Həyatımız göy üzündən yerə enərək yağış adını almış olan su damlaları qədərdir. Varlığımızın zamanı təxminən həmin damlanın buluddan ayrılaraq yerə enmə zamanına qədər keçən müddət miqdarındadır. Səni xatırlayıram, səni özüm qədər yaxından tanıyıram. Hər anın, doğumundan ölümünə qədər yaşadığın hər anın yaddaşımda silinməz izlərə sahibdir, amma çox az oldu sənin zamanın, mən bununla barışa bilmirəm. Sənin olduğun yağış damlası sanki çox sürətlə yerə endi. Göylərin Əfəndisi nədən belə olmasına izin verdi? – Dizləri üstə yerə çökərək – Zəhram, həyatımın sultan qızı, niyə getdin məndən? – sözlərini dilə gətirdikdən sonra gözləri kədərdən solmuş ata əlləri ilə torpaqdan bir ovuc alaraq – çox tez qeyb oldun, mən ilk getməli idim, sən yox,qızım – hönkürtü ilə ağlayaraq sözünün ardını gətirə bilmədi. – Çox gözəl yadımdadır, doğumunla birlikdə yaşadığım sevgi hissini heç bir amil əvəz edə bilməz – gözlərini silərək davam etdi – yox, əsla ağlamıram mən, əzizim, kədərlənmə sən – əlləri ilə torpağı ovaraq dedi və ardınca – bilirəm sən mən ağladıqda kədərlənirsən, əsla ağlamıram, Zəhram – əlavə etdi. – Kədərlə gülümsəyərək – ancaq mən danışıram, halbuki danışdıqda fikir demək öncəliyi səndə olardı, qızım. – Uzun müddət tək dialoqa davam edən ata ayağa qalxaraq sonda getmək fikrinə düşmüşdü – qızım, mənim əzizim, elə bilmə gedirəm, əsla ,sən həyatımsan və hər zaman səninləyəm – deyərək ayağa qalxdı və az irəliləmişdi ki, geriyə dönərək – sabah yenə gələcəm, mütləq gələcəm ,Zəhram – deyərək çevrilib yenidən yoluna davam etdi.
II Səhnə (3 ay öncə)
– Qızım, nə olub sənə, necə gündür öskürürsən, xəstələnmisən? – davamlı öskürən qızıma nəzər edərək dilləndim. – Bilmirəm, atam, necə gündür öskürək əl çəkmir məndən – qızım sualım qarşılığında cavab vermişdi. – Öskürəklə birgə istiliyin də varmı? – Bilmirəm, ata, o gün ölçdüm 37 dərəcə göstərdi, amma özümü çox gözəl hiss edirdim, yəni həmin dərəcəlik halsızlığım yox idi – deyərək cavab vermişdi. – O zaman yeməyini bitir ,gedək həkimə, görək nə məsələdi. – Bas üstə ,atam, amma inanmıram ciddi nəsə olsun. – Eybi yox, qoy olmasın təki, amma gedək. Yeməyimizi bitirərək əynimizi dəyişdik və xəstəxanaya üz tutduq. İçəri daxil olaraq tanıdığım həkimin qəbuluna yazıldıq. Qəbula girdikdə həkim ilk baxış müayinəsindən sonra qan analizi verməyi təklif etdi. – Ciddi nəsə var, həkim? – dedikdən dərhal sonra önə gedərək – məndən gizlətməyin – dedim. – Sadəcə əmin olaq ,Fariz bəy – deyərək həkim qeyd etdi. – Oldu, siz deyən kimi olsun – deyərək analizə razı oldum. Bir müddət keçdikdən sonra analizlərin cavabı gəldi. Həkim cavabları oxumağa başladı ,getdikcə üzündəki ifadə dəyişirdi. Bu məni olduqca narahat etdi. Həkim analizləri masaya qoyaraq baxışlarını bizə tərəf çevirdi. – Qapıya baxaraq orada olan tibb bacısına səsləndi – qızım, Aynur, Zəhranı götür aparatdan keçirt – deyərək göz işarəsindən də istifadə etdi. Zəhra görməsə də, mənə aydın olmuşdu. – Tibb bacısı ilə Zəhra otaqdan çıxdıqdan sonra həkimə yaxınlaşaraq – həkim, qızımın nəyi var? – qorxa-qorxa soruşdum. – Fariz bəy, möhkəm olun. Nəticələr yaxşı deyil. Mən bu hala təəssüf edirəm – həkim qısa fasilələr edərək cavabında bildirdi. – Pis nəyə deyirsiz, açıq danışın. – Həkim masadakı analiz cavablarına qısa nəzər edərək özünü toparlamağa çalışdı – Zəhranın… – fasilə etdi və qısa an sonra – qızınızın 3 aylıq ömrü qalmış ola bilər – dedi. – Nə, necə yəni, həkim? – Təəssüflər olsun ki, qızınız xərcəng xəstəliyinə tutulmuşdur. – Gözləri dolan ata nəzərini bir nöqtədən ayırmayaraq – onun hələ 13 yaşı var, başa düşürsüz bu nə deməkdir?…. – Bilirəm, amma edilməsi mümkün heç bir şey qalmayıb… – Sözünü saxlayaraq – niyə, ömrünü uzadın, heç olmasa – dedi çarəsiz qalan Fariz – məndən alın, ona verin. – Xəstəliyin son dönəmində olması edilməli heç bir qabaqlayıcı tətbirə izin vermir. – Yəni indi mən körpəmi itirəcəyəm,… bunu deyirsiz mənə? …. hə, həkim?… – Həqiqətən təəssüf edirəm, amma şərait budur.
III Səhnə (Zəhra ilə gəzinti)
Qapı açıldı və Zəhra tibb bacısı ilə daxil oldu. O an, Zəhranın otağa daxil olaraq qarşıma gəlməsi və – atam ,gedək, mən çox darıxdım burada – deməsi ilə sanki ruhuma iynə sancılmışdı. Özümü toparlamalı və qızıma olanları bildirməməli idim. – Gedək ,qızım, onsuz heç nəyin yoxdur – deyərək qızımı öpdüm, amma daxilimdə artıq fırtına başlamışdı. Çölə çıxaraq qızımla evə gedən yolda gününü daha maraqlı etmək qərarına gəldim. – Zəhram, gedək həmişə getdiyimiz kafeyə, sonra isə istəsən, sinemaya gedərik. – Uşaq sayağı gəzərək sevinən qızım – hə ,gedək ,ata – dedi. Kafeyə daxil olaraq masada əyləşdik. Zəhranın sevdiyi təamları sifariş edərək nuş etdik. Qızımın gülümsəməsi, yaşadığı sevinc hissi mənə gözəl təsir edirdi. Onun məsumluğu və özünü şirin aparması sevgisini daha da artırırdı, amma həkimin dediklərini xatırladıqda həyata üsyan etmək istəyim yaranırdı. Həkim deyənlər doğrudur, yoxsa istisna hal baş verə bilərdi? Qızım, bəlkə ,xilas ola bilər? Kafedən sonra sinemaya gedərək qızımın sevdiyi yeni çıxmış filmi izlədik. İzlərkən aldığımız popkorn və pepsi şirəsini də dadırdıq. Filmi izləyərkən orada olan bir səhnə mənə çox təsir etdi. Təsir gücünün artıq olması səhnənin məhz indiki zamanıma, hazırda yaşadıqlarıma səslənməsi idi. – “Qəza keçirən qız gözlərini itirmək qorxusu qarşısında qalır. Qəzada böyük zədə alan gözlərinin daha görə bilməyəcəyi deyilir. Əməliyyat otağının arxasında, koridorda olan anaya bu hal deyildikdə, ana düşünmədən öz gözlərinin qızına verilməsi barədə qərara gəlir. Müəyyən sənədlər hazırlandıqdan sonra, proses başladılır. Uğurlu keçən əməliyyatdan sonra gözlərini açan qız ətrafa baxdıqdan, sonra anasını səsləyir.” – “Burdayam, qızım – deyərək yan yataqda uzanmış ana səslənir.” – “Qızı yana baxdıqda anasının gözlərinin qapalı olmasını görərək – sənə nə olub, ana? – deyə sual verir.” – “Mən də qəzada zədə aldım və gözlərimi itirdim – deyə ana cavabında bildirir.” Həmin səhnəni izlədikdən sonra mənim də qızımın həyatı üçün fəda edə biləcəyim nələrinsə olmasına qərar verdim. Mən də atayam və fəda edilməli nəsə olmasa, bu haqsızlıq olar. Tanrı belə etməz, elə deyilmi?
IV Səhnə (Ölüm anı)
Səhər şəfəqləri ətrafı bürümüş, Günəşin işığı ətrafı aydınlığa bürümüşdü, lakin mənə görə həyatın ən qaranlıq günü başlamışdı. Zəhranın nuru gözlərindən yansımırdı. Mənə baxaraq – ata , bəsdir yatdın – demirdi qızım. Kaş açılmazdı, Zəhramın gözlərindəki nur deyil, kaş Günəşin nuru kəsilərdi. Mən nə edirəm onsuz dünyanı, həyatı… Məcbur qalaraq bütün olunmalı işləri görən ata, qızının nursuz qalan bədənini torpağa qoyanda özünü saxlaya bilmədi. Qızının cəsədinə möhkəm sarılaraq – məni də burada qoyun, daha torpaq üstündə yaşaya bilmərəm – deyərək hönkürtü çəkərək ağlayırdı. Ətrafdakılar çox çətinliklə Farizi qərarından döndərdilər, Zəhranın üstünü torpaqla örtdülər, fəqət həmin günü Zəhra tək qalmadı. Artıq kədərin özünə çevrilmiş ata bütün gecəni qəbir üzərində qaldı, yuxuya da məhz orada daldı. Səhərin soyuq sübh çağı gözlərini açaraq ayağa qalxdı. Ətrafına nəzər etdi və dodaqaltı – şükür olsun Əfəndimizə – deyərək oranı tərk etdi. Evinə gələrək yatağına uzanaraq yuxusuna davam etdi.
V Səhnə (Həyatı dəyişən yuxu)
Qəbir üzərində yuxuya dalan Fariz özünü qaranlıq olan yolda tapır. Bir xeyli qarşıda isə işıq görünürdü. İrəliləməyə başlayan Fariz işıq gələn tərəfə doğru getdi. İşıqlı mühitə keçərək qarşısında olan nəhəng şəlaləni və 13 rəngli göy qurşağını gördükdə heyrətini saxlaya bilmədi. – Aman Allahım, bu rənglər də nədir belə? – göy qurşağının 13 rənginə nəzər edərək dilləndi. – Ata, buradır Əfəndinin məkanı – Zəhranın səsi ilə kimsə ona səsləndi. – Qızım, bu sənsən? – deyərək ətrafında dönərək qızını axtarmağa başladı. – Ata ,bəli ,mənəm, amma axtarma məni. – Niyə ,Zəhram, niyə istəmirsən səni tapım? – Çünk mən itməmişəm ,ata, mən səninlə, sən də mənimləsən. – Başa düşürəm, elədir, amma səni görmək istəyirəm axı… – Ata, azca irəli gəl, o gördüyün şələlənin altına gir. – Səni görəcəyəm orada? – deyərək dərhal şəlalənin altına qaçmağa başladı. – Xeyr, mən olacaqsan… – Şəlalənin altına çatan Fariz – necə sən olacağam, qızım? – deyərək şəlalə suyu altında qızını axtarmağa başladı. – Ata, sakit ol və su altında bir dəqiqə dur ,sonra biləcəksən hər şeyi. – Şəlalə altından çıxan Fariz ətrafa nəzər etdi – anlayıram, səni tam olaraq hiss edirəm – sakit halda dilə gələrək dedi. – Nəinki səni, qızım, bütün insanlığı duyuram və vahidliyi daxilimdə hiss edirəm. Bizlər adlar ilə ayrılmışıq, bunu zehnimizə kod bənzəri öyrətmişik, amma gerçəkdə vahid olan yaradılışın özü olan Əfəndinin daxilində sonsuza qədər varıq. Əsas da var olmağı unutmuşuq, maddilikdə özümü sanaraq Əfəndini belə yanlış anlamışıq, təəssüf olsun – sözlərindən sonra rahatlamışdı. – Ata, sən indi dönməlisən, sonra yenidən bir olacayıq – səs yenidən Farizə eşidildi. – Qızım ,bilirəm, getməliyəm, amma hər gün qəbrinə gələcəyəm. Yaxşı? – O zaman səni gözləyəcəyəm orada ,ata, hələlik… Yuxudan ayılan Fariz gerçəkləri anlamışdı və əslində qızının rahatlıq məkanında olmasını qəbul etmişdi. Yuxudan ayıldığı sübh saatında hər gün qızının qəbri üstünə gələr, bir müddət tək dialoq edərək gedərdi. Qızı ona cavab verə bilməsə də, Fariz bilirdi qızının vahidlikdə olduğunu. Vahidlik isə hər yer idi, bu qəbir üstü də daxil olmaqla…
Çıxdığı yol yormuşdu onu. Onsuz da, bu həyat yolları öz enişi və yoxuşu ilə Arazı dərindən yaralamışdı. Bu yol yorğunluğu onun yanında nə idi ki? İllərlə bir yastığa baş qoyduğu ömür-gün yoldaşı iki uşağını da götürüb düz məhkəməyə üz tutmuş, bununla da yolları ayırmışdı. Evində son dörd il idi ki, tək yaşayırdı. Çox mübarizə aparırdı bu yolların birləşməyi üçün. Təkcə uşaqlarına görə deyil, onun sakit təbiətinin sanki yalnız o qadının çılğın xarakteri ilə bütövləşdiyini düşündüyü üçün mübarizə aparırdı. Amma heç bir nəticə alınmırdı. Araz çox sakit, qapalı insan idi. Hisslərini üzə vurmazdı. Onun təbiəti belə idi. Həyata olduğu kimi yanaşardı. Bir qadın səliqəsi var idi Arazda. Evinin də, özünün də təmizliyinə qarşı çox diqqətcil idi.
İşdən yorğun çıxıb dayanacağa qədər getdiyi yol tozlu idi. Amma yenə də çox ehtiyatla addımlayırdı ki, şalvarı bu toz-torpaqdan çirklənməsin. Elə ehtiyatla addımlar attıqca düşünürdü: “Bəlkə də taleyin hökmü belədir. Tale ilə mübarizə aparmaqdansa, bəlkə dayanmaq, hər şeyi öz axarına buraxıb nəticəni izləmək lazımdır?.. Mən taleyimdə olan problemlərlə əlbəyaxa döyüşə çıxıram elə bil. O da mənə qarşı müqavimət göstərir. Dayanmalıyam. Vəssalam. Barışmalıyam taleyimlə. Bəlkə uşaqlar bir az böyüyə, analarını yola gətirə. Bilmirəm”. O, ilk dəfə idi ki, belə qərara gəlirdi. Yolda iri bir pişiyin göyərçini tutduğunun və onu parçalamaq üçün çabaladığının şahidi olan Araz cəld tərpənib göyərçini xilas etmək üçün bacardığı hər şeyə əl atdı. Əvvəlcə pişiyə – “pişt, pişt” , – deyə qışqırdı. Ardınca qovmağa başladı. Pişiyin ovunu buraxmaq istəmədiyini görüb sonunda yol kənarında üst-üstə yığılmış taxtalardan birinə əl atdı. Yalnız bundan sonra pişik ovunu ağzından buraxıb qaçdı. Heyvanları çox sevən Araz əyilib tərpənməyən göyərçinə baxdı. Gördü ki, göyərçin sağ-salamatdır. Çox sevindi. Ehtiyatla onu götürüb yoluna davam etdi. Yorğunluq bir tərəfdən, göyərçinə görə keçirdiyi narahatlıq da bir tərəfdən onu əldən salmışdı. Evə çatıb göyərçini bir qutuya yerləşdirməzdən əvvəl quşun hər tərəfinə diqqətlə baxdı ki, birdən quş yaralanmış olar. Ürəyi quş ürəyi kimi titrəyirdi Arazın. Göyərçinin heç bir yerində qan izi görmədi. Amma bir narahatlıq vardı; göyərçin qanadını qaldıra bilmirdi. “Yaxşı qulluq etsəm, qanadlanar”, – düşündü. O, göyərçinin qabağına bir az çörək qırıntısı tökdü. Banka qapağının içini su ilə doldurub qoydu göyərçinin dimdiyinin altına. Göyərçin başını əyib sudan dimdiyinə aldı, sonra başını göyə qaldırdı. Arazın ürəyinə rahatlıq gəldi. Göyərçinə sığal çəkdi. Əlinin altında quşun titrədiyini hiss etdi. Qutunu evin içində saxlamaq qərarına gəldi. Evinin kiçik həyəti də vardı. Amma həyətdə saxlamağa ürək eləmədi. Sonra əynini dəyişib özünə şam süfrəsi hazırladı. O nə qədər yorğun olmağından asılı olmayaraq, süfrənin hazırlanmasına da, qidalanmasına da xüsusi diqqət yetirərdi. Bu ona anasından keçmişdi. Yeməyini yedi, süfrəni yığdı. Saata baxdı; 10-a yaxınlaşırdı. Evdən çıxdı. Yaşadığı küçənin başında ərzaq mağazası vardı. Mağazadan bir az buğda aldı. Cəld özünü evə salıb buğdadan kiçik bir qaba töküb göyərçinin qabağına qoydu. Göyərçin buğdanı dimdiklədikcə Araz özünü xoşbəxt hiss etməyə başladı. Gecə yuxuya gedənə qədər diqqəti göyərçinin üzərində oldu. Səhər yuxudan oyanar-oyanmaz yenə göyərçinə diqqət yetirdi. Sığalladı, suyunu təzələdi. Əlinə götürüb həyətə çıxardı ki, təmiz hava alsın. Yerə qoydu. Göyərçin tərpənirdi. Qanadını qaldırmağa cəhd də etdi, amma alınmadı. Araz göyərçinə təkan vermək üçün qanadını əli ilə qaldırdı, yenə də heç bir nəticə olmadı. On dəqiqəyə yaxın həyətdə saxladıqdan sonra evə gətirib yenidən qutuya yerləşdirdi. Yenə sığalladı, hələ arada gözəl sözlərlə əzizlədi də. Səhər çayını içib işə yollandı. Bu gün həftənin şənbə günü olduğundan iş saatı günün yarısına qədər idi. Günorta işdən çıxıb həvəslə evinə yollandı. Evə daxil olan kimi ayaqqabısını çıxarıb göyərçinin qutusuna doğru yönəldi. Onunla söhbət etməyə başladı. Halını soruşdu. Əzizlədi, suyunu dəyişdi və dedi:
-Səni qanadlandıracam. Uçacaqsan. Bərabər mübarizə aparaq. Qanadlanıb digər göyərçinlərə qoşulacaqsan. Sən də digər göyərçinlər kimi xoşbəxt olacaqsan. Mən xoşbəxt olmadım, sənin xoşbəxtliyin üçün isə mübarizə aparacağam.
Nahar üçün süfrə hazırladı. Yeməyini yedi. Süfrəni yığışdırdı. Yenidən göyərçinə baxmağa başladı. Əlinə götürdü, sığalladı, kiçik həyətinə çıxardı və yerə qoydu. Göyərçin, sanki ona minnətdarlıq hissi ilə başını qaldırıb ani baxdı. Göyərçinlərin baş hərəkəti çox sürətli olur. Sonra yenə ətrafa boylanmağa başladı. Araz özünə kiçik həmdəm tapmışdı elə bil:
-Mən də qanadlana bilmirəm. Qanadımı qırıb həyat. Mənim səndən nə fərqim var? Məni həyat incidib, səni isə pişik. Mənim bəxtimin qanadı qırılıb, sənin də cisminin. Mən də uça bilmirəm. Özüm üçün mübarizə aparmağı dayandırmışam. Taleyin hökmünə buraxmışam. Amma sənin üçün mübarizəyə davam…- deyib gözlərini göyərçinə dikərək sükuta daldı. Uşaqlarının həyətdə oynadığını xəyalına gətirdi. “Kaş burda olub göyərçini görəydilər. Necə sevinərdilər”,- deyərək köks ötürdü. Ailəsi ilə birlikdə keçirdiyi xoş günləri xatırladı. Araz sanki yuxuda idi. Xəyallar onu uzaqlara, lap uzaqlara aparmışdı. Birdən göyərçinin tükürpədici səsinə ayıldı. Göyərçin qonşu məhlədən gələn qara pişiyin ağzında idi. Pişik göyərçini ağzında aparırdı. Araz cəld yerindən qaldı, pişik götürüldü. Elə sürətlə götürüldü ki, qaçıb məhlənin başındakı yarımçıq tikilinin bayır tərəfindəki əl boyda oyuğa girdi. Araz da qaçıb tikiliyə çatdı. Göyərçini o oyuqdan çıxarmaq üçün yollar düşünərkən bir neçə saniyə içində oyuqda əks-səda verən tükürpədici səs kəsildi.
ЗАБЫЛИ Никто не приехал на день рождения. Анна целый день стояла у плиты, готовила любимые блюда детей и внуков, даже в районный поселок съездила, чтобы купить заморский авокадо и вонючие чёрные листы, из которых Анна накрутила рулеты с рисом и рыбой. Внуки называли это роллами и очень любили. Исполнялось ей шестьдесят, юбилей, все должны были приехать. Правда, за этот год все переругались, но Анна за месяц всех детей обзвонила, и все обещали быть. Дочери все обижались, что Анна сыну больше помогает. Так ведь он младший самый, только на ноги встал, и дети у него маленькие совсем, Симочка семи лет и Петенька шести. А у дочерей уже большие дети, что их баловать, работать пусть идут. Анна сама всю жизнь работала и детей приучала. Но дочки у нее были непутёвые: одна в сорок лет из школы уволилась и певицей решила стать, вторая третий раз замуж недавно вышла за какого-то старика, молодого, что ли, не могла найти, вон, все звезды за молодых выходят. Обсудить детей было не с кем. Были у Анны подруги детства: круглолицая Татьяна, низкорослая Нина, в пару ей высоченная Алевтина и старшая Варюша, божий одуванчик. Но с подругами она уже десять лет как не общалась. Все это вышло из-за мужа. Тот решил бизнесом заняться, уговорил Анну подбить подруг, чтобы они вложили свои деньги в его прибыльное дело. Он хорошо расписал, как скоро все обогатятся благодаря ему, и Анна ему поверила. И подруг убедила. Муж ее собрал деньги и уехал. Совсем уехал. Оказывается, нашел себе молодую жену. Бизнес его прогорел, объявил себя банкротом. И подруги Анны все деньги потеряли. Может, они бы не поругались, пожалели бы ее, все же муж ее на старости лет бросил, но подруги прознали, что ей-то муж деньги вернул. И обиделись. Дескать, она должна была на всех деньги поделить. Да и Анна сама хороша: обиделась, наговорила им гадостей: что Таня рассаду по ночам ворует, поэтому у нее все и растёт лучше всех, что Алевтина, как была старой девой, так ею и осталась, что Нина кукушка, ребёнка матери, как отдала после развода, так тот без матери и вырос. А Варвара с мужем Татьяны спала, подруга называется! Уезжать из деревни Анна не хотела, всю жизнь здесь провела, какие теперь переезды. Дети иногда звали к себе, но Анна понимала, что зовут для того, чтобы с внуками сидела. Внуков она любила, но не настолько, чтобы по второму разу все это проходить. Вечерело. Двоюродная сестра из Владивостока прислала электронную открытку. Надо же, и та помнит, хоть давно уже немного не в себе. А дети забыли. В холодильник впихнуть все это было невозможно. Анна повздыхала, покрутилась на кухне, ушла в комнату плакать. Обидно ей было, столько труда, и хоть свиньям выбрасывай. Правда, свиней она уже давно не держала, только кур. Молоко покупала у единственной соседки, которая не держала на нее зла, потому что приехала уже после того, как история с деньгами произошла. Здоровье у Анны было уже не то, что и говорить! А дети мало того, что не приехали, так даже не потрудились позвонить. Внезапный стук в окно лёгкой птичкой разбудил в Анне надежду. Дети, дети приехали! Она наспех вытерла слёзы, поправила растрепанные волосы, побежала открывать. На пороге стояли подруги. Те, с кем она уже десять лет даже не здоровалась. Круглолицая Таня, вечная отличница, у которой цветы колосились круглый год на всем участке; Нина, которая с годами все больше уменьшалась в росте и была похожа на мелкую болонку со своими выбеленными пушистыми волосами; Алевтина, высокая и сухая, как палка, брови сведены в прямую линию; и Варюша, божий одуванчик, самая старшая из всех и уже подслеповатая. В руках Тани розовел букет пионов, Нина двумя руками с трудом удерживала пузатую бутылку, у Алевтины огромная картина с черной пантерой, Варюша надкусывает конфету из шикарного набора из шести вкусов. -С днем рождения! – хором прокричали они. Анна посмотрела на часы. Стрелки как раз подкатили к полуночи. Поздновато пришли поздравлять, хотелось сказать ей. Но слова застряли у Анны в горле вместе со слезами, которые она только-только остановила. -Что застыла как статуя? – рявкнула Алевтина. – У меня рука сейчас отнимется эту картину держать. Пустишь или как? Первой не выдержала Нина – бросилась Анне на шею и зарыдала. Тут и остальные подружки присоединились, получилась куча мала, так что чуть пузырь не разбили. Покатились всей гурьбой на кухню, принялись наготовленные яства пробовать. Сначала немного неловко было, все же, десять лет не разговаривали, но после пары рюмок эти десять лет растворились без остатка, и все разом заговорили, засмеялись, принялись молодость вспоминать. -Звони Петьке-баянисту! – решила посреди ночи Таня. -Так он спит, – засомневалась Нина. -Уж я его разбужу! – захихикала Алевтина совсем девичьим, звонким смехом. К утру в доме было уже не протолкнуться: рулет с рыбой давно съели, от торта Варюша ничего не оставила, сильно уж она сладкое любила. Даже огурцы из подпола пришлось доставать! Анна сияла: давно у нее такого веселого дня рождения не было! Из-за баяна мотора машин не услышали, только когда дверь хлопнула, Анна поняла, что кто-то еще пришел. Уже даже встречать не пошла: такая гурьба, одним больше, одним меньше. Но тут уловила знакомый сыновий бас. -Мама, это что за балаган? Анна аж подпрыгнула на месте! Глянь, и правда, дети приехали. Вспомнили, все-таки… Анна состроила обиженное лицо, вышла. Дочки сразу облепили ее с двух сторон, внуки испуганно жались к двери. -С днем рождения, мамочка! -Поздновато поздравляете, – продолжала обижаться она. – Я вас вчера ждала. Столько всего наготовила, но уже все съели. -В смысле – вчера? -Вы забыли, какого у матери день рождения? -Так пятого же! Сегодня, разве нет? -Сегодня уже шестое, – парировала Анна. -Ты чего, бабушка, – вмешался младший внук Петя, – сегодня пятое. Вот, смотри! Он достал из кармана телефон, но без очков Анна ничего не могла на нем рассмотреть. -Я тебе открытку нарисовал, – добавил Петя и достал из пакета сложенный пополам листок. -Так, – командным голосом рявкнула Алевтина. – Все на выход! К Петровне дети приехали, потом догуляем. А ты витамины, что ли, попей, – обратилась она к Анне. – Сегодня пятое, совсем память у тебя отшибло. Уже потом, когда гости ушли, а дочери, переглядываясь, бросились мыть посуду и собирать в мешки пустые бутылки, сев вместе с сыном, Анна додумалась, что по ошибке два листа календаря за раз оторвала. Стыдно стало, сил нет! Сын смеялся, внуки тоже хохотали, дочери закатывали глаза. Угощать их было нечем, от этого Анне еще обиднее было, ведь столько всего наготовила, а соседи все подъели! -Мам, мы сейчас сами все приготовим, – сказал сын. – Сиди, справимся без тебя. Все же, хороших детей она воспитала, решила Анна. А витамины она попьет…
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
ARAZ Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…
* * * Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın? * * * Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür… * * * Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik… * * * Nəsimi nəşi Hələbdə, Füzuli hərəmdə qalıb… Babəkin ruhu sərgərdan, Bəzz qalasın duman alıb… * * * Suyumu daşla boğurlar, Daşımı suyla yuyurlar… Xudafərin, Urmu incik, Bizləri bizsiz qoyurlar… * * * Şah babam yol ortasında, Koroğlu göylərdə gəzir… Bizi, bizdən ayrı salan Nadanlıq ruhumu əzir…
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir! * * * Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə… * * * Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm! * * * İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla… * * * Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi… * * * İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə… * * * Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq… * * * Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün! * * * Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
TUNCAYA
(Tuncayın timsalında !!!)
Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi * * * Xəzəri ortaya düz qoyub nişan, Boynuna dolanan Hilal sənindi! Ən uca zirvələr, ən dərin göllər Ormanlar, dəryalar, düzlər sənindi! * * * Tanrının payıdı, lütf edib sənə, Tanrıya sarsılmaz inam sənindi! Ataya, Anaya, qocaya hörmət Sirdaşa sədaqət, güvən sənindi! * * * Zamanla hökm etdin tüm yer üzünə Hakimiyyət sənin, höküm sənindi! Aman istəyəni kəsmədin heç vaxt, Ən böyük ədalət, güzəşt sənindi! * * * Unutma ki, lap binədən belədi, Mərhəmətli, yuxa ürək sənindi! Xilas etdi, bağışladı ənamlar, Yamana yaxşılıq, ancaq sənindi! * * * Döyüşdə, düşməni alnından vuran, Süngüsü əlində ərlər sənindi! Savaşda, uçağı kəməndlə tutan, Qüvvəsi qolunda nərlər sənindi! * * * Dəli-dolu Türk oğullar cahana Bəxş etdiyi şərəfli ad sənindi! Adı gəlsə, yeri-göyü titrədən Qorxu bilməz, şanlı əsgər sənindi! * * * Çöldə simgə etdin Qurdu sancağa, Kəhər Atın ən yaxşısı sənindi! Ay-yıldızı nişan tikdin Bayrağa, Zəkalar, dühalar tümü sənindi! * * * Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
ANA DİLİM Bu şip-şirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
Мой бывший привел новую хозяйку в нашу малогабаритную двушку Новоиспеченную хозяйку звали Галиной. Она без стеснения распоряжалась на кухне, не заморачивалась уборкой, ее грязное белье валялось на верху горы нестираного, в тазике в ванной. А по ночам новобрачная охала от удовольствия, что меня мутило от отвращения. Я решила разменять квартиру. Саша с Галиной тут же выдвинули встречное предложение. При разделе я смогу купить лишь комнату в коммуналке. А у Гали-то есть комната! И раз мне все равно ничего, кроме комнаты, не светит, так, может, я туда и съеду? А если буду настаивать на размене нашей квартиры, то должна понимать, какая жизнь меня тут ожидает в течение месяцев, а то и нескольких лет. Я собрала вещи и уехала по новому адресу. Я никогда не подозревала, что люди могут жить в таких условиях. Без горячей воды. Без ванны. С кухней, где на три семьи одна плита и три стола. Одной соседкой была старуха, пьяная с утра до ночи. Вторая соседка, Тамара, — ушлая бабенка не самого скромного поведения, так что ночи в коммуналке мало отличались от ночей в моей бывшей квартире. Я решила продать эту комнату и вложиться в новостройку. На первый взнос мне хватило бы, даже больше, чем на первый. Увидев в моих руках газету «Недвижимость», Тамара просекла момент. У нее была дачка. 20 минут до города на электричке. Удобства на улице, зато банька есть. Дачку можно продать, даже подороже, чем я продам комнату. Так что для меня сделка будет более выгодной. Я спросила, ей-то в чем выгода? Тамара довольно хрюкнула: «Продам дачу — на такую же комнату хватит. Только если ты возьмешь, у меня в квартире сразу две комнаты будут. А скоро и все три. Старуха мне давно камору за уход отписала!» В выходные Тамара отвезла меня на дачу. Увидев домик, небольшой, но почти новый, и оценив транспортную доступность, я согласилась. Осенью дачники начали разъезжаться, и к зиме в поселке почти никого не осталось. А на Новый год и каникулы улица снова ожила. Узнав, что я живу тут постоянно, ко мне зачастили соседи. Меня просили заглядывать во дворы, проверяя целостность замков на дверях и калитках. И если что им позвонить. В моей телефонной книжке появились новые контакты, а в кармане, в общей сложности, несколько тысяч. В середине января пришло сообщение: «Уважаемая Жанна Леонидовна! Если вы увидите нашего кота — приютите его, пожалуйста, и дайте нам знать. Сириус сбежал по дороге в город, когда мы сделали остановку. Мы надеемся, что он появится в поселке. С уважением, Петр». Фото, пришедшее следом, показывало черную морду с желтыми глазами. Однажды на вечерней прогулке, мне послышалось жалобное мяуканье. Включив на телефоне фонарик, я вошла во двор, откуда доносились звуки. Отразив свет, в поленнице сверкнули огоньки глаз. Принесла кота домой. Утром сфотографировала находку и отправила снимок хозяину. Ответ на мое послание пришел незамедлительно: «Я в командировке. Забрать Сириуса смогу через неделю. Огромное вам спасибо. Это за хлопоты». На мой счет брякнулась тысяча. Накануне приезда хозяина толстый Сириус выдал неожиданный сюрприз. Когда я вернулась с работы, на моей кровати лежали три кота — Сириус и два котенка. Я обалдела, но не растерялась. Пока печка разгоралась, вскипятила чайник и положила грелку под покрывало, под кошачье семейство. Сириуса переименовала в Сири, погрозила пальцем: «Могла бы и раньше предупредить. И что мы завтра Петру скажем?» Сири загадочно смотрела на меня и счастливо мурлыкала. Петр примчался в обед. Я продемонстрировала ему кошку с приплодом. Он присвистнул: «Теперь побег понятен. Но надо же, из приюта нам ее отдали, сказав, что это молодой кастрированный кот! Она такая пушистая, мы и подумать не могли… Послушайте, Жанна, вы можете присмотреть за ними пару месяцев? Я куплю все необходимое, заплачу за беспокойство». Я кивнула. С котиками мне было веселее. На другой день Петр встретил меня с работы и довез до дачи. Багажник его машины был забит коробками с кормами, приданым для котяток, пакетами с фруктами и конфетами. Поверх покупок стояла корзинка с цветущими гиацинтами. Я удивленно подняла брови. Петр улыбнулся: «Это вам. У компаньонки моей кошки должно быть хорошее настроение!» Через неделю Петр снова приехал. А потом начал встречать меня с работы и отвозить на дачу каждый вечер. Он сказал: «Я теряю всего час. Вернее, не теряю. Я нахожу огромное удовольствие от общения с вами». Я внимательно посмотрела на него: «А ваша жена? Она не против?» Я живу один. Еще через неделю я согласилась переехать к Петру. Летом мы сыграли свадьбу. До меня доходили какие-то слухи о Саше и его жене, кажется, они делят нашу квартиру. Но это их проблемы. А у меня проблем больше нет.
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Как мужик Ирку обманул. Основано на реальных событиях Ирка ныла и выносила мозги подругам – 37, замужем не была, детей нет. Часики тикали на другое- сложился бизнес, были деньги, красота при ней. Но надо же еще и родить?! Как не родить?!!
Как мне родить? Я ж не хочу быть матерью-одиночкой, мне нужна семья…
Где найти хорошего парня, все хорошие женаты, а я с женатым не хочу…
Нет, я могу и сама, но как же без мужчины…
Почему вот мне в личной жизни так не везет?
Мне нужно родить до 40! Подруги стали сторониться Ирку, о чем с ней поговоришь. О чем не заведешь, она все ноет . Наверное, Ирка сама себя достала, вообщем, в один день она взялась за личную жизнь хваткой бизнесмена. Зарегестрировалась на ВСЕХ известных ей сайтах знакомств и принялась отвечать на ВСЕ сообщения. Составила алгоритм, задала в него исходные требования – алкаши, женатые, не фертильные или чайлдфри сразу на! Вопросы на свидании задавала прямые, в лоб. Смотрела в глаза, не юлила, излагала, как есть – квартира есть, деньги есть и есть намерение строить семью с равным. Столько кофе сколько Ирка выпила за этот год активного поиска, она не пила за всю свою жизнь. К 365-му дню даже пошла на послабления, готова была на неравного и допускала возрастных. Но… В этом месте, все как всегда, поплакала, отпустила и решила, ладно, будь, как будет. И тут в ее профиль на сайте знакомств постучался Сергей. Они вышли на кофе, раз, другой… Он, вроде как наемный менеджер в компании, но с хорошим заработком, разведен, есть ребенок в прошлом браке, значит может! Ну, сошлось, вообщем. Стали они встречаться, а потом и вместе жить. У Ирки. Она ему подарки на праздники. Хорошие, смартфон в сентябре, зимой планшет. Он цветы на 8 марта, и быт на немодные в наших краях 50/50. Почти. Ирке, казалось, что ее 50 чуть больше, а именно 70. В Турцию летом за ее поехали. Там Сергей красиво ухаживал, приносил коктейли, занимал лежаки на пляже, в лучшем месте. В отеле все включено ухаживать несложно . Ладно, думала, Ирка, жадность, не порок. Одно ее смущало, жили вместе, но Сергей часто уезжал, на пару недель мог уехать, говорил командировка. Она особо не допытывалась, устала искать. Сергей был хорош собой, от него исходило что-то для нее притягательное, секс был вполне . Нет идеала, и некогда искать что-то лучшее. Может, у него, и вправду денег нет, а командировки есть. За день до отъезда из турецкого отеля Сергей сделал Ирке предложение. И она сказала – да! Поженились в Минске. Довольно скромно. На свадьбе были друзья-свидетели, причем оба из Иркиных знакомых, со своими друзьями Сергей ее не сводил. Говорил, что не общается ни с кем после развода. Итак, со дня их знакомства прошел год. Это может показаться странным, но Ирку не смущало, что она даже толком не знает место его работы. Вернее, он рассказывал ей, что компания занимается металлами, она знала название, но никогда он не знакомил ее с коллегами, не делился подробностями. Это была закрытая стена, без окон, без дверей. Учитывая, что у Ирки не было до этого толком серьезных отношений, и она не знала, как правильно, она допустила, что и такой вариант вполне может быть.
Наша компания открывает филиал во Франции и отправляют меня туда, поедем вместе, конечно, – сказал Сергей одним вечером, – Я знаю, у тебя есть вопросы по работе, но сейчас можешь не беспокоиться, моя зарплата позволит там как-то прожить, а ты сведи свои процессы к минимуму, автоматизируй, делегируй, разберешься, я уверен. Иногда Сергей говорил таким тоном, в голосе его чувствовалась сила, Ирка повиновалась. И они переехали и стали жить недалеко от Парижа. Приличный дом, все добротно. Ирка смогла наладить в своем бизнесе процессы, которые в состоянии была контролировать удаленно, так что все равно жила за свои. Сергей не дарил подарки, они не ходили в рестораны, но с большего она была счастлива. И однажды узнала, что беременна. Родила мальчиков – близнецов. До сорока, как и планировала. Сергей часто летал в командировки. И тоже рассказывал мало. Работал много в офисе. Когда детям исполнился год, в этот день, в день их рождения он был в Америке, позвонил, поздравил, но даже цветы ей не заказал. И Ирке стало больно, до слез. Ладно бы ее День рождения, но День рождения долгожданных детей, красивых, здоровых пацанов, которых она родила почти в сорок, и которых растила здесь, во Франции, без няни, сама. Сама не спала, кормила, лечила. Оставила бизнес, дом, друзей, толком даже не зная своего мужа, и вот он звонит и говорит сухие слова – с праздником! И не было подарка ей, как маме, не было подарка детям . Ирка не в состоянии была молча снести обиду, когда Сергей прилетел, она расплакалась и сказала ему много слов в сердцах, как она доверяет ему, но ее все время мучает вопрос – почему он так скрытен, и неужели это трудно, заказать букет, пригласить на ужин, и неужели трудно было привезти детям хотя бы две плюшевых игрушки в подарок. А он стоял с сумкой-мессенджером и улыбался.
Я привез подарок, дорогая… – он достал из сумки какие-то документы, – Я хочу попросить прощения за такое твое долгое ожидание, но у меня очень сложная история, поверь, мне самому все это невыносимо тяжело, и больно, и стыдно, но… Ты поймешь, потому что любишь, я знаю. Я люблю тебя, Ира! Я купил нам во Флориде большой дом, потому что у меня там бизнес, и мне тяжело было столько времени мутить всю эту историю, но это было сделано ради нас. Ради наших отношений, которые я боялся испортить, как испортил прошлые. Деньгами… Сергей оказался мультимилионером. Они уехали жить в Америку, и родили еще девочку. Ира занимается домом, детьми, открыла во Флориде студию йоги. Все для души, для счастья. Даже обман был для него. Верите?