GÖRÜŞDƏ “TÜRK DÜNYASINA ÜSTÜN XİDMƏT”, “NİZAMİ” VƏ “ŞAHMAR ƏKBƏRZADƏ” MÜKAFATLARI LAUREATLARA TƏQDİM EDİLİB
Dekabrın 14-də Azərbaycan Yazıçılar Birliyində Türkiyədən gəlmiş ədiblərin – Türk Ədəbiyyatı Vəqfinin başqanı, şair Serhat Kabaklı və “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, yazıçı, tərcüməçi İmdat Avşarın iştirakı ilə görüş təşkil olunub.
525.az xəbər verir ki, AYB-nin sədr müavini Rəşad Məcid Türk Ədəbiyyatı Vəqfinin Azərbaycan-Türkiyə mədəni əlaqələrinə böyük töhfələr verdiyini qeyd edərək, bu tədbir çərçivəsində təqdim olunacaq mükafatlar barədə qonaqları məlumatlandırıb. R.Məcid İmdat Avşara AYB tərəfindən təsis olunmuş “Nizami” mükafatını təqdim edib. İmdat Avşar “Nizami” mükafatına layiq görüldüyü üçün dərin minnətdarlığını bildirib.
Çıxışında Vəqfin tarixindən, fəaliyyətindən bəhs edən İmdat Avşar “Yaşayan Dədə Qorqud” və “Türk Dünyasına Üstün Xidmət” mükafatlarının təsis edilməsi və laureatları barədə danışıb. Qeyd edib ki, Azərbaycan və Türkiyə ədəbiyyatları arasındakı sıx əlaqə ümumtürk ədəbyyatı tarixində xüsusi əhəmiyyət kəsb edir.
Bakıya gəlişindən məmnunluğunu ifadə edən Serhat Kabaklı Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafının vacibliyindən söhbət açıb. Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq Zəfəri yüksək qiymətləndirərək sevincini bölüşüb.
Daha sonra “Türk Dünyasına Üstün Xidmət” mükafatlarının təqdimatı olub. İmdat Avşar laureatlar – Rəşad Məcid və Əjdər Ol barədə ürək sözlərini dilə gətirib. Mükafatlar Serhat Kabaklı və İmdat Avşar tərəfindən Rəşad Məcidə və Əjdər Olun qızı Türkay xanıma təqdim olunub. Tədbirdə professor Elçin İsgəndərzadə iki qardaş xalqın mənəvi bağlılığından söz açıb, Türk Ədəbiyyat Vəqfinin Türkiyədə olduqca çoxşaxəli və nüfuzlu fəaliyyəti barədə danışıb. E.İsgəndərzadə Sərhat Kabaklıya “Vektor” Elm Mərkəzi tərəfindən “Fəxri doktor”, İmdat Avşara isə “Şahmar Əkbərzadə” mükafatını təqdim edib.
Qeyd edək ki, bu il 20 yanvar şəhidi Ülvi Bünyadzadənin “Sevginin sonu yoxdur” şeirlər kitabı Türk Ədəbiyyatı Vəqfi tərəfindən İstanbulda türkcə nəşr olunmuşdu. Tədbirdə çıxış edən akademik Könül Bünyadzadə Vəqfin bu təşəbbüsünü Ülvi Bünyadzadənin ruhuna ehtiram əlaməti olan təqdirəlayiq addım kimi qiymtələndirib.
Bundan başqa tədbirdə İmdat Avşarın Bakıda aybKitab layihəsi çərçivəsində nəşr olunan “Göyərçin sevdası“ kitabının müzakirəsi keçirilib. “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən kitabın ərsəyə gəlməsində əməyi olan Narıngül Nadir, Xəyalə Zərrabqızı və digərlərinə fəxri fərmanlar təqdim edilib.
“Qobustan” jurnalının baş redaktoru, yazıçı Pərvin Azərbaycan Dövlət Pedaqoji Universitetindəki tələbələri ilə birlikdə tədbirdə iştirak edib. Pərvin xanım təşkil olunan bu tədbirin əhəmiyyəti barədə danışaraq bildirib ki, bu görüşlər xalqlarımız arasında mədəni-mənəvi bağlılığın güclənməsinə təkan verir. Sonra tələbələr İmdat Avşarın hekayələri barədə fikirlərini bölüşüblər, tədbir bu mövzuda diskussiya şəklində öz fikilərini bildiriblər. Əli Kərim adına Sumqayıt Poeziya Evinin rəhbəri İbrahim İlyaslı və Əməkdar müəllim Ofeliya Babayeva Serhat Kabaklının dilimizə tərcümə olunan “Bil, oğlum” kitabı barədə öz fikirlərini bölüşüblər.
AYB-nin “Natəvan” klubunda tanınmış şair Elşad Barat şəhidlərimizə həsr etdiyi “Ölümsüzlər” kitabını təqdim edib. Sayman Aruzun moderatorluğunda keçən tədbirdə tanınmış söz adamlarından Rəşad Məcid, İlqar Fəhmi, Mərziyə Nəcəfova, Lətifə Oruc və başqaları çıxış edərək Elşad Baratın yaradıcılığı, kitab haqqında öz fikirlərini bildiriblər. Sonda Zaur Ustac şairə “Ziyadar” Mükafatı təqdim edib.
Bu gün Azərbaycan Nəşriyyatının Akt zalında tanınmış şair, polkovnik Ramiz Duyğunun şanlı Zəfərimizə həsr etdiyi “Qalibiyyət Dastanı” kitabını təqdim olub. Tədbirdə Zaur Ustac tərəfindən şairə “Ziyadar” Mükafatı təqdim edib.
Bu gün AYB-nin “Natəvan” klubunda tanınmış şair Elşad Barat şəhidlərimizə həsr etdiyi “Ölümsüzlər” kitabını təqdim edib. Sayman Aruzun moderatorluğunda keçən tədbirdə tanınmış söz adamlarından Rəşad Məcid, İlqar Fəhmi, Mərziyə Nəcəfova, Lətifə Oruc və başqaları çıxış edərək Elşad Baratın yaradıcılığı, kitab haqqında öz fikirlərini bildiriblər. Sonda “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şairə “Ziyadar” Mükafatını təqdim edib. Tədbirdən fotolar:
Elşad Baratı bu münasibətlə təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.
Tanınmış şair İbrahim Yusifoğlu “Mənə bircə gilə göz yaşı bəsdi” adlı kitabının ışıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. Bu münasibətlə İbrahim müəllimi təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik!
Azərbaycana bağlılığım, Azərbaycan ədəbiyyatına sevgim ilk gənclik illərimdən başlayıb. Təbii ki, o dövrdə Azərbaycan ədəbiyyatı nümunələrini əldə etmək bizim üçün olduqca çətin idi. Üstəlik əlimizdə olan əsərlər kiril əlifbası ilə çap olunduğundan oxumağımı daha da çətinləşdirirdi. Elə buna görə 1987-ci ildə universitetə qəbul olduğum ərəfədə oturub bir həftə içində kiril əlifbasını öyrəndim. Bu əlifba ilə oxuduğum ilk əsər “Çağdaş Azərbaycan povesti” adlı maraqlı bir kitab idi. Orada Anar, Mövlud Süleymanlı, İsi Məlikzadə, Elçin və başqa yazıçıların hekayələri toplanmışdı. Əlifbanı təzəcə öyrəndiyim üçün ibtidai sinif şagirdi kimi hecalaya-hecalaya oxuduğum “Quyu”, “Dəyirman” və “Dantenin yubileyi” adlı əsərlər hələ də xatirimdədir.
O illərdə Türkiyədə yayımlanan, indi mənim baş redaktoru olduğum “Türk ədəbiyyatı” və “Qardaş ədəbiyyatlar” dərgilərində şeirləri dərc olunan Azərbaycan şairlərindən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza, Məmməd Aslan, Məmməd Araz, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Musa Yaqub kimi şairlərin bir çox şeirlərini də əzbərləmişdim.
Bizim nəslin tələbəlik çağı – universitet illəri Azərbaycanın müstəqillik uğrunda mübarizə apardığı dövrə, siyasət və iqtisadiyyat baxımından keşməkeşli illərə təsadüf edib. Həmin dönəmdə Azərbaycanda baş verən hadisələri, Birinci Qarabağ müharibəsi ilə başlayan fəlakətləri ürək ağrısı ilə izləyirdim. O illərdə Azərbaycana dəstək üçün təşkil etdiyimiz mitinqlərdə atəşli nitq söyləyənlərdən biri də mən olmuşam.
Azərbaycana, Azərbaycan ədəbiyyatına sevgim sonsuz idi. Azərbaycanı heç görməsəm də, hekayə və romanlarda təsvir olunan yerlərin adlarını, xüsusiyyətlərini, tarixini, hətta taleyini belə öyrənmişdim. İçərişəhər, Sınıq minarə, Xəzər, Bakı bulvarı, Qız qalası, Atəşgah, Yanar dağ, hətta Neft buruqları… Qalaaltı, Narın qala, Xudafərin körpüsü, Ağdam, Füzuli, Şuşa, İsa bulağı, Cıdırdüzü, Gəncə, Cavad xanın şəhid olduğu Gəncə qalası, İmamzadə məscidi, Şamaxı, Gülüstan… Dəli Kür, Xan Araz, ceyranların su içdiyi bulaqlar, Qəçrəş meşələri…
2000-ci illərdə isə Azərbaycan ədəbiyyatı nümunələrini əldə etməklə yanaşı, demək olar ki, bir çox yazıçı və şairlərin ən azı bir-iki əsərini oxumaq, hətta çox sevdiyim və yalnız adını eşitdiyim yazıçılar, şairlər, alimlərlə yaxından tanış olub dostluq etmək nəsibim oldu. Anar, Elçin, Mövlud Süleymanlı, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Musa Yaqub, Sabir Sarvan, Fikrət Qoca, Abbas Abdulla, Fikrət Sadıq, Ramiz Rövşən, Rəşad Məcid, Səlim Babullaoğlu, Aslan Quliyev, Elçin Hüseynbəyli, Eyvaz Zeynalov kimi şair və yazıçılar; İsa Həbibbəyli, Kamal Abdulla, Rahid Ulusel, Abuzər Bağırov və başqa elm adamları…
Bütün bunlarla yanaşı, Əjdər Olun mənim ürəyimdə çox xüsusi və əvəzolunmaz bir yeri var. Əjdər Ol mənə Azərbaycanı qarış-qarış gəzdirdi, adını andığım bütün şəhərlərə, qəsəbələrə, hətta kəndlərə apardı… Mən ondan Azərbaycanın tarixini, taleyini, etnoqrafiyasını, Azərbaycan xalqının başına gətirilən müsibətləri öyrəndim. Onun bələdçiliyi ilə etdiyimiz səfərlərdə Azərbaycan təbiətinin bütün gözəlliklərini seyr etdim. O, mənə Azərbaycan şairlərini misra-misra; Azərbaycan yazıçılarını sətir-sətir oxutdu…
Mən Nizamini, Xaqanini, Nəsimini, Füzulini, Sabiri, Vahidi onunla səfərlərimizdə yol boyu əzbərdən söylədiyi və şərh etdiyi beytlərlə daha dərindən dərk etdim. Onun nəql etdiyi səhnələrlə Azərbaycanın teatr xadimlərinə, rəssamlarına, onların sənət əsərlərinə aşiq oldum. Onun sayəsində çağdaş Azərbaycan poeziyasının və nəsrinin dərinliklərinə bələd oldum. O, mənə Azərbaycan musiqisini, təsviri sənətini bütün incəlikləri, təfərrüatı ilə tanıtdı. Onun izahları ilə aşıq havalarını və muğam sənətini bir-birindən ayıra bildim. Onun köməyi ilə Habil Əliyev kimi ustad bir sənətkarla tanış oldum. Mirzə Fətəli Axundovun “Aldanmış Kəvakib” povestini və komediyalarını Əjdərin dəstəyi və təşfiqi ilə türk dilinə çevirdim.
Azərbaycanın sovet dövründəki mürəkkəb ictimai tarixini, müstəqillik dövründəki siyasi hadisələrin arxa fonunu onun son dərəcə dəqiq və yerində təhlilləri ilə kəşf etdim. Mən Ulu Öndər Heydər Əliyevin dühasını, onun siyasətinin incəliklərini Əjdən Oldan öyrəndim.
Onun bir çox dilə, o cümlədən türkcəyə çevirdiyim “Əjdər Olun Kitabı” (Azərbaycan lətifələri) başda Heydər Əliyev olmaqla, Azərbaycanın ictimai-siyasi xadimlərinin müxtəlif hadisələrlə bağlı aforizmlərini; Azərbaycan şair, yazıçı və incəsənət adamlarının zərif yumoristik məqamlarını; Azərbaycan xalqının müdrik şəxsiyyətlərinin hazırcavablıqlarını və rəngarəng Azərbaycan mənzərələrini oxucuların gözü qarşısında sərgiləməkdədir.
“Portret Hekayələri” kitabında işıq üzü görən əsərlər isə bir çox yazıçı, şair və incəsənət xadimlərini müxtəlif maraqlı yönləriylə təqdim edən möhtəşəm hekayələrdir. Klassik ədəbiyyatımızda təzkirə ənənəsini davam etdirən Əjdər Olun “Portret hekayələri” sanki çağdaş-satirik təzkirələr silsiləsidir…
Onun türkcəyə çevirdiyim “Səhra Komandirinin meymunu” və “Tütün limanı” adlı kitablarında yer alan hekayələri son dövr Azərbaycan ədəbiyyatının ən gözəl nəsr nümunələridir. Əjdər Ol bu hekayələrdəki obrazlar, bəhs etdiyi mövzular, təsvir etdiyi sosial-ictimai məsələlərdə Azərbaycan mühitinə xas insan mənzərələrini bədii boyaların ahəngində bir rəssam incəliyi ilə yaratmışdır.
Onun türkcəyə tərcümə etdiyim, lakin hələ çap etdirmədiyim “Lo” romanında hadisələr 1986-cı ildə baş vermiş və SSRİ-nin dağılmasına səbəb olan Çernobıl faciəsinin təsviri ilə başlayır. Siyasi hadisələri özündə ehtiva edən, Azərbaycanın müstəqillik yolundan bəhs edən bu roman o dövrün sosioloji mənzərələrini son dərəcə realist prizmadan əks etdirir. Bu roman müstəqillik dövrü Azərbaycan tarixinin ən yaxşı portretidir. Sənədli roman xüsusiyyətini daşıyan bu əsər oxucuya o dövrün siyasi hadisələrini, şəxsiyyətlərini düzgün qiymətləndirmək imkanı verir. “Lo” romanını oxuyandan sonra mən bir həqiqəti öyrəndim və dərindən dərk etdim ki, hadisələr və şəxsiyyətlər xarici aləmdən, kənardan göründüyü kimi deyil. Məsələlərin daxili mahiyyəti, batinindəki məna kənardan zahiri görünənlə həmişə eyni olmur.
Əjdər Olun nəsrini bilməyənlər onu Türkiyədə daha çox şair kimi tanıyır. Əjdərin şeirləri Türkiyədə onlarla jurnalda dərc olunub. Mən onun şeirlərindəki vətən, millət sevgisini, misralarındakı poetik sadəlövhlüyü dərindən duyuram. Həssas oxucu onun şeirlərindəki birinci Qarabağ müharibəsində işğal olunan, itirilən torpaqların acısıyla, vətənin dərdindən, kədərindən doğan ağrılarını görə, duya bilir. Əminəm ki, indi o, böyük zəfərlə, qələbə ilə azad edilmiş vətənin azadlığını, millətin sevincini tərənnüm etməkdədir…
Biz Əjdərlə ildə bir dəfə Azərbaycanı, bir dəfə Türkiyəni gəzirdik. Azərbaycanın hər rayonunu Əjdərin bələdçiliyi ilə tanıdığımı demişdim. Etiraf edim ki, Türkiyənin bəzi şəhərlərini də onun sayəsində tanıdım. Əjdər hər gələndə bir rayon seçər, ən azı bir həftə o rayon və şəhərlərə birgə səyahət edərdik. Mən daha öncə heç görmədiyim Urfa, Mardin, Diyarbəkir, Qaziantep, Kilis, Osmaniyə, Hatay, Təkirdağ və Ədirnə şəhərlərini Əjdər Ol sayəsində gəzdim, gördüm.
Türkiyənin bu gözəl şəhərləri haqqında Əjdərin çoxlu xatirə yazıları, ürəyaçan misraları var. İndi bir əhvalatı xatırlayıram. Bir yay günü Sivasa – Qazi Bürhanəddinin qurduğu dövlətin paytaxtına səfər etmişdik… Oradakı memarlıq abidələrini gəzdikdən sonra bir qədər söhbət etdik. Sözün açığı, onun Qazi Bürhanəddin haqqında bildiyi, danışdığı, tuyuğlarından əzbər dediyi parçalar məni çox təəccübləndirdi… Ramazan ayı idi, şam yeməyi ərəfəsində bir restorana girdik. Şəhər əhalisi şəhər meydanına toplaşmışdı. Restoranlarda böyük sükut hökm sürürdü. Oruc tutmasaq da, yeməyə başlamaq üçün hamı kimi iftar topunun atılmasını, axşam azanının oxunmasını gözləyirdik. Birdən top atıldı və azan səsləndi. Elə bir təlatüm yaranmışdı ki, boşqablara toxunan qaşıq və çəngəl səsləri bütün səsləri boğurdu. Əjdər Olun bu səhnə qarşısında zarafatla dediklərini heç vaxt unutmuram: “Buna bax, ee! Üç yüz min adamı olan şəhər yemək-içmək üçün mollanın azanına bənd imiş! Hələ bu səslərə bax! Eşidən də deyər ki, Əmir Teymurla Qazi Bürhanəddinin qoşunları vuruşur!”
Əjdər OL Türkiyəni də, Azərbaycanı da, bütövlükdə Türk Dünyasını çox sevən adamdır. Birlikdə Kiprə, Qazaxıstana, başqa türk ellərinə səfərlərimiz zamanı getdiyimiz hər yerdə onunla türk yurdları, türk tarixi, türk mədəniyyətləri haqqında dərindən söhbətlər etmişik.
Əjdər Olun əsərləri Türk dünyasında böyük mükafatlara layiq görülmüşdü. Türkiyədə “Qəzənfər Müəllimgilin Şuşa yürüşü” hekayəsi ilə “II Beynəlxalq Kaşğarlı Mahmut Hekayə Yarışması”nda birincilik qazanmışdı. O qədər vicdanlı, xeyirxah və yardımsevər bir dost idi ki, həmin yarışmada aldığı pul mükafatının böyük bir hissəsini Türk Dünyasının müxtəlif ölkələrindən gələn tələbələrə və oradakı azərbaycanlılara bağışlamışdı.
Azərbaycan, Türkiyə və Türk Dünyası sevdalısı Əjdər Olun bu il Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Türk Dünyasına Üstün Xidmət Ödülü”nə layiq görülməsi təsadüfi bir məqam deyil, onun çoxşaxəli yaradıcılığının, gördüyü əvəzsiz işlərin və işıqlı fəaliyyətinin nəticəsidir.
Aqşin HACIZADƏ “Tikdim ki, izim qala” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə verilən “Ziyadar” Mükafatına layiq görülüb. Müəllifi və onun sevənlərini bu münasibətlə təbrik edirik!
Tədbirin gedişində Zaur Ustac Nazim Əhmədliyə “Ziyadar” Mükafatını təqdim edib. Yazarlar bir-birlərinə kitablar hədiyə edib, xatirə fotoları çəkdiriblər. Qonaq yazarların maraqlı çıxışları tədbirə xüsusi rəng qatıb.