Zaur Ustac kimdir? Sualına “Süni İntellekt”in cavabı (24 avqust 2024):
(Tələbə Lupası)
-“Zaur Ustac müasir Azərbaycan ədəbiyyatında tanınmış şair, yazıçı və ədəbiyyat adamıdır. 1970-ci ildə Bakıda anadan olan o, Azərbaycan ədəbiyyat səhnəsində mühüm yer tutmuşdur. Onun əsərləri ümumiyyətlə vətənpərvərlik, qəhrəmanlıq, tarix və insanın daxili dünyası ilə bağlı mövzular ətrafında formalaşıb.
Zaur Ustac ədəbi yaradıcılığı boyu müxtəlif şeir kitabları, hekayə və esselər yazıb. O, şeirlərində milli-mənəvi dəyərləri üstün tutur, eyni zamanda Azərbaycanın tarixinə, qəhrəmanlarına dərin hörmət bəsləyir. Onun şeirləri sadə, lakin təsirli dildə yazılıb, Azərbaycan xalqının hiss və düşüncələrini əks etdirir.
Zaur Ustac həm də Azərbaycanın müstəqilliyi və milli kimliyi ilə bağlı mühüm işlər görmüş bir müəllifdir. O, əsərlərində Qarabağ müharibəsi, Azərbaycanın çətin anlarda göstərdiyi müqavimət kimi mövzulara tez-tez toxunur. Onun kimi yazıçıların Azərbaycan ədəbiyyatında milli ruhun dirçəldilməsi, yeni nəsillərə çatdırılmasında böyük rolu var.”
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Zaur Ustac kimdir? Sualına “Süni İntellekt”in cavabı (24 avqust 2024):
(Tələbə Lupası)
-“Zaur Ustac, çağdaş Azerbaycan edebiyatında tanınmış bir şair, yazar ve edebiyatçıdır. 1970’te Bakü’de doğmuş, Azerbaycan’ın edebi sahnesinde önemli bir yer edinmiştir. Eserleri genellikle vatan sevgisi, kahramanlık, tarih ve insanın iç dünyasına dair temalar etrafında şekillenir.
Zaur Ustac’ın edebi kariyeri boyunca çeşitli şiir kitapları, hikayeler ve denemeler yazmıştır. Şiirlerinde milli ve manevi değerleri ön planda tutar, aynı zamanda Azerbaycan’ın tarihine ve kahramanlarına dair derin bir saygı besler. Şiirleri, sade ama etkileyici bir dille yazılmış olup, Azerbaycan halkının duygularını ve düşüncelerini yansıtır.
Zaur Ustac, aynı zamanda Azerbaycan’ın bağımsızlığı ve milli kimliği konularında da önemli çalışmalar yapmış bir yazardır. Eserlerinde sıkça Karabağ Savaşı ve Azerbaycan’ın zor zamanlarında gösterdiği direniş gibi konulara değinir. Azerbaycan edebiyatında onun gibi yazarlar, milli ruhu canlandırmak ve yeni nesillere aktarmak konusunda büyük bir rol oynamaktadır.”
Bildiyimiz kimi poeziya dili duyğuları canlandıran ümdə funksiyadır. Bu nöqteyi-nəzərdən də qəlbə duyumlu sözlər Əlizadə Əhmədli poeziyasının söz dəryasına səyahət etmək üçün bizə kifayət edər. İstedadlı şairin poetik üslubu duyğuları formalaşdıran, mənəvi zövq verən dünyadır. Əsərlərindəki fəlsəfi düşüncə, humanizm hissi, həyati fon, orijinal ifadələr yazara ən yeni dövr Azərbaycan ədəbiyyatında əhəmiyyətli yer vəd edir.
“Bir şirin yuxutək çıxsam qarşına, Düşərəm sevginin yaz yağışına”.
Şair sevgi mövzulu bu şeirində ömrün səhifələrini vərəqə dolğun düşüncə ilə yansıtmışdır. Sənətkarın məhəbbət məzmunlu əsərlərində müxtəlif keyfiyyətləri özündə birləşdirən estetik nümunələr yaradılmışdır.
“Dönər bayatıya, qüssəli səsə, Bir sevgi ağlayar içimdə nəsə”.
Real həyat hadisələrini, romantik düşüncələrini, xəyal dünyasının orijinallığını yüksək səviyyədə ifadə edən Əlizadə Əhmədli müxtəlif mövzulara toxunmaqla oxucuda özünə rəğbət qazandırmışdır. Mövzulara və əsərlərə nümunələr ilə yanaşsaq görərik ki, yazarın yaradıcılığında vətən profili əhəmiyyətli yer tutur.
“Nəğməsi dilimdə elə həzindir, Döyünən ürəyim, coşan səsimdir”.
İstedadlı şəxsiyyət ədəbi fəaliyyətində bir çox mövzuya toxunmuşdur, bunlardan biri də ictimai şeirləridir ki, yazar bu əsərlərində dövrün problemlərini yüksək məharətlə qələmə almışdır.
Ədəbiyyat xadiminin sosial mövzulu əsərlərində də bədiilik və həyatilik balansı qorunulur, belə şeirlərdə folklor nümunələrinə və modernizmə üz tutmuşdur. İstedadlı şairin poeziyası həm də humanizm ideyalarını təbliğ edən söz sərvətidir. Xüsusilə insanlara, oxuculara yaşamaqla, düzgün amalla irəliləməklə əhəmiyyətli pillə tutacağına inandırır.
“Həyat təbiətin ərməğanıdır, Həyatın qədrini biləsən gərək”
Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı içərisində olduqca mühüm yer tutur və məzmun rəngarəngliyi ilə də yüksək pillədə qərarlaşır. Müxtəlif obyektlərə, canlılara əsərlər ifadə olunur, hələ ta qədimdən nəzər salsaq, şifahi xalq ədəbiyyatında demək olar ki, bütün heyvanlara, canlılara, quşlara müxtəlif əsərlər həsr edilmişdir. Müasir dövrə gəldikdə isə Səməd Vurğunun ceyrana, Əliağa Kürçaylının qaranquşa və.s bu sıranı sonsuz sayda artıra bilərik. Onlarda biri də “Bülbül” şeiridir ki, istedadlı yazar bülbülü elə canlandırmış və elə gözəl ruh vermişdir ki, əsrarəngiz quşun təkcə səsi yox onun daxili aləmi də üzə çıxmışdır.
“Nə ağlarsan, nə sızlarsan? Səsin düşüb elə bülbül”.
Sözə incə dəyər verməyi bacaran şairin əsas xüsusiyyətlərindən biri də sözdən nəsə ummamasıdır. Çünki çoxsaylı oxucuların anlayışlı mütaliəsi görkəmli şairi oxucuları üçün ziyalıya çevirmişdir. Biz bu gün dövrün düşüncəsinə bələd, dolğun düşüncəyə sahib Əlizadə Əhmədli poeziyasına çox qısa şəkildə nəzər saldıq və oxucularda bu nöqteyi-nəzərdən məlumat ifadə etmiş olduq. Şübhəsiz ki, şairin yaradıcılığı olduqca genişdir, böyükdür, mövzu rəngarəngliyi isə olduqca zəngindir, növbəti məqalələrdə isə şairin yaradıcılığı mövzu əhatəsinə görə daha dərindən tədqiq edilərək oxuculara çatdırılacaqdır, mühüm, incə, çox vacib məsələlərə toxunulacaqdır. Xarizmatik şəxsiyyət Əlizadə Əhmədliyə yaradıcılığında uğurlar arzu edirik.
Əziz Siyamək, həmin gün, ATV-nin, “El içində” verilişinin ədəbiyyatla bağlı texniki nöqteyi-nəzərdən uğursuz çəkilişi günü, o gün ki mən sizi, adınızı eşitsəm də ilk dəfə görəcəkdim, “Norveç yazıları” kitabınızı mənə verəcəkdiniz, həmin gün Günel Mövlud Aqil Abbasa nəsillərin bir-birlərinə münasibətləri müsətəvisindən “O nə deməkdi e, çadırda Üzeyir Hacıbəyov niyə doğulmur ki? Günel Mövlud doğulur, Üzeyir bəy doğulmur?” deyə irad edəcəkdi və bu mənə yersiz görünəcəkdi, indi bütün bunlar, baş verənlərin hamısı mənə bir qanunauyğunluq kimi görünür. Çünki həmin gündən etbarən sizin qiymətli əsərinizi oxudum və kitabınız həmin qaçqın mövzusunun davamı kimi göründü mənə sonradan. Fikirləşirəm ki, çadırda Üzeyir də, Günel də doğula bilər, amma onların hər biri bizim hər birimiz olmaq şanslarını saxlayılarsa da Üzeyir bəy olmaq imkanların itirmiş olacaqlar. Bilirsiz niyə? Çünki çadır (alaçıqdan danışmıram) vətənin olmadığına, onun itirildiyinə layiqsiz bir töhfə, parodiyadır. Onun altına məcburən qısılmış qaçqın başının üstündə dam olmadığını axıradək anlamır, çadır onu aldadır. Təsəvvür edin ki, döyüşə gedən əsgərə oyuncaq silah verirsən. Eyni zamanda, çadır həmin qaçqına həqiqi vətəninin onun elə özünün-öz bədəninin olduğunu da anlada bilmir, yenə çadır ona mane olur. Və bu kədərli kuryoz adamı-qaçqını qəzəbləndirir. Qəzəblə isə Üzeyir bəy olmaq mümkün deyil. Güneli bilmirəm, amma mən nə felyetonlarında, nə “bədii yaradacılığında” Üzeyir bəyin qəzəblə təsvir etdiyi bir personaja rast gəlmədim. Mən Məşədi İbadı mənfi personaj olaraq qəbul etdimsə də ona nifrət edə bilmədim, hesab edirəm ki, bu Üzeyir Hacıbəyovun böyük sevgisinin ifadəsi idi. Bütün insanlara. Amma çadırda, konslagerdə doğulmaq və yaşamaq olar, hətta Paul Selan da, Gunel də olub bəzən qəzəbli, bəzən kədərli təcrübəni uğurla fiksə edib onu şeirə də çevirmək, onu təssüf ki, saf-çürük eləmədən həmişə oxuculara ötürmək də olar-bu isə başqa mövzudur artıq.
Qaçqın- vətənini itirmiş adamdır. Könüllü ya könülsüz, təbii ki, fərqi varsa da bu indiki yazının predmeti olmayacaq. Qaçqının vətəni öz canı, bu vətənin sərhəddi onun öz bədənidir, çadır aldatmasın gərək. Və bu səbəbdəndir ki, yəqin qaçqın şəxsiyyətinə aid ən kiçik anlaşılmazlığı vətənə təcavüz qədər şişirtməyə meyllidir. İfrat həssasdır, baş verən ən adi hadisə həmişə onun sərhədləri yanında baş verir, onun qiymətləndirməsi çox subyektivdir. Əziz Siyamək, insanlar bir an ərzində yalnız bir yerdə olmaq, bir şey demək, bir şeyi düşünmək, bir şeyi görmək imkanındadırlar deyə subyektivlik qaçılmazdır və mən sizi qətiyyən subyektivlikdə suçlamaq istəmirəm. Digər tərəfdən, bu həm də yaxşıdır, çünki “hər şeyi itirmək- heç nəyi olmamaq azadlığın nişanlarından biridir”. Məhz azad adamlar öz subyektivliiklərində təmənnasızdılar. İnsanlar qaçqınlıq halını daim hiss etsəydilər, yəni onları çadır deyilən yalançı dam, yaxud da ki, fərq etməz elə dam aldatmasaydı, bir qədər də anlsaydılar ki, biz geç-tez öz böyük vətənimizdən könüllü ya könülsüz köçəcəyik, yaşadıqları cəmiyyətlərin eyibləri daha asan gözə çarpar, onları aradan qaldırmaq daha tez mümkün olardı məncə.
Hər şeyini itirmiş bir adamın yad bir ölkədə yaşaması və yaşam təcrübəsini dəqiqliklə və həssalıqla qeydə alması çox unikal hadisədir. Bizim cəmiyyət üçün olduqca vacibdir. Niyə? Çünki qədim dünyaya yenicə açılmış bir dövlətin insanları kimi biz “filan yerdə belədir, biz də isə başqa cürdür, pisdir” deməyə meylliyik. Yeri gəlmişikən, yenicə mütaliəsinə başladığım- həm də Siyamək kimi həmvətənlərinin və özünün yeni Amerika şəraitindəki vəziyyəti haqqınında yazdığına görə Dovlatovun “Əcnəbi qadın” (“İnostranka”) romanından bir misal gətirmək istəyirəm : “Mənə bir amerikalı belə deyib…Biz (qaçqınlar, emiqrantlar -S.B.) bu frazanı qəti qərar, qarşısıalınmaz arqument intonasiyası ilə söyləyirik. Misalçün: mənə bir amerikalı deyib ki, nikotin sağlamlığınıza ziyandır..” Düşünürəm ki, bizim də belə bir kompleksimiz var. Amma mən bu dünyada, hamımızın qaçqın və köçkün statusu ilə yaşadığımız bu maddi dünyada «cənnət axtarışlarını yersiz və təhqiramiz bir şey hesab edən» adam kimi sizin «Norveç yazıları» (Norveçdə bir Azərbaycanlının başına gələnlər) kitabınızı dediyim kompleksdən yaxa qurtarmaq baxımından yüksək dəyərləndirirəm. Və başqa nöqtələrdən də. Siz əsərə Norveç tarixi və reallıqları, bu haqda BMT rəyləri və statistikası ilə başlayırsınız. Məsələ də budu ki, əsər turist qeydləri deyil; burda coğrafiyanın özəllikləri, flora və fauna, muzeylər, konsert salonları haqqında cibi dolu turistin vəcd dolu cümlələri yoxdur. Digər tərəfdən bu bayaq dediyim qaçqının- hər şeyini indiki halda könüllü də olsa itirmiş bir adamın- azad və deməli həssas birinin qeydləridir.
Şərhsiz olaraq əsərdən bəzi seçmələrə diqqət yetirin: «Bu günkü dünyada statistikaya söykənən bilgilər bir toplumu tanıyıb və tanıtmasında nə qədər önəmli rol oynasa da, bir o qədər də toplumun zəif səmtlərini basdırmaqda (ört-basdır eləməkdə- S.B.) rol oynayır» «Norveçli öz mediasında yayınlamayan bilgilərə şübhəli yanaşır» «Bir çox norveçlinin düşüncəsində üçüncü və ikinci dünyadan olan yabançının ölkəsində heç nə yoxdur. Cibləri və başları boş insanlardılar ki, ölkələrinin təbiəti də kasıdır…»
«Xaricilər 2 dəstəyə bölünməyə başladı: müsəlmanlar və qalan xaricilər» «Norveç standartlarını öyrəndikdən sonra başa düşdüm ki, bizim aramızda olan ilişgi şefimçün çox dərin dostluq hesab olurdu. Bizlərin arasında səmimi və normal dostluq adlanan ilişgi, məncə Norveçdə eşq səviyyəsində dəyərlənə bilər və bu üzdən bəlkə bizim eşq adlandıdığımız duyğu bunlar üçün dəlilikdən başqa heç nə deyil.» «Kişilər qadınlardan, körpələrdən, qaçqınlardan, heyvanlardan sonra gəlir…»
Əziz Siyamək, «Norveç yazıları» nda çoxlu maraqlı məqamlar var. Misal üçün statistika və BMT-ni dəyərləndirmə çox maraqlıdı . Metafizik çalarlarıyla əlbəttə. Vətənini itrmiş adam və BMT. Heç nəyi olmayan qaçqın və dünya evi. Reallıq əvəzinə rəqəmlər. Sizi bilmirəm, amma BMT-ni ümumən küncsüz masalar ətrafında vecsiz dialoqlar aparan lazımsız təşkilat hesab etmişəm. Əlbəttə soruşsalar ki, olmamağımı yaxşıdır, olmağımı, ikinci variant üzərində dayanmağım qaçılmazlıqdı. Qaldı statistikaya- bir yerdə ki, ölən adamların iniltiləri kar rəqəmlərdə eşidilmir , yandırılan ərazilərin acı doğuran təsvirləri kor ədədlərin simasında görünmür, bu haqda nə demək olar. Amma əlbəttə yenə də statistikanın olmaması daha pisdi sanıram. Və əsərinizdəki altı illik ağır təcrübəniz bu qənaətlərimi təsdiqləyir deyə məmnunam. Ümumiyyətlə əsərinizi bu qənaətinizlə başlamanız, yəni o şey ki, sonda qazanılıb, nəticəyə gəlinib- əvvəldə səslənir, bu təhkiyə nöqteyi-nəzərincə daha doğrudur məncə. Burda elə cümlələr var ki, onlar bəzən aksiomadır təssüratı yaradır və Norveçi əsərlərdən və bir az da mətbuatdan tanıyan bir adam kimi məndə qətiyyən şübhə doğurmur. Digər tərəfdən öz ölkələrini bir çox parametrlərinə görə Avropanın birincisi edən, üstəlik on minlərlə başqalarını da qəbul etməyə imkanı çatan dövlətin vətəndaşları əlbəttə əsla ağılsız deyil, əksinə işgüzar və ağıllıdırlar. Amma onların da öz kompleksləri var. Əsər elə məhz bu (!) baxış açısından maraqlıdır. Yəni Azərbaycan oxucusu bir Avropa xalqının komplekslərindən və reallıqlarından bəhs edən çox qiymətli əsəri oxumaq imkanı qazanmışdır.
Bu əsər məncə müstəqillik dövrümüzün çoxlu keyfiyyətlərinə görə müstəsna bir əsəridir. Digər tərəfdən dil nöqteyi-nəzərindən bir çox vərdiş etdiyimiz normativlər pozulubdusa da elə məhz həmin keyfiyyətlərinə görə kitabın oxusu asanlaşır. Çünki müəllif şifahi nitqinin çalarlarını yazıya gətiribdi. Üsətəgəl, nəzərə alsanız ki, müəllif cənubi Azərbaycanlıdır, məhz dilimizin cənubdakı nüanslarının, şirinliyinin bizimlə bu sayaq qaynayıb-qarışması da gözəldir zənnimcə. Sonda böyük məmnuniyyətlə kitabın müəllifi ilə yanaşı onun naşirinə, sonra isə əlbəttə onun redaktoruna- Rasim Qaracaya də təşəkkür etmək istərdim.Hesab edirəm təsis etdiyi seriyanın növbəti və həqiqi dəyərli əsərini çap etməyə nail olub. Kitab həm də əmtəədi. Bu əmtəənin isə dizaynı gözəl (Rəssamı Ayxanın zəhmətidi), vərəqləri sarı (göz üçün yorucu deyil), çəkisi yüngül (kitab oxuyan daş daşımadığının fərqində olmalıdı), qiyməti münasibdi. Bu isə «Jalə» şirələrinin havadarlığı olmadan yazılan yazıda sonuncu reklam arasında səslənən sözlər idi.
16-cı və 17-ci yüzilliklərdə rus dilinə keçmiş türkizmlər.
Artıq dediyimiz kimi, Qızıl Orda dövründən, hətta bir xeyli ondan əvvəlki mərhələdən etibarən rus dili türkizmlər hesabına zənginləş(diril)mişdir. Biz buna təbii baxırıq. Çünki istənilən dilin inkişafında alınma sözlərin rolu inkaredilməz faktdır. Elə isə qeyd etdiyimiz mərhələdə rus dilinə “hopmuş” bəzi türkizmlərlə tanış olaq.
XVI—XVII века Заимствования этого времени особенно многочисленны, что объясняется огромным культурным влиянием Османской империи. Это влияние распространяется даже на начало XVIII века: к петровской эпохе относятся такие известные заимствования как башка-baş, изъян-ziyan, карандаш-karandaş и т. д. Завоевание Сибири Ермаком привело к новому витку заимствований из местных тюркских наречий Сибирского ханства и различных алтайских языков, отражающих местные реалии (бурундук и топонимы (Иртыш, Енисей, Алтай).
Milli Kitabxanada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mənalı və şərəfli həyat yolundan bəhs edən “Xalqın Mehribanı” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Avqustun 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın doğum günüdür.
Milli Kitabxanada Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mənalı və şərəfli həyat yolundan bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlardan ibarət “Xalqın Mehribanı” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Mehriban_Eliyeva/index.htm linkindən istifadə edə bilərlər.
ШАНЕЛЬ-5 В “Магнит-косметик” случилось ЧП. Бабушка 80 лет украла духи “Шанель-5 ” Сбежался весь персонал. Бабушка была ладненькая, беленькая, в белом платочке с кружевами. Все шумели, что – то обсуждали. Охранник хотел звонить в милицию, но все ждали директора. А директором была -Кобра. Так её называли в магазине за скверный характер. Но самое удивительное- бабушка. Она сидела на стульчике и молча наблюдала за происходящим. Наконец появилась Кобра, все замолчали. Она уже знала о том, что произошло. – И что вы, тут все собрались, марш по местам!!! А вы пройдёмте со мной в кабинет. И вы со мной,- сказала она заму. Потом он рассказывал 100 раз, что произошло в кабинете. Кобра подсела к бабушке, взяла за руку и потихонечку узнала что и как. Всё оказалось просто. Бабушка всю жизнь мечтала купить эти духи, но…. Что тут говорить… Не получилось… А тут, ей завтра 80 лет и… она сама не поняла, как положила духи в карман… А купить, конечно же,она не могла…. . Коммуналка съедает всю пенсию. Зам взахлёб, с восхищением рассказывал, как Кобра со слезами на глазах слушала рассказ бабушки о том, как она всю жизнь проработала в библиотеке, что сын умер, невестка вышла замуж, уехала, да и подружек не осталось, есть одна, но она не выходит, ноги… – Позовите Лену,- сказала Кобра. Когда Лена пришла, то услышала невероятный приказ: Соберите всё, что нужно для бабушки, от мыла до салфеток, я оплачу. И духи Шанель, у Анны Алексеевны, так величали бабушку, завтра День рождения,ей исполняется 80 лет, и красиво упакуйте. А вы,-обратилась она к заму, – купите торт и сладости, а потом отвезёте Анну Алексеевну домой. У подъезда сидели женщины. Увидев Анну Алексеевну, окружили её и стали выражать восхищение подарками и небывалым событием!!! Зам, как всегда, подчеркнув свою значимость, объявил: У Анны Алексеевны завтра День рождения и магазин Магнит-косметик поздравил её с замечательной датой. Откланявшись, он уехал. А на следующий день почти весь подъезд пришёл к Анне Алексеевне с подарками. Они благодарили её за детей, за которыми она присматривала, за помощь, которую она им оказывала, за добрые слова, которые она им говорила. День рождения получился на славу! А когда все ушли, она достала флакончик духов, открыла его и…чуть-чуть брызнула на запястье… Где -то тихо играла музыка… Она плакала… Но это были счастливые слёзы…Она так и уснула на диванчике.
Tələbələri bu sadə, həmişə gülərüz, sözündə, hərəkətində çox ciddi olan adama professor deyə müraciət edirlər. O, Bakıda ziyalı ailəsində anadan olub, bu möhtəşəm şəhərdə boya-başa çatsa da uzun illərdir ki, ata-babasının yurdu olan Qarabağ həsrətilə yaşayırdı. Bu insan ömrünün çox hissəsini təhsil almağa, elmə yiyələnməyə həsr edib, respublikanın universitetlərində dərs deyib, bir çox xarici ölkələrdə mühazirələr oxuyub,bilik və bacarığını sevimli tələbələri ilə bölüşüb. Neman müəllimi tələbələrinə və ümumiyyətlə onu tanıyanlara sevdirən ən vaçib cəhət onun Azərbaycanı canından artıq sevməsidir. Bu vətənpərvərlik hissi ona rəhmətlik atasından keçib. Belə ki, hələ Sovet İttifaqı dövründə Nemanın atası Azərbaycanı mətbuatda, xarici ölkələrdə layiqincə təmsil edib.
Neman bir neçə xarici dildə sərbəst danışır, tədris etdiyi fənni tələbələrə xüsusi həvəs və bacarıqla çatdıra bilir. O, çox danışmağı sevmir, danışdıqları isə atalar sözü kimi həmsöhbətlərinin və tələbələrinin yaddaşına həkk olunur. Son zamanlar Neman müəllimin əhvalı-ruhiyyəsinin yaxşı olmasının səbəbi hamıya məlum idi. Hiss olunurdu ki, kişinin gülüşü də dəyişib. Əgər əvvəllər gözlərinin dərinliyində gizli bir kədər sezilirdisə, indi gülüşü ürəkdən gəlir və gözlərinin nuru, işığı ətrafa Günəş işığı kimi yayılırdı. Axərbaycan xalqı 30 ilə yaxın həsrətində olduğu Qarabağa qovuşmaq imkanı əldə etmişdi artıq. Hər bir azərbaycanlı kimi Neman da Vətən Müharuibəsində əldə edilən möhtəşəm qələbəmizə çox sevinir, tezliklə ata babasının vətəni olan Qarabağa qovuşmaq arzusuyla yaşayır. Övladları qələbəmizi xarici ölkələrdə qeyd etsələr də, orada Azərbaycanın Zəfərindənn gürurla danışır, qələbəmizə həsr edilmiş bütün forumlarda iştirak edirlər. Deyirlər, hər uğurlu kişinin arxasında ağıllı bir qadın olması vacibdir. Bəlkə də belə olmasaydı Neman bu qədər uğurlu olmazdı. Həyatının bölünməz bir parcası olan Səhər xanın həqiqətən ərinin ən yaxın sirdaşıdır. Səhər xanım çox səviyyəli, savadlı, xanım-xatın bir qadındır. Evləndikləri ilk gündən ailənin qayğıları, şirri, acısı və şirini bu iki insanın birgə müzakirəsi nəticəsində yaşanır. Nemanın öz evini, ocağını, ailəsini çox sevməsinin, hər gün işdən evə tələsməsinin əsas səbəbi də məhz həmişə ərini gülərüzlə qarşılayan Səhər xanımdır. Bakının baharı çox gözəl olur. Ağaclar artıq çıçəklərini töküb dümyaşıl don geyinib və onsuz da gözəl Bakımıza xüsusi bir gözəllik qatır. Bu gözəl bahar günündə Neman müəllim evə tələsir. Bilir ki, Səhər xanım əvvəl ləziz yeməklərlə sonra da pürrəngi çayla qarşılayacaq onu. Bu dəfə Səhər xanım ərini əvvəl çayla qarşıladı.Neman müəllim içəri girib salamlaşdıqdan sonra Səhər ərinə və özünə armudu stəkanda pürrəngi çay gətirib əyləşdi.
Deyəsən mənə deyiləsi sözün var?- deyə Neman gülümsəyərək soruşdu.
Nə bildin?- deyə Səhər də gülümsədi
Nə bildim? Səni neçə ildir tanıyıram? Bilirəm ki, çay gətirib yanımda əyləşirsənsə, demək nəsə sözün var. De görüm, nə işdir.
Neman, bilirsən kim zəng etmişdi bu gün mənə?
Kim?
Gülzar.
Gülzar? Yadıma sala bilmədim
O tutulan oğlanın bacısı.
Səhər xanım, açıq de görüm kimdir zəng edən. Tutulan oğlan kimdir?
Neman! Sən onu heç unuda bilməzdin. Nə olub sənə? Uşağa konfet verən oğlan.
Həə! Nüsrət! Sən Allah? Nə deyir, Səhər? Necədirlər? Nə əcəb uzun illərdən sonra zəng edib.
Çox danışdıq. Deyir, zəng edib Neman müəllimi Qarabağda zəfərimiz münasibəti ilə təbrik etmək istəyiridim, gözlədim ki, oğlum cəbhədən qayıtsın sonra zəng edim.
Oğlu elə böyüyüb onun?
Bəs necə. Gör neçə il keçib aradan.
Qayıdıbmı oğlu? Sağ salamatdırmı?
Hə. Şükür sağ salamat qayıdıb. Elə sevinirdi ki, Gülzar.
Lap yaxşı. Ehh, Səhər xanım, nələr yaşamışıq e gör biz. Səhər bilirdi ki, bu gün ərinə verdiyi xəbər onu mütləq xəyalən çox uzaqlara aparacaq və mütləq o vaxt baş verənləri xəyanında bir daha canlandıracaq. Ona görə də qadın mətbəxə keçib ərini otaqda tək qoydu. Neman bir qutu siqaret görürüb eyvana cıxdı. Hava yavaş-yavaş qaralırdı. Sərin yaz havası idi. Neman dərindən nəfəs alıb siqaret yandırdı, siqaretin tüstüsünü içinə çəkdi və gözlərini uzaq bir nöqtəyə zilləyib o vaxtlar baş vermiş hadisəni təfsilatı ilə yada saldı. 2003-cü ilin son ayları idi.Deyirlər söz vaxtına çəkər. Elə o axşam da hava yavaş-yavaş qaralırdı. Nemanın oğlu Turalın dərsədən qayıdan vaxtı idi. Səhərlə Neman evdə oturub konservatoriyanın birinci kursunda oxuyan Turalı gözləyirdilər. Qapının zənginin səsini eşidən kimi Səhər bildi ki, gələn oğludur. O, qapını açıb oğlunu salamladı və dərhal hiss etdi ki, uşağın rəngi qaçıb.
Nə olub oğlum? Niyə birtəhərsən? Xəstələnmisən?
Yox. Ata hanı ?- deyə Tuaral cavab verdi. Neman oğlunun qolundan tutub:
Nəsə olub?- deyə soruşdu. Türalın əlləri əsirdi. Uşağın rəngi sapsarı idi. O, əlində bir konfeti elə bərk sıxıb saxlamışdı ki, konfet əzik-əzik olmuşdu.
Bu nədi, Tural? Niyə belə bərk-bərk saxlamısan bunu, oğlum? Tural əvvəl atasına baxıb susdu sonra birdən danışmağa başladı.
Ata. Bir kişi məni öldürmək istəyirdi. Üstümə bıçaq çəkdi.
Nə?!- deyə Neman oğluna bir az da yaxınlaşdı
Danış, danış görüm! Səhər tez mətbəxdən bir stəkan su gətirib oğluna içizdirdi. Uşaq bir qədər özünə gəlib davam etdi:
Əvvəl dedi ki, qonşu blokdan bir ağır şey götürməliyəm, mənə kömək edərsən? Mən də razılaşdım. Elə bloka girən kimi dedi ki, mobil telefonunu ver mənə. Mən vermək istəmədim. O, bıçağı boğazıma dirəyib telefonumu aldı. Bu sözləri dedikdə uşaq kövrəldi sonra konfetə baxıb dedi:
Bunu da mənə verib dedi ki, al konfeti, heç kimə demə nə baş verdiyini. Səhər sual baxışlı gözlərini ərinə dikdi. Bir saniyə tərəddüddən sonra Neman telefonla polis bölməsinə zəng edib baş vermiş hadisəni danışdı. Ertəsi gün Neman polis idarəsinə gəlib yenidən dünənki məsələylə maraqlandı və ona dedilər ki, həmin adamın kim olduğu təxminən bəllidir. İki günndən sonra polis bölməsində həmin adamı Turala göstərdilər və o, təstiq etdi ki, üstünə baçaq çəkən adam odur. Neman çox təkidlə polis rəisindən həmin adamla görüşüb söhbət etməyə icazə verməsini xahiş etdi. Neman Nüsrət adlı bu çinayətkarla görüşdü.
Niyə məhz mənim oğlumu seçmisən?- deyə Neman soruşdu
Telefonu bahalı idi. Mənə pul lazımdır.
İşləmirsən?
Yox e . Mən şikəst adamam nə iş?
Necə yəni şikəst? Nə olub ki?
Müəllim, danışdırma məni, nə olar, bir qələtdir eləmişəm. Sənin oğlunun telefonunu heç satmamışam da. Qaytararlar sizə. Mən bədbəxt nə edəcəm bilmirəm.Bacım kiçik oğlu ilə bizdə yaşayır. Ərindən boşanıb. Qardaşım məktəbi bu il bitirəcək. Anam bir ildir ki, ölub. Mən özüm özümü bədbəxt etmişəm.Atamı şəhərdə çox adam tanıyırdı. Yaxşı dolanırdıq. Mən bu zəhrimar nəşəyə qurşanandan həm özümü, həm ailəmi bədbəxt etdim.Anam mənim dərdimdən öldü. Vicdan əzabı çəkirəm, amma neyləyim… Nüsrət kövrəlmişdi. Gözləri dolmuşdu. Hiss edilirdi ki, o həqiqətən anasının ölümündə özünü günahlandırırdı.
Anam həmişə uşaqlara konfet paylayardı. Həyətin uşaqları ona “konfet xala” deyərdilər. İndi mənım cibimdə həmişə konfet olur. O konfetləri payladıqca elə bilirəm ki, anamı yaşadıram,- deyə o əlləriylə gözlərini silə-silə davam etdi. Neman hiss edirdi ki, havası çatmır. Bu yazıq insanı necə xilas edə biləcəyi haqda düşünsə də bir qərara gələ bilmirdi.
Əldə etdiyin pullara nəşə alırsan?- deyə Neman soruşdu.
Mən şikəstəm. Cəbhədə ağır yaralandım. Güllə ağzımdan girib böynumdan çıxmışdı. Amma ölmədim.
Sən müharibə iştirakçısısan?! Vuruşmusan?!- deyə Neman ayağa qalxdı.
Bəs necə? Vuruşmaya bilərdimmi?
Bəs?…
Narazı deyiləm, bax bu çənəm protezdi. Özümün deyil. Bunu dedikdə o, çənəsini əliylə çıxardıb Nemana göstərdi. Yaxşı müalicə etdilər məni. Qoymadılar ölməyə. Amma nə xeyri. Bu zəhrimar nəşəyə qurşanandan itirdim özümü. Bayaqdan kənardan Nüsrəti dinləyən Neman özünü saxlaya bilməyib hönkürdü.
Necə olur axı bu, ay qardaş? Axı, belə olmamalıdır! Sən axı vətən yolunda vuruşmusan! Axı, sənin şərəfli adın var… Qazisən sən..
Ehhh, müəllim nə şərəf, nə ad? Mənim indi heç nəyim yoxdur. Canlı meyidəm mən. Sən də şikayətini etmisən yaxşı eləmisən. Mən də olsam edərdim. İncimirəm səndən. Özü də heç kövrəlmə, nə etmişəmsə özüm özümə etmişəm. Neman otaqdan çıxıb bir başa polis rəisinin yanına getdi və ərizəsini geri götürmək istədiyini bildirdi. Rəis bunun mümkün olmadığını dedi, çünki artıq iş sənədləşdirilmişdir . Nemanın məcbur olub bir neçə yüksək vəzifəli insanalra müraciət etdi. Onun şikayət ərizəsi geri götürülsə də Nüsrət cəzadan qurtula bilmədi, çünki Nemandan savayı daha bir neçə şikayətçi var idi. Heç demə şəhərdə eyni üsulla bir neçə adamadan telefon əldə edib satırmış Nüsrət. O günlər Nemanla Səhər bu məsələni çox müzakirə edirdilər evdə. Hətta bir dəfə Tural o qədər Nüsrətin həbs edildiyindən məyus olmuşdu ki, atasıyla anası bu haqda danışanda “Ata, o yazıq mənə konfet də vermişdi …,” deyərək urəyində Nüsrətin cinayətini bağışladığını bildirmişdi. Neman polisdən Nüsrətin ünvanını dəqiq öyrənib həyat yoldaşı Səhərlə onun yaşadığı evə getməyi qərara aldı. Ev “Sovetski” deyilən küçədən bir qədər yuxarıda yerləşirid. Neman bir mərtəbəli kasıbyana evin qapısını döydü. Qapını cavan bir qadın açdı. Səhər qadını görüb irəli keçdi və:
Bura Nüsrətgilin evidir?- deyə soruşdu
Bəli, amma Nüsrət indi…
Bilirəm, bacım. İcazə ver içəri keçək sizinlə söhbətimiz var
Buyurun,- deyə qadın arxaya çəkilib Nemanla Səhəri içəri dəvət etdi. Ev çox baxımsız olsa da səliqəli idi. Bəzi yerlərdə divarın kağızları qopmuş, tavanda bir neçə yerdə köhnəlmiş təmirin izi görünürdü. Səhər istər-istəməz evə göz gəzdirib söhbətə başladı.
Bacı, adını da bilmirəm…
Gülzardır adım.
Çox yaxşı, Gülzar, burda tək yaşayırsan?
Xeyr, kiçik qardaşım və balaca oğlum var. İndi həyətə düşüblər.
Gülzar,qardaşın Nüsrət bizim uşağın mobil telefonunu…
Mən neyləməliyəm ki? Mən almamışam ki o telefonu uşağın əlindən ? Niyə axı bir adam da soruşmur ki, bu adam niyə oğurluq edir!? Axı, heç kimi vurmur, öldürmür. Nüsrət oğru da deyi heç,– deyə qadın kövrəldi.
Gülzar, biz bura səndən nəsə istəməyə gəlməmişik,- deyə Səhər qadını sakitləşdirməyə çalışdı.
Bəs niyə gəlmisiniz?
Düşündük ki, indi ev başsız qalıb, bəlkə nəyəsə ehtiyacınız var.
Nə? Siz? Heç inana bilmirəm. Siz onu tutduranlardan biri deyilsinizmi?
Yox, bacı,- deyə Neman dilləndi. Mən ərizəmi geri götürmüşəm. Heasb edirəm ki, vətən yolunda əlil olmuş insan türmədə yatmamalıdır və mən çalışdım ki, bu iş dayandırılsın, lakin qanun var. Qardaşınız oğurluq edib. Kaş ki, etməyəydi… -Kaş ki… – deyə qadın yenə kövrəldi.
Nüsrət çox qeyrətli oğlandir. Müharibəyə könüllü getmişdi. Elə gedəndən bir müddət sonra yaralanıb qayıtdı. Sağ olsun həkimlər əllərindən gələni etdilər, qoymadılar ölsün.Xəstəxanadan çıxandan sonra uzun müddət heç yerə çıxmırdı.Sonra qonşuluqda bir adlı sanlı müğənni yaşayırdı, onunla dostlaşdı. Bir gün gördük ki, özündə deyil. Anam ağladı, özünü öldürdü ki, o oğlanla görüşmə, hamı bilir ki, o narkomandır. Ammma gec idi. Elə hər şey ondan başladı. Anam bu dərdə dözməyib öldü. Atam olsaydı belə olmazdı. Atamdan çəkinirdi. Bax belə… sonu da ki, bu, – qadın dərindən ah çəkib susdu. Səhər də, Neman da pərişan idilər.
Qardaşınız yaxşı insandır. Sadəcə yolunu azıb. O bizim uşağın əlindən telefonu alanda ona bir konfet də verib,- deyə Neman qadına qardaşının insanı cəhətini bir daha qəsdən açıqlamaq istədi. “Anam da hamıya konfet paylayardı. Demək o həqiqətən anama görə vicdan əzabı çəkirmiş…”- deyə düşündü Gülzar.
Başım söhbətə qarışdı sizə çay da təklif etmədim,- deyə Gülzar ayağa durdu.
Yox. Lazım deyil. Biz getməliyik, – deyə Səhər də ayağa qalxdı.
Bu bir qədər puldur. Bunu götür. Evə nə lazımdırsa al. Nüsrətin yanına gedəndə de, Neman bazarlıq etsin.
Yox. Siz nə danışırsınız. Götürə bilmərəm .
Götür, Gülzar! Biz hər şeyi anlayırıq. O gündən sonra Neman həftədə, ayda bir dəfə Gülzara bazarlıq edib aparır və yaxud Səhər onu evə çağırıb pul verirdi. Beləcə bir il keçdi. Bir gün televiziyada amnistiyaya düşənlərin siyahisinda Nüsrətin də adını eşidən Neman çox sevincək Gülzara zəng vurub təbrik etdi. Sonra Nüsrət işə düzəlib ailəsini dolandırırdı. Bir müddətdən sonra Gülzar da yaxşı bir insanla ailə qurdu. Kiçik qardaşları məktəbi bitirib işləyirdi. Ailə artıq sabit dolana bilirdi. Heman arxayın idi ki, Nüsrətin ailəsində hər şey öz yerini alıb. Sonralar Səhər də Gülzar da ailə, məişət qayğılarıyla məşğul olduqlarından bir- birinə yalnız bayramdan bayrama zəng edirdilər. Nüsrət isə cəmi bir dəfə Nemanla görüşüb“Sən nə qədər gözəl insanmışsan, müəllim. Oğlunu o axşam qorxutduğuma görə özümü heç vaxt bağışlamayacam,”- deyib ayrılmışdı. Bu gün Səhər xanım Gülzarın zəng etdiyini dedikdə Neman müəllimin yadına düşənlər adi xatirə deyildi, bu bir insanın həyatının qara səhifəsi idi. Neman sonuncu siqareti çəkib otağa keçdi Səhər sakitcə divanda oturub albomdakı köhnə şəkillərə baxırdı.
Sən də keçmişi varaqlayırsan?- deyə Neman müəllim arvadının çiyinlərini qucaqladı.
Neman, bilirəm ki, sən də bayaqdan eyvanda keçmişi varaqlayırsan və sənə bir təklifim var.
Buyur, sənin təkliflərin həmişə ağıllı və yerində olur.
Bəlkə gedək Gülzar gilə. Oğlu Şuşadan qayıdıb. Vallah, o uşağı gedib görmək savabdır. Gedəkmi?
Gedək də. Nüsrətdən də çoxdandır xəbərim yoxdur.
Soruşdum Nüsrəti də. Deyir, yaman qocalıb, amma qələbədən sonra dirçəlib. Bacısı oğluyla da fəxr edir. Deyir, hamımızın qisasın aldı baçıoğlu. Neman diqqətlə Səhərə baxdı sonra onun saçlarını əliylə arxaya darayıb alnından öpdü.
Səhər, bu həyatı həmişə dürüst yaşadıq, qızlarımıza alı təhsil verdik. Tural xaricdə oxudu. Var dövlətimiz başımızdan aşmasa da açından da ölmədik. De görüm, sən mənimlə xoşbəxtsən? Səhər ərinin gözlərinə baxıb sakitcə dedi:
Səninlə xoşbəxt olmamaq olarmı?
Səhər, incimə amma əsil xoşbəxtliyi mən bilirsən nə vaxt tam hiss etdim?
Bilirəm və incimirəm. Çünki elə mən də məhz o gün, Şuşanın ermənilərdən azad edildiyi günü xoşbəxtliyin nə olduğunu dərk etdim.İndi mən qalib ölkənin professorunun arvadıyam.
Mən isə Qarabağlı Azərbaycanın qocaman professoruyam. Bax budur əsl xoşbəxtlik! Elədir! Düz deyirsən, Səhər, sabah mütləq o igid əsgəri görməyə gedək. Biz ona və onun kimi minlərlə əsgərlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin. Amin!