Bu gün Azad Vətən Partiyasının və “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin təşkilatçılığı ilə döyüşçü Əkbər Rüstəmovun “Qayıt gəl” və şair-publisist Məmməd Mərzilinin “845” adlı kitablarının təqdimatı oldu.
Tədbiri açan Novruz Novruzov yeni kitabların oxucuya aşıladığı qayədən, müəlliflərin toxunduqları mövzuların aktuallığından danışdı. Tədbirdə iştirak edən keçmiş döyüşçülər, kitablarda təsvir edilən səhnələrin, deyilən fikirlərin iştirakçıları və daşıyıcıları söz alaraq xatirələrini danışdılar.
Azad Vətən Partiyasının sədri Akif Nağı, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firidun Məmmədov, Haşım İsgəndərli, Nazim Vəlişoğlu, Vahid Çəmənli, jurnalist Rauf İlyasoğlu, Zaur Ustac, keçmiş döyüşçülər Babək Quliyev, Fəxrəddin Rəcəbov, Sərxan Məzlumov, Seymur İsmayılov, Azad Ramazanov, AzVP üzvlərindən Tacəddin Əyyubov, Firuzə Əsədullayeva, Hacı Fərman Azançı və başqaları öz çıxışlarında müəllifləri təbrik etdilər, bu mövzuda kitabların daha çox yazılmasını arzuladılar,
Qarabağ döyüşlərininilk günlərindən həyatını səngərə bağlayan, ailəlikcə torpaq uğrunda vuruşan Hacı Əkbər Rüstəmovun keçdiyi döyüş yolu xalqımızın mübarizə əzminin qürurverici salnaməsidir. Bu yolda 3 oğlundan birinin Şəhidlik Qürurunu yaşayan bu məğrur atanın cəbhə qeydləri “Qayıt gəl” adlı yeni kitabda toplanıb.
Məmməd Mərzilinin “845” adlı kitabında isə eyni nömrəli batalyonun Qarabağda keçdiyi odlu-alovlu döyüşlərdə cəsurluqla vuruşan, adını Şəhidlik zirvəsinə həkk edən və hazırda yaşayan əsgərlərinin həyatından, qəhrəmanlıqlarından səhnələr və qiymətli məlumatlar yer alıb.
Tədbirin gedişi zamanı “Yazarlar” jurnalının baş redaktoru, şair-publisistZaur Ustac yeni kitabların işıq üzü görməsi münasibəti ilə müəlliflərə “Ziyadar” mükafatı təqdim edib. Tədbirdən fotolar:
“YAZARLAR” olaraq müəllifləri təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, dəyərli qələmdaşlar!!!
sözlərilə qadınların cəmiyyətdə mövqeyini ifadə edib.
Qədim Türklərdə patriarxal qanunlar hökm sürsə də,”Qadın-Ana” hər zaman müqəddəs anlam daşıyıb.Oğuzlarda”Ana haqqı tanri haqqı adlanıb. Peyğəmbərimizin “Cənnət anaların ayaqları altındadır ” kəlamı isə ananın müqəddəsliyini ifadə etməklə yanaşı, insanın bu dünyada müvafiq əmələrinə də işarədir.
Hər bir ailə kiçik cəmiyyətdir.Cəmiyyət isə bəşəriyyətin inkişafında təkanverici qüvvədir.Bir-biri ilə zəncirvarı bağlı olan bu anlayışları birlləşdirən milli mənəvi dəyərlərdir.İnsanln bir vətəndaş və şəxsiyyət kimi formalaşmasında milli- mənəvi dəyərlərimizin rolu əvəzsizdir.
Elə bu günlərdə Səbaill rayonunda keçirilən “Qadın :-Ana və Yaranışdır “layihəsinin yekununa həsr olunmuş mətbuat konfransında bu məsələlər geniş müzakirə olundu.
Konfrans Dövlət himnimizlə və şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməklə öz işinə başladı.
Yeri gəlmişkən onu da qeyd edək ki ,”İz”Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə” Qadın:-Ana və Yaranışdır”layihəsinə üç ay əvvəl start verilmişdi.
İctimai birliyin rəhbəri Fəridə Mirişova AZƏRTAC-a bildirib ki,layihənin əsas məqsədi məişət zorakılığına,qadınlara qarşı ayrı-seçkiliyə son qogulmasını milli -mənəvi dəyərlər əsasında təşviq etmək və audiovizual vasitələrin köməyi ilə nümunəvi ailə modelini müəyyənləşdirməkdir.Fəridə Mirişova qeyd edib ki ,məişət zorakılığının,qadınlarla bağlı diskriminasiyanın qarşısını almaq,bərabərhüquqlu cəmiyyət yaratmaq günün tələbidir:” Təəssüflər olsun ki, qadınlara qarşı zorakılıq , məişət müstəvisində onların hüquqlarının pozulması hələ dıı aktualdır.Bu problemin aradan qaldırılması üçün layihə və tədbirlərin keçirilməsinə ehtiyac var.Bu problem xüsusən regionlarda daha geniş yayııb.Ona görə,layihəmiz Salyan və Neftçala ragonlarında yaşayan qadınları O cümlədən Bakı şəhərinin Sabunçu rayonunu əhatə edəcək”.
Layihə rəhbəri onu da bildirib ki,QHT layihə çərçivəsində ailə anlayışı,milli -mənəvi dəyərlərimizdə ana, qadın və qız , ata, həyat yoldaşı və oğulun rolu, ailə münasibətlərinin tənzimlənməsi əvvəlcədən keçirilmiş sorğulara uyğun olaraq hədəf qruplarını narahat edən problemlər üzərindən müzakirə ediləcək.Mövzulara uyğun ədəbi əsərlərin müzakirəsi, teatr tamaşalarına, bədii və sənədli filmlərə birgə baxış və təəssüratların payaşması nəzərdə tutulmuşdu.Layihə vaxtında- üç ay müddətində icra edılmişdir.Çıxış edənlər layihənin həyata keçirilməsində mövcud olan problemlərdən danışdılar.Media nümayəndələrindən Günel Natiq, Xətayə Sahabbin-Rüstəmova, Azər Həsrət Bütöv Azərbaycan qəzetinin baş redaktoru Təmxil Zirəddinoğlu mövzuya münasibətlərindən ətraflı söhbət açdılar.Jurnalistlərin maraqlı suallarına Fəridə Mirişova və psixoloq Vüsalə Əmiraslanova ətraflı əsaslandıraraq cavab verirdi. Jurnalistlərlə bərabər cəmiyyətdə yeri vı mövqeyi olan tanınmış ziyalı xanımlar da iştirak edirdi . Yazıçı Cəlal Bərguşadın xanımı,hüquqşünas Sayad Cavadzadə öz ailəsilə bağlı maraqlı faktları söyləyərək ailə formulunu nümayiş etdirdi.Azərbaycan Nyu-York Assosiyasının(“ANA”) yaradıcısı Zəminə Mirhadıyeva çıxışında Amerika ailəsi ilə bizim ailədəki fərqlərdən bəhs etdi.Bizim milli adət və ənənələrimiz öz fərdi xüsusiyyətləri ilə tam fərqlənir.Və ən gözəl də qaydaları qoruyur..Qanunvericilikdə Azərbaycanda Məişət zorakılığının qarşısınıın alınması haqqında qanun mövcuddur.Məişət zorakılığı cinayət məsuliyhətinə səbəb olur. BU QANUNA görə məişət zorakılığı –yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması deməkdir. Kino-rejissor,Milli Kino birliyinin əməkdaşı Kəmalə Musazadə mövzuyla baglı çəkdiyi filmlər haqda tədbir iştirakçılarını tanış etdi.Cənubi Azərbaycandan gəlmiş və hazırda Bakıda yaşayan tərcüməçi Məsumə Şükürzadeh Cənubi Azərbaycanın qəhrəman qadınlarına həsr olunmuş məlumatları tərcümə etməsini də dinləyicilərə çatdırdı.İştirakçılar bu məlumatlardan razı qaldılar.
Fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Abbasova, Folklorşünas alim filologiya üzrə fəlsəfə doktoru Sahibə Paşayeva, Arifə Heydərova,bu məclisə dəvət olunmuş Dunya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin(DAMM) Ekspertlər Şurasının və Xarıbülbül”İB- nın sədri,”Yazarlar” jurnalının. İctimaiyyətlə Əlaqələr üzrə meneceri, AJB-nin üzvü Nəzakət Eminqızı çıxış etdi.O, çıxışında ailə-məktəb, ailə-ictimaiyyət arasındakı münasibətlərin özəlliklərindən , fərdi
nümunələr əsasında bunu necə yaratdığından geniş söhbət açdı.Eyni zamanda unudulmaz əbibimiz,görkəmli fenomen şəxsiyyət ,xalqın oglu N Nərimanov muzeyini necə yaratdıgından və onu. qırx ilə yaxın qoruyub saxladıgını,orada keçirdikləri bir- birindən maraqlı tədbirlərdən danışaraq bir qadın kimi gördüyü işlərə görə aildə dəstəkləndiyini bildirdi.Diskussiya çay stolu ətrafında davam etdi.Sonda DAMM-nın l vitse prezidenti Ruhiyyə Poladova vəAJB-nin üzvü Nəzakət Eminqızı layihə rəhbəri Fəridə Mirişovaya və jurnalıst Günel Natiqə Azərbaycan Mədəniyyətinin inkişafında xüsusi əməli fəaliyyətinə görə DAMM-nın Fəxri Diplomlarını təqdim etdilər.
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!