
BÖYÜDÜR
Həyat döyüş meydanıdır
Adamı savaş böyüdür.
Sevinci sevinən ürək
Kədəri təlaş böyüdür.
Vaxtı göndərib sürgünə
Göylər keşik çəkir ünə.
Günləri calayıb günə
Ömrümüzü yaş böyüdür.
Qovuşub Təbriz yarına,
Kaş ki həsrətdən barına…
Hörmək üçün hasarına
Bizi Vətən daş böyüdür.
11 aprel-2026-cı il
Mənbə və müəllif: Qılman İMAN