Etiket arxivi: TUNCAY ŞƏHRİLİ

Şeyxzamanlı – Difai

Şeyxzamanlı yazırdı:

“Azərbaycan türklərinə düşmən kəsilmiş məmurların öldürülməsini birbaşa üzərinə götürən Difai hər belə qətldən sonra məsuliyyəti öz üzərinə götürməklə yanaşı, öz möhürü ilə bəyannamədə yayırdı. Difainin möhürü Azərbaycan türkü üçün bir intiqam günəşinə, bu millətin qanını içməyə hazır olan yadelli məmurlar üçün isə ölüm mələyinin simasına dönmüşdü.”

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Kimdir xoşbəxt?” sualına cavab tapıldı – yeni kitab

Tanınmış yazıçı Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” mükafatı laureatı Sədulla Şirinovun “Kimdir xoşbəxt?” adlı yeni kitabı işıq üzü görüb. Yazarlar cameəsi adından bu münasibətlə Sədulla müəllimi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Qeyd edək ki, “Kimdir xoşbəxt?” Sədulla Şirinovun sayca altıncı kitabdır. Onun əvvəllər işıq üzü görmüş digər beş kitabı PDF formatında aşağıda təqdim olunub (bu kitabları.səhərimizin kitab dükanlarından ənənəvi kağız variantnda da əldə etmək mümkündür):

Bayramınız mübarək olsun əziz yazarlar və oxucular!

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan Milli Kitabxanası “İLİN BİLİK ÜNVANI” mükafatına layiq görülüb

Azərbaycan Milli Kitabxanası “İLİN BİLİK ÜNVANI” mükafatına layiq görülüb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunmuş tədbirində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası fəal fəaliyyətinə görə “İLİN BİLİK ÜNVANI” mükafatına layiq görülmüşdür.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəfəq Nasir “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə təltif olunub

Şəfəq Nasir “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə təltif olunub

Tanınmış jurnalist, yazıçı Şəfəq xanım bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün Azərbaycan Mətbuat Şurasında, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunmuş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə təltifolunma mərasimi keçirildi. Bəndəniz də mükafat alanların sırasında idi.

İlk olaraq, milli mətbuatımızın atası H.B.Zərdabinin adı ilə bağlı olan yubiley medalı ilə təltif olunmağıma görə cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm…


Tarixdə 1969-cu ildi. Səkkizinci sinif şagirdi Şəfəq Məmmədova imzası ilə rayonumuzun “Yüksəliş” qəzetinin 19 aprel (№ 46 (1.045) tarixli sayında “Anam haqqında nəğmə” adlı ilk şeirim dərc olunmuşdu. Bundan sonra şeirlər, esselər, məktəb həyatından bəhs edən yazılarla rayon qəzetində müntəzəm olaraq çıxışlar etdim. Bir də baxdım ki, hər şeydən uca, dəyərli olan Sözlə sirdaşam. Sözə bunca aşiqlik məni jurnalistikaya gətirdi…

O vaxtdan bu günə, 56 ildir ki, qələmdən ayrılmadım. Yüzlərlə bədii, publisistik əsərlər, İrəvanda iki anadilli mətbuatın tədqiqi, transliterasiyası, 1 monoqrafiya, tarixi, ədəbi şəxsiyyətlərin həyat və yaradıcılıq yolunu əks etdirən tədqiqat xarakterli məqalələr, xeyli sayda kitabın redaktoru, onlarla kitaba yazdığım Ön söz və 13 adda müxtəlif növ və janrlarda ədəbi mətnlərin yer aldığı kitab…

Hazırda masamın üzərində iki irihəcmli əsər üzərində iş, arxivimdə olan iri qovluq arası xam materiallar, qəfl qafamda doğulacaq mövzular ömrün davamını da Sözlə, qələmlə (oxu bilgisayarla) baş-başa olacağımı deyir…”

“P.S. “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025) ” yubiley medalına layiq görülmüş dostlarımı – ömrünün böyük bir hissəsini həqiqi mənada mətbuata, jurnalistikaya həsr etmiş həmkarlarımı təbrik edirəm.”

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əli Çağlanın yeni kitabının təqdimatı keçirilib – Fotolar

24 dekabr 2025 tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda təbrizli gənc şair Əli Çağlanın “Katarina” adlı şeirlər kitabının təqdimatı və imza günü keçirilib.

Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, şair Həmid Herisçi, filologiya elmləri doktoru Pərvanə Məmmədli, filologiya elmləri doktoru Esmira Fuad, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, iqtisad elmləri doktoru, şair Rəsmiyyə Sabir, gənc yazar İlahə Səfərzadə, İranlı mühacirlər cəmiyyətinin nümayəndələri cənubşünas, milli fəal Yədulla Kənani, jurnalist Güləddin İsmayılov və başqaları çıxış edib.

Xalq şairi, AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri Sabir Rüstəmxanlının moderatorluğu ilə baş tutan tədbirdə Əli Çağlanın şeirləri təhlil olunub, onun Güney Azərbaycan və Azərbaycan Respublikası arasında ədəbi əlaqələrdəki önəmli fəaliyyətindən bəhs ediblər.

Tədbirin gedişində Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Azərbaycan Yazıçılar Birliyinin Fəxri üzvü təbrizli gənc şair Əli Çağlaya Dünya Gənc Türk Yazarlar Birliyinin üzvülük vəsiqəsini təqdim edib.

Ənənəvi olaraq tədbirin sonunda gənc şairə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə verilən “Ziyadar” mükafatı təqdim olunub. Mükafatı yazarlar cameəsi adından “Yazarlar” jurnalının baş redaktoru, MYK-nın icraçı katibi şair Zaur Ustac təqdim edib.

Qeyd edək ki, Əli Çağlanın bu gün təqdim olunan kitabı Azərbaycanda Bakı şəhərində “Yarasa” nəşriyyatı tərəfindən, daha sonra isə Türkiyədə Ankara şəhərində “Efsun” nəşriyyatında çap olunaraq yayımlanıb.

“Yazarlar” olaraq təbrizli gənc şair dostumuzu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Fotolara görə Arzu Murada sonsuz təşəkkürümüzü bildiririk! Tədbirdən fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“HÖKUMƏ” POEMASININ TƏQDİMATI KEÇİRİLDİ

“HÖKUMƏ” POEMASININ TƏQDİMATI KEÇİRİLDİ

Mahir Cavadlının poeması “Fyuzat” nəşriyyatı tərəfindən ayrıca kitab şəklində çapdan çıxıb.

24 dekabr 2025-ci ildə respublika Veteranlar Təşkilatı inzibati binasının geniş akt salonunda şair Mahir Cavadlının Azərbaycanın ilk pilot Milli Qəhrəmanı Hökumə Əliyevanın şərəfli həyat yolundan bəhs edən “Hökumə” poemasının təqdimatı keçirildi.
Tədbiri yazıçı Əli bəy Azəri giriş sözü ilə açıq elan etdi. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Tədbir iştirakçıları dövlət himnini ayaqüstə dinlədilər. Sonra ömrünün böyük bir hissəsini müstəqil Azərbaycan Respublikasının bərqərar olmasına sərf etmiş ulu öndər Heydər Əliyevin, ölümü ilə bir mərdlik, mətanətlik simvolu yaratmış Hökumə Əliyevanın və Azərbaycanın ərazı bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Əli bəy Azəri şair Mahir Cavadlının həyat və yaradıcılığından danışdı, “Hökumə” poemasının yaranmasından bəhs etdi, müəllifin “Riad” poeması ilə “Hökumə” poeması arasında paralellər apardı, hər iki poemada folklor nümunələrinə çevriləcək deyimləri xüsusilə vurğuladı. Əli bəy Azəri məruzə-çıxışını yekunlaşdırıb sözü Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri ehtiyatda olan polkovnik Cəlil Xəlilov yoldaşa ötürdü.
Cəlil Xəlilov ötən ilin 25 dekabrında qonşu Rusiya dövləti ərazisində baş vermiş terror aktından, nəticədə həlak olanlardan, hadisənin iki ölkə arasında yaratdığı diplomatik gərginlikdən və mövcud ictimai-siyasi hadisələrdən bəhs etdi. Onun çıxışından sonra Mahir Cavadlının Ali Baş Komandana ithaf etdiyi, Zabitə Zibanın bəstələdiyi, Sərxan Bünyadzadənin ifasında “Alqış” və şairin sözlərinə bəstələnmiş “Son uçuş” mahnılarına çəkilmiş klip səsləndirilməklə ekranda göstərildi.
Onun ardınca silsilə çıxışlar oldu.
AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamil, kiçik elmi işçi Cəmilə Niyazqızı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi şair Adil Həsənoğlu, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Yeni Zəngilan” qəzetinin yaradıcısı və baş redaktoru, şair Salam Cavadlı, AMEA Botanika və Bitkiçilik institutunun əməkdaşı şair Xosrov Natil, yazıçı Nurəddin Ədiloğlu, ilahiyyətçi Hacı Həsən Hüseyni, Azərbaycan Silahlı Qüvvələr veteranı polkovnik Elşad Qoca, Azərbaycan Veteranlar Şurasının məsul vəzifəliləri Ənvər Qarayev, Azad Musayev, İsa İsayev, Zəngilan rayon poçy şöbəsinin müdiri Zakir Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Yurd” jurnalının baş redaktoru Zəhra Səfəralıqızı, rəssam Nazim Hüseynov və başqaları çıxış edərək Mahir Cavadlının yaradıcılığından, Hökumə xanımın nakam həyatından danışdılar, onun əbədi obrazının yaradılmasından təskinlik tapdıqlarını, əziz xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını xüsusilə vurğuladılar.
Eyni zamanda “Yazarlar” jurnalının baş redaktoru şair Zaur Ustac çıxışında Hökumə xanımın atdığı mətin və cəsarətli addımından bəhs etdi, onun xatirəsinə yazdığı şeiri səsləndirdi və hər şairin, yazıçının yaradıcılığı boyu yalnız bir dəfə təltif oluna biləcəyi “Ziyadar” mükafatını gurultulu alqış sədaları altında Mahir Cavadlıya təqdim etdi.
Tədbirdə Azərbaycanın ilk qadın pilotu Milli Qəhrəman Hökumə Əliyevanın anası və Etibar Əliyev iştirak edirdi. Tədbirin sonunda söz alan Etibar Əliyev tədbir iştirakçılarına və poemanın müəllifinə yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.
Sonda xatirə şəkilləri çəkildi.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bayram Bayramov 1918-ci il dekabrın 11 (Ağdam)

BAYRAM BAYRAMOV

Bayram Bayramov 1918-ci il dekabrın 11-də Cavanşir qəzasının Şıxavənd kəndində (indiki Ağdam rayonunun Əlimədədli kəndi) ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934–1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938–1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940–1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941–1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir.
Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: Yeddiillik Əlimədətli orta kənd məktəbinin müəllimi (1944–1945) işləmişdir. 1945–1950-ci illərdə ADU-nun Filologiya fakültəsində təhsil almışdır. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948–1955), radionun “Ədəbi dram verilişləri redaksiyası”nda məsul redaktor (1956–1958), “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi (1958–1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960–1963) işləmişdir. Bir müddət yenə bütün qüvvəsi ilə yaradıcılıqla məşğul olmuşdur. Dövlətnəşrkomda sədr müavini kimi çalışmışdır (1966–1971). Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində işləmişdir (1989-cu ildən). Azərbaycan Yazıçılar Birliyi Şurasının üzvü seçilmişdir (1991).
Fəal ictimaiyyətçi, Azərbaycan KP 26 Bakı komissarı rayonu Partiya Komitəsinin büro üzvü (1960), Bakı Şəhər Xalq Deputatları Sovetinin (1961, 8-ci çağırış) deputatı və rayon Sovetinin (1959, 7-ci çağırış), Müstəqil Azərbaycan Respukliası Milli Məclisinin deputatı olmuşdur. “Şərəf nişanı” ordeni (1968), “Xalqlar dostluğu” ordeni (1978), “Böyük Vətən müharibəsi” ordeni (1985), “Qırmızı əmək bayrağı” ordeni (1988), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1967) və medallarla təltif edilmişdir. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunmuşdur.
1994-cü il noyabrın 9-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Yaradıcılığı
Bayram Bayramov bədii yaradıcılığa 1950-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Körpü” adlı ilk hekayəsi ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Bayram Bayramov ilk əsərlərindən başlayaraq, müasir Azərbaycan kəndinin həyatına, məişətinə dərindən bələd olan bir yazıçı kimi tanınmışdır. 60-cı illərin sonlarına doğru bilavasitə şəhər mövzusunda, əsasən intelektual peşə adamlarının həyatından bəhs edən romanlar yazmışdır. Yazıçı ondan artıq roman, çoxlu hekayə və on beşdən çox povest yazmışdır.
Ədibin ilk povesti olan “Tək adam” 1954-cü ildə qələmə alınmışdır. Yazıçı povestin mövzusunu kənddən almışdır. Həmin povesti qələmə alanda bir neçə hekayəsi və oçerki çap edilmişdir. Ədibin ikinci povesti olan “Müqəddəs vəzifə” 1955-ci ildə qələmə alınıb. Kollektivləşmə dövrünün hadisələrindən bəhs edən “Yasəmən” povesti istisna olmaqla, ədibin, demək olar ki, bütün əsərlərinin mövzusu müasir həyatdan, əsasən, yazıçının şahidi olduğu hadisələrdən, yaxşı tanıdığı adamların həyatından alınmışdır.
Bayram Bayramovun “Karvan yolu” epopeyasında görkəmli yazıçı-demokrat Cəlil Məmmədquluzadənin həyatına müraciət edilmişdir. Ədib “Mən ki gözəl deyildim” povestində namuslu əməyin, halal zəhmətin və alıntəri ilə qazanılan çörəyin insana gətirdiyi sevinci və qürur hissini öz müsbət qəhrəmanlarının timsalında əks etdirmişdir.
Müəllifin 1960-cı ildə çap olunan “Gördüyümüz günlər” povestində sosializm mühitinin, onun bərqərar etdiyi birgəyaşayış prinsiplərinin müsbət, tərbiyəedici təsiri qabarıq göstərilmişdir. “Gördüyümüz günlər” povestində də “Mən ki gözəl deyildim…” və “Sənsz” povestlərindəki kimi konkret bir gəncin həyat tarixçəsi, daha doğrusu, həyatının bir mərhələsinin təsviri və tənqidi öz əksini tapmışdır. Povestdə hadisələr Böyük Vətən müharibəsi illərində Bakıda cərəyan edir. Həmçinin “Mən ki gözəl deyildim…” və “Sənsz” povestlərində də hadisələr müharibədən sonrakı ilk illərdə baş verir.
1957-ci ildə qələmə alınan “Onun gözləri” povestində Bayram Bayramov müasirlərin həyatını müxtəlif tərəflərdən və müxtəlif problemlər müstəvisində əks etdirmişdir. Müəllifin 1962-ci ildə qələmə aldığı “Sevirsə qayıdacaq” povestində əxlaqi-mənəvi məsələlərə toxunmuşdur. Nasirin 60-cı illərdə qələmə aldığı povestlərindən biri də “Qoz ağacı” povestidir. Həmin povestdə köhnə adət-ənənə, vaxtı keçmiş əxlaq normaları, “atalar və oğullar” problemindəki mühafizəkarlıq əleyhinə yazılmış əsərdir.
Bayram Bayramovun əsərlərində qadın surətləri xüsusi yer tutur. Yazıçı “Sərinlik” povestindəki Firəngiz surətində Azərbaycan sovet nəsrinin qadın surətlərinə münasibətdəki qırx illik təcrübəsini ümumiləşdirmişdir. Yazıçı həmçinin “Oğul həsrəti” əsərində Azərbaycan qadınlarının Böyük Vətən müharibəsində iştirakından bəhs edir.
1967-ci ildə çapdan çıxan “Üç gün, üç gecə” kitabına ilk dəfə daxil edilmiş eyniadlı povest Bayram Bayramovun yaradıclığında mövzu yeniliyi baxımından fərqlənir. Belə ki, Böyük Vətən müharibəsində alman faşizminə qarşı döyüşlərdə iştirak edən yazıçının “Üç gün, üç gecə” povestini istisna etməklə, demək olar ki, müharibə ilə bağlı mövzuya yaradıcılığında çox az rast gəlinir. “Üç gün, üç gecə” povestində Bayram Bayramov Azərbaycan nəsrinin müharibə ilə bağlı ənənələrini yaradıcılıqıa davam etdirmişdir. Povestdə yazıçı diqqəti, əsasən, iki gəncin taleyi üzərində cəmləşdirmişdir. Ədib onların çətin sınaqlardan necə çıxdıqlarını, vətənpərvərlik, mərdlik və igidlik nümunəsi göstərdiklərini müharibə səhnələri fonunda əks etdirməyə çalışmışdır.
Yazıçının 70-ci illərdə qələmə aldığı “Qaşsız üzük” əsəri müasir nəsrimizdə publisist povestin nümunələrindən biridir. Əsər on bir hekayədən ibarətdir. Bu hekayələrin hər birində müəllif konkret bir mövzunun üzərinə işıq salaraq, oxucuları ictimai və mənəvi həyatdakı ibrətamiz və üzərində düşünüb-danışmaq tələb olunan hadisələrlə tanış edir. Yazıçı “Oğul həsrəti” və “Sarı baba” povestlərində Böyük Vətən müharibəsi dövrünün hadisələrini diqqət mərkəzinə çəkir.
Əsərləri:
Romanları
“Xəzinə”
“Yarpaqlar”
“Mənim bəlalı sevgim”
“Fəhlə qardaş”
“Cıdır düzü”
“Tək palıdın kölgəsi”
“Şəhərdən gələn qız”
“Gün batanda”
“Yazılmamış kitab”
“Arakəsmələr”
Povestlər
“Sənsiz”
“Bələdçi”
“Sərinlik”
“Qoz ağacı”
“Ayna”
“Sevirsə qayıdacaq”
“Gördüyümüz günlər”
“Mən ki gözəl deyildim…”
Kitabları
“Tək adam”. Bakı: Uşaqgəncnəşr, 1956, 160 səh.
“Üç gün, üç gecə”. Bakı: “Gənclik” nəşriyyatı, 1967.
“Yarpaqlar” (roman). Bakı: Uşaqgəncnəşr, 1961, 312 səh.
“Sənsiz” (povestlər). Bakı: Azərnəşr, 1963, 266 səh.
“Onun gözləri” (roman). Bakı: Azərnəşr, 1964, 408 səh.
“Xəzinə”. “Bəlalı sevgim” (romanlar). Bakı: Azərnəşr, 1965, 438 səh.
“Arakəsmələr” (roman). Bakı: Azərnəşr, 1966, 569 səh.
“Üç gün, üç gecə” (povestlər). Bakı: Gənclik, 1967, 472 səh.
“Seçilmiş əsərləri” (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1968, 514 səh.
“Seçilmiş əsərləri” (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1968, 431 səh.
“Yasəmən”. Bakı: Gənclik, 1969, 298 səh.
“Arakəsmələr” (roman). III, IV kitab. Bakı: Azərnəşr, 1971, 435 səh.
“Fəhlə qardaş”. Bakı: Gənclik, 1975, 217 səh.
“Qaşsız üzük” (povestlər). Bakı: Azərnəşr, 1977, 404 səh.
“Yazılmamış kitab”. Bakı: Yazıçı, 1978, 488 səh.
“Cıdır düzü”. Bakı: Yazıçı, 1979, 476 səh.
“Gün batanda”. Bakı: Yazıçı, 1981, 448 səh.
“Seçilmiş əsərləri” (üç cilddə). I cild. Bakı: Yazıçı, 1984, 328 səh.
“Seçilmiş əsərləri” (üç cilddə). II cild. Bakı: Yazıçı, 1984, 324 səh.
“Şəhərdən gələn qız”. Bakı: Yazıçı, 1984, 488 səh.
“Seçilmiş əsərləri” (üç cilddə). III cild. Bakı: Azərnəşr, 1985, 431 səh.
“Karvan yolu” (roman). I cild. Bakı: Yazıçı, 1986, 798 səh.
“Çox sözdən sonra” (povest və hekayələr). Bakı: Yazıçı, 1989, 294 səh.
“Üzlü-astarlı günlər” (roman-xatirə və publisistik məqalələr). Bakı: Gənclik, 1992, 392 səh.
“Karvan yolu” (roman). II cild. Bakı: Azərnəşr, 1993, 430 səh.
Filmoqrafiya
Mən ki, gözəl deyildim (film, 1968)
Firəngiz (film, 1975)
Onun bəlalı sevgisi (film, 1980)

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

30.000 illik bir sirr: insanlığın tarixini yenidən yazan tapıntı

30.000 illik bir sirr: insanlığın tarixini yenidən yazan tapıntı

Portugaliyanın mərkəzində, kölgəli bir mağaranın dərinliyində, bir uşağın sümükləri təxminən 30.000 il ərzində toxunulmaz qalmışdı… ta ki, bir qrup arxeoloq torpağı qaldırıb, mənşəyimizin köklərini silkələyəcək bir sirri üzə çıxarana qədər. Onlar ona Lapedo Uşağı adını verdilər.

Lagar Velho adlı qayalı sığınacaqda diqqətlə dəfn olunmuş bu balaca — ölüm zamanı təxminən 4 yaşında — arxası üstə uzanmış halda tapıldı. Üzəri qırmızı oxra ilə örtülmüşdü, ətrafında dovşan sümükləri və maral qalıqları vardı. Qida israfı deyil… təklif. Simvollar. İşarələr. Bir ritual. Bir dəfn. Ölümün o tərəfinə inam.

Ancaq alimləri susqun qoyan şey dəfn deyil, bədəni idi.

O, bizə — Homo sapiens-ə — bənzəyirdi, amma ayaqları… qalın, kobud, ibtidai. Neandertal. Uşaq hibrid idi. Bir vaxtlar rəqib sayılan iki növ arasında körpü.

Ən müasir radiokarbon təyin etmə metodları sayəsində bu gün bilirik ki, o, 25.830–26.600 e.ə. arasında yaşamışdır.

Nəticələr? Şokedici.

Bu, ayrı-ayrı bir hadisə deyildi. Bu — Homo sapiens və neandertalların birləşdiyinə, onların irsinin yox olmadığını, əksinə, qarışdığını, bir-birini sevdiyini, ölülərinə yas tutduğunu və onları qayğı ilə dəfn etdiyini sübut edən möhkəm, danılmaz dəlil idi.

Mağarada hələ də kömür izləri var — sanki onun son vidalaşmasını işıqlandıran od zamanın içində donub qalıb.

Lapedo Uşağı sadəcə bir skelet deyil.

O, sümüklərimizə həkk olunmuş bir mesajdır; pıçıldayır ki, bizim tariximiz təcriddən yox, bağlantıdan, ritualdan və iki qədim ruhun iç-içə keçməsindən ibarətdir.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bahar Bəxtiyarqızı təltif olunub – Təbrik!

Gənc yazıçı Bahar Bəxtiyarqızı “Əslində mən kiməm?” adlı yeni kitabının işıq üzü görməsi münasibətilə “Ziyadar” mükafatı ilə təltif olunub.

Mukafatı bu gün – kitabın imza günündə “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim edib:

YAZARLAR olaraq Bahar Bəxtiyarqızı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru