Sentyabrın 21-də Azərbaycan Jurnalistlər Birliyində üzvlüyə yeni qəbul olunmuş qələm sahiblərinə, jurnalistlərə Birliyin vəsiqələri təqdim edilib.Təqdimat mərasimi AJB-nin sədri, Əməkdar jurnalist Elçin Şıxlının çıxışı ilə başlayıb.Elçin Şıxlı Birliyə üzv qəbul olunmuş jurnalistləri təbrik edib, onların medianın müxtəlif sahələrində fərqləndiklərini vurğulayıb.Birliyin sədri “Türküstan Media Qrupu” nun baş redaktoru Aqil Camalı, təcrübəli telejurnalist Gülayə Xəlilovanı, “ÇAĞRI.az” saytının baş redaktoru Mübariz Yunuszadəni və başqa həmkarlarını təbrik edib. Elçin Şıxlı yazıçı Turan Uğurun illərlə AzTV-də hazırladığı verilişlərlə türkçülüyümüzə verdiyi töhfələrdən bəhs edib. Təqdimat mərasimində media mənsubları ürək sözlərini dilə gətiriblər.Təqdimatın sonunda jurnalistlər xatirə fotoları çəkdiriblər.
“Yazarlar” olaraq həmkarlarımızı təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
(VəfaBağırzadənin “Duyğuların yürüşü” konsert pyesinifleyta və orkestrin ifasında dinləyərkən)
Musiqi, insan qəlbinin sükut içində danışan dilidir. Mən bu qənaətə ilk dəfə illər öncə Elza İbrahimovanın qəlbi riqqətə gətirən həzin melodiyalarını dinlədikdən sonra gəlmişdim. Elza xanımın yanıqlı bəstələri məni həmişə (bu gün də) düşünməyə vadar edib: insan qəlbini belə riqqətə gətirən, ruhunu coşduran, duyğularını oyadan hansı səbəblərdir (mühitdir)? Bəzən bir səs, bir titrək not, bir nəfəs qədər incə harmoniya bütün bir duyğular selini ifadə edə bilir. Tanınmış gənc Azərbaycan bəstəkarı Vəfa Bağırzadənin “Duyğuların yürüşü” əsəri də məhz bu sükutun içində danışan, dinləyicini düşüncə və hiss dünyasında səyahətə aparan bir musiqi tablosudur.
Haşiyə:
Bəstəkar: Vəfa Bağırzadə Çıxış edir: Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri. Bədii rəhbər və baş dirijor: Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev Solist: Nəzrin Əmirli (fleyta)
Bu əsər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında səslənərkən, hər bir səs milli musiqi düşüncəsinin incəliyini, eyni zamanda müasir bədii təfəkkürün dinamikasını özündə birləşdirir. Orkestrin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev, əsərin ruhunu dərinliklə duyaraq, onu həm texniki, həm də emosional baxımdan kamil səviyyəyə çatdırır. Solist Nəzrin Əmirlinin fleyta ifası isə bu kompozisiyaya incə bir nəfəs, şəffaf bir işıq qatır. Fleytanın tənha, bəzən titrək, bəzən ümidli səsi – sanki duyğuların öz yürüşünü, hisslərin insan ruhunda keçdiyi yolları səsləndirir.
“Duyğuların yürüşü” – sadəcə musiqi parçası deyil, həyatın emosional ritmlərindən yoğrulmuş poetik bir etirafdır. Vəfa Bağırzadə bu əsərdə insanın daxili aləmini notlara köçürərək, sevinc, kədər, təlatüm, arzu və sükunət kimi halları bir-birinə bağlayır. Bəstəkarın melodik dili həm klassik ənənələrdən qaynaqlanır, həm də çağdaş musiqi düşüncəsinə açıqdır. Bu sintez onun yaradıcılığında milli və bəşəri ruhun vəhdətini nümayiş etdirir. Vəfa xanım özü “525-ci qəzet “ə verdiyi müsahibədə bu çuğlaşmanı belə dəyərləndirir: “Çalışıram Qərb və Şərq musiqi elementlərini bir araya gətirim…”(yaşıl rəngli yazılarıın üzərinə toxunub müsahibəni tam oxumaq olar) Əslində isə o, təkcə Şərq və Qərbi deyil, eləcə də keçmişlə gələcəyi məcmu halında müasir dinləyicilərə təqdim edir. Onun yaratdığı həzin melodiyalar eyni ilə Elza İbrahimovanın yanıqlı bəstələri kimi insanın ruh halının portretini, duyğularının rəsmini gözlər önündə canlandırır. Düşüncənin ən dərin qatlarına sirayət edir. Qəlblərimizi riqqətə gətirir. Düşündürür.
Əsərin strukturunda dramatik inkişaf xətti aydın hiss olunur – musiqi əvvəlcə sakit bir axınla başlayır, tədricən güclənir, duyğuların toqquşduğu, emosiyaların bir-birinə qarışdığı zirvəyə yüksəlir və sonra yenidən sakitlik – daxili barış halına qayıdır. Bu dramaturji gedişat, sanki insan ruhunun gündəlik həyatdakı eniş-yoxuşlarının musiqi təcəssümüdür.
Vəfa Bağırzadə musiqisində qadın duyğusallığı, incə estetik baxış və intellektual dərinlik bir araya gəlir. Onun əsərlərində sanki musiqi – danışan, düşünən və hiss edən canlı varlığa çevrilir. “Duyğuların yürüşü” də məhz bu baxımdan müasir Azərbaycan bəstəkarlığının zərif və mənəvi dərinliyə malik nümunələrindən biridir.
Bu musiqi əsəri dinləyiciyə təkcə zövq yox, həm də düşüncə verir. O, ruhun “sözsüz monoloqu”dur. Hər kəs bu əsəri dinləyərkən öz iç dünyasında bir səfərə çıxır – kimisi keçmiş xatirələrinə dönür, kimisi gələcək arzularını düşünür, kimisi isə sadəcə musiqinin sehrinə qapılıb sükutun dincliyinə dalır.
Qısa arayış:
Vəfa Bağırzadə 1990-cı ilin 29 oktyabr tarixində Lənkəran şəhərində anadan olub. İlk musiqi təhsilini Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi və Xan Şuşinski adına Ağdam Muğam musiqi məktəbində alıb. 2007-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olub. Kolleci bitirdikdən sonra 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə bakalavr pilləsinə, 2017-ci ildə isə həmin ixtisas üzrə magistr pilləsinə qəbul olub.
2020-ci ildə musiqi sahəsindəki uğurlu fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin fəal gənci” mükafatına layiq görülüb.
2022-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul olunub.
Beynəlxalq və respublika müsabiqələri laureatı, “Gənclər mükafatı” laureatıdır. Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
Vəfa Bağırzadə – müasir Azərbaycan musiqisində fərdi üslubu, səmimi ifadə dili və estetik baxışları ilə seçilən bəstəkardır. Onun “Duyğuların yürüşü” əsəri, həm musiqi sənətimizin bugünkü inkişaf mərhələsini, həm də qadın bəstəkar duyarlığının dərinliyini nümayiş etdirir.
Bu əsər, həm professional musiqi mühitində, həm də geniş dinləyici kütləsi arasında böyük maraq doğurur. O, sübut edir ki, Azərbaycan musiqisi bu gün də öz ruhunu, dəyərlərini və bədii enerjisini qorumaqla yanaşı, dünya səviyyəli bədii ifadə formalarına sahibdir.
Xüsusi qeyd:
Sadəcə dinləmək lazımdır ki, mənim qeydlərimin Vəfa Bağırzadənin duyğularının kölgəsində itib-batdığına şahid olasınız. Dinləyin:
Vəfa xanıma yeni-yeni nailiyyətlər arzulayır, bir-birindən gözəl yeni bəstələr gözləyirik. Yolunuz açıq, uğurlarınız bol olsun, Vəfa xanım!
Sizi-istedadlı şair-publisisti 50 illik yubileyiniz münasibətilə təbrik edirik.
Siz 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmusunuz.
Tam orta məktəbi Yusifcanlı kəndində – 1991-ci ildə bitirmisiniz.
Siz 1992-ci ildə Bakı Dövlət Universitetinə daxil olmusunuz.
1993-1995-ci illərdə təhsilinizi yarımçıq qoyub Ağdərə istiqamətində döyüşən orduda əsgər kimi xidmət keçmisiniz.
1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində hərbi təhsil almısınız.
2002-ci ildə Leytenant rütbəsində zabit kimi ehtiyata buraxılmısınız.
“Günaydın”, “Mum kimi yumşalanda”, “Məhdud həyatın məchul düşüncələri”, “Oriyentir ulduzu”, “Bayatılar”, “Gülünün şeirləri”, “Əliş və Anna”, “Sevgi dolu şeirlər” və s. kitabların müəllifisiniz. 2019-2020-ci tədris ilindən uşaqlar üçün olan şeirləriniz məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədis olunur.
Siz Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz.
Prezident təqaüdçüsüsünüz.
Müxtəlif mükafatlara layiq görülmüsünüz.
Müharibə veteranısınız. Ehtiyatda olan zabitsiniz. Müstəqil ədəbi qurum olan “Yazarlar” jurnalının təsiçisi və baş redaktorusunuz.
Hörmətli Zaur Ustac!
Sizi bir daha 50 illik yubileyiniz münasibətilə təbrik edir, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.
Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib.
Jurnalistlərin VIII qurultayı çərçivəsində baş tutan səsvermədə “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.
Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.
Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.
MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri aşağıdakılardır:
1. Rəşad Məcid
2. Vüqar Rəhimzadə
3. Vüsalə Mahirqızı
4. Elçin Mirzəbəyli
5. Rauf Arifoğlu
6. Niyaz Niftiyev
7. Aydın Quliyev
8. Azər Həsrət
9. Elşad Eyvazlı
10. Aqil Ələsgər
11. Hacıbəy Heydərli
12. Alqış Musayev
13. Akif Aşırlı
14. Səadət Məmmədova
MŞ İdarə Heyətinin ictimaiyyət nümayəndələri arasından seçilən üzvləri aşağıdakılardır: