Etiket arxivi: FOTO

ZAUR USTAC – YARADANLA BAŞ-BAŞA

Zaur Ustac – şair, publisist.

        YARADANLA  BAŞ-BAŞA

İYİRMİ  ÜÇÜNCÜ  YAZI

Salam olsun, çox dəyərli oxucum! Hər bir yaranmışın öz səbəbi və məqsədi olduğu kimi, bu yazının da özünəməxsus yaranma şəraiti, təyinatı var. Tanınmış şair-publisist Qələndər Xaçınçaylının təklifi üzrə yaranmış və onun tərtib etdiyi “Taclı şair”, mənim müəllifi olduğum “Yaradanla baş-başa”, “Qələmdar” eyni zamanda Gülü xanımın tərtibçisi olduğu “Zaur Ustac” kitablarında yer alacaq bu yazı Qələndər müəllimin dediyi kimi, elə olmalıdır ki, mən kiməm, hardan gəlib, hara gedirəm bütün bu qəbildən olan sualların hamısını cavablandırmalı və arxada qalan 45 ilə dönüb baxanda qaranlıq heç bir sual olmamalıdır. Bəli, bu yazı məni tanıtmaq, oxucularıma və maraqlı şəxslərə anlatmaq kimi mühüm bir vəzifə ilə mükəlləfdir. Beləliklə, mən – Zaur Ustac (Mustafayev Zaur Mustafa oğlu) 1975 – ci ildə yanvar ayının 8 – Bakı şəhərində səhər saat 6:15 də anadan olmuşam. Ancaq nədənsə bu tarix sənədlərdə 14 yanvar kimi qeyd olunub. Dünyaya gözümü açandan, anlayandan yadımda qalan ilk rənglər atamın mənə aldığı, minilə biləcək plasmasdan olan  çəhrayı rəngli oyuncaq təkərli atın rəngi, çəhrayı və qonşu uşağın şar kimi üfürülərək şişirdilən yaşıl rəngli balon atın rəngi, yaşıldır. Tale elə gətirdi ki, kəndə köçməli olduq. Maraqlısı odur ki, burada da yadımda qalan ilk epizod atla bağlıdır. Demək olar ki, hər axşam mal-qara örüşdən qayıdanda babamı doqqazda qarşılayar, oradan evin qabağına qədər onun Qarabağ cinsindən olan qumral – qaşqalı atının tərkində gələrdim. Bilmirəm bu yaxşıdır, ya pis 1979 – cu il mart ayının 21 –dən (tam təfərrüatı ilə xatırladığım ilk Qarqaraçıxılangündən – Novruz bayramı – bu gün həm də kiçik qardaşım Talış anadan olub) bu günə qədər (24.02.2020) baş verən bütün hadisələr, ən xırda detalları ilə birlikdə yaddaşıma həkk olunub. Yəni, yaddaşım mənə əziyyət verəcək dərəcədə güclüdür. Yazıb oxumağı dörd yaşım olanda Yamən əmimdən öyrənmişəm. İntensiv mütaliəyə atamın aldığı kitablarla 1981 – ci ilin payızından başlamışam. İlk oxuduğum kitab (Əlifbadan sonra) “Qızıl şamdan” adlı nağıl kitabı olub. 1981 – 1991 Ağdam rayonu Yusifcanlı kənd orta məktəbində təhsil illərində hazırlıqdan birinci sinfə və onuncu sinifdən on birinci sinfə keçirilmişəm. Yuxarı siniflər və gənclik illərim demək olar ki, müharibənin gətirdiyi fəsadlarla mücadilə içərisində keçib. Ancaq bu hal məni digərləri kimi o qədər də narahat etmirdi bütün baş verənlərə bir tarix, tarixi hadisə kimi normal baxırdım. Məni narahat edən tamam başqa məsələlər var idi. Uşaqlıq dövrümdə qeyri-adilik axtaran Qələndər müəllim və eləcə də Sizlər üçün maraqlı ola biləcək aşağıdakı bir neçə halı sadalaya bilərəm. Məsələn, artıq 10-12 yaşlarımdan adi gündəlik məişətdə baş verəcək hadisələri qabaqcadan hiss edə bilirdim. Həddindən artıq  həssas idim. (Bu gün də belədir – hərdən çox əziyyət verir.) Təxminən 1986 – 87 ci illərdən abort əməliyyatları məni ciddi narahat edirdi. Bu necə baş verdi? – Atam “Elm və Həyat” jurnalına abunə idi və biz bu jurnalı müntəzəm olaraq alırdıq. Xatırlayanlar varsa, jurnalın son səhifəsində maraqlı faktlar yer alırdı. Bir gün orada amerikalı bir alimin abort əməliyyatı barədə qeydlərini oxuyanda çox sarsılmışdım. Yazıda alim qeyd edirdi ki, abort əməliyyatının hansı vaxt aparılmasından asılı olmayaraq (ilk həftələr olsa belə) döl-rüşeyim bunu hiss edir və ona tərəf uzanan maqqaşdan qaçmağa çalışır. Uşaqların cinsini öncədən təyin etməklə ən azından cinsə görə baş verən qətliyamların qarşısını almaq olardı. Çox erkən yaşlarımdan ibadətə başlamışdım. Onu qeyd etmək istəyirəm ki, evdə hər iki tərəfdən qocalardan namaz qılan olsa da mənim ibadətə başlamağımın onlarla heç bir əlaqəsi yox idi. Yəni bu tam müstəqil qərar – daxili ehtiyac və cavabsız qalan sualların nəticəsi idi. Bir də maraqlı yuxular. Belə yuxugörmələr indi də davam edir. Bu barədə ayrıca “Yuxularım” kitabında hər bir yuxu haqqında ətraflı yazdığıma görə burada xırdalığa getmirəm. 1988 – ci ilin may ayının 24 də ilk yazım o vaxtlar Ağdamda çıxan “Lenin yolu” qəzetində dərc olunmuşdu. Bu orqanda müntəzəm olaraq məktəb və kəndin həyatında baş verən mühüm hadisələrlə bağlı yazılarla çıxış edirdim. İlk şeirləri çox erkən yaşda yazsam da, 1990 -91 – ci illərdə həm baş verən hadisələr, həm də artıq can evimin qapısını döymüş ilk məhəbbətin eşqi-havası ilə silsilə şeirlər, hətta bir neçə mənzum pyes yazmışdım. Yəni artıq doxsanıncı illərdə yazdığım yazılar bu gün yazdıqlarımdan elə də fərqlənmirdi. Sizi çox maraqlandıran “Ustac” təxəllüsünü də məhz bu dövrlərdə ilk dəfə “Gözüm qaldı” şeirində işlətmişəm:

Saçların var, qulac-qulac,
Ustac olmuş sənə möhtac!!!

1990-Yusifcanlı

 Nə bu vaxta qədər, nə də bundan sonra ikinci bir təxəllüsüm olmayıb. İndi də əvvəllər olduğu kimi, ya atam verən “Zaur” – öz adımdan, ya da özüm seçdiyim soy-kökümə və durumuma işarət edən “Ustac” təxəllüsümdən istifadə edirəm. “Ustac” tarixdə mövcud olmuş Ustaclı tayfasına işarə edir, mənası-anlamı tacı ağıldan olan deməkdir. Həm ruhən, həm də maddi aləmin belə qarışıq olduğu bir dövürdə orta təhsilimi tamamlayıb Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul olundum. Ömrümü kitablarla bağlı sakit bir peşəyə həsr etmək niyyətində idim. (O vaxt son siniflərdə dəbdə olan xatirə dəftərlərində də uşaqların “kim, nəçi olacaqsan?” sualını məhz  belə cavablandırırdım – sakit bir peşə istəyirəm.) Ancaq, necə deyərlər sən saydığını say, gör zaman nə sayır. Artıq BDU-nun əsas binasının girişindən qeydiyyat üçün girdiyim ilk gün bunun mümkün olmayacağını anlamışdım. Foyedə asılmış şəhid tələbələrinin əksəriyyəti dördüncü, beşinci kursda təhsillərini yarımçıq qoyaraq cəbhəyə yollanmış və şəhid olmuşdular. Belə bir vəziyyətdə Qarabağdan olan bir gəncin oxumağa gəlmişəm deyib, paytaxtda gün keçirməsi (o vaxtlar elə keyfiyyətli dərs keçən də yox idi, auditoriyalar, tədris korpusları, xüsusi ilə pilləkənlər zibilin içində itib-batırdı) nəsə mənə qəribə gəlirdi. Və ailədə də uzun söz-söhbətdən sonra döyüşən orduya qoşuldum. Yadımdadır, evdə son qərarımı verdiyim həmin gün axşam istixarə etmişdim və bu müharibədə mənə heç nə olmayacağına tam əmin idim. Nəsə hələ orduya qoşulmazdan əvvəl də səksəninci illərin sonları, doxsanın əvvələri atəşkəsə qədər (13-14 may 1994 Tərtər, Qapanlı.) çox qarışıq dövrləri arxada qoyduq. Artıq təhsilimi davam etdirmək barədə düşünməyə başlamışdım. İlk olaraq 1994 –cü ilin dekabırında (sağ olsun p-k F. Şabanov N saylı hərbi-hissədə qərərgah rəisim idi) BDU-ya belə bir arayış göndərdik ki, hərbi-hissə mənim təhsilimi davam etdirməyə etiraz etmir. 1995 – ci ilin mayına qədər onlardan bir cavab gəlməyincə, komandirlərin təşəbbüs və qərarı ilə bir qurup seçilmiş əsgərlərin təhsillərini davam etdirməsi üçün şərait yaradıldı. Biz əvvəlcə hazırlıq üçün məzuniyyətə sonra isə Bakıya ezamiyyətə göndərildik. Mən ilk olaraq BDU – ya gəldim və orada o vaxtlar prorektor olan Rasim müəllimlə görüşdüm (Rasim Süleymanov). Onu hələ Tərtərdən tanıyırdım. Sağ olsun, məni kabinetində qəbul etdi (indi daha foyedəki şəkillər məni narahat etmirdi – deməli bu təqdiri-ilahi imiş…), çay içə-içə ata-oğul kimi söhbət etdik. Ayrılanda məni binanın giriş qapısına qədər yola saldı. Onun da tövsiyə və xeyir-duası ilə sənədlərimi Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verdim. Və təhsilimi burada davam etdirdim. 1995 – 99 – cu təhsil illərimi başa vuraraq, artıq zabit kimi orduya qayıtdım. Ancaq, yenə çox keçmədi ki, məni narahat edən məsələlərin burada reallaşmayacağını anladım və ordudan ayrılmağa qərar verdim. Sağ olsunlar komandirlərim məni anlayışla qarşıladı əvvəlcə p-k l-nt A. Seyidov, sonra isə p-k M. Rzayevin köməkliyi və bilavasitə təşəbbüsləri sayəsində ehtiyata buraxıldım. 2002 –ci ilin 12 mart tarixindən yenidən Bakı şəhərinə yerləşdim. Və indi məni narahat edən bütün məsələlərlə rahat məşğul ola bilərdim. Yenə qeyd edim ki, ədəbi yaradıcılıq bu günə qədər heç vaxt mənim üçün birinci məsələ olmayıb. Nəzmi cavabı olmayan sualları və ya etik normalara görə açıq deyilməsi mümkün olmayan məsələləri işıqlandırmaq üçün istifadə edirəmsə, nəsrdən tarixilik baxımından əhəmiyyətli hadisələri yaşatmaq, tövsiyə, məsləhət, maarifləndirici xarakterli yazılar yazmaq üçün istifadə edirəm. Ancaq, bu planlı şəkildə fəaliyyət növü olmayıb, müəyyən bir proqramlaşdırma nəticəsində özü ortaya çıxan işdir. Onu qeyd etmək istəyirəm ki, məşğul olduğum, araşdırdığım, xidmət göstərdiyim sahədən asılı olmayaraq həmişə iş – fəaliyyət oblektim insan olub. İstər əsgər, peşəkar zabit olub, onu necə, hansı effektiv yollarlarla, üsullarla  öldürməyin, məhv etməyin sirlərini öyrənmək olsun, istəsə də ordudan sonrakı illərdə onun yaşamını yüngülləşdirmək, həyat tərzini yaxşılaşdırmaq yolunda etdiyim çabalar. Hələ hərbi təhsil aldığım illərdə ikinci bir təhsili ordudan sonra  hüquq, din və ya pedaqoji olaraq alacağımı planlaşdırırdım. Psixoloji biliklərimi artırmaq həmişə aktual olaraq qalıb və qalır. Mütəmadi olaraq olduqca müxtəlif mövzuları əhatə edən əcnəbi və yerli mütəxəssislərin təşkil etdiyi psixoloji kurslara qatılır və bu sahədə olan biliklərimi artırıram. Xidmət zamanı rastlaşdığım gənclərin olduqca acınacaqlı vəziyyəti və xidmətdən sonra gündəlik fəaliyyətimlə əlaqədar olaraq ünsiyyətdə olduğum saysız-hesabsız müxtəlif səviyyəli təhsil görmüş, ayrı-ayrı zümrələrin nümayəndələri ilə söhbətlər zamanı gördüklərim məndə əməlli-başlı çaşqınlıq yaratmışdı. Bütün bunların təsiri ilə pedaqoji təhsil, özü də ən əsas saydığım ibtidai təhsil üzrə mütəxəsis olmağa qərar verdim. 2013 – cü ildə test imtahanlarında iştirak edib, Şamaxı Dövlət Regional Kollecində İbtidai Sinif Müəllimliyi ixtisası üzrə təhsilimi davam etdirmək imkanı qazandım. 2017 – ci ildə təhsilimi müvəffəqiyyətlə başa vurub İbtidai Sinif Müəllimi ixtisasına yiyələndim. 2007 – ci ildən müstəqil yaradıcılıq və inkişaf məsələləri ilə məşğul olan “Yazarlar” jurnalını təsis etmişəm. Hələ bu məqsədlə Ədiliyyə Nazirliyinə müraciət edəndə niyyət ərizəsinin “Məqsəd” bölümündə qeyd etdiyimiz fikirlərə daim sadiq qalaraq yaradıcılıqla məşğul olan şəxslər arasında fərq qoymadan onların mətbuata çıxışını asanlaşdırmaq, həvəsləndirmək kimi amallara xidmət edirik. Bu işdə daha məhsuldar və məqsədyönlü olmaq üçün yazarlarımız Müstəqil Yazarlar Konfederasiyası və Yazarlar Dərnəyi adlı işçi qruplarda birləşiblər. Yazarlar jurnalı olaraq mütəmadi şəkildə xüsusi buraxılışlar, antalogiyalar və almanaxlar formasında yazarlarımızın əsərlərini nəşr edib yayımlayırıq. Eyni zamanda uşaqdan böyüyə onları həvəsləndirmək üçün müxtəlif mükafatlar təsis etmişik. Uşaqları  “Rövşən Hüseynov”, “Bəhmənyar”, “Kirkid”, böyükləri isə  “Ziyadar”, “Vintsas”, “Ustac Milli Mükafatı”, “Bayram Bayramov”, “Tağıyev – Xeyriyyəçi”, “Napaleon – Mütaliəçi” diplomları ilə təltif edir, həvəsləndiririk. Və bütün bunların hamısı haqqında istər ənənəvi, istərsə də elektron kütləvi informasiya vasitələrində məlumatlar dərc olunaraq, yayımlanır. Hal-hazırda ədəbi yaradıcılıqla yanaşı, hamiləlikdən əvvəl ailə planlamasının tərkib hissəsi olan uşağın cinsinin əvvəlcədən planlaşdırılması, uşaqlara onların gələcək həyatlarını müəyyən edəcək adların seçilməsi, kiçik yaşlı məktəblilərlə, onların valideyinləri olan gənc ata və analarla iş,  uşağın – ailənin yaşadığı ev-məkanların seçiməsi və təhcizatı kimi mühüm əhəmiyyətli məsələlərlə bağlı fərdi konsultant kimi də fəaliyyət göstərirəm. Bütün bunlardan əlavə müraciətlər olduqda özümün tərtib etdiyim xüsusi “39 – HƏFTƏ” adlı proqramla kiçik yaşlı məktəblilərə ingilis dili öyrədirəm.  Fəaliyyət sahələrim hələlik bunlardan ibarətdir. Bir sözlə çörəyimiz sözdən çıxır. Təhsil məsələsi əgər yenə nə vaxtsa gündəmə gəlsə, bu yəqin ki, dini təhsil olacaq. Kompüter biliklərim normaldır. Yəni, bütün kompüter, internet və idarə etdiyim saytların əsas işlərini özüm görürəm. Dil bacarıqlarım, ingilis və rus dillərində də eyni ana dilimizdə olduğu kimi mütaliə vərdişlərim var. Hətta ingilis dilindən bir-neçə uşaqlar üçün hekayələr də tərcümə etmişəm. Maraqlı alınıb. Hal-hazırda türk dili adlandırdığımız dlin bizim ana dilimizdən elə bir fərqi yoxdur (o da bizim ata dilimizdir). Odur ki, mən onu xarici dil hesab etmirəm. Yazılarımı adətən sübh vaxtı və ya gecə boyu yazıram. Şeirlər isə ani olaraq, bir – neçə dəqiqə ərzində yazılır. Özüm üçün və eyni zamanda gələcəkdə araşdırmaçılar üçün də maraqlı ola bilər deyə, adətən, son vaxtlar yazdığım şeirlərin sonunda vaxtı mütləq qeyd edirəm. “Qucağını geniş aç” şeirinin yazılma müddəti anbaan “Şeir necə doğulur?” filmində öz əksini tapıb. Həcm və ölçüsündən asılı olmayaraq, hər hansı bir istər nəzm, istərsə də nəsr əsərin yaranması ilkin olaraq ideyadan başlayır və o yaranır. İdeyadan yaranmaya qədər olan müddət ani də ola bilər, bir-neçə il də uzana bilər. Yenilik barədə onu deyə bilərəm ki, şeir də “Ustacı”  adlandırdığım xüsusi bir qayda ilə yazılmış orijinal nəzm nümunələrinin müəllifiyəm. Bu haqda “Ustacı”- lar haqqında – adlı yazımda geniş məlumat vermişəm. Bir də araşdırmaçı – filoloqların yazdıqlarına görə “Şehçiçəyi”  çiçəyini ədəbiyyat bağçasında mənə qədər görən olmayıb. Bu haqda Ülviyyə Hüseynlinin “Ədəbiyyat bağçasında öz çiçəyi olan şair” adlı maraqlı yazısı var. Hal-hazırda məni narahat edən yeganə məsələ torpaqlarımızın işğal altında olmasıdır. Bu barədə mətbuatda “Məcburi köçkün – qaçqın olmaq nə deməkdir?” adlı əhatəli yazı ilə çıxış etmişəm. Ona görə də burada çox xırdalığa getmədən sadəcə bir məsələni vurğulamaq istəyirəm ki, son vaxtlar vaxtımın çox az qaldığını hiss edirəm. Bu məni çox sıxır. Yazmaq istədiklərimin hələ heç birini yazmamışam. Bir insan, fərd olaraq həyata keçməmiş heç bir arzum yoxdur. Min şükür Uca Yaradana!!! Yaradanla baş-başa keçən bütün həyatım boyu onu daim baş ucumda hiss etmişəm dilimə gətirməyə cürət etmədiyim, ancaq, nə vaxtsa ani olaraq xəyalımdan keçən bütün istəklərim də daxil omaqla arzularımın hamısı həyata keçib. İstədiyim hər şeyi mənə verib, ən ağır, çıxılmaz hesab etdiyim vəziyyətlərdə belə hifz edib, qoruyub yəqin ki, boynumuza düşən missiya bitənə qədər bu belə də davam edəcək. Və ümid edirəm ki, torpaqlarımız azad olunacaq, ata-baba yurduna dönəcəyik və orada bütün yazılmalı, deyilməli sözlər bitəcək… Nəslimiz hər iki tərəfdən son beş yüz il ərzində –  Şah İsmayılın vaxtından bəri dəqiq Qaradağ – Ərdəbil, Qarabağ – Yusifcanlı, Zəngəzur – Göyçə – Sivas aralığı ərazilərdə yaşamışdır. Ana tərəfdən babalarımın adı Mürşüd, Ələkbər, Qəhrəman, ata tərəfdən Müseyib (Alagöz kişi), Mahmud, Mustafa, Quluya qədər dəqiq sıra ilə sonra isə ən çox təkrarlanan Mustafa, Mahmud və bir də Allah, Məhəmməd, Əli, Həsən, Hüseyn, Şah kimi müxtəlif adların sonunda “qulu” olmaqla adlar olub. Yadımdadır 1992 – ci ilin payızında Ağdam rayonu, Yusifcanlı kəndində rəhmətə getmiş Müseyib babamdan babalarımızın adını soruşanda həmişə Mahmud, Mustafa, Qulu deyib dayanardı. Bəs onun babasın adı nə olub? – soruşanda – Şahqulu – cavab verərdi. Baba, bəs onun babasın adı nə olub? – yenə soruşanda təbəssümlə Adınaqulu – deyə cavab verərdi. Bu cavab artıq söhbətin bitməsi anlamına gəlirdi. Bu hal biz balaca – qanmaz olanda dəfələrlə təkrar olunmuşdu. Bir də babam deyərdi ki, ulu babamız Mahmud şah qoşununda qoşunbaşı olub. Ulu babamızın adı uzun illərdi nəsildə yaşadılır. Hal-hazırda əmioğlanlarından biri bu adı daşıyır. Dünya, həyat barədə fikirlərimin formalaşmasında Bəhmənyarın, Nəsiminin, Lev Nikolayeviç Tolstoyun, Vintsas Krevenin düşüncələrinin təsiri ola bilər. İbrət aldığım şəxslərin həyatı isə Şəhriyar, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi və yenə də Lev Nikolayeviç Tolstoydur. Bu iki qurup şəxslərin arasında göründüyü kimi Lev Nikolayeviç Tolstoyun adına iki dəfə rast gəlirik. Həqiqətən onun yeri bir başqadır. Onu özümə bütün hali ilə daha yaxın hiss edirəm. Başımıza gələn bütün bəlaların kökünü (adi məişət məsələlərindən tutmuş – dünya işlərinə qədər) cəhalətdə görürəm. Bütün anlaşılmazlıqların kökü məhz odur – CƏHALƏT!!!

24.02.2020. Bakı ş.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında İYİRMİ ÜÇÜNCÜ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda Qələndər Xaçınçaylının “Taclı şair” və Gülü xanımın “Zaur Ustac”  kitabları tərtib olunarkən istifadə olunub.


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LALƏ İSMAYIL – SÖZ

Lalə İsmayıl – şair.

SÖZ
Nə gündəsən a qələm, nə gündəsən a varaq?!
Qaralanıb, pozulur üz-gözün varaq, varaq,
Səni edam eyləyir, hər yetən əl, ovaraq,
Döz, deməyə üzüm yox, tərsə düşüb zamanın.
* * *
Qonub bir şah budağa, “qarr” eyləyir qarğası,
Oturub sağ yanında, dəmin tutur darğası,
Arxasıza toy tutur, kimin varsa arxası,
Sovurur hayın, küyün, sovurmur söz xırmanın.
* * *
Düyün salıb, ilməsi çözülməyən büyüdür,
Üfləyir bəbəklərə, tozu gözdə böyüdür,
Ləl udub, mədəsində, xırdalayıb, üyüdür,
Şər tutub bu dünyanın fırladır dəyirmanın.
* * *
Tamahın zirvəsinə, qanadlanma hündürə,
Siçan düşər tələyə, acsa müftə pendirə,
Şöhrəti yal qabında, düyünləyir kəndirə,
Ucun tapıb, sallaşan, dırmanın hey, dırmanın!
* * *
Dörd tərəfə ayırma, parçalama gəl biri,
Onsuz da ələyəcək şadarası, xəlbiri,
Son gedişin ələkdə, çox qalmazsan sən diri,
Hər at verməz minməyə, hər yetənə yalmanın!
* * *
Özü memarı olsun, insan gərək özünü-
İnşaa edərkən, tutsun bünövrədə sözünü,
Demirəm, burda mənəm, Tanrı yumub gözünü,
Yetəcək harayıma, gözləyirəm fərmanın.
15. 04. 2021.



Müəllif: 
Lalə İSMAYIL

LALƏ İSMAYILIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İRADƏ AYTELİN AD GÜNÜDÜR!

Bu gün tanınmış yazar, dəyərli qələm adamı, vətənpərvər ziyalı, fəal ictimai xadim, sadiq dost, gözəl xanım İradə AYTELin doğum günüdür! Ad günü münasibəti ilə İradə xanımı təbrik edir, uca Yaradandan uzun və sağlıqlı bir ömür, bütün işlərində müvəffəqiyyətlər arzu edirik! Uğurlarınız bo olsun,İradə xanım!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – DAHİLƏR və QAHİLƏR – SU HAQQINDA

Zaur Ustac – şair, publisist.

           DAHİLƏR VƏ QAHİLƏR

                           və ya

SU DÜNYAYA AÇILAN BİR PƏNCƏRƏDİR

İYİRMİ  İKİNCİ  YAZI

Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana bütün yaranmışların ünsiyyətlərindəki səslərin, dillərindəki kəlmələrin sayının min qatı qədər şükürlər olsun ki, belə vacib və faydalı mövzuda sizlərlə həmsöhbət olmaq da qismətdə var imiş. Son günlərdə olduqca bəsit və gülünc iddialarla istər sosial şəbəkələrdə, istərsə də necə deyərlər ucuz reklam xatirinə onlara “yel verən” KİV (EKİV)-də yer almış cızma-qara sahiblərinə kiçik bir xatırlatma məqsədi ilə qələmə aldığım bu yazı “Həftə içi” qəzetində dərc olunmaqla bərabər eyni zamanda “Yaradanla baş-başa” adlı məqalələr toplusuna (ikinci hissə) daxil olacaq iyirmi ikinci yazıdır. Söhbətə başlamazdan əvvəl onu qeyd edim ki, bu “qəhrəmanları” Qadir Allahın bəxş etdiyi nemətlərin ən əzəli, öndəgələnlərindən olan ünsiyyət vasitəmiz dili (yazılı) yaxşı məqsədlə istifadə etmədiklərinə görə onları şiddətlə qınayır və əlbəttə onlar üçün adi olan, əslində olduqca faydalı, ibrətamiz, misilsiz digər bir nemət olan suyun misalında yaranışın, nizamın düşündükləri qədər bəsit olmadığını açıqlamağa çalışacağam.
DAHİLƏR VƏ QAHİLƏR
“Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanın dibində onu Allah gözləyir.”
Bu müdrik kəlam heç də indi bəzilərimizin düşünə biləcəyi kimi Şərq üləmalarına məxsus deyil. Əksinə, tam tərsi ilahiyyatla heç bir əlaqəsi olmayan Qərbin dəqiq elmlər üzrə alimi Verner Karl Heyzenberqə aiddir.
QISA ARAYIŞ:
Verner Karl Heyzenberq (alm. Werner Heisenberg, 5 dekabr 1901, Vürzburq – 1 fevral 1976, Münhen) – görkəmli alman fiziki, matriks kvant mexanikasının yaradıcısı, 1932-ci il fizika üzrə Nobel mükafatı laureatı. 1976-cı ildə xərçəng xəstəliyindən vəfat etmişdir. 
Verner Karl Heyzenberqdən əlavə bu siyahını Qərbin müsəlman olmayan digər dəqiq elmlər üzrə dahi Pifaqordan üzübəri tanınmış alimləri İsaak Nyuton, Albert Eynşteyn, Mixail Vasilyeviç Lomonosov, Dmitri İvanoviç Mendeleyev, eyni zamanda Lev Nikolayeviç Tolstoy, Vintsas Kreve kimi məşhur yazarları və başqa onlarca, bəlkə yüzlərcə bəsirət gözü açıq olan dahilərin (Nikola Tesla ilahi qüdrətə bir az başqa cür don geyindirirdi) hesabına uzatmaq da olar. Hətta Ziqmund Freydin timsalında dinin VI əsrdə ilişib qalanlar üçün lazım olduğunu iddia edən bizim bu “qəhrəmanlar” özləri də bilmədən Allahın varlığını mülahizələri ilə sübuta yetirmiş olurlar. Ziqmund Freydlə bağlı başıma gələn bir hadisə haqqında ibrətamiz qısa haşiyəyə çıxmaq istəyirəm (Ziqmund Freyd – Ziqmund Freud, Sigismund Şlomo Freyd – mənim şəxsiyyətinə, əzminə, iradəsinə, elminə hörmət etdiyim, tapa bildiyim kitablarının hamısını oxuduğum, fikir və mülahizələrini çoxunu bəyənib qəbul etdiyim həkim-psixoloq, özünəməxsus araşdırma və analiz qabiliyyəti olan alim, söz adamıdır.):
HAŞİYƏ
Əgər, səhv eləmirəmsə, 2013 – cü ilin payızı, oktyabr ayı idi. Şamaxıda idim. Əlimdə ağ paketdə Ziqmund Freydin “Totemlər və tabular” kitabı, bir də həmişə özümlə gəzdirdiyim qara dəri balaca əl çantam var. Cümə günü, günortadan xeyli keçmişdi. Şamaxı Cümə Məscidi olan əsas küçə ilə yuxarıdan aşağı – avtovağzal istiqamətində heykəllərin şəklini çəkə-çəkə üzüaşağı düşürdüm. Məscidin yanından keçəndə qərara gəldim ki, girim həm məscidi ziyarət edim, həm də iki rükət namaz qılaram. Məscidin həyətinə girib, düz dəstəmazxanaya getdim. Əlimdəki kitab olan ağ paketi yerə qoyub (orda asılqandan başqa kətil, dolab olmadığına görə) qara dəri çantanı da üstünə qoydum. Dəstəmaz alıb, məscidə getdim. Məscidin girişində yenə ayaqqabılarımı çıxarıb, onlar üçün nəzərdə tutulmuş rəflərə qoydum və içəri keçdim. Namazımı qıldım, xeyli dua etdim. Təxminən 45 ‘ – 1 saat vaxt keçmiş olardı. Qalxdım, gəldim ayaqqabılarımı geyinib çıxanda baxıram ki, əlimdə ancaq qara əl çantası var. Bəs ağ paket hanı? – Əvvəl elə bildim içəridə unutmuşam. Ayaqqabılarımı çıxarıb yenidən məscidə daxil oldum, gedib əl çantasını qoyduğum yerə baxdım. Yox idi. Düşünə-düşünə gəlib ayaqqabılarımı geyinib, ayaqqabılar olan rəfə də baxdım. Bəlkə, bura qoymuşam. Yox idi. Lap əvvəldən xatırlamağa çalışdım… Dəstəmazxanaya girib kitab olan paketi döşəməyə, qara çantanı da onun üstünə qoyub dəstəmaz almağa getmişdim… Bu düşüncə ilə dəstəmazxanaya girdim. Paket elə ordaca dururdu… Paketi döşəmədən qaldırdım, tüklərim biz-biz olmuşdu… Nə qədər düşündüm, necə ola bilər ki, dəstəmaz alandan sonra üstündə olan çantanı götürəsən, paket özü unudula – əslində necə olmuşdusa mən heç paketi görməmişdim, sanki, o heç olmamışdı… Dəstəmaz alandan, ta ziyarət və ibadəti tamamlayıb məsciddən çıxana qədər onun haqqında məlumat yaddaşımdan tamam silinmişdi. Bir də məsciddən çıxanda xatırladım və nəql etdiyim kimi gedib tapdım… İndi də o hadisəni xatırlayanda bu qənaətə gəlirəm ki, Qadir Allah (ƏL – QƏDİR) bu kitaba onun evinə girməyə izin vermədi və o ehtiva etdiyi məlumatlarla birlikdə məni yalnız həmin yerdə gözləyə bilərdi…

Özlərini ağıllı sayanlar (stəkanı hələ indi-indi uzaqdan görənlər) “olmayandan (yoxdan) danışmaq olmaz” tezisini unudaraq sərsəm fikirlərlə gündəmə gəlməyə çalışırlar… Bu barədə çox dərinə getmədən sadəcə yazıqlar olsun deməklə kifayətlənirəm… Və əlbəttə deyildiyi kimi, “…vay o kəslərin halına ki, …” Yəqin o şəxslər özləri də yaxşı bilirlər ki, onlar nəinki yuxarıda adları çəkilən müdrik şəxslərdən ağıllı deyillər, hətta çoxları onların bir çoxunu heç tanımırlar belə… Ümidvaram ki, bu yazıdan sonra tapıb, oxuyub, öyrənəcəklər. İnanıram ki, əgər, bu qafillər heç olmasa stəkana yaxından baxa bilsələr, dibi haqqında onlarda ilkin təsəvvürlər formalaşa bilər. Belələri haqqında hələ keçən əsrin axırlarında “Dostum” adlı bir şeir yazmışdım. Elə o vaxt da birmənalı olmayan fikirlər çox səslənirdi. (maraqlananlar “Google” axtarış sistemində Zaur Ustac “Dostum” şeiri yazıb, oxuya və dinləyə bilər – bura əlavə edib yer tutmaq istəmədim.) İki hissəli bu yazımın birinci hissəsini məhz belə yekunlaşdırmaq istəyirəm, qahilərdən olmaq istəmirsinizsə, dahiləri tanımaq lazımdır.
KEÇİD
Yuxarıda yəni birinci hissədə bilərəkdən ancaq qeyri-müslimlərdən misallar çəkdim. Ancaq, bu demək deyildir ki, bizim özümüzün sitat gətiriləcək dahilərimiz yoxdur. Mövcudatın qarşılıqlı olduğunu (gecə-gündüz, dağ-dərə və s.), təsirin əks təsirə bərabər olduğunu nəzərə alsaq qahilərin bizdə Qərbə nisbətən daha çox olduğunu iddia ediriksə deməli şübhəsiz ki, dahilər də bizdə – Şərqdə daha çoxdur… Yəni, stəkan hələ icad olmazdan, hörmətli alman fiziki Verner Karl Heyzenberq elmi bir su misalında ona doldurmazdan çox əvvəl Şərqdə Şeyx Nizami Gəncəli suyu belə vəsv etmişdir:
“Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.”
Müəllif: Nizami Gəncəli
Tərcümə edən: Səməd Vurğun
Dahi Nizaminin yazdğı dildə bu misraların hansı fikri ifadə etdiyini bir kənara qoyub, sevimli şairimiz Səməd Vurğunun şirin dilində ifadə etdiyi məna üzərindən iki istiqamətdə fikir yürüdərək dahiliyə və qahiliyə müasir (sirr dolu) insanın baxış açısından qısa izahda aydınlıq gətirməyə çalışacağam. “su çox incə bir varlıqdır” – bu bizə ulu əcdadlarımızdan – dahilərdən –kodlaşdırılmış, şifrəli şəkildə ötürülmüşdür. Müasir “dahi”(əslində o qahidir) bu məlumatı götürür, ikinci -“dərd verən” tərəfini araşdırmağa başlayır və məlum olur ki, bəli su nə qədər faydalı olsa da həddindən artıq çox qəbul edildikdə, bir o qədər də zərərli ola bilər. Beləki, orqanizmin təbii ehtiyacı olmadan (belə söz var – ürək istəmədən) həddən çox su işdikdə ilkin olaraq kəskin baş ağrıları ilə müşayət olunan “su zəhərlənməsi”, sonra maddələr mübadiləsinin pozulması (əlbəttə, onu da yaxşı bilir ki, hal-hazırda içməli su konkret olaraq yoxdur) nəticəsində bədəndə artıq suyun yığılmasına, bu maye yığıntısının qarın boşluğunda özünə yer etdikcə tədricən artaraq digər vacib orqanların fəaliyyətini məhdudlaşdırdıqca, həyati əhəmiyyətli orqanlarda xəstəliklərin əmələ gəlməsinə səbəb olur ki, bu xəstəliklərin müalicəsində olduqca bahalı, “çətin tapılan” (bu status onların vacibliyini və dəyərini artırır) xarici dərmanlardan istifadə olunur. Müəyyən (qahiliyə bəs edəcək qədər) psixoloji bliklərə də malik olan “dahi” daha çox insanın oxuya biləcəyi, məlumatlanacağı bütün imkanlardan (sosial şəbəkələr, KİV, TV və s.), vasitələrdən istifadə edərək təxmini bu məzmunlu yazılar tirajlamağa başlayır, “…baxın, filankəs hər gün sadəcə su içməklə nələrə nail oldu…”, bilir ki, bir dəfəyə orqanizm tələb etmədən çoxlu su içmək çətindir. Odur ki, “…ilk günlər çətin olsa da, sonra tədricən öyrəşmək olur, gör filankəs altı ayda nələr etdi…” və s. bu qəbildən olan təhrikedici cümlələrlə qabaqlayıcı önləmlər alır. Bu məqamda o məşhur deyim yada düşür, “ayının min oyunu bir qozun üstündə gedir…” – mətbuatı (növündən və vasitələrindən asılı olmayaraq) boş yerə hakimiyyətin növlərindən biri hesab etmirlər. Xüsusi ilə sürətli məlumat yaymağın asanlaşdığı müasir dövürdə bu öz gücünü daha qabarıq şəkildə göstərir. Bəli suyun “faydası” haqqında yazılıb, mümkün qədər bütün vasitələrlə yayılan yazınını bircə məqsədi var. Daha çox adam xəstələnib, Hippokrat babalarının cəddinə dönə-dönə and içmiş, dərman firmaları ilə əvvəlcədən müqavilə bağlayaraq onlarda qeydiyyatdan keçmiş nömrəli reseptlərlə və ya təşviqedici reklam xarakterli blanklarla təchiz olunmuş, qahi həkimlərə müraciət etsin ki, bahalı dərmanlardan daha çox satılsın… Söhbətimiz obyekti su olduğuna görə mən sudan misal gətirirəm. Yoxsa, heç kimə sirr deyil ki, indi hər yan bu tip təhrikedici yazılarla doludur. Belə yazılara, söhbətlərə ümumiyyətlə “qulaqdandolma” məlumatlara inanmayın onlar qahilərin sözüdür. Ələxsus sağlamlıq – həkim məsələlərində ən etibarlı, sınanmış şəxslərə müraciət etmək olar… İndi demək olar ki, dünyanın aparıcı şirkətləri səbəbi və nəticəni bir əldə cəmləməyə nail olublar. Məsələn, dünyaca məşhur şirkət uşağın ağlı kəsəndən reklam edə-edə bahalı, ləzətli ancaq, zərərli şokaladı və digər şirniyyat, qənnadı məmulatlarını şirin-şirin 30-40 yaşına qədər ona yedirdib, içi şəkər qarışıq müxtəlif sağalmaz xəstəlikləri (hansı ki, bu xəstəliklərin müalicəsində istifadə olunan dərmanları da özü istehsal edir…) onun orqanizmində yaradır, yenə həmin şirkət istehsal etdiyi bahalı dərmanları reklamla qazandırdığı xəstəlikləri müalicə edir adıyla ömrünün qalan hissəsini bu şəxsə almağa məcbur edir… İkisində də onlar qazanır, biz itiririk… Bu gözlə görünən, hər gün ətrafımızda olan, hamımızın hiss edə biləcəyi maddi misalları çəkməkdə iki əsas məqsədim var idi. Birinci publisistika kimi günümüzün acı həqiqətlərini bir daha xatırlatmaq, ikincisi isə bu maddi timsalda digər yazıların əslində mənəvi – ruh aləmimizə, insanlığa nə qədər sağalmaz yaralar vurduğunu gözlər önünə sərməkdən ibarət idi… Bu müqəddəs torpağın yetirdiyi dahilər təkcə Şeyx Nizami ilə məhdudlaşmır. Bu siyahını cəlal sahibi, Alim Allahın (Əl – Əlim) elmindən kifayət qədər agah olan, Bəhmənyar, Nəsrəddin Tusi, Nəsimi, Xətai, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev kimi mütəfəkkirlərin, eyni zamanda Qurbani, Sarı Aşıq, Aşıq Ələsgər və digər adını qeyd etmədiyim xalq içərisindən çıxmış saz-söz adamlarının hesabına uzatmaq olar. Yaxud da heç uzağa getmək lazım deyil, müasirlərimiz dünyaca məşhur Çingiz Abdullayevin, ölkəmizdə kifayət qədər tanınmış Əsəd Cahangirin fikirləri bu, bir ovuc qahinin tutarlı cavabı ola bilər. Müasirlərimiz olan elm adamlarından gənc alim-yazar Sadıq Qarayevin dünya-aləm, kainat-yaranış haqqında olan düşüncələri maraqlıdır.
SU DÜNYAYA AÇILAN PƏNCƏRƏDİR
Yuxarıda, “DAHİLƏR VƏ QAHİLƏR” və “KEÇİD” bölümlərində qoyulmuş problemi mümmkün qədər dünyaca məşhur şəxslərin adı, misalları anlatmağa çalışdım. Ancaq, digər əvvəlki yazılarla tanış olan oxucu bilir ki, bu o qədər də xarakterik hal deyil. Mən adətən bütün yazılarımda məsələnin əsas mahiyyəti “mən” deyə gətirdiyim misallarla açır və fikrimi təsdiq edirəm. Bu heç də təvəzökarlıqdan uzaq “mənəm-mənəm” – lik iddiası deyil, əksinə tam tərsi özümün tam əmin olmadığım fikri, doğruluğuna inanmadığın hadisəni başqasına anlatmağın düzgün olmaması qənaətindən irəli gəlir. Odur ki, mən yazılarımın böyük əksəriyyətində praktik məsələləri öz həyatımdan, gördüklərimdən, dəqiq bildiklərimdən, şahidi olduqlarımdan misal gətirməklə əsaslandırmağa çalışıram. Yenə həmişə gözümüzün önündə olan, gün ərzində dəfələrlə təmasda olduğumuz su haqqında misallarla dinin bəzi hökmləri ilə əlaqəli şəkildə tanış olacaq, fikrimizi əsaslandırmağa çalışacağıq. Bu təfsilata keçməzdən öncə hamımızın diqqət etməli bir neçə məlumat nəzərinizə çatdıracağam. Onu da qeyd etmək istəyirəm ki, yazının bu hissəsində sonra fikir – açıqlama (izah) kimi təqdim edəcəyim məlumatlar “NİYƏ BELƏDİR?” – sualına uzun illər axtarıb, araşdırıb tapdığım cavablardan ibarətdir:
DİQQƏT!!!
Azanın vaxtı elə təyin olunub ki, Yer üzərində (daha dəqiqi sonsuz fəzada – kosmosda Yerdən daim azan səsi gəlir) fasiləsiz olaraq azan səsi gəlir, Allahın kəlamları oxunur. Müsəlmanların Ay təqvimindən istifadə etməsi, təbii Günəş və Ay saatlarının nəzərə alınması ilə bu mümkün olmuşdur.
Əgər, insan onun orqanizmi üçün təyin olunmuş qaydada hər gün Günəş doğmazdan öncə oyanıb, dəstəmaz alıb, günə ibadətlə (şükrü-səna, arzu-niyazla) başlayaraq, yalnız günün işıqlı vaxtı (Günəşi gördüyü vaxt) oyaq olub, hava qaralanda – gecə düşən kimi yenə qüsul-dəstəmazın həll etdikdən sonra ibadətini (şükrü-səna, arzu-niyazla) yerinə yetirib yatarsa, yəni “Günəşlə oyaq ol, Ayla yat…” göstərişinə əməl etsə, insan bu gün düçar olduğu bir çox bəlalardan uzaq olardı… Bunun səbəbi insan orqanizminin təbii Günəş və Ay saatlarına görə ayarlanmasıdır.
Hər söhbətə, yeməyə başlayanda “BİSSMİLLAH”, qurtaranda isə “ƏLHƏMDÜLİLLAH” demək boğaz (udlaq -qırtlaq) üçün faydalıdır. Beləki, bu sözləri işlətmək ağız boşluğunu sonrakı fəaliyyət üçün hazırlayır. Bunun səbəbi hər iki sözün tərkibində olan “ALLAH” kəlməsini tələffüzü ilə bağlıdır.
Namaz qılarkən “TƏKBİR”-də əllər sürətlə qulaq bərabərinə qalxıb düşür. Bu hərəkətin düzgün icra olunmasında insan orqanizmi üçün böyük fayda var. Beləki, hərəkət nəticəsində barmaqların ucundakı xırda kapilyarlar silkələnir və qan damarlara daha sürətlə qayıdır. Eyni zamanda ürəyə giriş –çıxış damarları dartılıb hərəkət etdiyinə görə, bu hərəkəti hər gün müntəzəm şəkildə dəfələrlə təkrar edən adamda (bunu namaz qılanda düşünmədən edirik – avtomatik) damar kirəcləşməsi, bu səbəbdən infarkt olma riski sıfıra bərabərdir.
Bu sadaladığım misallar ən adi, hər gün istifadə etdiyimiz, içində olduğumuz misallardır. Belə sadə misalları çəkməkdə məqsədim “din VI – VII əsrlərdə ilişib qalanlar üçündür” deyənlərə Böyük Allahın əzəmətinin ən xırda – bizim bilmədiyimiz – bir detalda, məqamda, hərəkətdə ola biləcəyini xatırlatmaqdan ibarətdir. Və din hansısa zaman üçün deyil, insan – insanlıq üçündür.
SU – ALLAHIN BİR LÜTFÜDÜR
Aşağıda sadalayacağım misalların qaynağı, qüsul və dəstamaz qaydaları, namazın evimizdən axan çaya bənzədilib, gündə beş dəfə orda paklanmalı olduğumuzun tövsiyə olunması, şərab içənin ibadətinin qırx gün qəbul görməyəcəyinin xəbərdar edilməsi və başqa bu kimi ibrətamiz məlumatları öyrəndikdən sonra “NİYƏ BELƏ OLMALIDIR?” sualına uzun illərin araşdırmaları, öz üzərimdə sınaqdan keçirdiyim təcrübələrin nəticələridir. Onu qeyd edim ki, mən gözümü açıb evdə nənəmi, babamı ibadət edən görsəm də ilk olaraq namazı və sonra böyüdükcə digər şərtləri kitablardan müxtəlif informasiya vasitələrindən əlbəttə eşidib, görüb, bildiklərimi də göz önündə tutaraq on beş yaşım olar-olmaz müstəqil öyrənməyə başlamışam və bu son nəfəsə qədər davam edəcək. Hədis məlum. Su məsələsində yenə iki məsələ qabarıq görsənir:
-Birinci onun xarici təmizlik üçün istifadə olunması, qüsul və dəstəmazın həqiqətən də orqanizmə cism və ruh olaraq ayrı-ayrılıqda bir çox cəhətdən müsbət təsiri göz önündədir. Bu təkzibedilməz faktdır.
-İkinci isə suyun birbaşa insanın orqanizminə daxildən təsiri, qəbul olunub, qana sorulması prosesi ilə bağlıdır. İnsan bədəninin həyatverici – daşıyıcı qüvvəsi qanının nisbətdə yarıdan çox hissəsinin su olmasını nəzərə alsaq hər su içmə prosesi sanki, insanın özünə qayıdışı, özünü tanıması, ətraf aləmlə vəhdət təşkil edib, tamlığa qovuşması hadisəsidir. Əlbəttə çiy (qaynamamış, qatqısız), pak, saf içməli sudan söhbət gedir…
Başlayaq qüsuldan, niyə bütün hökmlərdə israrla cünub halda yatmağın, ümumilikdə qüsulsuz qalmağın zərərli olduğu buyurulur? Tibbi və sağlamlıq tərəfi, əlaqədən sonra həmən çimib, qüsul aldıqda ən azından tərəflərdə olan parazitlərin yumurtalarının (törədicilərinin) bir-birinə ötrülməsi ehtimalı azalır, digər bir çox infeksion xəstəliklərin yayılmasının qarşısı alınır və s. Mənəvi – ruh tərəfi gecə rahat, sakit və dərin yuxu ilə yatmaq mümkün olur. Oyandıqda yeni gün daha bərəkətli və faydalı olur. (Məsələn, istənilən tacir, ticarətlə məşğul olan adam, iş adamı eyni obyektdə işlədiyi qüsullu günü ilə qüsulsuz günün nəticələrini analiz edib, alacağı inanılmaz dərəcədə fərqli nəticənin şahidi ola bilər)Pak və dualı bir iş günü olduqca xoş əhval-ruhiyyədə keçməklə yanaşı, həmdə adi günlərdən çox fərqlənəcək dərəcədə bərəkətli olur.
HAŞİYƏ
Parazitlərlə bağlı kiçik bir haşiyəyə çıxmağa ehtiyac duydum. Bu haşiyə həm yazının birinci hissəsi ilə ikinci hissəsi arasında əlaqəni möhkəmləndirəcək, həm də parazitlər haqqında qısa məlumat verəcək. Beləki, hal-hazırda qahilər parazit (insan orqanizmindəki müxtəlif qurdlar) mövzusunu əldə bayraq edərək, bundan da qazanc məqsədi ilə istifadə edirlər. Parazitlər mövzusunda “USTACNAMƏ” kitabının dördüncü bölümündə ətraflı məlumat olduğuna görə bu yazıda çox dərinə getməyərək, sadəcə onu bildirmək istəyirəm ki, insan bir bədən, cism, orqanizm olaraq digər bütün yaradılmış canlılar kimi, parazitlərlə birgə yaşamağa məhkumdur və bu bəzi kənara çıxmaları – xarakterik olmayan yoluxmaları –nəzərə almasaq təbii haldır. Onları qahilərin iddia etdikləri (reklam edib, pul qazandıqları) üsullarla bədəndən təmizləmək mümkün deyil və buna ehtiyac da yoxdur. Bədənimizdə yaşayıb, bizim hesabımıza parazit həyatı sürən orqanizmlərin qahilər iddia etdiyi kimi tam təmizləmək mümmkün olsaydı, şübhəsiz ki, bu əməlin zərəri faydasından çox olacaqdı. Çünki, bizimlə birgə yaşayan yad orqanizmlərin çoxu Alim (Əl – Əlim) və Qadir (ƏL – QƏDİR) olan Böyük Allah tərəfindən görəvləndirilmiş təbii likvidatorlardır. Bu canlılar da digər bütün canlılar kimi təbii Günəş və Ay saatlarına uyğun yaşam tərzi sürür, bəlli zamanlarda insan oqrqanizminin dəri səthinə açılan bütün dəlik və kanallarından (ağız, göz, burun, qulaq da daxil olmaqla) xaricə çıxaraq yumurtalarını qoyub, geri qayıdırlar. Müntəzəm sadəcə su ilə və ya bəzi təbii sabunlardan istifadə edərək təmiz yuyunmaqla bu törədicilərin yenidən orqanizmə qayıdıb düşməsini azaltmaq olar. Tez-tez bədəni tam yuyub qüsul almaqda bu baxımdan fayda var.
İkinci dəstəmaz məsələsi dəstəmaz suyunun şərtləri və qaydaları məlum olduğuna görə burada ona yer ayırmayıb, mətləbə keçirəm. Mən bütün qaydaları müstəqil öyrəndiyimə görə lap uşaqlıqdan namazda təkbirə görə və dəstəmaz alanda ayağa məsh çəkəndə həmişə böyüklərdən –qocalardan iradlar alardım və cavanlıq iddiası ilə niyə elə olmaz və ya niyə elə olmalıdır, harda belə yazılıb sualları verərdim… Və ya məni ən çox düşündürürdü; niyə isti su ilə dəstəmaz almaq olmaz, niyə qurulamaq olmaz… bir yeri niyə iki dəfədən artıq yumazlar… və digər qocaların qoyduğu maraqlı qadağalar… İndi keçək cavablara:
-dəstəmaz alarkən bədənin sonluqları – orqanizmin bir-birindən ən ucqar, uzaq nöqtələri otaq temperaturundakı (qızdırılmamış, təbii ətraf mühit temperaturunda) suyla yuyunduqda və ya məsh olunduqda yenə bu kapilyarların oyanmasına və bir başa qan dövranına təsir edir. Su mühitin təbii temperaturundan isti olduqda bu effekt olmur və dəstəmazın bu cəhətdən orqanizmə heç bir faydası olmur. Üz-gözümüz, qolumuz sulu qaldıqda ibadət əsnasında təbii şəraitdə yavaş-yavaş quruduqca bədənin sonluq səthlərinin soyuması davam edir. Dəstəmaz qurulandıqda bu effekt olmur. Su nə qədər soyuq olsa da iki dəfədən artıq bədənə vurmanın efekti olmur, üçüncü artıq israfçılıqdır. İki dəfəyə dəri tam oyanır və üçüncünü hiss etmir… Kişilərin ayaqlarına baş barmağın ucundan üstə doğru məsh çəkmələri onların daxili orqanlarının, xüsusi ilə piylənmə vəziyyətinə görə qadınlardan fərqli olduğuna görədir. Bu səbədən qadınlar ayaqlarının içinə doğru, kişilər isə üstünə doğru məsh çəkirlər. Ayağa məsh çəkdikdə kapliyarların oyanma effekti yumaqdan daha artıq olur.
SU İÇDİKDƏ NƏ BAŞ VERİR?
Yuxarıda bu haqqda kəsədən daxilə çiy, pak, saf, qatqısız su qəbulunun insanın özünə qayıdışı, təbiətlə vəhdət yaratması anlamına gəldiyini qeyd etmişdik. Çiy su ilə, qaynanmış və ya qatqılı suyun orqanizm üçün nə fərqi və ya ümumiyyətlə bunu ibadətlə nə əlaqəsi var? Bu sualın cavabı şərab içənin ibadəti qırx gün qəbul olunmaz məzmunlu hökmdə gizlənib. Çiy su, qaynanmış su, qatqılı su, şərab bu dörd vacib informasiya üzərindən mühakimə yürüdərək belə nəticəyə gəlirik ki, bu dörd varlığın fərqi yalnız ölü və diri olmasındadır. Diri kimi yalnız çiy, saf suyu qəbul edirik. Niyə şərab içmiş insanın ibadəti qəbul olunmur? Çünki, Allah kəlamı ona təsir etmir. Niyə təsir etmir? Bu onun qanındakı qatqılı mayeyə görədir. Nəinki şərab içənə, hətta daim qaynanmış su, çay, kompot və digər şirələr içən adamla müqayisədə müntəzəm olaraq çiy, saf su qəbul edən adama (indiki reallıqda çətin olsa da…) azanın, avazla oxunan quranın təsiri tam fərqlidir!!! – İNANMAYANLAR ÖZ ÜZƏRİNDƏ YOXLAYA BİLƏRLƏR – 40 GÜN ƏRZİNDƏ NƏTİCƏ ALMAQ MÜMKÜNDÜR. Məncə, bu insan orqanizminin cox hissəsini su təşkil etməsi ilə əlaqədar hadisə olub, damarlarımızda axan qanın cox hissəsi saf, pak, diri su olduqda Allah kəlamı bütün digər canlılara təsir etdiyi kimi damarlarımızda olan suya da təsir etdiyindən və su molekulları 
ƏR-RAİ, ƏR-RƏQİB, ƏŞ-ŞƏHİD, ƏL-MUSSƏVVİR, ƏL-VƏHHAB, ƏL-XƏBİR, ƏL-MÜHİT kimi gözəl adların sahibi Böyük Allahın şirin avazlı müəzzin tərəfindən düzgün oxunan sözlərinə qarşı biganə qalmadığının bariz göstəricisidir…
XATIRLATMA
Ey qahilər, istəyirəm biləsiz ki, mövzuya uyğun xatırlatdığım, daim gözümüzün önündə olan, hamımızın görüb, hiss edə biləcəyi bu misallar Böyük Allahın yaradılmışlara lütfünün çox kiçik bir qismi, bəlkə də heç milyonda biri də deyil… Ancaq, inanclı insanlar bu qazanc – xeyirlər naminə ibadət etməzlər. Onlar sadəcə vacib buyrulmuş əməlləri yerinə yetirdiklərinə görə, əvvəlcədən vəd olunmuş səvaba-faydaya qovuşarlar, bu qədər.
Sonda din geridə qalmışlar üçündür məzmunlu fikirlər səsləndirən münafiqlərə (bəli, onlar əsl münafiqlərdir) sözüm budur: -bir damla suyun ən zəif, ən xırda, parçalanmış, yaralı bir molekulu qədər hissiyyatınız, qabiliyyətiniz olsun… Onlara bir xatırlatma da etmək məcburiyətindəyəm: – bilin ki, İslam sonuncu və ən kamil olan dindir və bu din sizin inkişaf etmiş Avropa adlandırdığınız (əsrlər boyu Şərqdən oğurluq edən, öyrənib öz adına çıxan) Qərbdə heç bir zor-güc olmadan, ən bilikli, savadlı, hər tərəfli imkanlı, dünyanı, əsl tək olan elmi anlayan qabaqcıl insanlar arasında sürətlə yayılmaqdadır… Və orada bəziləri bundan bərk narahatdırlar… Bəlkə də sizinkimilər elə belələrinin qarmağı ilə suya düşürlər… Nə qədər gec deyil, bu yoldan çəkinin… O sürüşkən qarmaqla endiyiniz çirkab gölməçədən çıxın, üstündə içi pak su dolu stəkan olan masaya yaxınlaşın, diqqətlə baxın, ibrət alın. Ən azından çiy su içməyə başlayın… “Bir damla su” tam anlamı ilə bütün mənalarda (insan özünün də bir damla “su”-dan necə əmələ gəldiyini və sonrakı bütün inkişaf mərhələrini – hansı ki, bu barədə də ən xırda təfsilatı ilə müqəddəs kitabımız “Quran”-da məlumat verilmişdir – unutmamalıdır…) əsl insan üçün həqiqətən də dünyaya açılan pəncərədir, sadəcə bunu görüb, dərk etmək lazımdır…
Qeyd:
“Qahi” – qəhr olmuş, “Qahilər” – qəhr olmuşlar deməkdir.
27.04.2019. Bakı.



QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında İYİRMİ İKİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda“Su dünyaya açılan bir pəncərədir”, “Həftə içi”, 03.05.2019, say: 80 (3128), s.8.  dərc olunub.


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LALƏ İSMAYIL – AYRILIR

Lalə İsmayıl – şair.

AYRILIR
Nə vermişdin, nə də alım,
Ruhuma dustaq olanım,
Cismimi tərk edib canım,
Qopub, sol yandan ayrılır.
* * *
Bülbül nalə çəkib gedir,
İzində qəm əkib gedir,
Fələk qəddin büküb, gedir
Gül xiyabandan ayrılır.
* * *
Sevgi həsrət salır, niyə?
Yarı yolda qalır, niyə?
Məcnun Leyli deyə -deyə ,
Çöl-biyabandan ayrılır.
* * *
Dünya sirlə dolu saray,
Buludlardan qopur haray,
Göy səmada dolanıb Ay,
Süb çağı dandan ayrılır.
* * *
Nakam qalsa ömür yarı,
Olmaz çarə dünya varı,
Üzü yaradana sarı,
Lalə cahandan ayrılır.



Müəllif: 
Lalə İSMAYIL

LALƏ İSMAYILIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KAMAL CAMALOV – BƏNZƏRSİZ ÜRƏK SAFLIĞININ TƏ­CƏS­­­SÜMÜ OLAN BİR İNSAN – ZƏRİFƏ XANIM ƏLİYEVA

BƏNZƏRSİZ ÜRƏK SAFLIĞININ TƏ­CƏS­­­SÜMÜ OLAN BİR İNSAN – ZƏRİFƏ XANIM ƏLİYEVA

(Zərifə xanımı anım günü münasibətilə)

Bu gün əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasınnın akademik, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, Müzəffər Ali Baş komandan İlham Əliyevin və Sevil xanımın anası Zərifə xanım Əliyevanın anım günüdür.

Zərifə xanım Əliyeva görkəmli alim-oftalmoloq olmuşdur. Təkcə ofta­l­mo­­loqmu?! Xeyir, O, eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq idi. Onun elm­­də məqsədyönlü fəaliyyəti indi də insanı valeh edir. Axı onun elmi fəaliy­yə­tinin əsas is­tiqamətini görmə orqanının peşə patologiyası müəyyənəş­dirirdi. Bu problemin həllinə çoxları girişə bilmirdi. Çünki elmin bu sahəsi olduqca ağır­dır və onun araş­dırılması təkcə dərin oftalmoloji savad yox, həm də funda­men­­tal təcrübi bilgilər tələb edir. Üstəlik yüksək təşkilatçılıq bacarığının olması da vacibdir. Məhz bütün bu keyfiyyətlər Zərifə xanım Əliyevaya  xas idi.

1767-ci ildə Helmolts adına institutun İxtisaslaşmış Elmi Şurasında onun tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya müdafiəsi indi də məmnuniyyətlə xatırlanır.

Zərifə xanım peşə patologiyası sahəsində görkəmli oftalmoloq, geniş pro­fil­­­li mü­təxəssis həkim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. Azərbay­can Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında oxuduğu müha­zi­rələr bunu bir daha sübut edir.

Görkəmli alim istər Oftalmoloqlar Cəmiyyətinin qurultaylarında, plenumlarında Moskva Of­­talmoloqlar Cəmiyyətinin plenar iclaslarında etdiyi məruzələr, istərsə də, pub­li­sis­tik çıxışlarında özünün natiqlik istedadını göstərmişdir. Müx­­təlif səviyyəli auditoriyalarda belə onun deontologiya məsələlərinə həsr olun­­­muş məruzələri necə də heyranlıqla dinlənirdi, istər-istəməz məruzəçinin fəl­­sə­fə­yə, səhiyyəyə aid ədəbiyyatı dərindən bildiyi hiss olunurdu.

Məlumdur ki, 40-50 yaş arası alim üçün daha məhsuldar fəal dövr hesab olu­nur. Zərifə xanım  peşə patologiyasına və digər problemlərə həsr olunan əsas tədqiqatları ilə bunu bir daha sübut etdi. Məhz həmin yaş dövrünün peşə diaqnostika­sına dair monoqrafiyanı nəşr etdirir. Onun elmi tədqiqatları arasında göz da­mar­larının anormallığı, gözün hidrodinamik sistemi məsələləri də əsas yer tutur. Elmi tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai fəallığına, pedaqoji istedadına görə haqlı olaraq Zərifə Əziz qızı Əliyeva Azərbaycan Elm­lər Akademiyasının həqiqi üzvü kimi fəxri ada layiq görüldü.

Zərifə xanımın hərtərəfli istedadı incəsənətdə də üzə çıxmışdı. O, forte­pi­a­no sinfi üzrə musiqi təhsili almışdı. Musiqi təhsili alan musiqiçilərin əksəriy­yə­ti yal­nız not üzrə çalır, əgər belə demək mümkünsə, yalnız bəstəkarın bəstələ­di­yi mu­siqini ifa edir. Zərifə Əliyeva ifasında həm klassik, həm də populyar musiqini bö­­­­­yük zövqlə ifa edir, həm də röyalda zəngin daxili hisslərini, bü­töv­­­lük­də musiqinin mahiyyətini, məğzini dinləyiciyə çatdıra bilirdi. O, müəl­li­fin bəstələdiyi akkord və melodiyaları “quru” şəkildə ifa etmir, musiqi əsərinin əsas məğ­zini şəxsi hisslərinin süzgəcindən keçirirdi.

Zərifə xanımın daxili aləmi, vəzifə borcuna, xəstələrə və ətrafdakılara münasibəti 1983-cü ildə nəşr etdirdiyi “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, səhiy­­yə etikası və əxlaq məsələləri” əsərində özünü daha parlaq biruzə verir. Bu möv­­zuya həsr olunan çıxışlarında Zərifə xanım bilik və təcrübəsini həkim həmkarlarına çılğınlığı, inam hissi ilə aşılayırdı. Qeyd etmək lazımdır ki, onun çap et­dirdiyi elmi əsər mahiyyət etibarilə daha geniş əhəmiyyət kəsb edir, təkcə səhiyyə aləmində deyil, məişət və ailə əlaqələri də daxil olmaqla, bütövlükdə insan­la­rın qarşılıqlı münasibətlərinin öyrənilməsində mühüm rol oynayır.

Zərifə xanım haqlı olaraq hesab edirdi ki, həkimin həyati mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl hə­kim­­dir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər də­fə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət et­­mək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıca isə öz vic­danı qarşı­sın­da əxlaqi məsuliyyət deməkdir”.

Yaddaşın nə zamansa ilk baxışdan kiçik, lüzumsuz görünən elə məqamları üzə çıxır ki, insan həyatdan köçəndən sonra məhz o məqamların daha önəmli, əhəmiyyət kəsb etdiyini anlayırsan. Bu isə “ölülərdən çox dirilərə lazımdır”. Nə qədər ki, bizim yaddaşımız yaşayır, deməli, həmin yaddaşdakı adam da yaşayır. Ne­çə ki, bizim beynimizdən qiymətli xatirələr silinib getməyib, istər-istəməz xatırlamaq anlamaq, fikirləşmək, yazmaq istəyirsən.

Zərifə xanım da yuxarıda qeyd etdiyimiz kimi təkcə görkəmli alim, iste­dad­lı pedaqoq və tərbiyəçi, fəal icti­mai xadim deyildi, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli qadın, ana, nə­nə idi. Onun şəxsiyyəti ictimai və fərdiliyin bir vəhdəti idi.

Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın əməkdar elm xadimi, SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatı laureatı, tibb elimləri dok­to­ru, professor, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İns­ti­­tutunun göz xəstəlikləri kafedrasının müdiri Zərifə Əziz qızı Əliyevanın adı həm alim, pedaqoq, həkim, ictimai xadim, həm də bənzərsiz ürək saflığının tə­cəs­­­sümü olan bir insan kimi onunla ünsiyyətdə olan hər bir adamın qəlbində əbə­di yaşayacaqdır.

Zərifə xanımın bütün həyatı və fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənmiş, başqala­rı üçün nümunə olmuşdur. İndi onunla bağlı hadisələr yaddaşın dərin qat­la­rın­da üzə çıxanda bu bənzərsiz insanın işıqlı obrazı cilalanmış almaz kimi göz önün­də can­lanır, bərq vurur. Görkəmli alimin yaradıcı həyatının ana xəttini, heç şüb­hə­siz ki, onun oftalmologiya sahəsində apardığı pedaqoji fəaliyyət təşkil edir. O, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra öm­rü­nü of­ta­l­mo­logiyaya həsr etmişdir. Təbiətən insanın dəqiq və incə təhlilinə meyl göstərən Zərifə xanım təsadüfi deyil ki, səhiyyə ixtisasları arasında məhz in­cəliyi və zərgər dəqiqliyi ilə seçilən oftalmologiya sahəsinə maraq göstər­miş­dir. Onun yaradıcı taleyi elə gətirib ki, seçdiyi sənətdə ilk addımla­rı­nı atdığı gündən ömrünün sonunadək Moskvada yerləşən Mərkəzi Həkimləri Təkmilləşdirmə İns­ti­tutunun Oftalmologiya kafedrası ilə sıx bağlı olub. Gənc həkim 1948-ci ildə bu kafedrada ilk ixtisas kursunu keçir, göz həkimi diplomu alır, sonradan uzun illər ardıcıl olaraq Azərbaycan Həkim­lə­ri Tək­milləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında dosent, professor və ka­fedra müdiri vəzifələrini tutur, daim bizim kafedra ilə sıx yaradıcılıq əmək­daş­­lı­ğı saxlayır, Azərbaycan üçün oftalmologiya mütəxəssisləri hazırlayır. Bu il­lər ər­zində o, gözəl diaqnostik, kilinik və cərrahoftalmoloq kimi təşəkkül ta­pır, əsl pe­daqoq istedadı üzə çıxır.

Cazibəli şifahi nitq mədəniyyətinə malik olan Zərifə xanım həkim-oftalmoloq­­­lar üçün Azərbaycan və rus dillərində müxtəlif ixtisaslar üzrə yüksək elmi sə­viy­­­yədə mühazirələr oxuyur. Zərifə Əziz qızının pedaqoji ustalığının zirvəsi isə onun iştirakı ilə 1985-ci ildə “Meditsina” nəşriyyatı tərəfindən 40 çap vərəqi həcmində buraxılan “Tra­pev­tik oftalmologiya” kitabıdır. Burada dünya oftolmoloji təcrübənin yenilikləri öz əksini tapmışdır. Həmin nadir nəşr Moskvada, Azərbaycanda, Novokuz­netsk­də və Xarkovda oftalmologiyada terepevtik problemləri araşdıran Həkimləri Tək­­mil­ləş­dirmə İnstitutlarının göz xəstəlikləri kafedrasının professor-müəllim hey­­ə­ti­nin birgə gərgin zəhmətinin məhsulu idi. Zərifə xanım həmin kitabın ən samballı böl­mələrini yazarkən təbii ki, özünün zəngin klinik təcrübəsinə və elmi təd­qi­qat­la­rına əsaslanmışdır. O, eyni zamanda həmin kitabın illustrasiyalarla zən­gin olan “Görmə orqanının endo krinik xəstəlikləri”, “İridosiliar distrofi­ya­lar”, “Görmə or­qanının virus xəstəlikləri” bölmələrinin hazırlanmasında  da fəal  iş­­tirak et­miş­dir. Həmin əsərləri oxuyan həkimlər neçə illər bundan sonra da gör­kəmli alim və pe­daqoqun ideyalarını əməli işə tətbiq edəcəklər.

Görkəmli alim dərs vəsaitləri ilə yanaşı dövrü mətbuatda çap etdir­diyi məqalələrdə elmi nöqteyi-nəzərindən həkimlərin təkmilləşdirilməsi mə­sə­lə­lə­rini də araşdırmışdır. Onun 1984-cü ildə “Oftalmologiya xəbərləri” jurnalını 5-ci nömrəsində yazdığı “Oftalmoloq kadrlarının təhsili və tərbiyəsi” sərlövhəli baş məqa­lə buna əyani sübutdur. Zərifə xanımın “Həkimləri təkmilləşdirmənin elmi əsas­­­ları” mə­qaləsində internatura, klinik ordinatura, ilkin ixtisaslaşdırma, ümumi və tematik təkmilləşdirmə, informasiya kursları, seminar və simpoziumlar vasitəsilə göz həkimlərinin təhsil sisteminin inkişafının əsas istiqamətləri müəyyən­ləş­­dirilir. Məqalə redaksiya heyətinin sifarişi ilə yazılmış və jurnalın 100 illik yub­leyi münasibətilə çap edlimişdir.

Zərifə xanım fundamental elmi araşdırmaların müəllifi olan, tibb­ el­minə nəhəng töfhələr vermiş, böyük erudisiyaya malik görkəmli alim kimi də ge­niş tanılırdı. Onun tədqiqatları geniş miqyası ilə seçilirdi. Alimin “Yaşla əla­­qə­dar olaraq gözün və görmə-əsəb yollarının dəyişikliyi” adlı monoqrafiyası bunu bir daha sübut edir. Burada konkret şəraitdə görmə orqanının vəziyyətini öyrənən klinik istiqamətli elmi müddəaların bütöv bir silsiləsi öz əksini tapmış­dır. Bu elmi işlər sırasında böyük yaradıcı əməklə başa gələn Ozbəkis­tanın “Me­dit­sina” nəşriyyatı tərəfindən çap edilmiş “Şəkərli diabet zamanı göz xəstəlik­ləri” adlı monoq­­rafiya xüsusi əhəmiyyət kəsb edir. Bu qiymətli əsərində Zərifə xa­nım bir sosial mənbə kimi Orta Asiya və Qafqaz regionunu götürərək insanlar ara­sında teztez müşahidə olunan və kifayət qədər geniş yayılmış şəkərli diabet za­manı yaranan göz xəstəliklərinin patoloji, klinik, diaqnostik və müalicəvi xüsusiyyətlərini araş­dırır. Elmi siqlətinə görə bu nəşr nadirdir və bu gün də oftalmo­loqların sto­lüs­tü kitabıdır.

DANIŞAN FOTOLAR – TARİX YAŞAYAN ANLAR:

Görkəmli akademik, tanınmış ictimai xadim, gözəl pedaqoq və nəcib insan Zərifə xanım Əliyevanın xatirəsi unudulmazdır.

KAMAL CAMALOV

Naxçıvan Müəllimlər İnstitutunun dosenti

Pedaqogika elmləri doktoru

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan Yazıçılar Birliyinin üzvü


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QURAN DƏRSİ 7

QURANİ KƏRİM

QURANI OXUMAĞI ÖYRƏNƏK

DAMMA ُ

Hərfin üstündə yazılan ُ bu işarə DAMMA adlanır. Dammalı hərf madmum hərflərinin oxunuşunu nəzərdən keçirəcəyik.

حُ – hu خُ – xu جُ – cu ىُ – yu نُ – nu ثُ – su تُ – tu

بُ – bu اُ – u ضُ – du صُ – su شُ – şu سُ – su وُ – vu

زُ – zu رُ – ru ذُ – zu دُ – du هُ – hu, مُ -mu, لُ – lu

كَُ – ku, قُ – qu, فُ – fu غُ – ğu, عُ – u ظُ – zu طُ – tu

“QURAN OXUMAĞI ÖYRƏNƏK” KİTABI ƏSASINDA
DƏRSLƏR MƏMMƏDLİ ÜZEYİR ƏİRHÜSYEN OĞLUNUN

 Tuncay ŞƏHRİLİ TƏRƏFİNDƏN APARILIR.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QƏLƏNDƏR XAÇINÇAYLINI RƏHMƏTLƏ ANIRIQ…

Qələndər XAÇINÇAYLI – tədqiqatçı-jurnalist, şair — yazıçı, publisistdir.

Bu gün Qələndər Xaçınçaylının doğum günüdür… Anadan olduğu gündə şairi rəhmətlə anırıq. Allah sənə qəni-qəni rəhmət eləsin, Qələndər, Ağdam alındı… Daha ruhlar sərgərdan dolanmayacaq… Yenə Ağdamda yasəmənlər çiçək açacaq… Ruhun şad olsun…

QISA ARAYIŞ

Qələndər Xaçınçaylı (Əhmədov Qələndər İslam) 15 aprel 1958-ci ildə Ağdam rayonu, Qalayçılar kəndində anadan olub. Qələndər Xaçınçaylı — Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tədqiqatçı-jurnalist, tanınmış şair — yazıçı, publisistdir. 1981-ci ildən mətbuatda müntəzəm olaraq şeir və məqalələrlə çıxış edir. Şeirləri “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Bakı”, “Savalan”, “Azərbaycan pioneri”, “Fəryad”, “Meydan”, “Səs”, “Gələcək gün”, “Ədalət”, “Təzadlar” qəzetlərində, “Azərbaycan”, “Ulduz”, “Müxbir”, “Kənd həyatı”, “Göyərçin”, “Pioner” jurnallarında ardıcıl olaraq çap edilib.1981-ci ildən, 2020-ci ilə dək mətbuat sahəsində fəaliyyət göstərən yazarın , son iş yeri [[Həftə içi (qəzet)]]i olub. Həmçinin, “Gənclik” nəşriyyatının “almanax”larında əsərləri oxuculara təqdim olunub.
Onun ilk kitabı “Qarabağın ağlar gözü” (1998) adlanır. Kitabın tərtibçisi, redaktoru və “Gənc şairin ilk kitabı və ilk söz” ön sözünün müəllifi tanınmış ədəbiyyatşünas alim, professor Qurban Bayramov (tənqidçi) olmuş və bu istedadlı gəncə uğur diləmişdir. İndiyənə qədər Qələndərin bir-birinin ardınca “Qarabağa gedən yollar” (2000), “Dünya mənim söz qalamdır” (2004), “Dərd ürəyimdə mamır bağlayıb” (2006), “Qeyrət qalası” (2007), “Yaza tələsən çiçək” (2008), “El ağsaqqalı” — publisistika (2008), “Şərəfli ömür” — (publisistika, 2009), “İkinci ömrümü yaşayıram” (2011), “Gözləmə” (2012), Şahin Qasımovun ömür yolu haqqında “Ömür mənalı keçəndə” (2012) şeir və poemalardan ibarət kitabları nəşr olunmuş, 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən çox maraqlı “Güllə işığında” povesti Qələndər Xaçınçaylının 60 illik yubileyində oxucularına təqdim olunmuşdur. Son kitabı Zaur Ustacın həyat və yaradıcılığından bəhs edən “Taclı şair” (2020) olmuşdur.
Qələndər Xaçınçaylı 25 avqust 2020-ci ildə koronavirusdan müalicə olunduğu Yeni Klinika Tibb Mərkəzində vəfat emiş və Bakı şəhərində dəfn olunmuşdur.

RUHUNA FATİHƏ



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LALƏ İSMAYIL – PƏRVANƏYƏ

Lalə İsmayıl – şair.

PƏRVANƏYƏ

Əgər yolun düşsə bizim dağlara,
Bağrı köz lalədən bir xəbər götür.
Həsrətdən tər çələng düzüm dağlara,
Axşamı dan eylə, dur səhər götür.
>>>> — <<<<
Nəfəsimlə oxşa Xustubun başın,
Ara qayasında dözümün daşın!
Yaşıl yaylaqlara, gözümün yaşın,
Şehi qurumamış, min kəhər, götür.
>>>> — <<<<
Dinlə şırıltısın buz bulaqların,
Toxunsun gözünə qız dodaqların,
Allansın mehinə gül yanaqların,
Kövrəl, xəyala dal, dön, qəhər götür.
>>>> — <<<<
Çaqqal yuva salmış Qurd yerlərinə,
Qovub, qovalayıb dürt yerlərinə,
Viranə, talanmış yurd yerlərinə,
Dönəndə qayğısız bir şəhər götür.
>>>> — <<<<
Göy səma üç rəngli bayrağa dəysin,
Buludlar önündə başını əysin,
Çəmənlər yamyaşıl donunu geysin,
Sevgi ver, eşq adlı bar, bəhər götür.
>>>> — <<<<
Lalə, bu naməni düz Pərvanəyə,
Əhdinə, andına düz Pərvanəyə,
Al çapar, al götür düz, Pərvanəyə!
Zəngəzur elindən bir səfər götür!
05. 04. 2021.


Müəllif: 
Lalə İSMAYIL

LALƏ İSMAYILIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LALƏ İSMAYIL

LALƏ İSMAYIL HAQQINDA

LALƏ İSMAYILIN DİGƏR YAZILARI

və BƏZİ SEÇİLMİŞ NÜMUNƏLƏR:

LALƏ İSMAYIL – SÖZ

LALƏ İSMAYIL – AYRILIR

LALƏ İSMAYIL – PƏRVANƏYƏ

LALƏ İSMAYIL – ZAMAN

LALƏ İSMAYIL – YALVARIM

LALƏ İSMAYIL – DAŞ İMİŞ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru