
Yaradıcı İnsan ücün əsas meyar onun Vətədaş mövqeyidir
Televiziya aparıcısı, redaktor Ramal Hüseynov
İnsanın vətən sevgisi, Yaradanın yaratdıqlarına olan sevgisi daha güclü olur. Vətəndaş mövqeyi, İnsanlığın xilasına xidmət, İlahi Eşq daşıyıcısı kimi, ətrafında olan sağlam düşüncəli, Vətən sevdalı gənclərlə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət göstərməsi onun iç dünyasından gəlir! Sağlam düşüncə, xeyrhaqq xislət, məram, məqsəd, əməl və xidmət onun həyat fəaliyyətinin əsas göstəricisidir. İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Amma hər kəsin ürəyində bir arzusu olur! Yaşa dolduqca həmin xatirələr daha da şirinləşir, doğmalaşır insan üçün. Elə bir insan yoxdur ki, uşaqlıq, gənclik illərinin şirin xəyallarının qanadlarında dolanmasın. Hər yaşın öz gözəlliyini unutmamalıyıq. İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir.
Ömrü boyu yol gedirık. Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan İnsanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündü. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona köməkdə göndərir. Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqatı onu ən yaxşı keyfiyyət göstəricisidir. Fəaliyyətinə nəzər salmaq istəyəndə onun insanlığa xas olan ən vacib xüsusiyyətlərini sadalamaq istəyirik: mübariz, əməksevər, vicdanlı, xeyirxah, fədakar, bu günü ilə şükr edib sabahını dualar içində açan insan! İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır. Həyatsa mübarizədir…
Televiziya aparıcısı, redaktor Ramal Hüseynov 4 sentiyabr 1981-ci iıdə anadan olmüş, orta təhsilini Humanitar Fənlər Gimnaziyasında almışdır. Qafqaz Universitetinin Filologya fakültəsi və Magistir dərəcəsini bitirmişdir. Sadə, mehriban, qətiyyətli, fəaliyyətində Vətənə sevgisi , nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik, insanpərvərlik keyfiyyətlərinin daşıyıcısı Ramal Hüseynovun 44 yaşını qeyd olunur.
Ramal Hüseynov 15 yaşından etibarən Azərbaycan televiziya məkanında fəaliyyət göstərir. İlk addımlarını SARA TV, sonra ANS TV-də ataraq, səhər proqramlarının aparıcısı kimi ekranlara çıxıb. Daha sonra İTV, APA TV və Xəzər TV-də müxtəlif formatlı verilişlərin aparıcısı olub.
| Onun hazırladığı və təqdim etdiyi proqramlar sırasında “Aktual” adlı tok-şou, “Həyata Baxış” canlı debat verilişi, cəmiyyətin sərt mövzularına toxunan “Dalan 18+” layihəsi və səhər şouları xüsusi yadda qalıb.Hazırda Ramal Hüseynov Azərbaycan Televiziyasının Mədəniyyət Kanalında yayımlanan “Başqa Söhbət” verilişinin müəllifi və aparıcısıdır. Bu proqramla o, sosial, psixoloji və mədəni mövzuları müzakirəyə çıxarır, tamaşaçının gündəlik həyatına toxunan, lakin çox zaman dilləndirilməyən sualları işıqlandırır.Peşəkar fəaliyyəti ilə yanaşı, o həm də yaradıcı tədqiqatçı, sosial debatların redaktoru və ictimai diskursu təşviq edən aparıcıdır. Onun fəaliyyəti Diplomlara, Fəxri Fənmanlara, Sertifikatlara və digər mükafatlara layiq görülmüşdür. Ramal Hüseynov televiziya sahəsindəki 30 ilə yaxın təcrübəsi ilə Azərbaycan media məkanında özünəməxsus üslub formalaşdırmışdır,onun yüksək peşəkar yanaşmasının sirri:-“Televiziya yalnız əyləndirmək üçün yox, həm də düşündürmək üçündür. Düzgün sual verilirsə – cavab gec-tez tapılacaq”. |
Ramal Hüseynovun vətəndaş mövqeyi, ətrafında olan sağlam düşüncəli, Vətən sevdalı gənclərlə diqqət göstərməsi, daim onların yanında olması onun iç dünyasından gəlir! Sağlam düşüncə, xeyrhaqq xislət, məram, məqsəd, əməl və xidməti onun həyat fəaliyyətinin əsas göstəricisidir.Təbrik edirik!Sağlamlıq, xöşbəxətlık nəsibiniz olsun! Səmərəli fəaliyyətinizdə uğurlarınız davamlı olsun!

Zülfíyyə Vəliyeva
Respublikanın Əməkdar Müəllimi
Azərbaycan Jurnalistlər Birliyinin üzvü