İslam Sadıq: NARGİN ADASI

NARGİN ADASI

Bu adanı gördüm, gözlərim doldu,
Burda ürək dözmür, ağıl da çaşır.
Bu adanı gördüm, köksü yol-yoldu,
Başının üstündə ahlar dolaşır.

Nargin bir kitabdı, hər varağı qan,
Açsan, arasından od töküləcək.
Bir dindirən olsa, bax onun, inan,
Yaddaşından neçə ad töküləcək.

Bu adanı gördüm, daşdı heyrətim,
Çığırtı, bağırtı çaldı qulağım.
Qorxdu qorxmaz canım,
Ürpəşdi ətim,
Bir az da eyməndim, sancdı dalağım.

Burda qan qoxuyur hava da, su da,
Burda daşların da qandı gördüyü.
Nargin deyən kimi nə düşür yada:
Ölümlər, itimlər, cəllad kötüyü!

Kim əsdirib qara yelləri burda,
Burda ağın üstə qara çəkilib.
Kəsiblər haqq deyən dilləri burda,
Burda haqqın özü dara çəkilib.

Neçə könül susub burda bir zaman,
Baxtı daşa dəyib gör neçə sazın.
Qəlbim qan ağlayır, aman, ay aman,
Daşları dindirin, səsini yazın.

Yazın bu səsləri, itib-batmasın,
Hər səhər, hər axşam efirə verin.
Yadlar bir də bizi qoy aldatmasın,
Yaddaşı yatmasın bu göyün, yerin!

06 yanvar 2024
Novxanı

MÜƏLLİF: İSLAM SADIQ

İSLAM SADIĞIN YAZLARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir