
Həkim dost
Şəfalı əlinlə, aqil zəkanla
El yolunda çırağ oldun həkim dost.
Ehtiyac duyanın hayına çatıb
Könüllərdə fərağ oldun həkim dost.
Əl uzatdın ətəyindən tutana
Həmdəm oldun kədərindən batana
Qazandığın hörmətinlə atana
Naz nemətli bir bağ oldun həkim dost.
Dillərdə gəzirsən səxavətinlə
Ellərdə gəzirsən kəramətinlə
Saleh əməlinlə, məsləhətinlə
Çoxlarına dayağ oldun, həkim dost.
Adın kimi təravət var üzündə
Yalan olmaz bir kəlməndə, sözündə
Bu yaşında el obanın gözündə
Əzəmətli bir dağ oldun həkim dost.
Daim öyünmüsən öz zəhmətinlə
Eloğlu fəxr edir bu adətinlə
Sonsuz diqqətinlə, ləyaqətinlə
Dost yolunda sayağ oldun, həkim dost.
21.04.2023
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var
I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I
I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I