Naibə Yusif – Dünyadan istəyim

Dünyadan istəyim

Yayın qızmarında dağlar başından,
Təzəcə dərilən qar istəyirəm,
Susuz səhralarda ümidsiz qalan
Quruyan kötükdən bar istəyirəm.

Bəzən unuduram fəsilləri də,
Acılı-şirinli tərs illəri də.
Oxşayıb naz ilə tər gülləri də,
Zərif ləçəklərdən nar istəyirəm.

Qəlbimdə arzular şimşəktək çaxır,
Ziyası zülməti yandırıb-yaxır,
Dünyama bir yeni təravət axır,
Sözümü deməyə tar istəyirəm…

Müəllif: Naibə YUSİF

YNAİBƏ YUSİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir