Etiket arxivi: ŞEİR

Göyərçin Kərimi. Var bir dərdim ki…

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

                           Var bir dərdim ki…

        Dünyada nitqin, hər hansı hadisədən bəhs etmənin üç qaydası var. Birincisi, kütlənin dilidir ki, bu rəngarəng təbiəti olan okeana bənzəyir; ünsür müxtəlifliyi olsa da, üslub eynidir, yaxud üslub yoxdur. Kütlənin dili göz ilə gördüklərini, qulağı ilə eşitdiklərini nəql edər. İkincisi, ziyalı və alimlərin dilidir ki, onlar daha çox təcrübədə sınadıqlarına, idraka və mənəviyyata əsaslanarlar. Üçüncü növ dil nəql edənin gördüyünə, eşitdiyinə istinad etmir, hər bir prosesi immanet qavrayışdan ayırıb minllərlə hadisənin baş vermə səbəbi kimi nəzərə çatdırır. Birinci dilin tərkibi “zəngindir”. Bura narkoman, dustaqxana və s. bu qəbildən olan jarqon dillər 

daxildir. Ikinci dilin strukturuna ixtisas təmayüllü terminləri də əlavə edirlər. Üçüncü dil tərkib və ya strukturuna görə əvvəlki ünsiyyət formalarından fərqlənir. Bu dilin dərinliyini, yaxud ucalığını adi idrak vasitəsilə ölçmək mümkün deyil, çünki transendentliyin təcəssümüdür. Fərdiliyini dəf etməmiş idrak sonuncunu ancaq təsəvvür formasında, yaxud da immanent qavraya bilər. Üçüncü dil hərflərin, sözlərin, söz birləşmələrinin məna yükünə uyğunlaşdırılması, fərdin idrak sferasının xaricində yerləşdirilməsi baxımından əruz vəzninə bənzəyir. Məsələn, əruzu bilməyən oxucu qəzəli, rübaini heca vəznində yazılmış şeir nümunəsindən ayıra bilməyəcək. Çünki vəzndən, misraların bərabər hissələrinə mütabiq olan səs tezliyindən xəbərsizdir. Bu vəzndə şeir yazan ölkələrin hamısında təhsil görmüş hər kəs terminin adı ilə tanışdır, amma əksəriyyət üçün “İcazə ver mənə, könlüm səninlə həmbahar olsun” misrası ilə “Mənə icazə ver, səninlə həmbahar olsun könlüm” misrasının fərqi yoxdur. Əgər söhbət heca vəznində yazılmış şeirdən gedirsə, fərq olmaya bilər, yox, əgər mövzu əruz vəznidirsə, ikinci misra heç bir təfilə ardıcıllığına uyğun gəlmir. İnsan suyun üzərində qalmağı tədricən öyrəndiyi kimi, əruz vəzninin sirrinə də ahəngin xüsusiyyətindən xəbərdar olduqca yiyələnir.

        Üçüncü dildən agah ola bilməyənlər xitab, rəsm, heykəltəraşlıq, ədəbiyyat və s. mənada əsl əsərlərin mahiyyətini anlaya bilmirlər.  

        Üçüncü dil mövzusu tərcümə sənətində də aktualdır. Məsələn, türkiyəli mütərcim Senail Özkanın tərcüməsilə doğma türk dilində işıq üzü görən C. V. Hötenin “Faust” əsəri, fikrimə görə, orijinal versiyasından o qədər də fərqlənmir. Çünki hər sətirdə, hər parçada, hər bölümdə müəllifin üçüncü dil vasitəsilə qələmə alınmış yaradıcı qayəsi insan ruhuna türkün şirin ləhcəsində vücudu  titrədəcək qədər sirayət edir. Senail Özkan Hötenin fikirlərinə onun bütün əzəmətini hopdurub. Elə bu xüsusiyyətinə görə əsəri türk dilində danışanlar üçün böyük xəzinə hesab etmək olar.  

        Mən üçüncü dil deyəndə ədəbi dilin beş funksional – bədii, elmi, publisistik, məişət, rəsmi-işgüzar üslübunu nəzərdə tutmuram. Üçüncü dil birinci üç üslub üçün keçərlidir. Yəni bu dilin köməyilə bədii, elmi əsərlər, publisistik məqalələr yazmaq olar. Lakin bədii, elmi əsərlər, yaxud publisistik məqalələr, əsasən, bu dili bilmədən yazılır. Üslubla üçüncü dilin fərqli olduğunu Kafka Şopenhauerin timsalında belə açıqlayır: “Təkcə üslubunun gözəlliyinə görə Şopenhaueri oxumaq lazımdır”. Bu o deməkdir ki, onsuz da üçüncü dildə yazan Şopenhauerin üstəgəl üslubu da gözəldir. Buradan belə nəticəyə gəlmək olar ki, üçüncü dil və gözəl üslub terminləri bir-birini tamamlamaya da bilərlər.

        Hər bir yazıçı ədəbi dilimizin fonetik, leksik və qrammatik normalarına tabe olan üslubda gözəl əsərlər yaza bilər, amma üçüncü dil qaydalara tabe olan üslub demək deyil, bəlkə də ən düzgün qaydaların tətbiqi ilə “qayda pozuntusudur”.

        Məhəmməd Füzuli yazır:

        “Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,

        Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim”.

         S. Özkanın Faustu deyir:

        “Mən iyiləşmək istəməm, düşüncəmin hakimiyim,

        Yoxsa şimdi ben de başkaları gibi alçağın tekiydim.

         Füzulinin dərdi ilə Faustun dərdi, göründüyü kimi, eynidir; onlar eyni dünyanın ortaq sakinləridir və hər kəsə məlumdur ki, mənəvi aləmin, maddi və cismani dünyanın əzabları arzuedilən deyil. Bu əzablardan qurtulmaq üçün Şopenhauer mümkün qədər arzulardan imtina etməyi məsləhət görürdü. Bəs o hansı dərd, hansı xəstəlikdir ki, insan sağalmaq istəmir? Bu, dünyanın dərk olunmasıdır və dünyaya ağalıq etmək fikrində olan uzun-uzun adam siyahılarından heç birinin düşüncə tərzinə mütabiq deyil. Çünki dünyanın dərki onun özündə deyil, kənarındadır. O kəslər üçün ki, maddi dünyanın hadisələri mühüm əhəmiyyət kəsb edir, onlar Füzulinin, Faustun dərdindən baş aça bilməzlər.                                      

        Görünənlər aləminin faniliyi baxımından dünyanın dərk olunması böyük dərddir. O zaman bu qədər böyük dərd niyə dərman olsun ki? Bunun sirri üçüncü dilin mahiyyətindədir. Qələm sahibi insan üçüncü dilin köməyilə nəhayətə varır, dünyanın üstünə qalxır; milyonlarla dünyanın hərəkət çevrəsinə mərkəz olur.   

        Yəqin heç kimə sirr deyil ki, həzz almaq üçün biri alkoqollu içki içir, digəri narkotik vasitələrdən istifadə edir, başqası ləzzətli xörəklər, meyvələr yeyir, musiqiyə qulaq asır, intim əlaqəyə üstünlük verir və i. və s. Bu zövqlər hamısı müvəqqətidir, həmişə təkrarına ehtiyac duyulur, amma dünyanın dərk olunma vəcdi zövqlərin ən yüksəyi, alisidir, həm də insanı heç vaxt tərk etmir.   

        Bəzi insanlar özləri haqqında yüksək fikrə düşərək Füzuli dərdindən xəbərdar olduqlarını bəyan edirlər, amma bəyan etdiklərini şəxsi nümunələr vasitəsilə təsdiqləyə bilmirlər, ona görə ki, eşitdiklərdən bəhs etməklə yaşadıqlarından söz açmaq bir-birindən əsaslı şəkildə fərqlənir.     

        Sonda üçüncü dili xaraxterizə etmək üçün belə bir müqayisə aparaq. Bu dilin vasitəsilə ərsəyə gəlmiş bədii əsərləri oxumaq təyyarədə uçmağa bənzəyir; tez-tez dağın, ormanın üstündən keçirmiş kimi səciyyəvi ləngərlər vurursan; axı bu, fiosofların dilidir.

Mütərcim: Göyərçin KƏRİMİ

AYB-nin üzvü

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TANRIVERDİ ƏLİYEVİN ŞEİRLƏRİ

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

Gözüyaşlı xəyallar.

Bilirsənmi xəyallar,

otaqda tənha yatır.

Xatirənin dizinə başın qoyub, hönkür-hönkür ağlayır.

Otağın “oboy” unda,

Sənin eşqinin rəsmi var.

Sürətlə ötən günlər,

Divarımda əks olar.

Şüur onsuz türmədədi,

səni sevəndən bəri,

Xoşbəxtliyi özləyirəm,

neçə illərdi, yəni.

Həsrət qalmışam sevincin,

Zövqlə gülən gözlərinə.

Bir gün gələr pəncərəmə,

xəyalımı görməyə.

O görərmiş xəyalın,

Ətrafın sarıb kədər.

Əllərində silahla,

Onu təhdid edərlər.

Göz görə-görə sevinc,

 xəyalın zülmünə baxar,

Qəm – qüssənin verdiyi zülmə,

ap-açıq şahid olar.

Bu əzabı görən sevincin

Əlindən heç bir iş gəlməz.

O gərəksiz əllərini

 kəsib doğrayıb məhv edər.

Əlacsız qalan sevinc əsəbə məktub yazar

Onu bu işgəncəni məhv etməyə çağırar

Əsəb hirsli şəkildə,

tez cin atına minər.

Xəyalın ağladığı otağın

pəncərəsinə gələr.

O qəzəb dırnaqları ilə

Pəncərəni deşib keçər.

Qəb, kədərin boğazından tutub,

oboy kağızın cırıb

Çölə rədd eləyər.

Sevinc öz xəyalına qovuşar,

Şüur da türmədən çıxar

Amma eşq öz məhbəsində- qəlbdə həbs olar.

Qəzəl

Məzhərin etmiş həval sirdarı-səttar ən- nihanə

Aşikar oldun cəmalımdan xəbər et hər məkanə

Yar açır hər sübhi- səhər ol niqabın surətindən,

Pürr  ziyavül şəfəqin yar büruz eylər cəhanə

İnna-illah söylərəm mən, bax məad eşqində yandım

İnni-an’əllahdan tapdım zatımı etməm bəhanə

Ney kimi fəryad edər Kərbübəlada şahi-Hüseyn

Əsğərin olmuş şəhid səndən də qopmuş bir nişanə

Ruhi-Xəttatda Xətayimdir tənasüx “sin”imi bil.

Gəldi şahənşah ki, kövnümdən dübarə bul zəmanə

Qadın

Qəlbin öyrəşibdir dərd-qəm çəkməyə

Gözlərin qızarıb dərd çəkər, qadın

Qarşılıq gəlməzmiş eşq sədasından

Sən demə saf könlün qəm sevər, qadın

Çəkdiyin cəfadan təbiət coşar,

Buludlar yağıştək kövrəlib ağlar,

Göy səma dərdindən köksünü açar,

Kədərli küləktək ah çəkər, qadın

Nəğmələr oxuyar gül dodaqların

Kədərlə titrəyər səs soraqların

Ümiddən qəmlənər gül yanaqların

Dodağın ağlayıb yaş tökər, qadın

Sən öz saf sevgini dağa qaldırdın

Ağlaya-ağlaya zirvəyə baxdın

Könlünə dağ çəkib öznü yandırdın

Dağlar xəcalətdən baş əyər, qadın.

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rəşad Məcid – Bir də gəlməz – şeirlər kitabı

Rəşad Məcid – Bir də gəlməz

Rəşad Məcidin “Bir də gəlməz” kitabı. PDF:

>>>>>> Rəşad Məcid – Bir də gəlməz

Müəllif: Rəşad MƏCİD

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏCİDİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GÖZƏGÖRÜNMƏZ İLLƏR. Rafiq Yusifoglu


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

GÖZƏGÖRÜNMƏZ İLLƏR

Başımıza iş açır

Gözəgörünməz illər.

Biz göz açıb yumunca,

Ağarır qara tellər…

Əvvəllər sifətimi

Tanımırdı qırışlar.

İndi mənim üzümdə

Gör nə qədər qırış var…

Bu qədər ağ deyildi,

Saç-saqqalım ötən yaz,

Təzə dən düşən saçlar

İndi olub bəmbəyaz…

Cavan-cavan oğlanlar

Olub ağsaqqal kişi…

İllər görünməsə də,

Göz önündədir işi…

15.06.2016

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayının nümayəndələri – Siyahı

Azərbaycan Yazıçılar Birliyinin ötən XII Qurultayında qəbul olunmuş Nizamnaməsinə görə (V bənd, 54-cü maddə) növbəti Qurultaya nümayəndələr aşağıda göstərilən qaydayla seçilir:

Sədr, Birinci katib, sədrin müavini, katiblər

Ağsaqqallar Şurasının üzvləri (Xalq şairləri, Xalq yazıçıları, Akademiyanın həqiqi və müxbir üzvləri)

Bundan əvvəlki Qurultayda seçilmiş İdarə Heyətinin üzvləri

Gənclər Şurasının üzvləri, seksiyaların və regional bölmələrin rəhbərləri

Qurultaya digər nümayəndələr AYB-nin seksiyalarında və yerli bölmələrində (o cümlədən Naxçıvan Yazıçılar Birliyində) hər on nəfərdən biri olaraq seçilir.

XIII Qurultayın nümayəndələri

AYB rəhbərliyi

1. Anar

2. Çingiz Abdullayev

3. Elçin Hüseynbəyli

4. İlqar Fəhmi

5. Rəşad Məcid

6. Səlim Babullaoğlu

Ağsaqqallar Şurasının üzvləri

7. Afaq Məsud

8. Elçin

9. Elmira Axundova

10. Əbülfəz Quliyev

11. İsa Həbibbəyli

12. Kamal Abdulla

13. Möhsün Nağısoylu

14. Mövlud Süleymanlı

15. Muxtar İmanov

16. Natiq Rəsulzadə

17. Nərgiz Paşayeva

18. Nəriman Həsənzadə

19. Nizami Cəfərov

20. Rafael Hüseynov

21. Ramiz Rövşən

22. Sabir Rüstəmxanlı

23. Teymur Kərimli

24. Tehran Əlişanoğlu

25. Vahid Əziz

İdarə Heyətinin üzvləri

26. Aqil Abbas

27. Asim Cəlilov

28. Asim Yadigar

29. Azər Mustafazadə

30. Azər Turan

31. Çingiz Əlioğlu

32. Elşad Ərşadoğlu

33. Əsəd Cahangir

34. Firuzə Məmmədli

35. Hidayət Orucov

36. Hüseynbala Mirələmov

37. Xəyal Rza

38. İntiqam Qasımzadə

39. Qulu Ağsəs

40. Musa Urud

41. Pərvin Nurəliyeva

42. Seyran Səxavət

43. Solmaz İbrahimova

44. Vaqif Bayatlı Odər

45. Vaqif Bəhmənli

46. Vaqif Əlixanlı

47. Vidadi Babanlı

48. Vilayət Quliyev

49. Zahid Xəlil

Gənclər Şurasının üzvləri

50. Allahşükür Ağa

51. Cavid Zeynallı

52. Elmar Vüqarlı

53. Elmin Nuri

54. Emin Piri

55. Fərid Hüseyn

56. Fuad Cəfərli

57. Günel Şamilqızı

58. Gülnar Səma

59. Humay Nağıyeva

60. Xəlil Adıgözəl

61. İntiqam Yaşar

62. Mehman Həsənov

63. Nərgiz İsmayılova

64. Ramil Əhməd

65. Şahanə Müşfiq

66. Şəfa Vəliyeva

67. Şəhla Aslan

68. Şəhriyar Del Gerani

69. Türkan Turan

70. Ulucay Akif

Seksiya rəhbərləri

71. Bəsti Əlibəyli

72. Firuz Mustafa

73. İbrahim İlyaslı

74. Kamran Nəzirli

75. Qəşəm Nəcəfzadə

76. Səyyad Aran

77. Abuzər Bağırov

Bölmə rəhbərləri

77. Arif Buzovnalı

78. Asim Yadigar

79. Aydın Tağıyev

80. Barat Vüsal

81. Elçin İsgəndərzadə

82. Fazil Əsəd

83. Fəxrəddin Əsəd

84. Gülnarə Cəmaləddin

85. Xəzangül

86. İsmayıl İmanzadə

87. Qafar Cəfərli

88. Namiq Əliyev

89. Nəbi İbrahimli

90. Orxan Fikrətoğlu

91. Ramiz Qusarçaylı

92. Sərvaz Hüseynoğlu

93. Şəhla Ağbulud

94. Vaqif Aslan

95. Vüsal Oğuz

Bölmələrdən seçilənlər

96. Ağamir Cavad

97. Aqil Kəngərli

98. Aliq Nağıoğlu

99. Aləmzər Əlizadə

100. Arif Ərşad

101. Akif Amal

102. Aydın Murovdağlı

103. Bayram Apoyev

104. Bəsti Bərdəli

105. Cəlalətdin Budatoğlu

106. Elbrus Dünyamalıyev

107. Elnur Uğur

108. Etibar Vəliyev

109. Elşən Əzim

110. Ehtiram İlham

111. Elman Eldaroğlu

112. Əli Cəfəroglu

113. Əvəz Mahmud Lələdağ

114. Ələsgər Əlioğlu

115. Gülbala Teymur

116.Günay Ümid

117. Hüseyn Əsgərov

118. Xanlar Həmid

119. Xəqani Verdiyev

120. Həsən Göyçəli

121. Hümbət Həsənoğlu

122. Kərim Kərimli

123. Qafar Qənbərov

124. Qanun Məmmədov

125. Qurban Yaquboğlu

126. Maarif Həsənoğlu

127. Mehrəli Qulu

128. Meyxoş Abdulla

129. Məhsəti Musa

130. Mustafa Rasimoğlu

131. Nəcməddin Mürvətov

132. Pənah Dumanoğlu

133. Rafiq Oday

134. Raquf Budaqlı

135. Ramilə Qardaşxanlı

136. Rəfiqə Sadıqova

137. Rizvan Nəsiboğlu

138. Sabir Əsədov

139. Sahib İbrahimli

140. Səxavət Tağlar

141. Səmayə Şahmarova

142. Şahməmməd Bəydəmirli

143. Təbrizə Pünhan

144. Ünbülbanu Hacıyeva

145. Valeh Bahaduroğlu

146. Yəhya Paşazadə

147. Zabil Pərviz

148. Zahid Avşar

Seksiyalardan seçilmiş nümayəndələr

149. Adil Cəmil

150. Arifə Əliyeva

151. Almaz Sahilə Bəyazid

152. Ayaz Arabaçı

153. Ağasəfa

154. Arzu Nehrəmli

155. Allahverdi Məmmədli

156. Akif Əhmədgil

157. Akif Hüseynov

158. Ağacəfər Həsənli

159. Aləmzar Sadıqqızı

160. Alina Talıbova

161. Abid Tahirli

162.Ayaz Vəfalı

163. Aydın Xan

164. Avdı Qoşqar

165. Azad Yaşar

166. Asif Rüstəmli

167. Baba Vəziroğlu

168. Bahar Bərdəli

169. Balayar Sadiq

170. Cavanşir Yusifli

171. Çingiz Abdullayev (publ.)

172. Dilsuz

173. Dəyanət Osmanlı

174. Dayandur Sevgin

175. Damət Salmanoğlu

176. Etimad Başkeçid

177. Esmira Nəzərli

178. Eyvaz Borçalı

179. Elçin Şıxlı

180. Elxan Elatlı

181. Elxan Zal

182. Elnarə Akimova

183. Eldar Şərifov

184. Elmar Şeyxzadə

185. Elvin Paşa

186. Elvin Əlizadə

187. Elşad Barat

188. Emil Rasimoğlu

189. Əli Əmirli

190. Əli Nəcəfxanlı

191. Əkbər Qoşalı

192. Əlabbas

193. Əlizadə Nuri

194. Əlirza Xələfli

195. Əlisəmid Kür

196. Əmir Pəhləvan

197. Əyyub Qiyas

198. Əşrəf Veysəlli

199. Əhməd Qəşəmoğlu

200. Ələmdar Cabbarlı

201. Əbülfət Mədətoğlu

202. Fəxri Uğurlu

203. Faiq Balabəyli

204. Fəxrəddin Teyyub

205. Gülhüseyn Kazım

206. Gülxani Pənah

207. Günel Anarqızı

208. Güləmail Murad

209. Xeyrəddin Qoca

210. Xanım İsmayılqızı

211. Xanəmir

212. Xatirə Fərəcli

213. Xosrov Natil

214. İlham Qəhrəman

215. İmir Məmmədli

216. İlqar Türkoğlu

217. İlham Əzizov

218. İslam Sadıq

219. İnqilab İsaq

220. İradə Tuncay

221. Leyla Əliyeva

222. Jalə Əliyeva

223. Qəzənfər Paşayev

224. Qənirə Paşayeva

225. Qəşəm İsabəyli

226. Qərib Mehdi

227. Qoca Xalid

228. Kənan Hacı

229. Kəmalə Abıyeva

230. Kamil Əfsəroğlu

231. Musa Ələkbərli

232. Məqsəd Nur

233. Murad Köhnəqala

234. Maarif Soltan

235. Mahir Qabiloğlu

236. Mahir Qarayev

237. Mehriban Vəzir

238. Mehman Qaraxanoğlu

239. Mahirə Abdulla

240. Məlahət Yusifqızı

241. Mübariz Cəfərli

242. Məmməd Oruc

243. Marat Şəfiyev

244. Mətanət Vahid

245. Məti Osmanoğlu

246. Minayə Əliyeva

247. Mustafa Çəmənli

248. Məmməd İsmayıl

249. Natavan Faiq

250. Nadir Məmmədli

251. Nazim Əhmədli

252. Narıngül Nadir

253. Natəvan Dəmirçioğlu

254. Nizaməddin Şəmsizadə

255. Nigar Həsənzadə

256. Nuranə Nur

257. Nazim Muğanlı

258. Nərgiz Cabbarlı

259. Ofelya Babayeva

260. Oqtay Əhmədov

261. Oqtay Şamil

262. Paşa Qəlbinur

263. Paşa Kərimov

264. Rahid Ulusel

265. Rəhim Əliyev

266. Rafiq Yusifoğlu

267. Rafiq Həşimov

268. Rəfail Tağızadə

269. Rəfail İncəyurd

270. Ramiz Məmmədzadə

271. Ramiz Fətəliyev

272. Rüstəm Behrudi

273. Rüstəm Kamal

274. Rəfiqə Nuray

275. Reyhan Yusifqızı

276. Ramiz Əsgər

277. Sayman Aruz

278. Səfər Alışarlı

279. Sahib Məmmədov

280. Saday Budaqlı

281. Sadıq Elcanlı

282. Səhər

283. Sona Vəliyeva

284. Salatın Əhmədli

285. Sona Xəyal

286. Sevinc Nuruqızı

287. Solmaz Amanova

288. Sevil Gültən

289. Südabə Sərvi

290. Südabə Ağabalayeva

291. Süleyman Abdulla

292. Süleyman Hüseynov

293. Sərvinaz Həsənli

294. Seyfəddin Hüseynli

295. Səxavət Sahil

296. Şahnaz Şahin

297. Şahin Musaoğlu

298. Şirindil Alışanlı

299. Şəlalə Həsənova

300. Şəfəq Sahibli

301. Tariyel Ümid

302. Tahir Taisoğlu

303. Tərlan Əbilov

304. Taleh Şahsuvarlı

305. Tofiq Məlikli

306. Telman Vəlixanlı

307. Təranə Vahid

308. Tofiq Nurəli

309. Taleh Mansur

310. Ülviyyə Heydərova

311. Umud Rəhimoğlu

312. Vaqif Yusifli

313. Vaqif Nəsib

314. Vüqar Əhməd

315. Varis

316. Vaqif Sultanlı

317. Vüsal Nuru

318. Yasif Nəsirli

319. Yusif Həsənbəy

320. Yusif Nəğməkar

321. Yunus Oğuz

322. Yavuz Cəlil

323. Yelizaveta Qasımova

324. Yaşar Əliyev

325. Zülfüqar Şahsevənli

326. Zahid Sarıtorpaq

327. Zirəddin Qafarlı

328. Zakir Fəxri

329. Zemfira Məhərrəmli

330. Zöhrə Əsgərova

İlkin mənbə: edebiyyatqazeti.az


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Azərbaycan Mətbuat Şurasının sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına M Ü R A C İ Ə T İ

Azərbaycan Mətbuat Şurasının sosial şəbəkə istifadəçilərinə

və vətəndaş mediası fəallarına

M Ü R A C İ Ə T İ

Əziz dostlar! İnternet və multimedia şəbəkəsinin əhatə dairəsinin böyük sürətlə genişlənməsi, müasir texnologiyaların yaratdığı sonsuz imkanlar dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da yeni informasiya mühiti formalaşdırıb. Çağdaş dövrün əsas platformaları olan sosial şəbəkələr və vətəndaş mediası bu gün cəmiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynayır. Bu platformalardakı ayrı-ayrı səhifələr, populyar şəxslər, blogerlər və ən fərqli düşüncəyə sahib sosial şəbəkə istifadəçiləri hər gün əhali qruplarında maraq doğuran məlumatlar yaymaqla, müxtəlif mövzuları gündəmə gətirməklə azad informasiya və diskussiya şəraitini genişləndirir, cəmiyyət həyatının fəal iştirakçılarına çevrilirlər.

Təcrübə göstərir ki, sosial şəbəkələr və vətəndaş mediası dərk olunmuş məsuliyyətə əsaslandıqda söz və ifadə azadlığına önəmli töhfələr verir, ictimai düşüncə palitrasını zənginləşdirir. Deyilənlərlə yanaşı, təəssüf ki, bu platformalarda bəzi şəxslər azad mühitin imkanlarından sui-istifadə edərək etik qaydaları pozur, aşırı aqressiya və qərəz sərgiləyir, böhtan və təhqirə, vulqar ifadələrin işlədilməsi hallarına yol verir, kin və nifrət təbliğatçılarına çevirilirlər. Belə davranış tərzi verilən məlumatların ictimai çəkisini heçə endirməklə bərabər, ölkəmizin informasiya məkanına neqativ ab-hava gətirir, hətta bəzi hallarda hüquqi məsuliyyət yaradır.

Özünütənzimləmə qurumu olaraq Azərbaycan Mətbuat Şurası üçün informasiya müstəvisində cəza mexanizmlərinin dövriyyəyə girməsi birmənalı qaydada arzuedilməzdir. Deyilənləri nəzərə alaraq, biz bütün sosial media mənsublarını, bu platformanın fəallarını insanların şərəf və ləyaqətini qorumağa, şəxsi həyatın toxunulmazlığı prinsipinə hörmətlə yanaşmağa, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol verməməyə, söyüş və vulqar ifadələrin işlədilməsindən çəkinməyə, uşaqların şəxsi həyatı barədə məlumatları yaymamağa, onları zədələyən, mənəvi-psixoloji durumuna mənfi təsir göstərə biləcək zərərli bilgiləri paylaşmamağa, terror, xurafat və cəhalət təbliğatçılarına qarşı barışmaz olmağa, bir sözlə, ölkə jurnalistlərinin VIII qurultayının qərarı ilə təkmilləşdirilmiş “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”ndakı müddəalara riayət etməyə çağırırıq.

Mətbuat Şurası etik dəyərlərə əməl olunmasına dair çağırışına səmimi yanaşılacağına, qurumun ictimai missiyasına həssas münasibət göstəriləcəyinə inanır, informasiya cəmiyyətinin bütün iştirakçılarına fəaliyyətlərində uğurlar arzulayır.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti

Mənbə: Rəşad Məcid

Azərbaycan Mətbuat Şurasının sədri


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. MƏQAM ŞEİRİ.

ZAUR USTACIN YAZILARI

MƏQAM

Bircə əsən meh olaydım,

Toxunaydım, yanağına.

Ya da, Kürün suyu olub,

Üz qoyaydım, ayağına.

* * *

Deyirəm ki, nə xoşbəxtdir,

Sizin evin daş-divarı,

Səhər, axşam seyr eləyir,

Sənin kimi xoş gülzarı.

* * *

Hətta Günəşin özü də

Xoşbəxt saya bilər özün…

Necə olsa gündə bir yol

Görür əsil Nurun özün.

* * *

Buludların ağlamağı

Boşa deyil, səbəbi var.

Təmas etmir, gül hüsnünə

Axı sənin çətirin var…

06.12.2009.Bakı.

Müəllif: Zaur Ustac

ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Osloda “Azərbaycan dili beynəlxalq aləmdə: təbliği və tədrisi məsələləri” adlı vebinar keçirilib.

Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu məktəbinin koordinatoru Günay Əliyevanın və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi filologiya üzrə fəlsəfə doktoru Xanım Qasımovanın birgə təşkilatçılığı ilə “Azərbaycan dilinin beynəlxalq aləmdə təbliği və tədrisi məsələləri” adlı vebinar keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, Bakı Musiqi Akademiyasının kafedra müdiri fil.ü.e.d., professor Tərlan Quliyev, Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri fil.ü.f.d. Aqşin Əliyev, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev, yazıçı Eluca Atalı (İsveç), şair, pedaqoq Zaur Ustac və başqalarının iştirak etdikləri görüşdə Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, dünya miqyasında tanıdılmasının əhəmiyyəti, xarici ölkələrdə tədrisi məsələləri və sairə müzakirə edilmişdir.
   “Azərbaycan dilinin beynəlxalq aləmdə təbliği: dil siyasəti və strateji hədəflər” adlı məruzə ilə çıxış edən professor Sevinc Əliyeva dil siyasətinin formalaşması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi, nüfuzunun yüksəldilməsində ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. O, Dünya Azərbaycanlılarının V Qurultayında ölkə başçısının diaspor nümayəndələri ilə görüşü zamanı Azərbaycan dilinin qorunmasına dair verdiyi tövsiyələri qeyd etməklə onlara əməl olunmasının zəruriliyini nəzərə çatdırmışdır. Azərbaycan dili xaricdə yaşayan üçüncü nəsil azərbaycanlıları öz mədəniyyətinə bağlayan və onları birləşdirən əsas amil kimi dəyərləndirilmişdir. Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsinin Mərkəz üçün də xüsusi əhəmiyyət daşıdığını qeyd edən S.Əliyeva ölkə xaricində Azərbaycan dilinin tədrisi və təbliği məqsədilə diaspor nümayəndələri ilə vaxtaşırı görüşlərin təşkil olunduğu, qarşılıqlı əməkdaşlıq çərçivəsində müvafiq tədbirlərin həyata keçirildiyini bildirmişdir. Xaricdə yaşayan soydaşlarımızın dilimiz və mədəniyyətimizin təbliğinə dair fəaliyyətlərini yüksək qiymətləndirən natiq azərbaycançılıq ideologiyası ətrafında birləşən, dövlətimizin dil siyasətinə sadiq olan hər bir həmvətənimizlə Monitorinq Mərkəzinin əməkdaşlığa hazır olduğunu nəzərə çatdırmışdır.
   Digər iştirakçılar “Xarici ölkələrdə Azərbaycan dilinin tədrisi məsələləri”, “Azərbaycan dilinin beynəlxalq tədrisinin məzmunu”, “Xaricdə doğulub-böyüyən uşaqlar üçün ana dilinin tədrisinin əhəmiyyəti haqqında”, “Ana dilinin tədrisində ədəbiyyatın rolu” adlı məruzələrlə çıxış etmişlər. Məruzələrdə Azərbaycan dilinin ölkə xaricində tədrisində mövcud çətinliklər, resurs və dərsliklərin bəzən qənaətbəxş olmaması, lazımi ədəbiyyatın çatışmazlığı kimi məsələlər qeyd olunmuşdur. Səsləndirilən təkliflər arasında ana dilinin beynəlxalq aləmdə tədrisi coğrafiyasının genişləndirilməsi, Azərbaycan mərkəzlərinin yaradılması, Azərbaycan dilinin beynəlxalq miqyasda ayrıca ixtisas kimi tədris edilməsi və s. öz əksini tapmışdır. Fotolar:

SƏLİM ABBASZADƏNİN ÇƏKDİYİ RƏSM

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səma Muğanna. Tanrı kraliçası.

SƏMA MUĞANNANIN YAZILARI

                       Tanrı kraliçası  

İşığın kainatda parıldamasından hiss etdim ki, bu işıq mənə işarə göndərir.Bu işıqda müxtəlif rənglər var idi: sarı, mavi, yaşıl və bəyaz. İşığın enerjisindənmi,yoxsa nədir bilmirəm, mən mavi işığı seçirəm-dedim. Qəflətən işıqdan insan siması peyda oldu. Qarşımda gördüyüm bu insan siması məni təəccübləndirdi. Ona yaxınlaşmaq istəsəm də, qorxub geri çəkildim. Körpətək ağlayıb boşluqda qaçmağa başladım.
Boşluq dərin olduğundan qaça bilməyib dayandım. Artıq güc-qüvvətim tükənmişdi deyə, qaça bilmirdim. Bu an kiminsə çiyinlərimdəki qanadlara sığal çəkdiyini hiss etdim. Dönüb baxmaq istədiyimdə icazə verməyib qulağıma yavaşca pıçıldadı:
-Əziz Səma, sən işıqda kimi axtarırsan?
   Bir anlıq təəccübləndim ki, axı bu şəxs adımı hardan bilir? Sadəcə səsindən bildim ki, bu qadındır.
-Siz kimsiniz? Adımı hardan bilirsiniz?
-Sən kainatda ən çox hansı rəngi sevirsən? Mavi?
   Qadın suallarıma sualla cavab verirdi elə bil.
-Bəli.
-Sən göy üzünə heç baxmısan?
-Həmişə baxıram. Göy üzündəki ulduzlar qədər yaşım var. Axı mən göylərin adamıyam.
-Yaxşı. Bəs o göy üzündə sən mavi rəngi hər zaman görə bilirsən?
  Ətrafa sükut çökdü, amma qadın heç gözləmədən bu sükutu pozmaq üçün qanadlarımdan tutub məni göyə qaldırdı.
-Əziz Səma, indi nə hiss edirsən?
-Mən.. Mən bilmirəm. Qorxuram!
   “Qorxuram” dediyim an qadının siması gözümün önündə göründü. Gözlərim bulanıq seçirdi, lakin addım-addım qanadlarım və ayağımın köməyi ilə boşluqda qadının addımlarını izləyərək kainata çıxmağı bacardım! Və o an qadının siması gözləriminin önündə canlandığında göz yaşlarım mirvari kimi yanaqlarımdan axdı. Qadın başındakı tacı çıxarıb saçlarıma taxdı və göz yaşlarımı maviyə boyanmış zərif barmaqlarıyla sildi.
-İndi azadsan, əziz Səma!
-Siz göy üzünün kraliçasısınız! Yox, Tanrı kraliçası!
Və kiçik körpənin anasına sarıldığı kimi qadının boynuna atladım. Bu qadın göy üzünün Tanrı kraliçası, mənim üçün isə əbədi yanan şam idi! Bu Elnarə Nərimanova idi!

Müəllif: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü.


SƏMA MUĞANNANIN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAFİQ YUSİFOĞLU. AZADLIQ ŞAİRİ.

ELDAR BAXIŞIN YAZILARI

Eldar Baxış – 75
AZADLIQ ŞAİRİ
(üçüncü məqalə)
Bu il 75 yaşı tamam olan Eldar Baxış poeziyasının mövzu və problematikası çox zəngindir. Yaradıcılığının ilk illərində ənənəvi mövzularda qələmini sınayan şair həyatı dərk elədikcə, Azərbaycan və dünya ədəbiyyatının inciləri ilə tanış olduqca onun şeirləri yeni-yeni mövzularla zənginləşdi. Ədəbiyyata ədəbiyyatdan yox, həyatdan gələn, gündəlik məişət qayğılarından yaxasını qurtara bilməyən, addımbaşı çətinliklərlə rastlaşan Eldarı düşündürən, qayğılandıran bütün problemlər yeni donda və yeni biçimdə onun poeziyasında öz bədii əksini tapmağa başladı. Həyatımızın rəngarəng problemləri Eldar Baxış poeziyasının da problematikasına çevrildi.
Yaradıcılığının ilk illərində istər-istəməz sovet ədəbiyyatının mövzularına müraciət edən Eldar Baxış özünə yeni-yeni mövzular axtarmağa başladı. Çox yaxşı ki, bu tipli, daha doğrusu bu mövzulu şeirlər Eldar Baxış poziyasının əbədi mövzusuna çevrilə bilmədi və şair öz ilham bulağının axarını öz daxili dünyasına, doğulub boya-başa çatdığı kəndə sarı yönəltdi…
Universitet mühiti, görkəmli tarixçi alimlərdən dərs alması, vətənpərvər insanlarla, şairlərlə, alimlərlə tanışlığı və ünsiyyəti adi bir kənd uşağının xarakterinin yeni istiqamətdə formalaşmasına zəmin yaratmışdı. O illər Azərbaycan Milli Azadlıq Hərəkatının gizli şəkildə oyanışı və dirçəlişi dövrü idi. Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin vətənpərvər ruhlu şeirləri, ”Gülüstan” poeması, Xəlil Rzanın, Söhrab Tahirin, Məmməd Arazın və başqalarının əsərlərinin mayasında Azərbaycanın birliyi, bütövlüyü, azadlıq və istiqlaliyyəti kimi mühüm, taleyüklü məsələlər dayanırdı. Şairlər bu məsələlərdən açıq şəkildə danışa bilməsələr də, fikirlərini ifadə üçün simvolik obrazlar, vasitələr axtarırdılar. Xəlil Rzanın məşhur ”Azadlığı istəmirəm zərrə-zərrə, qram-qıram, İstəyirəm qolumdakı zəncirləri qıram, qıram” misralı şeirlərini o zaman ”Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru işləyən vətənpərvər ziyalı, tanınmış şair, ədəbiyyatşünas Qasım Qasımzadə ”Afrikanın səsi” adı altında çap eləmişdi… Söhrab Tahirin ”Daha” rədifli qoşmasının bu misraları dillər əzbəri idi:
Azad qardaşım var, onunla xoşam,
İstərəm sahili sahilə qoşam.
İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha.
Eldar Baxışın poeziyasında da Şimali Azərbaycanla Cənubi Azərbaycanın birləşməsi ideyası ön planda idi. Xudafərin körpüsünün o tayından bu taydakı qardaşlarına əl eləyən uşaq Eldarın ürəyini ehtizaza gətirirdi. Onun ”Əl” şeirindəki bu misralar təsadüfi yaranmamışdı:
…Gör necə danışır, gör necə dinir,
Həsrətin, ümidin dilidir o əl.
Təkcə o oğlanın əli deyil ki,
On səkkiz milyonun əlidir o əl…
Eldar Baxış da çox zaman Xəlil Rza kimi Azərbaycan, onun istiqlaliyyəti haqqında fikirlərini xarici mövzuda yazdığı əsərlərdə əks etdirməyə çalışırdı. Bu baxımdan onun ”Fələstin şeirləri” silsiləsi maraq doğururdu. Muin Bsisu və Mahmud Dərvişə ünvanlanan ”Oxudum şeirlərinizi” adlı yazıda əslində Eldar Fələstinin problemlərinin arxasında gizlənərək xalqımızın dərdlərindən danışırdı. Şairi Şimalda, Qərbdə, Şərqdə – dünyanın hər yerində başkəsənlərin göbələk kimi artıb çoxalmasından narahat idi. O, ”meydanın ortasında Azadlığı dəvə kimi xıxırdıb başını kəsənlər”ə nifrətini gizlətmirdi. Eldar Baxışı narahat edən bu idi ki, bu başkəsənlər təkcə adam başı, sərçə başı, beçə başı kəsməklə kifayətlənmirlər. Onlar:
”Ölkə başı kəsirlər, paytaxt başı kəsirlər,
Bayraq başı kəsirlər, torpaq başı kəsirlər…”
Vətənin ”təndirindən çıxan çörəyini, ağacının gətirdiyi barı, pətəyindən süzülən balı”… yeyən şair bunun əvəzini vermək üçün ondan bir qarış yer, bir ovuc torpaq istəyir. Onun bu qənaətləri vətəndən bir qəbirlik yer istəyən, ”Çürüyüm bir qarış torpağın artsın” – deyən şair Musa Yaqubun fikirləri ilə üst-üstə düşürdü… Eldar Baxış vətənə sevgisini belə ifadə edirdi:
”Vətən, uşaq anasını,
yetim göz yaşını,
kasıb balasını nə qədər istəyirsə,
mən də səni o qədər istəyirəm”…
Və bu sevgi onu vətənin azadlığı, istiqlaliyyəti uğrunda mübarizəyə səsləyirdi. Universitet divarları arasında qadağan olunmuş mövzularda gizli söhbətləri dinləməsi Eldarın mübarizə əzmini daha da artırırdı. O, cəmi 23 ay ömür sürən Demokratik Azərbaycan Respublikasının bərpa olunmasını arzulayırdı. Lakin bu arzunu o zaman dilə gətirmək mümkün idimi?
Nəhayət, gənc şair fikirlərini söyləmək üçün simvolik obrazlara müraciət etməli oldu. O zaman ədəbiyyatımızda fikri simvolik vasitələrlə ifadə etmək ənənəsi yaranmaqda idi və bu ədəbi üslubun öncülü ”Rənglər” şeirlər silsiləsini yazan, ”sarı” rəngi simvolik şəkildə ”kisiyin böyük qardaşı” adlandıran, ”Bağları qum basdı” deyə haray qaldıran, ”sarı qumun qara tənəkləri altına almasını” söyləyən Rəsul Rza idi. Rəsul Rzanın şeirlərini maraqla oxuyan, hətta onun haqqında məqalə yazıb çap etdirən Eldar Baxışın özünün də bu vasitəyə əl atması təsadüfi deyildi. Eldar Baxışın ”Yaşılım, yaşılım, hara gedirsən” şeirindəki ”yaşıl” rəng Demokratik Azərbaycan Respublikasının, onun hakim partiyası Müsavatın, ”sarı” isə bu rəngi saraldıb solduran rusların simvolik obrazı ildi:
O sarı zamanın sarı payızı,
o sarı payızın sarı küləyi,
o sarı küləyin sarı şilləsi
sındıracaq səni, əyəcək səni.
Düşəcək dalınca canavar kimi,
qurd kimi dağıdıb yeyəcək səni, –
Yaşılım, yaşılım, hara gedirsən?
Göründüyü kimi, Eldarın əksər şeirlərində olduğu kimi burada da əsas fikir sözün üst qatında yox, simvolik obrazlar vasitəsilə verilmiş daxili qatında, sətiraltı mənasındadır. Eldar izi azdırmaq, əsas fikri ”qlavlit”in gözündən yayındırmaq, pərdələmək üçün ”ağac yaşıl”, ”yarpaq yaşıl”, “ot yaşıl” ifadələrindən istifadə edirdi…
Eldar Baxışın o zaman yazılan şeirlərinin bir qismində sovet ictimai quruluşuna qarşı nifrət motivləri sezilməkdə idi. ”Yana-yana” şeirində çayxanada sadə adamların söhbətini ön plana gətirməklə müəllif öz əsas məramını verməyə çalışırdı. Bu zaman bir bədii vasitə kimi kinayə onun köməyinə gəlirdi. Taksi sürücüsünün Fordun qarasına deyinməsi acı təbəssüm yaradırdı.
Eldarın ”Qara göz yaşları” şeirində isə ”yarı balıqlar, yarı ətlər”, ”quru heykəllər, quru bütlər”… tənqid hədəfinə çevrilirdi… ”Kefin necədir” şeirinin daxili qatında isə ictimai quruluşun lirik qəhrəmanın əhvali-ruhiyyəsinə təsiri məsələsi ön plandı idi.
Azadlıq ideyası Eldar Baxışın əksər şeirlərinin başlıca leytmotivini təşkil edir. Şair nədən yazırsa-yazsın, bu və ya digər şəkildə azadlıqdan söhbət açırdı. Məsəln, böyük türk şairi Nazim Hikmətə həsr edilmiş ”Qəribə adam”, zənci Con Harrisə həsr edilmiş ”Con Harrisə məktub” və s. şeirlərinin mərkəzində də azadlıq ideyası ön planda idi.
Qarabağ hadisələrinin başladığı ilk gündən Eldar Baxış qələmini süngüyə, silaha çevirib düşmənə, onun havadarlarına hücüm eləyən qələm sahiblərimizdən biri idi. Onun Zori Balayana yazdığı açıq məktub o zaman dillər əzbəri idi… Eldar xalqımızın düşməninə xatırladırdı ki, böyük budaqların böyük qolu var, ona meydan oxumaq hər xalqın işi deyil. Eldar sözün bədii gücü ilə göstərirdi ki, ”İrəvan dilində sayıqlayan, Moskva dilində zarıyan” Balayanın yazdıqları göydəndüşmə deyil, bu azar ona hampadan, keşişdən, ”böyük Ermənistan” xülayasından gəlib. Zori Balayanı ittiham edən, onu sözlə öz yerində oturtmağa çalışan Eldar Baxış özümüzdə də günahın az olmaması qənaətinə gəlirdi:
O nədir yazmısan Zori Balayan,
”Bala” da bizimdir, ”zor” da bizimdir.
Ölmək istəyirsən, gəl Qarabağa,
Kəfən də bizimdir, gör da bizimdir.
Ordan apararam öz kəndimizə,
Tutub apararam göyə çıxasan.
Ancaq qorxuram ki, gedəsən orda
Mənim kəndimə də yiyə çıxasan…
Bu misraları yazanda heç Eldar Baxışın ağlına gəlməzdi ki, indi rusların havadarlığına arxalanan ermənilər nəinki Dağlıq Qarrabığ, hətta ona bitişik ətraf rayonlara da, şairin doğulub boya-başa-çatdığı, babalarının, nənələrinin qəbri uyuyan doğma Müskanlıya da ”yiyə çıxacaqlar”…
Eldar Baxışı elə vətən dərdi öldürdü. Eldar torpaqlarımızın düşmən tapdağı altına düşməsinə heç cür dözə bilmirdi. ”Dünya sülh istəyir” şeirində Eldar təəssüflə bu qənaətə gəlirdi ki, ”Azadlığın, Bərabərliyin, Qardaşlığın, Sülhün işi qalıb Allaha.”
1988-ci ildə qələmə aldığı mənim ”Çiçək xalqım” adlı şeirində Eldar Baxış xalqımızın içində mürgüləyən vulkanı yuxusundan oyatmaq istəyir, onun övladlarına Şamanı, Atillanı, Şah İsmayıl Xətaini, Koroğlunu xatırladırdı. Vəziyyətin son dərəcə gərgin olduğunu hiss edən, ”Silva Kaputikyanları, Zori Balayanları” üstümüzə qaldıranların kimliyini yaxşı bilən şairin Allaha yalvarmaqdan başqa çarəsi qalmırdı. Vətənin başına gətirilən müsibətlər, torpaqlarımızın işğal olunması, həm daxildə, həm xaricdəki düşmənlərin çoxluğu Eldar Baxışın şair ürəyini yaralayır, onun əsəblərini tarıma çəkirdi. Təsadüfi deyil ki, həmin hadisələr zamanı dünyasını dəyişən Eldar Baxışı qələm dostları ”şəhid şair” adlandırırdılır.
Torpaqlarımızın azad olunduğu günü görə bilməyən, qəbir daşına öz vəsiyyəti ilə ”Azadlıq” sözü yazılan Eldar Baxışın vətənpərvərlik, müstəqillik, azadlıq, bütövlük, mərdlik, kişilik, qeyrət ruhuyla yoğrulan şeirləri indi də öz təsir gücünü itirməmişdir və yeni nəslin tərbiyəsində onun yaradıcılıq nümunələrinin təsir gücü böyükdür…

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.

ELDAR BAXIŞIN YAZILARI


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru