Etiket arxivi: ELŞAD BARAT

Elşad Barat – Sabir Rüstəmxanlı – 3/4 əsr

Şəxsiyyətlər tarixin yaddaşına öz əməlləri, missiyaları ilə hopub qalar. Elə adamlar var ki, onlardan ay-ay danışarsan, elə adamlar var ki, onlardan fəsil-fəsil susarsan, elə adamlar var ki, onların əməlləri, şəxsiyyətləri, obrazları illərə sığmaz, elə adamlar da var ki, onlardan əsrlərlə danışmaq olar.
Xalq şairi Sabir Rüstəmxanlı əsrlərə sığmayan adamdır. Onun yazdıqları, əməlləri, missiyası aylara, illərə deyil, əsrlərə kodlaşmış tarixi yoldur.
Biri var insan beynindəki insanların obrazları, biri də var xalqın, millətin, vətənin yaddaşındakı obraz. İnsan böyüdükcə, şəxsiyyətləşdikcə, vətənləşir. Sabir Rüstəmxanlı deyəndə bizim beynimizdə tamlıq, əbədəlik, bütövlük yaranırsa, milli yaddaşda, milli ruhda milliləşmə, vətənləşmə, xalq birliyi, həmrəyliyi formalaşır.
Orta məktəbi kəndimizdə oxumuşam. Məktəbin həyətində böyük bir ağac var idi. O ağacın yaşını bilən yox idi. Biologiya müəllimimiz deyirdi ki, o ağacın əsrlərlə yaşı var. Uşaqlarla oynayanda qaçıb o ağacın koğuşunda gizlənirdik. Ağac o qədər böyük idi ki, adama elə gəlirdi, bütün məktəb o ağacın koğuşunda gizlənə bilər. Ağac hər il onlarla şiv çıxarırdı, əlcə-əlcə yarpaqları var idi. Kəndin altı-üstü o ağacın dibindən şiv çıxarıb aparıb həyətində əkmişdi. Qışda yağış, yayda günəş o ağacın altına düşməzdi. Sanki ağacın məqsədi bütün kəndi qorumaq idi.
Bu yazının içində o ağacı xatırlamağım təsadüfi deyil. Mənə elə gəlir ki, Sabir Rüstəmxanlı da o ağac kimi üzərinə missiya götürüb. Ağacın koğuşuna bütün məktəb sığa bilərdisə, Sabir müəllimin qəlbinə bütün vətən, bütün millət yerləşər. O ağacın məqsədi bütün kəndi yağışdan, qardan, günəşdən qorumaq idisə, Sabir müəllimin missiyası gəncliyi, xalqı, bütöv Azərbaycanı qorumaqdır.
Xalqların, millətlərin taleyində şəxsiyyətlər mühüm rol oynayır. Biri mədəniyyət sahəsində, biri elm, biri siyasət, biri incəsənət və s. Sabir Rüstəmxanlının 3/4 əsrlik həyatına baxanda bir çox sahələr görürük. Xalqın, millətin, ölkənin siyasi taleyində də, ədəbi taleyində də, mədəni, ictimai taleyində də Sabir müəllimin xüsusi yeri vardır.
Bu xalqın taleyində Nizami, Füzuli, Nəsimi, Vaqif, Axundov kimi şəxsiyyətlər olub. Onları oxuyanda həmişə düşünmüşəm ki, Nizami ilə küçədə qarşılaşsaydım nə danışardım? Nəsimi ilə Feysbukda dost olsaydım ona nə yazardım? Axundovun e-mail adresini bilsəydim nə edərdim? Füzuliyə zəng etmə imkanım olsaydı nə olardı? Bu gün biz gənclər xoşbəxt gəncliyik ki, Sabir Rüstəmxanlı ilə eyni dövrdə yaşayırıq, onunla Feysbukda dostuq, onun e-mailinə yaza bilirik, telefon nömrəsinə zəng etmə imkanımız var.
Mənim ən böyük ədəbi və elmi arzum bilirsiz nədir? Sabir Rüstəmxanlı haqqında elmi iş götürüm, dissertasiya yazım, müdafiə edim. İnanıram ki, bir gün bu arzuma çatacam. Sabir müəllim haqqında fikirlərimi o dissertasiyada daha ətraflı yaza biləcəm.
Hörmətli Sabir müəllim!
Sizi 3/4 əsr yaşınızın tamam olması münasibətilə təbrik edirəm, sizə uzun ömür, can sağlığı, həyət və fəaliyyətinizdə, yaradıcılığınızda uğurlar arzulayıram.

Müəllif: Elşad BARAT

ELŞAD BARATIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELŞAD BARAT – AĞDAM

ELŞAD BARATIN YAZILARI

AĞDAM

(poema)

Əzizinəm, Ağdama,

Qara dama, ağ dama.

Səni viran qoyanın

Gözlərinə ağ dama.

Əzizim, yollar məni,

Uzağa yollar məni.

Otuz ildir gözləyir,

Ağdamda yollar məni.

Əzizim, bağrı yanar,

Düz yanar, doğru yanar.

Mən biraz da geciksəm

Ağdamın bağrı yanar.

1

Yuxu getmir gözümə,

Qəribə təhərim var.

Səhər açılan kimi,

Ağdama səfərim var.

Bir dəfə getməmişəm,

Görməmişəm Ağdamı,

Dağlar səs-səsə durub,

Torpaq çəkir adamı.

Vətən belə olurmuş,

Həyəcandan əsirsən,

Ayağın dəymədiyi,

Yollara tələsirsən.

Tələsirsən özünə,

Tələsmək yedi məni,

Dualarla gözləyir,

Cümə məscidi məni.

Pənahəli tikdirən,

Xan sarayı gözləyir,

Vətənin ruh şəhəri,

Can sarayı gözləyir.

Gözləyir, ya gecikəm,

Ya tələsəm, yaxşıdır?!

Hələ səhərə qalıb,

Mürgüləsəm yaxşıdır.

2

Az qalıbdır, birazdan

Söküləcək dan yeri.

Orda bizi gözləyir

Qarabağın can yeri.

Hamıdan tez oyanıb,

Gəldim vədə yerinə,

Bura vədələşmişik,

Xəzərin sahilinə.

Hələ ki, yoxdur gələn,

Gözüm yolları çəkir,

Biraz mən tələsmişəm,

Biraz onlar gecikir.

Odur gəlir bir nəfər,

Yolu Ağdam yoludur.

Dayan, dayan, qoy baxım,

Bu ki, Vüsal Nurudur.

Bir-birinin dalınca,

Bacı-qardaşlar gəlir.

Şairlər, bəstəkarlar,

Heykəltəraşlar gəlir…

Artıq saat yeddidir,

Yoxdur vədinə xələf.

İndicə qalxar maşın,

Üzü Ağdama tərəf.

3

Bəlkə hamıdan qabaq,

Aparsın külək məni.

Yollar boyu izləyir,

İki kəpənək məni.

İstəmirəm heçnə ta,

Bu gözəl adamlarla,

Gözəl səfər bəsimdi,

Şair, bəstəkar, rəssam, –

Sözdü, səsdi, rəsmdi.

Birimiz şeir yazar,

Birimiz rəsm çəkər.

Bu ağ kəpənəkləri,

Ovucuma kim çəkər?

Kim çəkər, hansı rəssam?

Yollara izimizi.

Ağdamın dağlarına,

Zəfər tariximizi.

Çəkməyə gərək də yox,

Şuşadan üzü bəri,

Düşmənlərə dağ çəkdi,

Azərbaycan əsgəri.

Çəkə-çəkə çəkmişik,

Sərhədləri, almışıq.

Nəisə, mən gedirəm,

Ağdama az qalmışıq.

4

Qarşımda dayanıbdır

Cəsarət kompleksi.

Pənahəli şahımın,

İmarət kompleksi.

Qulağıma səs gəlir,

Obaların köçündən,

Kimlər keçib görəsən,

Bu qalanın içindən?

İndicə xatirimə

Gələn hər kəs qayıdır.

Xudu Məmmədov gedir,

Qulu Ağsəs qayıdır.

Qayıdır divarlardan,

Üstümə haqqın özü,

Yazılıb hər daşına,

Tarixin vətən sözü.

Bu qalanın tarixi,

Məni hara yollayır?!

Güllər təbəssüm edir,

Çiçəklər əl yelləyir.

Daşa dönmüş tarixdir,

Ölkədə hər qalamız.

Bu da tarixin özü,

Pənahəli xan evi,

Ağdam zəfər qalamız.

5

Vətən şəhid qanıdır,

Şəhid vətənin canı.

İndi ziyarətimiz,

Şəhidlər Xiyabanı.

Hamı ziyarət edir,

Ocaq kimi, pir kimi,

Allahverdi Bağırov

Öndə komandir kimi.

Hər kəsin iç dünyası,

Göz yaşından bilinir.

Ruhların şad olması,

Başdaşından bilinir.

Biri körpə uşaqdır,

Biri yaşlı anadır,

Daşlar çiyin-çiyinə,

Məzarlar yan-yanadır.

Bu məzarın adı yox.

Vətən mənasıdır bu.

Bəlkə də bir ananın,

İtkin balasıdır bu.

Hər kimdirsə şəhiddir,

Başımızın tacıdır.

Zəfər savaşının da,

İtgiləri acıdır.

Acılarla böyüyür,

Analara tən olur.

Tökülsə şəhid qanı,

Torpaq da vətən olur.

6

Bu yerləri gördüm ya,

Buna görə Tanrıya,

Min dəfə şükür düşür.

Məni bura göndərən

Şair Rəşad Məcidə

Böyük təşəkkür düşür.

7

Burda mənə ən gözəl

Hissləri Ağdam verir.

Şəhərin baş planı,

Adama ilham verir.

İşlər çoxdan başlayıb,

Lil sular durulacaq.

Ağdam ağ şəhər kimi,

Yenidən qurulacaq.

Bu dağılmış evlərin,

Ağrıları keçəcək,

Yüz min ev tikiləcək,

Yüz min ailə köçəcək.

Köçəcək öz yurduna,

Ağdamlı soydaşımız,

Qalmayacaq evindən,

Uzaq vətəndaşımız.

Bu sökülmüş evin də,

Yerində ev tikilər.

Həyətində ağaclar,

Gül-çiçəklər əkilər.

Qayıdar Səməd kişi,

Toy edər nəvəsinə.

Qollarını qaldırar,

Oynayar beləsinə.

8

Vətənin yaşı olmur,

Amma ki, abidələr,

Göstərir əsrimizi.

İndi də qarşılayır,

Şahbular qəsri bizi.

Bu nə səsdir, ilahi,

Qala divarlarına,

Sanki çiçək toxuyur,

Sanki Arif Babayev,

Bizə muğam oxuyur.

Çiçəklər pıçıldaşır,

Gül danışır gül ilə.

Sanki şeir oxuyur,

Şahmar Ələkbərzadə,

Çiçəklərin diliylə.

Hərdən mən də coşuram,

Bir şeir oxuyuram,

Çayın şırıltısından,

Mənsum İbrahimovun,

Muğam səsin duyuram.

Duyuram ayrılığın,

Qovuşmağın səsini,

İlhamla Fərizənin,

Məhəbbət nəğməsini.

9

Durun öpək yolların,

Daşını, yola düşək,

Qədir dayı, işə sal,

Maşını, yola düşək.

Zaman quş kimi uçdu,

Su kimi axdı gəldi.

Qayıdırıq Bakıya,

Ayrılıq vaxtı gəldi.

Sağ ol, Cümə məscidi,

Pənahəli xan evi,

Sağ ol, Şahbulaq, sağ ol, –

Ağdamımın can evi.

***

Mən aşiqəm salınır,

Torpaq belə alınır,

Ağdamın sinəsində,

Yeni şəhər salınır.

Mən aşiqəm olacaq,

Hər iş yerin alacaq.

Ağdam öncəki kimi,

Gözəl şəhər olacaq.

Mən aşiqəm Ağdama,

Dərə, təpə, dağ dama.

Doymadım havasından,

Bir də gedək Ağdama.

İlkin mənbə: edebiyyatqazeti.az

Müəllif: Elşad BARAT

ELŞAD BARATIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elşad Barat Ağsuda “Ölümsüzlər” kitabını təqdim edib

ELŞAD BARATIN KİTABI

Bu gün Elşad Baratın Vətən müharibəsi şəhidlərinə həsr etdiyi “Ölümsüzlər” kitabının Ağsuda təqdimatı olub. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəsmiləri, ziyalılar, şəhid ailələri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC ELŞAD BARATA ZİYADAR TƏQDİM EDƏRKƏN

AYB-nin “Natəvan” klubunda tanınmış şair Elşad Barat şəhidlərimizə həsr etdiyi “Ölümsüzlər” kitabını təqdim edib. Sayman Aruzun moderatorluğunda keçən tədbirdə tanınmış söz adamlarından Rəşad Məcid, İlqar Fəhmi, Mərziyə Nəcəfova, Lətifə Oruc və başqaları çıxış edərək Elşad Baratın yaradıcılığı, kitab haqqında öz fikirlərini bildiriblər. Sonda Zaur Ustac şairə “Ziyadar” Mükafatı təqdim edib.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELŞAD BARAT “ÖLÜMSÜZLƏR” KİTABINI TƏQDİM EDİB

Bu gün AYB-nin “Natəvan” klubunda tanınmış şair Elşad Barat şəhidlərimizə həsr etdiyi “Ölümsüzlər” kitabını təqdim edib. Sayman Aruzun moderatorluğunda keçən tədbirdə tanınmış söz adamlarından Rəşad Məcid, İlqar Fəhmi, Mərziyə Nəcəfova, Lətifə Oruc və başqaları çıxış edərək Elşad Baratın yaradıcılığı, kitab haqqında öz fikirlərini bildiriblər. Sonda “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şairə “Ziyadar” Mükafatını təqdim edib. Tədbirdən fotolar:

Elşad Baratı bu münasibətlə təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.

Təqdim etdi: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru