Etiket arxivi: İSLAM SADIQ

GÖRÜNMƏYƏN BARMAQ

Türkiyəm, başın sağ olsun. Bir kahramanımız ölər, yerinə beş kahraman doğular. Türk qardaşlarımıza Tanrıdan səbr diləyirəm. Bu da mənim şeir payım.

GÖRÜNMƏYƏN BARMAQ

11 noyabr 2025-ci il tarixdə
Türkiyənin və Pakistanın Bakıdakı
paraddan gedən iki uçağı qəzaya
uğradı. Burada təsadüf ola bilməz
.

Bağban gəldi, yanında da bağ gəldi,
Arxamızda özü boyda dağ gəldi.
Necə oldu Bakıyatan sağ gəldi,
Sağ getmədi iki qardaş uçağı.

Neyləmişik, zalım oğlu, sənə biz,
Dar günündə qalxan olub sinəmiz.
Hamı görür, biz itirdik, yenə biz,
Neçə-neçə mərd oğulu, qoçağı.

Başımızdan yağır yenə hər zülüm,
Bəndə qoymur mən doyunca bir gülüm.
Üç qardaşın birliyinə bu ölüm
Gözdağıdı, gözdağıdı, gözdağı.

Hiylə durur arxasında hər gapın,
Şübhəsi var bizdən olan hər sapın.
Bir axtarın, bir arayın, bir tapın,
Burda kimin barmağı var, barmağı.

12 noyabr 2025
Novxanı

Müəllif: İslam Sadıq

İSLAM SADIĞIN YAZLARI

Mustafa Müseyiboğlu adına kitabxana

TÜRK OĞLU AĞLAYA BİLMƏZ

TÜRK OĞLU AĞLAYA BİLMƏZ

Bir verilişdə Qəqəni ləqəbli döyüşçünün söhbətinə qulaq asdım.
15 yaşından döyüşən bu əsgər tez-tez sağ əliylə gözlərini tuturdu ki, ağladığı bilinməsin. Ancaq gözlərindən itirdiyi döyüş dostlarının sayı qədər yaş axdı. Onu ağladan dostlarının yoxluğuydu.

Xankəndi üzümü görüb gül açır,
Neçə vaxtdı susan Şuşa dil açır.
Hər kəndə-kəsəyə ellər yol açır,
Ağlama, türk oğlu ağlaya bilməz.

Torpağım sevinir, daşım sevinir,
Gədiyim sevinir, qaşım sevinir.
Qurum çiçək açır, yaşım sevinir,
Ağlama, türk oğlu ağlaya bilməz.

Ağdamın üstünə qaçın, nə deyir,
Murovun yolunu açın, nə deyir.
Kəlbəcər, Füzuli, Laçın nə deyir,
Ağlama, türk oğlu ağlaya bilməz.

Orda Qubadlının gözü yol çəkir,
Zəngilan, Cəbrayıl nəyə qol çəkir?!
Ürəyim gül açır, dilim bal çəkir,
Ağlama, türk oğlu ağlaya bilməz.

Demirəm o qanlı günləri unut,
Başımın üstündən getmir ha bulud.
Qurut gözlərinin yaşını, qurut,
Ağlama, türk oğlu ağlaya bilməz.

Tanıqdı bu yerlər, bu göylər hələ,
Hələ bizim deyil, çox şeylər hələ.
Məni sakit qoymur gileylər hələ,
Ağlama, türk oğlu ağlaya bilməz.

Qızlar oğul doğar, min eylər səni,
Günəşsiz günlərə gün eylər səni.
Gözləyir quzeylər, güneylər səni,
Ağlama, türk oğlu ağlaya bilməz.

Hələ neçə kəndin yolu bağlıdı,
Ora gedənlərin qolu bağlıdı.
Sağın yiyəsi var, solu bağlıdı,
Ağlama, türk oğlu ağlaya bilməz.

Havam varsa cəmi bir udum, sənsən,
Düşməni yandıran buludum sənsən.
Bu günə, sabaha umudum sənsən,
Ağlama, türk oğlu ağlaya bilməz.

Orda Borçalı var, burda Dərbənd var,
Savalan, Urmuya, Təbriz, Səhənd var.
Dağılası neçə sərhəd var, bənd var,
Ağlama, türk oğlu ağlaya bilməz.

Dirimiz igiddi, ölümüz diri,
Yaşayır qəlbimdə onun hər biri.
Amanın günüdü, ağlama, kiri,
Ağlama, türk oğlu ağlaya bilməz.

Duydum niyə çatdın qaşını da mən,
Saydım gözlərinin yaşını da mən.
Uca tut, dik görüm başını da mən,
Ağlama, türk oğlu ağlaya bilməz.

Dünyada çox işlər saxtadı, saxta,
Nə inan taleyə, nə güvən baxta.
Çox döyüşümüz var hələ qabaqda,
Ağlama, türk oğlu ağlaya bilməz.

Ölən də bizlərik, qalan da bizlər,
Doğru da bizlərik, yalan da bizlər.
Şimşəyə dönürük dolanda bizlər,
Ağlama, türk oğlu ağlaya bilməz.

11 noyabr 2025
Novxanı

Müəllif: İslam Sadıq

İSLAM SADIĞIN YAZLARI

Mustafa Müseyiboğlu adına kitabxana

Nə ömür uzanır, nə yaş çoxalır

ÇOXALIR

Məni için-için göynədir bu dərd,
Nə dost tapmaq olur, nə də bir həmdərd.
Hayıflar olsun ki, dünyada namərd
Bir-bir azalırsa, beş-beş çoxalır.

Ət ala bilməyən durub şiş gəzir,
O deyəni demir bu gərdiş, gəzir.
Hər beş-on adamdan üçü iş gəzir,
İş yeri azalır, şeş-beş çoxalır.

Duyğusu yox olur duyanın bu gün,
Gözü doymur qarnı doyanın bu gün.
Xalqın dərisini soyanın bu gün
Evinə daşınan daş-baş çoxalır.

Nə deyim, nə deyim bu hüt-hütlərə,
Darağın dalından baxır lütlərə.
Durub baş əyirik yenə bütlərə,
Qalıb dünya özü çaş-baş, çoxalır.

Bürüyüb hər yeri nəşə qoxusu,
Dünyadan xəbərsiz yatır çoxusu.
Tutub gözlərini ölüm yuxusu,
Odlara qalanan oddaş çoxalır.

Nə vaxtın köçüdü bu köç, a Tanrım,
Bu zaman köçməzdik biz heç, a Tanrım.
Bu gedişi özün ölç-biç, a Tanrım,
Yurdu atıb gedən yurddaş çoxalır.

Yağışda günbəgün, qarda günbəgün,
Tüpürüb gedirlər yurda günbəgün.
Baxıram, baxıram, burda günbəgün
Doğma daş azalır, yad daş çoxalır.

Yurd salan, bir daxma quran azalır,
Torpağa bir şitil vuran azalır.
Hər gün mənə qahmar duran azalır,
Hər gün məni satan dadaş çoxalır.

İndi on-on doğur gündə dərdimiz,
Sığışmır şəhərə, kəndə dərdimiz.
Tanrı dərdimiz var, bəndə dərdimiz,
Bizi dərdə salan göz-qaş çoxalır.

İslamın sözünə qulaq as, qulaq,
Gözündən quruyur hər gün yüz bulaq.
Biz necə qayıdıb özümüz olaq,
Nə ömür uzanır, nə yaş çoxalır.

05 noyabr 2025
Novxanı

Müəllif: İslam Sadıq

İSLAM SADIĞIN YAZLARI

Mustafa Müseyiboğlu adına kitabxana

Doğum gününüz mübarək olsun, Koroğlu!

KOROĞLU
(Ədəbiyyatımızın Koroğlusu İslam Sadığa)
Qalxanı kitabdır, qılıncı qələm,
Koroğlu özüdür, bığı yerində!
Şad gün elçisidir, uzaqdı ələm,
Koroğlu özüdür, bığı yerində

Basdığı paşalar söz oğrusudur,
Mehtəri ocaqdan köz oğrusudur,
Türfə gözəlləri göz oğrusudur,
Koroğlu özüdür, bığı yerində!

Sübhü daglardadır, şamı aranda,
Təntiməz, tövşüməz qarda, boranda,
Adı həmən addır İran, Turanda,
Koroğlu özüdür, bığı yerində!

Düzdür ilqarına, düzdür əhdinə,
Çatar arzusuna, baxmaz cəhdinə,
Ustac bu şeirlə çıxıb mədhinə,
Koroğlu özüdür, bığı yerində!
29.01.2024 – Bakı.

Müəllif: Zaur USTAC

Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

İSLAM SADIĞIN YAZLARI

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İSLAM SADIQ -AZƏRBAYCAN BAYRAĞI

Bütün türk dünyasını 28 may münasibətilə təbrik edirəm. “Azərbaycan bayrağı” şeirim bu təbriklərə sözardı olsun.İSLAM SADIQ

AZƏRBAYCAN BAYRAĞI

Ocaqlar hələ də od umur səndən,
Qucaqlar hələ də ad umur səndən.
Dodaqlar hələ də dad umur səndən,
Ömrümün ən şirin sorağı mənim
Sənsən, Azərbaycan bayrağı, mənim!

Qırmızın günəşin alovu, odu,
Onunmu nuruydu, içimi yudu?!
Könlümdə sevgilər göyərdən odu,
Dünyamın işığı, çırağı mənim
Sənsən, Azərbaycan bayrağı, mənim!

Yaşılın torpaqdı, çöldü, çəməndi,
O yaşıl, bu yaşıl, həmən həməndi.
Könlüm duyğu-duyğu onu əməndi,
Ömrümün-günümün hər ağı mənim
Sənsən, Azərbaycan bayrağı, mənim!

Düşərmi dilimdən mavinin adı,
Udduğum havadı, içdiyim sudu.
Həyatın mayası, sayası odu,
Döyüşdə əlimin yarağı mənim
Sənsən, Azərbaycan bayrağı, mənim!

Səhər başın üstdə ucalır günəş,
Axşam ayağına alçalır günəş.
Sən cavanlaşırsan, qocalır günəş,
Ömrümün ən ölməz varağı mənim
Sənsən, Azərbaycan bayrağı, mənim!

20 yanvar 2019
Novxanı

İSLAM SADIĞIN YAZLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

18 may – İnqilab İsaq

BİR ÜRƏK DAYANDI,
BİR DODAQ SUSDU

Bu gün əziz dostum, gözəl şair
İnqilab İsaqın ölüm xəbəri gəldi.

Niyə tutulmuşdu hava, bilmədim,
Buludu göylərdən qova bilmədim.
Nolacaq bu gecə tova bilmədim,
Bir ürək dayandı, bir dodaq susdu.

Axşamdan göy üzü dolmuşdu yaman,
Dammışdı qəlbimə nəsə, ay aman.
Bir qəbri öpməyə gəlmişdi duman,
Küləklər kiridi, bu torpaq susdu.

Ay da doluxsundu əməlli-başlı,
Saç yoldu, üz cırdı bir başı daşlı.
Sökdü dan yerini gözləri yaşlı,
Bir ağac ağladı, bir budaq susdu.

Söndü ürəyində közü, bilmədi,
Qırıldı dodaqda sözü, bilmədi.
Düşdü barmağından, özü bilmədi,
Bir qələm hönkürdü, bir varaq susdu.

18 may 2024
Novxanı

MÜƏLLİF: İSLAM SADIQ

İSLAM SADIĞIN YAZLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İslam Sadıq: NARGİN ADASI

NARGİN ADASI

Bu adanı gördüm, gözlərim doldu,
Burda ürək dözmür, ağıl da çaşır.
Bu adanı gördüm, köksü yol-yoldu,
Başının üstündə ahlar dolaşır.

Nargin bir kitabdı, hər varağı qan,
Açsan, arasından od töküləcək.
Bir dindirən olsa, bax onun, inan,
Yaddaşından neçə ad töküləcək.

Bu adanı gördüm, daşdı heyrətim,
Çığırtı, bağırtı çaldı qulağım.
Qorxdu qorxmaz canım,
Ürpəşdi ətim,
Bir az da eyməndim, sancdı dalağım.

Burda qan qoxuyur hava da, su da,
Burda daşların da qandı gördüyü.
Nargin deyən kimi nə düşür yada:
Ölümlər, itimlər, cəllad kötüyü!

Kim əsdirib qara yelləri burda,
Burda ağın üstə qara çəkilib.
Kəsiblər haqq deyən dilləri burda,
Burda haqqın özü dara çəkilib.

Neçə könül susub burda bir zaman,
Baxtı daşa dəyib gör neçə sazın.
Qəlbim qan ağlayır, aman, ay aman,
Daşları dindirin, səsini yazın.

Yazın bu səsləri, itib-batmasın,
Hər səhər, hər axşam efirə verin.
Yadlar bir də bizi qoy aldatmasın,
Yaddaşı yatmasın bu göyün, yerin!

06 yanvar 2024
Novxanı

MÜƏLLİF: İSLAM SADIQ

İSLAM SADIĞIN YAZLARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İSLAM SADIQ: NƏ TEZ UNUTDUN

NƏ TEZ UNUTDUN

Sənin gözlərinə vuruldum bir gün,
Gözlərinə baxıb duruldum bir gün.
Sökülüb təzədən quruldum bir gün,
Qurduğun İslamı nə tez unutdun?!

Soyuq yel əsirdi sağı-solunda,
Bir qol üşüyürdü yoxsa qolunda.
Bir gül almaq üçün hər gün yolunda
Durduğun İslamı nə tez unutdun?!

Barmağın dəymişdi elə yenicə,
Dinirdi könlümün sarı simicə.
Bənövşə dərəndə vurğun kimicə
Vurduğun İslamı nə tez unutdun?!

Bizə yol salmışdı bir işıq sizdən,
Günəşmi doğurdu ya evinizdən.
Bir gün görməyəndə, cığırdan, izdən
Sorduğun İslamı nə tez unutdun?!

Ürəyim dedi ki, döz alanatan,
Gözündən əl çəkmə göz alanatan.
Dilindən bir kəlmə söz alanatan
Yorduğun İslamı nə tez unutdun?!

26 mart 2017
Novxanı

MÜƏLLİF: İSLAM SADIQ

İSLAM SADIĞIN YAZLARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – KOROĞLU

KOROĞLU
(Ədəbiyyatımızın Koroğlusu İslam Sadığa)
Qalxanı kitabdır, qılıncı qələm,
Koroğlu özüdür, bığı yerində!
Şad gün elçisidir, uzaqdı ələm,
Koroğlu özüdür, bığı yerində

Basdığı paşalar söz oğrusudur,
Mehtəri ocaqdan köz oğrusudur,
Türfə gözəlləri göz oğrusudur,
Koroğlu özüdür, bığı yerində!

Sübhü daglardadır, şamı aranda,
Təntiməz, tövşüməz qarda, boranda,
Adı həmən addır İran, Turanda,
Koroğlu özüdür, bığı yerində!

Düzdür ilqarına, düzdür əhdinə,
Çatar arzusuna, baxmaz cəhdinə,
Ustac bu şeirlə çıxıb mədhinə,
Koroğlu özüdür, bığı yerində!
29.01.2024 – Bakı.

Müəllif: Zaur USTAC


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru