Tanınmış yazar Əyyub Qiyas bu gün Gənc Tamaşaçılar Teatırında “Qara işıq” adlı yeni kitabını təqdim edib. Tədbirdə bir çox tanınmış yazarlar və sənət adamları, müəllifin yaxınları iştirak ediblər. Tədbirin sonunda yazara yazarlar adından “Ziyadar” mükafatı təqdim olunub. Tədbirdən fotolar:
Həyatımdakı xoşbəxt günlər,demək olar ki,çox olmayıb:barmaqla sayıla biləcək qədər Tanrı tərəfindən mükafatlandırılmışam.Ən birinci mükafatım,xoşbəxtliyim ustad İsa Muğannanın varisi olmağımdır.İkinci mükafatım isə atamın sözləri ilə desəm anam-onun cəfalı Firuzəsi olub.Bu iki insan mənim ilk sevgim,həyat amalım olublar.Cismən ayrı olsaq da,ruhlarının daima ətrafımda dolaşdığını hiss edirəm.İşıqları ilə isinir,xəyalları ilə dərdləşib söhbətləşirəm.Yuxularımda görüşür,məsləhət alıram.Biri qibləgahım,o biri xanımlıq simvolumdur.Bu gün də onların xəyallarının hamımızın bir müqəddəs məbəd saydığı Azərbaycan Yazıçılar Birliyinin ətrafında dolandığını duydum,işıqlarının hərarətindən isindim,sevgilərindən kövrəldim,çünki bu gün qibləgahımın açdığı cığırda yeni bir fidan ədəbiyyatımıza boylanırdı:Bu bizim Balaca xanım idi.İsa Muğanna varisi-Səma Muğanna
Səma Muğanna mənim qızımdır.Ədəbiyyat aləminə təxminən 2,3 il əvvəl qatılsa da,özünün bir qədər mistik,bir qədər də qəribə,sevgi dolu əsərləri ilə oxucular tərəfindən çox sevilir.Onun haqqında söz demək bir ana olaraq mənimçün həm çətin,həm də məsuliyyətlidir,amma mən Balaca xanıma çox güvənirəm,ona olan inamım sonsuzdur,çünki Səmanın sevdalı dünyasında mən özümü tapıram.
Bu gün isə Azərbaycan Yazıçılar Birliyində Anar müəllimin otağında Səmanı Rəşad Məcid xüsusi sevgi ilə təqdim etdikdə sanki bu dünyadan ayrıldım,ruhum qanadlandı.Gözümün önündə qibləgahımın xəfif qımışması,anamın sevincdən yaşarmış gözləri canlandı.Bəli,mən növbəti xoşbəxtliyimi yaşayırdım: itmiş dəfn etdiyim arzularım dirilmişdi,həyata qayıtmışdı.Mən Sevinc Muğanna olaraq ən böyük mükafatımı almışdım.Səma AYB-nin üzvlüyünə qəbul olmuşdu.
Bu möhtəşəm gündə başda bu məbədin böyüyü Rəsul Rza,Nigar Rəfibəyli yadigarı Anara,gənclərə göstərdiyi sevgi və qayğıya görə Rəşad Məcidə,Nazim Əhmədliyə,Zaur Ustaca və adını çəkə bilmədiyim bütün yaxınlarıma,əzizlərimə sevgilərimi və ehtiramımı yollayıram.Səmasevənlər o qədər çoxdur ki,adlarını tək-tək qeyd etmək çox çətindir,mümkün deyil.
Mənim göyərçin qızım,qoy qələminin sehrindən ovsunlanan səni sevən oxucularının sayı bu dünyaya sığmayacaq qədər sonsuz olsun.Qibləgahımın işığı,nənən Firuzənin xeyir-duası daima yolunu işıqlandırsın.