
Məktubumu cavabsız qoymayın
Dəli könlüm istədi,
Bu varaq, bu da qələm.
Sənə məktub yazıram,
Nədən başlayım görən?
Havadanmı söz salım?
Nədən yazım, necə mən?
Yalqızlıqdan çəkirik
Gündüzlər sən, gecə mən.
Bəlkə, özümdən yazım.
Ərz eyləyim halımı.
Mən zavallı Məşuqə,
Sən Aşiqin zalımı.
Sən məndən çox uzaqda,
Mən sənə çox yaxınam.
Amma fürsətim olmaz
Saçlarına toxunam.
Pis keçmir tənhalığım,
Xatirələr qatardı,
Ruhum yaman narahat,
Qəlbim sevgimə dardı.
Biz az qəddim əyilib,
Bir az belim bükülüb,
Çarpayıda yatmıram,
Yatağa qor tökülüb.
Kirpiklərim nəmlidi,
Saçlarıma dən düşüb.
Yol gözləyən gözlərim.
Gözlərindən gen düşüb.
Qorxma, dönmək istəsən,
Dön günlərin birində.
Mən əvvəlki ürəklə,
Evimiz öz yerində.
Özünün şah əsərin
Dayanacaq önündə.
Tanrının yaratdığın
Öldürmüşdün gedəndə.
Müəllif: Şəmsiyyə Qaramanlı
Şəmsiyyə Qaramanlının yazıları
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru