
Əhləti var bu dünyanın əzizim
Yaşamaq havayı gəlməsin sənə
Zəhməti var bu dünyanın əzizim
Varlıqdan yoxluğa gedən işıqdır
Qəfləti var bu dünyanın əzizim.
Aldatmaq var vərdişində, unutma
Halallıq gəz gərdişində, unutma
Hər əməldə, hər işində unutma
Əhləti var bu dünyanın əzizim.
Bu gün düşün, sabahını cilovla
O gün üçün günahını cilovla
Bacarırsan, tamahını cilovla
Şəhvəti var bu dünyanın əzizim.
Qış qatar hər gələn ‘yaz’ına bil sən
Oğulsan oduna qızına bilsən
Eloğlu, zəhmətlə qazana bilsən
Rəhməti var bu dünyanın əzizim.
25.04.2023.
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var