www.bitik.az tərəfindən yazılmış bütün yazılar

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!

Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

Yüz ölçdü, bir biçdi, ustadan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

Bir həmlədə pozdu kələyin, fəndin,
Uçurdu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

USTACAM

Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!

Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!

Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!

Unutma, şah babam Xətai başdı,
Nadir şah mətədə tərpənməz daşdı,
İlham nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!

Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!

Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!

Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

ONU TANRI SEÇİB

Şərəfli əcdadın şanlı övladı ,
Bütün ulusunun qolu, qanadı,
Hər yanda fəxrlə çəkilir adı,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!

İlhamdır istəyi, elin arzusu,
Amalı bir şirin dilin arzusu,
Əməli tər qönçə gülün arzusu,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!

Nizamı gərdişi ustadan usta,
Təftişi, gedişi ustadan usta,
Planı, döyüşü ustadan usta,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!

Seçir, sonalayır, sorur düşməni,
Ağladır, sızladır, yorur düşməni,
“iti qovan kimi qovur düşməni”
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!

Nitqi, bəlağəti, şəsti yerində,
Görkəmi yerində, büstü yerində,
Alınmaz qaladı, postu yerində,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!

DAĞLAR

(Dağlara xitabən üçüncü şeiri)

Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

Ay Ustac, min şükür, arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

ÜÇ QARDAŞ

(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərviz Yəhyalı – Üç qətlin izi ilə

Üç qətlin izi ilə
(Məqalə arxiv materalları və təkzibolunmaz tarixi faktlara əsaslanır)
Qədim-qaim Qəbələdə dünyaya göz açan, amma ziya nuru ilə bütöv xalqa cığırdaşlıq etməyə müvəffəq olan üç aydınının həyat yoluna nəzər salanda diqqəti cəlb edən ilk nüans onların qətlini sifariş verən, yerinə yetirən qüvvələrin bir məkrin çirkin amalı olduğu açıqça sezilir. Haqqında araşdırma apardığımız hər üç simanı həyatda olduqları zaman fərqlidir. Yəni bu insanlar bir-birinin müasiri olmamış, zira onların ölüm səbəbləri kimi həyata baxışları da üst-üstə düşərək bütün zamanlar üçün müasir dünya görüşünə malik olmuşlar.
Qədim və zəngin tarixi keçmişi olan Qəbələdə 1806-cı 14 iyulunda Qurban bayramı günü sonuncu Qəbələ sultanı Nəsrulla sultanın ailəsində bir uşaq dünyaya göz açır. Uşağın adını elə Qurban bayramının şərəfinə İsmayıl qoyurlar. Kiçik yaşlarında ailədə onu Qurban deyə çağırırdılar. İsmayıl bəy ilk təhsilini doğma Qəbələdə alır. Daha sonra o, Rusiyada hərbi təhsilini başa vurub, ordu sıralarında xidmət edir. Xüsusi istedadı ilə seçilən İsmayıl bəy Qutqaşınlı siravi əsgərdən general-mayor rütbəsinə qədər yüksəlir. O, Müqəddəs Georgi ordeninə layiq görülmüş ilk azərbaycanlıdır. Yeri gəlmişkən onu da qeyd edək ki, İsmayıl bəy general-mayor rütbəsini hərb meydanlarında qazanmış ilk azərbaycanlı kimi də tarixə düşmüşdür. İsmayıl bəy Qurtqaşınlı ordudan tərxis olunduqdan sonra bəy komissiyasında fəaliyyət göstərir, eyni zamanda Şamaxıda müəllimlik edir. O, ərəb, fars, rus, fransız dillərini mükəmməl bilirdi. 1835-ci ildə Varşavada çap olunan Rəşid bəy və Səadət xanım əsəri ilə İsmayıl bəy ədəbiyyatımızda bədii nəsrə yeni ruh gətirir. Eyni zamanda onun ömrünün son illərində yazdığı “Səfərnamə” əsəri publisistikamızın ilk nümunəsi hesab olunur. İnanclı ziyalı olan İsmayıl bəy iki dəfə Məkkə ziyarətində olmuş və məhz o bu ziyarətinin təəssüratları əsasında oçerk ruhunda adı çəkilən əsərini yazmışdır.
İsmayıl bəyin maarifpərvərliyi, xalq sevgisi, türkçülüyə bağlılığı diqqət çəkməyə bilməzdi. Bu diqqət həm dostlar həm də düşmənlər tərəfindən idi. Beləki 1854-ci ildə Osmanlı ordu komandanı Mustafa Zərif Paşa İsmayıl bəyə məktub ünvanlayaraq Azərbaycanda və Dağıstanda xalqı üsyana qaldırmaq yönümündə iş aparmağa çağırırdı. Nəzərə də alsaq ki, həmin dövr xalq üsyanlarının baş verdiyi həssas zaman kəsiyi idi. Cənubi Qafqazda çar Rusiyasının müstəmləkəçilik əleyhinə Car-Baləkəndə 1830, Lənkəranda 1831, Qubada 1837, Şəkidə 1838, Zaqatalada 1848- ci illərdə üsyanlar yatırılsa da Şimali Qafqaz və Dağıstanda mürüdizm hərəkatı sözün əsl mənasında Rus imperiyasını ciddi narahat edirdi. Romanovlar xanədanı Qafqazdakı müstəmləkə əleyhinə xalq çıxışlarının kordinasiya olunaraq mütəşəkkil forma almasından çox qorxurdu.
Belə bir şəraitdə Rusiyanın ermənilərin timsalında Cənubi Qafqazda özlərinə dayaq seçdikləri erməni fitnəkarlığı işə yarayırdı. Etraf etmək yerinə düşərdi ki, çar I Nikolay sələfi l Pyotrın vəsiyyətlərini yaxşı əxz edərək 1828-ci il 10 fevral bədnam Türkmənçay müqaviləsindən sonra regonda fitnə-fəsadın, türkə düşmən münasibətin ən qəddar üsul və vasitələrini etiva edən erməni məkrindən öz siyasəti naminə məharətlə istifadə etməyi bacarırdı.
Etnopsxologiyasında xəyanət, sadist barbarlıq olan erməni vəhşiliyi rus imperalizminin Cənubi Qafqazdakı siyasətini həyata keçirməyə vasitə idi.
İsmayıl bəyə ünvanlanan məktubun erməni Loris-Məlikovun əlinə keçməsi isə şərəfsizliklə rütbə və mənsəb yüksəlişini məqbul bilən erməni simasızlığına göydən düşmə fürsət olur. Mİxayıl Loris-Məlikov 2.XI. 1824-ci ildə Tiflisdə doğulmuş qatı antitürk erməni cəlladı idi. Nəzərə alsaq ki, 1853-1856-cı illərdə Fransa və İngiltərənin bir koalisiyada Osmanlı dövlətinin Rusiyaya qarşı apardığı Kırım müharibəsinin qızğın vaxtı idi. Rusiya bu müharibədə labüd məğlubiyyətlə üz-üzə olduğunu dərk edir, müstəmləkə ucqarlarında xalq çıxışlarından çox ehtiyatlanırdı. Məhz bu səbəbdən Məlikova İsmayıl bəyin nəyin bahasına olursa olsun qətlə yetirmək tapşırığı verilir. 30 yaşlı Məlikov artıq kürd və ermənilərdən ibarət qaniçən cəza dəstəsi toplamağa müvəffəq olmuş, türklərə qarşı xüsusi qəddarlığı ilə ad çıxarmışdı.
Uzun müddət İsmayıl bəyin qətlini planlaşdıran Loris-Məlikov 14 avqust 1861-ci ildə Şamaxıdan həyat yoldaşı Tuti Bikə xanımla Qəbələyə gedərkən Ağdaş karvansarasında nahar edən Azərbaycan xalqının böyük oğlunu zəhərləməklə qətlə yetirməyə nail olur. Yeməyinə mərgümüş qatılan İsmayıl bəy xanımı ilə elə karvansarada vəfat edir. Erməni terrorunun qurbanı olan İsmayıl bəy və onun xanımı Tuti Bikə Qəbələnin Soltanbaba qəbirstanlığında dəfn olunur.
Erməni terroru ölmündən sonra da XX yüzilliyin 30-cı illərində İsmayıl bəy Qutqaşınlının əlyazmalarını məhv etməyi də bacarır. Miskin təxəllüsü ilə yazanılan şeirləri, Tuti adlı iri həcmli əsəri məhv edilmə səbəbindən təəssüf ki, günümüzə çatmamışdır.
Erməni şərəfsizliyinin simvolu bu “xidməti” müqabilində rütbə almış, hətta 6 avqust 1880-ci ildə çar II Aleksandrın təsis etdiyi Rusiya Daxili İşlər nazirliyinin ilk naziri olmuşdur. Ancaq bu məqamda tarixin ironiyası öz gərdişini göstərməkdən yan keçməmişdir. Çarın qorunmasına cavabdeh olan nazir Məlikov işinin öhdəsindən gəlməyi bacarmamışdır.1 mart 1881- ci ildə xalqçılar cərəyanından olan Rısakov çarı qətlə yetirmişdir. Bu məqamda isteza doğuran bir fakt maraq doğurmaya bilmir. Quldurluq, qaniçənlik, türkə patoloji nifrət, mənsəbə çatmaq üçün makyavelli prinsipinə can-başla qulluq edən Mixayıl loris-Məlikov sərsəm xülyası ilə Rusiya çarı olmaq sevdasına düşməsi əslində təəccüblü də deyil. Beləki mövcud versiyalardan biri çar ll Aleksandırın qətlinə erməni nazirin şərait yaratması da var. Zatında insanlıqla bir araya sığmayan alçaqlıqlığı özündə etiva edən erməni xisləti onu bəsləyənləri, vasitə kimi istifadə edənləri məqamı çatanda haqqını verəcək qəbildə olduğunu unudurlar.
Elə həmin ilin 4 mayında bu şərəfsiz erməni nəyin ki, tutduğu postda qalmağı, saray çevrəsində itirdiyi etimadına görə Rusiyada yaşamağının mümkünsüz olduğuna Fransaya qaçır və öz ləyaqətsiz ömrünü Nitsada başa vurur.
Qəbələ torpağının digər yetirməsi olan İbrahim bəy Musabəyov 1880-ci ildə doğulub. O, da İsmayıl bəy Qutqaşınlı kimi ilk təhsilini Qəbələdə alıb. 1898-1902-ci illərdə təhsil aldığı Qori seminariyasını bitirib, Şəkidə müəllimlik fəaliyyəti göstərmişdir. Daha sonra o bir müddət Dərbənddə və Bakıda pedaqoq kimi çalışıb. Dövrü mətbuatda aktuallığı ilə seçilən çıxışları olub. İbrahim bəy həmyerlisi İsmayıl bəy kimi Azərbaycan ədəbi mühütündə cığrdaş olmaq, ilkə imza atmaq missiyasını bacarmışdır. Onun “Neft Milyonları Səltənətində” əsəri bədii nəsrimizin yeni ruhlu şedevrıdır. Məhs bu əsərə yazılmış ssenari əsasında bütün türk və müsəlman dünyasında 1916-cı ildə Bakıda ilk film çəkilmişdir.
İbrahim bəyin fonemenal yaradıcılığı 20-ci illərdə hadisə hesab olunurdu. 1932-ci ildə yeni təsis olunmuş “Əmək Qəhrəmanı” fəxri adını alması da təbii ki, təsadüfi deyildi.
Məşum 30-cı illər represiyası xalqın İbrahim bəy Musabəyov kimi düşünən zəkasından yan ötə bilməzdi. Qiriqoryanların, Yegizaryanların fətvası ilə Musabəyov bir neçə dəqiqəlik məhkəmə-tamaşanın hökmünə rəğmən sürgünə göndərilir. Qəbələnin yetirməsi Azərbaycan xalqının böyük oğlu, görkəmli nasir, istedadlı publisisit, dəyərli maarif xadimi “qırmızı donlu” erməni şərəfsizliyinin əli ilə 14 sentyabr 1942–ci ildə Karaqandada həlak olur.
Eyni məkrdən sifariş alan eyni xislətli niyyəti həyata keçirməyin məkanı zamanı fərqli olsa təməlində bir prinsip durur. Türkə qənim kəsilmək, onun düşünən zəkalarını fiziki olaraq yox etmək.
1975-ci ilin yanvarın 2-də Qəbələnin füsunkar gözəlliklərinin qoynunda, Vəndam kəndində dünyaya göz açan Polad Həşimov müstəqillik dövrümüzdə, məhz erməni işğalçıları ilə açıq müharibədə yetişən generallarımızdan idi. Peşəkar hərbiçi kimi məhz o döyüş səngərlərində mətinlik yolu keçmişdi. 2016-cı ildə Böyük Qələbəmizin müjdəsindən xəbər verən aprel döyüşlərində Polad Həşimov yaralanmış, ancaq buna baxmayaraq qarşıya qoyulan döyüş tapşırığını layaqətlə yerinə yetirmişdir. O, 25 iyul 2019-cı ildə general-mayor hərbi rütbəsinə layiq görülmüşdür. 2020-ci ilin iyul ayında Ermənistanın intensiv hərbi əməliyyatlarının qarşısının alınmasında xüsusi igidlik göstərmiş, sərəncamında olan heyətlə düşmənin xeyli canlı qüvvəsi və texnikasını məhv etmişdir.
İyul ayının 14- də general Polad Həşimov Tovuz döyüşləri zamanı cəbhədə qəhrəmancasına həlak olmuşdur. O, döyüş meydanında həlak olan yeganə generalımızdır.
Ölkə prezidentinin müvafiq sərəncamı ilə general-mayor Polad Həşimov ölmündən sonra 9 dekabr 2020-ci ildə Milli Qəhrəman adına layiq görülmüşdür.
İsmayıl bəy Qutqaşınlı, İbrahim bəy Musabəyov, Polad Həşimov Qəbələdə doğulub bütün Azərbaycana parlayan simalardır. Bu qətlləri törədən erməni şərəfsizliyi öz çirkin əlləri ilə günəş parlaqlığını qara ləkəyə çevirməyə cəhd edərək hər üç layıqli vətən övladlarını fiziki məhv etməyə nail olsalar da onların işıqlı əməllərinə kölgə tutmağı bacarmadılar. İsmayıl bəy də İbrahim bəy də Polad bəy də ilklərə atdıqları imzaları ilə, o ilklərin təməli üzərində ucalan tərəqqi və qalibiyyətimizdə yaşayır.

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Günün mübarək, Şuşam!

Günün mübarək, Şuşam!

Doğmalardan uzaq idin,
can qopmuşdu canından.
Gözlərinə nur çiləndi
Şəhidimin qanından…
Günün mübarək, Şuşam!

Yad qoxulu yamaclardan
bənövşələr küsmüşdü.
Bəyaz yallı nəğmələrin
səndən əlin üzmüşdü…
Günün mübarək, Şuşam!

Dünənimdən zər tacımsan,
bu günümdən zər butam.
Əlim çatmır çiçəyınə,
ləçəklərdən zər tutam…
Günün mübarək, Şuşam!

İNSANLIĞIN AYDIN NÜMUNƏSİ

İNSANLIĞIN AYDIN NÜM

Doğrudan da, hər bir yaradıcı şəxs haqqında səmimi ürəkdən və hörmətlə söz açmaq asan deyil. Çünki bir insanı sonsuz məhəbbət və hörmətlə təsvir etmək üçün ona qarşı dərin sadiqlik və sevgi hissi olmalıdır. Mənim üçün belə yüksək sədaqətə layiq olanlardan biri, özbək ədəbiyyatında layiqli yerini tapmış, çox yönlü yaradıcılığa sahib, Turan xalq yazıçısı, Namangan ədəbi mühitinin parlaq siması, şair və yazıçı – ustad Baqi Mirzadır.
Şagirdləri üçün varlığın günəşi kimi nur saçıb, onlara yol göstərən və onların kamilliyə yüksəlməsinə yardım edən ustad haqqında nə qədər yazsam da, azdır. Gələcəyimizə inamla baxıb, bizə qanad olan və bu qanadlarla həyat və yaradıcılıq səmasında yüksəlməyimizə səbəb olan bu hörmətli insanı tərif etmək və dəyərləndirmək mənim üçün həm borc, həm də vicdan işidir. Onu təxminən on ildir tanıyıram və yaxından bilirəm.
Ustadın böyük istedadı, insaniyyəti və təvazökarlığı hər dəfə məni daha da məftun edir, bu hissləri sözlə ifadə etmək çətindir. Yaxşı insanlar haqqında söz açıldıqda, fikirlər səhrada yayılaraq, cümlələr isə incilər kimi düzülərək gəlir. Ədəbiyyat sahəsinə tamamilə addım atdığım vaxtlarda bir çox insanlar yaşımı və təcrübəmi nəzərə almadan, istedadıma az qiymət verəndə, könlüm qırıldığı anlar da çox olmuşdur.
Lakin ustad Baqi Mirza burada da öz təvazökarlığı, ədalətpərvərliyi ilə məni dəstəkləyib, yaradıcı istedadıma böyük inam göstərmişdir. Bir insanın, xüsusən də gənc yaradıcı insanın ürəyində inam çələngi yandırmaq üçün nə qədər enerji və zəhmət, həqiqi böyük bir ürək lazımdır ki, bunu anlamaq üçün geniş dünyagörüş tələb olunur. Ustad məhz belə nurlu bir ürək sahibidir.
Baqi Mirza ustadın gənclərin yaradıcılığına olan hörməti, onların bacarıqlarına və parlaq gələcəyinə inamı hər zaman gözəl və dəyərlidir. Bu gün yaradıcılar arasında gənclərə bu cür həqiqi dəstək verən, səmimi məsləhət verərək onları yol göstərən nadir ustadlardan biri məhz Baqi Mirzadır. O, sadəcə ürəyinin dərinliyindən qələmə sözlər köçürən dərin yaradıcı və saf ürək sahibidir.
Ustadın ədəbi yaradıcılığı geniş bir dənizə bənzəyir: hər bir dalğasında onun nurlu qəlbi, ali fəzilətləri üzə çıxır. Alimlər və şairlər, ədəbiyyatın yüksək pillələrində olan insanlar onun yaradıcılığı haqqında yüksək qiymət veriblər. Baqi Mirzanın əsərləri təkcə Özbəkistanda deyil, dünya miqyasında da böyük rəğbət qazanmış, oxucuların ürəyində möhkəm yer tutmuşdur.
Tərifdən heç kim imtina etmir. Lakin həqiqi tərif, məhəbbət və sevgi ilə verilən tərif insanın ürəyində ölmüş çöl güllərini yenidən dirildərək, onu yeni zirvələrə aparır. Bu mənada, ustad Baqi Mirza mənim yaradıcılıq həyatımda həqiqi dəstək verən, mənəvi dayaq olan şəxslərdən biridir.
Hər hansı bir vəziyyətdə öz məhəbbətini qoruyub saxlaya bilən, münasibəti dəyişməyən belə insanlar ədəbiyyat və gənc nəsil üçün vacibdir.


Müəllimimizin bu il 70 yaşını səmimi qəlbdən təbrik edirəm! Ona uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi və yeni yaradıcı uçuşlar arzulayıram. Çox illər ərzində ədəbiyyatımız, şeiriyyətimiz, yaxınları və şagirdlərinin xoşbəxtliyi üçün sağ-salamat olun, ustad!

Müəllif: Cihangir NOMOZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

1.11.2024

Baqi Mirzanın yazıları


XASİYYƏT RÜSTƏİN YAZILARI

XASİYYƏT RÜSTƏMOVANIN YAZILARI

XOSİYAT RUSTAMOVANIN YAZILARI

TORA SÜLEYMANIN YAZILARI

CİHANGİR NOMOZOVUN YAZILARI

HÜSNÜİDDİN HAYITIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ HƏRB TARİXİ MUZEYİ

“Müstəqillikdən Zəfərə” – 4 il

2024-cü il noyabr ayının 6-da saat 1100-daAzərbaycan Hərb Tarixi Muzeyində Vətən müharibəsində erməni millətçilərinə qarşı savaşda tarixi qələbənin qazanılmasının dördüncü ildönümünə həsr olunmuş “Müstəqillikdən-Zəfərə!” adlı tədbir  keçirilib. 
Tədbirdə Müdafiə Nazirliyinin hərbi hissələrinin, idarə və müəssisələrinin, ictimai birliklərin,təhsil müəssisələrinin nümayəndələri  iştirak edib.
Tədbirdə muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin məruzəsi dinlənilib. O qeyd edib ki, “Dəmir Yumruq” adını almış hərbi əməliyyatların gedişi zamanı Azərbaycan Silahlı Qüvvələri arsenalında olan ən müasir silah və texnikadan yararlanmaqla düşmən ordusuna sarsıdıcı zərbələr endirdi. Müharibənin ilk günlərindən son günlərinə qədər ordumuzun yüksək səviyyədə idarə olunması, qərargahların, zabit, gizir və əsgərlərimizin qəhrəmanlığı, fədakarlığı sayəsində düşmən döyüş meydanında ağır məğlubiyyətə uğradı. Ordumuzun şəxsi heyəti döyüşlərdə möhkəm intizam,  yüksək hazırlıq nümayiş etdirdi və döyüş hazırlığı prosesində qazandığı nailiyyətləri uğurla tətbiq etdi. Müharibə günlərində ordumuzun hərb sənətinə gətirdiyi taktiki yeniliklər bu gün dünyanın güc mərkəzlərində diqqətlə araşdırılır.
   Qeyd olunub ki , noyabrın 9-a qədər davam edən döyüşlər Ermənistan Respublikasının tam məğlubiyyəti – kapitulyasiyası ilə başa çatdı. Noyabrın 10-da gecə saat 3.00 radələrində Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev hərbi əməliyyatların dayandırılması və Azərbaycanın Ermənistan üzərində tarixi Zəfərini şərtləndirən Bəyanatı imzaladılar. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz tərk etməyə məcbur oldu. Beləliklə, Azərbaycan Ordusu dövlət başçısının rəhbərliyi ilə Vətən müharibəsində düşmənin işğalçı qüvvələrini qısa müddətdə darmadağın etdi və ölkəmizin ərazi bütövlüyünün bərpasına nail oldu.
Tədbirdə tarixi Zəfər gününə həsr olunmuş sənədli film nümayiş olunub.
Tədbirin bədii hissəsində 5 saylı Uşaq-gənclər inkişaf mərkəzinin üzvlərinin Zəfər sərgisi nümayiş olunub və onların ifasında hərbi-vətənpərvərlik musiqiləri, kompozisiyalar  səsləndirilib. Sonda Təltifetmə mərasimi keçirilib. 5 saylı Uşaq-gənclər inkişaf mərkəzinin direktoru Elza xanım Orucovaya və mərkəzin üzvlərinə  fəxri fərmanlar tədqim olunub.
Tədbir xatirə şəklinin çəkdirilməsi ilə sonlandırılıb.

ZeferNews.Az

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yunus Oğuz “AzerGold” QSC-nin təşəbbüsünə qoşuldu

Yazıçı-publisist  Yunus Oğuz  AzerGoldun təşəbbüsü ilə Daşkəsənin Quşçu kəndində açılan   “Pulsuz oxu” kitab köşkünə öz tarixi romanlarını  hədiyyə edib.

Qeyd  edək ki, “AzerGold” QSC-nin təşəbbüsü və dəstəyi ilə Daşkəsən rayonunun ucqar Quşçu kəndinin mərkəzində kitab köşkü quraşdırılıb.

Cəmiyyətin hasilat fəaliyyəti apardığı bölgədə bu günə qədər icra etdiyi  “Kitab sovqatı”, “Uşaq kitab dostu” kimi bir sıra uğurlu maarifləndirici layihələrin davamı olan “Kitab köşkü” ətraf kənd sakinləri, xüsusilə uşaq və yeniyetmələr arasında mütaliə vərdişlərinin formalaşmasına, asudə vaxtın səmərəli təşkilinə və kitabın kütləvi şəkildə təbliğinə dəstək göstərilməsinə xidmət edir.

Günün 24 saatı ərzində kənd sakinlərinin sərbəst şəkildə kitabları əldə etməsinə imkan yaradan “açıq kitabxana” tipli kitab köşkündə dünya klassiklərinin əsərləri, müasir Azərbaycan və dünya ədəbiyyatı inciləri, həmçinin biznes və özünüinkişaf istiqamətləri üzrə nəfis tərtibdə dərc edilmiş ən yeni kitablar təqdim olunur. Oxucular seçdikləri kitabı mütaliə etdikdən sonra geri qaytarıb digər kitablardan bəhrələnəcək, bununla yanaşı, paylaşmaq istədikləri nəşri köşkə hədiyyə etməklə digər oxucuların da mütaliə etmələrinə imkan yaradacaqlar.

Köşk rübdə bir dəfə yeni nəşrlərlə yenilənəcək. Qeydiyyat əsasında ən çox kitab mütaliə etmiş oxuculara cəmiyyət tərəfindən həvəsləndirici hədiyyələr təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Türk Devletleri Teşkilatı’nın Birliği Simgeleyen Yeni Bayrağı

Türk Devletleri Teşkilatı’nın Birliği Simgeleyen Yeni Bayrağı

Türk Devletleri Teşkilatı’nın bayrağı, Türk Dünyasının ortak tarihini ve kültürel mirasını daha güçlü yansıtacak şekilde yenilendi. Bu güncelleme, teşkilatın birlik, dayanışma ve iş birliği idealini simgelerken, geleceğe yönelik ortak bir vizyonu da ifade etmektedir.

Son 15 yıl içinde Türk Devletleri Teşkilatı, bölgesel dayanışmayı güçlendirme ve iş birliği alanlarını genişletme yolunda önemli adımlar atmıştır. Bu başarıların bir simgesi olarak, 11. Türk Devletleri Teşkilatı Devlet Başkanları Konseyi Zirvesi’ne özel bir hatıra para da basılmıştır. Türkiye Cumhuriyeti Darphanesi tarafından üretilen, bronzdan yapılmış ve 2,5 Türk lirası değerindeki bu hatıra para, tıpkı yenilenen bayrak gibi, Türk Dünyasının birlik ve kardeşlik ruhunu yansıtan anlamlı bir simge olarak değerlidir.

Bu anlamlı gelişmeleri tebrik eder, Türk Devletleri Teşkilatı’nın başarılarının artarak devam etmesini temenni ederim.

ULUSLARARASI ARASI TURAN KIZILELMA TEŞKİLATI

Həqiqət ŞAMİLLİ – ZƏFƏR BAYRAMI

ZƏFƏR BAYRAMI

“Zəfər bayramımız mübarək!” deyək,
“Yaşa Azərbaycan!”-birgə söyləyək.
Cəsur oğulları olan bu xalqın,
Torpağı düşməndə qalmasın gərək.

Hər yerdə görürük üçrəngli bayraq,
Himnimiz səslənsə ayağa duraq.
Göylərə ucalsın Zəfər nəğməmiz,
Dünyaya yayılsın bizim səsimiz.

Uşaqlı-böyüklü sevinsin hamı,
Bu xalqa layiqdir Zəfər bayramı.
Otuz il yığılmış ağrı-acını,
Bayramı qeyd edib qəlblərdən silək.

Nəbinin, Babəkin yurdudur Vətən,
Ona baş əyəcək hamı ürəkdən.
İti qovan kimi qovduq düşməni,
Türkə dost olmayıb xain erməni.

Yüzlərlə şəhidin qanı var burda,
Əbədi uyuyur onlar torpaqda.
Torpağa axıdıb onlar qanını,
Qazilər də verib yarı canını.

Necə gözləmişdik bu əziz günü,
Zəfərçün oğullar verdi ömrünü.
Şəhidlik adına onlar ucaldı,
Xalqın tarixində əbədi qaldı.

İgidləri varsa basılmaz Vətən,
Həddini tanısın hər yoldan ötən.
Bir də torpaqlara tökülməsin qan,
Bayraqlar ucalsın burda hər zaman.

Zəngilan ,Xocavənd, Ağdam, Qubadlı,
Cəbrayıl ,Füzuli, Şuşa, Xocalı,
Var idi nə qədər əsir torpaqlar,
Rəbbimə şükr ki, azad oldular.

Sarsılmaz birliyin bu bəhrəsidir,
Müzəffər ordunun qalib səsidir.
Torpaqlar bizimdir eşitsin cahan,
Əbədi yaşasın can Azərbaycan!

TƏKBAŞINA OYUN

Şahmatı tək oynamaqla,
Önündə aciz qalmışam.
Sağda mən qalıb olsam da,
Sol tərəfdə uduzmuşam.

Sən olmasan sol yanımda,
Suallar da mənasızdı.
Cavabı mən neynirəm ki,
O cavablar ünvansızdı.

Özüm sorub cavab verdim,
Öz-özümü mən mat etdim.
Təkbaşına mən oynadım,
Təkbaşına gediş etdim.

Qalib kimdi,məğlub kimdi,
Onu necə təyin edim.
Hər ikisi mən idimsə.
Kimə mən üstünlük verim?

Mükafatda deyil söhbət,
Söhbət qürura aiddir.
Sağ yanım dik dura bilir,
Sol tərəfim qəddin əyir.

Şahmatda tək oynamasaz,
Qalib və məğlub olmazsız.
İki hissi yaşasanız,
Qəlbdə sevinci duymazsız.

Qalib,ya da məğlub olmaq,
İmkansızdı tək oynasaz.
Dərin duyğu yaşayarsız,
İkisindən biri olsaz.

İnsan özü mürəkkəbdir,
İçində bir dünya yatır,
O meşədə azmasa da,
Daxilində itib-batır.

Özünü təqsirli bilir,
Özü ilə hey çəkişir,
Gah özünə vəkil olur,
Gah hakimtək cəza kəsir.

Təlatümün içindədi,
Hər cür yollara gedəcək.
Ya özünü tanıdacaq,
Ya özünü məhv edəcək.

Qərarlarına bağlıdır,
Sonu əməl göstərəcək.
Ya ömürlük xatırlanıb,
Ya əbədi silinəcək.

Yaddaşlarda daim qalıb,
Ömür boyu xatırlanaq.
Yaxşı əməl sahibitək,
Savablarla biz tanınaq..

Könül qırıb,iş pozmayaq,
Yaxşıları pis yozmayaq,
Heç vaxt yolları azmayıb ,
Kələfin ucunu tapaq.

TANRI YAZISI

Gəlib keçib neçə zaman,
Dünya görüb neçə dövran.
İtlər hürüb əbəs yerə.
Ötüb bulud,ötüb karvan.

Ümidlə səni arayıb,
Tapmaqçün yola çıxmışam.
İtləri saya salmayıb,
O karvanla dolaşmışam.

İstəkləri Tanrı yazıb,
Mənzili də özü çızıb.
Məni yollar çox yubadıb,
Yollar yorğunu olmuşam.

Tanrı taleyi yazanda,
Təkcə xəyal edib qismət.
Bəxtimə səni yazmayıb,
Boşuna çəkdim əziyyət.

Xəyalınla çox dolandım,
Soraqladım,hey aradım.
Nədən sənə rast olmadım,
Tanrını görsəm sorardım.

Sorardım ondan hər şeyi,
Yazdığı acı taleyi.
Qovuşmayan məhəbbəti,
Boş qoyduğu bu qisməti.

Acı dərsi nədən verdi,
Niyə anlaya bilmirəm.
Mənə sitəm etdisə də,
Nədən belə etdi görən.

Yollar uzun,duracaq yox,
Vergüllər çox,nöqtələr yox.
Azuqə bol,mədələr tox,
Qisməti tapa bilmirəm.

Qisməti harda axtarım,
Harda ona rast gələrəm?
Tanrı onu yazmayıbsa,
Görəsən onu görərəm?

Bəlkə də biz rastlaşmışıq,
Yanından ötüb getmişəm.
Bəxtimə Tanrı yazmayıb,
Deyə səni görməmişəm.

SUSARAM

Yadından çıxarıb ötən illəri,
Yoxsa xəyallardan çəkildin geri?
Nə qədər nəğmələr gəldi dilimə,
Səninçün yazmışdım illərdən bəri.

Səninçün yazılan o nəğmələrə,
Səni sevdiyimi dedim min kərə.
Üzündə yəqin ki, gülüş yarandı,
Qanadlanıb uçdun sən də göylərə.

Sən mənim haqqımda nələr öyrəndin,
Qəlbimdə gizlənən sevgini bildin?
Hər sətrə tökülən göz yaşlarımı,
Nədən öz əlinlə gəlib silmədin?

Qəlbimə mən indi bir daş basaram,
Ağlımın səsinə qulaq asaram.
Vüsalsız həsrəti unudub daha,
Sevgi söhbətində laltək susaram.

Artıq xəyalını rahat buraxım,
Rahatca yaddaşdan silinəsən sən.
Dayanım sahildə nəğmələr yazım,
Gedən gəmilərtək gözdən itəsən.

Nakam sevgi vüsalsızdı öyrəndim,
Ürəyimdə məhəbbəti gizlədim.
Çəkdiyim iztirablar məni əymədi,
Bu sevgimiz bir salama dəymədi?

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

KAMAL ABDULLANIN “KİM DEYİR Kİ, SİMURQ QUŞU VAR İMİŞ?” PYESİ HAQQINDA

Təkcənəlik – Kamal Abdullaunın “KİM DEYİR Kİ, SİMURQ QUŞU VAR İMİŞ?” PYESİ HAQQINDA:

Dramaturgiyada postmodernizm ənənəvi hekayə formalarından əhəmiyyətli dəyişikliyi təmsil edir, parçalanmanı, mətnlərarası əlaqəni və müəyyən edilmiş normaların sorğulanmasını vurğulayır. Müasir Azərbaycan dramaturgiyasında bu cərəyan Azərbaycanda kimliyin, tarixin və mədəni dinamikanın mürəkkəbliklərini əks etdirən özünəməxsus ifadəsini tapmışdır. Görkəmli Azərbaycan dramaturqu və yazıçısı Kamal Abdulla postmodern mövzuların özünəməxsus tədqiqi ilə müasir teatra mühüm töhfələr verməkdə davam edir. Onun əsərlərində çox vaxt şəxsiyyət, reallıq və mədəni yaddaşın mürəkkəblikləri əks olunur, həm forma, həm də məzmun baxımından postmodernizmin mahiyyətini təcəssüm etdirilir.
Postmodernizmin səciyyəvi cəhətlərindən biri də Abdullanın yaradıcılığında dərin əks-səda doğuran mövzu şəxsiyyətin parçalanmasıdır. Onun personajları tez-tez şəxsi və mədəni kimliklərin axıcı və qeyri-sabit olduğu bir dünyanı gəzirlər. Müəllifin. “Kim deyir ki, Simuqr quşu var imiş?” pyesi də həmin postmodernist çalarlarla zəngindir. Zaman-məkan, xaos-kosmos kontekstində təhlil etsək, bu əsərdə zamansızlıq və məkansızlığın vəhdəti olaraq “gəmi”ni göstərə bilərik. Pyesdə Kapitanın dilindən belə bir şeir səslənir:
Sən o tərəf, mən bu tərəf
Ağla, uca, barı, ağla.

Bu şeirdə “sən o tərəf, mən ifadəsinə nəzər salsaq, xaos və kosmos arasındakı incə xətt, onların vəhdət və sərhədlərinin hüdud və ya hüdudsuzluğunun təsvir edildiyini görərik. Sanki o tərəf Padşah, Nağılçı, Ada sahibi, Şahzadə və başqa qəhrəmanların olduğu ada xaosu, bu tərəf isə Kapitan və Zabitin dialoqlarının təkrarlandığı “gəmi”dir. Cümlədə gəmi sözünün dırnaq içərisində göstərilməsi təsadüfi deyil, çünki postmodernist yazıçımız Kamal Abdulla pyesində gəmini xüsusi bir keçid vasitəsi kimi təsvir etməklə xüsusiləşdirir. Pyesdə sərhəd və vəhdəti isə özündə bu iki diyarı birləşdirən vasitələrdən biri də “dəniz”dir. Əsərdə Zabit qapını döydüyü anda Kapitan yuxudan, yəni xəyal dünyasından ayılır. Qapının tıqqıltısı ilə Kapitan xaosdan-xəyal ailəmindən kosmosa-var olan dünyaya keçid edir. Kapitanın ulduzlara baxışı, səslər eşitməsi, görüntülər görməsi, sentimental hallar yaşamasını onun xaos aləminə keçidin bir əlaməti kimi qiymətləndirə bilərik. Zabitin Kapitanla danışarkən ona qonaq görəndə sanki düşmənini gördüyünü bildirməsi və əksinə olaraq, Kapitanın özünün adada, xaos aləminə qonaq olmağı paradoksal şəkildə müəllifin həyata postmodern ironiyasını göstərir. Necə ki, İlqar Fəhminin “Akvarium” əsərində öz çərçivəsindən – akvariumundan çıxmağı rədd edən Sahib bir portret sayəsində paralel şəkildə qızının gələcəyini görür, bu pyesdə də Kapitan gəmini özünə dünya hesab edirdi və başqa dünyası olmadığı üçün ora kiminsə daxil olmağını istəmirdi. Əsərdə Zabit ondan bu tənhalıqda nə gördüyünü soruşur, işinin Allaha qaldığını deyir. “İşinin Allaha qalmağı” məsələsi “Leyli və Məcnun” poemalarında Qeysin Məcnuna keçidindən sonra sanki başqa aləmin insanı olur. Buna paralel dünyanın – xaosa keçidin əlaməti kimi baxa bilərik. Məcnunun işinin Allaha qalmağını görənlər onu kosmosa, dünyamıza qaytarmaq üçün onu Kəbəyə aparırlarsa, bu missiyanı pyesdə Zabit həyata keçirir. Hər iki əsərdə buna çalışanların uğursuz olduqlarını görürük. Fəxri Uğurlunun “Leylinin Məcnunluğu” əsərində də, Məcnunun işi Allaha qalmış və burada da Məcnun Kəbəyə aparılmışdır. Lakin yazıçı sonda “Zeydin çıxdığı” simvolikası ilə Məcnunu xaos aləmindən kosmosa qaytarır. Kamal Abdullanın bu pyesində də Kapitan paralel aləmdə Ada sahibi, Dev, Cəllad, Nağılçı, Padşah və başqalarının qonağıdırsa, Fəxri Uğurlunun hekayəsində də Məcnun səhrada heyvanların qonağıdır.
Postmodernizmin ilkin xüsusiyyətlərindən biri oyun içərisində bir sıra həyat hekayələrinin, sirlərin açılmağıdı. Biz bunu “Casus” pyesində də müşaiyət edirik. Məsələn, Dədə Qorqudun Boğazca Fatmanı ilə birlikdə onun evindən Qazanın, sonra Aruzun evində peyda olması, İç Oğuzdan, Dış Oğuza məkan dəyişdirməyi, ən nəhayətində isə Boğazca Fatmanı evinə qaytarmağı bizə bunların hamısının oyun üzərində qurulduğunu göstərir. Sabir Rüstəmlinin “Yasaq edilmiş oyun” əsərində də müəyyən oyunlarla Sovet dövrünün 1937-ci il represiya hadisələri təsvir edilmişdir.
“Kim deyir ki, Simurq quşu var imiş” əsərdində də oyun motivlərindən istifadə edilib. Əsərdə Kapitan Nağılçını bir anda gözünün önünə gətirir. Nağılçı ona nağıllardan bəhs etdikdən sonra, stolun altından Padşah, Cəllad, Gözəl qız, Şahzadə, Dev və başqa qəhrəmanlar çıxır. Burada əslində bir oyun qurulur. Biz Kapitanın gözü ilə müəyyən məqamlara işıq tutulan nağılı, nağıllar vasitəsi ilə qurulan oyunda həyat haqqında bəzi gerçəklikləri görürük. Bu oyunda yaltaq Vəzir və onun yalanlarına inanan Padşah obrazları ilə Kamal Abdulla həyat faktlarını oyun hadisələri ilə təsvir etmişdir. Padşah nəyisə öyrənmək istəyəndə sorğulayır, Vəzir isə Padşah nə deyirsə onu təsdiqləyir. Daha sonra oyunda görürük ki, əslində Vəzir Şahzadəni Padşaha öldürtmək istəyirmiş. Bu oyunun postmodernist gerçəkliyini orasındadır ki, burada biz Nağılçının dilindən zamansızlıq və məkansızlıq kontekstində xaos-kosmos ikiləşməsinin təməlini eşidirik. Nağılçı nağılı gəmidə danışır. Nağılı danışılarkən kosmosdan xaosa keçid edir. Burada Nağılçı həyati gerçəklərdən danışıraq Padşaha nələrsə izah etməyə çalışır. Həyat və ölüm, ağ və qara, cəsurluqla qorxaqlıq, mərhəmətlə zalımlıq, zülmət və işıq, ağıl və nadanlıq yanaşı göstərilir və deyir ki harda gözəlik varsa orda eybəcərlik var, harda həyat varsa orda ölüm var. Pyesdə Nağılçının dilindən verilmiş bu ikiləşmələr əslində postmodernizmin əsas qanunlarından biridir. Hər hadisəyə şübhə ilə baxmağı əsərlərinin əsas qayəsi hesab edən müəllif, əsərdə Nağılçı vasitəsilə keçmiş və gələcəyə “bəlkə”lərlə yanaşaraq onlar arasındakı tül pərdəyə diqqət çəkir. Keçmiş ilə gələcəyi ayırmaq əvəzinə onları ahəngə dəvət edir. “Bəlkə heç o tül pərdənin arxasında heç kim olmayıb?” cümləsi ilə Kamal Abdulla, milli adət-ənənəsinə, düşüncəsinə tül bir pərdənin arxasından baxan insanlara müraciət edərək əslində onların vəhdətdə olduğunu, sadəcə bir tül pərdə ayrılmayıb, həm də eyni tül pərdə ilə birləşdiyini göstərmişdir. Nağılçı, zaman-məkan vəhdətini “bəlkə biz onun nağılıyıq və ya o bizim nağılımızdır?” ifadəsi ilə bir daha vurğulayır. Burada müəllifin qeyd etmək istədiyi məqam, ibtidai icma zamanlarında yaşayan bir insan bizim keçmişimiz, biz isə onların gələcəyiyik. Bu isə bizim keçmişimizə, mifimizə, adət-ənənəmizə bağlılığımızı göstərir. Bu da postmodernizmdə oyun kimi təsvir edilir. Simurq quşu əsasında var oluşun bir ikiləşmədə oluğunu izah edir. Belə ki, Simurq quşunun iki qanadı var – sağ və sol. Yəni dünyanın iki hissədən ibarət olmağını (xaos və kosmosdan) təsvir edir. Simurq quşu isə bizik və çırpınırıq, hər qanadımız bir tərəfə doğru çırpınır- yaxşılığa pisliyə, işığa zülmətə, zalımlığa yoxsa mərhəmətə doğru hərəkət edir.


Əsərdə Cəllad Devin boynuna ipi bağlaması ilə səhnədə qırmızı rəng təsvir edilir. Bu da əsərdə fərqli rəng təsviridir ki, hər şey ağ və qara tonlardan ibarət deyil. Qırmızı rəng isə Cəlladın pisliyini göstərir. Pislik odur ki, Cəllad ya ipi boş buraxaraq Devin qaçmağına səbəb olacaq, ya da boğaraq onu öldürəcək. Yəni qəlbində hansı hissi böyütsə, onu gerçəkləşdirmiş olacaq. Dev insanın verəcəyi qərarların, cəllad isə insanın təsviridir. Bu təsvirlərdə Freydin fərdi şəkildə, daha sonra isə Karl Yunqun isə kollektiv şüura təsirləri müşayiət olunur. İnsan nə qədər alicənabdısa, o qədər xəsisdir, insan nə qədər yaxşıdırsa, o qədər pisdir. Və bir gün o pislik yığılıb insan ürəyindən boylana və ya çox pis insanın daxilində olan yaxşılıq gün üzünə çıxa bilər. Tolstoyun da dediyi kimi “insan bunların hamısıdır”. Kamal Abdulla pyeslərində insanı bütün cəhətləri ilə təsvir etməyə çalışmışdır.
Kapitan Cəlladın, Şahzadənin, Padşahın olduğu adaya gəlir və burada Devi görür. Cəllada isə bu Devi daha əvvəl hardasa gördüyünü, adaya gələrkən dənizin içərsində çimən ağ və qara divlər gördüyünü deyir. Bu Devlər dənizdən çıxarkən, göyərçinə çevrilib göyə uçurlar. Məlikməmməd nağılında divin canın camın içərsində Göyərçində olmağı nüansı ağla gəlir. İslamdan da əvvəlki tarixə baxdıqda da görə bilərik ki, qədim Türk inancına görə, Erlik- yeraltı səltənətlərin tanrısı və Ülgen-göy üzərindəki tanrıdır. Ülgen insanların yanında Göyərçin simasında öz mələklərini göndərirdi. Postmodernizm pəncərəsində baxdıqda düşünə bilərik ki, niyə məhz Göyərçin, cam var? Cam əslində öz əksini görə biləcəyimiz bir cismdir. Dəniz isə onun bir yansımasıdır. Yəni ki, insan suya baxanda özünü görə bilir. Dədə Qorqud dastanında da keçən bir ifadə var ki, su peyğəmbər üzü görüb. Kapitanın dənizdə ağ və qara (yaxşı və pis) Dev görməyi ilə Kamal Abdulla, Aristotelin ağ və qara ikiləşməsinə toxunur. Devin dənizdən çıxaraq (camdan çıxaraq) göyərçinə çevrilib səmaya getməyi əslində öz sərhəddindən çıxmağı deməkdir. Burada biz zaman və məkansızlıq amillərinidə müşaiyət edirik. Postmodernizmdə biz camı xaos və kosmosun keçidi adlandıra, devlərin dənizdən çıxıb göyə yüksəlməyi xaosdan çıxıb kosmosa keçid etməyi kimi təsvir edə bilərik. Dənizi isə Vəng dağı (Unutmağa kimsə yoxdu), Baba Kaha (Yusif Səmədoğlu-Qətl günü), Məlikməmməd nağılındakı cam-şüşə ilə, Sahibin akvariumu ilə müqayisə edib deyə bilərik ki, bunlar xaosla kosmosa keçiddir. Bu mənada, “Kim deyir ki, Simurq quşu var imiş” pyesi ilə “Qətil günü” əsərini qarşılaşdıra bilərik. Postomernizmdə zaman keçidlərini göstərərkən bu hadisənin baş verməsində müəyyən bir ünsür və ya simvolikanın iştirakını qeyd edirdik. “Qətil günü” romanında Sədi əfəndinin gündəliyini xəstə olacaq adamın götürüb oxumasını birbaşa Sədi əfəndinin həyatına keçid etməsi hadisəsini görürük. Zaman və məkan keçidləri empirik zaman çərçivəsində həyata keçirilən əsərlərdə, özü ilə postomernist ünsürlər əmələ gətirir. Empirik zaman dedikdə əsərdə hadisələrin baş verdiyi üç dövr nəzərdə tutulur. Bunlardan birincisi hökmdar dövrü (1700-cü illər), ikinci dövrü repressiya zamanı (1930-cu illər), üçüncü dövr isə 1970-1980-ci illərər təsadüf edir. Bu üç dövr empirik dövrdür. Amma bizim bunları mifoloji zaman aspektinə salmağımız artıq bu empirik üç dövrü vahid bir mifoloji zamana çevirir. Buna görə də “Qətil günü”dəki üç empirik zamanı bir mifoloji zamana çevrilməsi, yəni üç dövrün birləşdirilməsində Sədi Əfəndinin gündəliyi əsas rol oynayır. Sədi Əfəndinin gündəliyi xəstə olacaq adamı 1970-80-ci illərdən repressiya zamanına, yəni 1930-cu ilə aparır. Bu hadisəni “Kim deyir ki, Simurq quşu var imiş” pyesində Kapitan bir məlumat əldə etmək üçün kitabı əlinə alıb stolun qarşısına oturması və həmin kitabı oxumağa başlaması ilə görürük. Bu kitabı oxumağa başlayanda birbaşa Cəlladın, Vəzirin, Padşahın, Şahzadənin, Gözəl qızın, Devin olduğu zamana keçid edir. Bir növ nağıllar aləminə keçid edir. Yəni, Sədi əfəndinin gündəliyinin yerinə yetirdiyi prosessi burada Kapitanın əlinə alıb oxuduğu kitab yerinə yetirir. Kapitan birdən-birə başını qaldırır və artıq hər şey yox olur. Cəllad, Vəzir, Dev, Şahzadə və s. olmur. Nə zaman ki, yenidən kitabı oxumağa başlayır, biz bunlar haqqında yenidən məlumat almağa başlayırıq. Bu da o deməkdir ki, bu kitab müəyyən irəliləyiş üçün bir funkiyadır.
Kamal Abdullanın pyesləri parçalanmış şəxsiyyətləri, mətnlərarası, qeyri-xətti povestləri və janr sərhədlərinin bulanıqlığını tədqiq etməklə postmodernizmin əsas prinsiplərini nümunə göstərir, eyni zamanda oxucuları reallıq və şəxsiyyətin mürəkkəbliyi üzərində düşünməyə dəvət edir. Azərbaycan ədəbiyyatının əsas simalarından biri kimi Kamal Abdullanın teatra verdiyi töhfələr təkcə ənənəvi formalara meydan oxumur, həm də postmodern mənzərəni zənginləşdirir, onun yaradıcılığının müasir mədəni diskursda davamlı aktuallığını təsdiqləyir.

Kamal Abdullanın yazıları

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru