BİR GECƏ ANSIZIN GƏLƏ BİLİRİM

BİR GECƏ ANSIZIN GƏLƏ BİLİRİM

Quzey Kıbrıs Türk Cümhuriyyətinin bağımsızlığa getdiyi yola nəzər saldığımız “Bizim mövqe” proqramını GünAz Tv-nin 2 dəfə təkrar yayımlaması lap yerinə düşdü.Bu gün cığal Kipr rumları və onların yunan havadarları müxtəlif saatlarda mitinqlər təşkil edib.Bir nüansı da qeyd edim ki, Kiprin hər 2 hissəsində olmuş birisi kimi dəqiq deyim ki, Limassolda çoxlu sayda ermənilər yaşayır və onların da bu qaynadılan şorbada duzu mütləq vardır.Təbii ki, AB-nin Kipr adası həndəvərində təbii resurslar hərisliyi, Kipr adasının geostrateji yeri, yaşıl adanın turizm potensialı və.s kimi amillər də türklər əleyhinə düzənlənən toplantıların sayına öz “töhfə” sini verib.Tarixən iIana zəhər verən kərtənkələ rolunu oynamaqda mahir olan, məkrinə məkr, hiyləsinə hiylə çatmayan yunanlar say və güc baxımından özünü də tərəziyə qoysun, can Türkiyəni də.Və bu tərəzini ölçə-ölçə qulaqlarında sırğa eləsinlər ki, Quzey Kıbrıs Türk Cümhuriyyəti əbədidir, payidardır.Yunanlar unutmasınlar ki, Kıbrıs türkləri bizim öz qardaşlarımızdır.Əks-təqdirdə,
“Bir gecə ansızın gələ bilirim” şərqisinin sözləri yenə aktuallaşacaq.Bir gün KKTC bayrağının Limassolda, Bafda sancılmasını istəmirlərsə, tarixdən dərs çıxarsınlar.Nə yazıq ki, tarix təkkərrür edər, fəqət bir dürlü ibrət alınmaz.İbrət alınmayanda isə baş daşdan-daşa çırpılar.Eyib etməz, Kiprdə daş-divar, abidə, məbəd yetərincədir.Zatən ENOSİS tezisi – Kipr adasının Yunanıstana ilhaq edilməsi devizi 1950-ci ildə bir kilsə divarına yazılmamışdımı?! Amma yazıya pozu da labüddür axı, əgər o yazı cəfəng və haqsızdırsa.Elə də oldu, 1974 -cü ildə 2 hərəkatla, ardınca – 1983-cü ilin 15 noyabrında Cümhuriyyət elanı ilə Kipr adasında haqq bərqərar oldu.
Yaşasın Quzey Kıbrıs Türk Cümhuriyyəti!
Neçə 43 sənələrə!

16.11.2026
Bakı.

Turan Uğur
AYB-nin və AJB-nin üzvü

TURAN UĞURUN YAZILARI

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir