RUS DİLİNİN MOZAİKASI Bəziləri rus dilində türk mənşəli sözlərin bolluğunu nəzərdə tutaraq, bu iki dilin mənşəcə eyni olduğunu yazırlar. Bu, əlbəttə, diletant yanaşmadır. Hansısa dilin lüğət tərkibində əcnəbi sözlərin çoxluğu heç də onların bir-birindən “əmələ gəldiyini” deməyə əsas vermir. Ona qalmış türkcədə də kifayət qədər ərəb və fars sözləri vardır. Amma türk və ərəb, yaxud rus və türk dilləri tamamilə fərqli dil qrupu və dil ailələrinə mənsubdur. İş orasındadır ki, tarixi və coğrafi şərait dillərin bir-biri ilə söz “alış-verişinə” daim təkan vermiş, əsaslı rol oynamışdır. Bu mənada hər bir dil kimi rus dili də digər dillərin təsiri nəticəsində daha da zənginləşmişdir. Elə söhbət də bu məsələ haqqındadır. ARBUZ- QARPIZ. Bu, türk mənşəli sözdür. Rus dilindəki “arbuz” (qarpız) türk kökənli sözdür. Rus dilçiləri də bunu vurğulayır. Русское название арбуз получил от тюркского слова χarbuz/karpuz Arbuz, daha doğrusu qarpız sözü qar və buz sözlərinin birləşməsindən yaranıb. PERO.Ona lələk də deyirlər. Latın mənşəli sözdür. Перо происходит от латинского слова penna или pinna, что означает «перо». Первые перья изготавливались из длинных перьев, заостренных для удержания чернил. PASPORT (kimlik) latın mənşəli sözdür. passaporto от лат. passer — проходить и port (порт) — ранее так называлось письменное разрешение на переход или «выход из порта») — государственный документ, удостоверяющий личность и гражданство владельца при пересечении границ государств и пребывании за границей. KUKURUZ (qarğıdalı).Bəzi alimlər sözün mənşəyinin rumınca olduğunu bildirir. Bu sözü türk mənşəli hesab edənlər də az deyildir. Вполне вероятно, что слово заимствовано из румынского языка и переводится как «еловая шишка». Некоторые исследователи считают, что у кукурузы турецкие корни – «кокороз» означает «высокое растение». KARTOFEL (kartof). Kartof italyan mənşəli sözdür. Русское слово «картофель» произошло от нем. Kartoffel, которое, в свою очередь, произошло от итал. tartufo, tartufolo — трюфель. Существует также разговорная форма «картошка». DED (baba) latış, BABUŞKA (nənə) yunan, TYOTYA (bibi və ya xala) türk mənşəli sözlərdir. Родственно латышск. dè̯ds «старик, чучело», dẽdêt, dẽ̯du, dẽdēju «чахнуть, слабеть телом», греч. τήθη «бабушка», τηθίς «тетка», θεῖος «дядя», θείᾱ «тетка» (из *θήιος, *θήιᾱ). Вероятно, слово детского языка, подобно та́та, тя́тя, тётя, а также тур., чагат. TSVETOK (çiçək) yunan mənşəli sözdür. цветки́, лат. flos, -oris, др. -греч. ἄνθος, -ου) — система органов семенного размножения цветковых (покрытосеменных) растений. MALIY və MALÇİK (uşaq) yəhudi mənşəli sözdür. малый, и μῶλυς образованы от древнееврейского “мэл’А” (מלאה – утомлённый, утомительный, изнурённый). Именно отсюда происходят разноязычные слова, называющие измельчение, уменьшение, ослабление, мягкость, нежность, болезнь и зло. ŞKOLA (məktəb) yunan əsilli sözdür. Amma əvvəllər bu söz tamamilə ayrı bir məna kəsb etmişdir. Belə ki, sözün ilkin mənası söhbət etmək, həm də dərin məzmunlu söhbət etmək mənasında işlənmişdir. Слово «школа» первоначально возникло в Древней Греции, но его значение было совсем другим — «досуг, отдых». Однако этот досуг не был праздным — он подразумевал философские беседы в свободное от работы время. Постепенно у философов появились постоянные ученики, и это понятие стало обозначать учебный процесс. AKADEMİYA Akademiya sözü də yunanlardan götürülüb. İlk dövrlərdə bu ifadə məşhur yunan filosofu Platonun yaratdığı məktəbin adı ilə bağlı idi. Словом «академия» именовалась философская школа, которая была основана Платоном в 387 году до н. э. и располагалась в одноимённом саду (священная оливковая роща) около города Афины. Местность была так названа в честь мифического героя Академа (Ἀκάδημος). KNİQA (kitab). Bu sözün mənşəyi haqda fikirlər müxtəlifdir. Onu çin mənşəli hesab edənlər də var, türk mənşəli yazanlar da. Наиболее вероятные версии происхождения праславянского слова kъniga: восходит от древне-тюркско *küinig, дунайско-болгарское *küiniv (уйгурское kuin, kuinbitig) к китайскому küen — «свиток»; исконное сложение префиксального *kъn- и корня *ig- < jug (ieug-) «соединять, связывать», то есть «скреплённые листы». TETRAD (dəftər) yunan mənşəli sözdür. Тетра́дь (от греч. τετράδιον — четвёртая часть листа, от др. -греч. τέτρα — «четыре») — печатный или письменный носитель информации, состоящий из листов бумаги, согнутых пополам и переплетённых в месте сгиба нитками или скобами. P.S Qəribədir, mənim pulsuz apardığım maarifçilik işi kiməsə xoş gəlmir. Bəs Sizə..?
Bilmirəm indi bunu xatırlamaq kimə gərəkdir və nə əhəmiyyəti var?.. O, mənim sevgilim, dostum deyildi, heç qohumum da deyil… Yəqin ki, o oğlan məni indi görsə tanımaz, tanımaz bir az böyük çıxır, heç kim olduğumu xatırlamaz. Amma gülüşü indiki kimi yadımdadır, qəribə bir gülüş idi. Təbəssümü dodaqlarından başlayıb bütün sifətinə yayılırdı. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey… Onu bu müddət ərzində bir neçə dəfə xatırlamışam. Bir dəfə Bakıya ilk gəlişim haqqında hekayə yazanda, bir-iki dəfə də şəhərə ilk gəldiyimdə yaşadığım yerlərdən keçəndə. Hər dəfə də xatırlayan kimi həmişəki mənasız, bir qəpiklik əhəmiyyəti olmayan sual yenə də beynimi tıqqıldadır: görəsən, onun adı nə idi? Əhməd, Cəmil, Murad? Bəzən o köhnə yerlərdən keçəndə adını xatırlamağa çalışsam da, heç nə alınmır. Səsin görüntüsü yoxdur axı göz yaddaşında ilişib qalsın. Əslində heç fərqi də yoxdur. Guya nə anlamı var ki… Amma, hər halda, adı var idi axı. Özü də dəfələrlə yanımda səsləndirmişdi. İndi yay tətilindəyəm, boş vaxt tapan kimi, daha doğrusu, darıxdığımdan klavyaturanın qarşısına keçib nələrsə yazmağa çalışıram. Yəqin ki, siz məndən yaxşı bilərsiz yazmağa ki, başladın keçmişə qayıtmamaq mümkün deyil. O gün şəhərin küçələrində xeyli gəzişdim. Pis çıxmasa belə deyərdim ki, o ki var avaralandım. Köhnə qəbiristanlıq yerindən keçəndə onu xatırladım. Qəbiristanlıq sözünü işlətdim deyə birdən elə bilərsiniz ki, söhbət dünyasını dəyişmiş birindən gedir. Əsla elə deyil. Söz açdığım adam yəqin ki, sağdır. Ona görə yəqin ki, deyirəm ki, qəfil ölüm- itimləri, qəzaları nəzərə almasaq və yaşını hesablasaq güman ki, sağdır, haralardasa yaşayır. Demək Bakıya təzə gəldiyim vaxtlardır. Təzə deyəndə lap dəqiqi hardasa 20 gün olar. Ta Bakını necə görmüşəm, şəhər ilk dəfə gözümdə necə şəkillənib, hansı hissləri keçirmişəm, nələri düşünmüşəm bunu yazıb başınızı çox ağrıtmaq istəmirəm. Həm çox uzunçuluq olar, həm də ilin-günün bu çağında, camaatın heç real olana tablaşmadığı bir vaxtda niyə sentimentallıq edim ki?.. Demək, Bakıya gəlib ata ocağı kimi şəhərdə ən yaxın qohum sayılan, ərk yeri olan xalaqızıgilin evinə sığınmışam. Universitetə qəbul imtahanı verməliyəm. Mənim zamanımda Bakının yeganə universitetində oxumaq hamının arzusuydu, indi bilmirəm, deyəsən adiləşib. Həm də indi universitetlər də çoxalıb, o vaxtlar institut adlanan ali məktəblər indi universitet adlanır. Nə isə, həm ali məktəbə qəbul olunmaq, həm də şəhərdə yaşamaq istəyim olduqca böyükdür. Şəhərdə yaşamaq arzumdan da yazmıram, yazsam xeyli vaxt aparar, odur ki, bu dəfə onun üstündən də keçirəm. Nə isə mətləbə keçim, ta söhbəti uzadıb sizi bezdirməyim… Axşam xalaqızıgildə səhər imtahana getmək məsələmi, daha doğrusu, universitet yolunu necə getmək məsələmi xeyli müzakirə etdikdən sonra ümumilikdə qərara alırıq ki, sabah imtahana özüm tək gedəcəm. Əslində, bu qərara səs verməyən də var. Xalaqızının əri belə fikirləşir ki, tək getsəm yolda azıb qala bilərəm, şəhər də qazan kimi qaynayır, hər cür adamla doludur, ağıllısı var, axmağı var. Mən isə 3-4 dəfə universitetə getdiyimdən ürəklənmişəm və dönə-dönə israr edirəm ki, gedərəm, özü də lap rahatca gedərəm, yəni mənə görə işinizdən qalmayın. Nə var ki, avtobusun nömrəsini bilirəm, sonuncu dayanacaq universitetin qarşısıdır. Universitet də orda, düz Elmlər Akademiyası metrosunun yanındadır. Nə çətin işdir ki? Qayıdanda yolu əks tərəfə keçib yenə həmin avtobusa minirəm, gəlib ağ darvazalı köhnə zavodu keçib düşürəm. Vəssəlam! Şəhərə gələndən ağ darvazalı zavod nişangah yerimdir. Köhnə, mazut iyi verən zavoddur. Mağazaya, dükan -bazara gedəndə ağ darvazasını tapıram, vəssəlam. Ağ darvazalı zavod yerindədirsə, adam şəhərdə niyə azsın ki?.. Adətən öz sözünün üstündə durmağa israrlı olan, adamlarla həmişə bir ton yuxarıdan danışmağı sevən xalaqızının ərini birtəhər razı salırıq. Amma burasını da deyim ki, xalaqızının ərinin bir ton yuxarıdan danışmağa haqqı da var. Qohum- əqrabadan kənddən kim şəhərə gəlirsə ona tapşırırlar. Yəni o vaxt tapşırardılar, söhbətin əlbəttə indiyə dəxli yoxdur. Həm də tərsliynə baxmayaraq yaxşı adamdır. O ki, deyirlər hər nəslin bir hörmətlisi, ağsaqqalı olur, bax bu da onlardandır. Şəhərə üz tutan evsizlərin, köməksizlərin pənahıdır, kəndə gələndə qohumlar başına dolanırlar, hərə bir tərəfə çəkir. Nə isə, bu mövzunu da qoyaq bir kənara… Bayaq dedim axı universitetə artıq üçüncü dəfədir ki, gedirəm. İki imtahanı verib yaxşı qiymət almışam, indi üçüncüdür, bundan sonra daha biri qalıb. Bizim dövrümüzdə ali məktəbə 4 imtahan verirdilər, ballar toplanırdı, sonra ümumi müsabiqə olurdu. Kim çox bal toplayırdısa, o qəbul olunurdu, qalanlar ümidlərini gələn ilə bağlayırdılar. Səhər evdən çıxanda xalaqızının əri sonuncu sözünü deyir: -Bax ha, diqqətli ol ki, azıb qalmayasan. Mən də qətiyyətlə söz verirəm ki, arxayın ol, azmaram. Evin qarşısındakı dayanacaqda şad-xürrəm avtobusa minib düz universitetin qarşısında düşürəm. İmtahandan çıxan kimi universitetin həyətinə toplaşan adamlar başıma yığışır. Yerbəyerdən suallar yağdırırlar:
-Nə oldu, necə oldu, nə soruşdular? Məmmədov İlqarı gördünmü? Bizim qızı necə? Əliyev Kənan neynirdi? Adamların aşırı canfəşanlığına həmişə gülməyim gəlib, indi də ürəyimdə gülürəm. Elə bil uzun müddət yatıb həbsxanadan çıxmışam bunlar da məndən otaq yoldaşlarımı soruşurlar. Nə isə, birtəhər onlardan qurtulub yolu əks istiqamətə keçərək doğma avtobusumu tapıram. Yerimi rahatlayaraq başımı aynaya söykəyib xəyala dalıram. İmtahanı yaxşı versəm də, istədiyim qiyməti ala bilməmişəm. Mən 5 gözləyirdim. İmtahn götürən qara, enlisifət qadın hər vəhclə qiymətimi kəsməyə çalışırdı və sonda elə də etdi. Bu an, yəni söhbət o andan gedir, ona nifrət edirəm, ta bağışlayın məni, hələ ürəyimdə yüngülcə söyürəm də. Hərçənd ki, ömrümdə dilimə söyüş gətirmərəm. Sonralar, mənə dərs deyəndə də onunla ulduzum barışmadı, bir-birimizə nifrət edə-edə 4 ili başa vurduq. Başımı avtobusun aynasına söykəyib düşünürəm ki, əgər o biri imtahandan da 4 alsam yəqin ki, müsabiqədən keçməyim çətin olacaq. Amma necə olursa- olsun şəhərdə qalacağam, ölsəm də kəndə qayıdan deyiləm. Belə bir az yekəxanalıq kimi çıxmasın, o kəndə sığışmıram, darıxıram orda. Ora mənlik deyil. Qəbul olunmasam, işə düzəlib işləyərəm, gələn il sənədlərimi yenidən verərəm. Gələn il də alınmasa o biri il. Dünya dağılmayıb ki?.. Burasını da deyim ki, inadkarlıq cəhətdən zəif deyiləm. Bir şey beynimə düşdüsə əl çəkmirəm. Beləcə xeyli yol gəlirəm və birdən ayılıram. Baxıram ki, avtobus mənə tanış olmayan binaların arasıyla şütüyür. Tez qabağa keçib sürücüdən ağ darvazalı zavodu soruşuram, sürücü sürəti azaltmadan arın-arxayın tüklü üzünü qaşıyır, tələsmədən bildirir: -Sən oranı çoxdan keçib getmisən, burda düş geri qayıt, iki dayanacaq geri qayıtmalısan. Sürücü səbrlə izah edə-edə yolu bir xeyli də ötüb keçir. Xalaqızının ərinin sözlərini xatırlayıram: “Diqqətli ol ki, azıb qalmayasan”. Avtobusdan düşüb özümü tarazlayıram və yolun kənarıyla geri qayıdıram. Böyük, enli yoldur, maşınlar ara vermədən şütüyür. Kənarda bir adamlıq səki var, bəzi döngələrdə o da bitir, yox olur. Görünür, bu yolla ancaq maşınlar hərəkət edir. Az qala divara sürtünə -sürtünə yeriyirəm. Əhlikef sürücülərin bəziləri sürəti azaldaraq dilxoşluq edir, başlarını pəncədən çıxarıb mənə sataşırlar. O zaman dəbdəydi belə şeylər. Bilmirəm, indi də küçədə qızlara sataşırlarmı? Sataşsalar da daha yəqin ki, məzmun dəyişib. O zaman başqaydı…Məsələn, iri zil maşından biri başını çıxardıb irişir: “gözəlsən e gözəl”, “bəh-bəh incəbel gözəl piyada gedir”. Başqa birisi: “sənə əziyyət olar piyada getmək, gəl gedək” və yaxud “asta yeri, ayağını daş əzər” və s. və ilaxır. Bir tərəfdən ünvanı tapa bilməmək qorxusu, həyəcan, sürücülərin atmacaları, bir tərəfdən də isti… Əməlli- başlı tərləmişəm, paltarım bədənimə yapışıb. Xeyli piyada yol gedirəm, az qala küçənin başına çatıram. Amma mənim axtardığım ağ darvazalı zavod yerində yoxdur. Əgər o zavod tapılmasa, axtardığım ev dünyasında tapılan deyil! Buralarda olmalıydı axı… Elə bil heç yerli-dibli olmayıb. Nə qədər baş sındırıram istiqaməti düz tuta bilmirəm. Küçədə bir nəfər adam da yoxdur söz soruşmağa. Artıq özümdən şübhələnirəm. Bəlkə qayıdanda avtobusun nömrəsini düz oxumamışam, fikirli-fikirli qaçıb minmişəm. Özümü o ki, var danlayıram: “Axmaq, qanmaz, yaddaşsız! Hələ bu ağılla universitetdə oxumaq istəyirsən. Bir ünvanı yadında saxlaya bilmirsən. Monqol…” Daha irəli getmirəm, dayanıb gözləyirəm. Aha, qarşıdakı döngədən çıxan oğlan mənə tərəf gəlir. Gəlib çatanda düz qarşısında dayanıram, birbaşa yolunu kəsirəm. Ortabab, yaraşıqlı oğlandır, yəqin ki, məndən 5-6 yaş böyük olar. İndiki kimi yadımdadır, əynində ağ köynək var, yuxarıdan 3 düyməsi açıqdır. Qollarını yarıya qədər çırmalayıb. Qara şalvar geyinib, hələ tuflisinin rəngi də yadımdadır. Ağıllı sifəti var, adam beləsindən nəsə pis hərəkət gözləmir. Bəlkə də Allah yetirib bunu mənə. Qırımımdan görür ki, sözlü adamam, dayanıb nə deyəcəyimi gözləyir. Birbaşa axtardığım ünvanı soruşub vəziyyəti başa salıram. Oğlan məni başdan-ayağa süzür, bir qədər duruxur, çətin bir riyazi məsələni həll edirmiş kimi fikirləşir, sözlərimi təkrarlayır: -Ağ qapılı zavod… Yanında balaca həyət evləri. Sonra o tərəf doğru istiqamət… Onun belə çox fikirləşməyinə görə ünvanı tapa bilməyəcəyindən qorxuram. Həm də qorxuram ki, birdən çıxıb gedər, tək qalaram bu çölü-biyabanda. Tez dillənirəm: -Balaca evlərdir, köhnə, bozarmış hasarları var, divarlardan üzümlər sallanıb. Oğlan diqqətlə üzümə baxıb gülümsünür. Təbəssümü çox qəribədir. Gülüşü dodaqlarından başlayıb bütün sifətinə yayılır. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey… Birdən qoluma toxunur. -Gedək, deyəsən tanıdım, irəlidədir. Sakitcə onun ardınca düşüb dabanbasma gedirəm. Oğlandan, daha doğrusu dabanından elə yapışmışam ki, indi lap dünyanın o başına da getsə ardınca gedəcəm, başqa əlacım yoxdur. Yol gedə-gedə durmadan ünvanı başa salıram:
-Ağ darvaza, iri çənlər, balaca həyət evləri… Oğlan məni ardınca çəkib aparır, bir adam güclə yeriyə bilən dar səki ilə gedirik. Yoldan ötən maşınlar bu dəfə vıyıltı ilə yanımızdan keçib gedirlər. Küçənin başına kimi gedirik. Ağ darvazadan bir nişan yoxdur ki, yoxdur! Nəfəsimizi dərib yenidən irəliləyirik. Nəhayət uzaqdan zavod görünür. Başı göyə ucalan enli, qara turbaları da var. İrəli keçib addımlarımı yeyinlədirəm. Oğlan da arxamca gəlir. Zavodun qarşısına çatırıq. Yox, bunun qapısı ağ deyilmiş, boz mavi rəngdədir. Oğlan bildirir ki, bu ərazidə bir neçə zavod var. Köhnə neftayırma zavodlarıdır, hamısı da bir-birinə bənzəyir. Küçəni o biri üzə keçməli oluruq. Yolu keçəndə oğlan əlimdən bərk- bərk yapışır, məni maşınlardan qoruyur. Ürəyimə heç nə gətirmirəm. Eləcə dost kimi himayədar kimi əlimdən tutub. Küçənin o üzündə əlimi geri dartıram. Deyəsən xoşuna gəlmir, amma etiraz da eləmir. Tərslikdən hava dəhşət istidir, sanki göydən od yağır, həm də çox yorulmuşuq. Bir qədər aralıda altında köhnə taxta oturacaq olan yaşıl yarpaqlı ağac görünür. Oğlan bu dəfə qolumdan tutub ağaca tərəf çəkir. Bu yerdə ağlıma xoşagəlməyən fikirlər gəlir. Nə qədər olmasa tanımadığım adamdır. Amma etiraz da edəmmirəm. Ağacın kölgəsindəki ensiz balaca oturacaqda diz-dizə söykənib əyləşirik. Diz-dizə əyləşməyimdən bir qədər narahat oluram. Bir tərəfdən də oğlan oğrun-oğrun məni süzür, sıxılıram. Nəfəsimizi dərib sərinlənirik. Oğlan ehmalca əlimi ovcuna alır. Bu dəfə sərt hərəkətlə əlimi geri çəkirəm və qaşqabaımı töküb ayağa qalxıram. Oğlan da ciddiləşir: -Bəlkə yaxşı fikirləşəsən, başqa nə vardı evinizin yaxınlığında? Daha heç nəyi yadıma sala bilmirəm. Ağlamaq istəyirəm. Yenidən bərabər addımlayırıq. İkimiz də susmuşuq. Oğlan qaşqabaqlı görünür, məndən irəli düşüb gedir. Üzünü mənə çevirmədən soruşur: -Sənin adın nədir? Adımı söyləyirəm. Sonra o adını deyir: Əhməd, Cəmil, Murad… Nəsə anlaya bilmirəm. Bir tərəfdən külək başlayıb, o biri tərəfdən sanki qulaqlarım tutulub. İrəlidə köhnə bir qəbiristanlıq görünür. Yadıma düşür ki, bu qəbiristanlığın yanından bir-iki dəfə keçmişəm. Sevindiyimdən az qalıram qaçıb köhnə başdaşlarını qucaqlayım. -Görmüşəm, bu qəbiristanlığı görmüşəm, buradan keçmişəm, ev o biri üzdədir -ucadan dillənirəm. Oğlan da mənimlə bərabər sevinir, üzü işıqlanır. -Aha, görmüsənsə deməli buralardadır, indicə tapacağıq. Qəbiristanlığa tərəf yeriyirik. İri, xırda, düz, əyri başdaşları uzaqdan adamın üzünə dirənir. Başdaşlarının bəziləri yerə yıxılıb, bəziləri yarıyıxılıdır. Amma məlum olur ki, qəbiristanlığın o biri küçəyə çıxışı yoxdur. Deyəsən, heç başqa yerə də çıxış yoxdur burdan… Oğlan barmaqlarını qatlayıb hesablayır, əməli başlı baş işlədir: -Deməli qəbiristanlığın o biri tərəfindən keçmisən, sonra geri qayıtmısan. Sonra… Bəs niyə tapa bilməyək axı? Əgər sən deyən yerdədirsə, elə buralarda olmalıydı. Qəbiristanılığın yanında bir qədər o tərəf -bu tərəfə fırlanırıq. Birdən qəbirlərin arsından yaşlı, arıq, beil əyilmiş bir kişi çıxır, daha doğrusu, peyda olur. Kim bilir, bəlkə də nə vaxtsa ölmüşdü elə indicə dirilib. Kişi iri, bulanıq gözlərini üzümüzə zilləyir sonra birdən biədəb söyüşlərlə bizi söyməyə başlayır: -Əxlaqsızlar, pozğunlar, dingildəşməyə sanki yer tapmırlar. Qəbiristanlığı xəlvət görüblər, gəlib burda görüşürlər. Sizin… Yaman pərt oluruq. Oğlan kişiyə yaxınlaşıb başa salmaq istəyir ki, məsələ o deyən kimi deyil. Kişi daha da qızışır, səsini ucaldır. Oğlan da əsəbləşib səsini qaldırır. Bu anda bir milis işçisi bizə yaxınlaşır. Bilmirəm bu adamsız küçədə o hardan çıxdı? Necə xəbər tutdu? Hələ də qaranlıqdır mənə. Kişi milisi görüb daha da bərkdən söylənir, haqqımızda, daha doğrusu oğlanın haqqında vəkalət qaldırır: -Sevgilisini yanına salıb bayaqdan burda yüz hoqqadan çıxır. Səhər-səhər də ikisini qovmuşam, indi də bunlar… Mənə bura nəzarət etməyi tapşırıblar, işimiz gücümüz budur, axşamacan adam qovuruq burdan. Əxlaq deyilən bir şey də olmalıdır axı… Milis oğlanı kənara çəkir. Burasını deməyi az qala unutmuşdum. O vaxtlar polisə milis deyirdilər, indi polis deyirlər. Nə isə, milis oğlanı kənara çəkir. Bəlkə də ikisi yaşıd olarlar. Amma burada milis hökmlüdür, hakimdir. Sualları o verir. -Adın nədir sənin? Oğlan əsəbi səslə, hirslə özünü təqdim edir: -Əhməd, Cəmil, Murad… Yenə də əməlli –başlı eşidə bilmirəm. Milis deyəsən bizi məntəqəyə aparmaq istəyir, az qalır ürəyim qırılıb yerə düşsün. Özüm də belə şeylərdə yaman qorxağam. Oğlan getmək istəmir. Əsəbləşir, əl- qolu ilə nə isə danışır, mübahisə edir, milisi başa salmağa çalışır, hərdən qoluna da girir. Kənara çəkilib danışırlar. Oğlan məni göstərib nə isə deyir, bəlkə də, məntəqəyə sonra gələcəyini bildirir. Deyəsən, sonda razılaşırlar. Gözücu qəbiristanlıq tərəfə baxıram. Kişi yoxa çıxıb, görünür “vəzifəsini” yerinə yetirib gözdən itib. Yenə də yanaşı yeriyirik. Oğlan xeyli pərt görünür, qaşlarını düyünləyib, dodaqlarını bir-birinə sıxıb. Yəqin ki, baş verənlər heysiyyətinə toxunub. Onun ürəyini almağa çalışıram. Bu boyda şəhərdə bu an təkcə güvənc yerim odur. Qəbiristanlıq gözətçisinin qarasınca söylənirəm, dinmir. Sonra milisin nə dediyini soruşuram, cavab vermir. Eləcə qaşqabaqlıdır. Üzündə tutqun kölgələr dolaşır. Bu saat razıyam əlimdən tutsun, istəyir heç buraxmasın, lap qoluma girsin. Təki bircə dəfə gülümsəsin. Qəsdən qolumu qoluna toxundururam, əhəmiyyət vermir. Bir qədər ondan irəli keçirəm, dayanıb üzünə gülümsünürəm, yenə də əhəmiyyət vermir. Özümü böyüklərin ciddiyə almadığı uşaq kimi hiss edirəm. Küsülü adamlar kimi yeriyirik. Bir qədər getdikdən sonra uzaqdan başqa bir zavod görünür. -Odur, oradır qışqırıram. Addımlarımızı yeyinlədirik. -Oradır, yüz faiz oradır, evimizi də görürəm. Oğlan da zavodu görür, rəngi açılır. Gülümsünür. Təbəssümü dodaqlarından başlanıb sifətinə yayılır. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey… Əlimdən tutur. Bu dəfə əlimi geri çəkmirəm, eləcə əl-ələ tutub gedirik. -O biri imtahanda gəlib səni özüm aparacam. Saat 9-da evin yanındakı dayanacaqda gözləyəcəm. Qayıdanda da özüm götürəcəm. Dinmirəm, bu an bütün diqqətimi irəlidəki görüntüyə vermişəm. Birdən zavodun qarşısında var-gəl edən xalaqızının ərini görürəm. Üz- gözündən hirsli və narahat olduğu görünür. Özümü itirirəm. Əlimi oğlanın əlindən çəksəm də artıq gecdir. Oğlan bir şey anlamır, əyilib qulağıma nəsə demək istəyir. Xalaqızının əri başımızın üstünü alır. Əvvəl mənə təpinir: -Bu vaxta kimi harda qalmısan? Bu oğlan kimdir belə?! -Azmışdım… Sonra oğlanın qarşısına keçir, qəzəblə onu süzür. Adın nədir sənin? -Əhməd, Cəmil, Murad… Həyəcandan yaxşı anlaya bilmirəm. -Bu qızı hardan tanıyırsan? -Yolu azmışdı, kömək etmək istədim. Xalaqızının əri kükrəyir. -Mənə gəlmə, mən səninçün dünənki uşaq deyiləm. Şəhərdə böyümüş adamam. Yolu azmışdı, ürəyin dözmədi qızın əlindən tutdun, əl-ələ verib gəlib buranı tapdınız… Az qalıram deyim ki, elədir, eləcə dediyin kimidir. Xalaqızının əri sakitləşmir: -Bu qızı yiyəsiz görmüsən? Ürəyim bərk-bərk döyünür. Şəhərdə qalmaq, yerləşmək ərəfəsində xalaqızının ərinin yanında inamını itirmək də az iş deyil. Hələ bunun kəndə xəbər çatmağı, hökm çıxarılmaq filan da ola bilər. Az qalıram havalanım. Xalaqızının əri oğlanın yaxasından yapışır. Sifəti o qədər qəzəblidir ki, kənardan üz-gözü əyilmiş görünür, baxmağa qorxuram. Gözlərimi yumuram. Nə isə tıqqıltı, xışıltı, sillə səsləri eşidirəm. Lap hind filmlərindəki kimi… Düşünürəm ki, dəhşətli davanın ortasında oğlan qəflətən irəli atılıb xalaqızının ərinin yaxasından yapışacaq, qaldırıb yerə çırpacaq. Film davam edəcək. Sonra oğlan mənim əlimdən tutur, kaskadyorlar kimi divarın o üzünə atılırıq. Çıxıb gedirik dünyanın o biri üzünə. Gözlərimi açıram. Sakitlikdir, üzü-üzə dayanıblar. İkisinin də paltarı əzik-üzük və tozludur. Oğlan gözlənilmədən xalaqızının ərinin qarşısına keçir: -Bağışlayın, üzr istəyirəm. Təsadüfən belə alındı…Üzr istəyirəm. Oğlan özünü nədəsə günahkar bilir, yaxud da xalaqızının ərini yumşaltmaq istəyir. Bəlkə də məni düşünür, vəziyyətdən çıxartmağa çalışır. Hərçənd ki, bu versiya sonralar ağlıma gəlib. Deyəsən xalaqızının əri də xeyli yumşalıb. İrəli düşüb evə tərəf gedir və mənə əmr edir: -Gəl ardımca! Dönüb gözucu oğlana baxıram. Oğlan yolu o biri üzə keçməyə hazırlaşır. Son anda baxışırıq. O, yenə də gülümsünür. Gülüşü dodaqlarından sifətinə yayılır, dünyaya ərk etmək, yaxud da meydan oxumaq, günəşə baxıb gülümsəmək kimi bir şey… Anidən mənə əl edir və uzaqlaşaraq gözdən itir. Mən onu bir daha görmürəm. Bu hadisədən sonra bir müddət onu xatırlayıram, Ağ darvazalı zavodun qarşısından, evin yaxınlığındakı dayanacaqdan keçəndə gözüm axtarır. Hələ deyəsən bir müddət fikir çəkib qüssələnirəm də. Sonra tamamilə unuduram. Amma hərdən yaddaşımın hansısa küncünə qonmuş, artıq çoxdan toz basmış, lazımsız, dəbdən düşmüş lent kimi kənara atılmış o hadisəni xatırlayanda yenə də ağlımdan mənasız bir fikir keçir: görəsən o oğlanın adı nə idi? Əhməd, Cəmil, Murad?
Bəşər tarixinin yaranması haqqında polemik fikirlər biri-birini təkzib edərək nəticəsiz sonluq almışdır.Sonda onun insanlar tərəfindən dərkolunmayan, Tanrı qüvvəsi tərəfindən yarandığı qəbul edilmişdir. Nitqin yaranması haqqında olan düşüncələr də mübahisəli və nəticəsiz olaraq qalmışdır.Yenə də Tanrı sirri… Həqiqətən sözlərin Tanrı ilə əlaqəsi mütləqdir.Əgər biz bu fikirlərə idealizmdən fərqli olaraq metafizik nəzərlə baxsaq, sözlərin Tanrı tərəfindən yaranmasını deyil, məhz Tanrı adlarından sözlərin yaranması faktının təkzibolunmazlığını qəbul edərik. Bütün dünya xalqlarının dillərində olan ilkin sözlərin hamısı eyniyyət təşkil edir.(FB səhifəmdə çoxsayda məqalələrimdə paralel müqayisəli şəkildə izahlar verilib) Mövzuya keçək.Mənsub olduğumuz Qədim Oğuz xalqlarının adları da Ulu “Qa” Tanrısının adından yaranmadır.Qədim Oğuzlar (türklər) Tanrını göydə təsvir edirdilər.Əslində Tənqri sözü avropa alimlərinin tədqiqatlarından gələn termindir.Qğuz dil qrupunun dil sxemində C+C (samit+samit) yoxdur.Əslində bu “Tənqiri”dir.Yəni qədim tayfalar birləşən vaxt milli tolerantlıq xislətindən hər iki tayfanın tanrılarının adlarını yaşadırdılar.”Tən” (tan), Qiri (Qor) də “”qor”dan yaranmadır.Tanrının iki səsli “qa” adından yaranan “quz” sözündəki “z” cəmliyi bildirən səsdir.Sözün “ğ” samiti ilə başlanması dildə çətinlik yaratdığından dialektdə bir çox hallarda “o” protezası artırılaraq “quz” sözü “oğuz” formasını almışdır.Bəzi hallarda isə “quz” sözündən “ğ” samiti düşərək sait keçidi ilə “az, öz, uz, üz…” yeni sözdüzəldici söz komponentləri yaranmışdır. Məqalədəki “uz” sözündən yəni tanrı adından yaranan sözlərə diqqət verək. ”Uzay” əsasən türklər “fəza, səma” mənasında işlədir.Yəni tanrının fəzada olması semantikasından yaranmadır.”Uzaq” sözü yəni göyün uzaqda olması məntiqindən yaranmşdır. Bu gün türklər “uzaq” sözünə “uz” deyirlər.Qədim nağıllarımızda olan “Az getdi, uz getdi, dərə, təpə, düz getdi” deyimində bizlər “uz getdi” sözünü “üz getdi” işlətdiyimiz üçün bu sözün qədim mənasını tapa bilmirik. ”Uzun” sözü də məntiqi olaraq məsafəni bildirir.”Uzanmaq” sözü də “uzununa” sözündəndir.”Uzatmaq”da “uzun danışmaq” mənasındadır.”Azmaq” sözü də uzaqlaşmaq mənasındandır.”Azğın” yəni yolunu azmış.”Özgə” sözü də “uzaq” sözündən törəmədir. ”Üz” sözündən “üst, üstün” sözü yaranıb.”Uzlaşmaq”- yəni “üst-üstə düşmək”. Hətta “üzmək” sözü də suyun üzündə qalmaq mənasındandır. Qədim Oğuzların tanrı təsəvvürünə görə göy üzünü “uca” adlandırırdılar Türklərin işələtdiyi “yücə” sözü “uca” sözünün qədim formasıdır.”Yücə Tanrı” sözündəki “yücə-uca “ da “uz” sözünün derivatividir.Əslində dilimizdə olan “yüksək” ( dialektdə “yühsəh”) sözü də “üst” sözündəndir. “Uc” sözü də predmetin ən uzaq nöqtəsini nəzərdə tutur.”Ucqar” sözü də buradandır. ”Uçmaq” sözü də məntiqi cəhətdən “uz” sözündəndir.Ölümdən sonra ruhun uçmasına nəzərən.”Uçmaq” sözünün oğuzlarda “cənnət” mənasında işlənməsi Tanrının məkanının “uz” da (səmada) olması təsəvvüründəndir. Ən qədim insanların göy üzünü dairəvi, yumru şəkildə təsəvvür etməsi dildə yeni sözlərin yaranmasına təkan vermişdir. “Üz-yüz”-sifətin yumru formasından, “göz”ün də fizonomiyasının yumru olmasından adlanmadır.
“Üzük-yüzük”ün forması da məntiqidir.Maraqlıdır ki, “yüz” –“100” rəqəmindəki “0” işarəsi də “yumru” təsəvvüründən özünə nominasiya almışdır.Türklər ofislərdə ayaqyolunun qapısına “00”-“ yüznumara” yazırlar. P.S. Həqiqətən də bu sözlərin yaşını necə bilmək olar? Bir şey maraqlıdır ki, Tanrı insana bu yolu açıq qoyub.Sözün ilkin formasının tapılması çətin olsa da, dərkolunandır.Bu sözlərin də yaşını tapmaq çətindir.Ancaq nəticə məntiqi cəhətdən dərk olunandır və qəbulediləndir. Görəsən professional (“professor” sözü də buradandır) dilçilər bu sözlərin açılışını akademik şəkildə nə vaxt mənbələşdirəcəklər?
Salam olsun, dəyərli oxucu! Sizinlə daha bir görüşə imkan yaratdığı üçün Uca Yaradana minnətdarlığım sonsuzdur.
Zəfər ab-havası yaşadığımız bu günlər eyni zamanda ibrətamizdir. Bir yanda qələbə sevinci yaşadığımız halda, digər tərəfdə şəhidlərimiz dağ kimi dayanır. Necə deyərlər, bir gözümüzün gülüb, birinin ağladığı bu günlərdə çox diqqətli olmalı, bu zəfəri hansı itkilərin, necə oğulların qanı, canı hesabına əldə etdiyimizi unutmamalıyıq. Yəqin ki, indi bu sətirləri oxuyan hər bir şəxsin özünün şəxsən tanıdığı qəhrəman şəhidimiz və ya qazimiz var.
Qeyd edim ki, şəxsən tanıdığım, ya illərlə bir yerdə xidmət etdiyim, ya da ən azından bir neçə saatlıq da olsa, yol yoldaşı, söhbətdaş olduğum neçə belə igidlər var. Elələri var ki, həyatlarını dəfələrlə riskə atsalar da, sağ-salamt yeni döyüşlərə canla-başla hazırdırlar. Çoxları isə ya qazidirlər, ya da şəhidlik zirvəsinə ucalıblar. Və mən onları sayıb qurtara və ya bir-birindən fərqləndirə bilmərəm. Bu yazını yazmaqda məqsədim şəxsən tanıdığım belə qəhrəmanlardan biri şəhid polkovnik-leytenant Həmdəm Ağayevin timsalında bütün şəhidlərimizin ruhunu şad etmək, onları xatırlamaq, eyni zamanda müəyyən məqamlar barədə öz subyektiv fikirlərimi sizlərlə bölüşməkdən ibarətdir.
Həmdəmlə tanışlığım 1995-ci ilin may ayının ortalarına, səhv etmirəmsə, 16-sına təsadüf edir. Həmin gün Azərbaycanın müxtəlif bölgələrində olan hərbi hissələrdən komandirlərin təqdimatları ilə döyüşlərdə və xidmətdə fərqlənmiş hərbi qulluqçular Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbulda iştirak etmək üçün seçim mərhələsinə göndərilmişdi. Bütün gələcək namizədlər məktəbin həyətində toplanmışdı. Boş vaxtdan istifadə edərək hər kəs bir-biri ilə maraqlanır, kimin hansı hərbi hissədən gəldiyini soruşur, yerlilər toplaşıb dərdləşirdilər. Mən Tərtər cəbhəsindən gəlmişdim. Həmin günəşli gün indi də ən xırda detalına kimi yadımdadır. Ağdam cəbhəsindən gələn Dadaşov Haqverdi (Qubadlı) və Rəfiyev İlqarı (Şəki) çıxmaq şərti ilə Ağdamdan olan namizədlər; Əsgərov Əhliqar, soyadını unutduğum Sahib və rəhmətlik Həmdəm Ağayev bir ağacın kölgəsində dayanıb söhbət edirdik. İsgəndərov Namiqlə mən Tərtədən gəlmişdik. Ordan-burdan, hərə öz hərbi hissəsindəki vəziyyətdən danışırdı. Sahibdən (Sahib hamıdan hündür və canlı olsa da, sən demə, neçə illər cəbhədə döyüşən, hələ atəşkəsdən sonra da bir il qalıb xidmət edən bu dağ boyda igidin ürəyi xəstə imiş. O, bu səbəblə tibbi müayinədən keçə bilmədi.) başqa hamı qəbul olundu və zabit kimi ordu sıralarını qayıtdı. İndi bu yeddi nəfərin hərəsi bir mövqe sahibidir. Ən uca məqamı isə şübhəsiz ki, Həmdəm qazanıb. Sonralar uzun illər ərzində arada-sırada görüşdüyümüz vaxtlarda da Həmdəm, ümumiyyətlə, azdanışan, ciddi, qaraqabaq adam təsiri bağışlasa da, əksinə, o tam fərqli; sakit, yuxaürəkli, mərhəmətli, olduqca səmimi, bir yerindən nöqtə tapıb söhbətə başlaya bilsən çox məlumatlı, hərtərəfli ensiklopedik biliyə sahib, maraqlı həmsöhbət idi. Həmin gün də bəlkə o heç ağzını açıb bir söz deməmiş sanki bir ağsaqqal kimi hamını dinləmiş, kimin nə qədər şişirtmələrə yol verdiyini özü üçün saf-çürük etmişdi. Bizim onunla tanışlığımız bax belə başladı. Fakültələrimizin fərqli olması səbəbindən sonralar da ara-sıra görüşərdik. Adətən, ya o, bizim kazarmaya gələndə (bizim “starşina” Məmmədov Fərmanla lap yaxın dost idi, tez-tez onun yanına gəlib, gedirdi), ya gündəlik məktəb həyatında təsadüfən idmanda, ya da dərsarası vaxtlarda belə görüşlər mümkün olurdu.
ZAUR USTAC “QƏLƏMDAR-2” QISA ARAYIŞ
Həmdəm Mayıl oğlu Ağayev 9 sentyabr 1975-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Yeniyetmə və gənclik illəri məlum münaqişənin ən qızğın dövrlərinə təsadüf etdiyindən, demək olar ki, o dövrün əksər gəncləri kimi güllə səsi, mərmi partlayışları əhatəsində olğunlaşmışdır. Onun məktəbli olduğu illəri tanınmış söz adamı, pedaqogika üzrə fəlsəfə doktoru Mayıl Dostu belə xatırlayır: “Əvvəlcə onu deyim ki, Həmdəmin ölümü həqiqətən məni çox ağritdı. Səhv etmirəmsə, Həmdəmgilin sinfinə 5-6 il dərs demişəm. Həmdəm çox çalışqan, məsuliyyətli, ciddi və ən əsası isə qorxmaz idi. Mən hələ o vaxtlar belə qənaətə gəlmişdim ki, bu ötkəm, sözübütöv gənci heç bir vasitə ilə qərarından döndərmək mümkün deyil. Onun gözlərində qorxu deyilən hiss yox idi… Biz müəllimlərin belə gənclərə ümidləri böyük idi. Bizim nəzərimizdə onların hər biri həkim, müəllim, mühəndis kimi gələcək müstəqil Azərbaycanın qurucuları idi… Təəssüf… Belə… Allah rəhmət eləsin… Ruhu şad olsun…”. Müəllimlərin və böyüklərin müxtəlif arzularının olmasına baxmayaraq, Həmdəm də digər həmyaşıdları kimi orta təhsilini başa vurar-vurmaz könüllü ordu sıralarına qoşularaq vətənin, doğma yurdun müdafiəsinə qalxdı. Oxumaqdan söz salanlara onun bir cavabı var idi: – “Oxumaq qaçmır ki, – söz, bunların işini bitirən kimi gedib oxuyacam!” Bu minvalla 1994-cü ilin may ayı gəldi, atəşkəs oldu. Atəşkəsdən sonra da bir il xidmət edən Həmdəm komandirlərinin tövsiyəsi və təqdimatı ilə 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil oldu. 1999-cu ilin iyul ayında təhsilini müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsində yenidən zabit olaraq ordu sıralarında xidmətinə davam etməyə başladı. 9 oktyab 2020-ci ilə qədər Naxçıvan da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində yerləşən hərbi hissələrində fərqli vəzifələrdə xidmət etdi. Ən böyük arzusu olan Qarabağın azadlığı uğrunda Vətən Müharibəsinin bu günündə amalı yolunda qəhrəmancasına şəhid oldu. Bakıda, II Fəxri Xiyabanda dəfn olunub. Onun saysız-hesabsız mükafatları, təltifləri içərisində ölümündən sonra qazandığı “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeninin öz yeri var. Çünki bu ödülləri canından çox sevdiyi Qarabağı düşmən tapdağından azad etdiyinə görə alıb.
Bu əvəzsiz təhsil müəssisəsinin (BABKM) bir özəlliyi var ki, dörd il təhsil müddətində yeddi kursun kursantları ən azından hamısı bir-birini üzdən tanıyır. Bir az diqqətli olanlar kimin kim olduğunu yaxşı bilir. Yaxınlar isə qardaş olurlar. Bu yeddi kursun kursantları isə nə az, nə çox – ortalama 5-6 min insan, dəliqanlı gənc, hər şeyi gözə almış vətənə sevdalı ər deməkdir. Təhsilin ilk illərində Həmdəmlə, adətən, axşamlar boş vaxtda idman şəhərciyində tez-tez görüşürdük (Yuxarı kurslarda isə o şərq əlbəyaxa döyüş növlərinin biri ilə şəhərdə – məktəbdən kənarda məşq edirdi). Bir də Ağdamın Qiyaslı kəndindən orta məktəbi bitirib gəlmiş, bizdən yaşca bir neçə yaş kiçik Mehdiyev Ramiz var idi. Bu üçlük idman edə-edə söhbətləşərdik. Söhbətin mövzusu hər dəfə eyni idi. Qarabağ, Ağdam… Hər söhbətin sonu, adətən, belə bitərdi “…bu biabırçılıq nə vaxta qədər belə davam edəcək?” Həmdəm isə deyərdi: – ”İnşallah, bir gün sonu gələr. Zalımın zülmü yerdə qalmaz. Biz öz işimizlə məşğul olaq. Bizim vəzifəmiz o günə hazırlaşmaqdan ibarətdir.”
Həmdəm xidmətdən çavuş kimi gəlmişdi və təhsil müddətində də komandir müavini olaraq fəaliyyət göstərirdi. Dəfələrlə onun gələcəkdə onunla çiyin-çiyinə eyni sırada zabit kimi duracaq yaşca kiçik, hələ dünyanın bərk-boşundan çıxmamış öz kursantlarına sakit, aramla, yavaş səslə necə öyüd-nəsihət verdiyinin şahidi olmuşam. Məsələn, onun ən çox işlətdiyi bir cümlə var idi: – “Dövlət bu ağır günündə sənə cibindən bu qədər pul xərcləyir, yedirdir, içirdir, geydirir, oxudur, sağlamlığını qoruyur, sən isə yatırsan, oxumursan, 2 alırsan. Bu, kişilikdən deyil. Hər işdə gərək halallıq olsun”. Bir məqamı da nəzərinizə çatdırım, artıq söz deməyə heç bir ehtiyac qalmayacaq. Buraxılışa sayılı günlər qaldıqda belə Həmdəmin tağımı məktəbdə öz nizam-intizamı ilə seçilirdi. Hərb həyatdan az-çox xəbəri olanlar bilir ki, çox haylı-küylü həyatdır. Həmdəm burada da özünəməxsusluğu ilə seçilirdi. Tutaq ki, dərsarası vaxtda və ya yeməkxanaya gedəndə nə qədər qarışıqlıq olsa da, görürdün ki, bir tağım (25-30 nəfər) qutu kimi nizam-intizamla öz yolu ilə bütün intizam qaydalarına ciddi riayət etmək şərti ilə gedir. Yaxınlıqda komanda verən heç kim olmasa da bilinirdi ki, bu, Həmdəmin tağımıdır. Diqqətlə ətrafa baxdıqda görərdin “planşet”i çiynində, başıaşağı, fikirli-fikirli gəlir. Gəlib çatanda qayğılı baxışlarla süzüb, başı ilə yüngül salam verib keçərdi…
Beləliklə, 1999-cu ilin yayı gəldi. Buraxılışa az qalmış şanlı qələbəmizin memarlarından olan Hikmət Mirzəyev məktəbdə göründü. Bu barədə mənə ilk olaraq Namiq xəbər vermişdi. Hikmət Mirzəyev onun komandiri olmuşdu. Mən də onu hələ Tərtərdən ciddi, səliqəli, hörmətli (Yəqin ki, Lənkəran Əliyevi mütləq tanıyacaqsınız, o da ordu quruculuğunda böyük əməyi olan zabitlərdən biridir. Doğma yaşlı atası belə qəbuluna gələndə elə olurdu ki, saatlarla NBM-də gözləməli olurdu. Hikmət Mirzəyev gənc olmasına rəğmən yeganə zabit idi ki, sutkanın hansı vaxtı gəlsə gözlətmədən Lənkəran Əliyev onu qəbul edirdi.) komandir kimi tanıyırdım. Tezliklə məlum oldu ki, xüsusi təyinatlılardan ibarət yeni hərbi hissə yaradılacaq, kim istəyir könüllü yazıla bilər. Həmin vaxt da Həmdəm, Namiq və mən təxminən 100-ə yaxın gələcək leytenantlar könüllü yazıldıq. Siyahılar hazır olandan sonra bir dəfə də məktəbin qərargahındakı akt zalında yeni yaranacaq hərbi hissənin kadrlar bölməsinin zabitləri ilə görüşümüz oldu. Bizə xidmətin özəllikləri və bəzi məhdudiyyətlər barədə məlumat verdilər. Bütün bunlarla tanış olduqdan sonra yenidən ərizə yazdıq. Həmdəmi sonuncu dəfə bax həmin toplantıda görmüşdüm. Xeyli söhbət etdik. Demişdi ki, sizi buraxmayacaqlar. Bizim qrupdan 11 nəfər yazılmışdı, onlardan, sadəcə, 1 nəfərin əmri gəldi (Məmmədov Rəşad – Bərdəli). Mən də daxil olmaqla qalanları üçün izahat belə oldu komandan buraxmayıb (O vaxt bizim komandan rəhmətlik Rail Rzayev idi). Komandan deyibmiş ki, dörd ilə güc-bəla 40 nəfər mütəxəssis hazırlamışıq, onu da sizə verə bilmərik. Çox da ki, leytenantlar bunu istəyir, onlar hələ çox cavandırlar.
Bizim son görüşümüz həmin toplantıda oldu. Sonra hərə bir tərəfə – öz xidmət yerlərinə yollandı. Eşitmişdim ki, Həmdəm istədiyi kimi həmin hərbi hissəyə düşüb. Sonra bir dəfə eşitdim ki, artıq Naxçıvandadır. Həmin vaxt mən də Naxçıvanda xidmət edirdim. Mənim vaxtım çox olsa da, onun heç vaxtı yox idi. Kəşfiyatda komandir idi. Həmişə ya təlimdə, ya tapşırıqda olurdu. Həmdəm bax beləcə bir ömrü hərbi geyimdə, əlində silah başa vurdu. Şərəflə özü demişkən, hər kişiyə qismət olmayan şəkildə başa vurdu. Halbuki tamam başqa cür də ola bilərdi. Sizi inandırım ki, o necə peşəkar zabit idisə, ondan on qat daha tanınmış müəllim, pedaqoq, alim, mühəndis ola bilərdi. Təəssüf ki, əksər həmyaşıdları kimi o da özünə sənət seçə bilmədi. Onu seçən sənətin ardınca getməli oldu. Necə ki, digər şəhidimiz Polad Həşimovun anası demişdir: – “…o hüquqşünas olmaq istəyirdi, yaxşı da oxuyurdu, tarixi, xarici dilləri əla bilirdi, ancaq lap son anda bir gün gəlib dedi ki, mən hərbçi olacağam, indi vətənimiz üçün bu daha vacib peşədir…” Bu arada qısa bir haşiyəyə çıxıb sonra söhbətimi bitirmək istəyirəm.
HAŞİYƏ
İndi yazacaqlarım bəlkə də kim üçünsə qəribə görünə bilər. Ancaq inanın biz istəsək də, istəməsək də, inansaq da, inanmasaq da bu belədir. Bu fikrin dərinliyinə getmədən, sadəcə, (hamımızın yaxşı tanıdığı, hörmət etdiyi) son şəhidlərimizin adlarını xatırlatmaq kifayətdir. Məsələn, Polad Həşimov, Şükür Həmidov (bir ildən artıq eyni hərbi hissədə xidmət etmişik), Həmdəm və hələ 1993 -94-də xüsusilə, atəşkəsə lap az qalmış mart-aprel döyüşlərində Tərtər-Ağdam cəbhəsində nə qədər gənc yaşda şəhid olmuş 75-lər. Qələbəmizin digər memarlarından olan Hikmət Həsənov, Zaur Rüstəmov (şəxsən tanıyıram) və digər nə qədər tanımadığımız qəhrəman 75-lər. Allah hamısına can sağlığı versin. Hərbçi olmayan Ceyhun Məmmədov, Kənan Hacı, İlqar Fəhmi və digər xüsusi istedad sahibi 75-lər. Bu adını çəkdiyim şəxslərin hamısını yaxından tanıyıram. Onların seçilmişlər olduğuna inanıram. Bu keyfiyyətlər təkcə 75-lərə deyil, məsələn, tanıya biləcəklərimiz…,. 1951, 1963, 1987, 1999… –cu illərdə anadan olmuş insanlara da aiddir. Kimə maraqlı gəlsə, diqqət edib fərqinə vara bilər. Həmdəm bu seçilmişlərin öndə gələnlərindən biri idi. Onu yaxından tanıyan, hörmət edən əsgərlərinin, döyüş yoldaşlarının dediyi kimi, “o, şəhidlərin sultanıdır”. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hamısı bizim üçün əzizdir. Və söhbətimin əvvəlində qeyd etdiyim kimi, bu yazı Həmdəmin timsalında bütün şəhidlərimizə həsr olunur. Yazının məqsədi, sadəcə, necə igid oğullar, seçilmiş ərlər itirdiyimizə diqqət çəkməkdən ibarətdir. Məsələn, Həmdəmlə eyni gündə, sadəcə, bir dövr (bir dövr 12 ilə bərabərdir) əvvəl, yəni 9 sentyabr 1963-cü ildə anadan olmuş hamımızın fəxri İqor Aşurbəyli.
Bizim bu gün zamanın, sənətin onu seçib bizə məğrur, qayğıkeş, qorxmaz, səmimi, mərd, şəhid komandir kimi təqdim etdiyi, tanıtdığı Ağayev Həmdəm həmən-həmən, hardasa aşağı-yuxarı eyni potensiala sahib bir şəxs olub… Eləcə də Polad Həşimov, Şükür Həmidov və digərləri… Bunları xatırlatmaqda məqsədim odur ki, bu insanları unutmağa haqqımız yoxdur nə qədər ki, həyatdayıq. Çünki adları bu yazıda anılan və digər yüzlərlə qəhrəman oğullar bir an düşünmədən, gözlərini qırpmadan öz həyatlarından, arzularından, üstəgəl, yaxınlarının, doğmalarının, övladlarının istəklərindən vaz keçiblər… Və dahası, bu gün, bu an üçün on illiklərlə (on, iyirmi, otuz) hazırlaşıblar… Tam səmimi olaraq qeyd edim ki, döyüş toy-bayram kimi bir şeydir (Bir neçə saatlıq keçid, adaptasiya dövrü xaric.). Ancaq illərlə buna hazırlaşmaq, saysız-hesabsız məşəqqətli təlimlərə, müxtəlif mənəvi, maddi, fiziki məhrumiyyətlərlə dolu ağır xidmət illərinə qatlaşmaq, əsl şücaət budur. Bilirsiniz bu nəyə bənzəyir? İllərlə bəzənib, süslənib şərəfli anın nə vaxt gələcəyini gözləyirsən… Cidd-cəhdlə onu qarşılamağa can atırsan… Bax, bu məqamları unutmayaq. Bir an fikirləşək ki, Polad Həşimov ən azından hansısa rayonun hakimi kimi indi isti kabinetində oturub. Necə ədalətli bir hakim ola biləcəyini onun əsgərlərindən soruşun. Və ya Şükür Həmidovu ən azı bir rayonun icra başçısı kimi təsəvvür edin. O rayonun necə ola biləcəyini onu tanıyanlardan soruşun. Yaxud da bizim qəhəmanımız Həmdəm Ağayevi ali məktəblərin birində müəllim kimi təsəvvür edin. Onu tanıyanlar bilir ki, o, bu peşəyə necə yaraşardı və onun öhdəsindən layiqincə gələr, ölkəmizə, millətimizə, xalqımıza, gələcəyimizə nə qədər faydalı ola bilərdi. Ancaq onlar bütün bunların hamısından bizlərə görə imtina etdilər. Ali xüsusiyyətlərinə görə Uca Yaradan onları seçdi, onlar da canla-başla bu yolu…
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizi daim xatırlayaq, nümunə götürək, onların bizə əmanət etdiyi gələcəyə xəyanət etməyək! Ruhunuz şad olsun, seçilmişlər…
Baba zoomağazadan bir cüt göyərçin alıb gətirdi. O, talvarın altda bir yuva düzəltdi. Bir neçə gündən sonra nəvələri Ələsgəri, Aqili və Turqutu yanına çağırıb dedi: -Dişi göyərçin kürt yatır. Qoy bala çıxartsın, hərənizə bir bala göyərçin verəcəm. Turqut çox hövsələsiz idi. O, bir gün talvarın altdakı göyərçin yuvasına yaxınlaşdı. Göyərçini yuvasından kənarlaşdırıb yumurtaları bir-bir əlinə götürdü. Hər birinin o üz-bu üzünə baxdı… Ancaq heç bir şey hiss etmədi… Yumurtaları qaytarıb yuvaya qoyarkən biri əlindən sürüşüb yerə düşdü və sındı… Bu zaman baba böyürdən çıxdı…O, Turqutun nə iş gördüyünü başa düşüb dilləndi: -Niyə yumurtanı yerə salıb sındırdın, Turqut?.. Oğlan utandığından başını aşağı salıb durdu… Təxminən aradan bir ay keçəndən sonra baba nəvələri yanına çağırdı: -Gəlin göyərçinlərinizi sizə tanıdım.Yuvada iki bala vardı. Baba Ələsgərə və Aqilə göyərçinlərini göstərdi… Bu zaman Turqut səsləndi: -Baba, bəs mənim göyərçinim? Baba dilləndi: -Turqut, sənin göyərçinin əlindən yerə düşüb xurd-xəşil olmadımı?..Yoxsa yadından çıxıb?.. Baba nəvəsinin məyus olduğunu görüb onun saçını sığallaya-sığallaya könlünü aldı: -Mənim balam, növbəti dəfə göyərçinin ən yaxşı balasını sənə verəcəyəm. Ancaq səbrli ol!..
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
Моя бабушка старая и очень больная женщина. По крайней мере, она мне об этом постоянно напоминает, когда ей нужно поломать мои планы. Вот и сегодня ее взволнованный голос в телефонной трубке, вытряхнул меня из постели. — Мне срочно нужна твоя помощь! — заявила бабуленция вместо приветствия. Как оказалось, ей с утра пораньше приспичило мотнуться на рынок за всевозможными продуктами. Оказывается, к ней проездом, решил нагрянуть какой-то старинный приятель и бабушка решила его встретить «как полагается у нас в Одессе». Моя помощь предполагалась в виде бесплатной тягловой силы. Когда я попыталась перенести мои «тимуровские» обязанности на более позднее время, мотивируя это тем, что я вчера занималась до половины ночи, моя беспощадная бабуля выдвинула главный аргумент: — Ты таки хочешь, чтобы я надорвалась с этими сумками. А ведь я старая больная женщина и мне еще нужно готовить небольшой перекус для голодного мужчины… А если со мной что-то случиться? А я ведь еще даже завещание не написала. Зная, что бабушкин «небольшой перекус» легко может накормить свадьбу средних размеров, я сдалась. Заставить старушку тащить самой эти тюки с продуктами было бы действительно бесчеловечно. На рынке, бабушка разошлась вовсю. Она покупала все, что видели ее глаза — зелень, фрукты, свежую рыбу… Я безропотно складывала покупки в большую тележку на колесиках, которую предусмотрительно прихватила с собой. — Что вы мне подсовываете этот баклажан? Если он и был когда свежим, то лишь месяц назад. Вы хотите, чтобы икра из этого баклажана воняла плесенью? Я, может быть, плохо вижу, но очень хорошо нюхаю. И мой нос мне подсказывает, что из этих баклажан лучше готовить пенициллин, чем икру… Бабушка лукавила. Видела она ничуть не хуже, чем я. — Зачем вы принесли сюда эту камбалу? Ее нужно было тихонько похоронить, а не выдавать за свежую рыбу. И уберите эту селедку. Она была бабушкой, когда я еще в девках ходила! Продавцы пытались оправдываться, но на все у бабушки был железный ответ: — Пытаясь обмануть старую больную женщину, вы сильно рискуете своей репутацией. Если не на этом свете, то, как минимум, на том, на который я скоро попаду. Поверьте, я найду что там о вас рассказать! В итоге бабуля получала на руки самый лучший и свежий товар. Тележка потихоньку наполнялась. Неожиданно, когда я уже думала, что список покупок подошел к концу, бабушка резко развернулась в сторону тряпичных рядов. — А теперь, мне нужно купить новое белье, — заявила она. — Постельное? — спросила я. — Постельное тоже, но потом. Сначала — нижнее! — Зачем тебе новое нижнее белье? — опешила я. Бабуля посмотрела на меня, как на недоразвитую и снисходительно пояснила: — Девочка, когда к тебе в гости приезжает одинокий интересный мужчина ты должна быть во всеоружии. Мало ли что может произойти. Не хватало, чтобы я в самый ответственный момент краснела за свои старые трусы. И моя старая больная женщина бодро потрусила в направлении кружевного белья…