
Şeirin gücü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışını Sezai Karakoçun “Onlar sanıyorlar ki” şeiri ilə bitirib. Ərdoğanın siyasi çıxışlarında şeir söyləməsinin çox şahidi olmuşuq. 2002-ci ildə AK Partiyanın qələbəsindən sonra onun haqqında “Bir şeirin qələbəsi” adlı məqalə yazmışdım. Onun sonrakı siyasi yüksəlişinə rəvac verən dörd aylıq həbsi də məhz çıxışındakı şeirə görə olmuşdu. Ərdoğanın siyasi lider və natiq kimi gücü həm də əzbər bildiyi klassik poeziyadan sitatlar gətirməsindədir. Gözəl natiqliyin yolu həm də əzbər şeir bilməkdən keçir. Gənclərə həmişə tövsiyə etmişəm ki, gözəl danışmaq istəyirsinizsə, şeir əzbərləyin!
Bu da dünən BMT kürsüsündən səslənən, alqış və göz yaşları ilə qarşılanan həmin şeir:
“Onlar sanıyorlar ki,
Biz sussak, mesele kalmayacak.
Halbuki biz sussak, tarih susmayacak.
Tarih sussa, hakikat susmayacak.
Onlar sanıyorlar ki, bizden kurtulsalar, mesele kalmayacak.
Halbuki bizden kurtulsalar, vicdan azabından kurtulamayacaklar.
Vicdan azabından kurtulsalar,
tarihin azabından kurtulamayacaklar.
Tarihin azabından kurtulsalar,
Allah’ın gazabından kurtulamayacaklar.”
İlkin mənbə: Reshad Mecid
Müəllif: Rəşad Məcid
Şuşa haqqında: >>>> 525.az
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında