
KÖNLÜM
Yenə baxışların niyə yol çəkir?
Səni də yordumu kədər a könlüm?
Ötüşən gəncliyi, itən illəri
Bilirəm, vermişəm hədər a könlüm.
Qəmlərə bataraq gündə yüz kərəm
Ağlatma gözümü, onsuzda kürəm
Yüz fikir çəkərəm, min düşünərəm
Bilsəm ki bir borcu ödər a könlüm.
Neyləyim? Olmadı bir çara bəxtim
Çəkdi yollarımı qübara bəxtim
Bu tənbəl əllərim, bu qara bəxtim
Bilirəm, hey səni didər a könlüm.
Düşünüb incitmə Muradı, təkdir
Bax bizi yaşadan arzu diləkdir
Neyləyək? İntizar bir gedəcəkdir
Bizimlə ölənə qədər a könlüm.
14.04.2023
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var