www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Əli Çağlaya AYB-nin “Fəxri üzv” vəsiqəsi təqdim edilib

Bu gün Əli Çağlaya AYB-nin “Fəxri üzv” vəsiqəsi təqdim edilib. Vəsiqəni şəxsən Səlim Babullaoğlu özü təqdim edib. Əli Çağla təəssüratlarını sosial şəbəkə üzərindən öz izləyicilərlə bölüşüb:

“5 mart, 2025-ci il Azərbaycan Ədəbiyyat Fondu və DGTYB-nin təqdimatı ilə AYB-nin fəxri üzvlüyünə qəbul olunmuşdum, amma vəsiqəni əldə etmək bu günə qismət oldu. Hər kəsə təşəkkürlər!
Dünən ədalətli xalq yazıçımız Anar müəllim dedi ki, gör sən nə qədər xoşbəxtsən ki, 23 yaşın var, AYB-nin fəxri üzvüsən, çünki fəxri üzvlərimizin hamısının 40-dan çox yaşı var!..”

YAZARLAR.AZ olaraq , Əli Çağlanı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“XƏZAN” JURNALININ 70-Cİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

“XƏZAN” – 70

“Xəzan” ədəbi-bədii jurnalının növbəti nömrəsi çapdan çıxıb. Bu barədə jurnalın nəşr olduğu mətbəədən xəbər verdilər. İndiyədək davamlı çap olunan jurnalın növbəti nömrəsi ümumi sayda yetmişincidir, 2025-ci il üzrə isə noyabr-dekabr aylarını ehtiva edən yeddincidir.
Jurnalın növbəti nömrəsində redaksiya heyəti ənənəsinə sadiq olaraq şairlərdən Firuzə Məmmədlini (85), Xəzər Miraj Məsimovu (60), Asya Əhmədovanı (50) və yazıçı Rəna Nəcəfqızını (65) yubiley yaşlarının tamam olması münasibətilə təbrik edir, onların yaradıcılıqlarından nümunələr yerləşdirmişdir.
Poeziya, nəsr və publisistik yazılarla zəngin olan jurnalın YAZI DÜZÜMÜ aşağıdakı kimidir:

Redaktor guşəsi
-“Vergüldən sonrakı ara”
-“Xəzan – 2025”

Publisistika
-Venera MÜRŞÜDOVA – “Haqqın, ədalətin, ləyaqətin zəfəri”
-Məhrux DÖVLƏTZADƏ – “Ömür bir uzun şeirdir” (Dilçi alim, şair Firuzə Məmmədlinin 85 yaşına)
-Günay RZAYEVA – “Hacı Bədəl: Basqaldan Qubadlıya uzanan ad”
-Səadiyyə XANLAROVA – “Qərbi Azərbaycan günəşi yenidən doğacaqdır”
-İlqar TÜRKOĞLU – “Adına layiq şairin yaddaqalan poeziyası” (Polad İbrahimoğlunun “Payız gəlməmiş saralan yarpaq” kitabına ön söz əvəzi)
-Arzu KAZIMQIZI NEHRƏMLİ – “Özü yıxılanı həyat bağışlamır” (Məhəbbət İbrahimovanın “Ömürdən qurban olmaz” romanı haqqında)
-Nəcibə İLKİN – “Xalidə Hicranın sirli dünyası” (“Hikmət xəzinəsi”nin hikmətlərindən)
-Əhməd HAQSEVƏR – “Mayası səmimilikdən yoğrulmuş şeirlər” (Şəfəq Ələsgərin poetik yaradıcılığı haqqında)
-Bayram MƏMMƏDOV – “İdmançı, müəllim, məşqçi, ustad”
-Əli BƏY AZƏRİ – “Vətənə ehtiram, yurda sədaqət” (Zəngilan şəhər gününə)
-Zaur USTAC – “Şair səmimiyyətinin poetikası” (Ramiz İsmayılın “Ömrün qışına doğru” şeirlər kitabı haqda qeydlər)
-Əli BƏY AZƏRİ – ““Xarı bülbül” ədəbiyyat meydanında”
-Səbuhi RƏHİMLİ – “Oxatan bürcünün xarakteri”
-Əli BƏY AZƏRİ – “Biz “Suqovuşan” ədəbi məclisində bütöv vətəni, Azərbaycanı görürük” (“Suqovuşan” ədəbi məclisinin rəhbəri Elçin Nəsiblə müsahibə)

Poeziya
-Firuzə MƏMMƏDLİ – “İllərim”, “Səksən beşimə”, “İnsan”, “Fırladır bizi”, “Eşitmirəm”, “Dilim”, “Xeyri yox”, “Ay qızım”, “Yerimizdi”, “Dünyanı” (şeirlər)
-Xəzər MİRAJ MƏSİMOV – “Ad günü bir yazdır… Yaşı bir payız”, “Ülvi sevgimizdir, vətəndir bayraq”, “Cəngi nəğməsi”, “Vətəndir”, “Tək səni sevəcəm” (şeirlər)
-Asya ƏHMƏDOVA – “Payızda doğulmuşam, amma yaza vurğunam”, “Yaşayam su kimi, öləm su kimi”, “Bu gecə”, “Deyəsən, ilham pərimlə dostluğumu bitirmişəm” (şeirlər)
-Vahid ÇƏMƏNLİ – “Doğma yurdum”, “Bu gedən qatarı niyə saxlayım?”, “Bir qoca cığırla ahəstə gedir”, “Zəfər gününün rapsodiyası”, “Uçacam xəyallar uçan diyara”, “Bu şəhər” (şeirlər)
-Polad İBRAHİMOĞLU – “Bəsdi”, “Bilmədim”, “Çıxıb”, “İnanmır”, “Qalardı”, “Apardı” (şeirlər)
-Fərhad SƏNGƏRLİ – “Qəzəllər”, “Ay bərəkallah, nə gözəl canlarıq”, “Dünya”, “Bu yol, o yoldan deyil” (şeirlər)
-İradə ŞƏFA – “Payız”, “Nədən gileylisən?”, “Tələsir zaman”, “Şəhid balam”, “Sevginin izi”, “Sevgi çələngi”, “Yaş gəlir yaş üstə”, “Gözəl qadınlar”, “Bir qadın sevirəm”, “Nədən incimisən?”, “Ana”, “Anamı yuxuda gördüm bu gecə”, “Ayrılıq”, “Bizim sevgimiz”, “Dağlar qızı”, “Haqlı və haqsız”, “Ana itkisi”, “Sevgi məktubu”, “Bir tanış qadın var”, “Şəhid oğullar”, “Dəli ürək”, “Yaz yağışı”, “Rübailər” (şeirlər)
-Elnarə BABAYEVA – “Məni belə sev”, “Bizim dovşan”, “Azərbaycanım mənim”, “Ağac olmaq istəyirəm”, “Nağıl” (şeirlər)
-Ələsgər TALIBOĞLU – “Bir ağ yağış yağa qara baxtıma”, “İnsanlıq adına bir naxışam mən”, “Duyğularım yuxa… kövrək”, “Xatirələr baxçasıdı köksümün altı”, “Bütün ayrılıqlar”, “Mənə dardır bu şəhər”, “Qarı düşmən dost olmaz”, “Hələ uzaqdır ölüm”, “Tanrım nazil edəndən” (şeirlər)
-Şahid ASTARALI – “Biz sənə borcluyuq, qalib əsgərim”, “Darıxdım”, “Xar istəmişəm”, “Ana”, “Məni”, “Buludlar”, “Daş olum, Vətən”, “Gecələr”, “Ciblərimdən vərəq çıxır”, “Azərbaycan-Türkiyə” (şeirlər)
-Əbülfəz ƏHMƏD – “Köhnə kəndimizə məktub”, “Tanımır”, “Çəkir”, “Şəfaya”, “Gedişat”, “Yuxu gerçəkliyi” (şeirlər)
-Ramiz İSMAYIL – “Var” (İbrahim Novruzla deyişmə), “Beşgünlük dünya”, “Var – 2”, “Gecikir”, “İdi”, “Yoxdur”, “Necəsən?”, “Gəlsin”, “Yandırar” (şeirlər)
-Xəlil TAHİRBƏYLİ – “Fəryad”, “Necə anladım?”, “Həyatıma dön” (şeirlər)
-Zilolabanu XALİQOVA (Özbəkistan) – “Tələbəyəm”, “Ana yer”, “Söz ver” (şeirlər)

Nəsr
-Rəna NƏCƏFQIZI – “Asan xidmət” (hekayə)
-Ayaz İMRANOĞLU – “Kömürlə yazılan dua” (hekayə)
-Xəlil MİRZƏ – “Sonuncu dayanacaq” (hekayə)
-Aysel NƏSİRZADƏ – “Əlli qəpiklik nəzir” (hekayə)
-Zaur USTAC – “Beyin qurdu” (hekayə)
-Əli BƏY AZƏRİ – “Bir xurma halallığı” (hekayə)
Buyurun, könül xoşluğu ilə sevə-sevə oxuyun!

“XƏZAN”JURNALI PDF


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin 2025-ci ilin dekabr (18-ci) sayı işıq üzü görüb

“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin 2025-ci ilin dekabr (18-ci) sayı işıq üzü görüb

“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin redaksiya heyəti (təsisçi Rəfail Tağızadə, baş redaktor Vaqif Osmanlı, rəssam Sehran Allahverdi) 2025-ci ilin dekabr ayında növbəti 18-ci sayı ilə ədəbiyyatsevərlərin görüşünə gəlib.

Bu sayımızda Ramiz Rövşənin, Əlisəmid Kürün, Əbülfəz Mədətoğlünun, Zeynalabdin Novruzoğlunun, İldırım Əlişoğlunun, Vahid Çəmənlinin, Vaqif Əsədoğlunun, Brilyant Atəşin, Sevinc Azadlının, Hikmət Muğaloğlunun, Fatimə Məhəmmədqızının, Zülfü Həsənlinin, Cavid Musanın şeirləri, Təranə Məmmədin “Bəxt üzüyü”, Təranə Vahidin “Hittə”, Günel Natiqin “On manat”, Zaur Ustacın “Beyin qurdu”, Pərvanə Bayramqızının “Uçurum” hekayələri, Təranə Turan Rəhimlinin “İtalyan ruhunu dünyaya sevdirən şeirlər”, Güldanə Mehdiyevanın “Uşaqların tərbiyəsində ailə və məktəbin rolu”, Aynur Turanın “Amerikan ədəbiyyatının təkrarsız dühası”, Sərvanə Dağtumasın “Xulio Kortsarın “Xana-xana oyunu” və postmodernizm: Sən olsan, intihar edərdinmi?”, Ebru Bayramovanın “Üsyankar ruhların sonu: Martin İden və Verter”, Rəfail Tağızadənin “Zemfira Məhərrəmli yaradıcılığında insan, Vətən, həyat” ədəbi təhlilləri, “Vətən şəhidləri” bölməsində Vaqif Osmanlının “Anaların izləri göyərdən göz yaşları” rekviyemi, Bəsti Hüseynin “Udulmuş güllə” essesi, “Yada düşər xatirələr” bölməsində Zümrüd Səfərovanın “Radiolu günlərimizdən” (radio jurnalistin xatirələri), “Kitab rəfi” bölməsində “Eyvaz Zeynalovun “Nadir şah” romanı çapdan çıxıb” xəbər-yazısı, “Dünya ədəbiyyatı” bölməsində Azad Yaşarın tərcüməsində Anton Çexovun “Artıq adamlar” hekayəsi çap olunub.

Müəllifləri, ədəbiyyatsevərləri təbrik edirik.

“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisi

“ƏDƏBİ OVQAT” JURNALI PDF


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

18 dekabr fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlunun doğum günüdür

Əziz dostlar, 18 dekabr fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlunun doğum günüdür. Məmməd müəllimi doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı, sağlam uzun ömür və gələcək fəaliyyətində daha böyük uğurlar arzu edirəm.

Məmməd Bayramoğlu, diferensial operatorların spektral nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis. 1939-cu il dekabrın 18-də Gürcüstan Respublikası Marneuli rayonunun Əzizkənd kəndində anadan olmuş, 1957-ci ildə həmin rayonun Gorarx kənd 11-illik məktəbini bitirmiş, həmin il V.İ.Lenin adına APİ-nin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1962-ci ildə həmin fakültəni riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1962-1964-cü illərdə hərbi xidmətdə olmuş, 1964-cü ildə AEA Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasına qəbul olunmuş, 1967-ci ildə aspiranturanı bitirmiş və 1967-1969-cu illərdə riyaziyyat və mexanika institutunda kiçik elmi işçi, baş mühəndis vəzifələrində çalışmışdır. 1969-cu ildə həmin institutda akademiklər Fəraməz Maqsudov və Mirabbas Qasımovun rəhbərliyi ilə “Öz-özünə qoşma və qoşma olmayan bəzi diferensial operatorların spektral xassələri” mövzusunda namizədlik, 1987-ci ildə Tiflisdə Razmadze adına Riyaziyyat İnstitutunun elmi şurasında “Diferensial operator tənliklərin bəzi məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Professor Məmməd Bayramoğlu 1964-cü ildən bu günə qədər AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi, “Operator diferensial tənliklər”, “Operatorların spektral nəzəriyyəsi”, “Adi diferensial tənliklər” şöbələrinin müdiri vəzifəsində işləmişdir.
O, 100-dən çox məqalənin müəllifidir, rəhbərliyi ilə 21 nəfər namizədlik, 2 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. 1993-cü ildən 2009-cu ilə qədər İstanbul şəhərinin Yıldız Texniki Universitetində professor vəzifəsində işləmişdir. Həmin müddətdə 9 nəfər fəlsəfə doktoruna rəhbərlik etmişdir.

Mənbə və müəllif: Misir Mərdanov

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Bir dövrün səsi necə susdu?

Bir dövrün səsi necə susdu?

Bir vaxtlar evin divarında asılan, bir küncdə öz yerini tapmış, zəngi ilə bütün ailəni ayağa qaldıran o möhkəm dəstəkli telefonlar… Hər zəngdə evin içində dolaşan o həyəcan, “Görəsən, kimdir?” sualının yaratdığı maraq… Dəstəyi qaldıran kimi xətdən gələn cüzi cırıltı elə bil, bütün evin nəfəsini duyuran bir səs idi. Elə həmin telefonlar idi evin ruhundan, ailənin birlik anlarından qalan xatirələri yaşadan. Artıq çoxlarının evində səssiz-səmirsiz qalan bu köhnə aparat indi bir dövrün nəfəsini yaddaşlarda yaşadır. Bir zamanlar bir zəng səsi evdə kiçik qarışıqlığa səbəb olardı. Evin balacaları ayağa qalxar, bir-birinə baxıb “Kim açacaq?”, – deyə susqun razılaşma yaşanardı. Dəstəyi götürən adamın “Alo, eşidirəm!” sözləri sanki səhnənin pərdəsini açardı. O hər gün gələn zənglər heç zaman belə böyük bir dövrün səssizcə başa çatacağını düşündürməzdi.
Bu gün həmin telefonların çoxu olduğu yerdə qalıb. Tozlanmış, illərin izi düşmüş, artıq çalmayan, amma keçmişin səsini içində daşıyan bu aparatı təkcə rabitə vasitəsi kimi görmək olmaz. Onların susması ilə ailə içi münasibətlərdən tutmuş, sosial ünsiyyət vərdişlərinə qədər bir çox şey dəyişdi. Ev telefonlarının dəbdən düşməsi görünüşdə sadə olsa da, sosial, texnoloji proseslərin nəticəsidir.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnsan resursları və sənədlərlə iş şöbəsinin Sənədlərlə iş sektorunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Rauf Əliyev bu prosesin səbəblərini illər üzrə izah edir. Onun sözlərinə görə, Azərbaycanda ev telefonlarına tələbat 2010-cu illərə qədər sabit qalsa da, mobil cihazların geniş əlçatanlığı bu münasibəti tədricən dəyişib. Səbəblərdən biri mobil operatorların sərfəli paketlər təklif etməsi və ölkə üzrə mobil əhatə dairəsinin maksimum genişləndirilməsi idi.
Rauf Əliyev əlavə edir ki, internet artıq əsas ünsiyyət vasitəsidir: “Whatsapp”, “Messenger”, “Telegram” kimi tətbiqlər həm yazılı, həm səsli, həm də görüntülü ünsiyyət təklif edir. İnsanlar bu imkanların qarşısında ev telefonuna ehtiyac görmür. Vaxtilə mobil rabitənin zəif olduğu rayon və kəndlərdə sabit telefon həyati vacib idi. İndi isə həm internet, həm də mobil şəbəkə o qədər güclənib ki, həmin bölgələrdə də ev telefonuna maraq, demək olar ki, qalmayıb. Hər kəs internet üzərindən danışır, yazır, görüntülü əlaqə yaradır”.
Bununla belə, o bildirir ki, sabit telefonların tamamilə sıradan çıxması hələ mümkün deyil: “Abunəçilər şəhər və kənd daxilində çox aşağı məbləğ qarşılığında limitsiz danışa bilir. Digər tərəfdən, elektrik kəsiləndə internet də dayanır, mobil telefonun şarjı bitdikdə əlaqə imkanı itir. Belə hallarda ev telefonu işlək qalır və ən güvənli rabitə vasitəsinə çevrilir”.
Mütəxəssis qeyd edir ki, əvvəllər ev telefonu bir evin ünvanı idi, dostlar, qohumlar, iş yoldaşları həmin nömrə vasitəsilə evlə əlaqə saxlayardı. Mobil rabitənin inkişafı bu “ortaq nömrə” anlayışını tamamən aradan qaldırdı. Artıq hər kəsin öz şəxsi nömrəsi var və insanlar bir-biri ilə oradan əlaqə saxlayırlar. Bu həm də zamanın psixoloji tələbi idi: sürət, fərdilik və 7/24 əlçatanlıq.
Eyni zamanda bəzi regionlarda ev telefonlarının texniki təmiri və xətlərin yenilənməsi də çətinləşib. Telekom şirkətləri daha çox mobil rabitəyə sərmayə yatırdığına görə ev telefonlarına diqqət azalıb. Bu isə insanlarda belə bir təəssürat yaradıb ki, ev telefonu artıq “lazımsız əlavə”dir.
Ev telefonları haqqında danışanda ilk olaraq yaşlı nəslin reaksiyası diqqət çəkir. 76 yaşlı Elbəyi dayı üçün ev telefonu həyatının yarısından çoxunu müşayiət edən bir səsdir: “Bizim vaxtımızda ev telefonu olanda adam özünü varlı hesab edirdi. Zəng gələndə bütün ev ayağa qalxırdı. Gələn hər zəngdə bir xəbər idi. Ya toy, ya yas, ya da uzaqdan qohumun hal-əhvalı… İndi heç kim heç kimi evdən axtarmır. Hər şey telefonların içindədir, amma o telefonların səsi evin içini doldurmur”, – deyə Elbəyi dayı təəssüflə xatırlayır.

O həmçinin ev telefonunun ailə münasibətlərinə təsirindən də danışır. Onun fikrincə, ev telefonu ailə üzvlərini bir-birinə daha yaxın saxlayırdı. “Telefon çalanda hamımız eyni anda ayağa qalxardıq, bu belə bizi bir-birimizə bağlayırdı. İndi hər kəs öz telefonuna qapanıb, istədiyini edir”, – deyə o əlavə edir.
Elbəyi Tağıyevin sözləri, əslində, nəsillərarası fərq haqqında da bir işarədir. Yaşlı nəsil üçün ev telefonu kollektiv ünsiyyət və evin bir parçası idi. Bu gün isə gənc nəsil üçün o, sadəcə köhnəlmiş bir əşyadır.
Gənc nəsil üçün ev telefonu artıq aktiv funksiyaya malik deyil. 17 yaşlı gənc Nərmin Novruzlu evlərində hələ də ev telefonu olduğunu, amma heç kimin ondan istifadə etmədiyini deyir. Onun üçün ev telefonu daha çox köhnə dövrün izidir: “Ev telefonunu açıb axırıncı dəfə kiminləsə danışmağım yadıma gəlmir. Biz artıq hər şeyi mobil telefondan edirik, zəng, videozəng, mesaj. Ev telefonunun bizə nə əlavə üstünlüyü var ki?” – deyə Nərmin bildirir.

Telefon dəftəri, nömrələrin bir-bir yazıldığı kağız parçası. Bir ənənə idi bunların hamısı. Amma təəssüf ki, bu ənənə də yox oldu.
Ev telefonu ailə münasibətlərinə müəyyən bir şəffaflıq gətirirdi. Məsələn, uşaq kimlə danışır, nəyə görə axtarılıb, hamı bilirdi. Bu gün isə hər şey fərdiləşib, hər kəs öz özəl dünyasında danışır, yazır, ünsiyyət qurur.
Texnologiya dəyişib, dünya sürətlənib, insanlar fərdiləşib və ev telefonları bu tempə uyğunlaşa bilmədi. Elə bu da onların sonunu gətirdi. Ev telefonlarının dəbdən düşməsi bir dövrün, bir rabitə mədəniyyətinin, bir ailə ənənəsinin səssiz şəkildə bitməsidir. Divarın küncündə toz basmış o telefonlar, əslində, bir çox ailənin xatirələrini daşıyır. Elə bir xatirə ki hələ uzun illər insanların yaddaşından silinməyəcək.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

«Мужчина в семье — мощь и сила, а женщина — стадо и отара»!

Рождение ребёнка, особенно первенца, даже в самой бедной крымскотатарской семье воспринималось как огромная радость. Счастливые родители непременно устраивали праздничный пир для односельчан, и, если это был мальчик, то он становился отныне центром внимания всей семьи: ведь к нему постепенно должны будут постепенно перейти и опыт, и мудрость отца, и родовое имущество, но также и постоянная, на протяжении всей жизни, самоотверженная забота о младших братьях и сёстрах. Впрочем, радовались и девочке. И это была удача, запечатленная в крымскотатарской пословице: «Мужчина в семье — мощь и сила, а женщина — стадо и отара»!

Автор: Амина (Amina)

AMİNANIN DİGƏR YAZILARI

ДРУГИЕ СТАТЬИ АВТОРА

ARAZ ŞƏHRİLİNİN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Türkiyəli tanınmış alim Azərbaycan Milli Kitabxanasının qonağı olub

Türkiyəli tanınmış alim Azərbaycan Milli Kitabxanasının qonağı olub

18 dekabr 2025-ci il tarixində Türkiyəli alim – Yıldız Texniki Universitetinin fəlsəfə kafedrasının professoru Caner Taslaman və ilahiyyatçı Elşad Miri Milli Kitabxananın qonağı olub.

Qonaqları kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib. O, münasibətlərin mühüm forması olan mədəni əlaqələrin Azərbaycan ilə Türkiyə arasında orta əsrlər dövründən mövcud olduğunu, lakin sovet dönəmində bu əlaqələrin məlum səbəblər üzündən zəiflədiyini bildirərək bu gün türk dövlətləri ailəsinə daxil olan və türkdilli xalqların mənəvi birliyinə və yaxınlaşmasına böyük ehtiyac olduğunu diqqətə çatdırmışdır. Direktor mədəniyyətlərimiz arasındakı tarixi və mədəni-mənəvi körpülərin respublikamızın müstəqillik illərində sürətlə bərpa edilməsi haqda danışıb, mədəni əlaqələrimizin hər iki xalq arasında qarşılıqlı mənəvi zənginləşmə zərurətindən irəli gəldiyini söyləyib və bu mənada türkiyəli alimlərin bu elm məbədini ziyarət etməsinin və öz kitablarını kitabxanaya təqdim etməsinin xüsusilə əhəmiyyətli olduğunu bildirmişdir.

Prof. Dr. Caner Taslaman İstanbulda Elm, Fəlsəfə, Din Vəqfinin fəaliyyət göstərdiyini, əsas məqsədin cəmiyyətdə insanların elm, fəlsəfə və din sahəsində təhsil alaraq özlərini inkişaf etdirə, azad düşünə və cəmiyyətə töhfə verə biləcəyi bir mühiti təmin etmək olduğunu, bu sahədə akademik araşdırmalar vasitəsilə cəmiyyətə dəyər qatmağa, ictimai inkişafa töhfə verməyə və gələcəyi işıqlandırmağa çalışdıqlarını diqqətə çatdırıb.

O, Vəqfin elm, fəlsəfə və din sahələrində tədqiqatçılara dəstək olduğunu, mövcud və gələcək yerli və xarici tədqiqatları qiymətləndirərək müəllif hüquqları ilə qorunan və tərcümə edilmiş əsərləri dərc etdiyini, fəaliyyətlərini həyata keçirmək və daha geniş auditoriyaya çatdırmaq üçün görüşlər keçirdiklərini, seminarlar, kurslar vasitəsilə bədii fəaliyyətlərə və şəxsi inkişafa dəstək verdiklərini, sənədli filmlər, televiziya və radio proqramları hazırlayaraq həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yaydıqlarını, simpoziumlar, konfranslar və seminarlar təşkil etdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, Prof. Dr. Caner Taslaman əsasən müasir elm-fəlsəfə-din münasibətlərinə dair xeyli kitabların müəllifidir və görüş zamanı alim müəllifi olduğu kitabları Milli Kitabxananın fonduna hədiyyə edib və qəbula görə kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.

Professor Kərim Tahirov dəyərli hədiyyələrə görə qonağa təşəkkür edərək, kitabların kitabxananın fondunda öz layiqli yerini tutacağını söyləyib və “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu qonağa təqdim edib.

Sonra qonaqlar Milli Kitabxana ilə tanış olublar.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

Şah İsmail Safavi döneminde sarayda ve orduda Kızılbaş aşiretlerini temsil eden emirler

Şah İsmail Safavi döneminde sarayda ve orduda Kızılbaş aşiretlerini temsil eden emirler:
Ustaclu kabilesi (13 kişi):

Muhammed Han, Garakhan Han, Abdullah Han, Hızır Ağa, Süleyman Bey, Şahrukh Sultan (Kör Şahrukh), Sarı Pira, Kopek Sultan, Mahmud Bey, Mantesh Sultan, Murad Bey, Çayan Sultan, Mahmud Sultan Sufioğlu;

Şamlu kabilesi (9 kişi):

Hüseyin Bey Lale, Ahmed Sultan, Axi Sultan, Abdi Bey, Durmuş Han, Zeynal Han, Musa Bey, Hasan Bey, Süleyman Bey;

Türkmen kabilesi (8 kişi):

Alişeker Bey Baharlı, Mahmudi Han Baharlı, Mansur Bey Pornak, Emir Han Musullu, Gülabi Han Musullu, Abdal Sultan Türkman, Şahgulu Bey Türkman, Kızıl Muhammed Türkman;

Rumlu kabilesi (6 kişi):

Div sultan, Nurali halifesi, Halil ağa, Sufiyan halifesi, Badijan sultanı, Karaguneh sultanı;

Tekelu kabilesi (6 kişi):

İlyas bey Halvacıoğlu, Hasan bey Halvacıoğlu, Yaqub bey Halvacıoğlu, Ulema sultanı, Sarı Ali bey Möhürdar, Burun sultanı;

Kaçar kabilesi (5 kişi):

Kara Piri bey, Rüstem bey, Ahmed sultan, Mahmud bey, Halil han;

Afşar kabilesi (4 kişi):

Sultanali bey, Muhammed hanı, Dana Muhammed sultanı, Valijan sultanı;

Zülkadar kabilesi (4 kişi):

Halil Han, Alikhan Sultan, Zohrab Sultan, Veladhan Bey;

Talış kabilesi (4 kişi):

Abdal bey Dede Talış, Kadim bey Hulefa Talış, Mirza Muhammed Talış, Pirgeyb Han Talış:

Garamanlu kabilesi

(3 kişi): Bayram hanı, Hüsam bey, Alican sultan;

Varsaq kabilesi (3 kişi):

Yusuf halifesi, Kasım halifesi, Hasan halifesi;

Kıpçak boyu (1 kişi):

Mansur bey.

Namık Musalı
“Şah İsmail’in Gücü I”
(“Tarih-i alemara-yi Şah İsmail” adlı eserden hareketle, s. 386-387)

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SEVİNDİK NƏSİBOĞLU – PAYIZ SEVGİSİ

PAYIZ SEVGİSİ

Yenə gəldi soyuq payız,
Göylər yalqız, yerlər yalqız.
Heyif, əlim yetmir sənə,
Ürəyimin yetdiyi qız.

Yağış yağanda bir gecə,
Su çiləyir ürəyimə.
Həyat verir o, gör necə,
Ölüb-dirilən sevgimə.

Kədər sıxanda qəlbimi,
Duyğularım aşıb-daşır.
Yadıma salanda səni,
Ruhum birdən rahatlaşır.

Ayaqlarımın altında,
Səsi gəlir xəzəllərin.
Yalnız hər an qulağımda,
Eşidilir sənin səsin.

Keçdiyimiz o yerlərdən,
Hərdən ötüb keçəndə mən,
O günlər düşür yadıma,
Min bir söz keçir qəlbimdən.

O qədər uzaqsan ki, sən,
Yuxumdan da əl çəkmisən.
O qədər yaxınsan ki, sən,
Həyatıma çevrilmisən.

Taleyin istehzası var,
Bu gün varam, sabah yoxam.
Hər bir dərdin dəvası var,
Mənim isə yoxdur dəvam.

Qoy belə keçsin saatım,
Qoy belə keçsin illərim.
Necə keçsə də həyatım,
Mənim hələ var ümidim,
Bu sevgiyə var ümidim…
18.10.2025.

Müəllif: Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Övladıyam

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I