QARDAŞ Sən gəzən yerlərə gəlmişəm, Qardaş! Qanın axan yerdə lalə bağrı qan. İlk sübh şəfəqində çatmışam bura, Rəngindən rənginə qatıb oğru dan. * * * Lənət o günə ki, açıldı səhər, Namərdin dişinin dibində zəhər, Dilində boğazdan yuxarı qəhər, O müdhiş yalanı dedi doğrudan… * * * İndi bu kol-kosun nə günahı var? Çəlləyə çiv olan palıd günahkar! Ətrafda dağ-daş da ağlayır zar-zar… Bülbüllər dilini udub qorxudan… * * * Nə yaxşı bu “tale”, “qismət” sözü var, Sığınıb onlara olduq gözü dar, Lap bilmək istəsən düzü ay İlqar, Hamının yaradır qəlbi ağrıdan… * * * Ustaca təsəlli oğlunla qızın, Biləsən, itməyib çörəyin, duzun, Haçansa yenə də doğsa ulduzun, Hilalı boylanır hər gün Ağrıdan… 07.07.2022. Azərbaycan.
Qeyd: Bu şeiri yayımlamaq arzusunda olan sayt və mətbuat nümayəndələrinə yayım hüququ verilir. Səninlə qürur duyuram, Azərbaycan gənci!
Tək oğlu Arif avtomobil qəzasında dünyasını dəyişəndən sonra onun həyatı alt-üst olub. Oğlunun ölümünə səbəb olan sürücünü isə bağışlayıb. Oğlu əvvəlcə Bakıda dəfn olunsa da, sonradan Hüseyn Arif onun məzarını Ağstafaya köçürür və oğluna xitabən deyir:
-“Öləndə sənin ayaq tərəfində yatacam…”
Bu hadisədən sonra o, oğlunun adını təxəllüs götürüb.