
İlahi,qəbul et ibadətləri
Dumanla, buludla, qarla, yağışla
Göndər bu torpağa ruzi, bərəkət.
Biz sənin qulunuq, bizi bağışla,
Allah, sənə şükür, şeytana lənət.
Pislərin yerınə mən utanıram,
Yola ver, bizləri payızla, yazla.
Yenə huzuruna gəlmişik tanrım,
Bu səfər ayında oruc- namazla.
Bu həyat tükənsə, bu ömür bitsə,
Saleh əməllərə bük orucunu.
Bütün ömür boyi ibadət etsək,
Biz verə bilmərik yenə borcunu.
Ruhumuz yaşadır səni canında,
Bir gün hüzurdayıq, bir gün toydayıq.
Böyüksən, hamımız sənin yanında
Balaca südəmər uşaq boydayıq.
Yaşasın müqəddəs, el adətləri,
Onları qoruyaq, biz də sağ olaq.
İlahi qəbul et ibadətləri,
Axirət günündə üzü-ağ olaq.
Müəllif: Şahin Həmidi
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru