LALƏ İSMAYIL – SÖZ

Lalə İsmayıl – şair.

SÖZ
Nə gündəsən a qələm, nə gündəsən a varaq?!
Qaralanıb, pozulur üz-gözün varaq, varaq,
Səni edam eyləyir, hər yetən əl, ovaraq,
Döz, deməyə üzüm yox, tərsə düşüb zamanın.
* * *
Qonub bir şah budağa, “qarr” eyləyir qarğası,
Oturub sağ yanında, dəmin tutur darğası,
Arxasıza toy tutur, kimin varsa arxası,
Sovurur hayın, küyün, sovurmur söz xırmanın.
* * *
Düyün salıb, ilməsi çözülməyən büyüdür,
Üfləyir bəbəklərə, tozu gözdə böyüdür,
Ləl udub, mədəsində, xırdalayıb, üyüdür,
Şər tutub bu dünyanın fırladır dəyirmanın.
* * *
Tamahın zirvəsinə, qanadlanma hündürə,
Siçan düşər tələyə, acsa müftə pendirə,
Şöhrəti yal qabında, düyünləyir kəndirə,
Ucun tapıb, sallaşan, dırmanın hey, dırmanın!
* * *
Dörd tərəfə ayırma, parçalama gəl biri,
Onsuz da ələyəcək şadarası, xəlbiri,
Son gedişin ələkdə, çox qalmazsan sən diri,
Hər at verməz minməyə, hər yetənə yalmanın!
* * *
Özü memarı olsun, insan gərək özünü-
İnşaa edərkən, tutsun bünövrədə sözünü,
Demirəm, burda mənəm, Tanrı yumub gözünü,
Yetəcək harayıma, gözləyirəm fərmanın.
15. 04. 2021.



Müəllif: 
Lalə İSMAYIL

LALƏ İSMAYILIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SEHRAN ALLAHVERDİ TƏLTİF OLUNUB

Sehran Allahverdinin ödül belgesi.

Tanınmış Azərbaycan rəssamı Sehran Allahverdi qardaş Türkiyə Respublikasında təşkil olunmuş “Kelebeğin düşü” mövzulu sərginin iştirakçısı olub və ödülləndirilib. Bu münasibətlə Sehran müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Sehran müəllim!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VÜQAR ƏHMƏDİN AD GÜNÜDÜR!

Vüqar ƏHMƏD – ədəbiyyatşünas alim, şair.

Bu gün dəyərli ziyalımız, ədəbiyyatşünas alim, sevimli şair, şairlər ilində, fatehlər ayında, müdriklər günündə anadan olmuş Vüqar Əhmədin doğum günüdür! Ad günü münasibətilə Vüqar müəllimi təbrik edir, uzun ömür, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Vüqar müəllim!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SAXLAYIN YER KÜRƏSİNİ…

“Остановите Землю — я сойду”

“SAXLAYIN YER KÜRƏSİNİ…”

(Məşhur ifadənin orijinalı haqqında)

“Остановите Землю — я сойду” (англ. Stop the World – I Want to Get Off, дословно: Остановите Мир — я хочу выйти) — мюзикл Лесли Брикасса и Энтони Ньюли. Создан на основе их же оригинального сценария. История преданной любви и страшного превращения циркового артиста в коммерческого магната. Премьера в Лондоне состоялась 20 июля 1961 года в Queen’s Theatre, в Нью-Йорке — 3 октября 1962 года в Shubert Theatre. Бродвейская постановка была номинирована на пять премий Тони . Песня «Какой же я дурак» (англ. What Kind of Fool Am I?) получила премию Грэмми, как лучшая песня года

.Təqdim etdi: Zaur USTAC


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru