Etiket arxivi: Nəzakət Eminqızı

Şəmsiyyə haqqında xatirələrim çoxdur

“Güləyən qız”

Şəmsiyyə haqqında xatirələrim çoxdur. Onun haqqında yazmaq istərkən ilk tanlşlığımızı yadıma saldım. Hələ 1981-ci ildə ilk dəfə görüb tanış olduğum arıq, cılız, amma gözəl bir qız gözümün önünə gəldi. Jurnalist Sənətkarlığı İnstitutunda oxuyurduq. Mehriban, gülərüz bu xanımla soyadımızın eyni olması da bizi yaxınlaşdırdı. Sonralar sorağı radionun “Gənclik”redaksiyasının hazırladığı verilişlərdən, qəzetlərdən gəldi. Mən eyni zamanda ETPEİ-nin dissertanturasında elmi işlərlə məşğul olduğumdan, həm də rayonda yaşayıb işlədiyimdən onunla təmasda ola bilmədim. Və… uzun illərdən – 35 ildən sonra təsadüfən onu “Azərbaycan” Nəşriyyatında tapdım. Baxmayaraq ki, biz bir binada çalışlrdıq, bilməzdim ki, o, 2-ci mərtəbədə “Yeni Təfəkkür” qəzetinin baş redaktoru vəzifəsində çalışırmış!.. Uzun ayrılıqdan sonra bizim görüşümüzü təsəvvür edə bilməzsiz! Biz bir-birimizdən ayrllmaq belə istəmirdik, kövrəldik, sevincdən nə edəcəyimizi belə bilmədik! Dedik, danışdıq, güldük. Şəmsiyyə xatirə şəklimizi çəkrib mediada paylaşdı…

Ötən illərin acılı-şirinli günlərini xatırladıq. O, elə bir dünyadır ki, onu yaxından tanıyanlar çox gözəl bilir. Aramızda yaş fərqi olsa da doğru, dürüst məsələləri onunla birgə araşdırırıq. Deyib-gülən, əhli-hal dost, sirdaşdır. Hərdən incisəm də tez barışıram, çünki ondan incikli qala bilmirəm də. Doğrusu, bəzən haqsızlıq görəndə fikrini sərt bildirir. Mənim xeyrimdə, şərimdə birlikdə olub. Onunla birlikdə istirahət etməyin özgə aləmi var! Otən illərin birində Mətbuat Gününü bizdə – Xaçmazın Xudat şəhərində birlikdə keçirdik. Onunla Əməkdar jurnalist, hələ Az.TV-dən tanıdığım Flora Sadıqova da gəlmişdi, yaddaqalan gün keçirdik. Şəmsiyyənin çox sadə xasiyyəti var, o, gah samovar qaynadır, gah da həvəslə onunla görüşə gələn bacılarımla kabab çəkir və gördüklərini telefona köçürürdü. (sonra onları sosial mediada da paylaşmışdı.) Demək, gülmək, lətifələr danışmaq… Beləcə, bir unudulmaz yay gününü xoş əhvalla bayram etdik…


Bütün paylaşımlarında üzü gülür bu güləyən qızın. Amma o gülüşlərin arxasında gizlənən dərin kədəri hiss etməmək olmur. Bunu mən çox gözəl hiss edirəm.
Şəms belə Şəmsdir. Getdiyi yerə işıq saçan, hamıya diqqətlə yanaşan, səmimi, mehriban, qaygıkeş, zəhmətsevər, sözünü yerində deməyi bacaran! Geyimini, ədəb-ərkanını gözləyən, daim gülərüz olsa da kədərini gizlətməyi bacaran tovuzlu bacım!
Əməkdar jurnalist, bir çox mükafatlar sahibi olan Şəmsiyyə Kərimova haqqında danışmaqla bitməz, çox söz demək olar.
Mən onu yubileyi münasibətilə öz adımdan, ailə üzvlərim adından, çoxsaylı həmkarlarım adından ürəkdən təbrik edir, ona yeni-yeni bol ugurlar, can saglığı arzulayıram! Neçə belə illərdə, xoş günlərdə görüşək! Allah daim üzünü güldürsün, əzizim!

Yenidən görüşmək ümidilə;

Nəzakət Əhmədova,
AYB, AJB-nin üzvü, “Tərəqqi” medallı, “İlin müəllimi”

Nəzakət Eminqızı – NƏBİ XƏZRİ ÖMRÜ

NƏBİ XƏZRİ ÖMRÜ
Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 100 illiyi respublikamızda geniş qeyd olunur!
Çagdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzri( Nəbi Ələkbər oğlu Babayev) 1924 cü ilin dekabrında Xıırdalanda anadan olmuşdur.O,Azərbaycan Dövlət Universitetində,sonra isə Sankt- Peterburq Dövlət Universiteti və M.Qorki adına Ədəbiyyat İnstitunda təhsil almışdı.Yaradıcılığa erkən yaşından başlayan şair ,elə ilk əsərləri ilə oxucuların diqqətini cəlb etmişdir.Şairin ilk şeiri 1940- cı 16 yaşında qələmə aldığı ” Günəş” şeiridir ki,bu şeir bütün yaradıcılıgı boyu onun poeziyasına işıq saçdı. Sonrakı illərdə ” İllər və sahillər”( 1969),” Ulduz karvanı”(1979),” Nəsillər və əsirlər”(1985),” Ağ şimşəklər”(1986),” Torpaq,sənə and içirəm (1989),” Ömür çinarından yarpaqlar”(1995),” Əsrin qanlı laləsi”(1996) adlı sanballı kitablar ortaya qoyur.
Nəbi Xəzri poeziyası milli- mənəvi dəyərlərimiz sırasında özünəməxsus yerin sahibidir.Azərbaycan mentalitetinin dünyada tanınmasında Nəbi Xəzrinin və onun əsərlərinin payı böyükdür. Nəbi Xəzrinin Vətən sevgisinin mükəmməlliyi yazdığı şeirlərində də açıq aydln hiss olunur.Onun şeirlərində təbiətin gözəlliklərinə,təbiətin öz ətri,öz rəngi,öz duyumu var.
Rus şairi Yeqor İsayev yazırdı ki:”Nəbi Xəzrinin şeirləri ağacların yarpaqlarından,havadan,buluddan canlı şəkildə gəlir”.
Nəbi Xəzri təbiəti necə sevməyin dərslərini öyrədib bizə.Onun poeziyasında İnsan, Təbiət,Sevgi vəhdət halındadır.”
Vaxtilə ustad tənqidçi Məmməd Arif isə yazmışdı ki:”Nəbi Xəzrinin öz poetik aləmi— məcazlar,bənzətmələr,bədii ifadələr aləmi vardır.Bu aləmi o,özü yaratmışdır və ona sadiq qalmışdı.
Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçib. Bir şair olmaqla yanaşı nasir, dramaturq, publisist və tərcüməçi kimi də şöhrət qazanmışdı.Onun yaradıcı əməyi yüksək qiymətləndirilib.Bir çox orden və medallara,dövlət mükafatlarıına,Əməkdar incəsənət xadimi”,Xalq şairi” fəxri adlarına,Azərbaycan Respublikasının ali dövlət təltiflərinə ” Şöhrət” və” İstiqlal”ordenlərinə layiq görülüb.
Yubiley tədbirlərinə ilk olaraq Fəxri Xiyabandan başlanıldı.Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar,AYB sədrinin l müavini ,Xalq yazıçısı Çingiz Abdullayev və digər tanınmış yazıçı,şair və görkəmli ziyalılar,ailə üzvləri onun məzarını ziyarət edərək, məzarı üstünə tər çiçəklər düzdülər.Tədbir AYB – nin Natəvan klubunda davam etdi.Çıxış edənlər- Anar, Çingiz Abdullayev, Rəşad Məcid və digər şairi tanıyıb,onunla görüşənlər xatirələrini danışdılar,.Sonda şairin oglu Arzu Babayev atasının xatirəsini yad edib ,tədbirdə iştirak etdiklərinə görə öz dərin minnətdarlığını onlara bildirdi.O,qeyd etdi ki, Nəbi Xəzrinin 100 illik yubileyinin keçirilməsi haqqında ölkə prezidenti İlham Əliyev sərəncam imzalamışdır.Yanvar ayının 28 – də H.Əliyev adına Respublika Sarayında təntənəli yubiley tədbirinin keçirilməsi planlaşdırılmışdır.
. Növbəti görüş Bakı Dövlət Univetsitetində keçirildi. Buradakı tədbir Universitetin filologiya fakultəsinin müəllim və tələbələrinin təşkilatçılıgı ilə hazırlanmışdı.Tədbirin rəhbəri ölməz şairin qızı, fakultənin baş müəllimi Gülümsər Abbasova idi.Maraqlısı o idi ki, burada təhsil alan xarici ölkələrin tələbələri də Nəbi Xəzrinin şeirlərini, mahnılarını incə zövqlə,məharətlə dinləyicilərə çatdıra bildilər. Tədbir elə gözəl hazırlanmışdı kı,çıxış edən yazıçı və şairlər,alimlər,deputatlar da tələbələrin ifasında səslənən şeir,mahnı və dram əsərindən hissələri səbrlə,maraqla dinləyir,alqışlarla qarşılayırdılar.
Görkəmli Xalq şairi Nəbi Xəzrinin poeziyası ona görə sevilir və unudulmur ki, onun Xəzərə çılgıncasına vurgunluğu,Günəşin şəfəqlərini rənglərlə vəsf etməsi,torpağın bərəkətini,dağların əzəmətini dərindən dərk etməsi,ümumiyyətlə,təbiətə sonsuz məhəbbətlə vurğunluğunu şeir,poema və dramlarında öz oxucusuna sadə dillə çatdıra bilmişdir.Bunları ümummilli liderimiz Heydər Əliyev də öz çıxışında xüsusilə vurğulamışdır:” Nəbi Xəzri öz şeirlərində xalqımızın həm qəhrəman keçmişini,həm də bu günki həyatını və sabahını yüksək ustalıqla,fitri sənətkarlıqla tərənnüm edir.Öz şeir və poemalarında sair cəmiyyətimizin inkişafı üçün ,indiki nəslin tərbiyəsi üçün birinci dərəcəli əhəmiyyəti olan problemlər qaldırır.Həm də müəllifin mövqeyi həmişə aydın şəkildə bildirilir,onun xalqa bağlılıgı,onlara sədaqətlə xidməti nümayiş etdirilir”
Çıxışların sonunda
Gülümsər xanım tədbir iştirakçılarına bir daha ailə üzvləri adından təşəkkürünü bildirdi.
Bir birindən maraqlı keçən tədbirlərdən biri də Abşeron rayon Mərkəzi Kitabxana Sistemində,Xırdalanda keçirildi .
Nəbi Xəzrinin 60-cı illərin əmək qəhrəmanı olan Sevil Qazıyevanın ölümünə həsr etdiyi ” Günəşin bacısı”poeması,üstündən illər keçməsinə baxmayaraq,ədəbiyyatımızın incilərindən sayılır. Bu poemasında şair,Sevil Qazıyevanın rəşadətli əməyini,parlaq obrazını yaratdı.Poema əvvəldən axıra qədər heç bir maneyə rast gəlmədən şəlalə kimi çağlayır.Şairin fikirləri,hissləri ilə,kədər və sevincləri birləşərək bir dağ çayı kimi baş alıb gedir.Şairin lirikasına məxsus humanizm,insana,onun ləyaqətinə inam,poemada da çox qüvvətli səslənir.:
Dünən doğulsaydı Həcər olardı,
Bu gün Sevil kimi gəldi dünyaya.
Tədbiri giriş sözü ilə Abşeron rayon MKS – nin direktoru Rəşidə Rzayeva açdı.O,tədbirə aid qısa məlumat verdikdən sönra sözü Pərvanə Muradovaya verdi.Pərvanə xanım öz ürək sözlərini söylədi.
Tədbirə dəvət olunan qonaqlar arasında Zaqataladan gəlmiş,Sevilin bacısl Sona Qazıyeva ,vaxtilə Sevilin davamçısı olan,Ulu Öndərin çörəyi ilə böyüyən,halal zəhmətilə zirvələr fəth edən,müstəqil Azərbaycanın İ çagırış MM-in millət vəkili,H.Əliyevin ” canlı əsəri” “Qırmızı Əmək Bayrağı”,” Xalqlar Dostluğu” ordenli Tərlan Musayeva da vardı. İstər Sona xanımın,istərsə də Tərlan xanımın çıxışlarını hamı kövrək hisslərlə qarşıladı.Onlar Ulu Öndərin gənc mexanızator qızlara olan qayğısından danışaraq dinləyicilərə o illəri xatırlatdı!Sanki Zaqatala dağları dil açıb şair Nəbi Xəzrinin qəhrəman çöllər qızına həsr etdiyi şeiri söyləyirdi:
Siz yasa batmayın,ey çöl ,ey çəmən!
Çalınır qızımın toyu deyirəm.
Ey mənim qoynumda dünyaya gələn,
Gəl mənim qoynumda uyu deyirəm!
Burada da şairin şeirləri,mahnıları Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin şagirdlərinin ifasında səsləndirildi.Şairin həyat və yaradıcılıgına və Sevil Qazıyevaya həsr edilmiş videoçarxlar da nümayiş olundu .Şairin oğlu Arzu Babayev,qızları Gülümsər Abbasova və Pəri xanım çıxışlarında tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildirdilər.
Tədbirlər isə davam etməkdədir….,Xırdalan kənd ,məktəbində ,Abşeron rayon Mədəniyyət Mərkəzində……
Ölməz sənətkarımızın ruhu şad,məkanı cənnətdir!

Nəzakət Eminqızı
AJB və AYB – nin üzvü, yazıçıpublisist.

Nəzakət Eminqızının “Gecikmiş çiçəklər” kitabına ön söz

ƏLLİNCİ YAZI

ÇİÇƏK ELƏ ÇİÇƏKDİR

(Nəzakət Eminqızının “Gecikmiş çiçəklər” kitabına ön söz)

Bəli, çiçək elə çiçəkdir. Gecikmişi, filanı olmur. Nəzakət Eminqızı (Kərimova – Əhmədova) imzası ilə hələ ötən əsrin sonlarından tanışam. Onun istər ənənəvi mətbu orqanlarda, istərsə də tele-radio proqramları vasitəsilə uşaq və yeniyetmələr üçün tərbiyəvi əhəmiyyətli fəaliyyəti həmişə seçilib, diqqət mərkəzində olub. Əyalətdə yaşamasına baxmayaraq, respublika səviyyəsində tanınmağı bacarıb. Onun bu fədakarlığı (bu fəaliyyəti məhz belə adlandırmaq ədalətli və doğru olar) dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Nəzakət xanım təcrübəli pedaqoq, peşəkar təhsil işçisi kimi “İlin müəllimi” fəxri adına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif olunub.

Yuxarıda qeyd etdiyim kimi, hələ ötən əsrin sonlarından başlayaraq günümüzədək “Azərbaycan müəllimi”, “Ədəbiyyat və incəsənət” (indiki “Ədəbiyyat qəzeti”) qəzetlərində, “Azərbaycan məktəbi”, “İbtidai məktəb və məktəbəqədər tərbiyə”, “Təhsil” jurnallarında ibtidai təhsilin müxtəlif problemlərilə bağlı elmi məqalələri və publisistik yazıları ilə çıxış edən Nəzakət xanım pedaqoji fəaliyyətini başa vurduqdan sonra xüsusi bir şövqlə ictimai işlərlə fəal məşğul olmağa başlayıb. Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, Nəzakət xanım uzun illər könüllü olaraq (ictimai iş kimi) Xudat şəhərində özünün yaratdığı Nəriman Nərimanov adına muzeyə də rəhbərlik etmişdir. Yəni can-dildən  ictimai əsaslarla ümumi işin xeyirinə işləmək, zəhmət çəkmək onun üçün adi həyat tərzi, gündəlik  işlərin bir parçası olub həmişə…

Bu fəaliyyət onun yaradıcılığına yeni bir istiqamət verib, fərqli bir məzmun qazandırıb. Son illərdə onu daha çox bədii-publisistik mətnlərlə çıxış edən görürük.

Demək olar ki, Nəzakət Eminqızı müntəzəm olaraq “Bakı xəbər”, “Yeni təfəkkür”, “Abşeron”, “Təzadlar”, “Samur” qəzetlərində və “Carçı”, “Xəzan”, “Veteran”, “Yazarlar” jurnallarında çap olunur. Onun bədii yaradıcılıq sahəsində qazandığı ardıcıl uğurları “Qızıl qələm” və “Ziyadar” mükafatları ilə qiymətləndirilib.

Uzun illər pedaqoji fəaliyyətlə yanaşı paralel olaraq ictimai əsaslarla özünün yaratdığı N.Nərimanov muzeyinə rəhbərlik etmiş Nəzakət xanım bu gün də təşkilatçılıq, idarəetmə sahəsində fəaliyyətini uğurla davam etdirir.  “Veteran” jurnalının baş redaktoru, “Yazarlar” jurnalının redaksiya heyəti üzvü, İƏÜM-i olmaqla bərabər, bir çox ictimai birlik və təşkilatlarda da səmərəli fəaliyyəti göz qabağındadır.

AYB və AJB-nin, Azərbaycanda “PEN” klubun üzvü, DAMM İB-nin idarə heyətinin üzvüdür.

Hal-hazırda “Heydər Əliyev – 100” yubiley tədbirləri çərçivəsində yeni kitab üzərində işləyir.

 İşiniz avand olsun, Nəzakət xanım. Həyat eşqiniz, yazıb-yaratmaq əzminiz heç vaxt tükənməsin, sönməsin, solmasın!  Yazın, yaradın! Çiçək elə çiçəkdir. Təzəsi-köhnəsi, tezi-geci, vaxtında açanı-gecikmişi, təri-solmuşu olmur! Qışda açan  da çiçəkdir, yazda açan da… Yolunuz daim açıq və gül-çiçək olsun!

Müəllif: Zaur USTAC

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü

ZAUR USTACIN DİGƏR YAZILARI

VƏFA BAĞIRZADƏ HAQQINDA

SÜDABƏ MƏMMƏDOVANIN YAZILARI

Südabə Məmmədova digər mənbələrdə


ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana