Sevdamı həsrətə düyüb gəlmişəm
Ay çubuq atını çapan dostlarım,
Sevdamı həsrətə düyüb gəlmişəm.
Hardasız, de,indi çıxın qarşıma,
Ay canım,sizləri deyib gəlmişəm…
Yadıma saldıqca ötən günləri,
Yaddaşda qaya tək bitən günləri.
Andıqca hayıma yetən günləri,
Ay canım, sizləri deyib gəlmişəm…
Axaraq hicranın xoş axarında,
Ağrıya-acıya tuş axarında.
Vüsala yön alan baş axarında,
Ay canım,sizləri deyib gəlmişəm…
Gözlərim önündə hər yol,hər yolaq,
Köksümdə yanqısı hey qalaq-qalaq…
Yığışın keçmişi bir yada salaq,
Ay canım, sizləri deyib gəlmişəm…
Min istək boy verir yenə başımda,
Atıb lövbərini kiprik-qaşımda…
Talıboğlu dönməz ahıl yaşında,
Ay canım, sizləri deyib gəlmişəm…
09.08.2024.
Müəllif: ƏLƏSGƏR TALIBOĞLU
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru