Ömrümdən bir ovuc kül qalmışdı, külün altında iynə ucu boyda köz işarırdı, mən var gücümlə o külü üfürdüm, aylarla, illərlə… külək arxamca sovurmuşdu külü, itmişdi ayaq izlərim, tüstüdən kor olmuşdu gözlərim… bir səs qulağıma pıçıldayırdı: döz, döz, döz, insafa gəlmirdi köz… nəfəsim kəsilincə üfürdüm közü, bir gün… böyüdü, alışdı gözü, köz-köz olmuş yaralarım qaysaq bağladı, sevincdən ocağın küncündə oturub doyunca ağladım… sonra sən gəldin, gülüm…