
Qurban olum çırağına kəndimin
Yenə xəyallarım oldu didərgin
Yenə düşdüm marağına kəndimin
Şəhərdə işıqlar dövrə vursada
Qurban olum çırağına kəndimin.
Yaz gəlibdir, gülür bağça da, bağ da
Tumurcuqlar çiçək açır budağda
Qaranquşlar haray çəkir bu çağda
Yəqin çıxıb sorağına kəndimin.
Lovğalanır tənəhlərin özəyi
Ehtiyyatda qar saxlayıb quzeyi
Bənövşələr bəzəyidir, bəzəyi
Nərgiz dönüb fərağına kəndimin.
Murad, xatırladım ötən çağları
Səpilir zəmiyə sümbül tağları
Kaş kəndə gələydi kənd uşağları
Yığılaydı ocağına kəndimin.
12.04.2023
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var