Faiq Balabəyli – SƏNİ GÖRƏNDƏ

SƏNİ GÖRƏNDƏ

Qaya ovulardı, daş əriyərdi
Bulud üzülərdi göyün üzündən.
Dənizin tozunu külək silərdi
Xəfifcə əsərək suyun üzündən,
səni görəndə.

Üzünü üzümə söykərdin onda,
Boynuma sarılan qol görünərdi.
Məni xoş günlərə apara bilən,
Gözümə işıqlı yol görünərdi,
səni görəndə.

Bütün bu şəhəri – sən varsan deyə
Sıxardım, yığardım bağrıma qədər.
Elə sevinərdim, elə sevərdim
Bütün əzabları – ağrıma qədər
səni görəndə.

Müəllif: Faiq Balabəyli

Faiq Balabəylinin yaziıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zeynəb Cəmaləddin – Payız

ÇİLLİ QIZIN PAYIZI

Ayağım altında xəzəlin səsi,
Çəkirəm sinəmə torpaq ətrini.
Oxşayır ruhumu meşə nəfəsi,
Başımın üstündə açıb çətrini.

Agacda yarpaqlar alov-qəhvəyi,
Yerdəki nəm xalı buta- butadır.
Düşüb dığırlanmaq, vallah, havayı,
Yoxuş sürüşkəndir, azca xatadır.

Enişdə çay axır, axır şırhaşır,
Ya quşların səsi…harda Süleyman…
Qanım elə coşur, çayla yarışır,
Quş dili anlamaq istərəm yaman…

Qırmızı yarpaqda qızıl kəpənək,
Gecikib qatara, payıza qalıb.
Hələ dələyə bax, qoz yığır kənək,
Tüklücə quyruğu beldə ucalıb.

Gözümə-gözümə baxır ki, görəm,
Düymə gözlərinin qor işığını.
Mən necə sevirəm, necə sevirəm,
Meşənin bu payız yaraşığını.

Başında papağı, nəm göbələklər…
Bu meşə kimlərin nə dünyasıdı?
Koğuşda qulağın bir bala şəklər,
Yoxsa ki, bu gələn öz anasıdı?

Mən hansı havaya girirəm görən,
Dəli çılğınlığım qanda oynayır.
Böyürtkən qopardan, çiyələk dərən
Kiçik qız afacan donda oynayır.

Bir anda meşənin sehrinə uydum,
Zaman tunelinin qapısı burda!
O qızın üzünü, səsini duydum,
Ruhumun uşaqlıq yapısı burda!

O kiçik bədəndə ruhum yer alır,
Sevincim, heyrətim onun hissidir.
Sarışın üzündə çillər qaralır,
Bu meşə gözündə yer kürəsidir.

Ağaclar, yarpaqlar, rəngbərəng xəzəl,
Bu qız o ahəngin mərkəzindədir.
Bu dünya bir başqa, bu dünya özəl,
Bu dünya tək onun öz gözündədir…

Soyunub ömrünü bir gödəkçə tək,
Əlli il geriyə dönmək olurmuş…
Sarışın, bir çilli qızla təkbətək,
Zaman maşınına minmək olurmuş…

28.09.2024.

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Camal Cəfər – Sentyabr şeirləri

Dünya gözlüm

Baxıb gözlərinə heyran olaraq,
Gözlərin özündə səmanı gördüm.
Gəzdim baxışlarla seyran olaraq,
Gözlərdə göy üzün, fəzanı gördüm.

Nurunu gözündən, üzündən yayan,
Günəşdir istisin saçır sevgiylə.
Qəlblərə ətrini daim paylayan,
Çiçəkdir qönçəsin açır sevgiylə.

Yaradan yaradıb səni nə gözəl!
Gözüm gözəlliyə baxır doymayır.
Sevgisi bürüyüb məni nə gözəl!
Qəlbim sevgisinə axır doymayır.

Camal, neçə evin, neçə ocağın,
Nəsibi, qisməti Əsma tək olsun!
Sevgiyə qol açan neçə qucağın,
İçini gül üzlü Əsmalar alsın!

17.09.2024.

Daxili gözəllik

İnsan var ki, üz-gözündən nur yağır,
Qəlbin cilvəsidir üzdə yer edir.
Kimi təbəssümdən qrimin yaxır,
Üzündən zamanla yuyulub gedir.

Qəlbidir insanın parlayan gözə,
Gözəllik paylayan gözlər gözəldir!
Zərif duyğulardır yansıyan üzə,
Könlü təmiz tutan üzlər gözəldir!

Könüldə paxıllıq olan kəslərin,
Üzünə təbəssüm özgədir, yaddır.
Ürəyi sevinclə dolan kəslərin,
Təbəssüm qəlbindən sevincək, şaddır.

Camal, ürəyini, qəlbini bəzə,
Daxili gözəllik üzünə saçsın!
Qalsın təravətin hər fəsil təzə,
Ürəyin gül kimi qönçəsin açsın!

22.09.2024.

Şəhidim

Yumub gözlərini fani cahana,
Cənnətə şəhid tək getdi şəhidim!
İstəyi bir yana, dünya bir yana,
Yüskək hədəfinə yetdi şəhidim!

Əladır söyləyib şəhid olmağa,
Ali niyyətinə çatdı şəhidim!
Tarixdə qəhrəman olub qalmağa,
Yetəcək addımın atdı şəhidim!

Sinəsin, canını, sipər edərək,
Düşməndən intiqam aldı şəhidim!
Vətən sevgisiylə öndə gedərək,
Adını tarixə saldı şəhidim!

Camal, şücaətin göstərib Asim,
Vətənçün canından keçdi şəhidim!
Döyüş cəsarətin göstərib Asim,
Son damla qanından keçdi şəhidim!

19.09.2024.

Şəhidlər

Müqəddəs amalın ürəkdə tutub,
Cənnətə sevgiyle getdi şəhidlər!
Şəhidlik yolunu diləkdə tutub,
İstək, hədəfinə yetdi şəhidlər!

Geniş sinəsini sipər edərək,
Düşmənlə üzbəüz gəldi şəhidlər!
Ölümün üzünə dimdik gedərək,
Cənnətə göz yumub güldü şəhidlər!

Yarıb düşmən duran dərəni, dağı,
Vətən yollarını açdı şəhidlər!
Çiçəklə bürüdü çəməni, bağı,
Qanıyla ətrini saçdı şəhidlər!

Yumub gözlərimi xəyal edirəm,
Necə əllərini bükdü şəhidlər!
Fikrimdə şəhidə tərəf gedirəm,
Qanını torpağa tökdü şəhidlər!

Əliylə möhkəmcə tutmuş silahı,
Açıb barmaqların atdı şəhidlər!
Çağırıb can üstə Uca Allahı,
Uca mərtəbəyə çatdı şəhidlər!

Camal, həyatının hər bir anında,
Zehnində, dilində olsun şəhidlər!
Şəhid məhəbbəti dönsün canında,
Ömründə daima qalsın şəhidlər!

15.09.2024.

İldırım sonrası

Səhər ildırımdan sonrakı yağış,
Yağmaqla payıza xoş gəldin dedi!
Gecə bitən zaman sondakı yağış,
Şırhaşır səsiylə sözün söylədi!

Çaxıb ildırımlar parladı səma,
Su da söndürmədi göyün işığın.
İldırım cahana verəndə səda,
Sanki fikrə dedi ağla yığışın.

Yuyunub təbiət yağış suyunda,
İslandı bolluğun nişanəsiylə.
Torpağın üstündə, qatı, layında,
Yağış payın qoydu nümunəsiylə.

Camal, qəlbin dilə gəlsin yağan yağışda,
Səsləsin niyyətin, diləsin, dursun.
Göylərdən süzülüb axan yağışda,
Ümidin xəyalın istəyin qursun.

23.09.2024.

Qürurlu Sentyabr

Yetişib təqvimdə doqquzuncu ay,
Qəlbimiz qürurla döyünür yenə.
Səs salır könlümüz çəkərək haray,
Qəlbimiz fərəhlə öyünür yenə.

Vətən torpağına, daşına görə,
Cismindən, canından keçdi şəhidlər!
İllərin ayrılıq yaşına görə,
Son damla qanından keçdi şəhidlər!

İndi üzü gülür dağın, çəmənin,
Torpaq nəfəs alır çiçəyin açır.
Sevinci yerinə gəlir Vətənin,
Sevincin ətrini dünyaya saçır.

Zəfəri qazandıq həm də sizinlə,
Şəhidlər böyüdən ata, anamız!
Öyrəndi sevgini, sevgi sözünlə,
Şahidlər böyüdən ata, anamız!

Əziz şəhidləri sevgiyle anmaq,
Mənəvi borcudur hər vətəndaşın!
Ürəkdən üzülüb kədərlə yanmaq,
Qəlbi Vətən ilə vuran soydaşın!

Camal, şəhidlərə olan məhəbbət,
Ruhunda dövrünü etsin hər zaman!
Bu sevgin isminə gətirər izzət,
Yurd salsa qəlbində dəyişər siman!

27.09.2024.

Şəhid Kapitan

(Salyanın Çuxanlı kəndindən olan şəhid kapitan Şirinov Kamilin əziz xatirəsinə ithaf olunur.)

Vətənə xidmətdə qüsursuz olan,
Düşməni lərzəyə, qorxuya salan,
İgidlik göstərib tarixdə qalan,
Şirinov Kamildir-şəhid kapitan!

Vətənə məhəbbət qanda dolaşan,
Ruhunda, qəlbində, canda dolaşan,
Axır nəfəsində, anda dolaşan,
Şirinov Kamildir-şəhid kapitan!

Şəhidlik musiqi, şeir, bəstəsi,
Sözləri dilində bəzəyən səsi,
Solmayan şəhidlik istək, həvəsi,
Şirinov Kamildir-şəhid kapitan!

Füzuli uğrunda döyüş zamanı,
Yetişdi cismani ayrılıq anı.
Qazanan bu yolda şərəfi, şanı,
Şirinov Kamildir-şəhid kapitan!

Yetən şəhidliyə igid dizində,
Gözləri gələcək şəhid üzündə,
Camal İsmayılov sözü sözündə,
Şirinov Kamildir-şəhid kapitan!

Camalın, sözünə, şöhrət gətirən,
Şeirinə dəyərin, qiymət gətirən,
Fikir nümunəsine izzət gətirən,
Şirinov Kamildir-şəhid kapitan!
29.09.2024.


Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadənin “Gecə xəyalları” kitabı barədə – I YAZI

HİKMƏT MƏLİKZADƏRƏFAİL TAĞIZADƏ

“O salxım buludlar bu gecə qara…”

İstedadlı şair Rəfail Tağızadənin “Gecə xəyalları” kitabı barədə (qısa) qeydlər

(Birinci yazı)

Poetik səpkili şeir (müasir düşüncəyə) uyğun fikir sabitliyi qurursa, orada qlobal nəsə axtarmağa lüzum yoxdur; o tərz şeirlərdə modernçi ənənə elə də kəskin (bir) məqsəd aşılamır… Ancaq bu tip nümunələrdə ədəbi-ictimai zəmin – motivasiya özünü aydın təsbit etməlidir… Çünki lirik hiss oxucunu azdıra, onu (bəzən) yanlış səmtlərə ötürə bilər. Nəticədə, şeirdəki məna anlaşılmaz, şair oxucusuna bitkin təəssürat verə bilməz…
Biz, istedadlı şair Rəfail Tağızadənin poeziyası ilə tanış olduqdan sonra bu qənaət(lər)ə gəldik. Bir daha əmin olduq ki, şeir təkcə (zəngin) qafiyə təzadı üzərində əks etmir, həm də mənadakı yenilikçi proseslə təzahür edir…
Fikrimizə (bir daha) əmin olmaq üçün Rəfail Tağızadənin “Gecə xəyalları” kitabı ilə təmas qurduq. (Səmimi deyək), kitabda toplanan şeirlər bizi nostalji təfərrüata sövq etdi, müəllifin ədəbi fəhmi, şeirlərindəki sanbal, köhnə-təzə ruh (onunla bağlı) qənaətimizdə redaktə aparmaq zərurəti yaratdı…
Rəfail Tağızadənin “Gecə xəyalları” kitabını vərəqləyirik; bəlli olur ki, şair oxucunu qarşısında oturdur – əvvəlcə (onun) rəsmini çəkir, sonra da ona sahilli, dalğalı-ləpəli dəniz, aylı-ulduzlu, bəzən də Ayı buludda ilişib qalmış gecə nəğmələri oxuyur… Oxucu da bu poetik təranələrin fövqündə özü ilə təmas qurur – özünə qayıda bilir…
Bu, (təbii ki,) qələm sahibi üçün (bir) uğurdur.
“Gecə xəyalları”ndakı (bəzi) poetik çırpıntılara diqqət edək:

Aysız gecələrdə qaranlıq qatı,
Küçənin halını fanarlar bilər…


Sənin könül qapını
Gözlərimlə döyürəm…


İki nəfərlik boş süfrə,
əlləri ilə oynayan
körpənin qığıltıları,
qapıya dikilən baxış,
içinə ağlayan qadın,
əlində dolu badə…
Ayrılıqdan da ağır olurmuş
Göz yaşları ilə dolu badə.


Ay da çəkilibdi bu göy üzündən,
O salxım buludlar bu gecə qara.
Məni çil-çıraqla sahildə gəzmə,
Məni zülmətlərin içində ara…

Məzmunsuz performans göstərən şeirlərdə (çox vaxt) fikir-qayə sistemsiz anlam təsiri verir. Bu, oxucuda narazı hislər doğurur. Ancaq Rəfail müəllimin qələm nümunələrində, xüsusən də yuxarıda nümunə gətirdiyimiz şeirlərində performans müasirdir, yenilikçi-tərənnümçüdür, fikir sözü, söz fikri təmin edir. Diqqət edək: “Aysız gecələrdə qaranlıq qatı, Küçənin halını fanarlar bilər…”. Əlbəttə, bu iki misrada məna bəllidir; qatı qaranlıqda küçə tənhalaşır, onun hansı məcrada acı çəkdiyini fanarlar dəqiq müşahidə edir. Əslində, burada məqsəd başqa anlamdadır: ruhu saran, canı zəlil edən nəfsi asılılıq günah şəklində insanı qaranlıq hücrədə sıxır, onun hansı mənada ah çəkdiyini ürcah olduğu səmtlər yaxşı görür. Bu, o mənaya gəlir ki, Rəfail müəllim aydın fövqü olan bir fikirlə dərin qatları olan başqa bir fikir ifadə edir…
Yaxud, aşağıdakı şeirdə müəllifin qənaəti fərqli təzahürdədir:

İki nəfərlik boş süfrə,
əlləri ilə oynayan
körpənin qığıltıları,
qapıya dikilən baxış,
içinə ağlayan qadın,
əlində dolu badə…
Ayrılıqdan da ağır olurmuş
Göz yaşları ilə dolu badə.

Şeirdə acı bir həyat hekayəsi var; bəxti olmayan ana və körpənin təsirli həyat hekayəsi. Şeirdə körpə öz qığıltılarına “əsirdir”, ana göz yaşlarına. Qapıya dikilən baxış(lar)da (isə) hələ də ümid işartısı var; ana əmin olmaq istəyir ki, onu tək qoyan adam bəlkə qayıtdı… Lakin qapıdan heç kölgə də keçmir. Burada ayrılıqla acizlik eyni şəkildə, həm də fərqli mənadadır. Biri uzaqlıq hissidir, digəri təklik. Biri ruhu titrədir, digəri nəfsi…
Bu şeir yığcam şəkildədir, fəqət son dərəcə dərin anlam kəsb edir; burada bir ailənin, (bir) ailəni təmsil edən iki, əslində isə üç şəxsin obrazı diqqət çəkir: körpənin, badəni göz yaşları ilə dolduran ananın, onları başsız qoyan insanın.
Şeirin başqa bir mahiyyəti budur: yanlış seçim səhv addımdır, adamı doğruya yox, yanlışa aparır…
Rəfail müəllimin aşağıdakı şeirlərində də ictimai zəmin fəlsəfi-ədəbi balansdadır:

Taleyin boz fəsli dəyişmir hələ…


Səs-küysüz,
Sahibsiz bağ evi,
Hasarından sarı əncir sallanır,
Qapısından qara qıfıl…


…Neçə ildi qaçıram,
Yol məndən uzaqdadı.


Bu gecə yuxuma kimlər girəcək?
Bu dar otaqların yuxusu qəliz.
Eh, məni haradan tapacaqlar ki,
Şəhər küçələri saxlamayır iz…


Üz-gözümdə bir baxışın kölgəsi,
Qulağımda iyirmiüç il öncənin qadın səsi…

Bu şeir parçalarında da ədəbi ovqat düşündürücü zəmindədir; müəllif oxucuya aydın sezdirdiyi mənaları həm də başqa anlamda – məzmunda xarakterizə edir.
Məsələn:

Səs-küysüz,
Sahibsiz bağ evi,
Hasarından sarı əncir sallanır,
Qapısından qara qıfıl…

Bu şeirin mahiyyəti bizə aydın fövqlər verir: bağ evi sahibsizdir, budanmamış əncir ağacı hasarı, qara qıfıl isə qapını sarıb. Bu ev addım səslərinə tamarzıdır və s.
Digər bir təfərrüatda şeir bizə bunu deyir: İnsan günaha əsir olub Allahdan uzaq düşür, şeytan onu təkliyin sacında qovurur. Belə halda insanı nə torpaq əfv edir, nə ruh. Yaşadığı ömür içində heç kim olmayan (qərib) ev kimi görünür, həyatını qanqallar sarır, tikanlar bürüyür və s…
Rəfail müəllimin şeirlərində müşahidəçi qabiliyyət də xüsusi anlam kəsb edir.
Məsələn:

Yarpaqlar
Lampayla gizlənpaç oynayır həyətdə,
Tənha evdə xatirələr.
Xəyallar təpənin o tayında, –
Qəribəm…


Bir badə şərabtək içildi getdi,
Mən belə sevgini neynim, İlahi?


Ağacın yaylığı ayaqlar altda,
Yeriyə bilmirəm çığırtısından…


Fikirləri qanad kimi qol açıb,
Bu qız uçur xəyalların içində.

Xəyalları, arzuları sona ver,
İstəyini ona yetir, ona ver,
Ey Yaradan, Sən bu qızı yola ver,
Bu qız uçur xəyalların içində.

Həm yuxarıda verdiyimiz, həm də bu şeir parçalarında şair müşahidəsi güclü aspektdədir; hadisələr dəqiq izlənilib, ədəbi proseslər nöqtəsinə qədər incələnib. “Yarpaqlar lampayla gizlənpaç oynayır həyətdə, Tənha evdə xatirələr. Xəyallar təpənin o tayında, – Qəribəm…”. Yaxud: “Ağacın yaylığı ayaqlar altda, Yeriyə bilmirəm çığırtısından…”. Bu nümunələrdə dəqiq (bir) izləmə var, çoxunun görə bilmədiklərini şair aydın görür, (onları) poetik müstəvidə əxz edir.
Bir sözlə, Rəfail Tağızadə şeirində söz özündən, fikir (ürcah olduğu) çərçivədən böyükdür; mənanı ifadə edən poetik şəkil əslində, bir zərgər işidir. Bu da hansı səmtdən boylansaq, (dəqiq) bir məna verir: “Gecə xəyalları”nızın ədəbi missiyası işıqlıdır, Rəfail müəllim!

Müəllif: Hikmət MƏLİKZADƏ

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc – Ey sevgili…

Ey sevgili, sen de kınayıcılar gibi yüreğimi kınıyorsun

Yüreğim kınama ateşiyle yanıyor

Sevgili, Uzaklıklar evrenin sınırsız yaprakları gibidir, her esen rüzgarla biraz daha uzaklaşırlar ve uzaklaştıkça daha da parlaklaşırlar

(Beni çokluk dünyasının diğer boyutunda asılı bıraktın, iki zıt tezahürün ifadesi gibi)

Ne oldu bilmiyorum?

Sessizliğinle beni uzaklaştırıyorsun.

Ve sanki onurumu unutmuşum gibi hissettiriyorsun, sanki sitemlerden muzdarip ruhumu işkence etmekten zevk alıyormuşum gibi.

Ah, keşke evren bir kadeh şarap olsaydı, şafak karanlığı üzerime çökene kadar şarap içebilirdim!

Belki dar bir ağacın kökleri gibi dar bir yere zincirlenmiş olmanın sıkıntısını biraz unuturdum

Şimdi şiirde birliği ve bütünlüğü ifade eden, aşkı en güzel haliyle kelimelerle ifade eden büyülü dizeleri soruyorum

Nerede o gümüş akan ırmak, nerede bazen tatlı bir esintiyle esen rüzgarlar?

Rüzgârın yeryüzüne hizmet etmesini sağlayan mavi gökyüzü, bahçeye su taşıyan bulutlar

Nergislerin gözlerini kırmızı yapan yeşil tohum, lalenin yüzünü kırmızı yapan renk cümbüşü

Nerede nezaket, nerede verilen vaatlerin ismi ?

Hasret rüzgarlarının taşıdığı o deli aşıklar nerede?

Ah,ah kamıştan bağımlılık yapan şekeri çıkaranlar, dikeninden taze hurma yetiştirenler

Yeryüzünü farklı renklerle süsleyenler, ağaçlara yeşil, cennet çiçekli elbiseler giydirenler

Evrenin dış görünümü çok engindir, Perdenin ardında gizli hazineler saklıdır.

Kâinat, tek olan Tanrı’nın ihtişamının ve güzelliğinin bir tezahürüdür.

Şu anki varoluşum sana zayıf bir yansıma gibi görünebilir

Ama ben perdenin arkasından yükselen bir ışığım

Sadece sevginin tezahürünü, kalbin içindeki ilahiliği keşfedenlerin kalplerindeyim.

Kırmızı yakutlar her zaman Sahra’dan daha değerlidir

Beni kuru bir yaprak gibi kuruttun, sonra da çorak topraklarda susuzluktan ölüme terk ettin diye sevinme.

Gerçek aşk o kadar güçlüdür ki bazen bir dua, bazen bir lanettir;

Varoluşun yedi aleminde keşfedilmeden bırakıldığında,

Gayb âlemlerinde diken gibi yalnız kaldığında,

Gizemli dünyanın dağlarında çekirdeksiz bir ağaç gibi kök salacaksın,

Ve çiçeksiz ısırgan otu kadar değersiz olacaksın.

O zaman aşkın büyüklüğünü, günahın azabını anlarsın.

28/09/2024-Paris

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

P.S. Gel sevgili, …

#carolinelaurentturunc

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SƏDULLA ŞİRİNOVA ZİYADAR MÜKAFATI TƏQDİM OLUNUB

Tanınmış yazıçı Sədulla Şirinov yeni işıq üzü görmüş “Sönməyən qisas” adlı kitabına görə “Ziyadar” mükafatı ilə təltif olunub. Mükafatı ən yaxın dostların çevrəsində “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim edib. “Yazarlar” heyəti olaraq, Sədulla Şirinovu bu münasibətlə təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf

Sədulla Şirinovun yazıları

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sədulla Şirinov – Gecikmiş etiraf – pdf kitab

Sədulla Şirinov – Gecikmiş etiraf – pdf kitab: >>>> Gecikmiş etiraf

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sədulla Şirinov – Sönməyən qisas – pdf kitab

Sədulla Şirinov – Sönməyən qisas – pdf kitab: >>>>Sönməyən qisas

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru