Payız sənə bənzəyir, O da sənin kimi sarısın,kürəndi. Bir az ərkəsöyun ,bir az kusəndi. Guluşundə bir dünyanın sevinci cəmlənən, Kədərində buludların gözü nəmlənən. Payız sənə bənzəyir.
Payız sənə bənzəyir, Bütün nağılları,alabəzək yarpaqları ilə, Son dəfə günəşi görmək həvəsi ilə açan, Gülləri, çiçəkləri ilə könlünü alır, darıxmağa qoymur adamı. Payız sənə bənzəyir.
Payız sənə bənzəyir. Soyuqluğu, inadı, ilqarı ilə. Bir az aprel bir az oktyabr vuqarı ilə. Leysan dolu ayazsan. Bəlkə mən gec tanımışam, Sən özun elə payızsan! Payız sənə bənzəyir.
…Əsgər haqqında ballada… Nədir yenə, ümman kimi, çalxalanıb, coşdun, ürək? İçindəki bu təlatüm, bu oyanış de nə demək? Həsrətdənmi, nisgildənmi, Ürək, yenə çağlayırsan? Anasına həsrət qalmış, Körpə kimi, ağlayırsan… İçindədir; ümid adlı, qığılcımın od-alvu, tərslik etmə, dəli könül,
intizara alış, yovu!!! Həqiqətlər qarşısında, Biz gücsüzük, biz heç nəyik, Dinlə məni deyim, ürək, Biz nəçiyik; şan-şöhrətli,
– “hüququndan keçmiş əsgər”, həmdəminə həsrət canıq, bəzən canlı, bəzən cansız, biz “robotuq”, biz “əşyayıq”… Bu torpaqdan yoğrulmuşuq, Bu torpaqdan doğulmuşuq, Yardan əfsəl, anamızın Qulluğuna buyrulmuşuq!!! 15.04.1995. Marağa.
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
“DÜNYA BİR PƏNCƏRƏDİR…” (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş… De, heç vaxtın oldumu, pəncərədən baxmağa, Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq… Yuxunu görmək üçün vaxt lazımdı yatmağa, O da, Sən də yox idi, işin-gücün çox idi… Çoxunun gözü ackən, Sənin gözün tox idi… * * * Yuxusuz gözündəki bu hüzn nədi, qardaş??? Yeddi ürək lazımdı, baxışına baxmağa, Qəlb adlı əzamızı, qan vurmağı saymasaq… Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa, O ürək Səndə idi, baxışların ox idi… Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi… * * * “Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş…. Yaradan yaratmışdı, Səni oyaq qalmağa, Ayaqüstü, sırada, göz qırpmağı saymasaq… Yaranmışdın süzməyə, yaranmışdın dalmağa, Düşüncə, dərin ümman, zehin, iti ox idi… Çoxunda beş-beş olan, Səndə biri yox idi…. * * * Damarda coşdu qanın, ürək dözmədi, qardaş… Dizindəki təpərin bəs eylədi qalxmağa, Dostlarının toyunda oynamağı saymasaq, Toy-düyün də görmədin, oturmağa-qalxmağa, Ərgənlənmiş ər idin, bəy otağın yox idi… Çoxu sayın bilmirdi, Sənin biri yox idi… * * * İgid oğlu, ər idin, bilənlər bilir, qardaş… Sənin etdiklərini ehtiyac yox saymağa, Arada qəmli-qəmli bu baxmağı samasaq, Eyibin də yox idi, barmaq ilə saymağa, Yan-yörədə bildiyin, nacis, naqis çox idi… Bilən bilir qardaşım, Sənin mislin yox idi…. 21.01.2018. Bakı.
ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
CAN AY ANA… (Milli Qəhrəman Polad Həşimovun anasına) Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular, Bu baxışda min vaizin xütbəsi… Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. Bakı.
DAĞLAR (Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! * * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar! * * * Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar! * * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar! * * *
Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar! * * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * *
Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Xocalının Meşəli kəndindən ilk reportaj – Soyqırımın Meşəli səhifəsi
Yolumuz Xocalı rayonunun Meşəli kəndinədir. Həmişə bu kəndi görmək arzusunda olmuşam. Meşəlidə törədilmiş qanlı soyqırım aktı haqqında bir jurnalist kimi təəssüratlarımı bölüşmək məqsədilə bu kəndin coğrafi mövqeyi, təbiəti haqqında əyani olaraq tanış olmaq istəyirdim. 2023-ci ilin avqustun 14-də Meşəli kənd ziyalısı İlham Kazımovla Qırxqız dağlarının ətəyində yerləşən Laçın rayonunun viran olmuş Nurəddin və Fərraş kəndini, hər iki kənddə dəfn edilmiş Meşəli soyqırımı şəhidlərinin məzarlarını ziyarət etmişdik. Qırxqız silsiləsindən o biri üzə – Xocalıya, Meşəli kəndinə baxmaq üçün düşmən və sülhməramlıların postları ilə üzbəüz olan postlarımızın birindən icazə alaraq kəndi seyr etməklə qəlbimizdəki qübarı azaltmaq istəyirdik. İcazə ala bilməyib geri qayıdanda çox da məyus olmadıq. Çünki fəhmimizdən, gedişatdan hiss edirdik ki, çox yaxın zamanda arzusunda, həsrətində olduğumuz yerləri azad görəcəyik. Qırxqızın ətəyindən aşağı düşərkən İlham müəllimlə əhd etdik ki, inşallah Meşəlidə görüşəndə bu intizarlı günü yada salaraq aşağıdan yuxarıya, yəni Meşəlidən Qırxqıza boylanarıq. Azad yurd-yuvamızı, dağılmış obalarımızı görmək istəyi ilə Xocalı rayonunun Daşbulaq kəndindən olan uşaqlıq dostum Zülfiqar Məmmədov və əmisi oğlu Müşfiqlə Meşəliyə yol aldıq. Vaxt-vədə ötən ilin elə əhd elədiyimiz vaxtları idi. Yəni antiterror əməliyyatlarının ildönümünə sayılı günlər qalmışdı. Meşəliyə gedərkən gördüyümüz mənzərələr, füsunkar təbiət bizi özünə heyran etdi. Zümzümə edən Meşəli çayı, başımızın üstündə qıy vuran qartallar, sıx meşəliklər, əzəmətli Qırxqız dağları Meşəlini sanki cənnətdən bir guşəyə çevirib. Bu gün Meşəlini cənnət edən tək onun təbii gözəlliyi deyil, həm də şəhidlərimizin müqəddəs ruhlarıdır. Düzü, Meşəli deyəndə yada ilk öncə Meşəli soyqırımı gəlir. 1991-ci ilin dekabrın 23-də mənfur düşmənlər tərəfindən Meşəlidə törədilən o qanlı soyqırım aktı. Qətliam zamanı erməni quldurları azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə Meşəliyə silahlı basqın edərək 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb. Bu yerdə insanın ruhunu qürur hissləri ilə bərabər, məyusluq da bürüyür. İnsan kədərlənir, hikkədən ağlamaq istəyir. Heç vaxt barışmaq olmur ki, belə gözəl yerlərimiz illərdir düşmən tapdağı altında inildəyib. Bu qarışıq fikirlərin ağuşunda kəndə daxil olduq. Bütün işğaldan azad edilmiş yerlərdə olduğu kimi, burada da erməni barbarlığının izləri açıq-aşkar görünür. Bir vaxt yandırılmış evlərdən qalxan alovun dilləri Meşəli soyqırımının ərşə qalxan carçısı olub, indi lal olan daş-divar sakit dayansa da, yenə də çox şeyi danışır. Təəccüb, təəssüf hissləri ilə irəliləyərkən qarşıda bir “Mercedes” markalı avtomobilin dayandığını gördük. Avtomobil Meşəli kənd İƏD-si üzrə nümayəndə İlham Kazımova məxsus idi. İlham Kazımov 80 yaşlı anası Qaratel və bacısı Gülnaz ilə birlikdə Meşəlini, atası Xəlil Kazımovun şəhid olduğu yeri ziyarət etməyə gəlmişdi. Avtomobildə kiçik dialoqumuz oldu. Sürücü Zülfiqar dedi:
-Qabaqda maşın görünür. Müşfiq:
-Hə, yəqin kənd sakinlərindən olar. Zülfiqar:
-Deyəsən, Meşəlinin nümayəndəsi İlham müəllimdir. “Nə danışırsan? İlham müəllimdir? Gör onunla harada rastlaşdıq…, – deyə heyrətlə avtomobili saxlatdım. Avtomobildən yerə düşərkən yolları çəkə-çəkə gəldiyim telefonumun kamerasını bağlamadan İlham Kazımovla salamlaşdım və tez anası Qaratel nənənin olduğu yerdə dayanaraq çəkilişə davam etdim. Qaratel nənə həyat yoldaşı Xəlil kişinin düşmən gülləsinə tuş gəldiyi, şəhid olduğu yerdə qoyulmuş xatirə şəklinin önündə əlində gül dəstələri, dilində qəmli bayatılarla göz yaşlarını axıdırdı. İllərdir dayanmayan göz yaşları həmin gün yenidən leysana dönmüşdü. İlham Kazımov otuz üç il əvvəl ermənilər tərəfindən törədilən qanlı soyqırımın təfsilatları və atasının necə şəhid olduğu barədə danışdı: “Atamı burada vurublar”, – deyə sanki yenidən həmin günə qayıtdı. Amma sonradan özünü toprlayıb, “Əyyubun balaca oğludur, bu da Qalib müəllimdir, qəzetimizin redaktoru”, – deyə anasına bizi tanış etdi. Qaratel nənə: “Allah köməyiniz olsun. Gələnlərin ayaqları var olsun”, – dedi. “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hamısının qanı alındı, hamısının ruhu şaddır. Bugünkü günə şükür”, – deyə İlham müəllim dilləndi. Sonra İlham Kazımov ötən ilin bu vaxtında Qırxqızda aramızda olan söhbəti xatırladaraq “Qalib müəllim, yadındadır, keçən il biz avqustun 14-də Qırxqızdan çalışırdıq ki, buralara boylanaq? – deyə mənə sual verdi. Mən İlham Kazımovun sözlərini təsdiqlədim. İlham Kazımov: “Amma imkan olmadı. Orda arzuladıq ki, inşallah buradan yuxarı baxacağıq. Vaxt həmin vaxtdır. Gəlmişik, buradan yuxarı baxırıq. Bugünkü günümüzə şükür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə cansağlığı versin, Allah Prezidentimizi qorusun” – dedi. İlham Kazımov bildirdi ki, Müzəffər Ali Baş Komandınımızın qətiyyətli siyasəti, qəhrəman şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin hünəri sayəsində gəlib torpaqlarımızı görürük, öz yerimizi, yurdumuzu ziyarət edirik. Bugünkü günümüzə çox şükür. Ağlımıza gəlməyən bir işdi. Sağ olsun Prezidentimiz. Allah qorusun onu. Biz öz torpağımıza gəlmişik, ermənisiz Qarabağa gəlmişik. Söhbətimizin ortasında Qaratel nənənin qəmli bayatısı eşidildi: “Dağ başı dolu qaldı, Qar yağdı, dolu qaldı. Siz fələyə neylədiniz?”… Qaratel nənənin ürəyində hələ nə qədər deyilməmiş sözü, bayatıların olduğunu duyaraq onunla bir az danışmaq istədim. Kənd işğaldan azad olunandan sonra bura gəlişi olub-olmadığını soruşdum. O, kəndin ziyarətinə ilk dəfə gəldiyini bildirdi. Ona buraları necə təsəvvür etdiyini soruşanda bir vaxtlar kəndin gəlhagəlli, qonaqlı, açıq süfrəli, qaynar somavarlı olduğunu dedi. Qaratel nənə bu sözləri deyəndə onun gözlərindən süzülən yaşın bir qaya parçası qədər ağırlaşdığını hiss etdim. Bu yaşda insanların gözü ata-anasını, bacı-qardaşını, həmyaşıdlarını axtarır. Sonra Qaratel nənə, “Hamısı yoxdur. Hamısı yalanıymış”, – deyərək dərindən köks ötürdü. Bu günü bizə bəxş edən şəhidlərimizə bir daha minnətdarlıq edərək rəhmət dilədi. Qaratel nənə qızı Gülnazın viran olmuş evlərinin yanında dolandığını görüb yanımıza çağırdı. Gülnazın atasının necə vurulduğunu gördüyünü dedi. Acılı-şirinli xatirələri yada salan Gülnaz ağlaya-ağlaya ömürlük qan yaddaşına həkk olan o qanlı səhnənin baş verdiyi yerə yaxınlaşdı. İlham Kazımov sözlərinə davam etdi: “Ermənilər hər tərəfdən kəndi mühasirəyə almışdı. Pulemyotu qurub camaatı atəş altında saxlayırdılar. Atam da ov tufəngi ilə gəlib buradan atışırdı. Atama iki güllə dəydi. Biri bir az qabaqda, biri də burda. Köhnə məktəbin mərkəzi dediyimiz yerin yanında beş nəfər şəhid oldu. Xalam, həyat yoldaşı və xalamın iki oğlunu ermənilər amansızcasına qətlə yetirdilər. Novruz dayının evindən beş nəfər şəhid oldu. Bizim kəndin qəhrəman oğulları var. Bir günün içində iyirmi beş şəhid verdik. Onlardan iyirmisi Meşəli kəndindən, beş nəfər isə kənardan gələn idi. Rütbəsi baş leytenant olan Kamil adlı hərbçi bizə köməyə gəlmişdi. O, bacımı, onun uşağını, bir də qardaşımı məktəbin döşəməsinin altında saxlayıb. Deyib ki, sizi əsir düşməyə qoymayacağam. Şəhid olana qədər əlində qumbara ilə mübarizə apardı. Əgər Meşəliyə Xocalıdan və Kosalar kəndindən haraya gələn döyüşçülər olmasa itkilərimiz daha çox olacaqdı”. Bu həyatda ən dəhşətli səhnə bəlkə də bir qız övladının gözləri qarşısında atasının qətlə yetirilməsi olar. Gülnaz da belə sarsıntılar içində ömrünü davam etdirib. El-obanın, ailəsinin namusunu qoruyan ata ov tufəngi ilə düşmənə qarşı mərdliklə mübarizə apararaq şəhidlik zirvəsinə ucalıb. Gülnaz xanım həmin dəhşətli anları belə xatırlayır: “Pəncərədən atamın döyüşünə baxırdım. Atamı gözlərimin önündə vurdular. İmkan olmadı köməyinə çatım. Birtəhər uşağın əlindən tutaraq məktəbə getdim. Atamın meyitini də məktəbə gətirdilər. Gör erməni bizim başımıza nə oyunlar açdı… Atamın meyitinin üstünü örtəndən sonra qaçıb döşəmənin altına girdim. İndi də səsi qulaqlarımdan getmir. Dedim ki, biz bu məktəbdə yansaq da olar, təki bizi girov aparmasınlar. Qorxudan dodaqları səyriyən uşaqları bağrıma basıb kömək gələnə qədər gözlədim. Yenə bugünkü günümüzə şükür ki, gəlib buraları ziyarət edə bilirik. Mənə elə gəlir ki, bu gün həminki gündür”. Meşəlilər nə qədər ağrı-acı çəksələr də, Gülnaz xanımın timsalında bu gün mənən rahatlıq içindədirlər. Ona görə ki, şəhidlərimizin qanlarının töküldüyü torpaqlar indi mənfur düşmənin tapdağından təmizlənib. Vaqif Xaçaturyan və digər qatillər öz cəzalarını alıb. İlahi ədalət bərpa olunub. Bir sözlə, Xocalının, Meşəlinin qisası qiyamətə qalmayıb. Bütün şəhidlərimizin ruhları şaddır. Təsadüfən alınan bu görüş Xocalının Meşəli kəndindən ilk videoreportaj kimi yaddaşa yazılaraq “XOCALI TV” yutub kanalında paylaşıldı. Təsadüf yazsam da, bu qismətdə ilahi bir qüvvənin olduğuna inanıram. İlham Kazımovla əhdimizi yerinə yetirdik. Sevinclə, qürurla, dilimizdə şükürlərlə, dualarla Qırxqıza boylandıq. Həmin gün sevinən, Meşəlini ziyarət edən tək biz deyildik. Əmin idik ki, şəhidlərimizin şad olan ruhları da Meşəlinin azad səmasında pərvaz edirlər…
Bu ğünlərdə şəhid anası Təranə xanımın dəvətilə Lənkərandakı Mədəniyyət Mərkəzində oldum.Burada” Şəhidlər bizim qürur yerimuz,fəxrimizdir” layihəsinin Vətən müharibəsi şəhidi Şəhriyar Vidadi oglu Həbibinin xatirəsinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə çoxlu sayda şəhid ailələri,qazilər,Lənkəran şəhər İH- nin məsul işçiləri,əlaqədar təşkilatların nümayəndələri,Osaküçə kənd məktəbinin müəllim və şagirdləri,dəvət olunmuş qonaqlar,şəhidin ailə üzvləri iştirak edirdilər.Foyedə şəhid .Şəhriyar Həbibiyə həsr olunmuş eksponatlar nümayiş etdirilirdi.. Tədbir Müstəqil Azərbaycanımızın memarı və qurucusu olan H.Əliyevin və müstəqilliyimiz,azadlığımız,ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinə bir dəqiqəlik sükütla başladı,sonra Dövlət Himnimiz səsləndi.. Tədbirin aparıcısı Cəfər Fətullayev sözü layihənin rəhbəri,H.Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıqovaya verdi. O, qısa və şərəfli ömür yaşayan, Vətən müharibəsi şəhidi Şəhriyar haqqında danışarkən,Vətəndən- Vətənə həsrət qalan böyük ustad Məmmədhüseyn Şəhriyarı yada saldı: Heydər baba,yalan dünyadır, Süleymandan,Nuhdan qalan dünyadır, Oğul,dogub dərdə salan dünyadlr, Hər kimsəyə nə veribsə alıbdlr, Əflatundan bir quru ad qalıbdlr. Ustad Şəhriyardan böyük bir söz xəzinəsi qaldı,qəhrəman Şəhriyardan isə düşməndən azad olunmuş Vətən torpagl! Reyhanə xanım dostu operator Tural Əliyevlə birgə,fədakar şəhid anası Təranə xanımın xatirələri əsasında Şəhriyar Həbibi haqqında sənədli film hazırladıqlarını və onun burada təqdim ediləcəyini bildirdi. Film nümayiş olundu.Filmdə ananın kövrək xatirələri,qəhrəmanımıza dərs deyən müəlllimlərin,oxuduğuOsaküçə məktəbinin direktorunun,döyüş dostlarının,qazi və qohumllarının xoş xatirələri kadrlardan- kadrlara keçdikcə,tədbir iştirakçılarında kövrək hisslər yaradırdl.
Şəhriyarın döyüş yolu,şəhidlik zirvəsinə ucaldıgı anlar,dəfn olunması yad edildikcə şəhid analarınln hıçqırıqları zalı bürümüşdü.. Lənkəran şəhər İH başçısının Humanitar məsələlər üzrə müavini Ülviyyə Əliyeva rayonun şəhid ailələri ilə,qazilərlə,şəhidlərin xatirələrinin əbədiləşdirilməsi sahəsində gördükləri əməli işlərdən danışaraq, onlara səbr dilədi,tədbirin təşkilatçılarına minnətdarlıgını bildirdi. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran zona birliyinin sədri,şəhidlərə həsr olunmuş” Payızın 44 anı” kitabının müəllifi Qafar Cəfərli,yazıçı -alım,şəhid Şəhriyar barədə də kitabında ana ilə müsahibəsini əks etdirən Jalə xanım Cəfərova,şəhidin ali təhsil aldıgı BDU- nun humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov,BDU- nun fizika fakultəsinin professoru Tərlan Hüseynov,həmin fakultənin Astrofizika kafedraslnın dosenti Zahir Səmədov və şöbə mütəxəssisi Ələkbər Hüseynov Şəhriyar haqqında,onun nümunəvi,ədəbli,tərbiyəli savadlı bir tələbə oldugundan söhbət açdılar. Rayonda işlədiyi kollektivin də hörmət və nüfuzunu qazandıgından danışıldı.Vətənpərvərliyini şübut edən Şəhriyar hamının dərin sevgisini qazanmışdı! Onun istər dəfnində,istər anım və dogum günləri mərasimlərində BDU – nun müəllim və tələbə heyəti ilə ,rayon təşkilatlarının hamılıqla iştirak etmələrinin şahidi olmuşuq!Bu günkü tədbirdə də qonşu rayonların nümayəndələrindən başqa Bakıdan da gələn çoxsaylı nümayəndələrin olması bir daha şəhidlərimizə olan sevginin bariz göstəricisidir!!Şair Qulaməli Hüseynovun şəhid Şəhriyara həsr etdiyi şeri bədii- qiraətçi Təhminə Əliyeva söylədi. “Milli Mədəniyyətin Təbliği”İB – nin sədri Jalə Cəfərova Şəhriyarın şəkli olan suveniri anaya təqdim etdi.” Vətən ugrunda”qəzetin baş redaktoru Rövşən Əhmədlinin də çıxışı Şəhriyarın döyüş yolundan oldu. Eyni zamanda Şəhriyara həsr olunmuş mahnının təqdimatı oldu.(sözləri Reyhanə xanıma,musiqisi ABİ- nin bölgə üzrəLənkəran şöbəsinin məsul katibi, bəstəkar Zəminə Tariyelqızına məxsus)Mahnını Aygün Hüseynova oxudu.Qeyd etdiyim kimi video- klipin müəllifi operator Tural Əliyevdir.
Sonra söz Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Şura sədri, “Tərəqqi” medallı” İlin müəllimi”,” Qızıl Ürək” ordenli yazar- publisist Nəzakət Əhmədovaya verildi.O, ilk növbədə təşkilatın prezidenti,dünya şöhrətli yazııçı Çingiz Abdullayevin və l – ci virse prezidenti Ruhiyyə Poladovanın salamını ,ürək sözlərini iştirakçılara və Təranə anaya çatdırdı.O,çıxışında şəhidlərimizə rəhmət,qazilərimizə can saglıgı,analara səbr dilədi! Tədbirin təşkilatçılarına minnətdarlıgını bildirdi.Sonda xatirə şəkiləri çəkildi,şəhidin məzarl ziyarət olundu. Şəhidlər ölməz ,Vətən bölünməz!
…Əsgər haqqında ballada… Nədir yenə, ümman kimi, çalxalanıb, coşdun, ürək? İçindəki bu təlatüm, bu oyanış de nə demək? Həsrətdənmi, nisgildənmi, Ürək, yenə çağlayırsan? Anasına həsrət qalmış, Körpə kimi, ağlayırsan… İçindədir; ümid adlı, qığılcımın od-alvu, tərslik etmə, dəli könül,
intizara alış, yovu!!! Həqiqətlər qarşısında, Biz gücsüzük, biz heç nəyik, Dinlə məni deyim, ürək, Biz nəçiyik; şan-şöhrətli,
– “hüququndan keçmiş əsgər”, həmdəminə həsrət canıq, bəzən canlı, bəzən cansız, biz “robotuq”, biz “əşyayıq”… Bu torpaqdan yoğrulmuşuq, Bu torpaqdan doğulmuşuq, Yardan əfsəl, anamızın Qulluğuna buyrulmuşuq!!! 15.04.1995. Marağa.
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
“DÜNYA BİR PƏNCƏRƏDİR…” (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş… De, heç vaxtın oldumu, pəncərədən baxmağa, Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq… Yuxunu görmək üçün vaxt lazımdı yatmağa, O da, Sən də yox idi, işin-gücün çox idi… Çoxunun gözü ackən, Sənin gözün tox idi… * * * Yuxusuz gözündəki bu hüzn nədi, qardaş??? Yeddi ürək lazımdı, baxışına baxmağa, Qəlb adlı əzamızı, qan vurmağı saymasaq… Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa, O ürək Səndə idi, baxışların ox idi… Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi… * * * “Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş…. Yaradan yaratmışdı, Səni oyaq qalmağa, Ayaqüstü, sırada, göz qırpmağı saymasaq… Yaranmışdın süzməyə, yaranmışdın dalmağa, Düşüncə, dərin ümman, zehin, iti ox idi… Çoxunda beş-beş olan, Səndə biri yox idi…. * * * Damarda coşdu qanın, ürək dözmədi, qardaş… Dizindəki təpərin bəs eylədi qalxmağa, Dostlarının toyunda oynamağı saymasaq, Toy-düyün də görmədin, oturmağa-qalxmağa, Ərgənlənmiş ər idin, bəy otağın yox idi… Çoxu sayın bilmirdi, Sənin biri yox idi… * * * İgid oğlu, ər idin, bilənlər bilir, qardaş… Sənin etdiklərini ehtiyac yox saymağa, Arada qəmli-qəmli bu baxmağı samasaq, Eyibin də yox idi, barmaq ilə saymağa, Yan-yörədə bildiyin, nacis, naqis çox idi… Bilən bilir qardaşım, Sənin mislin yox idi…. 21.01.2018. Bakı.
ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
CAN AY ANA… (Milli Qəhrəman Polad Həşimovun anasına) Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular, Bu baxışda min vaizin xütbəsi… Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. Bakı.
DAĞLAR (Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! * * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar! * * * Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar! * * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar! * * *
Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar! * * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * *
Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Postmodernizm, müasir ədəbiyyatda və sənətdə bir çox yeni yönümləri önə çəkir. Bu cərəyan, ənənəvi narrativ strukturların pozulması, ironik yanaşmalar, qeyri-xətti hekayə tərzi kimi elementlərlə xarakterizə olunur. Azərbaycan ədəbiyyatına postmodernist əsərləri ilə böyük töhfələr vermiş Kamal Abdullənın “Casus” pyesi də bu aspektləri özündə cəmləşdirir. Kamal Abdullanın “Casus” pyesi, Azərbaycan teatrında postmodernizmin maraqlı nümunələrindən biridir. Bu pyes, yalnız adi bir dramaturgiya əsəri olmaqla qalmayıb, həm də müasir dövrün çağırışlarına cavab verən, sosial və siyasi məsələləri irdələyən bir əsərdir. “Casus” pyesi “Yarımçıq əlyazma” romanı ilə əlaqələnmiş bir parçadır. Romanda bu mövzuya toxunulur, lakin bir sıra fərqliliklər var ki, bunlara da müxtəlif obrazların dilindən fərqli sözlər deyilir. Mütləq pis və ya mütləq yaxşının baxış bucaqlarını dəyişən müəllif “Kitabi-Dədə Qorqud” dastanının məhdud dairəsini “Yarımçıq əlyazma” romanı ilə genişləndirməklə qalmamış, bu pyes ilə qaranlıq nöqtələri bir növ tamamlamışdır. “Casus” pyesi, insan təbiətinin mürəkkəbliyini və ziddiyyətlərini əks etdirir. Personajlar, eyni zamanda həm yaxşı, həm də pis xüsusiyyətlərə malikdirlər. Onların hərəkətləri, həm əxlaqi, həm də psixoloji amillərlə müəyyən olunur. Postmodernizmin özünəməxsus bir sıra xüsusiyyətləri vardır ki, bunlardan biri də xaos və kosmos (zamansızlıq və məkansızlıq) ahəngidir. Kamal Abdullanın “Casus” pyesində narrativ struktur toxuması, qeyri-xətti bir düzən nümayiş etdirir. Sitatlar, monoloqlar və dialoqlar arasında sıçrayışlar edərək, hekayənin müxtəlif zaman dilimlərində baş verməsi postmodern yanaşmanın bir tərkib hissəsidir.Əsərin təhlili zamanı bu nüansların varlığını belə göstərə bilərik ki, casusun varlığı ehtimalı yaranan zaman Qazan xan Dədə Qorqudu çağırmaq istədikdə məlum olur ki, heç kim onun harada olduğunu bilmir. Dədə Qorqud istədiyi zaman gələr sözünü deyir və gedir, sanki zaman və məkanları aşaraq paralelləşir.
“Yarımçıq əlyazma” romanında Dədə Qorqudun Nur dağı adlanan məkanda qısa ölümə, yəni yuxuya dalıb o anda bəylərin məclisində, daha sonra isə fərqli yerlərdə peyda olursa, “Casus” pyesində, o, tükün alova atılması nəticəsində peyda olur. Bu onu göstərir ki, romanda Dədə Qorqudun peyda olmasında vasitəçilik edən məkan var idisə, pyesdə məkansızlıq hökm sürür. Yuxu burada bir məkandan digər məkana – xaosdan kosmosa keçidi təmsil edir. Bundan başqa, pyesdəki zamansızlığı başqa səhnələrdə də görə bilərik–Dədə Qorqud Qazan xana sözünü dedikdən sonra yox olur. Hara yox olur? Yenə də bir zamansızlıq-məkansızlıq arasında keçid görünür. Boğazca Fatmanın evində Dədə Qorqudun bir anda peyda olmasını da zamansızlığın digər bir əlaməti olaraq qəbul edə bilərik. Zaman və məkan vəhdətini çox zaman bir əşya və ya mifoloji bir məkan ilə simvolizə edilməsi də təsadüfi deyildir. Hələ nağıllarımızdan bizə tanış olan qəhrəmanın quyu və mağara vasitəsilə yeni macəralara qədəm qoyması, yəni bir növ xaosdan kosmosa keçidi postmodernist əsərlərdə zaman-məkan hüdudlarını inisiasiya səviyyəsinə qaldırılır. Paralel zamanlarda baş verən hadisələrə bir növ keçidi təmsil edən Vaqif Səmədoğlunun “Qətl günü” romanında insanları uğultusu, sədası ilə cəzalandıran Baba Kaha, Kamal Abdullanın “Unutmağa kimsə yox” əsərində sirrini açacaq insanı ölümə doğru aparan çiçəkli yazının məskəni olan Vəng dağının missiyasını Kamal Abdullanın pyeslərində dəniz, Oğuz eli, Nur daşı davam etdirir. “Kim deyir ki, Simurq quşu var imiş” pyesində Kapitan, xaos adlandıra biləcəyimiz Adaya çatmaq üçün dənizdən keçməli olursa, Dədə Qorqud Boğazca Fatma ilə Oğuz elinin o başından bu başına keçid edir. Müəllif, məkan keçidləri vasitəsilə retrospeksiya edərək hadisələrə paralel zamanların gözündən baxmağı təklif edir. Kamal Abdulla, pyeslərində hadisələrin mərkəzinə bizi milli kimliyimizə qaytaran mifik kodlarımızı qoyur. Bununla intertekstual mətn yaradan müəllif, mif, dastan, nağıl və s. kontekstində gerçək zaman dilimlərini mifoloji zaman səviyyəsinə qaldırır. “Casus” pyesinin mərkəzində “Kitabi-Dədə Qorqud” dastanının dekonstruktiv və intellektual mahiyyəti dayanmışdırsa, “Kim deyir ki, Simurq quşu var imiş”, “Elə bil qorxa-qorxa” dramlarında nağıllarımızdan gələn padşah, dev, nağılçı və başqa obrazlar ilə xaos-kosmos inisiasiyasını gerçəkləşdirmişdir. “Məkansızlıq” anlayışı postmodernizmdə xaosdan kosmosa keçidi təmsil edir. Bu zaman niyə kosmosdan xaosa, yəni düzəndən düzənsizliyə deyil, məhz xaosun – düzənsizliyin özündən başladığımız sual doğura bilər. Qədim mifoloji mətnlərimizdən xatırlaya bilərik ki, Qara xanın dünyanı və insanı yaratması bir “heç”in, yəni xaosun üzərində olmuşdur. Düzənsizliyin üzərinə göllər, dağlar, ağaclar və s inşa etmişdir. Həmin xaos məkanı “Casus” pyesində Oğuz elinin özüdür. Əsərdə Boğazca Fatma, Şir Şəmsəddinin evindən çıxardıqdan sonra Dədə Qorquddan Bəkilin evini necə tapa biləcəyini soruşur. Bu anda ətraf qaranlıqlayır və özünü bir anda Bəkilin evinin qabağında tapır. Onlar bir anda Dış Oğuzdan Gürcüstan ağzına keçid edir, daha sonra da Fatmanın evində yenidən peyda olurlar.”Yarımçıq əlyazma” romanında Dədə Qorqudun Nur daşının qarşısında oturduğu məkanla pyesdə birdən-birə baş verən məkanın dəyişmələrini inisiasiya hadisəsi kimi dəyərləndirib, nağıl və dastanlarımızdan bizə tanış olan kiçik ölüm–uyquya dalma halı adlandıra bilərik. Yəni Kamal Abdulla, Dədə Qorqudun Nur daşının olduğu məkandan Qazan xanın məclisinə gəlməsi arasında, yenə Dədə Qorqudla Boğazca Fatmanın Oğuz elinin müxtəlif yerlərinə getməsi arasındakı xaos məkansızlığı – kiçik ölümü təmsil etmişdir. Elçin Əfəndiyev, “Teleskop” pyesində teleskop vasitəsilə eyni postmodernist mənzərəni yaradır. Əsərdə kişinin öldükdən sonra teleskopla öz evində baş verən hadisələrə şahid olub özü üçün xoş olmayan gerçəkləri öyrənməsi ilə Kamal Abdullanın romanında Dədə Qorqudun Nur daşından sirləri öyrənməsi və pyesində həmin gerçəkləri bəylərə bildirməsi arasında bənzərliklər olduğunu görmək olar. Təbiidir ki, bu hadisələr hamısı bir mifik zaman içərisində baş verir. Mifik zamanın özü də hüdudsuz bir zamansızlıqdır. Bunların hər biri bir zamansızlığı təmsil edir, yəni zamanın hüdudu yoxdur. Pyesdə keçmiş bir hadisəyə dəfələrlə qayıtmaq – retrospeksiyadan da məharətlə istifadə edilmişdir. Bunu əsərdə Boğazca Fatmanın bəylər və Dədə Qorqud ilə danışarkən 25 illik keçmiş sirlərinə qayıtmasında, həmçinin bəylərin Casus haqqında danışarkən keçmişdə baş verən hadisələrə toxunmalarında, məsələn Bəkilin atdan düşüb ayağını sındırmağı və başqa hadisələrdə görə bilirik. Postmodernizmin ən əsas özəlliklərindən biri fikir hüdudsuzluğunun olmağıdır. Fikir hüdudsuzluğu nədir? Postmodernist əsərlərdə sonluq yoxdur və oxucu istənilən vəziyyətə uzada bilər. Casus pyesindən irəli gələrək belə deyə bilərik ki, əsərdə bir casus var, amma biz dəqiq olaraq o casusun Boğazca Fatmanın oğlu olduğunu bilmədik, sadəcə bir təxminlərdən yola çıxaraq belə nəticəyə gəldik. Əsərin sonunda ana və oğul başqa diyara gedir, lakin bu əsərin sonu demək deyildi. Biz əsərin sonunda casusun kim oluduğunu dəqiq şəkildə bilə bilmirik. Bu, postmodernist əsərin sujetsizliyidir. Pyesdə, bir neçə narrativin iç içə keçməsi, postmodernizmin diqqət çəkən cəhətlərindəndir. Müxtəlif perspektivlərdən hadisələrin izah edilməsi, oxucunun və ya tamaşaçının hadisələrə fərqli yanaşma tərzini mümkün edir. Bu, həm də müəllifin ironiya ilə yanaşdığını göstərir, çünki oxucuya bir həqiqət təqdim etmir, əksinə, bir neçə “həqiqət” təqdim edir. Biz əsəri oxuduğumuz zaman bir oxucu kimi təxminlər irəli sürərək, təhlil edərək casus haqqında ucsuz-bucaqsız fikir söyləyə bilərik :
1. Əslində casusun heç var olmaması düşüncəsi. Sonluğun tamamlanmaması casusun kimliyi ilə bağlı bizə əsər ətrafında dövrə vurmağa vadar edir. Pyesdə obraz olaraq görünməsə də Yarımçıq əlyazma romanında xüsusilə vurğulanan və araşdırma aparan Bayandur xan casusun cəza alıb-almaması ilə maraqlanmır. Belə qənaətə gəlmək olar ki, Oğuz bəylərinin bir-birləri haqqında düşüncələrini dinləyən Bayandur xan məhz obasındakı xaosun nədən qaynaqlandığını casusun kimliyini araşdırmaq bəhanəsi ilə edir. 2. Casusun elə Dədə Qorqudun özünün olması düşüncəsi. Romanın əvvəlində Bayandur xanın dediklərini yazıya həkk edən Qorqud əsər boyu narahatdır və məhz onun bəylər haqqında dediklərindən sonra Xanları xanı Bayandur xan onları öz yanına çağırıb casusun kimliyini araşdırır. Bu narahatlıq pyesdə də davam edir. Boğazca Fatmanın oğlunun casus olduğunu desə də, onun nə cəza alması ilə maraqlanır, hətta Boğazca Fatmaya oğlunu zindandan qurtarması üçün məsləhət də verir. Boğazca Fatmanın 25 illik sirrini faş etməsini istəmir və sonda uğurlu olur. 3. Casusun Qazan xanın və ya həyat yoldaşı Burla Xatunun olması düşüncəsi. Əsərdə Aruz haqqında, xüsusilə bu iki obraz tərəfindən paxıl olması vurğulanır, hətta casus ola biləcəyi belə deyilir. Lakin fərqli prizmalardan yanaşmanın hakim olduğu postmodernizmə əsaslanaraq deyə də bilərik ki, bəlkə paxıl və pis niyyətli olan Qazan xanın özüdür? Aruzun oğlu Basat təpə gözü öldürdükdən sonra Aruzun onun yerini ala biləcəyindən tədirgin olur? Burla Xatun da romanda Beyrək ilə gizli söhbətlər edir, davamında isə pyesdə tez-tez Aruzun casus olmasını vurğulayır. Məhz Beyrək ilə gizli söhbətləri, digər tərəfdən, Beyrəyə doğru şübhələri yönəldir. 4. Beyrəyin casus olması düşüncəsi. Kamal Abdullanın “Miftən yazıya və ya Gizli Dədə Qorqud” kitabını da nəzərə alsaq, müəllifin pyes və romanında bizim bildiyimiz Beyrək tamamilə fərqli şəkildə göstərilmişdir. Kamal Abdullaya görə, Beyrək ona ad qoyulmazdan əvvəl özü bir plan hazırlayıb bəzirganları bir neçə nəfərin əlindən qurtarır və buna görə də Dədə Qorqud ona Beyrək adını qoyur. Yəni ki, Kamal Abdulla bizi Beyrəyə tamam fərqli rakursdan baxmağa vadar edir. Casus pyesinin əvvəlində Beyrək, Oğuz elində casusun olduğunu hələ Bayburt hasarında olarkən Təkvurun qızından eşitdiyini bildirir. Dastanda da əsirlikdən qaçması haqqında ətraflı məlumatın verilmədiyi Beyrəyin dediklərinə şübhə doğurur. Bəlkə casus elə Beyrəkdi?
Postmodernist əsərlərin sonu da onu oxuyanların fikirləri kimi ucsuz-bucaqsızdır. Belə təxminlərdən biri də Boğazca Fatmanın oğlunun atası kimdir? sualına cavab əsasında formalaşır. Pyesin sonunda bunu da öyrənə bilmirik, lakin əsər içərisində yozumlardan yola çıxaraq onun atasının məhz elə Dədə Qorqud olduğunu təxmin etmək də mümkündür. Çünki Boğazca Fatma ona 25 illik gizlətdiyi sirri faş edəcəyini deyəndə, Dədə Qorqudun bu sirri bildiyini də vurğulayır. Dədə Qorqud casusun kim olduğunu Qazan xana deyəndən sonra belə, ona nə cəza verəcəklərini öyrənməyə çalışır və bədbəxtə nə cəza verəcəyini təkidlə bilmək istəyir. Qazan xan isə onun Boğazca Fatmanın oğluna niyə bədbəxt dediyini öyrənmək istəsə də, Dədə Qorqud cavabında “bədbəxtdi o” deyir və hətta cəzanın nə oluğunu öyrənəndən sonra da Boğazca Fatmanın yanına gedib ona çarə göstərir. Lakin pyes boyu Dədə Qorqudun bu çabalarının və narahatlıqlarının səbəbini öyrənmirik. Bu zaman isə oxucuda Boğazca Fatmanın oğlunun məhz Qorqudun özündən olması fikrini istisna edə bilmirik. Aristotelin də araşdırmalarında gördüyümüz, dünyanın zidd və eyni zamanda bir-biri ilə vəhdət təşkil edən iki qütb – yer və göy, pis və yaxşı, yalan və doğru, ağlar və qaralardan və s ibarət olması insanda ikiləşmə prosesinin təməlini təşkil edir. Bu konsepsiyanın təməli qədim miflərimizdən bu günə qədər ədəbiyyatda öz aktuallığını qorumuşdur. Lütfizadə isə bunun tamam əksini deyərək, əks qütblərdə sadəcə ağlar və qaraların olmadığını, ağ və qara arasında sonsuz rəng çalarlarının mövcudluğu müdafiə etmişdir. Kamal Abdulla, bu düşüncəni postmodern əsərlərində çoxvariantlı yozum aspektində istifadə etmişdir. Bu fikirlərə əsaslanaraq “Kitabi-Dədə Qorqud” dastanına nəzər yetirək. Bu dastanda mənfi qəhrəmana rast gəlmirik. Dastanın qəhrəmanları dar gündə bir-birinin harayına yetən, sadiq, el-obasını düşünən insanlardır. Kamal Abdulla isə öz əsərində həmin obrazları dekonstruksiya edərək onların Oğuz cəmiyyətində digərlərinə qarşı münasibətinin fərqli tərəflərini göstərir. Məsələn, dastanda Dədə Qorqud ulu bir sima kimi göstərilir, o gələcəyi görən, əl qaldıranın quruyub qaldığı ülvi şəxsdir. Biz dastanın müqəddiməsində Dədə Qorqudun ad qoyması, öncədən nələrisə bilməsi haqqında məlumat əldə etsək də, bu vəziyyətin arxa planını, bu möcüzəvi halların səbəbini öyrənə bilmirik. Kamal Abdulla, “Yarımçıq əlyazma” romanı və “Casus” pyesində səbəbləri göz önünə sərir. Dədə Qorqud hər hansısa bir bilinməyəni Nur daşının önündə kiçik ölümə dalaraq yuxusunda görür və bilirdi. Ona yoxdan yerə vəhy gəlmirdi. Kamal Abdulla bununla bizə ideal saydığımız cəhətlərə başqa pəncərədən baxmağı göstərmişdir. Oğuz cəmiyyəti bir casus xəbəri ilə bir-birləri haqqında danışa biləcək, ev yağmalatmasında səbəb olacağı nifaqın fərqində olaraq hərəkət edən xana sahib olan cəmiyyətdir. Məsələn, yuxarıdakı fikirlərimizdə Boğazca Fatmanın oğlunun atasının Dədə Qorqud olduğu fikrini irəli sürdük ki, bununla da yüksək məqamda gördüyümüz Dədə Qorquda fəqli bir baxış bucağından baxmağa başladıq. “Kitabi-Dədə Qorqud” dastanında Qazan xan obrazı ilə Kamal Abdullanın əsərlərində göstərdiyi Qazan xan bir-birindən fərqlənir. Belə ki, “Casus” pyesinin əvvəlində Qazan xan və Şir Şəmsəddin söhbət edərkən Qazan xan evini yağmalatmaq istədiyini və bunu Dış Oğuz elinə demədiyini vurğulayır. Beyrək isə daha sonra bu nun yaxşı fikir olmadığını və Dış Oğuzla əlaqələrin daha da pis hala salınacağını desə də cavabında Qazan xan sadəcə onları sınamağa çalışdığını bildirir. Biz bunu nifaq toxumu əkən Qazan xan kimi də dəyərləndirə bilərik. “Kitabi-Dədə Qorqud” dastanında cəsur, öz əməyi ilə ad qazandığı göstərilən Beyrək, “Yarımçıq əlyazma” romanı və “Mifdən yazıya və ya Gizli Dədə Qorqud” kitabında əks xarakterli qəhrəman kimi təsvir olunur. Müəllifə görə, Beyrəyin əsas səhvi onu qurtaran kafir qızına onunla evlənəcəyinə söz verib lakin sözündə durmamasıdır. Kamal Abdulla Beyrəyin ölümündə də əsas səbəb olaraq bunu qəbul edir ki, mif sözü unutmur. Söz müqqəddəsdir və Beyrək sözünü unutdu və buna görə öldürüldü. Kamal Abdulla buna belə bir bəraət qazandırır ki, Beyrək mifdən yazıya keçidin qəhramanı kimi cəzasını çəkdi. Postmodernizmin ilkin xüsusiyyətlərindən biri oyun içərisində bir sıra həyat hekayələrinin, sirlərin açılmağıdı. Biz bunu “Casus” pyesində də müşaiyət edirik. Məsələn, Dədə Qorqudun Boğazca Fatmanı ilə birlikdə onun evindən Qazanın, sonra Aruzun evində peyda olması, İç Oğuzdan, Dış Oğuza məkan dəyişdirməyi, ən nəhayətində isə Boğazca Fatmanı evinə qaytarmağı bizə bunların hamısının oyun üzərində qurulduğunu göstərir. Sabir Rüstəmlinin “Yasaq edilmiş oyun” əsərində də müəyyən oyunlarla Sovet dövrünün 1937-ci il represiya hadisələri təsvir edilmişdir. Kamal Abdullayevin “Casus” pyesi, mifologiyanı müasir insanın iç dünyasını anlamaq və cəmiyyətin mənəvi dilemmlarını araşdırmaq üçün bir vasitə kimi istifadə edir. Bu pyes, mifoloji elementlərin yerinə yetirdiyi funksiyanı dərin düşüncə, simvolizm və emosional zənginliklə birləşdirərək, izləyicilərə yeni perspektivlər təqdim edir. Mifologiya burada yalnız bir arka plan elementi deyil, eyni zamanda insanın varoluşunun mənası və dəyərlər sistemi ilə bağlı dərin suallar ortaya qoyur. Pyes, insan təbiətinin sadəlövh təsnifatlara sığmadığını, hər bir insanın özünəməxsus mürəkkəbliyə malik olduğunu mifoloji çalarlarla göstərir.