Etiket arxivi: Zaur Ustac – 50

Analar günü

ANAM
Adına palaz deyib,
Atdı ayağımızın altına dünyanı…
Adına gəbə deyib,
Asdı gözümüzün qabağına dünyanı…
Dünyamız gəbə qaldı,
Biz anlayana qədər naxışlarda…
Ata sözünü öz dilində çatdırdı bizə Anam…
Kimə çatdı, kimə hələ yüz ildən sonra çatacaq…
Hər iki halda fayda var Anamın sözündə,
Sirli tarixim yatır;
Anamın hər ilməsində,
Hər naxışında,
Hər palazında,
Hər gəbəsində…
Ata sözünü cejimlərə toxuyub,
Xurcunlara doldurdu Anam…
Övladlara sovqat olsun deyə…
İlmə-ilmə, fərş-fərş, xalı-xalı
Gözümüzün önünə sərdiyi dünyanın
İpliyi, yunu olduğunu anlatdı Anam…
Kimi anladı, kimi yüz ildən sonra anlayacaq…
Hər iki halda fayda var Anamın sözündə,
Sirli tarixim yatır;
Anamın hər ilməsində,
Hər naxışında,
Hər palazında,
Hər gəbəsində…
Ərşi ərişlərə köçürdü,
Zəmini bükdü dükcələrə…
İpin ucunu biləyimizə bağladı,
Kələfin ucunu itirməyək deyə…
Bir nişanı min dəfə kirkidlədi,
Qulağımızda sırğa olsun deyə….
Dünyanı çeşni-çeşni tanıtdı bizə Anam…
Simgə-simgə, damğa-damğa
Anamın arğacından keçdi dünya…
Atamın toqqasından Anamın çeşnisinə köçdü dünya…
Dünya hər zaman gəbədir yeni dünyaya!!!

05.07.2023. Bakı.

Müəllif: Zaur USTAC

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac (1975)

Zaur Mustafa oğlu Mustafayev (8 yanvar 1975, Bakı) — Şair, publisist, Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı,[1] Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019-cu ildən).[2]

Həyatı

[redaktə | vikimətni redaktə et]

Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsi iştirakçısı və hal–hazırda ehtiyatda olan zabitdir.[3]

Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.[4]

Zaur Ustac “Yazarlar” jurnalının təsisçisi[5] və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatıdır.[6]

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir.[7] O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[8],[9]

Əsərləri

[redaktə | vikimətni redaktə et]

Kitabları

[redaktə | vikimətni redaktə et]

  • ”Günaydın “(“Ağçiçəyim”)
  • “Mum kimi yumşalanda”
  • ”Məhdud həyatın məchul düşüncələri”
  • ”İstəməzdim şair olum hələ mən”
  • ”Gülzar”
  • ”Oriyentir Ulduzu” – I, II, II, IV nəşrlər[10]
  • ”Şehçiçəyim”
  • “Gülünün şeirləri”
  • ”Balçiçəyim”
  • ”Bayatılar”
  • ”Bərzəxdə”
  • ”Sevin ki, seviləsiz”
  • “Qəlbimin açıqcası”
  • “93-ün yayı və ya bir qaşıq qatıq”
  • “2016”
  • “Nişangah”
  • “Ustadnamə”
  • “Usubcan əfsanəsi”
  • “Çəhrayı kitab”
  • “Otuz ildir əldə qələm “
  • “Əliş və Anna”[11][12]
  • “Qələmdar”[13]
  • “Yaradanla baş-başa”
  • “Zimistan”[14]
  • “45” (şeirlər)[15][16]
  • “Ülyahəzrət”[17]
  • “Qədimliyə bürünmüş yenilik” [18][19]
  • “Gülüzənin şeirləri”[20][21]
  • “Sevgi dolu şeirlər” [1],[2],[3]

Tərcümələri

[redaktə | vikimətni redaktə et]

  • Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”)[22]
  • Stiven Rebli.”Troya Daşı” (Stephen Rabley “The Troy Stone”)[23]

Tədris vəsaitləri

[redaktə | vikimətni redaktə et]

  • “Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait.[24][25][26]
  • “39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)[27]

Məqalələri

[redaktə | vikimətni redaktə et]

  1. Zaur Ustac “Dağlar” haqqında[28]
  2. Su — dünyaya açılan bir pəncərədir[29]
  3. “Hərb mövzulu yazılar” I[30] və II[31]
  4. Nəzmi şah və ya Kəmaləddin Qədim[32]

Layihələri

[redaktə | vikimətni redaktə et]

Mükafatları

[redaktə | vikimətni redaktə et]

  1. Qızıl qələm mükafatı[38]
  2. İlin Vətənpərvər Şairi[39][40]

Ədəbiyyat

[redaktə | vikimətni redaktə et]

  1. Aida Hacıxanım “Məqam”[41]
  2. Aida Hacıxanım “Ömrün anları”[42]
  3. Aida Hacıxanım “Otuz şeir, otuz fikir”[43]
  4. Gülü “Zaur Ustac”[44]
  5. Qələndər Xaçınçaylı “Taclı şair”[45]
  6. Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə[46] və II hissə[9]
  7. Kamal Camalov “Əliş və Anna haqqında”[47]
  8. Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası”[48][49][50]
  9. Vaqif İsaqoğlu “Zaur Ustacın poetik dünyası”[4],[5]

Mənbə

[redaktə | vikimətni redaktə et]

  1. Azərbaycan Milli Kitabxanası[51]
  2. Milli Virtual Kitabxana[52]
  3. Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası[53]
  4. Prezident Kitabxanası[54]

İstinadlar

[redaktə | vikimətni redaktə et]

  1. ↑ “Azərbaycan Jurnalistlər Birliyinin Təbriki”. zefernews.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 15 aprel 2019. 2025-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2025.
  2. ↑ “Azərbaycan Respublikası Prezidentinin Fərmanı”. president.az (az.). Azərbaycan Respublikasının Prezidenti. 15 aprel 2019. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  3. ↑ “”Bir vətəndaş kimi düşünməliyik – bu gün vətənə nə vermişik…””. anl.az (az.). Həftə içi.- 2018.-17-19 noyabr.- S.8. 17–19 noyabr 2018. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  4. ↑ “Zaur Ustac Azərbaycan mətbuatında” (az.). Yazyarat.com. 09 yanvar 2021. 2021-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2021.
  5. ↑ “2007-ci ilin avqust ayının 1-dәn 2008-ci ilin avqust ayının 1-dәk reyestrә daxil edilmiş mәtbu nәşrlәr barәdә məlumat” (PDF). ajb.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 16 avqust 2007. 2020-12-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 dekabr 2020.
  6. ↑ “Azərbaycan Jurnalistlər Birliyinin Təbriki”. zefernews.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 15 aprel 2019. 2025-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2025.
  7. ↑ “DÜNYANIN BİR RƏNGİ VAR…” adalet.az (az.). ADALET.AZ. 25 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  8. ↑ “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  9. ↑ Yuxarıda get:1 2 “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” II hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  10. ↑ “Arxivlənmiş surət” (PDF). 2022-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-02-08.
  11. ↑ “Zaur Ustac “Əliş və Anna””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  12. ↑ “Zaur Ustac “Əliş və Anna””. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  13. ↑ “Zaur Ustac “Qələmdar””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  14. ↑ “Zaur Ustac “Zimistan””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  15. ↑ “Zaur Ustac “45” (şeirlər)”. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  16. ↑ “Zaur Ustac “45” (şeirlər)”. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  17. ↑ “Zaur Ustac “Ülyahəzrət””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  18. ↑ “Zaur Ustac “Qədimliyə bürünmüş yenilik””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  19. ↑ “Zaur Ustac “Qədimliyə bürünmüş yenilik””. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  20. ↑ “Zaur Ustac “Gülüzənin şeirləri””. anl.az (az.). anl.az. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  21. ↑ “Zaur Ustac “Gülüzənin şeirləri””. yazarlar.az (az.). yazarlar.az. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  22. ↑ “Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”). Hekayə. Əsər “İngiliscə uşaq hekayələri” layihəsi çərçivəsində Zaur Ustac tərəfindən tərcümə olunub”. kitabxana.net (az.). Kitabxana.net. 18 dekabr 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  23. ↑ “Stiven Rebli.”Troya Daşı”. Zaur Ustacın tərcüməsində. Bu əsər “İngiliscə uşaq ədəbiyyatı” layihəsi çərçivəsində nəşr olunur”. kitabxana.net (az.). Kitabxana.net. 20 dekabr 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  24. ↑ “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. anl.az (az.). Anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  25. ↑ “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. mucru.art (az.). Mucru.art. 8 iyul 2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  26. ↑ “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. bakubookcenter.az (az.). Bakubookcenter.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  27. ↑ “”39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)”. anl.az (az.). Anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  28. ↑ “Zaur Ustac “Dağlar” haqqında”. anl.az (az.). Ədalət.-2019.-7 sentyabr.-S.14. 7 sentyabr 2019. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  29. ↑ “Su – dünyaya açılan bir pəncərədir…” anl.az (az.). Həftə içi.- 2019.- 3 may.- S.8. 3 may 2019. 20 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  30. ↑ “Hərb mövzulu yazılar I” (PDF). anl.az (az.). “Ədalət qəzeti.- 2019.- 26 iyun.- S.4. 26 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 dekabr 2020.
  31. ↑ “Hərb mövzulu yazılar II” (PDF). anl.az (az.). “Ədalət qəzeti.- 2019.- 28 iyun.- S.4. 28 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 dekabr 2020.
  32. ↑ “Nəzmi şah və ya Kəmaləddin Qədim”. anl.az (az.). Həftə içi.- 2019.- 12 mart.- S.8. 12 mart 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  33. ↑ “”Dağlar” işıq üzü gördü”. anl.az (az.). Həftə içi.- 2019.- 27-28 avqust.- S.4. 27–28 avqust 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  34. ↑ “”Oriyentir ulduzu” – Bizi Qarabağa səsləyən kitab”. tezadlar.az (az.). Tezadlar.az. 19 mart 2019. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  35. ↑ “Memarlıq irsimizə ehtiram hissilə atılan addımlar”. anl.az (az.). 525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.23. 3 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  36. ↑ “Memar Əliş bəy Kərəmli” (PDF). anl.az (az.). Ədalət qəzeti.- 2020.- 6 oktyabr.- S.7. 6 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 dekabr 2020.
  37. ↑ “Kremlin memarı Əliş bəy Kərəmli”. tezadlar.az (az.). Tezadlar.az. 3 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  38. ↑ “Prezident təqaüdünə layiq görülən yazçılar: Kimdir onlar? – BİZİM ARAŞDIRMA”. cebhe.info (az.). Cebhe.info. 26 iyun 2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  39. ↑ “Şairlər mükafatlandırıldı”. arasdirma.info (az.). Arasdirma.info. 20 noyabr 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  40. ↑ “Şairlər mükafatlandırıldı” (az.). Faxrali.com. 20 noyabr 2019. 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2021.
  41. ↑ “Aida Hacıxanım “Məqam””. anl.az (az.). anl.az. 7 may 2017. 20 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  42. ↑ “Aida Hacıxanım “Ömrün anları””. kitabxana.net (az.). kitabxana.net. 3 iyun 2018. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  43. ↑ “Aida Hacıxanım “Otuz şeir, otuz fikir””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  44. ↑ “Gülü “Zaur Ustac””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  45. ↑ “Qələndər Xaçınçaylı “Taclı şair””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  46. ↑ “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  47. ↑ “Kamal Camalov “Əliş və Anna haqqında””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  48. ↑ “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. yazarlar.az (az.). yazarlar.az. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  49. ↑ “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. kitabxana.net (az.). kitabxana.net. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  50. ↑ “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. anl.az (az.). anl.az. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  51. ↑ “Azərbaycan Milli Kitabxanası”. ek.anl.az (az.). Anl.az. 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2020.
  52. ↑ “Milli Virtual Kitabxana”. kitabxana.net (az.). Kitabxana.net. 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2020.
  53. ↑ “Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası”. azlibnet.az (az.). Azlibnet.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  54. ↑ “Prezident Kitabxanası”. ebooks.az (az.). Ebooks.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

  1. Zaur Ustacın youtube kanalı
  2. Zaur Ustacın facebook səhifəsi
  3. Zaur Ustac yazarlar.az saytında

İlkin mənbə (arxiv): archive.is

ZAUR USTACLA MÜSAHİBƏ

BİZ İŞIĞA DOĞRU İRƏLİLƏYİRİK!

Birinci Qarabağ müharibəsinin ağır illərində mübarizə aparan və Azərbaycanın ədəbiyyatına dəyərli töhfələr verən şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Zaur Ustac. Onun həyat yolu, müharibə təcrübələri və ədəbiyyata olan sevgisi, çoxlarının tanıdığı bir şəxsiyyətin arxasında dayanan dərin məna daşıyır. Bu müsahibədə Zaur Ustacla həyatının və yaradıcılığının izlərini danışacağıq.

– Əsl adınız Zaur Mustafayevdir. “Ustac” ləqəbini seçməyinizin hekayəsi nədir? “Ustac” nə deməkdir və niyə məhz bu adı seçdiniz?

-“Ustac” təxəllüsünü ilk dəfə təxmini  90-cı illərdə yazdığım bir şeirdə işlətmişəm. Şeirdə bir bənddə yazmışam:

Saçların var qulac-qulac,

Ustac olub sənə möhtac.

Bu şeirdən  sonra “ustac” maraq yaratdı və mən də bunu seçdim. Bir  təxəllüsüm olub. İlk şeir yazmağa başlayanda götürdüm və indi də işlədirəm. Həm də hər iki tərəfdən nəslim ustaclı tayfasına- Ərdəbilə-Arazın o biri tərfəinə gedib çatır. Bunun da yəqin ki, bir rolu var. Böyüdükdən sonra başa düşdüm ki, belə əlaqə də var. Peşman olmadım və bu gün də fəxr edirəm ki, bu ləqəbi ləyaqətlə daşıyıram.

– Həm nəsr, həm nəzm yazırsınız. Hansı anda hansı üslub sizi daha çox özünə çəkir? İçinizdə hansı daha güclüdür – şair, yoxsa nasir?

-Mənim üçün heç bir fərqi yoxdur. Niyə?  Biz hamımız dastanlarla, aşıq söhbətləri, onlar olmayan zaman-uzun qış gecələrində babaların, nənələrin söhbətləri ilə böyümüşük. Mən 1975-ci il təvəllüdəm. 1979-cu lin mart ayından- Novruz bayramından bugünə kimi hər şeyi xatırlayıram. Belə bir yaddaşım var. Bizim ailəmiz böyük olub. Övladlar, nəvələr qış gecələrində  baba evində toplaşardılar.Müxtəlif söhbətlər gedərdi. Həmişə nəzmlə nəsri birlikdə görmüşük. O, deyir, “aşıq sazla dediyini sözlə də dedi”. Ona görə, elə bir fərq görmürəm. Amma yazı yazan zaman sırf həmin məqamla bağlıdır ki, heç nə birdən-birə yaranmır. Beynində düşündükdən sonra nə vaxtsa yazıya köçürüsən. İnsanın özündən asılı deyil. Nəzmlə gələndə nəzmlə yazırsan, nəsrlə gələndə nəsrlə. Yadımdadır ki. “Oriyentir  Ulduzu” əsərini yazmışam Mübariz İbrahimov haqqında. Onu mən səhər 5 radələrində əlimdə kitab- dəftər uzaq yol gedərkən yazmışam. Necə ki, indi ağlıma gələn bir şeiri telefona yazıb qeyd edirəm, o zaman da bu əsəri yazıya səhər saatlarında yazdım bitirdim.

-Gənclik illərində təhsili yarımçıq qoyub müharibəyə getmisiniz. O qərarın arxasında hansı duyğular dayanırdı? Bu yaşantılar yaradıcılığınıza necə hopdu?

– Bu həqiqətən maraqlıdır. Mən ümumiyyətlə 1-ci sinifdən 11-ci sinifə kimi təhsilimi Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almışam. Birinci ordan olmağım rol oynayır. Əslində fərqi yoxdur, Bakıda da yaşasaydım, eynisi olacaqdı. Xasiyyət dəyişməzdir. Mən Ağdamda  hərbi qeydiyyatda olmamışdım, həmin zaman hərbi xidmətə rəsmi şəkildə başladığım məqamı desəm, bütün xidmət boyu həmin günü apardığım şəkili hərbi biletə yapışdırıblar və möhürsüz şəkildə hərbi biletlə məni xidmətə göndərmişdilər. Şükür heç problem olmadı. Hər kəsin bir missiyası var, Yaradan özü qoruyur. Mən Bakı Dövlət Universitetinə qəbul olmuşdum, girirdik əsas binaya, baxırdım 5-ci kurs tarix tələbəsi, hüquq tələbəsi, hamısı buraxılışa bir-iki ay qalmış şəhid olub və şəkilləri asılıb. Elə bir zamanda qalıb oxumaq mümkün deyildi. Başqa variantımız yox idi. İndi də yadımdadır, Dəmiryol Vağzalında uşaqlar yola salanda 4 yoldaş idik- birimiz tibbdə, birimiz İqtisad Univeristetində, birimiz də Pedoqoji  Universitetdə oxuyurduq. Hamısı neçə dəfə dedi ki, Zaur getmə, düzgün addım deyil. Ancaq mən getdim və peşman da deyiləm. Atəşkəsdən sonra da mən bir il xidmət etdim. Hətta hərbi xidmət atəşkəsdən sonra arayış da verdi ki, “biz təhsilini davam etdirməyinə narazı deyilik”. Atəşkəsdən bir il sonra gəldim universitetə, o zamanlar Rasim müəllim var idi. Sağ olsun o girişdə qarşıladı, məsələhətlər verdi. Hazır sənədlərlə gəlmişdim. 2 seçim var idi, ya Bakı Dövlət Universitetində təhsilimi davam etdirəcəkdim, ya da hərbi akademiyaya  gedəcəkdim. Onun məsləhəti ilə oranı seçdim, təhsilimi orada davam etdirdim. Sonra peşəkar hərbiçi oldum, xidmət etdim, indi də ehtiyata buraxılmışam.

-Şeirlərinizdə tez-tez vətən, torpaq, ana yurd mövzularına rast gəlirik. Bəzən düşünürlər ki, bu mövzular klassikdir. Siz bu mövzulara necə yenilik, öz imzanızı gətirirsiniz?

– Bütün söhbətlərdə deyirəm ki, bu mənim öz seçimim deyil. Bu gün bütün söz ehtiyatıma görə, həyatda əldə etdiyim nailiyyətlərə görə hamısnı borcluyam Ağdamın Yusifcanlı kəndində keçirdiyim uşaqlığa. Həm müəllimlərimiz savadlı və tələbkar idi, həm də nənə və babalarımızın rolu böyük idi. Bu yenə bizim adət-ənənələrimizə qayıdır. Ailə vacibdir. İlk yadımda qalan nəzm nümunəsi nənəmin bir gündə 10 dəfə oturanda dediyi şeir yadımdadır.

Araz, Araz, xan Araz,

Alış Araz, yan Araz ,

Otun, suyun qurusun,

Mənim kimi yan Araz

İlk yadımda qalan nəzm budur. Əvvəllər Araz dərdi, sonra torpaqlarımızın işğal edilməsi, onun müxtəlif səbəblərdən olmağı bu yazıları yazdırırdı.

Həm hərbi xidmətdə olmaq, həm elə bir ailədə böyümək, həyatı boyu bu işin içində olmaq, axtarmaq, araşdırmaq istəyi məcbur edir ki, bu mövzuda yazaq. Hansı mövzudan yazsam gedib o mövzulara toxunur.

-Tərcümə kitablarınız da var. Bir yazıçı və şair üçün tərcümə etmək yaradıcılıqla necə uzlaşır? Tərcümə prosesində ən çox nəyə diqqət edirsiniz?

-Tərcümə məsələsi də maraqlıdır. Mən o fəaliyyətimə istəmədən başlamışam. Atəşkəsdən sonra gəldim hərbi məktəbə, orada təhsil rus dilində idi. Təhsilin ortalarında keçmək lazım oldu Azərbaycan dilinə. Bizim də bütün otaqlarımız rus dilində yazılarla dolu idi. Mən Hava Hücumlarında Müdafiə Qoşunları üzrə oxumuşam və bu  ən çətinidir. Sonra digər sahələr gəlir. Bizim qrupda 25 nəfər var idi onlardan rus dillilər də var idi. Mən ucqar kənddə təhsil alsam da, rus dilində çox  danışmasam da, bu dildə yaxşı mütaliəm var idi. 1-ci kursun sonlarına yaxın bir qrup yoldaşım kursantla birlikdə kafedra rəhbərliyi tərəfindən müəyyən vaxt verilirdi, (hərbidə qayda idi ki tapşırıq deyilən vaxtda hazır olmalıdır) tərcümələr edirdik. Rizvan var idi qrup yoldaşım, hazırda da xidmət edir. Əlinə dəftər alırdı, mən tərcümə edirdim, o da yazırdı. Bizim tərcümələrimizi də katibə xanım yazıb divarlara asırdı.

Hərbi təhsil alan şəxslər bilir ki, bizə iki ixtisas verirlər. Biri hərbi komandan, digəri oxuduğu ixtisas üzrə mühəndis. Mən həm də mühənidsəm. Hamıya maraqlı idi ki, mən nə təhsili alacam. Əvvəllər dini təhsil almağı düşünürdüm. Sonra fikrim dəyişdi. Tam olgunlaşandan, müxtəlif kateqoriyalardakı insanları tanıdıqdan sonra qərara gəldim ki, ibtidai sinif müəllimi olmalıyam.  Ordan başlayım ki, gələcəyə töhfə verim. Pedoqoji təhsil almışam .

Mən kitabları çox alıram.  Əlimdən minlərlə kitab keçib, bəzilərini bir neçə dəfə almışam, bəzilərini hədiyyə etmişəm və.s.

Elə kitablar var ki, mənə çox maraqlıdır, tərcümə edib yazmışam ki, uşaqlarda oxusun. Azyaşlılar üçün tərcümə etdiyim kitablar insanın birbaşa ürəyinə toxunur,  onun formalaşmağına kömək olur. İnanıram ki, o əsərləri uşaq vaxtı kim oxuyubsa, böyüdükdən sonra da yenə oxuyacaq.

– Ədəbi mühitdə Zaur Ustac adını eşidənlər sizi necə tanısınlar istərdiniz: döyüşçü şair, realist nasir, yoxsa bir tərcüməçi müəllim?

-Düşünürəm ki, məni insanlar şair kimi tanısınlar. İlk onunla-nəzmlə başlamışam deyə şair kimi tanısınlar.

– Yaradıcılıq yolunuzda ən çətin və ən işıqlı anlarınız hansılar olub? Birini bölüşə bilərsinizmi?

-Heç bir çətin zamanım şükür ki, olmayıb. Azyaşda bu sahəyə başlamışam və çox yoldan keçmişəm. Özüm də fərqindəyəm. Ancaq heç vaxt heç bir vəziyyətdə çətinlik hiss etməmişəm. Kənardan baxanda çətin görünə bilər, amma heç bir çətinlik olmadı. Həmişə  şükür edərək davam etdim. Ancaq işığa doğru özümü hərəkətdə görürəm.

– “Yazarlar” jurnalının baş redaktorusunuz. Bugünkü gənc qələm sahiblərinə baxanda hansı ümidi, hansı boşluğu hiss edirsiniz?

– Yenə də tarixdən körpü atmasam, bu söhbətə gəlmək mümkün deyil. Niyə? İstənilən dövrdə insanlar həmişə iki yola ayrılıblar. Ən azı, ən ümumi baxımdan: sağçılar, solçular. Mifologiyada da belədir – xeyir, şər. Bu günün özündə də, məsələn, gənclər sırf iki yerə bölünürlər. Bax, bizdə, Azərbaycanda yaşayıb xainə, düşmənə işləyən gənclər bu saat da var. Başa düşmək olmur ki, onlar  bunu  niyə  edirlər.

Bax, məsələn, bir müddət şəhid məqalələrini sildilər sosial şəbəkələrdə. İndi də o davam edir. Hələ hazırda da həmin o qrup – bizim alimlərin, tanınmış şəxslərin, vəfat edənlərin, yaşayanların – fərq etməz, onların məqalələrini, hər yandan şəkillərini silirlər. O xain, düşmən – adını da çəkmək istəmirəm onların məqalələrini yaradırdılar. Tutaq ki, 1950-1951-ci illərdə bir nəfər burada yaşayıb, Pedoqoji Universitetdə işləyib. Onu heç kim tanımır. Bizim akademiklər, alimlər də tanımır. Amma həmin adamın  Azərbaycan dilində məqalələrini yaradırlar erməni mənbələrinə istinadən, bizimkiləri isə silirlər. Bu, bunun pis tərəfidir. Sizin bu söhbətdən istifadə edib, bütün hüquq-mühafizə orqanlarına, bu işlə məşğul olanlara – ictimai təhlükəsizlik, kibercinayətkarlıq, aidiyyəti idarələrə  buradan çağırış edirəm ki, bu məsələni nəzarətə götürsünlər, məşğul olsunlar. Bu, artıq bir nəfərin işi deyil. Qrup şəklində, gənclərin əməyidir bu. Bu yaşlı adamlar olsa, yenə göz yummaq olardı. Ancaq bunlar   gənclərdir. Məsələn, 18-25 yaş arası şəxslərdir. Bunların hələ gələcəkdə nə qədər ömrü var. Bu, o deməkdir ki, 50-60 il bu işlə məşğul ola bilərlər. Bu isə bizim ziyanımızdır.

Əvvəldən də dedik ki, biz işığa doğru irəliləyirik, yaxşı işlərlə məşğuluq. Kimsə bizi dəli saya bilər, kimsə ağılsız saya bilər. Ancaq hər şeyin bir adı var.Bizim pis işlərlə məşğul olmağa vaxtımız yoxdur. Ancaq yaxşıdan danışmalıyıq.

Gənclərdən Südabə Məmmədova  var. Onun kitabı çap edilib. Jurnalın fəaliyyəti olub, artıq bir neçə dəfə də nəşr olunub. Bir dəfə də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təqdimatı da olub. Biz onu boş yerə seçməmişik.  “Yazarlar” jurnalını qeydiyyatdan keçirəndə – 2007-ci ildə – oranın nizamnaməsində yazmışıq ki, bu ədəbi mühitə, cəmiyyətə çıxışı asanlaşdırmaq üçün uşaqlara, gənclərə, yeniyetmələrə kömək edək. Bizim email ünvanımız, WhatsApp nömrəmiz – əlaqə vasitələrimiz yaşından asılı olmayaraq hamı üçün açıqdır. Hər kəs də oraya göndərir. Heç bir məhdudiyyət də yoxdur. Hər ayın 5-nə qədər yeni nömrə çıxır. İndi məsələn, may  ayının 5-i üçün artıq nömrə hazırdır. Elektron variantda da var, kağız versiyada da satışdadır. Hər iki formatda əldə etmək olar.

Sadəcə bir məsələ var ki, onu qeyd etmək istəyirəm. O da odur ki, bəziləri bir dəfə yazır, dayanırlar. Amma bəziləri dayanmır, çalışır, davam edir və nəticə əldə edir. Məsələn, biz bu yaxınlarda Elmlər Akademiyasında bir  layihə çərçivəsində yeni kitabların tanıtımı ilə bağlı müzakirə etdik. Mən demişəm, məsələn, Rəvan Cavidin həm romanı, həm hekayələri var. Poeziyadan soruşsanız, İntiqam Yaşar var. Belə gənclər var. Siz də, məsələn, jurnalist kimi öz sahənizdə fəaliyyət göstərirsiniz və əminəm ki, əməyiniz qiymətləndirilməlidir. Əgər qrupunuzda 25 nəfər varsa, siz, mənim fikrimcə, onların içində ilk beşlikdəsiniz. Və sizə bir tövsiyə vermək istəyirəm: müəllimlərin fikrinə hörmətlə yanaşmaq lazımdır. Mən indiyə qədər ən azı beş təhsil müəssisəsində olmuşam. Həmişə müəllimlər deyib ki, ya Zaur birincidir, ya ikincidir, ya da beşliyin içindədir. Bu da onu göstərir ki, müəllimlər həmişə düz deyirlər. Mən bunu özümdə də hiss etmişəm.  Müəllimlərə həmişə hörmət etməli, onların seçimlərinə hörmətlə yanaşmalı, tapşırıqları yerinə yetirməliyik.

Söhbətləşdi: Zeynəb Mustafazadə

İlkin mənbə: olaylar.az , Arxiv: archive.is

ZAUR USTAC

Zaur Mustafa oğlu Mustafayev (8 yanvar 1975, Bakı) — Şair, publisist, Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı,[1] Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019-cu ildən).[2]

Həyatı

[redaktə | vikimətni redaktə et]

Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsi iştirakçısı və hal–hazırda ehtiyatda olan zabitdir.[3]

Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.[4]

Zaur Ustac “Yazarlar” jurnalının təsisçisi[5] və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatıdır.[6]

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir.[7] O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[8],[9]

Əsərləri

[redaktə | vikimətni redaktə et]

Kitabları

[redaktə | vikimətni redaktə et]

  • ”Günaydın “(“Ağçiçəyim”)
  • “Mum kimi yumşalanda”
  • ”Məhdud həyatın məchul düşüncələri”
  • ”İstəməzdim şair olum hələ mən”
  • ”Gülzar”
  • ”Oriyentir Ulduzu” – I, II, II, IV nəşrlər[10]
  • ”Şehçiçəyim”
  • “Gülünün şeirləri”
  • ”Balçiçəyim”
  • ”Bayatılar”
  • ”Bərzəxdə”
  • ”Sevin ki, seviləsiz”
  • “Qəlbimin açıqcası”
  • “93-ün yayı və ya bir qaşıq qatıq”
  • “2016”
  • “Nişangah”
  • “Ustadnamə”
  • “Usubcan əfsanəsi”
  • “Çəhrayı kitab”
  • “Otuz ildir əldə qələm “
  • “Əliş və Anna”[11][12]
  • “Qələmdar”[13]
  • “Yaradanla baş-başa”
  • “Zimistan”[14]
  • “45” (şeirlər)[15][16]
  • “Ülyahəzrət”[17]
  • “Qədimliyə bürünmüş yenilik” [18][19]
  • “Gülüzənin şeirləri”[20][21]
  • “Sevgi dolu şeirlər” [1],[2],[3]

Tərcümələri

[redaktə | vikimətni redaktə et]

  • Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”)[22]
  • Stiven Rebli.”Troya Daşı” (Stephen Rabley “The Troy Stone”)[23]

Tədris vəsaitləri

[redaktə | vikimətni redaktə et]

  • “Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait.[24][25][26]
  • “39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)[27]

Məqalələri

[redaktə | vikimətni redaktə et]

  1. Zaur Ustac “Dağlar” haqqında[28]
  2. Su — dünyaya açılan bir pəncərədir[29]
  3. “Hərb mövzulu yazılar” I[30] və II[31]
  4. Nəzmi şah və ya Kəmaləddin Qədim[32]

Layihələri

[redaktə | vikimətni redaktə et]

Mükafatları

[redaktə | vikimətni redaktə et]

  1. Qızıl qələm mükafatı[38]
  2. İlin Vətənpərvər Şairi[39][40]

Ədəbiyyat

[redaktə | vikimətni redaktə et]

  1. Aida Hacıxanım “Məqam”[41]
  2. Aida Hacıxanım “Ömrün anları”[42]
  3. Aida Hacıxanım “Otuz şeir, otuz fikir”[43]
  4. Gülü “Zaur Ustac”[44]
  5. Qələndər Xaçınçaylı “Taclı şair”[45]
  6. Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə[46] və II hissə[9]
  7. Kamal Camalov “Əliş və Anna haqqında”[47]
  8. Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası”[48][49][50]
  9. Vaqif İsaqoğlu “Zaur Ustacın poetik dünyası”[4],[5]

Mənbə

[redaktə | vikimətni redaktə et]

  1. Azərbaycan Milli Kitabxanası[51]
  2. Milli Virtual Kitabxana[52]
  3. Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası[53]
  4. Prezident Kitabxanası[54]

İstinadlar

[redaktə | vikimətni redaktə et]

  1. ↑ “Azərbaycan Jurnalistlər Birliyinin Təbriki”. zefernews.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 15 aprel 2019. 2025-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2025.
  2. ↑ “Azərbaycan Respublikası Prezidentinin Fərmanı”. president.az (az.). Azərbaycan Respublikasının Prezidenti. 15 aprel 2019. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  3. ↑ “”Bir vətəndaş kimi düşünməliyik – bu gün vətənə nə vermişik…””. anl.az (az.). Həftə içi.- 2018.-17-19 noyabr.- S.8. 17–19 noyabr 2018. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  4. ↑ “Zaur Ustac Azərbaycan mətbuatında” (az.). Yazyarat.com. 09 yanvar 2021. 2021-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2021.
  5. ↑ “2007-ci ilin avqust ayının 1-dәn 2008-ci ilin avqust ayının 1-dәk reyestrә daxil edilmiş mәtbu nәşrlәr barәdә məlumat” (PDF). ajb.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 16 avqust 2007. 2020-12-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 dekabr 2020.
  6. ↑ “Azərbaycan Jurnalistlər Birliyinin Təbriki”. zefernews.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 15 aprel 2019. 2025-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2025.
  7. ↑ “DÜNYANIN BİR RƏNGİ VAR…” adalet.az (az.). ADALET.AZ. 25 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  8. ↑ “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  9. ↑ Yuxarıda get:1 2 “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” II hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  10. ↑ “Arxivlənmiş surət” (PDF). 2022-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-02-08.
  11. ↑ “Zaur Ustac “Əliş və Anna””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  12. ↑ “Zaur Ustac “Əliş və Anna””. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  13. ↑ “Zaur Ustac “Qələmdar””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  14. ↑ “Zaur Ustac “Zimistan””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  15. ↑ “Zaur Ustac “45” (şeirlər)”. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  16. ↑ “Zaur Ustac “45” (şeirlər)”. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  17. ↑ “Zaur Ustac “Ülyahəzrət””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  18. ↑ “Zaur Ustac “Qədimliyə bürünmüş yenilik””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  19. ↑ “Zaur Ustac “Qədimliyə bürünmüş yenilik””. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  20. ↑ “Zaur Ustac “Gülüzənin şeirləri””. anl.az (az.). anl.az. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  21. ↑ “Zaur Ustac “Gülüzənin şeirləri””. yazarlar.az (az.). yazarlar.az. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  22. ↑ “Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”). Hekayə. Əsər “İngiliscə uşaq hekayələri” layihəsi çərçivəsində Zaur Ustac tərəfindən tərcümə olunub”. kitabxana.net (az.). Kitabxana.net. 18 dekabr 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  23. ↑ “Stiven Rebli.”Troya Daşı”. Zaur Ustacın tərcüməsində. Bu əsər “İngiliscə uşaq ədəbiyyatı” layihəsi çərçivəsində nəşr olunur”. kitabxana.net (az.). Kitabxana.net. 20 dekabr 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  24. ↑ “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. anl.az (az.). Anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  25. ↑ “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. mucru.art (az.). Mucru.art. 8 iyul 2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  26. ↑ “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. bakubookcenter.az (az.). Bakubookcenter.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  27. ↑ “”39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)”. anl.az (az.). Anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  28. ↑ “Zaur Ustac “Dağlar” haqqında”. anl.az (az.). Ədalət.-2019.-7 sentyabr.-S.14. 7 sentyabr 2019. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  29. ↑ “Su – dünyaya açılan bir pəncərədir…” anl.az (az.). Həftə içi.- 2019.- 3 may.- S.8. 3 may 2019. 20 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  30. ↑ “Hərb mövzulu yazılar I” (PDF). anl.az (az.). “Ədalət qəzeti.- 2019.- 26 iyun.- S.4. 26 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 dekabr 2020.
  31. ↑ “Hərb mövzulu yazılar II” (PDF). anl.az (az.). “Ədalət qəzeti.- 2019.- 28 iyun.- S.4. 28 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 dekabr 2020.
  32. ↑ “Nəzmi şah və ya Kəmaləddin Qədim”. anl.az (az.). Həftə içi.- 2019.- 12 mart.- S.8. 12 mart 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  33. ↑ “”Dağlar” işıq üzü gördü”. anl.az (az.). Həftə içi.- 2019.- 27-28 avqust.- S.4. 27–28 avqust 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  34. ↑ “”Oriyentir ulduzu” – Bizi Qarabağa səsləyən kitab”. tezadlar.az (az.). Tezadlar.az. 19 mart 2019. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  35. ↑ “Memarlıq irsimizə ehtiram hissilə atılan addımlar”. anl.az (az.). 525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.23. 3 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  36. ↑ “Memar Əliş bəy Kərəmli” (PDF). anl.az (az.). Ədalət qəzeti.- 2020.- 6 oktyabr.- S.7. 6 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 dekabr 2020.
  37. ↑ “Kremlin memarı Əliş bəy Kərəmli”. tezadlar.az (az.). Tezadlar.az. 3 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  38. ↑ “Prezident təqaüdünə layiq görülən yazçılar: Kimdir onlar? – BİZİM ARAŞDIRMA”. cebhe.info (az.). Cebhe.info. 26 iyun 2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  39. ↑ “Şairlər mükafatlandırıldı”. arasdirma.info (az.). Arasdirma.info. 20 noyabr 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  40. ↑ “Şairlər mükafatlandırıldı” (az.). Faxrali.com. 20 noyabr 2019. 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2021.
  41. ↑ “Aida Hacıxanım “Məqam””. anl.az (az.). anl.az. 7 may 2017. 20 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  42. ↑ “Aida Hacıxanım “Ömrün anları””. kitabxana.net (az.). kitabxana.net. 3 iyun 2018. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  43. ↑ “Aida Hacıxanım “Otuz şeir, otuz fikir””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  44. ↑ “Gülü “Zaur Ustac””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  45. ↑ “Qələndər Xaçınçaylı “Taclı şair””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  46. ↑ “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  47. ↑ “Kamal Camalov “Əliş və Anna haqqında””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  48. ↑ “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. yazarlar.az (az.). yazarlar.az. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  49. ↑ “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. kitabxana.net (az.). kitabxana.net. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  50. ↑ “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. anl.az (az.). anl.az. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  51. ↑ “Azərbaycan Milli Kitabxanası”. ek.anl.az (az.). Anl.az. 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2020.
  52. ↑ “Milli Virtual Kitabxana”. kitabxana.net (az.). Kitabxana.net. 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2020.
  53. ↑ “Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası”. azlibnet.az (az.). Azlibnet.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  54. ↑ “Prezident Kitabxanası”. ebooks.az (az.). Ebooks.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

  1. Zaur Ustacın youtube kanalı
  2. Zaur Ustacın facebook səhifəsi
  3. Zaur Ustac yazarlar.az saytında

İlkin mənbə (arxiv): archive.is

ZAUR USTAC – GƏZDİM

ZAUR USTAC – “GƏZDİM” – PDF: ZAUR USTAC – “GƏZDİM” PDF

Məlumatı hazırladı: Günnur Ağayeva


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – iki şeir

“25”
Əsrin dördə birin vermişik yelə,
“Əlli aşırmağa” bu qədər də var…
“Bu da bir ömürdü yaşadıq belə”,
Faili-muxtarıq, ya qədər də var!?


Başımı qaldırdım, dörd bir tərəf dağ,
Yaşıl da, qara da, qırmızı da “ağ”,
Ümid boğçam hazır, yetişibdi çağ,
Od olan sevinci, su kədər də var…


Ustac, Məmməd Araz yolun sağında,
Bəhrəsi kal qaldı ömür bağında,
Qarası isıqlı, nur var ağında,
Ağusu bal dadan “çor-zəhər” də var….
01.12.2000. Şahbuz – Biçənək (Batabat) yolu.

“50”
“Aşırdn əllini”, Ustac nəmxuda,
Bu minval sonunda yüzə də varar…
Düzü də düz getdin, əyrini də düz…
Bu minval sonunda yüzə də varar…


Nəsimi, Xətai yolunda işıq,
Yollar çox dolanbac, həm də bulaşıq,
İşin çox, kələf də bir az dolaşıq,
Bu minval sonunda yüzə də varar…


Zaur, çıxdığın yol heç nə vəd etməz,
Bu yolda yolçular kamına yetməz,
Hər gün doğan arzu tükənməz, bitməz,
Bu minval sonunda yüzə də varar…
11.01.2025. Bakı.

Müəllif: Zaur USTAC

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac (1975)

Zaur USTAC (1975)

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər 2019-2020-ci təris ilindən etibarən məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isə yazarlar.az saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur Ustac yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
Biz də Zaur Ustaca yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!

Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!

Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!

Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!

Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ

Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…

Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?

Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…

Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…

Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…

Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…

Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM

Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!

Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…

Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!

İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…

Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…

İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…

Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…

Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!

Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

SEVİN, A TƏBRIZ!

Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!

Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…

Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!

İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!

Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

ÜÇ QARDAŞ

(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

USTACAM

Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!

Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!

Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!

Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!

Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!

Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!

Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

DAĞLAR

(Dağlara xitabən üçüncü şeir)

Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi

Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!

Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!

Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!

Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!

Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!

Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!

Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!

Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM

Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

“YAZARLAR”

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

A new book titled “The Poetic World of Zaur Ustaj” has been published

A new book titled “The Poetic World of Zaur Ustaj” has been published

A new book titled “The Poetic World of Zaur Ustaj,” dedicated to the work of the well-known poet and editor-in-chief of the magazine “Yazarlar,” has been published.

VAQİF İSAQOĞLU – “ZAUR USTACIN POETİK DÜNYASI” – PDF

The author of the next book published in the “Zaur Ustaj 50 series” is Vagif Isagoglu, one of the first professional military journalists in Azerbaijan and a poet-publicist.

In the introduction to the book, the author himself provides the following information: “I present this monograph on the 50th birthday of Zaur Ustaj, a writer, poet, translator, and publicist, a valuable intellectual who is loved by readers as one of the well-known representatives of modern Azerbaijani literature, who captivates hearts with his poems.”

The book, which consists of a systematic and broad analysis of all of Zaur Ustaj’s works, starting from the first examples written by him and ending with the most recently published ones, is intended for a large audience – philologists, journalists, teachers of higher and secondary educational institutions, students, doctoral candidates, independent researchers, and anyone interested in Azerbaijani literature and culture.

The book is edited by Tural Jafarli, designed by Sabina Huseynzade, published by Sabuhi Aslan. The cover design is by Rahila Garalova.

In his monographic analyses, Vagif Isagoglu refers to authoritative sources and well-known Azerbaijani philologists, publishers, and literary critics such as Gurban Bayramov, Vagif Yusifli, Ali Rza Khalafli, and Ulviyya Huseynli.

Автор: Амина (Amina)


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb

Tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın yaradıcılığına həsr olunmuş “Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb.

“Zaur Ustac 50 seriyasından” nəşr olunmuş növbəti kitabın müəllifi Azərbaycanın ilk peşəkar hərbi jurnalistlərindən olan, Prezident təqaüdçüsü, şair-publisit Vaqif İsaqoğludur.

Kitab haqqında girişdə müəllif özü belə məlumat verir: “Bu monoqrafiyanı müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri kimi oxucular tərəfindən sevilən, şeirləri ilə ürəkləri ovsunlayan, yazıçı, şair, tərcüməçi və publicist, dəyərli ziyalı Zaur Ustacın 50 yaşına hədiyyə edirəm.”

VAQİF İSAQOĞLU – “ZAUR USTACIN POETİK DÜNYASI” – PDF

Zaur Ustacın yazdığı ilk nümunələrdən başlayaraq ən yeni nəşr olunmuş bütün əsərlərinin sistemli şəkildə geniş aspektdə təhlilindən ibarət olan kitab böyük bir auditoriya – filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar, müstəqil təhqiqatçılar və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.

Kitabın redaktoru Tural Cəfərli, dizayneri Səbinə Hüseynzadə, naşiri Səbuhi Aslandır. Üz qabığının rəsm tərtibatıçısı Rahilə Qaralovadır.

Vaqif İsaqoğlu öz monoqrafik təhlillərində mötəbər mənbələrə və Azərbaycanın Qurban Bayramov, Vaqif Yusifli, Əli Rza Xələfli, Ülviyyə Hüseynli kimi tanınmış filoloqlarına, naşirlərinə, ədəbiyyat tənqidçilərinə istinad edir.

Kitab “Zaur Ustac – 50” layihəsi çərçivəsində nəşr edilib.


“Yazarlar”
  olaraq, bu münasibətlə  ZAUR müəllimi təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vaqif Mustafazadə – 85

VAQİF MUSTAFAZADƏ
(Vaqif Mustafazadənin 85-illiyinə)
Dağların harayı, qayada naxış,
Sonsuz kəhkəşanda sədadı Vaqif.
Qədim dünyamıza yeni bir baxış,
Hər yeni kəlmədə nidadı Vaqif.


Yuvası Xəzərin lap qucağında,
Qonşu doğulubdu Qız qalasına.
Hənirti hələ də var ocağında,
İz açıb yeganə qız balasına.


Atanı yaşadan qızıdır, qızı.
Xatəmül-ənbiya sözüdür, sözü.
Mətləbdən xəbərdar olubdu Vaqif.


Əzizə varisdir, tanıyır cahan,
Vaqifi yaşadır yadigarı Han.
Ocağı ziyadar olubdu, Vaqif!
Müəllif: Zaur Ustac
Elan:
“Yazarlar” jurnalının Mart – 2025 (51)-ci sayı Vaqif Mustafazadənin 85 illiyinə həsr olunacaq. Növündən, janrından, tipindən asılı olmayaraq fevral ayının 20-sinə qədər mövzuya uyğun yazıları zauryazar@mail.ru ünvanına göndərə bilərsiniz. Əlavə heç nə tələb olunmur.

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru