“Şeirləri ilə ruhumuzu oxşayan, hisslərimizə toxunan Şair, insanlığı ilə ürəyimizə köçən, sevimli Adamdı Qulu Ağsəs. Bu gün onun günüdür. Nə yaxşı ki, dünyamıza gəlib, Sözümüzə gəlib. Təbrik edirəm. Çox yaşa, əzizim.” – Xanım İsmayılqızı
Bir dəstə yarpız (hekayə) – Elə mehribanlıqla danışırsan satıcı ilə lap paxıllığım tutur – Neyniyim, kobudluq edim? – Yox, niyə. Sadəcə hamlya xoş münasibətin olur. Təkcə məni görəndə elə bil ilan-qurbağa görürsən. Həmən hirsini tökürsən üstümə – Yox, elə deyil- gülümsəyərək əlavə etdi: – Əslində ilanlar da, qurbağalar da ziyansızdı. – Hətta məni ilan-qurbağadan da…. – Yox ee, sənin sözünə deyirəm ki, əksəriyyət ilanları pis tanıyır, amma onların quyruğun tapdamasan adamı sancmazlar. – Sənin ilan sevdan da varmış? – Yaxşı da. Söz düşdü dedim. Bilirsən, danışmışdıq axı. Bu gün biz ciddi qərar vermək üçün görüşdük. Xahiş edirəm birdəfəlik başa düş, bizdə alınmır və alınmayacaq. Səninlə əbədi dost olaraq qala bilərik. Sən mümkünsüzdən yapışıb qalmısan – Axı niyə? – Ona görə ki, olmaz – Bilirsən sevdiyimi, özü də dünyalar qədər. Onu da bilirsən ki, sənsiz yaşamaq mənim üçün mümkün deyil. – Heç kəs, heç kəs üçün ölmür. Bircə sən allah demə ki, gedib intihar edəcəksən – Bilsəm ki, nə vaxtsa bir dəstə güllə qəbrimi ziyarət edəcəksən onda ölərəm – Yaxşı sən allah, ciddi ol – Düz sözümdü vallah – Bura bax, birinci ölmə, ikinci heç vaxt mən gedib hardasa sənin qəbrini axtaran deyiləm. – Elə bilirsən zarafat edirəm Bəlkə ürəyində kimsə var. Açıq de bilim. – Yoxdu, olsa belə özüm bilərəm. Birdəfəlik xəyal qurmaqlarını qurtar. Ümid də xəyal eyləmə. – Demirsən ürəyini, bilsəm ki… – Xahiş edirəm. Nə zəng et, nə görüşək. Xüdafizləşib azacıq aralananda çevrilib, gülə-gülə – ziyarət edəcəyimə arxayın olub ölmə!- dedi Göz işlədikcə qırmızı və yaşıl əsrarəngizlik könül oxşayırdı. Qızılgül dərəsi onun üçün dünyanın əvəzolunmaz məkanı idi. Hər il may ayında bura baş çəkir, təbii qızılgül ətrindən doyunca çiyərlərini qonaq edirdi. Qızılgül dərəsi həm də gözdən-könüldən uzaq yerdə olduğu üçün buralarda bir inni-cinni olmazdı. Nadir hallarda yaxınlıqdakı kənddən mürəbbə bişirmək üçün uşaqlar ləçək yığmağa gələrdilər. Uzun illərdi gəldiyi bu dərə əvvəlki illərdə olduğu kimi gəlmədi ona. Heç fikrindən çıxmırdı ki, ona söz vermişdi bura gətirəcəyini. Amma bu arzu olaraq qaldı. Hər ikisinin arzusu. Dəfələrlə Qızılgül dərəsinə necə gedə bilərəmi soruşmuş, hər dəfə də yolu desə də oranın harada olduğu, yolu yadında qalmamışdı. Mütləq sənə oranı göstərəcəm demişdi. Çətin, ağlabatan yerdə deyil. Heç oranın yerini bilən adam barmaqla sayılacaq qədər az olduğunu da bildirmişdi. Zəif yaz mehi qızılgülləri dərə boyu dalğalandırır, bihuşedici ətri dalğa-dalğa ətrafa yayırdı. Ürəyində özünü məzəmmət edir, niyə onu bir dəfə bura gətirəmmədim təəssüfündə yanırdı. Bura nə qədər füsnkar olsa, dünyanın ən məsum baxışlarının həsrətindən qəmli olacaq həmişə keçdi ağlından. Niyə həyat belə amansızdır sualı bütün vicudunu yandırırdı. İlahi eşqi hicran alovunda yandırıb külünü küləklərə verməkdə qəsdi nədi fələyin deyə bitib-tükənməyən sualları özü-özünə pıçıldayırdı. Birdən ağlına gəldi ki, heç burdan qayıtmasın geri bir daha. Qalsın burda bütün ömrünü. Qaçıb qurtarsın canını pis adamlardan. Eləcə tərki-dünya yaşasın ömür payının qalan hissəsini Qızılgül dərəsində. Tez də ruhdan düşdü. Bu da asan deyil. Yaşam üçün daxma lazım. Yenə gedib qida, su gətirmək. Görüb, biləcəklər yerini. Qonaqlar, dostlar baş çəkəcək ona. Bəlkə… bəlkə, allahdan arzu edim; yarəbbim məni insandan başqa bir canlıya çevir, qalım burda. Hətta ağlına gələndən özü də gülümsüdü. Ən ülvi arzumu eşitmədi tanrı, indi bunu eşidəcək? Nə fikirləşdisə heç özü də anlamadı. Əllərini cütləyib ovcunu göylərə açdı. Yarəbbim məni bir ilana çevir, qalım burda, dönməyim bir də insanların içinə. Orada hər sözdə, hər səsdə, hər yerdə xatirəsi yandiran əlçatmazlığım onsuz da məni özümü unutdurub. İstəmirəm məni barmaqla göstərib dəli desinlər, tənə etsinlər. Unutmağımın mümkünsüz olduğu sevgimi unuda bilmədiyimi başa düşüb mənə rişxəndlə baxsınlar. Çevir məni bir ilana, mən onsuz insan olaraq qalmağı istəmirəm! Bu nədi? Bu nə möcüzə! Mən ilan oldum! Gecə-gündüz zamanla dua edib, sevgimə qovuşmaq arzumu eşitməyən tanrı bir andaca məni ilana çevirdi!! – Bunlardan soruşaq, hardasa bu yaxınlarda olmalıdır – Vallah, sən mənim başıma ip salıb hərləyirsən. Ora sür, bura sür. Buralarda sənin axtardığın Qızılgül dərəsi filan yoxdu. Qayıdaq gedək evimizə. – Yox bircə saxla maşını, mən özüm soruşaram. Maşından düşüb, yolun kənarında tərsinə çevrilmiş yeşiklərin üstə cürbəçür dəstələr satan adama yaxınlsşdı – Dayı hər vaxtınız xeyir. Bazar olsun. Buralarda Qızılgül dərəsi olmalıdır, ora necə gedə bilərik? Yaşlı kişi təəccüb dolu nəzərlərlə ondan söz soruşan xanıma baxdı – Ay qızım siz hardan eşitmisiz Qızılgül dərəsini? Deyim sizə, amma bir az çətin gedəcəksiz.Torpaq və narahat yoldu. Yol deyəndə yolu yoxdu ha. Eləcə maşın gedənə qədər gedər, sonra piyada. Sevindiyindən qərara aldı ki, bu dayının satdıqlarından nə isə alsın. İki-üç dəstə kəvər, qulançar və yarpız alıb, pulunu verdi. -İlahi, bura cənnət imiş. Bir gör nə gözəllikdi. – Hə düz deyirsən, məni bezdirməyinə dəyirmiş. Di sən allah nə qədər selfi edirsən et, gedək. Xeyli ləçək dərdilər, uzaqdan iki-üç 13-14 yaşlı oğlan uşaqlarının da qızıgül ləçəkləri topladığını gördülər. Maşının yanına qayıdanda günəş qürub qızartısını dağların arxasına çəkə-çəkdə idi. – Ayyy!!! İlannn!!! – Qorxma! -deyib xanımın ayağının altından qaçan ilana sarı daş atmaq istəyəndə – Dəymə, sən allah! – Necə dəymə! Bir rənginə bax, ağapbaq oldun. Bir də elə qışqırdın elə yarı ölü kimidi qorxudan ilan, qoy öldürüm canı qurtarsın. – ilan yazıq neynəsin, mən tapdanım da onu. -Dayan bir görüm, öldürəcəm. – Gəl sür gedək! -Yox e odur orda uşaqlar gül yığır, çalar oları. Bir də ilan öldürmək gərəkli bir şey. Diogenin bir fikri var kim bir alma ağacı əkib, bir ilan öldürübsə, demək ömrü hədər getməyib. Mən alma ağacı əkməmişəm, amma ilan öldürmək şansımı əldən verə bilmərəm. Yəqin bilirəm daşın altına girdi deyib əlini böyük daşa tərf uzatdı. – Sən allah dəymə, gəl gedək. – Bax o çantalar o uşaqlarındı. Qoyublar bura. Qayıdanda götürməyə sancar onları. – Dayan, belə bir məsəl var ilanın zəhləsi yarpızdan gedər, o da gəlib onun yuvasının ağzında bitər. Bilirsən? Biz də yarpız qoyaq bura o daşın altından çıxmayacaq, çıxsa da əks tərəfə gedəcək. Uşaqlara da xətər yetirməz- deyib maşından bir dəstə yarpızı böyük daşın yanına qoydu. Lap kənardan başdaşının önünə gül qoymağa oxşadı Qəfil əsən külək pəncərəni hirslə açdı. Havadan yağış qoxusu gəlirdi. Pəncərənin taqqıltı səsinə hövləng yuxudan ayıldı. Hiss etdi ki, qan-tərin içindədi. Gördüyü yuxunun yuxu olduğuna əmin olmaq istəyirdi. Dəli yaz küləyi isə arxdöşü yarpızların ətrini otağa doldurmuşdu.
Bu gün gözəl insan, sevimli şair Qulu Ağsəsin doğum günüdür!!! Ad günü münasibəti ilə Qulu müəllimi təbrik edir, Uca Yaradandan sağlıqlı uzun bir ömür və bütün işlərində müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun, Qulu müəllim!!!
1993-cü ildə mükafat almışdır. “Avropa” qəzetində işləmişdir. Dövlət radiosunda proqramı var. “Azərbaycan qadını” jurnalının da əməkdaşıdır. Prezident təqaüdçüsüdür.
27 mart 2014-cü ildə “Ulduz” jurnalının baş redaktoru təyin olunub. Qulu Ağsəs bu təyinata qədər jurnalın baş redaktor müavini olmuşdur.