Neftçala rayonunda yazıb-yaradan gözəl şairə-publisist Bədirə xanım Niftəliyevanın rayonda çıxan “Gündoğar” qəzetinə redaktor təyin edilməsi münasibəti ilə qəzetin redaksiyasında təqdimat mərasimi keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə nümayəndəsi Vasif Əliyev, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, qəzetin əməkdaşı şair Zabil Pərviz, Müzəffər Məzahim, Zaur Ərmuğan, İmamverdi Zeynalov, yazıçı-publisist Əlövsət Polad, Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova və digərləri iştirak etmişlər. Təqdimatda çıxış edənlər Bədirə xanımı təbrik etmiş, yeni işində uğurlar diləmişlər. Mən də öz növbəmdə Bədirə xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
XƏBƏR ÇATDI?.. Xəbər çatdı axır sənə?Gülürsən… Üsyan edib göz yaşımı devirdim. Sən nə deyib unutmusan,bilmirəm, Mən ki səni əziz bilib sevirdim. * * * Fikir vermə,öyrənmişəm dilini, Danışıram gah ağacla,gah quşla. Buraxmışam ta başını Kölgəmi Sən ürəklə gah qılıncla,gah daşla… * * * Başqa cürə düşünür ta adamlar, Belə sevmək,belə yazmaq günahdı. Ayrılığa amma düşmür gecələr, Ürəyimiz açılmayan sabahdı… * * * Ləngər verdi,çalxalandı bu dünya, Hərə tutdu bir ətəyin ücündan. Ah,neyləyim,bu sevdadan qopmadım, Kim qopdusa,ruhu ölür acından… Xəbər çatdı axır sənə?…
SƏNİ SEVMƏK GÜNAHMIŞ… Səni sevmək günahmış , Suç üstdə yaxalandım … Bir dəlil-sübut kimi Alındı eşqim , andım … * * * İllər uzunu çəkdi Araşdırma ,təhqiqat . Ən ağır cəza kəsdi Mənə bu zalım həyat * * * Qəmin boynumda zəncir , Mənə məhbəsdir komam . Eh,o gündən ömürlük Yaşamağa məhkumam
HARDASAN?! Adını çəkə bilmirəm, Ay ismi-pünhan, hardasan?! Axır məni öldürəcək Bu dəli hicran, hardasan?! * * * Sanma bu üsyan yatacaq, Əğyar əhdinə çatacaq… Bir gün səni də tutacaq, Vallah nahaq qan, hardasan?! * * * Gəlsin ürəyimə qadan, Niyə kəsilib səs-sədan?! Ürəyimi atıb-tutan, Fırtına, tufan, hardasan?… * * * Yarı yalan,yarı gerçək, Yarısı daş ,yarı ürək. Yarı şeytan,yarı mələk, Ay yarı insan, hardasan?! * * * Bu sevda sevdalar xası, Yox qurtuluşu, xilası… Adın dilimin duası, Ay…ismi-pünhan, hardasan?
NAHAQ Nahaq qarğımışam taleni baxtı , Tanrının bildiyin bir kimsə bilməz ! Bu ilahi sevgi , bu ilahi eşq Qovuşsaq, olmazdı belə müqəddəs * * * Bilmirəm savabdı, günahdı yoxsa, Bağrımın başında bir nisgilim var. Hamıdan küsəndə xəyalı ilə İxtilat qurduğum bir sevgilim var! * * * Yox insana belə məhəbbət olmaz Tanrının adından biriymiş adın Mən Haqqın yolundan çıxa bilmirəm Adından dönməyi min yol sınadım * * * …Nahaq qınamışam taleni, baxtı … Tanrının bildiyin bir kimsə bilməz! Bu ilahi sevgi, bu ilahi eşq Qovuşsaq ,olmazdı belə müqəddəs..
GÖRDÜN? Gördün? Ömrü boyu məni qandırıb, ömrün nağılında dörd dolandırıb, elə it hürdürüb, işıq yandırıb, Divə ürcah etdi bu yollar məni… * * * Qatdılar başımı dərs oxumaqnan, savab işlər görüb, günah yumaqnan. Demədilər, bir gün bir haqsız “Yox!”nan, zalımlar qaya tək oyallar məni… * * * Atıb ovcundakı bu xəzəlləri, mənim də gül açar görən əllərim? Görən hayandasa görünər yerim? Görən mən deyən tək duyallar məni? * * * Dartıb-daşısam da aranı dağa, bir arzum salamat çıxmır sabaha! Tanrım, niyə rahat buraxmır daha, bu yiyəsi ölmüş xəyallar məni…
HƏR DƏFƏ… Hər dəfə gəlirəm ziyarətinə, Eşqimə qoyulan ay xəyal heykəl Çatlayan bağrımın duyğulariyla Bircə yol xınalan , nolar, lal heykəl! * * * Üstündə atılıb- düşürsən elə , Eşqin göy qurşağı gen ürəyimdə . Gecəylə, gündüzlə firlanma çox da , Ürəyim səndədir , sən ürəyimdə ! * * * Dərya gözlərimin ay üzən buzu , Dəyəmməz telinə min qəm günəşi. Üşaq ürəyimin say çöpləridir Həsrətin üstümə qıcanan dişi ….
DOST OLDUM Sevdiyin şeirləri əzbərlədim, Bəyəndiyin mahnıları öyrəndim… Dəyər verdiyin insanlarla dost oldum. Aldığın nəfəs canımdı, Verdiyin nəfəs nəfəsim. Gözlərin rəssamımdı, Gülüşün həkimim. Qalxdığın dağlar qibləm oldu. Gəzdiyin çəmənlər cənnətim. Ahh indi “unut” deyirsən, Nədir niyyətin?!