QAZİ ŞAİRİN ŞEİRLƏRİ

ZAUR USTAC ZƏFƏR YOLUNDA

…Əsgər haqqında ballada…
Nədir yenə, ümman kimi,
çalxalanıb, coşdun, ürək?
İçindəki bu təlatüm,
bu oyanış de nə demək?
Həsrətdənmi, nisgildənmi,
Ürək, yenə çağlayırsan?
Anasına həsrət qalmış,
Körpə kimi, ağlayırsan…
İçindədir; ümid adlı,
qığılcımın od-alvu,
tərslik etmə, dəli könül,

intizara alış, yovu!!!
Həqiqətlər qarşısında,
Biz gücsüzük, biz heç nəyik,
Dinlə məni deyim, ürək,
Biz nəçiyik; şan-şöhrətli,


– “hüququndan keçmiş əsgər”,
həmdəminə həsrət canıq,
bəzən canlı, bəzən cansız,
biz “robotuq”, biz “əşyayıq”…
Bu torpaqdan yoğrulmuşuq,
Bu torpaqdan doğulmuşuq,
Yardan əfsəl, anamızın
Qulluğuna buyrulmuşuq!!!
15.04.1995. Marağa.

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,

“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *

Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

“DÜNYA BİR PƏNCƏRƏDİR…”
(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş…
De, heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…
Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən də yox idi, işin-gücün çox idi…
Çoxunun gözü ackən, Sənin gözün tox idi…
* * *
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi ürək lazımdı, baxışına baxmağa,
Qəlb adlı əzamızı, qan vurmağı saymasaq…
Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,
O ürək Səndə idi, baxışların ox idi…
Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi…
* * *
“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş….
Yaradan yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü, sırada, göz qırpmağı saymasaq…
Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,
Düşüncə, dərin ümman, zehin, iti ox idi…
Çoxunda beş-beş olan, Səndə biri yox idi….
* * *
Damarda coşdu qanın, ürək dözmədi, qardaş…
Dizindəki təpərin bəs eylədi qalxmağa,
Dostlarının toyunda oynamağı saymasaq,
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş ər idin, bəy otağın yox idi…
Çoxu sayın bilmirdi, Sənin biri yox idi…
* * *
İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…
Sənin etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli bu baxmağı samasaq,
Eyibin də yox idi, barmaq ilə saymağa,
Yan-yörədə bildiyin, nacis, naqis çox idi…
Bilən bilir qardaşım, Sənin mislin yox idi….
21.01.2018. Bakı.

ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019 – 19.06.2020. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

CAN AY ANA…
(Milli Qəhrəman Polad Həşimovun anasına)
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular,
Bu baxışda min vaizin xütbəsi…
Al don geymiş qürub da var, dan da var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox…
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
“Ana” – deyə, şirin-şirin gülən yox…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…
12.01.2021. Bakı.

DAĞLAR
(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!
* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!
* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!
* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!
* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!
* * *

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!
* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

O GÜN
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *

Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN ŞEİRİ

BU AXŞAM….
Bu axşam yenə də gəlmədin gülüm…
Gözləyə-gözləyə qaldıq masada;
Bir ağ kağız idi, bir sarı qələm,
Pəncərə önündə üşüyən çayın,
Bir də öləziyən şamdı kasada….
Sarı yarpaqlar da elədi xiffət,
Hər səni görəndə gülən, sevinən…
Pəncərə şüşəsi ağladı xəlvət…
Çiyninə atdığın şalın üşüdü,
Halsız uzanıbdı, tir-tap masamda….
* * *
Bu axşam yenə də gəlmədin gülüm…
Ocaqda üşüyən odun ağladı,
Yataqda büzüşən yorğan ağladı,
Tək mənim vecimə omadı heç nə…
Dildə tez-tez dedim; gəlmir, gəlməsin…
İçin-için yandım bir mehə təşnə…
Yerin dəyişdiyin külqabı qəmgin,
Bir qəfil toxunuş gəlir işinə,
Mütəkkə qolunu gəzir bu axşam,
Rəqqas bir qapaza həsrət masamda….
29.09.2022. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zemfira Məhərrəmlinin “Zəfər yolçuları” kitabı İstanbulda nəşr edilib

Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Zəfər yolçuları” kitabı İslambulda Türk Ədəbiyyatı Vəqfinin “Turay” kitab yayın evində nəşr edilib.

Adı çəkilən əsər taleyimizə yazılan qanlı-qadalı Qarabağ savaşının başlanğıcından 44 günlük Vətən müharibəmizədək olan bir dövrü əhatə edir. Zemfira Məhərrəmlinin sayca 17-ci kitabında işğal illərində yaşadığımız iztirab və kədərdən, uzunillik mücadiləmizdən, intizarında olduğumuz böyük Qələbəyə yetmək üçün çarpışan, canından keçən oğul və qızlarımızın hünərindən, hər birimizə böyük coşqu və sevinc bəxş edən möhtəşəm Zəfərimizdən bəhs edən bədii və sənədli hekayələri toplanıb. Baş verən olaylar bu ədəbi örnəklərdə təkcə bədii boyalarla təsvir edilmir, həm də ağrılı və qürur doğuran tariximiz oxucu yaddaşına ötürülür.

“Zəfər yolçuları” kitabında Birinci Qarabağ savaşı dönəminə məxsus olan nəslə vurulmuş psixoloji zərbələr, erməni işğalçılarının törətdikləri ağlasığmaz vəhşiliklər, Vətən, hərb tariximizin sinəsində açılmış çalın-çarpaz şırımlar, həmçinin millətimizə xas olan yurd sevgisi, müdrik Sərkərdəmizin, Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin bir yumruq tək birləşərək göstərdiyi qəhrəmanlıq, hünərvər qazilərimizin, al qanı əzəli torpaqlarımıza səpələnmiş şəhidlərimizin, rəşadəti dolğun və əhatəli əks etdirilib.

Kitabı Türkiyə türkcəsinə tanınmış türk yazarı, şair-publisist İmdat Avşar çevirib.

İlkin mənbə: /azertag.az/

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ


ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

>>>> Zemfira Maharramli. The Swallow’s Nest.


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HEYDƏR ƏLİYEV SİYASƏTİNDƏ İNCƏ MƏQAMLAR. LƏTAFƏT BEYBUTOVA.

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

HEYDƏR ƏLİYEV SİYASƏTİNDƏ İNCƏ MƏQAMLAR

(Azərbaycanlıların soyqırımlarına verdiyi hüquqi-siyasi qiymət)

Azərbaycan tarixinin  Heydər Əliyev dövrü, tariximizin böyük inkişaf və  möhtəşəm   quruculuq  dövrüdür. Onun  rəhbərliyi  altında  əldə  olunan   uğurların ən mühümü  məhz qurub yaratdığı  müstəqil  Azərbaycan dövlətidir. Azərbaycanda  dövlət  quruculuğu dövlətçilik,  milli və mənəvi  dəyərlərin  qorunub saxlanılması,  iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə  həyatın ən müxtəlif  sahələrində  böyük  nailiyyətlərin  qazanılması, coşqun  bir  tərəqqi  dövrü  məhz  Heydər  Əliyevin   uzaqgörən,  qətiyyətli  siyasəti   nəticəsində   yaşanmışdır. 

Ötən əsrin 90-cı ilin əvvəlində  müstəqilliyini bərpa edən Azərbaycan ərazisinin bir hissəsinin Ermənistanın  təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin və daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə xalqının səsinə səs verən Heydər Əliyev  ölkəmizi dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini  itirmək  təhlükəsindən  xilas  edərək dövlətin dayanıqlı siyasi və  iqtisadi  inkişaf  yolunu  müəyyən  etmişdir. 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini  yaratmaq  imkanını  əldə  etməsi məhz  Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində olmuşdur. Uzun illər gizli saxlanılan, üzərinə qadağa  qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl  qiymətini  alırdı.  Azərbaycan və ümumən Qafqazın  tarixinin  təhrif  olunması  həmin  proqramların  mühüm  tərkib  hissəsini  təşkil  edirdi.  “Böyük  Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni   qəsbkarları  1905-1907-ci illərdə azərbaycanlılara  qarşı  açıq  şəkildə  geniş miqyaslı qanlı aksiyalar  həyata  keçirdilər.  1918-ci ilin mart  ayından etibarən əks-inqilabçı  ünsürlərlə   mübarizə şüarı altında Bakı  Kommunası tərəfindən  ümumən   Bakı  quberniyasını  azərbaycanlılardan   təmizləmək  məqsədi  güdən  mənfur  plan  həyata  keçirilməyə  başlandı.  Böyük  dövlətlərin  yeritdikləri  imperiya  siyasətinin  icraçısı olan  ermənilərin əli ilə dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti  yeridilmiş, yüz minlərlə dinc azərbaycanlı  milli  mənsubiyyətinə  görə  məhv  edilərək  öz ata-baba  yurdlarından  didərgin salınmışdır.  Azərbaycanın qədim  yaşayış  məskənləri xarabalığa  çevrilmişdir. Sonralar  tarixi dovr 30-cu illərin  ağir  represiyaları  ilə  müşayət  olunaraq  Azərbaycanin ziyalı genofondunun  məhvinə  nail  olunmuş,  bunun  ardınca 1948-53-cü illər  azərbaycanlıların   kütləvi  deportasiya dalğası, 80-ci illərdən başlayaraq   Dağlıq   Qarabağ  probleminin  yenidən  süni  şəkildə  qızışdırılması,  1990-cı il  20  yanvar  faciəsi  və  1992-ci il Xocalı  soyqırımı  demək olar ki,  bu faciələrin  pik nöqtəsi oldu. 

 Heydər Əliyevin  keçmiş hadisələrə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində  qərarları və  deyərdim ki, ən vacibi 1918-ci il mart soyqırımının öz siyasi qiymətini tapması oldu. Tarixə nəzər salsaq görərik ki, 1919 və 1920-ci illərdə martın 31-i Azərbaycan  Xalq  Cümhuriyyəti  tərəfindən  ümumilli  matəm  günü  kimi  qeyd edilib. Əslində bu,  azərbaycanlılara  qarşı törədilən  soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosseslərinə tarixdə ilk dəfə siyasi  qiymət vermək cəhdi  idi. Lakin,  Azərbaycan  Xalq  Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan  Respublikası  bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırımı   hadisələrinə  siyasi qiymət  vermək  borcunu tarixin  hökmü   kimi  qəbul  edir.  Məhz bütün bunları  nəzərə alan Heydər Əliyev 1998-ci il martın 26-da “31 martı  Azərbaycanlıların  Soyqırımı günü” kimi qeyd  edilməsi haqqında fərman imzalamışdır.  Fərman  imzalandığı  vaxtdan  hər il 31 Mart respublika səviyyəsində qeyd edilir və soyqırımı  qurbanlarının  xatirəsi ehtiramla anılır.  Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş  etdirən  xalqımız  əmindir  ki, əsası ulu öndərimiz  Heydər Əliyev tərəfindən  yaradılan müstəqil dövlətimizin  inkişafı  etibarlı əllərdədir.

Müəllif: LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZI

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri              

Mob: 055 543 55 28, qubatovaltaft@gmail.com

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sərvanə Dağtumas. İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında qadının inqilabi “xəyanəti”.

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında qadının inqilabi “xəyanəti”

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İlyas Əfəndiyevin yaradıcılığında qadın azadlığı, qadınlıq duyğuları və onun daxilində baş qaldıran saf, pak sevgi hislərinin təsviri xüsusilə diqqəti çəkən məqamlardan biridir. Yazıçı oxucu düşüncələrini dilemma qarşısında qoyaraq, “əsərin baş qadın qəhrəmanı haqlıdır mı?” sualına yönləndirmiş, insan xislətində yaranmış spesifik cəhətlərə  “Körpüsalanlar” romanında aydınlıq gətirmişdir. Əsərdə hadisələr əsasən, kənd mühitində cərəyan edir və 2 təhkiyəçinin dilindən verilir. Həmin təhkiyəçilər əsərin baş qəhrəmanları olan Səriyyə və Adildir. Yazıçı əsərin digər qəhrəmanı olan Qəribi də təhkiyəçi qismində verə bilərdi mi? Bəli, fəqət görünür, yazıçı Səriyyə-Adil xəttindəki konflikti daha qabarıq şəkildə təsvir etmək, onların daxili aləmini oxuculara açıq, aydın şəkildə çatdırmaq üçün belə bir mövqe tutur.         

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ

>>>> WWW.E-KİTABXANA.COM

Səriyyənin qəlibləşmiş arzuları. Əsərin baş qadın qəhrəmanı Səriyyə zavod çilingərinin bir qızı idi. O, kənd mühitində böyümüş, yol texnikumunu bitirmiş, ali təhsilə yiyələnməmişdi. 19 yaşında tale onu Adillə qarşılaşdırmış və bu iki gənc ailə həyatı qurmuşdu. Baxmayaraq ki Səriyyə Adili sevib evlənmişdi, (bəlkə də sevmirdi) bu birillik izdivac  yenicə çiçəkləndiyi kimi çox erkən də soldu, Səriyyə özü də bilmədən, Qəribə qarşı qəlbində saf duyğular bəsləməyə başladı. Onun hər hərəkətinə diqqət yetirir, hətta paltarına da nəvaziş göstərirdi. Səriyyənin daxili aləmində azad hislər yaranmışdı, onun özü də azadlıqsevər idi. “Körpüsalanlar” romanında bu, onun dilindən açıq-aşkar şəkildə verilir.

Səriyyə Adilə öz xoşu ilə ərə gəlmişdi, öz həyatından maddi cəhətdən məmnun idi. Kübar ailə mühitinə düşmüş gənc qız ərinə qarşı sadiq və hörmətli olmağa çalışırdı, ərinin ona verdiyi tövsiyələrə əməl edirdi, çünki özünü bu yeni kübar mühitində necə aparmağı dərk edə bilməmişdi. Adil onun hər bir kiçik səhvini duyub dərhal ləğv edirdi. Onun aləmində “ər” anlayışı ərinə qulluq etmək onun hər bir ehtiyaclarını qarşılamaq, sözündən çıxmamaq ona lazımi dərəcədə hörmət göstərməkdir. Həyat yoldaşı ailə qurduğu qadından onun mövqeyinin tələb etdiyi yüksəklikdə dayanmasını istəyirdi, lakin Səriyyə bunu bacara bilmirdi. Adillə arasında əsl eşqdən əsər-əlamət yox idi, onun fikri, diqqəti sadəcə bütün deyilənlərə robot kimi əməl etməklə yekunlaşırdı, çünki bu həyatı özü seçmişdi. Bəzən seçdiyi bu həyata layiq olmadığını düşüncələrindən keçirir, yoldaşının ondan daha yüksək mövqedə durmasını dilə gətirirdi. Amma hər şey Səriyyənin istədiyi kimi davam etmədi. İkiüzlü davranmaq istəmirdi. Yoldaşından bir şeyi, hətta hislərini belə gizlətmək ona ağır gəlirdi. Fikrimizcə, Səriyyə öz duyğularını tez bir zamanda müəyyən edib həyat yolunu seçməliydi və seçdi də…

Təəssüf ki Səriyyə labirintlərlə aşıb-daşan ailə mühitinə düşmüşdü. O, arzuladığı həyatı yaşaya bilmədi,öz seçimində yanıldı və bunu anlayaraq, öz sevgisinin arxasınca getdi. Qəriblə qarşılaşmaq onun  yalnız daxili aləminə ruhuna qəlbinə deyil, xarici görünüşünə də sirayət etmişdi. Səriyyənin qəlbinin ehtiyaclarını ödəyən onu ehtirasla, pak hislərlə sevən, qadınlığına dəyər verən, qayğı göstərən bir adamı seçməklə həyatını, eyni zamanda ruhunu dəyişdi. Bunu onun cismi deyil, ruhu, qəlbi arzulayır, tələb edirdi. Başqa sözlə desək, azad olmaq istəyi…

Azadlıq anlayışının 3 tipi məlumdur: cismani, hissi və ağıllı azadlıq. Səriyyə hissi azadlığına qovuşdu, onun qəlbi sanki buxovlanmışdı, heç kəsin girə bilməyəcəyi qalaya çevrilmişdi. Onun bu solmuş, tükənmiş hisləri Qəribi görəndən sonra canlandı və o bu arzuolunmaz sevginin qarşısını ala bilmədi. Səriyyə axtardığı sevgini Adildə deyil,adi bir buldozerçidə tapdı.

Səriyyə nə üçün ona “sən” deməyə ərk eləmirdi? Bu utancaqlığın, çəkingənliyin əlaməti idi mi? Yoxsa Səriyyəyə qarşı yaranan bu doğmalıq, bu istilik, ya da Qəribin “yad qadına” qarşı soyuq davranışı mı onların arasında sərhəd yaradırdı ? Yoxsa daha da yaxınlaşdırırdı ? Səriyyə özü də bu sualın çətinliyi qarşısında qalmışdı. Bəlkə də gizli doğmalıq buna səbəb olmuşdu. O, özündə yaranan cəsarətli, ülvi hisləri dəf edə bilmirdi, özünə bəraət qazandırır, haqlı hesab edirdi. İnsanın bəzən sevdikləri ilə arasında müəyyən sərhəd olur və həmin sərhədi qarşı tərəf də gözləyir. Bəlkə də qarşılıqlı hislərinin arasındakı süni sərhəddir?

Digər tərəfdən belə bir sual yaranır. Səriyyə nə üçün günlük yaşamını, xüsusilə də Qəribli dəqiqələrini ən çox gecələr düşünürdü? Gecələr insan qəlbilə baş-başa qalır, qəlb nə istəyir, ağıl hansı yolu göstərir, qəlbin istədiyi şeyi ağıl idarə edir. İnsan  gecələr özü ilə baş-başa qalır və ünsiyyət qurur. Səriyyə qəlbinə doğru irəliləyir, onunla bacarmırdı.  Həyat yoldaşının acı taleyi Səriyyəni çox qorxudurdu . O ərinin “əsarəti” altında sıxılırdı, zincirlərdən yaxa qurtarmaq istəyirdi. Adilin ona izah etdiyi “xoşbəxtlik məfhumu”nu anlaya bilmirdi. Səriyyənin arzuladığı həyat ,istəkləri, xəyalları tamamilə Adildən yad və kənar aləmə yönəlmişdi.

 Səriyyəni yelbeyin, ağılsız hesab etmək olar mı? O, vicdanı qarşısında hesab verirdi mı?  Fikrimizcə, Səriyyə ailə ocağına atılmış bir “körpə”dir. Onun düşüncələrini duyğularını Adil anlamırdı. Bəlkə də qarşılıqlı münasibətdə bu yaş fərqi rol oynamırdı deyil. Bu fərq düşüncə tərzinə, dünyagörünüşünə ,sözsüz, təsir göstərirdi. (Səriyyə 19 ,Adil 31 yaşında idi) Amma insanın ağıl yaşı böyük olarsa, bioloji yaş evlilikdə rol oynamaz. Səriyyənin də ağıl yaşı Adillə müqayisədə çox az idi, ərinin düşüncələri ,arzuları, istəkləri ilə Səriyyənin xəyalları tam təzadlıq təşkil edirdi.  Səriyyə Adilə sadəcə hörmət edirdi, əri onun özü ilə hesablaşmasını istəyirdi, əgər yoldaşı səssizcə narazılıq edirdisə, xanımı bunu anlamalı, özü ilə hesablaşmalı idi. Burada əsl sevgidən söhbət gedə bilməzdi. Səriyyə qəlbindəki mənəvi boşluğunu, mənəvi ehtiyaclarını Qəriblə qarşılamağa can atdı. Qərib sanki onun gözünü açdı, onun yatmış qəlbini coşa, ehtirasa gətirdi. Xoşbəxtliyin, əsl sevginin 3 açarı- qayğı diqqət və hörmətdir.

Adilin ziddiyyətli mövqeyi. Adil əsərdə ziddiyyətli mövqe tutan baş qəhrəmanlardan biridir. Ali təhsilli, ziyalı bir ailədə böyümüş, savadlı gəncdir. Səriyyəni sevib evlənmişdi. Həyatı boyu ideal bir ailə, müqəddəs həyat yoldaşı arzulayırdı. Adil istəsəydi, xanımından daha yaxşısı ilə evlənərdi, amma onun nəzərində “yaxşı” anlayışı Səriyyənin bütün varlığı ilə bağlıdır.  Adilin fikrincə qızın oğlandan bir pillə aşağıda olması uğurlu evlilik həyatını şərtləndirən əsas amildir. Onun ailəsi bu izdivaca qarşı çıxsa da o öz sevgisinin arxasınca getmiş və məqsədinə nail olmuşdu. Lakin Adilin daxili aləmində yaranmış ziddiyyətli xarakter gənc mühəndisi ailə səadətindən tezliklə məhrum etdi. Adilin xarakterində müsbət keyfiyyətlər də vardı, amma onun xudpəsənd, şöhrətpərəst xüsusiyyətləri yaxşı cəhətlərini kölgədə qoyurdu.  Onun bu xarakterini formalaşdıran, şübhəsiz, gördüyü ailə mühiti olub. Adildə olan neqativ keyfiyyətlər onu Səriyyədən daha da uzaqlaşdırırdı. Riyakar davranışlar, süni münasibət , məqsədli hərəkətlər Səriyyə üçün dözülməz oldu. Adilin aləmində xoşbəxtlik məfhumu tamamilə fərqli məna kəsb edirdi.        O, Səriyyənin xırda “körpə” düşüncələrini cılızlaşdırır, önəmsəmirdi və ağılla, düşüncə ilə danışsa da xanımının ürəyindəki ehtiras qığılcımını alovlandırmağı bacarmırdı. Əksinə bu onda soyuq, anlaşılmaz bir hissə çevrilir və tezliklə hafizəsindən silinirdi.

Adilin ona qarşı qoyduğu qadağalar, qısqanclıq duyğuları, göstərdiyi diqqət və nəvaziş niyə Səriyyəni özündən çıxartdı? Onun axtardığı bu deyildi mi? Adilin  Səriyyəyə münasibətində tutduğu mövqe düzgün deyildi. Onun ikiüzlü, saxtakar davranışları bu münasibəti uçuruma doğru gətirib çıxardı və ərinə qarşı Səriyyədə kin, nifrət yaranmağa başladı . O ,Qəribin sağlamlığı naminə Adili bağışlayacağını (onu müqəssir hesab edirdi) güman edirdi, lakin taleyin ona nələr vəd etdiyindən xəbərsiz idi.  

Adil qorxaq idi mi? Adil qorxurdu, Səriyyəni itirməkdən, öz sevgisinin, ailə həyatının faciə ilə bitməsindən daha çox şöhrətini ,karyera həyatında tutduğu mövqeyini itirməkdən qorxurdu. Bu qorxu onun ruhuna da hakim kəsilmişdi və o manqurt, absurd düşüncələrindən xilas ola bilmədi, özü sanki öz taleyini yazdı. O sırf Səriyyəni əldən buraxmamaq üçün saxta və yalançı mövqedə dayanmışdı. Gözünün önündə baş verən hadisələrə nəzər salaraq, sanki ayıldı və yoldaşını itirmək qorxusu yaşadı. Onun sevgisi də, qısqanclığı da özü kimi eqoist idi, yoldaşını və buldozerçini öldürmək də ağlının ucundan keçmişdi, onun hər davranışının, atdığı hər addımın, ağlından keçən hər düşüncənin altında bir “mən” – eqo yatırdı.  Səriyyə də bu eqoistik sevginin fərqində idi. Burada möhkəm və sevgi dolu ideal bir ailədən söhbət gedə bilməzdi. Adilin bu hərəkəti Səriyyəni daha da qəzəbləndirdi və o, öz kartlarını ortaya qoydu.

Adilin Səriyyəyə qarşı münasibətində bəslədiyi hislərin adı nə idi? Adil sevirdi, lakin qürursuz sevirdi. Səriyyəni heç vaxt onu itirməyəcəyini ağlının ucundan belə keçirməyərək, sevirdi. Səriyyəni sanki canlı bir əşya, özünü də sahibkar hesab edərək, sevirdi. Adil ona cismən yaxın, qəlbən uzaq idi. Adil Səriyyənin özü kimi düşünməsini istəyirdi, Adil özünə uyğun biriylə evlənməmişdi, həyat yoldaşı zavod çilingərinin qızı idi. Xanımından özünün istədiyi kimi davranmasını tələb edə bilməzdi. Buna haqqı yox idi. Fikrimizcə, Adil ilk növbədə Səriyyəyə azadlıq, sərbəstlik verməli idi. Digər tərəfdən, əgər özünə uyğun birini istəyirdisə, ziyalı ailənin qızı ilə ailə qura bilərdi. Özünün əvəzinə Qəribdə günah axtarır, çıxış yolu kimi onu işdən uzaqlaşdırmağa çalışırdı. Qəribin yerinə Səriyyənin qarşısını vaxtında almalı, sözlə deyil də, hansısa hərəkəti, atdığı addımı ilə yoldaşının səhvini başa salmalı idi. Adilin buldozerçinin yerini dəyişməsi hadisələrin daha da mürəkkəbləşməsinə gətirib çıxardı. Adil nə nəcib, nə də alicənabdır. Qadınına qarşı sevgi və sahiblənmək hissini özündən dəf edə bilmir, özü ilə bacarmırdı. Onun varlığından elə bil indi xəbər tutmuşdu. Gücsüzlüyünü acizliyini başa düşürdü. Kənardan gülünc  və istehzalı görsənirdi, çıxış yolunun ayrılıqda axtarsa da, qısa müddətdə bu fikrindən vaz keçdi. Həm karyera həyatını fikirləşir, həm yoldaşını başqası ilə bölüşmək istəmirdi. Səriyyənin buldozerçilərə olan meylini dərk edirdi. Həm də ən əsası zəif iradəsi bu sevgidən imtina etməyə imkan vermirdi.

Gənc Adil iş həyatı ilə ailə həyatını qarışıq salır, bütün sevgisini işinə verir. Onu ən çox acıdan Qərib kimi özündən “aşağı” olan birinə qarşı sevgi hislərinin bəslənməsidir. O, insanlıqla vəzifəni səhv salırdı. Vəzifə cəhətdən Adil yüksəkdə dura bilər, yol rəisi ola bilərdi, amma əfsuslar olsun ki ailəsinin, evinin rəisi ola bilmədi, bacarmadı. Qəriblə müqayisədə əslində o aşağı pillədə dururdu. Qəribin varlığı belə Adildə nifrət yaratmışdı və o yalnız Qəribə deyil, öz xanımına da ölüm arzulayırdı, başqasına , əsas da Qərib kimi “aşağı pilləli” birinə sahib olmasını qəbul edə bilmirdi. Adilin etdiyi bir səhv bütün həyatını məhv edir. Onda olmayan saf, ülvi hislər, adicə bir təbəssüm belə Səriyyəyə əzab verirdi, onun əsəblərinə toxunurdu. Səriyyə,yoldaşı tennis oynamağa, ova gedəndə və  hətta onun şərab içməsini biləndə heç bir irad bildirmədi. Adil Səriyyənin yanlışlarının özünün dərk etməsinin istəyirdi. Əldə etdiyi qazanc, gəlir Səriyyənin yalnız qarnını doyuzdurmağa, əynini geyindirməyə çalışırdı. Bəs qəlbdə yaranan ehtiyac? Adilin evə gətirdiyi qazanc mənəvi ehtiyacları qarşılamağa bəs etdi mi? Etmədi! Səriyyəyə nə ər, nə pul, nə geyim, nə yemək lazım idi.

Səriyyənin Qəribə qədər Adilə münasibəti necə idi? Səriyyə Adillə birillik evlilik həyatında ancaq ərinə xidmət edib onun yaşam və düşüncə tərzinə uyğunlaşmağa çalışırdı. Onun həyatı yoldaşına hörmət etmək, qayğısına qalmaq, ehtiyaclarını qarşılamaqla keçib. O, Adillə sevgi dolu məhəbbət macəraları yaşaya bilməyib. Həyatından məmnun qaldığını düşünən gənc texnik yeni bir aləmə daxil olur və əsl xoşbəxtliyin, əsl ailə səadətinin nə olduğunu indi anlayırdı. Qəribin onunla qarşılaşması,  həyatına daxil olması Səriyyəni ərindən soyutmadı, əksinə bağlı gözlərinin açılmasında bir vasitə rolunu oynadı.

Adilin həyatındakı əsas planları nədən ibarət idi? Adil öz taleyindən razı idi, onun gözlərində qarşıdan gələn gələcək fəaliyyətin təntənəsi canlanmışdı. Eyni zamanda Adil üçün ön planda ilk növbədə uğurlu karyera həyatı dururdu. Digər tərəfdən iş və ailə həyatına düzgün vaxt ayıra bilmir, bu iki məfhumu qarışıq sanırdı.

Adilin seçimində etdiyi səhv nə idi ? Yoxsa özü bu səhvin meydana gəlməsində vasitəçi olmuşdu? Adil zaman keçdikcə seçiminin yanlış olduğu qənaətinə gəlirdi, anasının “yaxşı ailədən olan yaxşı təhsil görmüş qız ” fikirləri onun xatirələrində təzələnir, ona rahatlıq vermirdi. Adil düşünürdü ki, bəlkə də öz tipinə uyğun biri ilə ailə həyatı qursaydı, həyatın bu cür çətinlikləri ilə qarşılaşmazdı. Onun Səriyyə ilə eyni pillədə, mövqedə olmaması sanki Adil üçün bir avantaj ? oldu. Adil xanımına zor tətbiq edə bilməzdi , istəyirdi ki, hər şeyi onun özü anlasın, dərk etsin, başa düşsün. Xanımı həmişə onunla qürur duysun. Lakin gənc rəis ,kübar, təhsilli bir ailədə böyüsə də əslində öz qadınının nə istədiyini anlamır və öz sevgisində uduzur, əsl mənəvi itkini bu zaman yaşayır.

Buldozerçi sevgisi. Əsərdə ön planda ikili mövqe tutaraq oxucu kütləsini öz gizli dünyası ilə təsir altına salan növbəti obraz Qəribdir. (Qəribcan da desək səhv etmərik) O, hərbi xidməti yenicə başa vurmuşdu, istefaya çıxmış kiçik leytenant idi.  Kənddə buldozerçi kimi çalışırdı. Bu işdə də təkbaşına deyildi, onun çoxlu buldozerçi dostları vardı.  Qəribin daxili dünyasını müşahidə etmək çətindir,ancaq hadisələrin inkişafında görürük ki, o, sevginin, sədaqətin daşıyıcısı kimi təmsil olunur. Qəribin dilindən təhkiyə verilməsə də onun baxışlarında bir vüqar, əzmkarlıq hissi, hər an öz sevgisinə sədaqət nümayiş etdirə biləcək gizli bir dünyanın mövcudluğunu görürük.  Səriyyənin ona qarşı göstərdiyi diqqət, qayğı sanki Qəribdə də yeni hislər yaradır. Onun səmimi olması fədakarlıq göstərməsi (xəstəxanaya çatdırılması) Qəribə təsir etdi, amma Səriyyə bu cür davranmasa idi belə yenə də istədiyini əldə edəcəkdi, Qəribə qovuşacaqdı . Onun yerinə Adil olsa idi, Səriyyə ərinə qarşı bu cür fədakar davranmazdı. Adilin nə varlığı, nə də yoxluğu onun üçün bir önəm kəsb edirdi. Onun yaralanması bir kənara ona bir şey olsa idi ,bu, həyat yoldaşının umrunda belə olmazdı.?

Qəriblə yol rəisi Adil arasında tez-tez mübahisələr olurdu. Rəisin Qəribin yerini dəyişmək istəməsi onda Adilə qarşı nifrət hissi oyatdı, “bomba” kimi partladı. Qəribin nifrətinin artmasının əsas Adili bir kişi olaraq , aciz, qorxaq hesab etməsi idi , yəni Adil həyat yoldaşının qarşısını almaq əvəzinə, acığını Qəribdən çıxır, başqa sözlə desək, öz evinə rəislik edə bilmir, şəxsi münasibətlərlə ictimai münasibətləri qarışdırırdı. O, ilk tədbiri Səriyyəyə qarşı görməli idi. Fikrimizcə, buldozerçinin komandadan ayrılmaması, öz yerində qalması, briqada heyətinin ilk qələbəsi kimi insanları dəyərləndirilir, bundan sonra körpü sürətlə tikilməyə başladı. Yol rəisinin bu zəhmətinə laqeyd münasibəti , işçilərə əhəmiyyət verməməsi ən çox Səriyyəni üzürdü. 

Qərib olmasaydı, Səriyyə bu nəvazişi, bu istiliyi başqasına göstərərdi mi ? Başqasını seçərdi mi? Qərib Səriyyənin qəlbində yatmış vulkanı oyatdı, ora nüfuz etdi. Səriyyə anladı ki, onun axtardığı əsl sevgi Qəribdədi,  onda əsl cəsarəti gördü. Qəribin ağır daşı şücaətlə qaldırması  Səriyyənin qəlbini daha da coşa gətirdi, sanki ona heyranlıqla baxan gənc qıza Qərib baxışları ilə cəsarətli olduğunu sübut etməyə çalışır, gözlərilə deyirdi ki, “yəni mən səni sevməyə də qadirəm, məndə səni sevmək cəsarəti də var”. Başqası olsa, eyni hisləri o da gənc qıza yaşatsa idi, Səriyyə yenə də eyni addımı atardı yenə də gedərdi. Amma əsla Adilə qarşı fədakarlıq etməz, onun cəfasını çəkməzdi. Qərib onu bəlkə də sevirdi ,lakin bu duyğularını açıq-aşkar ifadə edə bilmirdi. Bəlkə də evli bir qadınla bu cür münasibətin gerçəkləşməsi mümkün olmaz deyə düşünür, addım atmaq istəmirdi. Bəlkə də sevgisinə qarşılıq almamaqdan qorxurdu. Qərib istəsə, Səriyyə ilə gizlin eşq yaşayar, xanımının verdiyi dəyəri qiymətləndirər, sui-istifadə edərdi, amma Qərib daim baxışlarını ondan yayındırır, hislərini gizlədirdi.

Səriyyə Qəribi sevirdi, onun vüqarını ,əzmkarlığını saf sevgi hislərini, onun həyat tərzini, gözlərindəki cəsarət dolu gizli baxışlarını sevirdi. Ona bəzən bu doğmalıq yaxın tanışı belə olmadığı halda gənc buldozerçiyə bəslədiyi qəribə münasibət təəccüblü gəlirdi. Qəribin çətin vəziyyətə düşməsi , ayağının kəsilməsinə dair həkimin qoyduğu diaqnoz onu narahat etdi. Səriyyə artıq səadət məfhumunu dərk etməyə başlayırdı. Onun əsl səadəti buldozerçinin ayağa qalxması idi. Qəribin ona yönəlmiş ötkəm baxışları Səriyyəni yuxudan oyatdı. Ona düşən bu sevgi payından hissə-hissə özünə pay götürdü və dünyaya başqa gözlə baxmağa başladı. Sanki gənc qız illərdir ,bu sevginin arzusunda idi. Sanki həmişə onun yolunu gözləyirdi. Və nəticədə Səriyyə öz səadətinə qovuşdu.  İnsan həyatında elə anlar yaşayır, gözünün önündə elə xatirələr canlanır ki, ömrü boyu o xatirələr ona əzab verir, qarşılaşdığı hər şirin, ləzzətli günə bir damla zəhər qatır. Səriyyənin elə bir xatirəsi yox idi . Adildən ona qalan yeganə xatirə yalnız qəlbində çəkdiyi iztirablardır. Onun həyatı süniliklə, yeknəsəkliklə zəngin idi. Ona görə də unudulmaz hesab etdiyi heç nə olmadığı üçün Adildən asanlıqla vaz keçə bilərdi və keçdi də.. Hər halda əsərin gənc qadın qəhrəmanı belə düşünürdü…

Qəriblə Səriyyənin aqibəti bəlli olmasa da, fikrimizcə Qərib ona sahib çıxdı. Səriyyə Qəribə qarşı fədakarlıq göstərmişdi. Onun Səriyyəyə hər şeydən öncə can borcu vardı. Qərib Səriyyəyə ilk növbədə azadlıq verə bilərdi. Səriyyə həm azadlıq ,həm də xoşbəxtlik axtarırdı.

Səriyyə haqlı idi mi? İlyas Əfəndiyev Səriyyə obrazını yaratmaqla, ədəbiyyata yenilik gətirdi. Bu obraz sosialist tipli, kübar ailə mühitindən çıxmış vəzifəli ərindən imtina etdi. Bununla göstərməyə çalışdı ki, əsl ailə səadəti nə pulda, nə də vəzifədə deyil. Həqiqi sevgini bunların arasında deyil, qəlbdə axtarmaq lazımdır. Söhbət mental dəyərlərə vurulan zərbədən gedə bilməzdi. Səriyyə nə hislərini, nə də hərəkətlərini yoldaşından gizlədirdi. Hətta bunu etməkdən utanır, peşmançılıq çəkirdi.    Əlbəttə, Səriyyənin seçimi mühiti üçün qəbuledilməz və yolverilməz idi. Səriyyə bütün Azərbaycan qadınlarının ümumiləşdirilmiş simasıdır. Səriyyə sırf parazit psixologiyası ilə yaşayan biri ilə yollarını əbədi birləşdirməyə, bu yolda addımlamağa davam gətirə bilməzdi. Ona yoldaşı nə azadlıq ,nə sərbəstlik verirdi. Digər tərəfdən o heç vaxt arzuladığı hisləri yaşaya bilmədi. Səriyyə yoldaşının daşlaşmış , patriarxal düşüncələrindən xilas olaraq, bu addımı atmaqda tamamilə və qismən HAQLI idi. Adilin səhvləri onu qismən haqlı çıxardır. Təbii ki, onun bu addımı Azərbaycan qadınlarına xas cəhət deyildi. Səriyyə işləmək istəyirdisə, əri onun körpüdə işləməsinə mane ola bilərdi. Yazıçı öz qəhrəmanını haqlı çıxardaraq, ona bəraət qazandırır və Səriyyənin daxili gizli psixologizmini, ona məxsus hər bir xarakterik cəhəti ustalıqla qələmə alır.

Əsərdə “müsbət qəhrəman”axtarışı və gənc qızın ikili mövqeyi. Əsər boyu oxucuları daha çox düşündürən müsbət qəhrəman problemidir. Səriyyənin müsbət qəhrəman olması ziddiyyətlidir. Digər tərəfdən onun sevgi görməməsi, mənəvi azadlığının əlindən alınması, yoldaşına qarşı etdiyi hörmətsizlik və məcburi olaraq, alçaltmasıdır. Ona görə də  İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında Səriyyəyə münasibətdə ikili vəziyyət yaranır.  Bizim fikrimizcə, əsərdə əsas müsbət qəhrəman Adilin anasıdır. Adilin anası ali təhsilli ,dünyagörüşlü, təcrübəli qadındır, övladına bağlıdır və dünyagörmüş, müdrik qadın ilk günlərdən Adillə Səriyyə arasındakı uyğunsuzluğu hiss etmiş və iradını bildirmişdi. Onların bu yolda birlikdə addımlamağın mümkünsüzlüyünü və evliliyin uğursuz olacağını əvvəlcədən duyurdu. Məsəl var ki,  ata-ana övlad üçündür, övlad da özü üçün. Adilin anası oğlunun seçiminə hörmətlə yanaşmalı oldu. O, övladının yaxşı təhsilli, namuslu ailənin qızı ilə ailə qurmasını arzulayırdı.  Səriyyə ən azından yaxşı təhsil görsə idi, heç meşəyə getməyə- yoldaşı ilə çadırda yaşamağa belə razılıq verməzdi. Anası olacaqları qabaqcadan duyurdu,  buna rəğmən oğlu sevgisini seçdi və nəticə artıq bəlli idi.  Necə deyərlər, “anasız görülmüş iş danlaqsız bitməz”.

Burada iki manikürçü qadınları da müsbət qəhrəman hesab etmək olar.

 Səriyyənin inqilabi “xəyanəti”. Səriyyənin bu addımı  “xəyanət” sayılır, lakin “inqilabi xəyanət”…“açıq-aşkar xəyanət”. Bu xəyanətin özəlliyi bundan ibarətdir ki, şəraiti öz əri yaradır və hətta bu “xəyanət”inə ərini də ortaq edir, motosikletin tərkinə minib Qəribi işə qaytarmağa can atması onun ərinə bir kişi kimi zərrə qədər hörmət etməməsinin dəlilidir, əri də bu “xəyanət”ə dəstək olur, şərik çıxır, Öz acizliyinə boyun əyir, Səriyyəyə deyil də, Qəribə qarşı yönəlir, yalnış tədbirlər görür. Buldozerçini öz işinin başına qaytararaq, Səriyyəyə rahat şərait yaradır .Adil hər şeyin fərqində idi və artıq o indi “hərəkətə keçmişdi”, Səriyyəni indi itirə biləcəyindən, onu əslində nə qədər çox sevdiyini anlaması və ondan vaz geçə bilməməsindən qorxurdu , onun doğru addımlar atmaması Səriyyəni ondan daha da uzaqlaşdırmağa gətirib çıxardı ,o öz xanımına mane olmaq əvəzinə Qəribi kənarlaşdırmaq istədi və bu da ona baha-başa gəldi.

Səriyyə-Adil kontrastı. “Ailə”də yaranan soyuq münasibət Adilin sanki bütün damarlarına kimi işləmiş, qanını dondurmuşdu. Qəlbində küləklər əsir ,boranlar qopurdu, o indi əzab çəkirdi və bunu indi anlayırdı, ancaq hər şey üçün çox gec idi.  Bu qəhrəmanın düşüncə tərzi, daxili təlatümləri, keçirdiyi böhranlı vəziyyəti onu Kareni (Tolstoy “Anna Karenina”)obrazı ilə yaxınlaşdırır: hər ikisi qadın xəyanətinin günahkarlarıdır; iztirab içərisində qıvrılır, əzab çəkirlər; öz sevdikləri qadına ölüm arzulayır; şan-şöhrət həvəskarı olur, karyera qurbanına çevrilir, nəticədə ailə həyatından məhrum olurlar.

Səriyyə heç vaxt işləməsə, yaxud Qəribcana rast gəlməsə, o zaman necə davranardı? Adili yenə də tərk edərdi? Gənc qız əgər eyni duyğuları yaşasaydı ,axtardığı xoşbəxtliyi ona bəxş edə biləcək biri ilə qarşılaşsaydı, o yenə də bu addımı atırdı . O bunun çıxış yolunu tapar və bu yalançı mühitdən uzaqlaşardı . Onun övladı belə olsa idi, o işləməsə idi, yenə də gedərdi. Ona nə ailə ,nə ər, nə övlad ,nə uğurlu karyera həyatı lazım idi. O Adilin maddi zənginliyinə aldanıb gəlmişdi , sonradan dərk etdi ki, hər şey pulda deyilmiş, Adilin mənəviyyatı kasıb idi və zaman keçdikcə pula, var-dövlətə olan sevgisi bitir, əsl zənginliyi anlayır. O ,sevgi qıtlığı,  bolluq içərisində aclıq yaşayırdı, mənəvi ehtiyaclarını qarşılamağa can atan birini axtarırdı.  Adil isə iş həyatı ilə ailə həyatını səhv saldı, sevgisinə nə vaxt ayıra bildi ,nə də bunu qadınına hiss elətdirə bildi.  Bütün fikrini, enerjisini vəzifəsinə yönəltdi və bu da onun ailə faciəsinə gətirib çıxardı.

Səriyyənin Adili sevməsinə Adilin özü izn vermədi, o buna şərait yaratmadı,  xanımını saymadı, onun varlığından xəbərsiz oldu. qoymadı Səriyyə onu sevə, ona qəlbi isinə ,xanımını pulun, vəzifənin əsirinə, oyuncağına çevirdi, onun robot, cansız bir əşya kimi davranmasını istədi, daim baxışları ilə hərəkətlərilə onu təqib etdi, ona sərbəstlik vermədi. Səriyyənin qəlbi əsarət altında idi. O, bu buxovdan azad olmaq istəyirdi. Səriyyə xəyallar aləminə qapılmışdı tələbəlik həyatından danışan zaman yoldaşının ona adi gülüşü absurd gəlmişdi, bəlkə də bunu qəlbində qəbul edə bilməmişdi, Adilin səhvi ilk növbədə özünə uyğun birini tapmaması , öz dəngində olmaması sevgisinə aldanıb onun arxasınca getməsi idi. Digər ən böyük səhvi Səriyyə kimi cavan, hələ püxtələşməmiş bir qadını meşədə 3 kişinin arasında buraxmağı idi.  Qaçaq Nəbi-Həcər məhəbbəti dillər dastanıdır , baxmayaraq ki Həcər o qədər kişinin içərisində baş çıxardır, daim ərinə dəstək olurdu, ancaq Nəbi Adillə müqayisədə hər zaman yoldaşının yanında olub. Adil isə öz namusunu deyil, işini düşündü və bunun qurbanı oldu, qısqansa da bunu açıq şəkildə bildirmirdi, çünki o qətiyyətsiz idi, qadınını itirəndən sonra onun dəyərini anlayır ,çox peşman olurdu.  O həmişə öz aləmində sağlam və möhkəm ailə yaratmağa çalışır, özünü düşünür, özünə haqq da qazandırır, günahının nə olduğunu anlaya bilmir və həmişə “niyə” sualları ilə baş-başa qalırdı. Öz dünyasında ailəsinin maddi vəziyyəti üçün çalışırdı. Digə tərəfdən mənəvi vəziyyətini kölgədə saxlayırdı. Sevgi və hörməti biz saxsı qabdakı dibçək güllərə bənzədirik, gül solmuşsa ,diqqət etmək lazımdır ki, bəlkə saxsı qab sınıb, suyu saxlaya bilmir .Eyni zamanda arada hörmət, pərdə qalmayandan sonra sevgidən söhbət gedə bilməzdi.  Əgər sevgi tükənmişsə, qadını dörd divar arasında saxlasan da o gedəcək.

Epizodik qəhrəmanlar. Qəribdən başqa çalışan digər buldozerçilər- Soltan və Kərəmxan da birlikdə çiyin-çiyinə verərək, isti havada tər tökür, əziyyətə qatlaşıb böyük bir körpününü tikintisini yekunlaşdırmağa səy göstərirdilər. Aralarında ara-sıra xırda konfliktlər də yaranırdı.  Buna baxmayaraq, bu üç yoldaşı birləşdirən ortaq cəhətləri də vardı: zəhmətkeş, çalışqan, pul, şan-şöhrət həvəskarı olmamaq, əzmkarlıq.  Öz halal zəhmətlərilə çalışan zəhmətkeş işçilər əsər boyu diqqəti çəkir. Bu mühitdə özünü rahat və xoşbəxt hiss edən Səriyyə də kollektivin bir hissəsinə çevrilir və çiyin-çiyinə “körpüsalanlar”- Soltan ,Kərəmxan, Qəribcan və Səriyyə Zoğallı körpüsünü salmağa müvəffəq olurlar.

Əsərdə digər qadın obrazları içərisində iki manikürçünü də qeyd edə bilərik. Ana-bala olan bu xanımlar əsərdə pozitiv davranışları ilə yadda qalır. Onlar humanist, müsbət mövqedə dayanırlar.  Səriyyə onların yanında özünü rahat hiss edir ,onun düşdüyü bu yeni mühitdəki saflıq, dürüstlük həyatında yenilik yaradır. Onlarla yenicə tanış olmağına baxmayaraq, Səriyyə qısa müddətdə tanış olduğu xanımlara , alışır və dəyər verir. Səriyyədən fərqli olaraq, bu qadınlar onu xoşbəxt hesab edir, ərini tərifləyirlər, lakin Səriyyənin daxili iç dünyasından agah deyillər. Adilin belə “ucuz” insanlardan tərif eşitdiyini deməsi Səriyyəyə ağır gəlir, ona getdikcə nifrət etməyə başlayır.

Əsərin ideya xətti. Qadınla incə rəftar etmək ,onun duyğularını anlamaq ,onu saymaq, hislərinə hörmətlə yanaşmaq və bunu düzgün qiymətləndirmək lazımdır, eyni zamanda kobud olmamaq və sevdiyin qadına xanımın, övladının anası kimi dəyər vermək gərəkdir. Qadın hər şeyi yoldaşına bağışlayar, hər şeyə güzəşt edər, ancaq yad ,soyuq münasibəti, diqqətsizliyi, sevgisizliyi əsla bağışlamaz.

Əsərin simvolikası.  Bizim fikrimizcə Səriyyə ilə buldozerçilərin, xüsusilə də Qəribin tikdiyi bu körpü ,sanki onların münasibəti arasında bir “körpü” rolunu oynadı.  Onlar bu körpünü tikməklə bərabər həm də aralarında möhkəm bir “körpü” yaratdılar və heç bir qüvvə bu “körpü”nü dağıtmağa müvəffəq ola bilmədi.

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səma cisimlərinə həsr olunmuş şeirlər. Cəvahir Tanrıverdi.

QAZAX, KƏMƏRLİ.

Səma cisimlərinə həsr olunmuş şeirlər
2003-cü ildə baş vermiş tutulma zamanı bu şeiri yazmışdım. Günəş tutulması onda cəmi 4 dəqiqə ərzində baş vermişdi və tam tutulma olmuşdu.
Bundan (2003 ) 7 il əvvəl (1996) olan tutulma bir də 50 il sonra baş verəcəyi proqnozu verilmişdi. Hamısını şeirdə qeyd edilmişdir.

ƏBƏDİ SEVGİ
Bu gün iki sevgili
Uzun həsrətdən sonra
Sevinclə görüşdülər.
Bu gün iki sevənlər – Ayla Günəş qovuşdu,
Sevən qəlblər alışdı.
Cənnət oldu onlara fəza- əngin sonsuzluq.
Bir çox sevən ürəklər
gizlin görüşür ikən,
Onlar aşkar görüşdü.
Çox qısa görüş idi.

Zaman sevən qəlbləri
yeddi il bir-birinə
möhtac qoyurkən niyə
Onlara görüş verdi
ancaq dörd dəqiqəliyə?..
Həyat necə amansız,
Zaman necə zamandır?..

İnsanlar böyük eşqə
Təlatümlə baxırkən
Buna bir ad verdilər-
“Gün tutulur”,- dedilər.
Ay Günəşi tutmadı,
Bu gün Ay da yatmadı,
Bu gün Gün də batmadı,
Bu gün onlar görüşdü.
Dörd dəqiqə vaxt keçdi.
Bu nə qısa görüşdü?

Hələ bu yetməz ikən
Tam əlli il ayrılıq verdilər sevənlərə.

Budur əbədi sevgi-
Ay həsrətdə qalsa da
Özgəsini sevməyir.
Günəş tel sığalını
Özgəsinə verməyir.
2003.

AY
Yenə görünürsən, axşam düşübdür,
İşığı uzaqdan sevgilin verir.
Toxunmur, toxunmur, toxunmur sənə,
Uzaqdan, uzaqdan, uzaqdan sevir.

BATAN GÜNƏŞİN
O al şəfəqləri süzülüb gedir,
Dünyadan ürəyi üzülüb gedir.
Arzusu qəlbində büzülüb gedir
batan Günəşin.

Göylərdən qaranlıq qoxusu gəlir,
Ürəyə ayrılıq qorxusu gəlir.
Gündüzdən yorulub, yuxusu gəlir
batan Günəşin.

İndi kölgə vermir yalqız duran ev,
Qaranlığa doğru o kölgələnir.
Yığışıb getdikcə qəlbi kövrəlir
batan Günəşin.

Son dəfə şəfəqlər suda bərq vurur,
Dalğalar içində itib qərq olur.
Yeni səhər üçün indi yox olur
Şeiri, şərqisi batan Günəşin.
13.03.2023.

Müəllif: Cəvahir TANRIVERDİ

CƏVAHİR TANRIVERDİNİN YAZILARI

СТИХИ ВЕРА ПОЛОЗКОВА


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Murad Məmmədovun “Ömrün payız duyğuları” adlı yeni kitabı işıq üzü görüb

MURAD MƏMMƏDOVUN YAZILARI

Söz sərrafı, gözəl insan, incə ruhlu şair Murad Memmedovun “Ömrün payız duyğuları” adlı yeni kitabı işıq üzü görüb. Şair bu münasibətlə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən “Ziyadar” mükafatına layiq görülüb. Təbrik edirik! Uğurlarınız bol olsun, Murad müəllim! Hər yeni saat yeni gün yeni il uğur gətirsin inşəAllah!

Ön sözün müəllifi Həzi Həsənli , dost sözünü əsirgəməyən qələm adamı isə, Avdı Qoşqar.

Müəllif: Murad MƏMMƏDOV
MURAD MƏMMƏDOV HAQQINDA

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR JURNALI N: 04 (28) APREL – 2023-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

YAZARLAR JURNALI N: 04 (28) APREL – 2023-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB. PDF:

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÖVLUD AĞAMMƏD. TALEYİMƏ DÜŞƏN PAYI YAŞADIM…

MÖVLUD AĞAMMƏDİN YAZILARI

TALEYİMƏ DÜŞƏN PAYI YAŞADIM…
Taleyimə düşən payı yaşadım,
Bundan artıq nə gələr ki, əlimdən.
Haqq deyirlər, qaçmaq olmaz, neyləyim,
Qismət adlı bir çəlimsiz ölümdən.
* * *
Hərə bir cür bədbəxtidi dünyanın,
Gətirməyən bəd bəxtidi dünyanın.
Xatirələr tac-təxtini dünyanın
Qurtarmazmı birdəfəlik zülümdən?
* * *
Həsrət nədir, Mövlud bilir, sən istə,
Çəkildikcə qalaqlanır üst-üstə.
“Alın yazım qismətimdir”–bu səs də
Ömür boyu düşməyəcək dilimdən.
16.01.2023. Bakı-Quba.

VAR…
Bu yuxunun gerçək adlı tərsi var,
Bu yuxuda ölüm dadı, tamı var.
Bu yuxumu istəmirəm çin olsun,
Bu yuxunun zəhər dolu camı var.
* * *
Kim gətirdi bu yuxunu yuxuma?
Qəm çiləndi, dərd ələndi ruhuma.
Bu yuxunun yozumunu oxuma,
Bu yuxunun pərvanəsiz şamı var.
* * *
Hər anında bir ömürlük xatirə.
Xəyalları, xülyaları gətirər.
Bu yuxuda Mövlud özün itirər,
Bu yuxunun üstü torpaq damı var.
2.03.2023. Zərdabi.

QOŞMA
Hər ağızın bir avazı, duası,
Kəramət var, inayət var, sözüm var.
Öz özünə bağışlanmaz günahlar,
Məlamət var, qiyamət var, közüm var.
* * *
Aşiqlərin yoxmu məgər dərdləri,
Göz yaşları uçurmazmı bəndləri?
Necə keçim bu keçilməz sədləri,
Mətanət var, dəyanət var, dözüm var.
* * *
Əssə əgər qara yellər dövrana,
Dağ çəkilər sinəsindən dörd yana.
Bağlayıban atın dərin zindana,
Həqiqət var, hidayət var, düzüm var.
* * *
Dünya, Mövlud, yaranışdan ələnir,
Gələni də, gedəni də bələnir.
Adəm oğlu Xaliqinə silənir¹,
Nəhayət var, bidayət var, lüzüm var.
1. burada qovuşmaq
7.03.2023. Zərdabi.

GETDİ
(yarızarafat)
Köhnəlib, ay lələ, öyüd-nəsihət,
Təzəsi bir anda bilindi getdi.
Yenicə modalar çıxıb meydana,
Köhnəsi-kürüşü ələndi getdi.
* * *
Fələk addım-addım atır addımın,
Öz adı yadından çıxır adamın.
Nə dadın bilirik, nə də ki, tamın,
Çatıb-çatdırmamış il indi getdi.
* * *
Çətin gəncliyimə bir də qayıdım,
Özümü yatdığım yerdə oyadım.
Taleyimə düşən bəxtdən yayındım,
Heyif yazdığıma silindi getdi.
* * *
Mövludun bəxtinə düşüb beləsi,
Yığılıb, hazırdı şələ-şüləsi.
Gedəcək, bir daha çətin gələsi,
Döz də ayrılığa gəl indi, getdi.
9.03.2023. Zərdabi.

BİRDİR
Sirlə dolu bir düyünü,
Açma, sirri pünhan birdir
Kilidlənib axıracan,
Cəhd eləmə, açan birdir.
* * *
Sığınmışam dühasına,
Dərd gətirən davasına.
Vallah, bu qəm havasına,
Ha alovlan, ha yan, birdir.
* * *
Tərif etmə bu gərdişi,
Tərk edib Mövlud vərdişi.
Əzrayılın yoxdu işi?
Can alacaq, o can birdir.
31.12.2022. Zərdabi.

İTİRƏM
Bəzən olur, xatirələr qarışır,
Daş yaddaşım iz, içimdə itirəm.
Dünya məni kölgəsində gizlədib,
Özüm sanki öz içimdə itirəm.
* * *
Kaş görəydim kimliyimi geridə,
Nələr qalıb o günlərdən bəridə.
Xəyallarım buz ömrümü əridə,
Alovlanır köz içimdə, itirəm.
* * *
Taleyimə qəm dəftəri yazılıb,
Çəkildikcə ötənlərim azalıb.
Deyir, Mövlud öz payına az alıb,
Həsrətinə döz içimdə itirəm.
9.12.2022. Zərdabi.

QOŞMA
Ala gözlüm, həsrət bir şey deyil ki,
Çəkmək ilə qurtarmaqdı qorxusu.
Nə xəyalın gəlsin yaxın, nə də sən,
İstədiyim tək bənövşə qoxusu.
* * *
Düşməyəsən dərdin dərin dibinə,
Nə bilirsən dərd üzü nə, dibi nə?
Hər görəndə dərdin səni sevinə,
Qalxa bilsin ərşə dərdin yuxusu.
* * *
Mövlud deyır, yalan acı, düz acı,
Dərd gətirər gülüş acı, söz acı.
Elə bil ki, təkcə mənəm möhtacı,
Nə gizlədim, belə deyir çoxusu.
25.02.2023. Zərdabi.

MÜƏLLİF: Mövlud AĞAMMƏD

MÖVLUD AĞAMMƏDİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sərvanə Dağtumas. Detektiv ədəbiyyatı və ya macəra ədəbiyyatı.  İntellektual detektiv janrı.

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

Detektiv ədəbiyyatı və ya macəra ədəbiyyatı.  İntellektual detektiv janrı.

Macəra ədəbiyyatına səyahətnamə, ov janrı, dənizçilik daxildir. Macəra ədəbiyyatında təhlükəsizlik orqanlarının işi ilə bağlı işlənən forması isə detektiv adlanır. Detektiv ədəbiyyat və ya kriminal nəsr bilavasitə cinayətə , onun açılmasına, cinayətkarların obrazlarına və motivlərinə diqqət  yetirən ədəbi janrdır. Bunu kim etdi? – cinayəti kimin törətdiyinə dair tapmacaya yönəlmiş detektiv hekayənin mürəkkəb süjet versiyasıdır. “Bunu kim etdi?” termini həm də qatilin şəxsiyyətinin tez aydın olmadığı bir işi təsvir etmək üçün qətl müstəntiqləri arasında istifadə olunur. Qətllərin çoxu qurbanın tanıdığı və ya qohum olduğu insanlar tərəfindən törədildiyi üçün “bunu kim edib?” məsələsinin həlli adətən daha çətindir. Detektivin bir janr kimi əsas xüsusiyyəti əsərdə hansısa sirli hadisənin olmasıdır, hansı şəraitdə baş verməsi məlum deyil və aydınlaşdırılmalıdır. Detektivin mühüm xüsusiyyəti ondan ibarətdir ki, hadisənin faktiki halları təhqiqat başa çatana qədər heç olmasa tam şəkildə oxucuya çatdırılmır. Əksinə, oxucu hər mərhələdə öz versiyalarını qurmaq və məlum faktları qiymətləndirmək imkanı əldə edərək, araşdırma prosesi vasitəsilə müəllif tərəfindən idarə olunur. Əsər əvvəlcə hadisənin bütün təfərrüatlarını təsvir edirsə və ya hadisədə qeyri-adi, müəmmalı heç nə yoxdursa, o, artıq sırf detektiv hekayəyə deyil, əlaqəli janrlara ( triller, polis romanı və s.) aid edilməlidir.

Detektivin tarixi. “Həqiqət və yalan”-qədim Misir alleqorik nağılı, Sofokl “Çar Edip”, Herodot “Rampsinit və oğru”, Daniel peyğəmbərin kitabından olan ” Susanna və Ağsaqqallar “, “Minbir gecə nağılları”na daxil olan “Üç almanın nağılı”. “Üç almanın nağılı”nda ilk dəfə süjet bükülməsi metodundan istifadə olunub. Süjet bükülməsi bədii əsərdə süjetin istiqamətini və ya nəzərdə tutulan nəticəsini kökündən dəyişdirən ədəbi alətdir. Bu, hekayənin sonuna yaxın baş verdikdə, buna gözlənilməz sonluq, və ya süjetin bükülməsi deyilir.

Detektivin növləri.

1.Qapalı detektiv, qapalı otaqda qətl, qeyri-mümkün cinayət, fövqəlinsanın törətdiyi cinayət. Edqar Allan Ponun “Morq küçəsində qətli” əsəri “qapalı otaqda qətl” süjetinə əsaslanan ilk detektiv əsər hesab olunur. Artur Konan Doyl “ Rəqs edən adamlar ”, “ Rəngli lent ”, Aqata Kristi “ On balaca hindli ”, “Sıçan tələsi” , “ Şərq ekspressində qətl”, Qaston Leru “Sarı otağın sirri”, hake Talbot “Çuxurun kənarı”, Robert Van Qulik “Çin labirinti cinayətləri”, Umberto Eko “Baudolino”  və s. qapalı otaq növünə aiddir.

Con Dikson Karr “Qapalı otaq sirrinin ustası” hesab olunur.

2.Rahat detektiv. Seks və zorakılığa daha az yer verildiyi və ya yumorla təqdim edildiyi, cinayətlərin və araşdırmaların kiçik, sıx bir cəmiyyətdə baş verdiyi bir detektiv  janr növüdür. Bu növ əsərlərdə detektivlər daha çox qadınlar olurlar.

3.Tarixi detektiv. Cinayətin tarixi tarixi hadisələr kontekstində baş verir. Məsələn, V.Eko “Qızılgülün adı “. Müasir müəllifin tarixi reallıqlara yerləşdirdiyi detektiv hekayəsi “ retro-detektiv ” adlanır. Məsələn, Dostoyevski “Cinayət və cəza”, Jan Riçep “İdeal cinayət”

4.Tərs çevrilmiş detektiv. Cinayətkar hekayənin əvvəlindən tanınır, bu cür əsərlərdə detektivin cinayətkarın təqsirini dəqiq necə sübut edəcəyi vurğulanır. “Həqiqət və yalan”-qədim Misir alleqorik nağılı, Sofokl “Çar Edip”.

5.Noir-“qara roman” detektiv.  Zorakılıq, jarqon ifadələr, cinsəl istismar və s.Noir janrının əsas xüsusiyyətləri arasında təqdimatın sərt realizmi , sinizm , personajların özünü məhv etməyə meyli, jarqonların bolluğu və süjetdə məcburi cinsi xətt var.

6.Polis detektivi. Polisin baş qəhrəmanlarının şəxsi həyatlarının, çox vaxt dramatik şəkildə nümayiş etdirilməsidir. Süjetin mövzusu ailə vəziyyəti, komandadakı münasibətlər və həyat üçün risk, eləcə də peşəkar fəaliyyətlə əlaqəli stresli mühit ola bilər.

7.Hüquqi və ya leqal detektiv. Hüquq-mühafizə və məhkəmə sistemi “baş qəhrəman” rolunu alaraq əsərdə mərkəzi yer tutur.

8. Casus detektivi, adətən hansısa xüsusi xidmətdə çalışan bir casusun nöqteyi-nəzərindən danışılan, hərəkətli hekayədir.

9. Cinayət romantikası detektivi. Cinayətkarın nöqteyi-nəzərindən danışılan hekayədir.

10.Psixoloji detektiv. Psixoloji konfliktə əsaslanan detektiv elementləri olan trillerin alt janrı.

11. İronik detektiv detektiv janrının postmodernizm izlərini daşıyan atipik növlərindən biridir. İronik detektivdə detektiv araşdırma yumoristik nöqteyi-nəzərdən təsvir edilir və bir sirri açmaq məqsədi daşıyır və hekayə adətən birinci və ya ikinci şəxs tərəfindən aparılır. Çox vaxt bu məcrada yazılan əsərlər detektiv romanın klişelərini parodiya edir. İronik detektiv hekayəsinin inkişafının ilkin mərhələlərində “ ironik ” anlayışı çox vaxt “reallığın cilalanması” rolunu oynayırdı.

12.Fantastik detektiv. Stanislav Lem “İstintaq”, Sergey Lukyanenko “Genom” və s.

13.Siyasi detektiv. Əsas intriqa siyasi hadisələr və müxtəlif siyasi və ya biznes xadimləri və qüvvələr arasında rəqabət ətrafında qurulur. Həm də tez-tez olur ki, baş qəhrəmanın özü siyasətdən uzaqdır, bununla belə, işi araşdırarkən “güclər” tərəfindən istintaqa əngəl törədilir və ya hansısa sui-qəsd üzə çıxır. Siyasi detektivin fərqli xüsusiyyəti (mütləq olmasa da) əsasdan başqa, tamamilə müsbət personajların mümkün olmamasıdır. Bu janra nadir hallarda saf formada rast gəlinir, lakin əsərin tərkib hissəsi ola bilər.

Detektivdə tipik simvollar. Peşəkar, şəxsi, həvəskar. Çexov “Ovda dram”, Aqata Kristi “On zənci balası” detektivlərdə qatillər fərqlidir.

Çağdaş Azərbaycan ədəbiyyatında realist detektiv romanları bir neçə qrupa bölmək olar:

– siyasi detektiv romanı;

– kəşfiyyat (şpion) detektiv romanı;

– sənədli detektiv romanı;

– macəra detektiv romanı;

– cinayətkarların və cinayətkar dairələrin həyatını əks etdirən detektiv romanlar;

– penitensiar müəssisələrdəki həyatı təsvir edən detektiv romanlar.

Azərbaycan ədəbiyyatında detektiv janrının banisi Cəmşid Əmirovdur. Uzun müddət Cəmşid Əmirov təqiblərə məruz qalmış, əsərlərini oxumaq qadağan olunmuşdur. “Sahil əməliyyatı” əsəri əsasında “İstintaq davam edir” filmi, “Qara Volqa” əsəri əsasında eyni adlı film çəkilmişdir.

Aqata Kristinın “Şirazda ev” detektivinə baxış

Parker Pyne Yaxın Şərq turunda Şirazdadır. O, orada tamamilə tək yaşayan və fars olduğunu iddia edən bir ingilis qadın olduğunu öyrənir. Hamı onu dəli hesab edirdi. Parker Pyne maraqlıdır və ona öz xidmətlərini təklif edir. Personajlar: Cənab Parker Pyne, Cənab Şlaqal, Xanım Ester Karr (Ester-gizli,Karr-bataqlıq), Muriel King. Məkanlar. Tehran, İsfahan, Şiraz.

Əsərin qəhrəmanı qatil olaraq ittiham olunduğundan qorxur və xanımının yerinə keçir. Niyə o, üç il ərzində tamamilə fərqli bir insan kimi davranmağı bacardı? Həmçinin bütün qulluqçuların bu məsələdə kor olması da böyük bir məsələdir. Cənab Parker Payne romantikdir. İnsanların xoşbəxt olmasını istəyir və onlara kömək etmək üçün əlindən gələni edir. O, insanların həqiqətən necə olduqlarını və nəyə qadir olduqlarını görür, onların xarakterinə olan bu fikir-genetik biliklər və s. onu öz cavabına aparır.

İntellektual detektiv janrı

Detektivdən bir pillə yuxarı olan intellektual detektiv zəka,idrak üzərində qurulan detektivin bir növüdür. Bu növ detektiv əsərlər oxucunun intellektual səviyyəsini daha zəngin edir,məlumatlandırır, əsərlərdə müxtəlif rəsm əsərlərinə, bədii əsərlərə, film adlarına rast gəlmək mümkündür.

İngilis yazıçısı Den Braunun “Cəhənnəm”, “Başlanğıc”, “Yalan nöqtəsi”,”Rəqəmsal qala”,”Mələklər və iblislər”, ”Da Vinçi şifrəsi”, “İtirilmiş simvol” əsərləri intellektual detektivdir. Böyüklər çoxdan bildikləri nəsnələrin əslində gizli kodlara kökləndiyini, bağlı olduğunu oxuduqca, dərinliklərə endikcə, əsərlər daha da qiymətə mindi. Den Braunun ailəsində sirli hadisələr uşaqlıqdan baş verir. Daha doğrusu, həmin sirli hadisələr valideynləri tərəfindən təşkil olunurdu. Sanki uşaqlıqdan belə qeyri-adi sirlərlə böyüməyə kökləyiblər ki, böyüyəndə çaş-baş qalmasınlar, çətinlik qarşısında özlərini itirməsinlər. Den Braunun təhsil aldığı kollec qapalı müəssisə sayılıb. Burada baş verən hadisələr gizli qalıb. Kollecin rəhbərliyinin şagirdləri danlaması, uşaqların çıxardığı oyunlar kənara çıxmaz, bu da qapalı mühitin xarakteri ilə düz gələrmiş. Elə ona görə də Den Braun qapalı mühit barədə yazdıqlarını kollecdən əxz edib. “Cəhənnəm” əsəri mistik-triller janrındadır. Əsas diqqət intizamsız insan artımı üzərinə çəkilir, insan artımı və onun da özü ilə bərabər gətirdiyi fəlakətlərin qarşısını almaq üçün bir bioloq-alim virus yaradır.ÜST və bir çox qurumlar bu virusu dayandırmağa çalışır, əsər boyunca onlar virusu və məqsədi tapmağa çalışırlar. Əsərdə belə bir ifadə var: “İnsanlığın gələcəyini xilas etmək üçün onun yarısının ölümünə razı olmalısınız”. Bu halda siz nə edərdiniz? İnsan artımı həndəsi silsilə ilə artır və dayandırılmasa, dünya məhv olacaq.Əslində əsərin ideyası bunun üzərində qurulub. Bəziləri virusları insan qətliamı hesab edir,bəziləri tək çıxış yolunun bu olduğunu qəbullanır. İnsan sayı mütləq nəzarətdə saxlanılmalıdır. İllərlə edilən müharibələr, laboratoriyalarda yaradılıb yayılan viruslar bu məqsədə xidmət edib. İnsan şüurlu varlıqdır, lakin o, gözünü yumub dünyaya bir neçə övlad gətirir və onlar ehtiyac, səfalət içində böyüyürlər. Buna mütləq nəzarət etməli, hamiləliyin qarşısını almalıdır, heyvan kimi şüursuz şəkildə cütləşib çoxalmamalıdır. Çexovun bir sözü var: “Bəzi insanlar ona görə dünyaya gəliblər ki, yeyirlər,yatırlar və çoxalırlar”.

Əsərin qadın qəhrəmanı, zəkalı Sienna öz problemlərinə yox, ətrafın, dünyanın problemlərinə yönəlir. Kimsəsizlərə əl tutur, bir dəfə də az qalsın ki, təcavüzə uğrayacaqdı. Onun olduğu Manila şəhərində uşaqların aclığı,alqı-satqısı,pedofillik,zorakılıq onu dəhşətə gətirir. Sienna (adının mənası narıncı-qırmızı)  dünyanın təkcə onun xilas edə bilməyəcəyini anlayır.Onun özü depressiya və saçtökülmə xəstəliklərindən əziyyət çəkib. Əsərin digər maraqlı qəhrəmanı Zobristdir. Zobrist kimi insanlar özlərini adi insanların hiss etdikləri kimi hiss etmirlər. Onlar özlərini Tanrı hesab edirlər. Ən çox da ateistlər dünyanı idarə edəcəklərini hesab edirlər. Necə ki, tarixdən bunu görmüşük. Napoleon, İskəndər, Çingiz xan, Hitler və s.kimi tarixi şəxsiyyətlər. Əsərdə müxtəlif rəsm əsərlərinin, bədii əsərlərin adları, muzeylər, “Dantenin maskası”, “Meduza” və s. oxucunun intellektual aləmini zənginləşdirir. Sirr virus vasitəsilə insan sayını azaltmaq planı idi. Burada əsas niyyət professor Robert Lenqdonu öldürmək illüziyası yaratmaqla onu sirrin açarını tapmağa məcbur etmək olub.

Ekzistensialist,norveçli yazıçı Yu Nesbö əsərləri də intellektual detektivdir.“Şeytanın ulduzu”(“Qarabasma”) əsərində Şeytanın ulduzu tapmacanın həllində açar kimi görünür.Pentaqram intellektuallığın simvoludur. “Qar adam” detektivi soyuq cinayətin, dondurulmuş,açılmamış silsilə qətllərin araşdırılması üzərində qurulub.

İngilis yazıçısı Alex Michaelidesin “Səssiz pasiyent” detektivində qadın çox sevdiyi ərinə qarşı atəş açır, onu öldürür, illərlə səssiz alır və terapevtlə qarşılaşır.  Qadının daxili sarsıntıları təsvir olunur.

İngilis yazıçısı Sidney Sheldonun “Oyunun ustası”, “Gecə yarısınını digər tərəfi”, “Mələklərin qəzəbi” əsərləri də intellektual detektivdir. “Mələklərin qəzəbi” əsərində mövzu elmi kəşflərlə bağlıdır.

Fransız yazıçısı, psixoanalitik Julia Kristeva eyni zamanda intellektual ədəbiyyatşünasdır. O, “Bizansda qətl” romanında tarixi və metafizik triller, serial qətllərin qaranlıq tarixi və Bizans şahzadəsi və tarixçisi Anna Komnenin izi ilə səyahət edərək immiqrasiya, kökündən qoparma mövzusuna toxunur.

İtalyan yazıçısı Umberto Ekonun “Qızılgülün adı” əsəri də  intellektual detektivdir. Əsərdə bütün sirlər kilsənin kitabxanasında gizlənir və Vilhelmlə Adso kitabxananın labirintlərində dolaşaraq sirri qoruyan, qadağan olunmuş kitabı əldə etməyə çalışırlar, yəni Aristotelin “Poetika”sını . Bu ölümlərin açarı kitabxanadadır, o açarı tapmaq isə çətindir. Hansısa gizli bir əl Vilhelm və Adso üçün kilsə daxilində maneələr yaradır. Kilsə  kitabxanada elmi həbs edib. Kilsənin xalqın üzərində hakimiyyəti imperatorun hökmündən daha artıqdır, insanların taleyini kilsə müəyyənləşdirir. Eko XIII əsr İtaliyasında dinlə siyasətin toqquşması və toqquşmadan doğan faciələri bir monastır çərçivəsində ustalıqla təsvir edir. Romanda Eko oxucuya “Kitabxananın daxili quruluşu dünyanın cəhətlərinə uyğun gəlir?” deyə eyhamlı bir sual buraxır. Vilhelmlə Adsonun axtarışları yeddi gün davam edir və bu da Tanrının dünyanı yeddi günə yaratdığına bir işarədir.

Ədəbiyyatımızda psixoloq-yazar Rövşən Abdullaoğlu “Abaddon” romanı intellektual detektiv janrında yazılıb, psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük,əsərdə dissosiativ şəxsiyyət pozuntusu təsvir olunub.

Hər səviyyəli kitabın intellektual tərəfi var. İntellektual detektivdə yalnız rəsm əsərləri,muzeylər, incəsənət nümunələrinin adı çəkilmir, bu, mütləq deyil. Çingiz Abdullayevin əsərlərində silah növləri, təyyarə hissələrinin adları, müxtəlif cinayətlərin açılma üsullarını öyrənmək olar, elə bunun özü də intellektual dünyamızı zənginləşdirir.

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru