
TƏCNİS
Xudam onnan məni yoxdan yaradıb,
Ayırmaz, o yara yar edər məni .
Bir qonçaydım, bitdim dostun bağında,
Dilim ilə dedim yara dər məni .
* * *
Tutmuşam dəstimdə gözəl nizamı,
Nəbatı, Firdovsi, gözəl Nizami ,
Təqdiri-qüdrətin gözəl Nizami,
Mənə dərd verib, yara dərmanı .
* * *
Hilal qaşın bənzətmərəm tər yaya
Ələsgər də dastan edə, dürr yaya,
İstəsə göl elər, qatar dəryaya ,
Yaratsa təzədən, yaradar məni.
Müəllif: Aşıq Ələsgər
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru