Təzadlar” qəzetinin, həm də qəzetin internet versiyası olan “Tezadlar. Az” saytının baş redaktorudur…

“Mətbuat cəmiyyətin güzgüsü olmalıdır. Güzgü cəmiyyəti ən azı olduğu kimi göstərmirsə, o heç kimə gərək deyil. Azərbaycan mətbuatının bu günkü durumu nəinki pisdir, çox pisdir. Təsəvvür edin, Prezident məmurları tənqid edə bilir, mətbuatımız isə susur. Susmaq razılıq əlamətidir. Tənqid yazan KİV-lər isə susdurulur, əsasən də MŞ tərəfindən. Bu çox pis haldır. Jurnalistikada araşdırma yazılar yoxdur, çünki araşdlrma yazı bəzilərinin gözündə tənqid etməkdir, pisləmək və əleyhinə yazmaqdır”– söyləyir.

“Biz əyilmədik”, “Yеrin görünəcək”, “Mərzili və Mərzililər” (Ənvər Çingizoğlu və Asif Mərzili),”Qalxın, jurnalist gəlir!”, “Təzadlar”, “Əfsanəvi kəşfiyyatçı Orxan Əkbərov” kitablarının, ötən il isə Dövlət Mükafatları siyahısına salınmış “Sonuncu əmr” romanının müəllifidir, 10-a yaxın kitabın isə rеdaktоrudur. Baş redaktoru olduğu qəzеt 2008-ci ilin yеkunlarına görə mərkəzi qərargahı Cеnеvrədə yеrləşən “Cеntury Intеrnatiоnal Quality Еra Award” Bеynəlxalq Təşkilatının “QC-100 İdarəеtmənin Ümumi Kеyfiyyət Mоdеlinin Əsrin Bеynəlxalq İnkişafı üzrə Qızıl ЕRA” mükafatına layiq görülüb…

Bir vaxtlar onun rəhbəri olduğu qəzeti “reket” kimi qələmə verənlər də az olmayıb. Adətən araşdırma, tənqidi yazılar yazan jurnalistlərin əksəriyyətini zəmanəmizdə əsl reket jurnalistlərə qatıb, belə adlandırırlar. Amma qırx ildən çox jurnalistika təcrübəsi olan, ölkənin rəsmi mətbu orqanlarında çalışan bir jurnalist və ya qəzeti belə adlandırmaq, heç də insafdan deyil.
Peşə fəaliyyətinə görə başına nələr gəlməyib ki? Elşad Abdullayevin universitetində baş verən neqativ halları ictimailəşdirdiyinə görə, 2009-cu ildə onu həbs ediblər. Evini, avtomobilini yandırıblar. Heç zaman geri çəkilməyib. Bəlkə də, Azərbaycan jurnalistika tarixində ən çox müqavimətlə üzləşən jurnalistlərdən biri də o, olub…

Ciddi görkəmi, mehriban davranışı, qüruru, cəsarəti onu çoxlarına sevdirə bilib. Əzmkar, işgüzar, azad düşüncəli insandır. Hər zaman cəmiyyətə faydalı olmağa, xeyirxahlıq etməyə tələsir…
1960-cı ildə Ağdamda, Azərbaycanın böyük oğullarından biri, Xudu Məmmədovla eyni kənddə- Mərzilidə dünyaya gəlib. Yurd həsrəti onu heç zaman rahat buraxmayıb. Doğma yurdu haqqında qələmə aldığı yazıları oxuyanda, onun nə böyda ürəyə sahib olduğu aydın görmək olur…

Bəli, hələ əsgəri xidmətdə olarkən, 1979-1981-ci illərdə Pribaltika Hərbi Dairəsinin “Za Rodinu” qəzetinin ştatdankənar müxbiri kimi jurnalist fəaliyyətinə başlayan Asif Mərzili Azərbaycan jurnalistikasının dəyərli nümayəndələrindən biridir. Elə buna görə də, “Təzadlar”ın ad günündə onu təbrik etməyə tələsdim. Axı “Təzadlar” deyəndə Asif Mərzili, Asif Mərzili deyəndə isə “Təzadlar” yada düşür…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

SEYRAN SƏXAVƏİN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu təbrik edir

“Türk hissiyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai”

Hər dəfə onun adı çəkiləndə ötən əsrin Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri- Əli bəy Hüseynzadənin aşağıdakı kəlmələri yadıma düşür: “Türk hissiyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai.” Çünki o da avropa qiyafəsində türk qanlı, müsəlman etiqadlı, mütərəqqi düşüncəli, vətənini, xalqını, dövlətini dərindən sevən soydaşlarımızdan biridir. Bəzən adama elə gəlir ki, o heç vaxt dincəlmir, daim fəaliyyətdədir, yazıb yaradır…

Deyir ki:- “Yaxşı yadımdadır, illər öncə “Altun bitik” adlı kitabım işıq üzü görəndə çox yaxşı qarşılandı, hətta ona görə mənə Rəsul Rza Mükafatı da verdilər. Bizim ustad şairimiz Sabir Rüstəmxanlının iş otağında masaüstü kitab olduğunu gördüm. Rəhmətlik Robert Minnulinin timsalında Tatarıstanda belə rezonans doğurduğunun şahidi oldum. Bir çox insanların o kitaba münasibətindən demək olar ki, ortaq dillə bağlı ehtiyacı ifadə edə bilmişdik. Çox şadam ki, indi bu, fərdlərin yox, artıq ortaq türk qurumlarının qayğısına, vəzifəsinə çevrilib. İndi Türk Dövlətləri Təşkilatının yan qurumları kimi təqdim edə biləcəyimiz Beynəlxalq Türk Akademiyası var, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu var, həmin qurumların, onlarla əməkdaşlıq edən alimlərimizin çalışmaları var. Belə başa düşürəm ki, ortaq dil, ortaq əlifba mövzusu adını çəkdiyim qurum, quruluşlar və bizim qardaş ölkələrdəki elm-təhsil ocaqları da öndə olmaqla onların araşdırma mövzusudur. Bu məsələlər yalnız ədəbiyyatçılar, şair, yazıçılar tərəfindən həll oluna bilməz. Bizlər töhfə verə bilərik. Bu, elə məhz elmi və akademik münasibət tələb edir. Düşünürəm ki, sevda və peşəkarlıq hal-hazırda yanaşı getməlidir. Burada nə tələsə bilmərik, nə gecikə bilmərik. Bax, belə səssiz və sakit bir şəkildə bu prosesin irəliləyəcəyinə inanıram.”

Nə işlə məşğul olduğunu, hansı ideyaya qulluq etdiyini yaxşı bilir. İdeya uğrunda çalışmağın nələrə qadir olduğundan, gördüyü işlərin necə nəticələnəcəyindən də xəbərdardır. Yaradıcılıq- deyəndə o, yalnız şeir, hekayə yazmağı nəzərdə tutmur, ümumiyyətlə, ədəbiyyatda, ədəbi əlaqələrdə bəlli bir tarix yaratmağa çalışır…

“Dil mövzusunda orta asiyalı qardaşlarımızın bəzi məsələlərdə şansı bizdən daha çoxdur. Bilirsinizmi, bizim coğrafiyada- Anadoluda, otaylı bu taylı Azərbaycanda, Özbəkistanda ərəb-fars sözləri dilin ritmini pozan elementlərlə daxil olub. Ancaq qazaxlarda, qırğızlarda, Rusiya Federasiyasında yaşayan türk xalqlarında dil daha özünəməxsus şəkildə və öz ilkinliyini qoruyub saxlayıb. Əlbəttə, dünyada başqa dillərdən söz almamış dil yoxdur, bütün dillər söz alış-verişində olublar. Ancaq biz bu gün görürük ki, öz türkcəmizdə başqa alternativ özgə sözlərdən istifadə edirik. Ortaq türkcə mövzusunda təkcə bizim respublika deyil, ondan öncəki dövrlərdə Anadoluda və başqa ölkələrdə türkologiya üzrə araşdırmalar da olub. 1926-cı ildə birinci türkologiya Qurultayı da Bakıda keçirilmişdir. Hazırda Beynəlxalq Türk Akademiyası dil mövzusunda çox yaxşı təhsil vəsaitləri və dərsliklər üzrə ciddi çalışır. Son vaxtlar görürük ki, bu bayraqdarlıq Azərbaycanın və Türkiyənin əlindədir. Biz bu məsələdə universal ortama gəlib çıxmışıq. Biz yeni bir dil yaratmırıq, hələlik ən çox daşıyıcısı olan, təsərrüfat baxımından Türkiyə türkcəsi faktiki olaraq ortaq dil statusuna malikdir. Ancaq digər türkcələrimizin də zaman-zaman bir birinə söz alış-verişinin intensivləşməyinə, yeni söz yaradıcılığına, arxaikləşmiş sözlərin lüğət tərkibimizdən çıxarılmasına ehtiyac var. Bu məsələdə şairlərimizin, medialarımızın, filmlərimizin rolu çox böyükdür. Gəlin etiraf edək, türkiyəli qardaşlarımızın sayəsində türk sineması türk ölkələrinə xeyli yeni adlar, deyimlər, üslüblar bəxş edir. Biz o kino sənayesindən faydalanmalıyıq. Biz bu ortaq türkcə ideyamızı ortaq keçmişdən ortaq gələcəyə gedən yolumuza inkişaf etdirməliyik…”- söyləyir.

Maraqlı və məzmunlu insandır. Özünü daha çox, məhz türkçülüyə həsr edib və bu yolda xeyli əziyyətlərə də qatlaşıb. Mehriban, səmimi, təvazökardır. Sürətli düşünə bilir, hadisələrə obyektiv yanaşmağı bacarır. Araşdırma məsələlərində pərgardır, real faktlara istinad edir. Necə deyərlər, boş-boş şeylərə vaxt ayırmağa onun nə zamanı var, nə də həvəsi. Cəmiyyət içində rəftarı və davranışı ilə örnək ziyalılardandır…

Deyir ki:- “Bizdə son illərə qədər türk dünyası deyiləndə, heç vaxt Güneydən danışılmırdı. İlk dəfə Güney Azərbaycan yazarlarını türk dünyası yazarları sisteminə aid edən əsas qurumlardan biri Dünya Gənc Türk Yazarlar Birliyi oldu. Ola bilər ki, Güneydəki mövcud ictimai-siyasi durumlardan dolayı bəzi yazarlarımızı təzyiqə məruz qoymamaq üçün belə addımlar atılırdı, mən kiminsə işinə kölgə salmaq istəmirəm, ancaq, nəhayətdə, bu işi biz həyata keçirdik. Güney Azərbaycansız, Təbrizsiz, Ərdəbilsiz, Savalan ruhu olmadan, nə türk dünyası birliyi ola bilər? İndi güney və türk dünyası mövzusu bir çox öyrəşmədiyimiz ünvanlardan da tirajlanmaqdadır, əlbəttə, mən daha çox yazarlar dünyasını nəzərdə tuturam. Ancaq bunu da təqdir edirəm ki, bir zaman biz Türk Dünyası deyəndə, Güney Azərbaycan deyəndə, bizə xəyalpərəst kimi baxan, lağlağı edənlərə, indi görürəm ki, daha çox güneyçi türkçüdürlər. Qoy olsun, bu ziyanlı deyil, nəticə etibarilə, bəlkə də, bir faydaları oldu, amma kaş ki, daha səmimi bir ortamda bu işi görsünlər. Hazırda bizi daha ruhlandıran, güc verən ən əsas amil dövlətin münasibətidir…”

Bəli, haqqında söhbət açdığım Əkbər Qoşalı maraqlı və məzmunlu aydınlarımızdandır. Bir söhbətlə onun fəaliyyətini əhatə etmək qeyri-mümkündür. Onun barəsində danışarkən, gərək həyatını, yaradıcılığını, xidmətlərini hissələrə bölüb saatlarla ərz edəsən…

Əkbər Qoşalı 1973-cü ildə Tovuz rayonunun Qoşa kəndində anadan olub. Orta təhsilini əvvəlcə həmin kənddə, sonra isə Çatax kənd orta məktəbində alıb. 1995-ci ildə indiki Azərbaycan Texniki Universitetini “Elektronika mühəndisi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2001-ci illərdə isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” istiqaməti üzrə ikinci ali təhsilə yiyələnib. On beşdən çox kitabın müəllifidir. Xidmətləri müxtəlif mükafatlara, o cümlədən “Tərəqqi” medalına layiq görülüb…

Aprelin 3-ü yazıçı, publisist, şair Əkbər Qoşalının 53 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

SEYRAN SƏXAVƏİN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Aprelin 1-i Aqil Abbasın ad günüdür – Təbrik

Aprelin 1-i Aqil Abbasın ad günüdür

Hər dəfə onun adı çəkiləndə ağdamlıların “qaqa” kəlməsi yadıma düşür. Onlar yaxşı oğlanlara bu sözlə dəyər verirlər, bu kəlməylə müraciət edirlər. Yəni ehtiram və hörmətlərini bildirirlər…

Aqil Abbas Ağcabədidə dünyaya gəlsə də, iki yaşından Ağdamda böyüyüb boya-başa çatıb. Yəqin ki, ağdamlılara xas olan bütün xüsusiyyətlər onda da var…

Çox danışıb vaxtınızı almaq istəmirəm. 70 illik yubileyində, ondan əvvəl və sonra da haqqında uzun-uzadı söhbət açmışam. Onun pisixoloji portretini yratmağa, fəaliyyətini təhlil etməyə çalışmışam. Hətta buna görə mənə təşəkkür də edib, razı qaldığını da söyləyib…

Bu dəfə onu bir kəlməylə xarakterizə etmək istəyirəm. Alim də olmaq olar, yazıçı da, şair də, lap elə böyük vəzifə sahibi də. Amma cəmiyyətə Qaqa olmaq hər oğlana nəsib olmur. Bunun üçün adamın gərək böyük ürəyi, cəsurluğu, mərdliyi, mətanəti, iradəsi olsun. Aqil Abbas sözün əsl mənasında hamımızın Qaqasıdır…

Qaqa, ad günün mübarək!

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

SEYRAN SƏXAVƏİN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I