Cihangir NOMOZOV

Cahangir Furqət oğlu Namazov 1997-ci ildə Nəmənqan vilayətinin Pap rayonunda anadan olub.
Cihangir NOMOZOV, “Bütöv Azərbaycan”ın Özbəkistan təmsilçisi. “Juntos por lasLetras” Argentina beynəlxalq yazıçılarının Özbəkistan üzrə fəal üzvü və işçi qrupunun koordinatorudur. Turkiyə dövləti “SİİR SARNİCİ” elektron jurnalının Özbəkistan üzrə nemayəndəsidir.
Qırğızıstan Respublikasında təşkil edilən “Dünya talantları” beynəlxalq birliyinin üzvü, “Abay” medalının, “Beynəlxalq Əmir Teymur Xeyriyyə Cəmiyyəti Fondunun “Unutmaz məni, bağım”,
Usman Nasir, “Berdak Karagbay oğlu”
xatirə nişanları”nın sahibidir.
Türkiyənin “Güzel Alanya” mükafatı laureatı.Qırğızıstan Respublikası “Qırğız şair və yazıçıları” ictimai fondunun üzvüdür. Gənc yazarların ənənəvi seminarlarının iştirakçısıdır. Şeirləri “Müjdə”, “Flaşmob” toplularına daxil edilib.
Yaradıcılıq nümunələri Kazaxıstan, Qırğızıstan, Türkmənistan, Keniya Azərbaycan, Türkiyə, Danqladeş, Nepal, Əlcəzair, Vyetnam, Serbiya, Hindistan, Rusiya, Makedoniya, Belçika, İtaliya, Çin, İspaniya, Albaniya, Koreya, Almaniya,
Avstraliya, Amerika dövlətlərinin qəzet –jurnallarnda, həm də Ədəbi internet saytlarında dərc olunub. 2021-ci ildə “İçimdə üsyanlar adlı şeir kitabı nəşr edilib.
Həmmüəllifliktə “Müqəddəs yer” tarixi kitabı , “Günəşin nəfəsi” poetik kitabı Türkiyənin Beygenç nəşriyyatında, “Pain” adlı şeir və məqalələr kitabı Amerikanın “Amazon” saytında nəşr edilib.
Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin tələbəsi.

ŞEİRİM

Hər gündə mən sənə şeir yazaram,
Lakin verəmmirəm sənə birini.
Hər gün sənə bağdan güllər üzürəm,
Lakin verəmmiəm sənə birini.
Qəlbin təndirindən üzüb verərəm,
Bizim sevgimizin isti fətrini.

Sizə gül verərəm, yoxdur sovqatım,
Verə bilməyirəm ləl, tac- taxt, fəqət.
Səninçün yaşatdım, al bu eşqimi,
Al, sənə ürəkdə hədsiz məhəbbət.

Al mənim canımı, can gərək olsa,
Verim sənə qəlbən ürək sirrimi.
Canımı, ömrümü vrtsəm də sənə,
Əfsus verəmmirəm bir şeirimi.


Keçən günlərimin hamısı röya,
Zaman geri dönməz, yersiz əlaclar.
Gəncliyin darıxan çölləri kimi,
Gülaçma dövrünü bilir ağaclar.

Lakin xatirədə yaşayar keçmiş,
Ürəkdən silinməz illərin izi.
Sönsə də göylərin ayı, ulduzu
Əsla unudulmaz var olmaq sözü!

BAHARIM

Ey baharım, sən hardasan, ey baharım,
Qışda qəlbim mürgülədi, donub keçdim.
Kim dinləyər, nədir qəlbdə ahu-zarım,
Dərdlərimi kağızlara deyib keçdim.

Ey baharım, sən hardasan, ey baharım,
Sənsiz ömrüm gül açmadı, xəzan oldu.
Unudulub aydan aydın arzularım,
İstəyini tapa bilmək güman oldu.

Ey baharım, sən hardasan, ey baharım,
Ürəkdəki ümidlərim sönüb bitdi.
Sən olmasan mənə ilham biganədir,
Qələmimi qara rəngi dönüb getdi.

Ey baharım, sən hardasan, ey baharım,
Darıxıram, qəlbə hisslər salaraq gəl,
Bu canımdan keçdi mənim əzablarım,
Bir də mənə şadlıqları alaraq gəl.

Ey baharım, sən hardasan, ey baharım,
Gəl, indi gəl, könülə yol başla indi.
Məni əsla tərk eləmə ömür boyu,
Gəlib mənim ürəyimdə yaşa indi.


Səhraya dönübdür daşlıq ürəyim
Allahım mehriniz abad olarmı?
Yağışa çevrilib yağar diləyim,
Doğrudan, arzular bərbad olarmı?

Şamtək əriməkdə səbrim, taqətim.
Qələbə onları udae həm yəqin
Taleyin əlində bəxtim, qismətim,
Ürəkdə parlarmı ümidli çağın

Gözlərim pərişan dikilib durar,
Xəyal çaşıb alır yolun haraya?
Arzular qanadın uçuşa açar,
Məni alıb gedər ürəyim Aya.


Səninçün çoxluca darıxdım yaman,
Hicran cığırından keçəmmirəm mən.
Unutsam da köhnə xatirələri,
Həsrət iyi gəlir köynəklərimdən…

Məsafələr bizi ayırdı, canım,
Yollar sevgimizə oldular zaval.
Görüş istəməklə ötər hər anım,
Həsrət duran yerdə gözləyir vüsal…

Rəngləri saralıb, tökülməkdədir,
Səninçün açılan qızılgüllərim.
Qəlbimdə gül açan həsrətim, sənə
Bahar güllərindən ətir yolladım.

Müəllif: Cihangir NOMOZOV

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Hər şey belə başladı…

Şəhidlərimizin əziz xatirəsinə

“40 gün – 40 şeir” layihəsi


VIII GÜN – VIII ŞEİR

O GÜN
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *
Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.




Qeyd:
Bu şeiri yayımlamaq arzusunda olan sayt və mətbuat nümayəndələrinə yayım hüququ verilir.
Səninlə qürur duyuram, Azərbaycan gənci!

“40 gün – 40 şeir” layihəsi

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bahar Halbekovanın şiirleri

“TƏRCÜMAN” RUBRİKASI

Təqdim edir: Cihangir NOMOZOV – “Yazarlar” jurnalının redaksiya heyəti üzvü, Özbəkistan təmsilçisi.

Bahar Halbekova: 21 Ekim 1954’te Özbekistan Cumhuriyeti, Sirderya eyaleti, Mirzaobod ilçesinde doğdu. 1983 yılında Taşkent Devlet Üniversitesi Gazetecilik Fakültesinden mezun oldu. “Sırlı Ahenkler”, “Ganimet Dunya”, “Sirderya Kadını” birinci ve ikinci nüshaları (2011-2013), “Bir Deste Gül” (2014), “Pir-i Kamil Yaşlılar” (2015), “Kendin Kendime Gerek”, “Çimen içinde bir çiçek” ve bir kaç öyküleri yayımlandı. Özbekistan Yazarlar Birliği üyesidir.
Aşağıda şiirlerini Hüsniddin Hayit tercümesinden okuyacaksınız.

“ESKİ DEFTERİ” SERİSİNDEN
ÇİÇEK

(ŞARKI)
Bahar gezer naz ile,
Söyleyip güzel masallar.
Kızlar elde saz ile,
Çiçek sayirine başlar.
Kendisi güzel, kızlar çiçek,
Yine neden arıyor çiçek?

Lale baharın timsalı,
Kızıl laleler açıldı.
Kızlar lale misalı,
Yamaç üstüne saçıldı.
Kendisi güzel, kızlar çiçek,
Yine neden arıyor çiçek?

Acaba bu çiçekleri
Çiçekler esir etti mi?
Ve oldu mu arkadaş,
Sır söylemeye gitti mi?
Kendisi güzel, kızlar çiçek,
Yine neden arıyor çiçek?

İSTEK

Göl olmak isterim
Bağrında ay batan,
Çöl olmak isterim
Mecnun iziyle uzanan,
Çiçek olmak isterim
Erkeğin elinde kıza uzatılan
Yol olmak isterim
Yüreklerden geçen,
İntizarım olursa
O an beklenilen bekleyen…

ANNEMİN SEVGİSİ

Yüreğinde dolu muhebbet,
Aşkle derdi ki annem:
Sallallahu ala Muhammet
Sallallahu alayhi vesselam.

Sabah doğar, olur akşam,
Dinlenmez, işle meşgul.
Kalbindeki o güzel söz,
Saz sesle söylenir.

Çocukluğunun bahçesinde yürüyüp,
Büyük muhabbetini gördüm.
Bir defa görmeden gaybdan durup,
Sevmeyi annemden öğrendim.

KENDİN KENDİME GEREK

Ayın lekesi leke değil,
Aşk dolu gönül sağ değil,
Sensiz kalbim mutlu değil,
Kendin kendime gerek.

Ben ağacım, sen kökümsün,
Işığımsın, gündüzümsün,
Bir taneyim, yalnızım,
Kendin kendime gerek.

Sen yağmursun, ben toprağım,
Temizleyicisin, ben kirliyim,
Toprak olup tekrar derim,
Kendin kendime gerek.

Yeni şeyler sözüme gerek,
Buluşmak gözüme gerek,
Sensiz Bahar’ın ismi yok,
Kendin kendime gerek.

KOMŞULARIM

Biliyorsunuz kimliğimi,
Temiz mi veya kirli mi,
Kimler ile birlikte olduğumu,
Komşularim.

Sırrımı hiç saçmadınız,
Hatalarım açmadınız,
Doğru sözden kaçmadınız,
Komşularım.

Bizde duvar kulaksızdır,
Söylentiden uzaksındır,
Gönlü temiz beyazsındır,
Komşularım.

Siz övdünüz özümüzü,
Gelinimizi, kızımızı,
Aydınlattınız yüzümüzü,
Komşularım.

Her biriniz bir tek alem,
Aranızda muhabbet var,
Böyle güzel mahallem,
Komşularım.

Hiçbiriniz kötü değilsiniz,
Hepiniz salim olunuz,
Siz her zaman geliniz,
Komşularım.

Ceviri: Hüsniddin HAYIT

Bahar Halbekovanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Şokalad qutusu”

Bir gün balaca bir qəsəbəyə varlı bir turist gəlir. Turist bir neçə günlük gecələmək üçün, bir otelə gedir. Öncədən icarə üçün 100 dollar otelin sahibinə ödəyib, yuxarı mərtəbəyə — otaqlara baxmaq üçün qalxır. Otelin sahibi 1 dəqiqə belə gözləmədən pulu götürüb, qaçaraq ət dükanına gedib borcunu ödəyir.

Qəssab pulu götürüb sevinərək fermerin yanına, bir neçə gün əvvəl borca aldığı inəyin pulunu ödəməyə gedir. Fermer pulu götürüb avtomobil dəzgahxanasına gedib öz borcunu ödəyir. Dəzgahxananın sahibi pulu götürüb bir neçə gün əvvəl mağazadan etdiyi alış-verişin pulunu ödəyir.

Mağazanın sahibi pulu götürüb neçə gündür gecikdirdiyi işçisinin maaşını ödəyir. İşçi xanım pulu götrüb qaçaraq hotelin sahibinin yanına gedib, ona olan borcunu ödəyir.

Bu zaman turist otel sahibinin yanına enir və bildirir ki, yuxarda onun üçün münasib otaq yoxdu. Turist icarə üçün qoyduğu pulu geri götürür və oranı tərk edir.

Heç kim heç nə qazanmadı, amma qəsəbə sakinlərinin artıq bir-birlərinə borcu yoxdu və onlar gələcəyə ümidlə baxırlar.

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib

Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-27 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
Sentyabrın 24-də mədəniyyət günləri çərçivəsində Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında qazax dilində nəşr edilmiş “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” mövzusunda ədəbi-poetik məclisi təşkil olunub.
Tədbirdə Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Kitab haqqında məlumat verən tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi qeyd edib ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyidir. Bu münasibətlə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən qazax dilində Füzulinin qəzəlləri və qəsidələrindən ibarət “Füzuli – 530 misra” kitabı nəşr olunub.
Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Arxiv, sənədləşmə və kitab işi komitəsinin sədri Rüstəm Əli Azərbaycan Mədəniyyət Günlərinin önəmindən danışıb. Vurğulayıb ki, iki ölkə arasındakı dostluq və hərtərəfli əməkdaşlıq bundan sonra da davam edəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.
Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığından söz açıb. Bildirib ki, 2024-cü il yanvarın 25-də Prezident İlham Əliyev Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. O, anadilli poeziyanın mükəmməl nümunələrini yaradıb, Azərbaycan ədəbi dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib. Dahi şairin 530 illiyində belə bir kitabın nəşr olunması böyük əhəmiyyətə malikdir.
Azərbaycan Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Məhəmməd Füzulinin əsərlərinin bu gün də öz aktuallığını qoruyub saxladığını söyləyib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Məhəmməd Füzulinin əsərlərinin qazax dilinə tərcüməsi” mövzusunda çıxış edib.
Azərbaycanın Xalq yazıçısı Elmira Axundova mədəniyyət günləri çərçivəsində təqdim ediləcək “Zərifə və Heydər Əliyevlər. Əbədi məhəbbətin tarixçəsi” kitabı haqqında məlumat verib.
Daha sonra mövzu ətrafında AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizova, kitabın tərtibçisi, şair, tərcüməçi Fərid Hüseyn və başqaları çıxış ediblər.
Bədii hissədə qiraətçi, aktyor Hüseynağa Aslanov və aktrisa Jalə Novruzova tərəfindən Füzulinin bir sıra qəzəlləri səsləndirilib. Xanəndələr – respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynli və Leyla Rəhimova Füzulinin qəzəllərini muğam üstə ifa ediblər. Qazaxıstan aktyorları Kazibek Iskara və Guldana Alixan tərəfindən Füzuli şeirlərinin qazax dilinə tərcümələrindən nümunələr təqdim olunub. Qiraətçiləri Əməkdar artist Toğrul Əsədullayev (kamança) və respublika və beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev (tar) müşayiət ediblər.
Qeyd edək ki, layihənin rəhbəri və müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, kitabın tərtibçiləri şair, tərcüməçi, AYB-nin katibi Səlim Babullaoğlu, şair Fərid Hüseyn, redaktoru Nurlıbek Samatulu, məsləhətçisi isə ədəbiyyatşünas Didar Kulkenovdur. Bakıda “Zərdabi nəşr”də işıq üzü görən kitabda dahi şairin 22 qəzəl və 6 qəsidəsi yer alıb. Tədbirdən fotolar:

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hermann Hessenin “Narsis və Qoldmund” əsərinin fəlsəfəsi

Hermann Hessenin “Narsis və Qoldmund” əsərinin fəlsəfəsi

İlk dəfə 1930-cu ildə nəşr olunan Hermann Hessenin “Narsis və Qoldmund” əsəri intellekt və duyğusal təcrübə, təklik və yoldaşlıq və mənəvi ilə dünya arasındakı dixotomiyanın dərin tədqiqidir.Hermann Hessenin bu romanı ziddiyyətli həyat fəlsəfələrini təmsil edən iki arxetipik personaj – Narsis və Qoldmund — intellektual və instinktual arasındakı mürəkkəb əlaqəni araşdırır. Səyahətləri ilə Hesse şəxsiyyət mövzularını, insan təbiətinin ikililiyini və məna axtarışını vurğulayır.

Narsis rasionallığı, özünə intizamı, mənəvi və intellektual axtarışlara sadiqliyi təcəssüm etdirən bir alimdir. O, monastırın hüdudlarında inkişaf edir, burada təhsil və təfəkkür vasitəsilə maariflənməyə çalışır. Qoldmund isə həyat və təcrübə üçün ehtiraslı, bədii həssaslığın təcəssümüdür. Onun xarakteri gözəllik, sevgi və varlığın xam təcrübələrinin arxasınca qaçan sərgərdandır. Bu iki fiqur arasındakı dixotomiya ağıl və bədən, kosmos və xaos arasında daha geniş insan mübarizəsini, təcrübə axtarışı ilə bilik axtarışını əks etdirir. Hesse bu müxalif qüvvələrin necə birgə mövcud ola biləcəyini və bir-birini xəbərdar edə biləcəyini göstərmək üçün onların münasibətlərindən istifadə edir.O, biliyə və ilahiliyə can atmaqda kök salmış nizam-intizam, təfəkkür və mənəvi sədaqət həyatını təmsil edir. Onun dünyası nizam, ağıl və ali həqiqətlərin axtarışıdır. Bunun əksinə olaraq, Qoldmund həyata, sevgiyə və sənətə olan ehtirası ilə xarakterizə olunan azad bir ruhdur. “Narsis və Qoldmund” əsərinin fəlsəfi özəyi fərdlərin həyatlarında necə məna axtardıqlarını araşdırmasındadır. Qoldmundun orta əsrlər Avropası üzrə səyahəti kəşf və duyğusal əlaqədir. O öyrənir ki, əsl anlayış çox vaxt kitablardan deyil, şəxsi təcrübələrdən və başqaları ilə qurduğu əlaqələrdən gəlir. Onun işləri, dostluqları və sənətkarlıq cəhdləri həqiqilik üçün ekzistensial axtarışı işıqlandırır. Bunun əksinə olaraq, Narsis, intellekt və mənəvi inkişaf yolu ilə transsendensiya axtarışını təmsil edir.Onun monastır həyatına bağlılığı daha yüksək məqsəd və daxili sülh axtarışını əks etdirir. Hesse hər iki yolun etibarlı olduğunu, lakin digəri olmadan natamam olduğunu təklif edir. Onların qarşılıqlı əlaqələri vasitəsilə Hesse göstərir ki, intellektual dərketmə təcrübə bilikləri ilə balanslaşdırılmalıdır.

İncəsənət romanda həlledici rol oynayır, iki fəlsəfə arasında körpü rolunu oynayır. Qoldmundun bədii ifadələri onun təcrübələrini emal etmək və dərk etmək, varlığın emosional və mənəvi həqiqətlərini üzə çıxarmaq vasitəsinə çevrilir. Hesse, yaradıcılığın sadəcə bir qaçış yolu deyil, həyatın daha dərin tərəfləri ilə əlaqə qurmağın vacib bir vasitəsi olduğunu iddia edir. Narsis, daha təmkinli olsa da, sonda Qoldmundun bədii səyahətinin əhəmiyyətini qəbul edir. Bu etiraf Hessenin həyatı daha bütöv bir şəkildə dərk etmək üçün həm intellektual, həm də bədii axtarışların inteqrasiyasının zəruriliyinə inamını vurğulayır. Hekayə açıldıqca hər iki personaj dərin dəyişikliklərə məruz qalır. Qoldmundun sərgüzəştləri onu həyata xas olan gözəllik və əzablara məruz qoyur, daha zəngin, daha nüanslı perspektivlə nəticələnir. Onun Narsisə qayıtması onların fərqli fəlsəfələrinin uzlaşmasını simvollaşdırır. O öyrənir ki, duyğu təcrübələrinə can atmaq vacib olsa da, bu, həm də keçicidir və ölümlülük və varlığın mahiyyəti haqqında daha dərindən düşünməyə sövq edir. Əksinə, Narcissus, Qoldmundla dostluğu sayəsində həyatın daha xaotik və ehtiraslı tərəflərini əhatə etməyə başlayır. Bu transformasiya emosional əlaqədən məhrum olan intellektual axtarışların təcrid və əlaqənin kəsilməsinə səbəb olduğunu göstərir.

Romanın mərkəzində özünü kəşf mövzusu dayanır. Qoldmundun səyahəti şəxsiyyətin tədqiqini və şəxsi həqiqətin axtarışını təmsil edir. O, dünyadakı yerini anlamağa çalışaraq müxtəlif təcrübələrdən keçir – romantik, bədii və ekzistensial. Qoldmundun sevgi, ölüm və gözəlliklə qarşılaşması onu başa düşməyə vadar edir ki, həyat sadəcə məqsədə çatmaq üçün bir vasitə deyil, tam şəkildə mənimsənilməsi üçün bir təcrübədir. Bunun əksinə olaraq, Narsisin yolu şəxsiyyətə daha statik bir yanaşma əks etdirir. Onun monastıra və intellektual axtarışlara bağlılığı ağıl vasitəsilə sabitlik və anlaşma axtarışını təmsil edir. Lakin Qoldmundla münasibətləri onu dünyagörüşünün məhdudiyyətləri ilə üzləşməyə məcbur edir. İki personaj arasındakı əlaqə müxtəlif yolların bir-birini necə tamamlaya biləcəyini göstərir və ahəngdar bir varlığın həm intellektin, həm də duyğuların inteqrasiyasını tələb edə biləcəyini göstərir.”Narsis və Qoldmund”un başqa bir fəlsəfi əsası həyatın keçiciliyini qəbul etməkdir. Qoldmundun səyahəti ölümlə bağlı kəskin şüurla əlamətdardır və bu, onu anı ələ keçirməyə və həyatı tam şəkildə yaşamağa sövq edir. Onun həm sevincli, həm də ağrılı təcrübələri həyatın bütün mürəkkəbliyi ilə sevinc, kədər, sevgi və itki anlarından toxunmuş bir qobelen olduğu fikrini vurğulayır. Narsis də ölüm anlayışı ilə fərqli prizmadan da olsa mübarizə aparır. Onun intellektual yanaşması ölümü mənəvi səyahətin bir hissəsi, son deyil, keçid kimi başa düşməyə çalışır. İki personaj arasındakı qarşılıqlı əlaqə fərqli fəlsəfələrin məna axtarışında necə birlikdə mövcud ola biləcəyini və bir-birini məlumatlandıra biləcəyini vurğulayır.

Herman Hessenin “Narsis və Qoldmund” əsəri son nəticədə onun qəhrəmanlarının təmsil etdiyi iki yolun sintezini müdafiə edir. Roman iddia edir ki, dolğun bir həyat həm Narcissusun əks etdirən keyfiyyətlərini, həm də Qoldmundun ehtiraslı, təcrübəçi təbiətini tələb edir. Həm intellekt, həm də emosiyanı əhatə etməklə, fərdlər varlığın mürəkkəbliklərində hərəkət edə və daha dərin məna hissi tapa bilərlər. Hermann Hessenin “Narsis və Qoldmund” əsəri insan təbiətinə xas olan ikiliklərin dərin tədqiqinə xidmət edir. Nasis və Qoldmundun təzadlı həyatları vasitəsilə Hesse oxucuları intellekt və emosiya, mənəvi və həssaslıq arasındakı tarazlıq üzərində düşünməyə dəvət edir. Nəhayət, roman bu elementlərin sintezini müdafiə edir, həqiqi yerinə yetirmənin həm ağıl, həm də ürəyi əhatə etməklə yarandığını göstərir. Tez-tez birini digərindən üstün tutuıduğu bir dünyada Hessenin işi varlığın bu əsas aspektlərinin qarşılıqlı təsirindən yaranan zənginliyin əbədi xatırlatmasıdır.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Alban təqvimi – ümumiyyətlə albanlar olubmu?!

Alban təqvimi — Qafqaz Albaniyasında istifadə olunmuş sivil və dini təqvimdir. Bu təqvimin varlığını ilk dəfə 1832-ci ildə Mariy Brosse irəli sürmüşdür.Ananiya Şirakatsiyə aid 114 nömrəli əlyazmaya istinad edən Brosse bu təqvimdə 12 ay olduğunu göstərir. Təqvim avqust ayından başlayırdı. Ayların adları həm Udi dilində həm də Fars dilində izah olunur. Paris, Tbilisi həmçinin İrəvanda saxlanılan 12 fərqli əlyazmada bu aylar sıralanmışdır. Utili tarixçi Ovannes İmastaserin (1047–1129) qeydlərinə əsasən qədim Alban və Gürcü təqvimləri 29 Avqustda başlayırdı. Bu təqvimin əsasında Udi təqvimi hazırlanmışdır.

Navasardun
Alban təqvimində ilk ay olmuşdur. Əslən orta pəhləvi dilində olub “yeni il” mənasına gəlir.

T’ule
Alban təqviminin ikinci ayı. T’ul — albanca olub, “şərablıq üzüm” deməkdir. Udi dilində də üzüm mənasına gəlir.

Namos’
Alban təqviminin üçüncü ayı. Bu ad üçün iki ehtimal irəli sürülüb. Bir ehtimala görə o farsca ibadət mənasına gələn “namaz” sözündəndir, ikinci bir ehtimala görə isə bu yenə farsca olan “nəm” sözündən gəlir.

Çil
Təqvimin dördüncü ayıdır. Udi dilində “toxum” mənasına gəlir.

Bokavon
Təqvimin beşinci ayı. Udi dilindəki “yığmaq, dərmək” mənasına gələn “bok’sun” sözündən yarandığı güman edilir.

Altı və yeddinci aylar
Alban təqviminin altıncı və yeddinci aylarının mənası barədə etimoloji təklif irəli sürülməmişdir.

J’qul
Alban təqviminin səkkizinci ayıdır. Udi dilində “yaz, bahar” mənasına gəlir.

Doqquz və onuncu aylar
Bu ayların adlarının mənası haqqında məlumat yoxdur və Udi dili ilə də açıqlanmır.

Exna
Alban təqviminin on birinci ayıdır. Udi dilində “ex” sözü “biçin” mənasına gəlir.

Baxna
Alban təqviminin son ayıdır. Udi dilində be’q’ sözü “günəş” mənasına gəlir.

P.S. … məncə, albanlar da elə indi azəbaycanlılar olan kimi mövcud olublar…

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Firuz Mustafa – HƏQİQƏT

HƏQİQƏT

  • Həqiqət yolunda canından keçməyə hazır olan ateist, yalana qulluq edən dindardan Allaha daha yaxındır.
  • Həqiqət haqda danışmaq hələ heç də mövcud həqiqət deyildir. Əsl həqiqət həqiqətin mövcudluğunu sübut etməkdir.
  • Həqiqətin dili həmişə lal olur. Amma onu hamı anlayır.
  • Həqiqət həmişə acı olur. Adamlarsa daha çox şirin şeyləri xoşlayırlar.
  • Həqiqət elə bir “bəla” ki, ona tapınanlar bu yolda həyatlarından belə keçməyə hazır olurlar.
  • Həqiqəti sənə çох zаmаn düşmənin dеyir.
  • Həqiqətlə doğru arasında, belə demək mümkünsə, ürəklə ağıl arasındakı qədər uzun bir məsafə var.
  • Həqiqət xiyabanına gedən yol, bəzən yalan cəngəlliklərindən keçir.
  • Həqiqətə gedən yol bütün ömürdən keçir. Ona yetişmək üçün uzağa getməyə ehtiyac yoxdur, təkcə dönüb öz daxilinə baxmaq kifayətdir.
  • Həqiqətən sаğ оlduğu bаrədə ondan arayış tələb еtdilər.
  • Həqiqət yalanın qucağına sığınmışdı.
  • Həqiqəti dediyinə görə dönə-dönə üzr istədi.
    P.S. “Buz üstə yazılmış sətirlər” kitabından

Mənbə: Firuz Mustafa

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

YERLƏRƏ ÇƏKİR

YERLƏRƏ ÇƏKİR
Çəkir doğma torpaq məni özünə,
O dağlı, dərəli yerlərə çəkir.
Yanar ulduzları gur göy üzünə,
Sürəkli, bərəli yerlərə çəkir.

Çəkir bir çobanın alaçığına,
Cülyanı, Buynuzu, Qalacığına.
Açıb qucağını tala cığıra,
Sarılı, qaralı yerlərə çəkir.

O mavi göylərlə barışdım yenə,
Qalxıb qayalara qarışdım yenə.
Məni süfrə açıb bir dostum yenə,
Yarpızlı, tərəli yerlərə çəkir.

Bu mərmər saraylar bezdirib məni,
Gör hələ kimlərə əzdirib məni.
Ruhum şəhərlərdə gəzdirib məni
Taxtalı, şirəli yerlərə çəkir.

Ruhum qanad açan şahindi göydə,
Ona ağ buludlar yaxındı göydə.
Səni görməmişdən baxırdım göydən,
Könlümü verəli yerlərə çəkir.
23.09.24

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Üfiqdə parıltı” təqdim edir:

“Üfiqdə parıltı” rubrikası

Elşən Təhməzov 2001-ci ildə Qubada dünyaya gəlmişdir. Şair və qiraətçidir. Yaradıcılığa kiçik yaşlardan başlamışdır. 60-dan çox ədəbi, bədii, elmi, mədəni məqalənin müəllifidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almışdır. “Müasir Azərbaycan ədəbiyyatı antologiyası 1-ci cild” kitabının müəllifi və bir çox kitabın redaktorudur.
Yaxın zamanlarda “Ayrılıq” şeirlər kitabı işıq üzü görəcəkdir.

“Üfiqdə parıltı” rubrikası gənc qələm dostumuz Elşən Təhməzovun şeirlərini təqdim edir və onun parlaq gələcəyinə inanır. Yolunuz açıq, uğurlarınız bol olsun! Buyurun tanış olun, dəyərli oxucular:

AYRILIQ

Əzablar çoxalır sevəndə insan,
Ömür kədərlidir, həyat zülmdür.
Deyirlər: “Ayrılıq ölüm deyil ki”
Ayrılıq – ölümdən betər ölümdür.

Nə yatmaq, nə yemək, nə gəzmək olur,
Yatdığın yuxuda ümid arzusu.
Yediyin yemək də keçmir boğazdan,
Gözlərin hər yerdə gəzir o qızı.

Fikirlər ürpərir xəyal quranda,
Tənhalıq qəlbinin yelkənləridir.
Çölün bir məzarın sükutu kimi,
İçinsə fırtına, alov kimidir.

Gör necə yanmışam sənin oduna,
Bir baxsan sovrulan mənim külümdür.
Deyirlər: “Ayrılıq ölüm deyil ki”
Ayrılıq – ölümdən betər ölümdür.

ATMADI MƏNİ

Yenə ötənləri saldım yadıma,
Bir damla göz yaşım atmadı məni.
Kədərlə, sevinclə qaldım baş-başa,
Kədərim sevincə satmadı məni.

Sənli xatirələr, sevimli anlar,
Səninlə yaşanan gözəl zamanlar,
Mənə sevinc verib kədər alanlar,
Bir daha kədərə qatmadı məni.

Sən axı bu eşqi əziz sayırdın,
Günəşdən od alıb şəfəq yayırdın,
Məni məndən alıb məndən ayırdın,
O gündən bu sevgi dadmadı məni.

GÖZLƏRİNDƏ BİR SEVGİ VAR

Gözlərində bir sevgi var,
Olmazmı dilin də deyə ?
Bu məhəbbət çiçəyi bəs,
Solmazmı bu səssizliyə ?

Nələr kəsdi yolumuzu ?
Qəm örtdü sağ solumuzu,
Bu gedişlə yolumuzun
Sonu çıxar mənsizliyə.

Ayırdılar səni məndən,
Arzularım pərən-pərən,
Ümidim yox gələn gündən,
Mən gedirəm sənsizliyə.

ŞEİRƏ HƏSR ETDİYİM ŞEİR

İçimdə bir dəli nalə qopanda,
Sən mənim həyatda sirdaşım oldun.
Boranda, yağışda, qarda, tufanda,
Soyuqda, küləkdə yoldaşım oldun.

Mən çox ağlamışam, mən ağlayanda,
Gözümün yaşını silən sən idin.
Qısılıb bir küncə tənha qalanda,
Saçıma sığallar çəkən sən idin.

Qəlbim qəm döyünən, dilim ah çəkən,
Zamanlar sən məni tənha qoymadın.
Hər axşam, hər səhər üzüləndə mən,
Hər axşam, hər səhər qayğıma qaldın.

Bu dünya quyutək çəkəndə məni,
Tutdun əllərimdən mənim hər zaman.
Səninlə gəzəndə çölü, çəməni
Parlayan günəşəm, parlayan ayam.

Səninlə oturub danışanda mən
Gülüşüm su kimi hər yana axdı.
Kağıza ölümdən misra yazanda,
Cırdın kağızımı mənim o vaxtı.

Səni çox sevirəm şeirim mənim,
Sənə sarılıram, qucaqlayıram.
Həyatda özümə səninlə birgə,
İşıqlı səadət arzulayıram.

Şeirlərin müəllifi : Elşən Təhməzov

Təqdim etdi: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru