
Vilnüs Gediminas Texniki Universitetində təhsil alan 2 mindən çox əcnəbi tələbənin 250-si Azərbaycan vətəndaşıdır
BDU-da Litvanın Vilnüs Gediminas Texniki Universitetinin rektoru Romualdas Kliukasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüm. Görüş “Azərkosmos”un Kosmik Akademiyasının təşəbbüsü ilə baş tutdu.
Görüşdə diqqətimi çəkən bir rəqəm oldu. Vilnüs Gediminas Texniki Universitetində təhsil alan 2 mindən çox əcnəbi tələbənin 250-si Azərbaycan vətəndaşıdır. Düşünürəm ki, bu universitetlə əlaqələrimizi genişləndirməklə orada oxuyan gənclərin təcrübəsindən öyrənə və daha çox tələbə üçün yeni imkanlar yarada bilərik.
Söhbətimizdə tələbə və müəllim mübadiləsi, yay məktəbləri və birgə tədqiqat imkanlarını müzakirə etdik. Kompüter elmləri, kibertəhlükəsizlik, dayanıqlı inkişaf və nanofizika birgə işləyə biləcəyimiz mövzular arasındadır.
“Azərkosmos”la astrofizika və kosmik tədqiqatlar üzrə əməkdaşlıq barədə də danışdıq. 2023-cü ildən bəri BDU-nun 21 tələbəsi Beynəlxalq Astronavtika Konqresində Azərbaycan Milli Elmi Komandasının tərkibində iştirak edib. İstərdim ki, bu təcrübəni davam etdirək və daha çox tələbəmiz elə universitet illərində beynəlxalq tədqiqatlara qoşula bilsin.

Yaxın günlərdə müzakirələri davam etdirmək üçün yenidən görüşməyi planlaşdırırıq.
İlkin mənbə: Məleykə Abbaszadə
Mənbə və müəllif: Məleykə Abbaszadə
Məleykə Abbaszadənin digər yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında