İSLAM SADIQ -AZƏRBAYCAN BAYRAĞI

Bütün türk dünyasını 28 may münasibətilə təbrik edirəm. “Azərbaycan bayrağı” şeirim bu təbriklərə sözardı olsun.İSLAM SADIQ

AZƏRBAYCAN BAYRAĞI

Ocaqlar hələ də od umur səndən,
Qucaqlar hələ də ad umur səndən.
Dodaqlar hələ də dad umur səndən,
Ömrümün ən şirin sorağı mənim
Sənsən, Azərbaycan bayrağı, mənim!

Qırmızın günəşin alovu, odu,
Onunmu nuruydu, içimi yudu?!
Könlümdə sevgilər göyərdən odu,
Dünyamın işığı, çırağı mənim
Sənsən, Azərbaycan bayrağı, mənim!

Yaşılın torpaqdı, çöldü, çəməndi,
O yaşıl, bu yaşıl, həmən həməndi.
Könlüm duyğu-duyğu onu əməndi,
Ömrümün-günümün hər ağı mənim
Sənsən, Azərbaycan bayrağı, mənim!

Düşərmi dilimdən mavinin adı,
Udduğum havadı, içdiyim sudu.
Həyatın mayası, sayası odu,
Döyüşdə əlimin yarağı mənim
Sənsən, Azərbaycan bayrağı, mənim!

Səhər başın üstdə ucalır günəş,
Axşam ayağına alçalır günəş.
Sən cavanlaşırsan, qocalır günəş,
Ömrümün ən ölməz varağı mənim
Sənsən, Azərbaycan bayrağı, mənim!

20 yanvar 2019
Novxanı

İSLAM SADIĞIN YAZLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir