Yubiley Yaşınız Mübarək, Mehriban Əli qızı Abdullayeva!

Yubiley Yaşınız Mübarək

Mehriban Əli qızı Abdullayeva

            Ömrü boyu yol gedirık. Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan İnsanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündü. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona köməkdə göndərir. Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqatı onu ən yaxşı keyfiyyət göstəricisidir. Fəaliyyətinə nəzər salmaq istəyəndə onun insanlığa xas olan ən vacib xüsusiyyətlərini sadalamaq istəyirik: mübariz, əməksevər, vicdanlı, xeyirxah, fədakar, bu günü ilə şükr edib sabahını dualar içində açan insan! İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır. Həyatsa mübarizədir…

Sadə, mehriban, qətiyyətli, fəaliyyətində Vətənə sevgisi , nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik, insanpərvərlik keyfiyyətlərinin daşıyıcısı,  2000-ci ildən Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Əli qızı Abdullayevanın  yubiley yaşı qeyd olunur.

Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadınucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir.

Qadınlarımız  öz ağılı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutur.  Tanıdığımız, daim təmasda olduğumuz insanların iç dünyası, daxili aləmi, istək və arzularını haqqında bilgiləri onların həyat hekayəsi bizlərə açıqlayır. Sizlərə təqdim etdiyimiz Mehriban Əli qızı Abdullayevanın həyat hekayəsi müxtəlif rakurslardan onu görmək imkanı verir.

Abdullayeva Mehriban Əli qızı 1965-ci ilin may ayında Bakı şəhərində anadan olub.1980-cı ildə Yasamal rayonu  13 nömrəli məktəbin 8-ci sinifini bitirib, 1980-1984 –cü illərdə Bakı Baza Energetika texnikumunu Elektrotexnika  fakultəsini fərqlənmə diplomu ilə bitirib.

1986-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin Yol- inşaat  fakultəsini bitirib.

1998-2002-ci illərdə BDU  hüquq fakultəsində təhsil alıb.

1985-1993 –cü illərdə    Azəraqroyol layihə inşaat birliyində mühəndis vəzifəsində çalışıb.1993-1998-ci illərdə 11 N və 12 N Rayonlararası İstismar Təmir Tikinti Trestində mühəndis vəzifəsində, 1998-ci illərdə Azərbaycan Respublikası Qizil Aypara Cəmiyyətində,Yasamal rayon icrayə Komitəsində sədr müavini vəzifəsində işləyib.1999-2005- ci illərdə Vektor Beynəlxalq Elm Mərkəzində,Beynəlxalq layihələr üzrə direktor vəzifəsində çalışıb.

2000-ci ildən Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədridir.

  anıdığımız, daim təmasda olduğumuz insanların iç dünyası, daxili aləmi, istək və arzularını haqqında bilgilər onların həyat hekayəsinı bizlərə açıqlayır. Keçdiyi həyat yolları haqqında Mehriban xanım Əli qızı Abdullayevanın həyat hekayəsi müxtəlif rakurslardan onu görmək imkanı verir.             İnsanın vətən sevgisi, Yaradanın yaratdıqlarına olan sevgisi daha güclü olur. Vətəndaş mövqeyi, İnsanlığın xilasına xidmət, İlahi Eşq daşıyıcısı kimi, ətrafında olan sağlam düşüncəli, Vətən sevdalı gənclərlə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət göstərməsi, daim onların yanında olması onun iç dünyasından gəlir! Sağlam düşüncə, xeyrhaqq xislət, məram, məqsəd, əməl və xidmət onun həyat fəaliyyətinin əsas göstəricisidir. İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Amma hər kəsin ürəyində bir  arzusu olur! Hər dəfə ötən günləri yada salanda xatirələr adamı doğma yerlərə çəkib aparır. Yaşa dolduqca həmin xatirələr daha da şirinləşir, doğmalaşır insan üçün. Elə bir insan yoxdur ki, uşaqlıq, gənclik illərini xatırlamasın, şirin xəyallarının qanadlarında dolanmasın. Hər yaşın öz gözəlliyini unutmamalıyıq. Yubiley yaşlarıda  bu yaşlara daxildir. Siz daim özününüzü cavan, gümrah və xoşbəxt hiss etsəniz heç bir yaş sizi yaşlandıra  bilməz. İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Hər yaşın öz gözəlliyini unutmamalıyıq. Siz daim özününüzü cavan, gümrah və xoşbəxt hiss etsəniz heç bir yaş sizi qocalda bilməməz. Mehriban xanımın 2 övladı, 3 nəvəsi var.

       Mehruban xanımın ictimai fəaliyyəti təqdirəlayiqdir!Vətəndaş mövqeyi, İnsanlığın xilasına xidmət ,ətrafında olan sağlam düşüncəli, Vətən sevdalı gənclərlə, şəhid ailələrinə, qazilərə,müharibə veteranlarına diqqət göstərməsi, daim onların yanında olması onun iç dünyasından gəlir! Sağlam düşüncə, xeyrhaqq xislət, məram, məqsəd, əməl və xidmət onun həyat fəaliyyətinin əsas göstəricisidir. Həyat hekayəsi  onun vətən sevgisindən, bütün varlığı ilə bu yurda, bu torpağa bağlı olmasından,ana, nənə, qadın, vətəndaş kimi mövqeyindən xəbər verir. Təbrik edirik!Sağlamlıq, xöşbəxətlık nəsibiniz olsun!

     Zülfíyyə Vəliyeva 

Respublikanın Əməkdar Müəllimi 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir