Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri olan Asif Yusifcanlı “Qəlbimin səsi” adlı yeni kitabın nəşrinə görə “Ziyadar” mükafatı ilə təltif olunub.
Yazarlar cameəsi adından Asif müəllimi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
“Ziyadar” Mükafatı laureatları Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sistemi və “Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanının birgə təşkilatçılığı ilə Cəlilabad şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, şair Sevinc Şirvanlının “Həsrətimi çəkəcəksən” adlı yeni nəşr edilmiş şeirlər kitabının təqdimat mərasimində “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist Zaur Ustac tərəfindən Cəlilabad ədəbi mühitinin bir neçə xanım nümayəndəsinə təqdim edilmiş “Ziyadar” Mükafatı (Fəxri Fərman və döş nişanı) ədəbi mühitimizin aşağıda adları çəkilən xanım yazarlarına təhvil verilmişdir:
Sevinc Şirvanlı (Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı);
Pərvanə İsgəndərqızı (“Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair);
Arzu Əyyarqızı (“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, AYB və AJB-nin üzvü, şair-publisist);
Atlaz Rzayi (“Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair). Mükafat Zaur Ustac tərəfindən dəyərli xanım-yazarlara təqdim edilərkən onlara sağlamlıq, məsud həyat və yeni-yeni yaradıcılıq uğurları arzulandı, onlar da eyni halda belə bir diqqət və dəyərləndirməyə görə hörmətli Zaur Ustaca, həmçinin, yazıçı-publisist İlqar İsmayılzadəyə səmimi minnətdarlıqlarını bildirdilər… Məlumat üçün qeyd etmək lazımdır ki, “Ziyadar” Mükafatı bundan öncə 20.10.2020-ci il tarixində Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin direktoru, Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvanın (Sehla Revan) yubileyi və kitablarının təqdimat mərasimində ona təqdim edilmişdir.
Həm öz adımdan, həm də “Həməşəra ” mətbu orqanı tərəfindən ilk öncə bu iltifat və təltifin sahibi “Yazarlar” Jurnalının baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist Zaur müəllimə minnətdarlığımı bildirir, eyni halda Cəlilabad ədəbi mühitinin bu il ərzində “Ziyadar” Mükafatına layiq görülmüş əziz və dəyərli xanım nümayəndələrini səmimi qəlbdən təbrik edərək, onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yaradıcılıq sahəsində davamlı uğurlar diləyirəm! 20.12.2025
İlqar İsmayılzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, yazıçı-publisist
21 dekabr 2024-cü il tarixində, “Kitabçı” mağazasında, tanınmış yazıçı Nigar Səttar-zadənin “Axıdılmış qanın izi ilə” kitabının müzakirəsi və imza saatı keçirildi.
Tədbirdə müəllifin oxucuları, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, gənc yazıçı Məhəmməd Kərimov, Bahar Bəxtiyarqızı, Şah Sənəm və digər qələm adamları iştirak etdi.
Tədbirin gedişində müəllifə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən “Ziyadar” mükafatı təqdim olundu.
Mükafatı “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim etdi.
Tədbirdən fotolar:
“Yazarlar” olaraq, bu münasibətləNigar Səttar-zadənitəbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun! Ziyanız tükənməsin!
Şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, Leopold Sedar Senghor Beynəlxalq Akademiyasının həqiqi üzvü cənab Səlim Babullaoğlu “Ərənlərin nəğməsi” (Çeçen şeirindən seçmələr) kitabının işıq üzü görməsi münasibətilə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim edilən “Ziyadar” mükafatı ilə təltif olunub.
Mükafatı bugün “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim edib.
“Yazarlar” olaraq, bu münasibətlə Səlim Babullaoğlunu təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Qeyd: Səlim Babullaoğlunun “Ərənlərin nəğməsi” (Çeçen şeirindən seçmələr) kitabı “Yazarlar” jurnalı tərəfindən “İlin antologiyası” nominasiyasında “Mücrü” nəşriyyatının elan etdiyi “İlin kitabı” müsabiqəsinə təqdim edilib.
Salam olsun, sevimli oxucular! Şanlı Zəfər Günümüz mübarək olsun! Ənənəmizə sadiq qalaraq sevindirməyə davam edirik: budəfəki seçilmiş dəyərli ziyalımız cənab Pərviz Yəhyalı oldu. Təbrik edirik! Pərviz Yəhyalı – tarixçi alim, Beynəlxalq Nobel İnformasiya Akademiyasının üzvü (2015), tarix ü. f.d. (2004), AYB-nin üzvü (2008), Əməkdar müəllim (2006).
N.Tusi adına ADPU-nun Tarix–filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib (1997). Həmin ildən pedaqoji fəaliyyət göstərir. Yəhyalı ölkədə üç dəfə (2001, 2003, 2008) ilin ən yaxşı müəllimi müsabiqələrində birincilik qazanmış yeganə müəllimdir. Yəhyalının bir sıra ədəbi əsərləri gürcü, eston, rus, ingilis dillərinə tərcümə olunub. Qoy, “Ziyadar” da bu mükafatlar sırasında olsun. “Bunun nəyi pisdir!?”-1 Dəyərli Dostlar, hamınızı bağrıma basıram! – “Can deməklə candan can əskik olmaz”-2
Alıntılar haqqında qeyd: 1- Vaqif Isaqoglu 2- Dədə Ələsgər.
Tanınmış pedaqoq, jurnalist, yazıçı Fərhad Əsgərov “Gizli oyunlar” adlı yeni kitabının nəşr olunması münasibətilə “Ziyadar” mükafatı ilə təltif olunub. Təbrik edirik!
Özbəkistan şairi Xasiyyət Rüstəmin kitabları təqdim olundu
24.01.2024-cü il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində AYB-nin “Natəvan” zalında Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat mərasimi baş tutub. AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğunda Azərbaycan – Özbəkistan arasındakı mövcud və genişlənməkdə olan mədəni əlaqələr üzrə maraqlı diskusiya şəraitində keçən tədbirdə həm özbəkistanlı, həm də azərbaycanlı yazarlar Xasiyyət Rüstəmin yaradıcılığı ilə barabər ümumi faydalı əməkdaşlıq kontekstində də yaddaqalan təkliflərlə çıxış ediblər. Hər iki tərəfdən alimlərin, yazarların, ictimaiyyət nümayəndələrinin, oxucuların iştitak etdiyi tədbirdə yazarlar adından xanım Xasiyyət Rüstəmə “Ziyadar” mükafatı, cənab Səlim Babullaoğluna isə “Kitab dünyası” qəzetinin Diplomu təqdim olunub. Bundan əlavə Azərbaycan – Özbəkistan mədəni əlaqələrin inkişafına göstərdiyi misilsiz xidmətlərinə görə azərbaycanlı tanınmış türkoloq alim Ramiz Əsgərə xüsusi hədiyyə verilib.
İki qardaş ölkənin yazarları bu tədbiri keçirməklə gözəl bir nümunə göstəriblər. Tədbirdən fotolar:
“Yazarlar” jurnalının baş redaktoru, şair-publisistZaur Ustac “Qayıt, gəl” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə Hacı Əkbər Rüstəmova “Ziyadar” mükafatı təqdim edərkən (27.04.2023 – Bakı şəhəri).