FREYD VƏ YUNQUN “EGO” ANLAYIŞI

FREYD VƏ YUNQUN “EGO” ANLAYIŞI
Eqo anlayışı həm Karl Yunqun, həm də Freydin psixologiyasında mərkəzi rol oynamışdır, lakin iki mütəfəkkir bu anlayışq tamamilə fərqli yanaşırdılar. Freyd, psixologiyasında eqo id və supereqo ilə yanaşı psixikanın bir hissəsidir. Freyd eqoya ilkin arzularımız (id) və mənəvi vicdanımız (supereqo) arasında vasitəçilik edən rasional hissə kimi baxırdı. Bu daxili ziddiyyətləri tarazlaşdırmaqla bizə reallığı idarə etməyə kömək edir.
Digər tərəfdən, sonradan öz nəzəriyyələrini inkişaf etdirən Freydin tələbəsi olan Karl Yunq eqonu başqa cür görürdü. Yunq üçün eqo şüurlu şüurumuzun mərkəzidir. O, özümüzü necə qavradığımızı və dünya ilə qarşılıqlı əlaqəmizi formalaşdıran şəxsiyyət və şəxsi davamlılıq hissimizi təmsil edir. Freyd eqonun daim təzyiq altında olduğuna inanırdı, id tələblərini, supereqonun gözləntilərini və xarici dünyanın reallıqlarını idarə etməyə çalışır. Bu, tez-tez daxili münaqişələrə və narahatlığa səbəb olur. Bununla belə, Yunq, eqonun daimi münaqişəyə girdiyini görməmiş, bunun əvəzinə eqonun həm şüurlu, həm də şüursuz zehni özündə birləşdirən psixikanın yalnız bir hissəsi olduğuna inanmışdır. O, şəxsi inkişafa və özünüdərkə nail olmaq üçün şüursuzluğu eqo ilə birləşdirməyin vacibliyini vurğulamışdır.
Freyd daxili konfliktin idarə edilməsində eqonun roluna diqqət yetirərkən, Yunq bunu bizim özünü həyata keçirmə yolunda səyahətimizin zəruri hissəsi kimi görürdü. Əslində Freydin eqosu vasitəçi, Yunqun eqosu isə şüurun lövbəridir. Hər iki perspektiv insan psixologiyasının mürəkkəb təbiəti haqqında dəyərli fikirlər təklif edir.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nazira BOYMURODOVA – Geceleri ağlıyorum…

“O’ZBEGIM” MILLI PLATFORMASI TAKDIM EDİYOR: Kırım Tatarları Özbekistanda mutlu ve mesut yaşıyorlar ama..

KIRIM’DA SOYDAŞIM AĞLIYOR
GAZZE’DE DİNDAŞIM AĞLIYOR

Bazen dünyaya, bazen de etrafıma bakıyor ve düşünüyorum. Her şey güzel yolunda gibi görünüyor. Yediğimiz önümüzde, yemediğimiz arkamızda. Düğünler, partiler yapıyoruz. Mutluluğumuzu göstermek için özel neyimiz varsa sosyal medyada paylaşıyoruz.

Bazen kendimi çok suçluyorum. Dünyada, yanı başımda bu kadar mutlu insan varken ben neden mutsuzum? Yoksa şükürsüz müyüm?

Aslında bir Türk, bir Müslüman komşusu açken uyuyamazdı. Soydaşı kan ağlarken asla gülemezdi. Ben böyle biliyordum. Yoksa kurallar değişti de ben mi habersiz kaldım?

NİYE MUTLU OLAMIYORUM?

Geceleri ağlıyorum
Gündüzleri düşünüyorum
Niye mutlu olamıyorum?

İnsanlar havalarda
Sevinçler tavanlarda
Oysa ben neden gülemiyorum?

Kırım’da soydaşım ağlıyor
Gazze’de dindaşım ağlıyor
Ben de suskun kalamıyorum.

Türklüğe soykırım var
Mertliğe soykırım var
Lâkin yardım edemiyorum?

Koptumu kan bağlar
Müslüman -Türk ağlar
İmdadına koşamıyorum.

Ormanları yakıyorlar
Vicdanları sızlatıyorlar
Maalesef engel olamıyorum.

Gözümüz mü yağlandı?
Kalbimiz mi karardı?
Gerçekleri neden göremiyoruz?

Sesimiz çıkmıyor
Zulümler bitmiyor
İnsanlık mı öldü, bilemiyorum?

Beyinler sorumsuz
Sorular yorumsuz
Cevabını a-la-mı-yo-rum.

Nazira BOYMURODOVA,

7.09.2024, 08:41
Karpuzlu,Tekeler, Aydın

YAZAR: Nazira BOYMURODOVA

“O’ZBEGIM” MILLI PLATFORMASI

NAZİRA BOYMURODOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Lalə İsmayıl – İndi də sən məni dinlə…


İndi də sən məni dinlə

(M.Ə.Sabirə)

Aç kitabı, bu dünyanın dərsinə bax,
Dağ əriyib, yaylağı aran qoxuyur.
İndi zəmanə dəyişib tərsinə, bax..
Şeyxi şərab, alkaşı Quran oxuyur.

Cüt qapazı endirir ” tarab” başına,
Min yol ilə toplayır xarab başına,
İlmə – ilmə millətin corab başına,
Yun əyirib, cəhrəsin quran, toxuyur.

Zamanə də işləyir şər lehnə qağa,
Kitab qələm kar etməyir zehnə qağa,
İndi yaman mod olubdur səhnə qağa,
Ayaq tutub, yerindən duran oxuyur.

Görsə dürüst, həmən deyər “əqli naxoş”,
Əxlaqa “yersizdi” deyır, ismətə “boş”,
Get- gedə lap aşıb-daşır qeyrəti xoş,
Adın yazıb, ənsəyə vuran oxuyur.

Yurd talanır, yanmayır bədbəxt halına,
Ac gözünü zilləyib xalqın malına,
Qan pulunu gizlədib, keçir dalına,
Göy zəli tək damardan soran oxuyur.

Az giley et, süz qədəhi, çək başına,
İç qəmini, aç acını yaz daşına,
Lalə, niyə qəm çəkirsən boş boşuna?
Ritmi tutub, çırtmasın vuran oxuyur.


Müəllif: Lalə İsmayıl,

Mirvarid Dilbazi Poeziya Məclisi İB idarə heyətinin üzvü, yazar

LALƏ İSMAYILIN YAZILARI

VAQİF OSMANLININ YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Milli Kitabxanada “Professor İlham Rəhimli” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Professor İlham Rəhimli” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

Azərbaycan teatrşünas-tənqidçi, jurnalist, Azərbaycanın əməkdar incəsənət xadimi professor İlham Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun Malbinəsi kəndində doğulub.

Professor İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir. Müxtəlif sənətkarlara həsr olunan, onların ömür və yaradıcılıq yollarını əks etdirən, müxtəlif Azərbaycan teatrlarının tarixi haqda yüzdən çox sanballı əsərlərin müəllifidir.

Onun “Sənət vurğunu”, “Səyavuş Aslan”, “Aktyora oxşamayan adam”, “Kəsişən paralellər”, “Barat Şəkinskaya”, “Səhnə sehrinin sirdaşı”, “Yaşadan əbədi Yaşar” və digər əsərləri xüsusi əhəmiyyətə malikdir.

Milli Kitabxanada Azərbaycan teatrının yorulmaz tədqiqatçısı, teatrşünas, publisist, Əməkdar incəsənət xadimi İlham Rəhimlinin 75 illik yubileyi ilə əlaqədar “Professor İlham Rəhimli” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə müəllifi olduğu əsərlər, tərcümələri, rəyçi, tərtibçi, ön söz və redaktə etdiyi kitablar, həyat və yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Mənbə və Ətraflı:

https://www.millikitabxana.az/news/professor-ilham-rehimli

Azərbaycan Milli Kitabxanası

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şanlı Zəfədən sonra Şuşada ilk toy baş tutub.

Şuşada toy

Şanlı Zəfədən sonra Şuşada ilk toy baş tutub. Bəy Qazi Elmir Məmmədlidir. Bundan sonra Şuşada ancaq xeyir işlər olacaq. Toy, nişan, bayramlar. 32 ildən sonra. Şükür bu günə. Şəhidlərimizi unutmuruq. Allah hamısına rəhmət etsin. Allah gəncləri xoşbəxt eləsin.

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SAÇIN HƏSRƏTİN ORDUSU

SAÇIN HƏSRƏTİN ORDUSU

Saçın həsrətin ordusu,
Mən yalqızam Hüseyn kimi.
Öldürüb məşhur eyləmə,
Yaşat məni cunun kimi.

Dəli ümidin Zəhrası
Mənim köməyimə gəlməz.
Qoca Məcnunun duası
Mənim diləyimə gəlməz.

Sən dünyanın Yusif üzü,
Mən sənin Əliəkbərin.
Sənin yerin göyün üzü,
Mən sənin “İman” şəhərin.

Neyləyim ki, qaşın kimi
O Züffüqarına tuşam.
Neyləyim ki, gözün kimi,
Meyxanə içrə sərxoşam.

Eşqim nuri – Xudadandır,
Dizim üstə yatır Fərhad.
Məktəbimdə dərs verməyə
Gəlmiş Əli kimi ustad!

MÜƏLLİF: XANLAR HƏMİD

XANLAR HƏMİDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ən ədalətli hökm

OĞRUDAN DOĞRU DƏRS

Bir dəfə Çində bir adam o qədər ac və yorğun idi ki, dayana bilmir və bir armud oğurladı.
Onu tutdular və cəzalandırımaq üçün imperatorun yanına gətirdilər. Oğru İmperatoru görəndə ona dedi;
“Hörmətli hökmdarım, çox ac idim.
Dözə bilmədim, oğurladım və yedim. Sizə yalvarıram, məni bağışlayın. Əgər məni bağışlasanız sizə əvəzolunmaz bir hədiyyəm olacaq “dedi.
İmperator ağzını əyərək;
“Sizin kimi birində əvəzolunmaz nə ola bilər ki?”-deyir.
Oğru ovucunun içərisinəki armud tumlarını uzadır və
“Bu tumları əksəniz bir gün ərzində qızıl meyvələr verən bir ağacın çiçəkləndiyini görəcəksəniz.”
İmperator güldü və Dedi:
“O zaman buyur ək. Qızıl meyvələri görəndə səni bağışlayıram”.
Yoxsul adam;
“Hökmdarım, oğru olduğum üçün bu toxumu mən əkə bilmərəm. Bu toxumu ömrümdə heç vaxt oğurluq etməyən, başqalarına heç vaxt haqsızlıq etməmiş, yalan danışmamış bir kimsə ancaq əkə bilər. Toxum ancaq o zaman öz təsirini göstərər, əks halda ona əkəni zəhərləyər, dayanılmaz ağrılarla öldürər. Sultanım, yalnız bu toxum siz əkə bilərsiniz. “

İmperator ürkdü,bir müddət düşündü, sonra da kəskin səs tonuyla;
“Mən bağban deyiləm, imperatoram, bu toxumu vəzirə verin və qızıl meyvələri görək.” dedi ..
Yoxsul kişi toxumu vəzirə təhvil verəndə baş vəzir tələsik İmperatora tərəf çevrildi və etiraz etdi.
“Mən əkin biçin işlərinə çox bacarıqsızam, sehrli toxumu israf edərəm.Məncə bu toxumu xəzinədar əksin.
Xəzinədar dərhal bir bəhanə tapdı və bu vəzifəni başqasına təhvil verdi.
Orada olanların hamısı sudan bəhanələrlə toxum səpmək vəzifəsindən bir-bir imtina etdilər.
Sonra İmperator bir müddət sükut içində düşündü. Başı aşağı Vəzirin, Xəzinədarın və bütün məmurlara baxdı;
“Gəlin bu oğru bağbanına toxumun necə qızıl meyvə verdiyini hamımızı bir yerdə göstərək. dedi.
Cibindən bir qızıl pul çıxartdı və kasıb kişiyə atdı.
Hamı da ardıcıl olaraq ciblərindən qızıl pul çıxarıb ona verdi.
Sonra gülürək imperator yoxsul adama;
“İndi isə çıx get buradan, bu dərs bu günlük hamımız üçün bəs etdi.” dedi ..
Bəs indiki dünyamızda bu toxumu əkə biləcək xüsusiyyətlərə malik insan qalıbmı ətrafınızda tanldıqlarınızdan?

Mənbə: İbrətamiz əhvalatlar

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru