
Darıxma, yadına düşərəm mən də,
Peşman olub ürəyini üzərsən.
Səni gəzib axtardığım dünyada,
Sən də məni mənsən betər formada,
Qapı-qapı, küçə-küçə gəzərsən.
Axtararsan, soruşarsan hamıdan,
“İncirmərəm”, “küsdürmərəm” deyərsən.
Əhd edərsən, məni tapsan haçansa,
Əlimdən tut, üzümdən öp, qucaqla,
Başıma da bir az sığal çəkərsən.
Qapınl döyərlər, – deyərsən mənəm,
Açarsan küləkdi, arzun boş gələr.
Tufan döyəcləyər pəncərəni də,
Çəkilərsən bir otağın küncünə
Onda məni Allah-Allah gəzərsən.
İndi icazə ver, rahat yaşayım,
Ya da ki, dünyamı rahat dəyişim.
Mən sənin ömrünü nizama saldım,
Sən mənim dünyamı alt-üst elədin,
Alt olan dünyamın üstün gəzərsən…
Haçansa ağlın başına gələr,
Onda həyatından küsüb bezərsən.
Müəllif: Şəlalə CAMAL
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru