Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyi qeyd olunub

Abşeron rayonunun İcra Hakimiyyətinin təşkilatçılıgı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində tanınmış oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyi təntənəli qeyd olundu. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdın Fərzəliyev başda olmaqla hüquq – mühafizə orqanlarının rəhbərləri, səhiyyə, təhsil kollektivləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbir iştirakçıları ulu öndərimizin, Zərifə xanımın və Azərbaycanın ərazi bütövlüyü ugrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükütla yad etdilər.
Çıxış edən İH başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, həkim oftalmoloq Elnarə Hüseynova, Rayon Agsaqqallar Şurasının sədri Nadir Agayev Zərifə xanımın şərəfli ömür yolundan danışaraq tədbir iştirakçılarına ətraflı məlumat verdilər.

Belə ki, bildiyimiz kimi Zərifə xanım 1923 cü il aprelin 28 -ində həkim Əziz və Leyla Əliyevlərin ailəsində anadan olmuşdur.
1947-ci ildə N.Nərimanov adına Tibb İnstitunu,1953 cü ildə isə aspiranturanı bitirərək tibb elmləri namizədi, sonra isə tibb elmləri doktoru adını almışdır.
Zərifə xanım oftalmologiya elminin inkişafında xüsusi xidmətləri olmuşdur. 1980- cı ildə Azərbaycanın Əməkdar Elm Xadimi,1981- ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafata layiq görülmüş ilk qadındır.

Çıxış edən Abşeron Rayon İH başçısı Abdin Fərzəliyev qeyd etdi ki, bu gün Zərifə xanım Əliyevanın ruhu şaddır. Ona görə ki, siyasətimizin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən ugurla davam etdirilməsi nəticəsində 30 il işgal altında qalan dogma torpaqlarımız 44 günlük Vətən müharibəsində Zəfər çalaraq düşmən tapdagından azad edilmişdir. Və hazırda Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti sənab İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü və planlı şəkildə ulu yurdumuz Qarabagda genişmiqyaslı abadlıq və quruculuq işləri sürətlə həyata keçməkdədir.
Digər çıxış edənlər; YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, həkim oftalmoloq Elnarə Hüseynova, Rayon Agsaqqallar Şurasının sədri Nadir Agayev Zərifə xanım Əliyevanın elmi fəaliyyətindən, gözəl ailə başçısı, nəcib, mərhəmətli bir ziyalı olmasından danışdılar….
Tədbirin bədii hissəsində hələ kiçik yaşlarından tanınmış, Prezident təqaüdçüsü Amil Həsənoglunun ifasında Zərifə xanımın qızı Sevil Əliyeva tərəfindən bəstələnmiş məşhur “Ana” mahnısı dinlənildi. Sonda xatirə şəkilləri çəkildi.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

AJB-nin üzvü, “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.