Astrobios nəzəriyyəsinin fərziyyəsi – III Hissə

Astrobios nəzəriyyəsinin fərziyyəsi

III Hissə
 
Enerji DNA-sı və fəza vəziyyətləri

Sahələr (efirlər) fəzasında, müsbət və mənfi sahələrin qapanması nəticəsində yaranmış olan zərrəciklərin və zərrəcik çoxluğunun, yəni yaranmış olan enerji tezliyinin şifrəsi bütün fəzaya yayılaraq öz məxsusi bilgilərini özündən əvvəl var olmuş enerji hallarına tanıtdırmaqdadır. Yayılaraq zərrəciyin şifrəsi fəzada olan bütün zərrəciklər daxilində eynən DNA kimi öz kodunu kopya etməkdədir. Zərrəcik bilgilərini hər bir enerji halına kopya edərək onların daxilində “-1” vəziyyət halında var olmaqdadır.
·       Fəzada zərrəciklərin varolma vəziyyətləri vardır. Zərrəciklər 3 vəziyyət halında olmaqdadırlar. Onları  “ -1, 0, +1 ” vəziyyət halları olaraq təyin edə bilərik.
–        Zərrəciklərin 0 vəziyyəti olmama halıdır. Bütün fəza özlüyündə bu vəziyyət halındadır. Sabitlik halı, neytrallıq halı 0 vəziyyətidir. Bu vəziyyət halı olmadan yaradılış olmamaqdadır.
–        -1 vəziyyəti yaranaraq digər zərrəciklərin daxilində yaşama halıdır. Bir zərrəciyin bilgiləri bütün fəza zərrəciklərinin daxilində, yəni enerji tezliklərinin daxilində bu vəziyyət halında varlığını saxlamaqdadır.
–        +1 vəziyyəti isə istifadə olunan zaman zərrəciyin halıdır. Bu vəziyyət halı zərrəciyin enerji tezliyinin real dünyaya yansıyaraq maddələşməsidir. Şüurlu varlıq tərəfindən istifadə olunmasıdır.
Bütün deyilənləri misal çəkərək, onun timsalında aydınlıq gətirim. Düşünək ki, masa üzərinə qələm buraxdıqda həmin qələm masa ilə bir necə ardıcıl toxunma halı edərək sonda masada sabit durmaqdadır. Qələmin masa üzərinə toxunmaları və durma halları onun +1 vəziyyətinə gəlməsi ilə mümkün olur. Qələm toxunma və durma anlarında həmin həcmdə olan enerji tezlikləri daxilində var olduğu -1 vəziyyətindən +1 vəziyyətinə keçməkdədir. Enerjinin DNA bilgisi beləcə formalaşmaqdadır. Bir cismi əmələ gətirən enerji tezlik ölçüsü bütün fəza enerji hallarına yayılaraq kopyalanır və -1 vəziyyətində öz varlığını saxlayır. İstifadə olunduqda +1 vəziyyətinə keçərək yansımaqdadır.
·       Bu bilgini dərinləşdirsək və daha real izah etsək, heç bir zərrəcik yoxdur. Fəzada bütün zərrəciklər, gördüyümüz, əlaqədə olduğumuz hər şey sadəcə olaraq enerji tezlikləri olaraq varlıqlarını saxlamaqdadır. Qarşılıqlı təsirlər zamanı tezliklərin qarışaraq yeni tezlik bilgisi ortaya çıxdıqda, artıq yeni zərrəcik yaranması baş verməkdədir. Lakin, realda eynilə müasir texnologiyada olduğu kimi necə ki, bütün bilgilər səmada yer alır və internet vasitəsilə ötürülür, eynilə fəza zərrəcikləri də fəza səmasında varlıqlarını saxlamaqdadırlar. İstifadə olunduqda yansımaqda və daha sonra yenidən -1 vəziyyətinə keçərək öz varlığını saxlamaqdadır.
Reallıqda məkan anlayışı olmadığı üçün müxtəlif məkan və həcmlər sadəcə olaraq enerji tezliklərinin müxtəlif hallarından başqa bir şey deyildir. Enerjinin DNA-sının nə olmasını bildikdən sonra həmin DNA-da toplanan bilgilərin necə formalaşmasına da aydınlıq gətirmək lazımdır. İlk olaraq onu nəzərə almaq lazımdır ki, enerjinin məlumat deposu tezliklər fərqinə görə formalaşır və enerjinin öz varlığı isə müsbət və mənfi sahələrin qarşılıqlı təsirlərinə  borcludur. Deyilənləri nəzərə alaraq DNA kodları üçün aşağıdakı kimi düstur yaza bilərik:

x,y=m ∑n-∞ x%Mf(o) x y%Mf(l)       
– enerji DNA düsturu
       10
Yuxarıdakı düsturdakı M-müsbət və mənfi sahənin sahib olduqları sahə enerjisidir. Düsturdakı f(o) və f(l) işarələri isə uyğun olaraq müsbət və mənfi sahələri, x və y faizləri isə istifadə olunma faizini bildirir. Formuldakı x,y=m faizlərin m-ə bərabər olmasını və m-in isə sıfırla bir arasında olması qeyd olunur. Kiçik n hərfi isə sayı göstərir. Düstur ümumi olaraq ifadə edir:
·       Müsbət və mənfi sahələrin hər birinin aralarında gedən qarşılıqlı təsirlərə qatılma faizləri onlar arasında yaranmış olan enerji kanalından axacaq enerjinin tezlik məlumatı, yəni enerjinin DNA-sı formalaşır. Tezliyin xüsusiyyəti onu yaratmaqda olan sahələrin faiz nisbətindən düz asılılığı vardır.
·       Sahələrin qarşılıqlı təsirə qatılma faizləri sıfırdan böyük olmalıdır, çünki tək sahənin iştirakı ilə kanal enerjisi yarana bilməz. Mütləq iki sahədən də istirak etməlidir, lakin bu rəqəm birdən kiçik olmalıdır. Çünki bütün fəza sistemi sıfırla bir arasında dövran etməkdədir. Bütün faiz nisbətləri bu iki ədəd arasında yer almaqdadır. Əgər bir sahənin faiz nisbəti bir olarsa, bu o deməkdir ki, digər faiz nisbəti sıfır olmuşdur. Bu isə mümkün deyil. Faiz nisbətinin birdən çox olması isə mümkünsüz haldır.
Enerjinin DNA-sının olmasını və ilkin düsturun da qeydiyyatını apardıq. Əgər enerji DNA düsturu (EDD) inkişaf etdirilərək DNA bilgiləri aşkarlanar və həmin bilgiləri rəqəmsal sistemə köçürmək və rəqəmsaldan analoqa yansıtmaq olarsa, olmadığı halda maddə yaradılışını əldə etmiş olacayıq. Bu texnologiya ilə oksigen və digər qazları, həmcinin digər maddələri də yaratmaq mümkünləşər.
 
 
Vacib qeyd: Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsinin “Neytrallıq nəzəriyyəsi” adı altında 25.06.2021-ci il qeydiyyat tarixinə mənsub olan 04/C-11859-21 qeydiyyat nömrəsi ilə Məhəmməd Kərimov adına alınmış müəllif hüququ da vardır.

 


 
ASTROBİOS NƏZƏRİYYƏSİNİN FƏRZİYYƏ VƏ FƏLSƏFƏSİ

Müəllif: Məhəmməd KƏRİMOV

MƏHƏMMƏD KƏRİMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru 

Vikipediyada şəhidlər haqqında məqalələrin silinməsi barədə açıqlama:

AMEA Mətbuat xidmətinin açıqlaması

Vətən müharibəsi şəhidləri ilə bağlı “Vikipediya”da yaradılan məqalələrin silinməsində Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən könüllü qrupların heç bir əlaqəsi yoxdur.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə bağlı məqalələrin silinməsini düzgün olmayan səhv addım kimi qeyd edir və buna təəssüfləndiyimizi bildiririk.

Mənbə: Elnur Eltürk

Elnur Eltürkün yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mina Rəşid – SƏN BİR DƏNİZÇİ…

Əziz dostumuz, qardaşımız şair, publisist Faiq Balabəyli haqqında kitab hazırlanır. Tez-tez buradan da onun haqqında yazılan yazıları oxuyuruq. Mən də həmişə işığını hiss etdiyim və “qardaşım” dediyim şair dostuma bu kiçik şeiri hədiyyə elədim…

SƏN BİR DƏNİZÇİ…

(Faiq Balabəyli üçün)

Sən bir dənizçi,
səni yosunlar da, balıqlar da,
sahillər də, qumlar da sevər…

Sən bir dənizçi –
adamlar arasında da,
qəvvas kimi görünərsən,
adamları ayırmazsan, seçməzsən-
hamıya yaxşılıq edərsən…
amma səni işıqlı ürəklər, könüllər
çəkər özünə
adamlara dost, qardaş olarsan…

Sən intihar etmək istəyən birinin,
heç tanımadığın bir zavallının
boynundan ipi qoparıb
onu bağrına basan adam,
sən bir dəniz qəlbli şair,
sən bir dənizçi…

12 sentyabr, 2024

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vikipediyada şəhidlər haqqında məqalələrin silinməsi barədə

Vikipediyada şəhidlər haqqında məqalələrin silinməsi barədə

Bəri başdan qeyd edim ki, artıq 5 ildən çoxdur ki, mən Cekli829 olaraq, Vikipediyadan uzaqlaşmışam. Bir zamanlar sevə-sevə təbliğ etdiyim o layihədən son illər ümumiyyətlə danışmaq istəməmişəm. Vikipediyaya ayırdığım zamanı öz fərdi inkişafıma yönəltdim. Bu mənim üçün daha effektli oldu…

Bəs indi niyə bu mövzuda yazıram? Çünki hələ də mənim Vikipediyada aktiv olduğumu düşünən dost-tanışlar var, müraciət edib dəstək istəyirlər. Amma təbii ki, hamısına mənfi cavab verməli oluram. Ona görə ki, AzVikiyə qayıtmaq niyyətim yoxdur. Əslində belə bir niyyətim ola bilərdi; amma oraya qayıdıb, oradakı alverçi-işğalçılarla mübarizə aparmaq üçün kifayət qədər resurslara malik deyiləm. Ona görə də nə əsəblərimi korlamağa dəyməz, nə də zaman itirməyə dəyməz!

Şəhidlər haqqında məqalələrin silinməsi barədə ilk olaraq, qeyd edim ki, müvafiq məqalələrin hər birini vikiqaydalara uyğunlaşdırıb, vikiləşdirmək mümkündür. Amma bu hazırda AzVikidə at oynadan müəyyən qrupların maraqlarına uyğun deyil. Ona görə də əsas məqsədləri həmin məqalələri silməkdir. Əslində sildikləri şəhid məqalələri son illərdə sildikləri məqalələrin cüzi hissəsidir. Onlar son illərdə AzVikidə illərlə mövcud olmuş çox sayda məqaləni vikiqaydalara deyil, sırf öz maraqlarına uyğun olmadığı üçün siliblər… Nəticədə də AzViki qeyri-ciddi bir layihəyə çevrilib. Şəxsən mənim üçün ChatGPT, Copilot kimi layihələr daha etibarlı görünür, nəinki AzViki…

Xüsusi vurğulayım ki, AzViki lokal bölmə olduğu üçün şəhidlər haqqında məqalələrin bu dil bölməsində olub-olmaması bilavasitə yerli icmanın qərarından asılıdır. Yerli icma isə belə qərarlar verərkən, toplumun həssas məqamlarından tutmuş, ölkə qanunvericiliyinə qədər hər şeyi nəzərə almalıdır. EnViki, RuViki, FrVikidə belə məqalələrə icazə verməyə bilərlər, amma AzVikidə lokal toplumun maraqları mütləq nəzərə alınmalıdır. Ancaq görünən odur ki, indi AzViki alverçilərin işğalı altındadır…

Bəs bu alverçilər kimlərdir? Konkret olaraq, Vikipediyanı özlərinin gəlir mənbəyinə çevirənlər. Pul qarşılığında məqalələr yaradıb, sonra o məqalələri hər vəchlə qorumaq üçün əlbir olurlar və yaxud da mövcud məqaləni silib, sonra onun bərpası üçün maraqlı şəxslərdən pul alırlar… Şəhid məqalələri ilə bağlı da yəqin ki, belə bir niyyətləri olmamış-olmaz…

O alverçilərin hər birini pulla satın almaq olar. Çünki onlar milli-mənəvi dəyərləri məhz pul ilə ölçürlər.

Müəllif: Tərxan Paşazadə

Tərxan Paşazadənin yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru